Ardını oxu...
"Komanda.az" saytınən rəhbəri, jurnalist Rəşad Ergün Medianın İnkişafı Agentliyini tənqid edib.

Səbəb saytın reyestrdən əsassız olaraq keçirilməməməsi ilə bağlıdır.

Bu barədə Rəşad Ergün "Feysbuk" hesabında yazıb.

O bildirib ki, "komanda.az" saytı Media Reyestrində qeydiyyat üçün iki dəfə müraciət edib, amma ikisində də "yox" cavabı alıb.

Media Agentliyi "20 özəl xəbər" bəhanə gətirib: "Birinci dəfə qarşı tərəfdən zəng edən bəyə izah etdim ki, bizdə hər gün saytda 50-60 material olur: xəbərlər, köşə yazıları, sorğu, müsahibə və sair. İkincidə artıq izah eləməyə həvəsim olmadı. Başa düşdüm ki, məqsədli şəkildə incitmək istəyir, bəlkə də, ümumiyyətlə, qeydiyyatdan keçirmək istəmirlər".

Rəşad Ergün Medianın İnkişafı Agentliyinə bir sıra susllar da ünvanlayıb.

Jurnalist hesab edir ki, Media Agentliyi reyestr məsələsində ayrı-seçkiliyə yol verir:

"1. "Komanda.az" saytı "Komanda" qəzetinin varisidir. "Komanda" adı 2008-ci ildən mətbuatdadır. Yəni tam 15 il. "Komanda"dan kimlər çıxmayıb? İndi "CBC Sport"da, "İdman Azərbaycan"da işləyən xeyli jurnalist vaxtı ilə "Komanda"nın sıralarında olub. Klubların, federasiyaların mətbuat xidmətlərində çalışanlardan neçəsi "Komanda"nın "şinel"indən çıxmış, burada əmək vermiş jurnalistlərdir. "Komanda"nın əməkdaşları dəfələrlə ölkədə "ilin ən yaxşı jurnalisti" seçilib. Davam edim? Hələ ki, bəsdir.

2. "Komanda" 2008-ci ildən Azərbaycanda "ilin ən yaxşı məşqçisi"ni seçir. "Google"da "Qurban Qurbanov ilin məşqçisi" başlığı ilə axtarış verin və nəticələrə baxın. Hətta dövlət saytları, telekanalları, qəzetləri də "Komanda.az"ın hər il keçirdiyi ənənəvi sorğunun nəticələrini yayımlayıb. İndi siz - Media Reyestrini idarə edən yoldaşlar, ölkə Prezidentinin "Şöhrət" ordeni verdiyi məşqçinin "Komanda.az"ın keçirdiyi sorğuda illərlə qazandığı "İlin ən yaxşı məşqçisi" mükafatlarını heçə sayırsınız? Silib atırsınız öz aləminizdə?

3. "Komanda" yarandığı gündən ofisi olub və şəxsən mənim tək iş yerim olub. Qeydiyyata aldığınız saytlardan neçəsində bunlar var?

4. Gələk 20 özəl xəbər məsələsinə. Birincisi, belə anladım ki, "20 özəl xəbər" məsələsi sadəcə, kimlərəsə qarşı istifadə etmək üçün silahdır. Səbəbini deyim. Heç müraciət etmədiyi halda reyesterdən keçirdiyiniz neçə sayt var? Bəs, gündəlik 20 özəl xəbər bir yana, heç 15 xəbəri olmadığı halda qeydiyyata aldığınız saytların sayı neçədir? Adlarını yazım? Yox, hələ ki yox...

Nəhayət, "Komanda.az"da gündəlik 20 yox, bəzən 25, bəzən 30 özəl xəbər olur. Bura təbii ki, xarici xəbərlər də aiddir. Xarici xəbərləri yoxsa özəl xəbər saymırsınız? Öz qaydalarınızdır, saymalısınız. Çünki qeydiyyatdan keçirdiyiniz saytların hamısı bu qaydada işləyir, hətta bəziləri bizim xəbərləri olduğu kimi, istinadsız verir. Məsələ o deyil, halal xoşları...

5. "Komanda.az" sıradan, dünən yaranan bir sayt deyil. Media Reyestrində əyləşənlərin münasibəti isə sadəcə ayıbdır. Mediaya gəlmisinız, amma gerçək medianın yükünün kimlərin çiyinlərində olduğunu anlamamısınız.

"Komanda.az" sərt tənqid edir? Yaxşı edir, mətbuat tənqid etməlidir, çəpik çalmalı deyil. Şəxsən mənim sosial mediadakı paylaşımlarım sərt olur? Yaxşı edirəm, fikrimi hansı formada ifadə etmək üçün kimdənsə icazə alan deyiləm. Hansısa partiyanın, qruplaşmanın, nə bilim, təriqətin üzvü deyiləm, hansısa xarici dövlətə işləmirəm, nəyi necə yazmağı özüm müəyyənləşdirirəm.

Medianın İnkişafı Agentliyi jurnalistin yazdıqlarına hər hansı bir reaksiya verməyib. //arqument.az//
 
Ardını oxu...
Bu günlərdə milyarder Fərhad Əhmədovun ikinci səs yazısı yayıldı.

Fərhad Əhmədovun tanınmış prodüser İosif Priqojinlə səs yazısı böyük rezonans doğurdu. Fərhad Əhmədov səs yazısında Rusiyanın hazırkı hakim elitasını və birbaşa Rusiya Prezidenti Vladimir Putini tənqidlərə məruz qoyur. Lakin bu səs yazısı bir çox suallar doğurur. İlk sual da budur: məqsəd Rusiyanın çoxdan əl altında hazır saxladığı "Əhmədov proyekti"nə yeni nəfəs verməkdirmi? Əks halda, Rusiya indiki şəraitdə onun strateji hədəfləri, ordusu və hakimiyyətini tənqid edən, özünü rusiyalı kimi göstərən bu adama qarşı hövsələ nümayiş etdirməz...

Fərhad Əhmədov kimdir?

Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə Göyçay rayonunda anadan olub. 1970-ci ildə Moskvaya köçüb və orada Moskva Veterinar Akademiyasını, daha sonra isə Qubkin adına Neft Qaz Universitetində aspirantura bitirib.

Bəzi mənbələrə görə, həmin dövrdə Fərhad Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı başlayıb. Məhz bunun sayəsində o, 1970-ci ildə Böyük Britaniyaya köçməyə və orada yaşamağa nail olub. Təsadüfi deyil ki, Əhmədov ilk kapitalını London Birjasında Rusiyadan xəz dərilərin satışı hesabına əldə edib. Elə həmin il o, “Tansley Traiding” şirkətini yaradıb. Və SSRİ-nin müəssisələrinə avadanlıq satışı ilə məşğul olmağa başlayıb.

Fərhad Əhmədovun ulduzu neft-qaz sahəsində fəaliyyət göstərməyə başlayandan sonra parlayıb. O, 1993-cü ildə ABŞ-la Rusiyanın birgə müəssisəsi olan “Nordqaz” şirkətində 5 faiz aksiya sahibi olur və 1994-cü ildə daimi yaşamaq üçün Rusiyaya qayıdır. Çox maraqlıdır ki, 1990-cı illərin sonlarında məhz F. Əhmədov vəziyyəti get-gedə pisləşən şirkətə əlavə 150 milyon dollar investisiya cəlb edir, 1999-cu ildə isə faktiki şirkətin sahibinə çevrilir.

Diqqət çəkən bir məqam var: Rusiyanın “Qazprom” şirkəti bu ölkədə hasilatla məşğul olan özəl şirkətlərı sıradan çıxartmaq prosesinə başladı. Həmin vaxt bir çox iş adamı ya öldürüldü, ya həbs olundu, ya da öz varidatını “Qazproma” verməyə məcbur oldu. Maraqlıdır ki, uzun-uzadı məhkəmə proseslərinə baxmayaraq, Fərhad Əhmədova ciddi təzyiq göstərilmədi. O, “Nortqaz”ın 51% aksiyasının “Qazproma” verdi və yenə də biznesinə davam etdi.

Fərhad Əhmədovun bu prosesdən belə asanlıqla yaxa qurtarması çox təəccüblü idi. Bir çoxları həmin vaxt bunun səbəbini Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı ilə izah etdilər. Beləcə, 2012-ci ildə şirkətinin qalan aksiyalarını da “Qazprom”a satan Əhmədov bundan 1.5 milyard dollara yaxın vəsait əldə etdi.

Bu illər ərzində Əhmədov özü haqqında qalmaqallarda, qeyri-qanuni biznes əməliyyatlarında iştirak etməyən, ”özü özünə borclu olan” bir biznesmen imici yaratmağa çalışdı. Amma onun dollarlarının arxasında Rusiya xüsusi xidmət orqanlarının qara əlcəkli himayəçi əlini artıq çoxları görürdü.

Fərhad Əhmədov Rusiya xüsusi xidmətinin himayə etdiyi imtiyazlı milyarder idi.

Fərhad Əhmədovun siyasi iddiaları...

Fərhad Əhmədovun himayəçiləri ondan istifadə eləmək üçün ona siyasi arenada da rol verdilər. O, 2004-cü ildə Krasnodar vilayətinin, 2009-cu ildə isə Nenes Muxtar Dairəsinin RF Federasiya Şurasındakı nümayəndəsi oldu. 2007-2011-ci illərdə AŞPA-da Rusiya nümayəndə heyətinin tərkibinə də daxil edildi...

Fərhad Əhmədovun Azərbaycana gəlişi

Fərhad Əhmədov 2006-cı ildə Azərbaycanda ilk konserv zavodunu aldı. O, AZNAR şirkətini təsis edəndə iş adamı ilə yanaşı artıq siyasi, ictimai əlaqələri olan şəxs kimi də tanınırdı.

Fərhad Əhmədov Azərbaycanda öz fəaliyyətini "pullu dostluq əlaqələri" qurduğu media vasitəsilə vətənpərvər bir insanın doğma Vətəninin inkişafına öz töhfəsini vermək istəyi kimi təqdim etdi. Heyvandarlıq, balıqçılıq, arıçılıq, üzümçülük və kənd təsərrüfatının digər sahələrinə də böyük pullar yatıran iş adamının başqa niyyətlərindən cəmiyyətimizin xəbəri ola bilməzdi.

Amma çox keçmədi ki, saytlara və tanınmış adamlara pul və hədiyyə verməyi sevən Fərhad Əhmədovun bu sayədə qazandığı “uğurlu iş adamı” imicinin yanında onun yüzlərlə işçinin əmək haqqını verməməsi xəbərləri dolaşmağa başladı.

Şimal qonşumuzun layihəsi...

Fərhad Əhmədov isə Azərbaycana "missiya" ilə gəlmişdi. O, Rusiyanın vaxtilə Gürcüstanda tətbiq etdiyi Bdzina İvanişvili layihəsinin azərbaycansayağı variantı idi. Təsadüfi deyil ki, Fərhad Əhmədov qısa zamanda bəzi rüşvətxor məmurları ələ ala bildi. Məqsəd isə Azərbaycan vətəndaşlığına sahiblənmək istəyi idi. O, bu yolda ciddi irəliləyiş etdi. Məhz siyasi hakimiyyətin sayıqlığı Fərhad Əhmədovun bu məsələdə bacarıqlı olmasının qarşısını aldı.

Amma Əhmədov həvəsdən düşmədi. O, bizneslə yanaşı mədəniyyət, media, ictimai əlaqələr, idman, hətta hərbi sahəyə də nüfuz etməyə bacardı. Müxtəlif sahələrə pul xərcləməklə "xeyriyyəçi" kimi tanınmağa çalışdı. Bəzi media orqanlarını ödənişli əsaslarla ələ almağı bacardı və həmin media vasitələrində ona verilmiş tapşırıqlara uyğun olaraq Rusiyanın təbliğatını həyata keçirdi. Bu mənada Vətən Müharibəsi ərəfəsində Fərhad Əhmədovun hərbi əməliyyatların ciddi faciələrə yol açacağı, bölgəyə fəlakət gətirəcəyi barədə iddiaları da onun ideyalarının hansı istiqamətdən yönəldildiyini aydınca göstərirdi.

Fərhad Əhmədov təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da media sahəsində geniş əlaqələr qurmağı bacarmışdı. Məlumata görə, Rusiyalı politoloq Maksim Şevçenko və bir sıra digər şəxslərlə onun yaxın əlaqələri var və bu adamlar Əhmədov tərəfindən maliyyələşdirilir. Lazım olanda, F. Əhmədov maliyyələşdirdiyi media orqanlarında həmin ekspertlər vasitəsilə Azərbaycan ictimaiyyətini yalan mesajlar ötürür və ictimai rəyi çaşdırmağa çalışırdı.

Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə məşhur piano gecələri Əhmədovun bu sahədə də özünə yer elədiyini aydın göstərdi. Adətən, belə gecələrin iştirakçıları bahalı hədiyyələrlə yola salınırdı...

Fərhad Əhmədovla Vahid Əliyevin dostluğu

Fərhad Əhmədovun Azərbaycanda hərbi sahəyə marağını xüsusi qeyd etmək yerinə düşər. Məlumata görə, onun Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq müdiri Vahid Əliyevlə və ordu rəhbərliyində təmsil olunan bəzi şəxslərlə isti münasibətləri olub. Bu münasibətlərin hazırkı dövrdə də davam etdiyi bəllidir.
Fərhad Əhmədovun orduya "yardım göstərən vətənpərvər" kimi təqdimatında Vahid Əliyevin və ordu rəhbərliyindəki digər şəxslərin böyük rolu olub.

Fərhad Əhmədovun Qarabağ saxtakarlığı

2016-cı ildə Fərhad Əhmədov Azərbaycanın daxili ictimai rəyində daha da məşhurlaşmaq həvəsinə düşür. Fərhad Əhmədovun maliyyələşdirdiyi KİV-lərdə və sosial mediadakı blogerləri onun Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə məktub yazaraq “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbuluna imkan verməməyə çağırması barədə "məktubunu" yayırlar. Guya, Fərhad Əhmədov məktubda bu qanun layihəsi qəbul edilsə, Rusiya vətəndaşlığından çıxacağını bəyan edir.

Lakin Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov məsələni araşdırır və məlum olur ki, belə bir məktub yoxdur, yazılmayıb.
Fərhad Əhmədov sadəcə Azərbaycan cəmiyyətində məşhurlaşmaq və xalq sevgisi qazanmaq üçün belə saxtakarlığa əl atıb və bunu öz maliyyələşdirdiyi jurnalistlər vasitəsilə yayıb.

Fərhad Əhmədovun ordumuza vurduğu zərbə

Fərhad Əhmədovun ilk səs yazısı bir neçə ay əvvəl yayılmışdı. Korpus komandirinin müavini, polkovnik Babək Səmidlinin orduda baş verdiyi iddia edilən proseslərlə bağlı səs yazısı yayıldı. Onda çoxlarını həmin səs yazısında sualları verən şəxsin, səs yazısını yayanların kimliyi çox düşündürdü və ciddi müzakirələr oldu. Çünki səs yazısında sual verən şəxsin səsi ilə oynanılmışdı, səs xüsusi vasitələrlə dəyişdirilmişdi. Sonradan məlum oldu ki, həmin şəxs Fərhad Əhmədov olub. O, həmin səs yazısında öz səsini dəyişdirərək və montaj etdirərək materialı Meydan TV vasitəsilə ictimailəşdirmişdi. F. Əhmədovun bunda əsas məqsədi Azərbaycan Ordusunu gözdən salmaq olduğu heç kimdə şübhə doğurmur. Sonradan həmin məsələ ilə bağlı cinayət işi açıldı və istintaq prosesi hələ də bitməyib.

Əhmədovun Priqojinlə səs yazısı realdırmı?

Bu günlərdə isə Fərhad Əhmədovun rusiyalı prodeser Priqojinlə səs yazısı yayıldı. Rusiya elitasını, ordusunu və şəxsən Rusiya Prezidenti Putini tənqid edən səs yazısı ilə bağlı ilk reaksiya şübhəsiz ki budur: bu səs yazısı quramadır və dövriyyəyə buraxılmasının öz məqsədi var.

Məqsəd isə Fərhad Əhmədovun guya Rusiyaya bağlı olmadığı göstərməkdir. İndi Putini tənqid etmək xüsusi qəhrəmanlıq deyil. Fərhad Əhmədov kimi Rusiya hakimiyyətinə və xüsusi xidmət orqanlarına yaxın olan biri üçün bunu etmək isə diqqət çəkicidir.
Çünki Fərhad Əhmədov imtiyazlı milyarder kimi Avropa İttifaqı, Kanada, Britaniya və s. tərəfindən sanksiyalara məruz qalıb. Putin haqqında onun dedikləri guya bu sanksiyaların aradan qaldırılmasına hesablanıbmış. Lap özünü bu sanksiyalardan qorumaq üçün Rusiyanın tapşırığı ilə Xankəndinə gəlmiş Ruben Vardanyanın missiyasını xatırlatdı.

İndi Fərhad Əhmədov guya antiputinçi kimi görünüb Qərbin gözünü boyamaq istəyindədir.

Bütün təhlil göstərir ki, Fərhad Əhmədov Azərbaycana göndərilməklə vaxtilə İvanişvilinin Gürcüstanda, Vardanyanın Xankəndində reallaşdırdığı missiyanı gerçəkləşdirməli idi. Moskva tərəfindən belə cəhdlər 2013-cü ildə “Milyarderlər İttifaqı”ını yaradılmasında və Rüstəm İbrahimbəyovu müxalifətin cəmləşdiyi Milli Şuraya sədr gətirilməsində də özünü aydın büruzə vermişdi.

Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?

Fərhad Əhmədovun missiyası isə Azərbaycanda tam ifşa olunub. O və arxasında dayananlar sağa-sola xeyli pul səpələsələr də, məqsədə çata bilmədilər. Bu öz yerində...

İndi isə başqa məsələ maraqlıdır.

Priqojinlə səs yazısından sonra gündə bir milyonerin, iş adamının ölüm xəbəri gəldiyi, hətta iki yaşlı uşağa qarşı belə cinayət işinin qaldırıldığı Rusiyada Fərhad Əhmədova qarşı hansı tədbirlər görüləcək? Əgər belə bir niyyət olarsa, yəqin ki Azərbaycan tərəfi böyük məmnuniyyətlə Əhmədovu paketləyib Moskvaya təhvil verəcək. Təki qarşı tərəfdən belə bir istək olsun...Olacaqmı?
LENT.AZ
Ardını oxu...
Mirvari Qəhrəmanlı: “Azəriqaz”-ın işçidən polisə şikayət etməsi, haqqını tələb edən işçilərə təzyiq etməsi heç bir ölçüyə sığmır”

“Azəriqaz”-ın Ucar Xidmət Sahəsinin əməkdaşı İlkin Məmmədovun Ağsu Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Zaur Məmmədovla mübahisədən sonra işdən çıxarıldığı və saxlanıldığı bildirilir.

Bu barədə məlumatı Abzas Media-ya hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı verib.

Hüquq müdafiəçisi bildirib ki, Zaur Məmmədovla işlə bağlı mübahisədən sonra İlkin Məmmədov Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən çıxarılıb.

Onun sözlərinə görə, buna etiraz edən digər işçilər də müvafiq qurumlara etiraz ediblər və qısamüddətli tətil elan ediblər.

“İlkin Məmmədov bizimlə əlaqə saxladı, bununla bağlı məhkəməyə müraciət hazırlayırdıq. Sonradan məlum oldu ki, onu Ucar Rayon Polis Şöbəsi saxlayıb. Bildirilib ki, o, narkotik maddələrin istifadəsinə görə saxlanılıb və məhkəməyə çıxarılacaq. Mən də bununla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım, dedilər, iş nəzarətə götürülüb. “Azəriqaz”-ın işçidən polisə şikayət etməsi, haqqını tələb edən işçilərə təzyiq etməsi, 20-25 işçinin haqqını qoyub kiminsə qohumu olan rəis müavini Zaur Məmmədovu müdafiə etməsi heç bir ölçüyə sığmır”- M. Qəhrəmanlı bildirib.

İlkin Məmmədovun atası Vidadi Məmmədov deyir ki, iki gündür oğlu ilə əlaqə saxlaya bilmir.

“Oğlumun heç bir pis vərdişi olmayıb. Şöbədə elə şeylər deyirlər ki, ağılagəlməz. Görüş vermirlər. Dedilər, sabah məhkəməyə çıxarılacaq, amma hələ çıxarılmayıb. İlkinin konfliktdə olduğu adamlardan heç biri əlaqə saxlamayıb. İndi eşitdiyimə görə, Ağsu Regional Qaz İstismarı İdarəsindən Ucar Xidmət Sahəsinə gəliblər, orada müdirlər danışırlar”.

“Azərqaz” İB-nın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, hüquq-mühafizə orqanları hadisəni araşdırır və əlavə şərh verə bilməzlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Abzas Media-ya bildirib ki, məsələ araşdırılır:

“Bununla bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da müraciət edib, məsələ nəzarətə götürülüb. Müxtəlif iddialar var, hazırda onlar araşdırılır”.
Abzas.Org
Ardını oxu...
Şəhidin evinin yerində icra orqanlarının tikdiyi villalar qanunidir, şəhid anasının daxması yox?
Oktay Baxşəli oğlu Ağabəyov 15 oktyabr 2020-ci ildə Vətəni yaşatmaq yolunda canından keçəndə hələ 33 yaşı yox idi. Nizami rayonundakı darısqal “xruşşovka”dakı birotaqlı “daxma”dan könüllü olaraq Qarabağ savaşına qatılan ailənin bircə oğlu üç il olacaq ki, Azərbaycan və Türkiyə Bayraqlarının dalğalandığı evindən gülümsəyir ziyarətinə gələnlərə . Şəhidin qonşuları, uşaqlıq dostları, məhəllə adamları üçüncü ildir həyətdəki Bəhruz Nuriyev -8 saylı binanın arxasındakı sahənin özlərinin hesabına şəhidin adına park, bağ salınması amacı ilə müraciət edirlər, amma Nizami RİH razılıq vermir. Deyilənə görə, icra hakimiyyəti həmin sahədə yaşayış binası tikməyi planlayır . Bəs şəhid , qazi ailələri? Onlara şəhər içində mənzil verilməsinə yol verilmir, ən yaxşı halda Abşeron rayonunun Məhəmmədi kəndi təklif olunur.
Şəhid anası Oktayın (öz əli ilə tikdiyi) “barelyef evi”ndən ayrılmaq istəmir. Birinci mərtəbədə olan mənzilinin balaca həyətində xırda koma qaraldıb. Martın Novruzunda “evyıxan icra reketləri” komanı şəhid anasının başına uçurublar ki, qanunsuzdur. Qanunsuzdur, elə başlayanda qoyma də tikməyə !? Tikib qurtarandan sonra məhkəmə qərarı olmadan hansısa tikilinin sökülməsi yolverilməzdir. Bir də necə olur icra hakimiyyəti başqalarını görməzliyə vurur, şəhidə gələndə şəhərsalma normaları yada düşür?
Nərimanov rayonu, Əhməd Rəcəbli -46 ünvanında Qarabağ qaziləri və şəhid ailələrinə ayrılan 36 sotluq yaşayış kompleksinin yerində PA, NK, BŞİH, Nərimanov RİH məmurlarının qanunsuz tikdiyi villalar, kommersiya obyektləri , bəs 14 ildir necə qanuni olub ki, 36 sotdan şəhid və qazi ailələrinə qalan 5 ilə tikilib başa çatdırılan 8 sotdakı standarta uyğun olmayan dördqatlı “əlillər evi” olub? 14 ildir ali dövlət hakimiyyəti , hüquq mühafizə orqanları, insan hüquqları üzrə müvəkkil, hüquq müdafiə təşkilatları qalmayıb ki, müraciət edilməsin. Nə fayda? Qanunsuzluq hər gün, hər ay sürür. Təsəvvür edin, əlillər üçün tikilən evin pandüsü belə yoxdur, ev istismara necə qəbul edilib? Evin kanalizasiyası belə yoxdur, amma əlil və şəhid ailələrindən zorla olmayan kanalizasiyaya görə xidmət haqqı tutulur. Evin həyəti , istirahət guşəsi və s. hamısı qoluzorlu icra hakimiyyəti qoçuları tərəfindən zəbt olunub. Evi zəbt edən kommersiya obyektləri hələ əlil evinin darısqal yolunu da yardımçı tikililərlə zəbt edib . Binaya fövqəladə hallarda təcili yardım, yanğından mühafizə maşınları girə bilmir. Şəhərsalma normalarının bu yekəlikdə pozulmasını görməzliyə vuranlar şəhidin komasını nə tez gördülər? Əhməd Rəcəbli küçəsindəki piyada yolunu da zəbt edib “Urfa kafesi”, “icra otelləri” , “yap şadlıq evləri” salınıb.
Şəhid Milli Qəhraman Koroğlu Rəhimovun ailəsi də həmin Əhməd Rəcəbli ünvanındakı “əlil evi”ndə yaşayır. Şəhidin adına verilən küçə isə həmin yöndədir. Bu günlərdə şəhid Milli Qəhrəmanın adını daşıyan küçədəki yolüstü keçidin qanunsuz olduğundan sökülməsi haqqında informasiya yayılıb. Sual doğur: Şəhid Milli Qəhrəmanın öz evi, həyəti qanunsuz tikililərlə işğal olunub, evin yerləşdiyi Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkətinin sıx olduğuna baxmayaraq keçid tikmək bir yana, adi işıqfor da qoyulmur, amma lazım olmayan yerdə şəhid- qazi evlərindən onqat baha xərclə keçid tikilir? Elə şəhidin ailəsinin yaşadığı evin küçəsini Koroğlu Rəhimovun adı ilə dəyişmək olmaz? Yox, bu dəyişikliyə evi zəbt edən məmur - oliqarxlar imkan vermir. Əhməd Rəcəbli küçəsinin adını Koroğlu Rəhimov etsələr, gərək keçidi burda tiksinlər axı! Onda da gərək məmurların yol qırağındakı səkini zəbt edən obyektləri sökülsün, olmaz! Qurban Məmmədlinin böyük ailəsinin dişi-dırnağı ilə tikdiyi ev deyil ki? ! Heç şəhid Oktay Ağabəyovun anasının qaraltdığı koma da deyil! “İcra buldozerləri” “ağıllıdır” , öz obyektlərini , villalarını şəhid komasından ayıra bilir. ..
Məğrur Bədəlsoy
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ay Abbasov, həmən ildə heç Azərbaycanın dövlət büdcəsi 2 milyon deyildi...
İsmət Ababsovun oğlu Yunisin Londonda 10 milyonluq mülkü, biznesi və s...
Dövlətin hesabına xaricdə təhsil alan, sonra geri dönməyən, yaşadığı ölkədə vətəndaşlıq alan, biznes quran, atalarının xalqdan və dövlətdən oğurladığı on milyonları xarici ölkədə biznesə yatıran məmur övladları ilə bağlı yeni layihəmiz barədə məlumat vermişdik. Layihəmizin “ilk qonağı” sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun Londonda yaşayan oğlu Yunis Abbasovdur.
Qısa məlumat üçün qeyd edək ki, hazırda Yunis Abbasovun dəyəri on milyonlarla ölçülən əmlakı və biznesi üzərində Londonda istintaq prosesi gedir və bu sərvətin mənbəyi soruşulur. Ümumiyyətlə, kimdir bu Abbasovlar, nəçidirlər..?
Gəlin, bir az uzaqdan başlayaq.
Deməli, İsmət Abbasov nazir olanadək böyük vəzifədə çalışmayıb, həmişə 3-cü, 4-cü dərəcəli vəzifə sahibi olub.
Yeri gəlmişkən, Yunisin ana babası, yəni İsmət Ababsovun qaynatası olan Yunis Rzayev 1970-1973–cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985–ci ilin 24 yanvarınadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləmişdir. Və 1985-ci ildə cavan və sağlam olan Yunis Rzayev qəfil dünyasını dəyişib. Səbəbi barədə danışmayaq.
Bəli, İsmət Abbasov, Yunis Rzayevin hesabına 2-ci, 3-cü dərəcəli vəzifələrdə, 1990-93-cü illərdə Bakı Şərab zavodunda, sonra 1994-97-ci illərdə Bakı Tütün Kombinatında və s vəzifələrdə direktor müavini işləyib. Yəni böyük var-dövlət sahibi olmayıb. Amma...
Əmması odur ki, bu gün İsmət Abbasov Londonda müstəntiqlərə yalan izahat verir ki, guya 1990-93-cü illərdə Şərab zavodunda işləyəndə 2 milyon, sonra 1994-97-ci illərdə Tütün kombinatında işləyəndə 3-4 milyon qazanıb. Bu adama başa salan yoxdur ki, 1993-cü ildə Azərbaycan dövlətinin büdcəsi heç 3 milyon deyildi, sən kimi aladırsan..?
İsmət Abbasovu yaxından tanıyanlar bilir ki, bir köhnə Moskviçi var idi və acından ölənin biri idi... Məhz 2000-ci illərdə Ramiz Mehdiyevin hesabına kənd təsərrüfatı naziri olandan sonra İsmət Ababsov milyonlara sahib oldu.
Bəli, dövlətin aqrar sahəyə ayırdığı yüz milyonlarla subsiduyanı mənimsəyən İsmət Abbasov o pulları Londona, oğlu Yunisə göndərdi. İndi ata-oğul Abbasovlar bu əmlakın mənbəyini soruşan London müstəntiqlərinə yalan izahat verirlər. Yaxşı ki, nəvə Yunis demir ki, bu sərvət babam Yunis Rzayevdən qalıb.
Sözün qısası, sosial şəbəkələrdə İsmət Abbasovun İngiltərə vətəndaşı olan ( Azərbaycan vətəndaşlığını da saxlayıb ) oğlu Yunis Abbasovun mülkləri və biznesi ilə bağlı video yayılıb. Video-araşdırmada konkret oalraq Yunis Abbasovun 10 milyonluq, 800 kv.m sahəsi olan mülkünün içərisi, otaqlar nümayiş etdirilir.
Təsəvvür edirsiniz, cənab İsmət Abbasovun idman otağı, 2 hamamı, iş otağı, yataq otağı, əyləncə otağı və daha nələr. Vallahi, heç İran şahının belə villası olmayıb.
Videoda Azərbaycan xalqına müraciətlə deyilir ki, görün bu oğru məmurlar, xalqın qanını içənlər hansı şəraitdə yaşayırlar.
Bəli, İsmət Ababsovu və oğlunu Londonda istintaqa çağırıblar, izahat alırlar. Amma...
Əmması odur ki, Azərbaycanda heç kim bu korrupsioner məmurun əlinə qandal vurub soruşmur ki, ay adam bu qədər pul, sərvət səndə haradandır? Niyə..?
Bu başqa bir yazının mövzusudur.
Növbəti yazıda İsmət Abbasovun "Körfəz söhbəti" yazısını yazacağıq. Bizi izləyin.
gundelik baki.com
 
Ardını oxu...
"Vitrində 9.99 manat endirimdə olan məhsul çekdə 24.99 manatdan hesablanıb". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qruöundakı paylaşımında Rəşad Balayev adlı istifadəçi giley edir. Xatırladaq ki, anoloji şikayəti narazı vətəndaş bir dəfə də işıqlandırmışdı və "Bravo"dan məsələnin araşdırılacağı vəd edilmişdi.
Ardını oxu...
Bununla bağlı təkrar xatırlatma edən vətəndaş yazılr: " "Bravo" marketdə yaşadığım problemlə bağlı "Bravo" Müştəri Xidmətləri cavab verdi. Amma sonda hələ ki məsələ həll olunmayıb?"

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
 
 

"Şəhid anası olaraq laqeyd münasibət məni incidir. On səkkiz ildir ki, ev növbəsinə dayanmışam. Müxtəlif bəhanələrlə məni aldadırlar”.

 

Lerikin Noda kənd sakini Nəsibə Nəciyeva yerli icra hakimiyyətindən narazıdır.

Xalqxeber.az-ın məlumatına görə, o, "Arqument.az"a deyir ki, 1974-cü il təvəllüdlü oğlu Habil Xanqulu oğlu Nəciyev Birinci Qarabağ müharibəsi zamanı 1994-cü ildə Füzulidə gedən döyüşlərdə həlak olub.

"Oğlumu kənd qəbristanlığında dəfn etmişdik. Qəbr və başdaşı dağılmışdı. Bununla bağlı rayon rəhbərliyinə müraciət etdim. Dedilər ki, başdaşının bərpası üçün kömək edəcəyik. Lakin vədləri elə sözdə də qaldı. Öz təqaüdüm və ikinci qrup hərbi veteran olan oglumun köməkliyi ilə başdaşını düzəltdirdik”, - şikayətçi bildirir.

Nəsibə Nəciyeva əlavə edir ki, növbəti müraciəti evlə əlaqədar olub: "Evim qəzalı vəziyyətdədir. Şəhid anası olaraq icra hakimiyyətinə müraciət etdim. Nümayəndələr gəlib, evə baxış keçirib, qəzalı olduğunu təsdiq etdilər. Oğlum Mübariz Nəciyev lazım olan sənədləri toplayıb yerli icra hakimiyyətinə təqdim etdi. 2005-ci ildən məni ev növbəsinə götürdülər”.

Nəsibə Nəciyevanın dediyinə görə, sonradan iş dolaşığa düşüb. İlk dəfə növbədə 48-ci adam olsa da, sonradan adı siyahıda geriləyib: "Nə məsələdirsə, bizdən sonra növbədə olanlara ev verilib, ya da tikilib. İlk dəfə növbəyə götürüləndə növbədə 48-ci idim. Sonra dedilər ki, nöbədə 66-cısınız. 2013-cü ildə icra başçısı təsdiq etdiyi ev növbəsində isə artıq 70-ci oldum. Növbəm çatmaq əvəzinə geriləyir. Dəfələrlə rayon rəhbərliyinə şifahi və yazılı muracətimə baxmayaraq, nəticə yoxdur. Etiraz edirik, deyirlər ki, növbəniz belə idi”.

Nəsibə Nəciyevanın oğlu Mübariz Nəciyev deyir ki, Lerik Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovla görüşüb: "O, mənə dedi ki, nə qədər adamın evi təmir olunub, neçəsinə ev tikilib. Səbrli olun, sizin də növbəniz çatacaq. İndi də bu işə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi baxır. Şöbənin müdiri Rahib Şiriyev də mənə təklif edir ki, ananı rayon qeydiyyatından çıxar. Sumqayıt qeydiyyatına sal, onda daha tez ev alacaqsan. Mən belə başa düşürəm ki, bu adamlar bizi başlarından edirlər”.

Nəsibə Nəcibova evi qəzalı vəziyyətdə olduğu üçün hazırda Sumqayıtda oğlunun evində məskunlaşıb: "Ev qəzalı vəziyyətdədir. Orada yaşaya bilmirəm. Oğlumun Sumqayıtdakı evinə köçmək məcburiyyətində qalmışam. 2016-cı ildən bu yana müraciət etmədiyim yer qalmayıb. Prezidentə də müraciət etmişəm. Ancaq eyni sözü deyirlər, səbrli olun, tikiləcək. Nə vaxta qədər gözləyim? Artıq 85 yaşım var”.

Lerik Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev Nəsibə Nəciyevanın ev növbəsinə götürülməsini təsdiqləyib.

"Mənzil komissiyası kimi növbəyə biz götürürük. Evlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə tikilir. Ev növbəsində olanlarla əlaqədar rəhbərliyin adından nazirliyə məktub təqdim etmişik”, - şöbə müdiri bildirib.

ƏƏSMN-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

ƏƏSMN-nin 2022-ci ilə olan statistikasına görə ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13200 mənzil və fərdi ev verilib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

XalqXeber.Az
Ardını oxu...
"Halva Restoran Şüvəlan" məkanından şikayətim var. Özlərinə yazanda da bloka atırlar və bitti". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupunda giley olunur.

Ardını oxu...
Daha sonraa narazı vətəndaş yazır: "Ramazanın ilk günü zəng vurun bütün şərtləri öyrəndim və 4 böyük bir uşaq üçün rezerv ettim. Nəzərlərinə çatdırdım ki, çay dəstgahı götürəcək və iki nəfər orucludu ( onlar da istədikləri yeməkləri sifariş edəcəklər) bir neçə saat sonra zəng vuruldu ki, depozit olmalıdı 100 manat. ( Deyirəm mən zəng edəndə bütün şərtləri soruşdum depozit yox idi) cavab olaraq sizi əyləşdiyiniz masada başqa müştəri 200-300 manat hesab verə bilər. Ona görə də sizə 100 manat depozit təklif edirik istəyirsiz gəlin, istəyirsiz gəlməyin. Bizim şərtimiz budu. Məkana gedəndə oruclu masa olsa da bir stəkan nə su nə xurma yox idi, su istədik qaynar su gətirdilər. Daha sonra hesabda iftar açmaq üçün gələn suyun pulunu da hesaba əlavə etmişdilər. Çay dəstgahı 50 manat və sadəcə 1 çaynik daxildi o dəstgaha. Yəni bu məkanlar niyə bu qədər qudurub? Müstərilər olmasa, necə işləyəcək bunlar?"

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
“Azərbaycanda Mədəniyyət nazirliyi, mədəni irsin bərpası ilə məşğul olan qurum, Dini Komitə və Qafqaz müsəlmanları idarəsi xalqımızın ən qədim məzarlıq yerlərində biri olan, birbaşa tarixin özü olan Hövsandakı General Soltan Qılmanov küçəsində yerləşən yerli əhəmiyyətli arxeoloji abidəni görməzdən gəlir”.

Yenicag.az xəbər verir ki, bunu Hövsanda yerləşən qəbiristanlıqdan danışarkən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib.

Dosent qəbiristanlığın həm dövlət, həm də insanlar tərəfindən baxımsız qoyulduğuna etiraz edib:

“İllərdir orada dəfn olunan insanların nəinki ruhlarına, qəbirlərinə belə hörmətsizlik, diqqətsizlik ilk baxışda görünür. İslam adət-ənənəsini qoyaq kənara, orada insanlıq yox edilib. Qədim qəbirlərin daşları, başdaşıları dağılıb, qəbirlərin yeri qazılıb, it sümükləri insan sümüklərinə qarışıb, zibillik olub, ayaq altı yol olub ora. Orada dəfn edilən insanların sümükləri üzə çıxıb, itlər o sümükləri aparıb. Üstündə Quran ayələri olan başdaşıları, qəbirdaşılarının üstünən sanki tank keçib. Bir neçə məzar çıxmaqla qalanları təmiz yox olmaq üzrədir. Amma Azərbaycanda yaşı 750-yə çatan bu məzarlıqda türk və islam adətlərinin əks olunduğu qəbirdaşıları, memarlığına görə XVI əsrə aid olan daşlar, sərdabə, sandıq məzar, kurqanlar görünməz əllər tərəfindən yox edilir. Özü də harada, yaşı yüzə çatan Məscidin yanında. Nə məscidi idarə edən insanlar, nə də ora gələn dindarların biri babalarımızın dəfn olunduğu məzarlığın bu gündə olmasını görməzdən gəlmir. Məscidin yanında bu baş verirsə və orada ibadət edən dindarların oranı qorumaq üçün heç bir iş görmədyini aşkar görmək olar. Məscidə ayrılan maliyyənin az hissəsi o məzarlığın hasarlanmasına ayrılsa idi, orada dəfn edilən insanların ruhu şad olar, it sümükləri, heyvan sümükləri insan sümüklərinə qarışmazdı. Axı Məscid Allahın evidir, məzarlıq da insanın son mənzilidir. Allahın evində olanlar oranı belə vəziyyətdə olmasını görürlərsə, onlar o dünyada o ruhlara nə cavab verəcəklər?”

Z.Əliyev qeyd edib ki, bu məzarlığın tarixi 16-cı əsrə aiddir:

“Orada oxuduğum bəzi baş daşlarındakı işarələr oranın ən azı 750 yaşı olduğunu deyir. Salamat qalan məzar daşlarının üstündə Qurani Kərimdən ayələr və mərhumun adı yazılsa da, orada Türk şamanizm elementləri də var. Bəzi qəbirlərdə Günəş, Ay, Ulduzla yanaşı, digər naxışlar var. Bazubənd elementindən digər elementlərə qədər var. Burada tikili formasında bir neçə ümumi məzar var. Onları o zaman mərhumun yaxınları hövsanlılar demişkən “amana” qoyulub ki, sonradan onların sümükləri Kərbala, Məşhəd, Məkkə, Nəcəf kimi yerlərə aparılıb dəfn edilsin. Lakin sonradan sümükləri apara bilməyənlər, bəzi başdaşılarını aparıblar müqəddəs yerlərə”.

Zaur Əliyev bildirib ki, Hövsan qədimdə liman yeri kimi əhəmiyyət daşıyıb:

“Suraxanıya gələn hindlilər və digər atəşpərəstlər Hövsan limanında düşüb, dizin-dizin sürünüb, Atəşgaha gedirdilər. O zaman bunun qarşısını almaq üçün məhz atəşpərəstlərin getdiyi yolda bu məzarlıq salınıb.

Burada rast gəldiyim ağır fakt, bəzi qəbirlərin baş hissəsinin qazılması idi. Öyrəndim ki, o zamanlar qızıl axtaranlar bu qəbirləri qazıb qızıl dişləri oğurlayıb aparıblar.

Məzarlar burada üç cürədir:

1) Üç mərtəbəli məzarlar – Bir ailə üst-üstə dəfn edilib
2) Sandıq formasında məzarlar – Orada yalnız bir adam dəfn edilib və heç kim orada başqa adamı dəfn edə bilməz
3) Varlı-Kasıb məzarları. Başdaşı iri və kiçik olan məzarlar.

İnventar nömrəsi 5740 olan və üstünə Nazirlik tərəfindən qorunur yazısından başqa burada heç nə qorunmur. Bir Allah bəndəsi gəlib burada bir daşı belə qaldırmayıb. Məzarlıqlar hasara alınmayıb. Yeni qəbirlər köhnə qəbirlərə qarışıb. Daşlar tamam oxunmaz hala gəlib, hətta qəbrin bəzi başdaşıları qiblə tərəfə deyil, başqa səmtə yönəldilib. Represiyya dövründə kənd sakinləri qədim dini kitabları, əşyaları gətirib bu qəbirləri qazıb içlərində gizlədiblər. Qəbirlərin üzərində Quran ayələri həkk olunur. Eyni zamanda Türk inanc sisteminə aid simvollar da əks edilib.
Nə etmək lazımdır? Əlbəttə, orada məzarlarda kimlərin dəfn olunduğunu bilmək çətindir. Başdaşılarında yazılar və naxışlar pozulub. Amma oranı hasara alıb ayaq altı olmaqdan xilas etmək olar, heyvan sümüklərindən təmizləmək, sümükləri üzə çıxan qəbirləri yenidən dəfn etmək, məzar daşlarına uyğun qəbirləri müəyyən edib daşlar ətrafını hörmək və sairə.

Amma kim edəcək? Mədəniyyət Nazirliyi? İcra hakmiyyəti? Mədəni İrsin Bərpası idarəsi? Dini Komitə? Yerli sakinlər, yoxsa Qafqaz Müsəlmanları idarəsi? KİM DƏ KİM!????”
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakı Hərbi Məhkəməsinin hakimləri Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi"nə baxırlar. Tərtər hadisələri zamanı işgəncə verməkdə ittiham olunan polkovnik, işgəncələrin baş verdiyi iddia olunan hərbi hissələrdən birinin komandiri olmuş Vüsal Ələsgərov məhkəmədə bildirib ki, o, müdafiə nazirinin, onun müavininin, Baş Qərargah rəisinin, Hərbi Prokurorluğun, korpus komandirinin verdiyi əmrləri yerinə yetirib. Ona görə də özünü təqsirli bilmir.

Teref.Az xəbər verir ki, o, bu barədə martın 28-də məhkəməsində ona qarşı ittihamlara münasibət bildirərkən cavabında deyib.

Vüsal Ələsgərov da daxil olmaqla, Tərtər işgəncələrində ittiham olunan 4 nəfərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri Sumqayıt Məhkəmə Kompleksində baxır. Təqsirləndirilən şəxslər arasındakı digər 3 nəfər sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı vəzifəsində xidmət etmiş Ramil Qarayev və müddətdən artıq xidmət etmiş əsgər Rüstəm Ələsgərovdur. Adları çəkilən 4 nəfərin işi üzrə ümumilikdə 192 nəfər zərərçəkmiş var. Onlardan 7 nəfər “Tərtər işgəncələri” nəticəsində ölənlərin hüquqi varisləridir. Onların arasında mərhum polkovnik Saleh Qafarov, Elçin Quliyev və digərlərinin adları var.

Prosesdə prokuror ittiham aktını elan edib. Cinayət işinin materiallarında iddia olunur ki, Tərtər rayonu ərazində yerləşən N saylı hərbi hissənin komandiri Vüsal Ələsgərov yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və başqa məqsədlərlə hərbi hissənin zabitlərindən ibarət dəstə yaradıb. O, müxtəlif hərbçiləri düşmənə işləmə şübhəsiylə qanunsuz şəkildə sorğu-sual edib. Bu zaman həmin şəxslərə qarşı qanunsuz davranışlara yol verilib, işgəncələr tətbiq olunub. İşgəncə növləri arasında suda boğma, bədənə elektrik vermə, dəyənəklə döymə və başqa üsullardan istifadə olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 341.2.1 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb. Onlardan Rüstəm Ələsgərova bu maddələrdən əlavə, həm də Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddələrilə ittiham verilib.

İttihamlara münasibət bildirən təqsirləndirilən şəxslərin heç biri orada yazılanları qəbul etməyib. Onlar özlərini təqsirli bilməyiblər. Hakim təqsirləndirilən şəxslərə sərbəst ifadə verməyi təklif edib.

Polkovnik Vüsal Ələkbərov qısa şəkildə bunları deməklə ifadə verməkdən imtina edib:

“Mən əmrlərin icrasına görə məsuliyyət daşıyan şəxs olmuşam. Konkret bu halda da, müdafiə nazirinin, nazir müavininin, Baş Qərargah rəisinin, korpus komandirinin, Hərbi Prokurorluğun verdiyi göstərişləri icra etmişəm. Özümü tam təqsirsiz bilirəm. Məhkəmənin sonuna qədər də ifadə vermək niyyətim yoxdur”.

Onun istintaqdakı ifadəsi elan olunub. Həmin ifadədə isə o, özünü qismən təqsirli bildiyini söyləyib.

Vüsal Ələsgərov bildirib ki, hadisələr baş verməmişdən bir neçə gün əvvəl 1-ci korpusun rəhbəri, general-mayor Hikmət Həsənov iclas keçirib, düşmənlə əlaqəyə girən şəxslərin aşkar olunmasını tapşırıb:

“İclasda müdafiə naziri və Baş Qərargah rəisi online formada iştirak edirdilər. Bundan sonra hərbi hissədə şübhəli hərəkət edən hərbçilərin təqibinə başlandı. Qarşıdakı günlərdə korpusun hüquqşünası Fuad Ağayevin də iştirakı ilə şübhəli hərbçilər gözləri və qolları bağlı şəkildə işgəncə verilən hərbi hissələrə göndərildi”.

Vüsal Ələsgərov istintaqa ifadəsində deyib ki, işgəncə verilən hərbi hissədə olduğu vaxt korpus komandiri Hikmət Həsənov, müavini Babək Səmidli və Tərtər prokurorluğunun əməkdaşları da orada idi. Onun ifadəsinə görə, həmin vaxt Hikmət Həsənov onunla söhbət edib dayanıqlılığı artırmağı tapşırıb:

“Bundan başqa, Hərbi prokuror Xanlar Vəliyev və müavinləri də işgəncələr baş verən hərbi hissəyə gəlmişdi...”

Vüsal Ələsgərovdan istintaqda verdiyi bu ifadəni təsdiqləyib-təsdiqləmədiyi soruşulub. O, istintaqda dediklərini məhkəmədə də təsdiqləyib. Lakin özünü qismən təqsirli bilməsi məsələsilə razılaşmayıb:

“O vaxt Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılırdım, sarsıntı keçirmişdim, ona görə elə demişəm. Özümü qətiyyən təqsirli bilmirəm. Bu işi obyektiv araşdırma üçün birinci növbədə əmr verənlərdən başlamaq lazımdır. Mənə Baş Qərargah rəisi Nəcməddin Sadıkov əmr veribsə, icra etməyə məhkumam”.

Zərərçəkmiş şəxslər Vüsal Ələsgərovun ifadə verməməsinə, sualları cavablandırmamasına etiraz ediblər. Onlar həmçinin general Hikmət Həsənov və başqa məsuliyyət daşıyan şəxslərin cəzalandırılmamasından narazılıqlarını bildiriblər.

Təqsirləndirilən şəxslərdən Ramil Qarayev və Rəşid Niftəliyev də ifadə verməkdən imtina edib. Yalnız Rüstəm Ələsgərov ifadə verməyə razılaşıb. O bildirib ki, hərbçilərə işgəncə verilməsində qətiyyən rolu olmayıb. Onun sözlərinə görə, birlikdə mühakimə olunduğu üç təqsirləndirilən şəxsi həbsdən sonra tanıyıb.

Rüstəm Ələsgərovun sözlərinə görə, Tərtərdə hərbçilərə işgəncə verildiyi iddia olunan ikimərtəbəli binanın mühafizəçisi olub:

“Mən əsgərəm, əmr icra edirəm. Məni heç binaya yaxın buraxmırlar, harda kiməsə işgəncə vermişəm? Biri generaldı, birinin başqa vəzifəsi var deyə, gedib evində rahat yatır, mən yetiməm, heç kimim yoxdur, yükləyiblər üstümə. Mən binaya girə bilirdim? Mən briqada komandiri olmuşam? Yoxsa kəşfiyyatın rəisiyəm? Hardadır onlar? Onları niyə tutmayıblar? Müstəntiq Qasım Məmmədov bir yetim tapıb, “1001 gecə nağılları”nı yazıb doldurub bura. Mənim üstümə 7 zərərçəkmiş, ölənlərin işini qoyublar. Ölənlərin də yaxınlarını aldadıblar, məni də. Məni o binaya ancaq içəri su üçün, şkafı çəkmək üçün çağıranda girə bilərdim. İçəri girəndə qan da görmüşəm, maskalı adamlar da, dəyənək də, köhnə paltarlar da görmüşəm. Bilirdim ki, içəridə adamlara işgəncə verirlər. KamAz maşınlarda adamlar gətirirdilər. Mən əsgərəm, əmr icra edirəm, deyirlər bu binanın mühafizəsində dayanmalısan, mən də dayanmışam. Bir dəfə binanın içində bölük yoldaşımı gördüm, dizüstə oturdulmuşdu, Abbas Axundov. Deyirdilər ki, guya düşmənə xəritə verib. Keçəndə onunla qısa söhbət eləməyə görə maskalılar mənim özümü hədələdi. Dedi ki, sən də onun yanına getmək istəyirsən? İçəridə Hərbi Prokurorluğun adamlarını da görmüşəm, Teymur Məmmədovu (hərbi hissənin komandiri-red), Hikmət Həsənovu da görmüşəm...”

Daha sonra məhkəmə iclasında zərərçəkmişlər ifadə verib. “Tərtər işi” üzrə işgəncə verməkdə təqsirləndirilən daha 5 nəfərin, o cümlədən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş general-mayor Bəkir Orucovun məhkəməsi yaxın günlərdə başlayacaq. 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır. Daha dörd nəfər isə icraat yenilənməmişdən öncə həbsdə idi. Sadəcə, icraat yenilənəndən sonra başqa şəxslərə qarşı işgəncələrdə də iştiraklarıyla bağlı məlumatlar üzə çıxdığına görə onlara yenidən ittiham verilib. İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və 452 nəfərə çatıb.

İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb. Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bəraət verilib.\\Musavat.com
 

Dünyapress TV

Xəbər lenti