Ardını oxu...
Xəbər verdiyimiz kimi, Sumqayıtda fizika müəllimi şagirdin saçını kəsib.

TEREF.AZ xəbər verir ki , məktəblinin saçını kəsən 29 nömrəli məktəbin müəllimi Mədinə Məmmədova Abşeron rayon Dövlət Yol Patrul Xidmətinin inspektoru Turqay Mirzəyevin anasıdır.

Qeyd edək ki, şagird dərsə "səliqəsiz" saçla gəldiyinə görə fizika müəlliminin onu vurduğu və saçını qırxdığı bildirilib.manset.az

 

Ardını oxu...
Cümləni düzgün yaza bilməyən qurum Xalqın balalarını imtahan edir

Dövlət İmtahan Mərkəzinə təcili bir Azərbaycan dili müəllimi lazımdır. Ölkənin ən böyük imtahan qurumunun açıqlamasından da hiss olunur ki, Azərbaycan dilindən xəbərləri yoxdur. Olsaydı belə bir açıqlama yaymazdılar.
İndi Sizi Dövlət İmtahan Mərkəzinin valideynlərin narahatlığı ilə əlaqədar yaydığı açıqlama ilə tanış edirik:
“Bununla əlaqədar olaraq bildiririk ki, şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı və dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır. İmtahan iştirakçıları meyarlarla nəticələr elan olunanda tanış ola biləcəklər”.
Qurumun açıqlamasından da bu açıq-aydın hiss olunur ki, Dövlət İmtahan Mərkəzində Azərbaycan dili müəlliminə ehtiyac var. Əgər qurumda Azərbaycan dilini bilən yoxdursa, o zaman heç olmasa vakansiya elan edib bir Azərbaycan dili müəllimi işə götürsünlər.
Burdan ictimaiyyət nümayəndələrinə, jurnalistlərə və Azərbaycan dili müəllimlərinə səslənirəm: şagirdiniz belə cümlə yazsaydı, ona hansı qiyməti yazarıdınız?

Elmar Hüseynov - DİA.AZ
0
 
 
Ardını oxu...
“Media azadlığı, bütün digər fundamental azadlıqlar və insan hüquqları kimi, sülhün və uzunmüddətli təhlükəsizliyin təməl blokudur”.

DİA.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Matteo Mecacci ATƏT regionunda media sahəsindəki durumdan danışarkən deyib.

Qeyd edək ki, bu gün Vyanada ATƏT sədrinin Media Azadlığı Üzrə Xüsusi Nümayəndəsinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə İnsan Ölçüsü üzrə Əlavə İclası keçirilib.

İclasda çıxış edən DTİHB direktoru Matteo Mecacci daha sonra deyib: “Media azadlığı, bütün digər fundamental azadlıqlar və insan hüquqları kimi, sülhün və uzunmüddətli təhlükəsizliyin təməl blokudur. Media azadlığına hörmətsizlik hər bir fərdin hüquqlarına və nəticədə cəmiyyətlərimizin sabitliyinə mənfi təsir göstərir. Seçkilər zamanı medianın oynadığı kritik rola, eləcə də hüquq müdafiəçilərinin işinə nəzər saldıqda aydın görürük ki, azad və müstəqil media demokratik təsisatlara ümumi etimad üçün həyati əhəmiyyət kəsb edir”.
Ardını oxu...
İki gündür Azərlotoreyanın keçirdiyi bəzi oyunları araşdırıram. Gəncliyimdə Türkiyədə 6/49 oynamışam. İnanırdım ki, udacağam. Çoxlu variantlar yazmış, kiçik bir sistem yaratmışdım. İki dəfə 4 nömrə də tutdum…

Sonradan başa düşdüm ki, fırıldaqdır. Uduş variantını əvvəlcədən müəyyən edirlər. Yəni lototrondan çıxan rəqəmlər təsadüfi deyil. Dövlət hərif deyil, heç vaxt təsadüfi adama milyonlar verməz.

Hazırda Azərbaycanda bütün televiziyalar, media 913 min manat udduğu deyilən Xaçmaz sakinin reklam edir. Bu, qumarın dövlət səviyyəsində təbliğidir. Özü də düzgün, şəffaf olmayan, şərtləri, mexanizmləri dolaşıq, müəmmalı olan qumar oyunlarının.

O xaçmazlı daşsatan adam (Kamran Məmmədsəidov) yetimin biridir, ona o qədər pulu heç kəs verməz. Öyrədib çıxardıblar efirə, deyir, 10 min Yaşat fonduna, 10 min Heydər Əliyev fonduna, 10 min də nə bilim nə fonduna köçürəcəyəm. Bədbəxt oğlu, Heydər Əliyev fondu sənin pulunu neynir? Özü ona-buna pul, ev verir. Udmusan, get problemini həll elə də, ağzında düz-əməlli dişin yoxdur, onu düzəltdir.

Deyir, daş satmağa davam edəcəyəm. Heç milyonçu da daş satar? Yenə daş biznesini genişləndirəcəyəm desəydi, dərd yarı idi. 900 min manatı olan adam da səhərdən axşamacan 5-6 yüz manat qazanmaq üçün toz-torpağın içində eşələnər? Onu qəsdən belə öyrədiblər ki, gələcəkdə kimsə araşdırsa, görsün ki, “gözütox” adamdır, milyonu olsa da, halal zəhmətlə dolanır. Halal zəhmətlə yaşamaq istəyən adam lotoreya niyə alır? Zalım oğlunun bir 20-30 minlik maşın alacağam deməyə də dili gəlmədi. Bilirsinizmi niyə? Çünki onda o pul sadəcə yoxdur. Ona uzaq başı efirə çıxdığına görə 5-6 min verəcəklər. Nə isə, yaşayaşarıq görərik…

Əgər bizdə düz-əməlli media olsaydı, o işin bütün arxa planını tapıb qoyardı ortaya. Təəssüf ki, yoxdur. Olmasında da heç kəs maraqlı deyil.

Məsələ burasındadır ki, “cek-pot” deyilən yüksək məbləği kefləri istəyən vaxt, kefləri istəyən oyunçu üçün çıxarmaq imkanları var. Müasir İT-nin, süni intellektin əlində bu heç nədir. Əgər uduş turajı keçirildikdən dərhal sonra, irili-xırdalı bütün uduşları qəpiyinə qədər elan edə bilirlərsə, lototrondan istənilən rəqəmləri çıxarmaq heç nədir.

Sual olunur: niyə cek-potdan başqa digər uduşlar çox cüzidir? Niyə oynayan adam yalnız ildə bir dəfə çıxaracağınız və milyonda bir şans verməyən cek-potda maraqlı olmalıdır? Əgər düzgün, xalqı əyləndirməyə yönəlik layihə olsaydı, aşağı və orta uduşlar da cəlbedici olardı. Amma cek-pot xaric, digər uduşlar qəpik-quruşdur.

Oyunların şərtlərini, cek-pot udma ehtimalını riyazi baxımdan hesablayanda açıq-aydın görürsən ki, bu ehtimal yox dərəcəsindədir. İnanın ki, arabir özləri yalandan kiməsə çıxdığını elan edib, hay-küy qaldırmasalar, illərlə heç kəs heç nə uda bilməz və zatən heç kəs heç nə udmur da. Çünki ehtimal nəzəriyyəsi bu şansın sıfra yaxın olduğunu təsdiqləyir.

Bir sözlə, Azərlotoreya dövlət səviyyəsində fırıldaqla, vətəndaşları aldatmaq və soymaqla məşğuldur.

Nadir QOCABƏYLİ,

Azinforum.az
 
Ardını oxu...
Deputat Etibar Əliyev Ali Məhkəmənin səlahiyyət müddəti bitən sabiq sədri Ramiz Rzayevə ağır ifadələrlə ittihamlar səsləndirib.

Tribunainfo.az onun çıxışını təqdim edir: “Məhkəmə – ədalətin simvoludur. Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti bitib və mən etik prinsiplərə əməl etmədən deyirəm ki, adam rədd olub gedib, bu sistemdən. Bu adam nəyinsə müqabilində saxta diplomlu hakimləri müdafiə edib. Onları irəli çəkib. Bu adam aşağı məhkəmə orqanlarının qərarlarını maddi marağı səviyyəsində dəyərləndirib. Bu adam işində hər addımda Konstitusiyamızın maddələrini kobud şəkildə pozub. Bu adam məhkəməni şəxsi mülkiyyətinə çevirmişdi. Ən varlı adamlardan biridir. Obyektlərinin, evlərinin sayının həddi- hüdudu yoxdur. Və bu adamın işdən rədd olunmasını dəstəkləyən bir müsbət fikrə rast gəlmisinizmi? Mümkün deyil…Məhkəmə sisteminə vurduğu ağır və sarsılmaz zərbələrin bərpası üçün böyük vaxt itkisi tələb olunacaq. Məhkəmə sistemində də toy- bayramdır”.
 
Ardını oxu...
DİA.AZ: - "Azərbaycanda məhkəmə sisteminin üçpilləli olması, yuxarı instansiyanın göstərişlərinin aşağı instansiya məhkəmələri üçün məcburi olması Konstitusiya ilə, məcəllələrlə doğrulanıb . Di gəl, məhkəmə hakimiyyəti nəinki bu normaya əməl edir, hətta yuxarı instansiyanın ləğv etdiyi işlərə yenidən baxılması gerçəkləşmir. Məhkəmə süründürməçiliyi kimi, süründürməçiliyi bir qırağa qoyub, konkret faktlara keçək". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırda Bakı İnzibati Məhkəməsi) 06.05.2015 tarixli , 2-1 (81)-2205/2015 saylı bu sətirlərin yazarının DSMF-ə qarşı pensiya təminatı ilə bağlı iş üzrə iddianın mümkün sayılmaması haqqında qərardadı Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən Nurəddin Mustafayev ) 02.07.2015 tarixli, 2-1 (103)-1098/2015 saylı qərardadı ilə ləğv edilib və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılıb. Lakin 8 ildir Bakı İnzibati Məhkəməsi işə yenidən baxmaqdan imtina edir və ümumiyyətlə, işi gizlədir. Bilirsiniz niyə və necə ? Cavabdehin məhkəməyə qeyri-prosessual basqısı bu gizlilikdə önəmli rol oynayır. Təbii ki, məhkəmənin özünün bu basqıdan “xoşhal” olduğu gizli deyil.
Yeri gəlsə də, gəlməsə də, vurğulayaq ki, düz bir il qabaq Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov sözügedən cavabdeh və DİN-ə qarşı iddia üzrə öncə tələblər üzrə işləri ayırıb və 8 aylıq süründürməçilikdən sonra hər iki iş üzrə iddianın mümkün sayılmaması haqqında qıraqdan sifarişlə 12.12.2022 tarixli iddianın mümkün sayılmaması haqqında qərardad(lar) qəbul edib. Bu qərardadlarını 5 günə verməli olduğu halda, 53 günə verən hakim, indi də 40 gündür şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmir. Orxan Həsənovun qərardadını gec verməsinin nədəni bəlli olub. Heç demə, hakim qanunsuz aktını əsaslandırmaq üçün cavabdehlərdən iddianın mümkün sayılmaması haqqında qərardadlar toplayırmış! (??) Halbuki İPM-in 68.2 maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin, qərardadı elan edəndən sonra qərardadını əsaslandırmaq üçün sübutlar axtarışına çıxması yolverilməzdir və qeyri – prosessual ilişgidən qaynaqlanır. Bu faktı qabartmağımızda amacımız cavabdehin və məhkəmənin 8 ildir yuxarı instansiyanın ləğv etdiyi işi gizlətməsinə diqqəti yönəltməkdir. Yəqin ki, yuxarı instansiya iddiaçının apellyasiya şikayətində istinad etdiyi bu sübuta da hüquqi qiymət verər. Sözsüz ki, Bakı İnzibati Məhkəməsi şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərərsə. ..Hələ ki, şikayətin apellyasiya instansiyasına göndərilməsi baş verməyib.
Bakı İnzibati Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin ləğv edib baxmağa göndərdiyi işlərə yenidən baxmaqdan imtinası norma halını alıb. Rüstəm Kərimli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakimlik edəndə cavabdeh Nərimanov bələdiyyəsinin rüşvəti ilə 15.10.2019-cu il tarixli qərardadla gizlincə icraata xitam verib. Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Vidadi Məmmədov ) 05.03.2020 tarixli qərardadla aşağı instansiyanın qərardadını ləğv edib və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi birləşib Bakı İnzibati Məhkəməsi təşkil edildiyindən, işi baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarıb. Bu zaman Sabunçu məhkəməsində hakimlik edən Rüstəm Kərimli Ədliyyə Nazirliyindəki tanışları ilə qeyri-prosessual bağlantı sonucunda Bakı İnzibati Məhkəməsinə ezam olunub və. .. Bakı Apellyasiya Məhkəməsinin ləğv etdiyi işini icraatına götürüb, gizlədib. Hələ də - 3 ildir işə baxılması təmin olunmur.
Rüstəm Kərimlinin sözügedən rüşvət, korrupsiya hakimliyi Nərimanov RİH və bələdiyyəsinin mübahisə predmeti olan torpağı satmalarına nədən olub. Mübahisə ilə bağlı iş məhkəmənin icraatında olduğu halda, mübahisə predmeti olan torpaq sahəsi cavabdeh tərəfindən necə başqasına satıla bilər? 3 ildir sualın ünvanlandığı dövlət orqanları, baş prokurorluq, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ombudsman cavab verməkdə çətinlik çəkirlər. Görünür, rüşvətlə torpaq bölgüsündə özlərinin də payı var. Pay bölgüsünün faizlə ifadəsi isə, məhkəmə aktının özü kimi, gizlədilir. Kommersiya sirrindən başqa, həm də korrupsiya sirridir, yəqin..."
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi olan Azercell ötən ilin yekun hesabatını açıqlayıb.

TEREF.AZ Azpost.info-a istinadla bildirir ki, Azərbaycan İnternet Fondunun prezidenti Osman Gündüz hesabatı şərh edib.

Onun sözlərinə görə, açıqlamaya, təqdim edilən statistikaya, infrastruktura və texnologiyalara, investisiya xərclərinə diqqət yetirdikdə, Azercell dövlət şirkətinə çevriləndən sonra ilk dəfə olaraq vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə edib.

“Amma mobil sektorda ən yüksək bazar payına-48%-dən çox paya sahib olan Azercell maraqlıdır ki, yenə də gəlirlərini açıqlamayıb. Hesabatla bağlı açıqlamadan anlaşılmır ki, qurum ötən ili zərərlə başa vurub, yoxsa mənfəət əldə edib . Ümumiyyətlə, diqqət cəlb edir ki, Azercell “dövlətləşəndən” sonra gəlirləri və xərclərini açıqlamaqda xəsislik edir. Hansı ki, bu, normalda əksinə olmalıydı, “dövlətləşəndən” sonra cəmiyyətin daha çox marağında olan qurumun hesabatlılığı, şəffaflığı daha da artmalıydı”-deyə ekspert bildirib.

O.Gündüz deyib ki, əvvəlki Hesabatlara nisbətən bu açıqlama daha dolğun olsa da, görülən işlər, layihələr və tədbirlər daha çox gözə çarpsa da, digər bir çox əhəmiyyətli məqamlara da aydınlıq gətirilməyib.

“Açıqlanan geniş məlumatda abonent bazasındakı dəyişiklik(açıqlanan faizdən görünür ki azalma olub), hər mobil istifadəçiyə görə orta gəlirlər, səs danışığından və mobil internetdən əldə olunan gəlirlər, datanın dinamikası, istifadə olunan trafik həcminin 4G/3G/2G arasında bölgüsü , rouminqlə bağlı gəlirlər, xidmətlərlə – məsələn Asan imzadan əldə olunan gəlirlər və s. bu tip ictimai faydalı məlumatlar yoxdur“- deyə O.Gündüz vurğulayıb.

Xatırladıram ki, 2018-ci ilin martında RİNN yanında “AzInTelecom” MMC Maliyyə Nazirliyinin ayırdığı 450 milyon manat vəsaitlə Azercell-in səhmlərinin 51.3%-ni satın alıb. Bundan sonra Azercell AzİnTelecom daxilində olmaqla dövlət şirkətlərinin reyestrinə daxil edilib.

Ardını oxu...
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi “4 MM AQRO” MMC (VÖEN- 6701560141) olub.

“4 MM AQRO” MMC Sumqayıt Yaşıllaşdırma İdarəsinin sifarişilə yaşıllıqların salınması işlərini həyata keçirəcək.
Nizamnamə kapitalı 10 manat olan “4 MM AQRO” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisultanlı, ev 1, m. 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fətəliyeva Nurlanə Şahin qızıdır.

Tender müsabiqəsinin maraqlı və şübhəli tərəfi odur ki, qalib şirkət – “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 7 gün əvvəl yaranan şirkətin 300 min manatlıq tenderi uda bilmək üçün hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.

Ətraflı
“4 MM AQRO” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Yüzminlərlə manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.

Onu da qeyd edək ki, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi əvvəllər də bu cür şübhəli tender müsabiqələri keçirib.

Məsələn, 25.05.2022-ci il tarixində 141 min manat dəyərində tender elan edib və qalib şirkət təxminən bir ay əvvəl – 15.04.2022-ci ildə dövlət qeydiyyatına alınan “SANDORA” MMC (VÖEN – 1203088251) olub. Yaxud da, 01.07.2022-ci il tarixində 1941 min manat dəyərində tender elan edilib və qalib şirkət təxminən iki ay əvvəl – 06.05.2022-ci ildə dövlət qeydiyyatına alınan “FIKSON TS CORP” MMC (VÖEN – 1102599721) olub.Yeniavaz.com
Ardını oxu...
Paytaxtın Bayıl qəsəbəsində yaşayan sakinlər uzun müddətdir ki, qarşılaşdığı əsas problemlərdən biri yollarda ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasıdır.

Artıq uzun müddətdir ki, mövcud şəraitdən bezən vətəndaşlar isə çıxış yolunu alternativ yolların olmasında görürlər. Bayıl sakinləri şəhərə gəlmək üçün istifadə etdiyi yolda demək olar ki, hər gün saatlarla gözləməli olurlar.

Müxtəlif səbəblərlə bağlı davamlı olaraq “Azneft” dairəsində hərəkət məhdudlaşdırılır və avtomobillər, avtobuslarda işə tələsən sərnişinlər yolun nə vaxt açılacağını gözləyirlər.

Həmin ərazidə isə alternativ yol, Badamdar “20-ci sahə” adlanan yoludur ki, bir sıra marşrut avtobusların həmin yol vasitəsilə hərəkəti sərnişinlər üçün çox əlverişli idi. Lakin uzun müddətdir ki, Bakı şəhərinin Badamdar qəsəbəsinin "20-ci sahə" ərazisində avtomobil yolunun baş verən uçqunla bağlı yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün bağlıdır.

Bunun nəticəsində artıq bir neçə ildir ki, nəinki avtomobillər, marşrut avtobuslar belə, əsas yoldan istifadə etməli olurlar. Bu zaman isə onlar daha çox məsafə qət etməli olurlar.

Qeyd edək ki, sözügedən ərazidə hələ 2012-ci ilin dekabr ayında sürüşmə olub. 2013-cü ildə həmin ərazilərdə aidiyyəti orqanlar tərəfindən bərkidilmə işləri aparılıb.

2018-ci ildə yenədə həmin ərazidə sürüşmə nəticəsində yol bağlanıb. Bir müddət sonra, 28 yanvar 2021-ci il tarixində yenə baş verən sürüşmə nəticəsində yol bağlanmışdı.

Beləliklə, dəfələrlə həmin ərazidə baş verən sürüşmə nəticəsində yaranan problem yolun bağlanmasına səbəb olub ki, bu da nəqliyyatın hərəkətini məhdudlaşdırır. Artıq neçə müddətdir ki, təmir-bərpa işləri gedən ərazidə işlər yekunlaşmaq bitmir.

Bu günlərdə məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Cebhe.info-ya bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, "20-ci sahə" adlanan ərazidə baş vermiş torpaq sürüşməsinin fəsadlarının aradan qaldırılması istiqamətində görülən tamamlama işləri ilə əlaqədar təhlükəsizlik baxımından yolun bu hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Belə ki, yamacda olan artıq torpaq kütləsinin daşınması işləri həyata keçirilir. Yaxın zamanlarda işlərin yekunlaşacağı və hərəkətin tam bərpa ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu günlərdə Bakı şəhər İcra Hakimiyyətindən bildirilmişdi ki, Badamdar "20-ci sahə" yolu açılıb. Nəqliyyatın hərəkəti üçün yol artıq ikitərəfli fəaliyyət göstərir. Ancaq sakinlər sevindirəcək bu xəbər də uzunmüddətli olmadı. Hazırda Badamdar "20-ci sahə" yolu bağlıdır. Badamdar qəsəbə nümayəndəliyinin məlumatına görə, həmin yol açılıb və və 3-4 gün fəaliyyət göstərsə də, yenidən bağlanıb.

Hazırda günün bir neçə saatını “Azneft” dairəsində hərəkətin məhdudlaşması ilə bağlı avtobuslarda keçirən sərnişinləri daha da çətin günlər gözləyir. Belə ki, qarşıdan "Formula-1" yarışları gəlir. Yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.

Həmin dövrdə isə bir sıra ərazilərdə, xüsusilə də “Azneft” dairəsində yolun nəqliyyat vasitələri üçün məhdudlaşdırıldığını nəzərə alsaq, Badamdar "20-ci sahə" yolu kimi alternativ yolun istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, ötən il “Formila-1” yarışları zamanı “Azneft” dairəsində yolun bağlı olması səbəbindən vətəndaşlar avtobusların həm sayının azaldılması, həm də dayanacaqların uzaq məsafədə yaradılması ilə bağlı saatlarla piyada yol qət etməli olurdular.

Eləcə də səhərlər işə tələsən sakinlər bir neçə avtobus dəyişməklə mənzil başına çatmağa çalışırdılar. Mövcud vəziyyətlə bağlı müraciət etdiyimiz qurumlar problemin həlli ilə bağlı cavabdeh qurumun FHN olduğunu deyirlər.

Adıçəkilən qurum isə davamlı olaraq təmir işlərinin aparıldığını bildirir.

Maraqlıdır, qurumların uzun müddətdir ki, təmir-bərpa işlərini başa çatdıra bilməməsinin əziyyətini niyə vətəndaşlar çəkməlidir?

Əgər Badamdar "20-ci sahə" yolunun bərpası hələ illərlə davam edəcəksə, problemin həlli üçün başqa bir yol tapılmalıdır.
Ən azından “Azneft” dairəsində yaradılan məhdudiyyətlərə son qoyulmalıdır.
Nigar Abdullayev
Teref.az olaraq qeyd etmək istəyirik ki, o ərazidə yaşayan əmıkdaşımızın apardığıl müşahidələrə əsasən bu yolda axır vaxtlar heç bir iş gedmir.Sadəcə elə belə görüntü yaradan 1-2 nəfər fəhlə geyimli adamlar var. Onlarda 5-10 dəqiqə görünüb yox olurlar.
Teref.az
 
Ardını oxu...
Azərbaycanın lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-yə məxsus “Misli” brendi Naxçıvan Muxtar Respublikasında faəliyyətə başlayıb. Naxçıvanda məntəqələrin açılış mərasimində çıxış edən “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu fəaliyyətin uğurlu olacağına inamını ifadə edib:

“Naxçıvanda ilk rəsmi mərc operatoru məntəqəsinin – “Misli” və “Azərlotereya” olaraq açılışı səbəbi ilə burada olduğumuz üçün çox şadıq. Naxçıvana gəldiyimizdən bəri burada böyük potensial, böyük inkişaf gördük. Ortaqlarımızla birgə etdiyimiz bu sərmayənin Naxçıvanda həm biznesin, həm idman oyunlarının inkişafına, həm də ticarətin inkişafına faydalı olacağına inanıram”.
Məlun olub ki, “Azərlotereya” Naxçıvanda 4 yeni məntəqə açıb. Tanınmış jurnalist Məhəmmədəli Qəribli atılan bu addımı sərt tənqid edib. Azinforum.az jurnalistin məlum mövzudakı videoçıxışını təqdim edir:

 

Dünyapress TV

Xəbər lenti