Gəncə şəhəri Mahrasa bağı adlanan ərazisində 10-cu binanın qarşısında köhnə uşaq meydançası və stadionu olan yeri hasara alınır. Sakinlər burada torpağın satıldığını və hündürmərtəbəli binanın tikiləcəyini deyirlər. Həmin ərazidə yaşayan vətəndaşlar tikintinin aparılmaması üçün əllərindən gələni edəcəklərini bildirmişdilər.
Maraqlıdır ki,bir neçə dəfə aidiyyatı qurumlar tərəfindən tikinti işləri dayandırılsa da yenidən ərazidə texnika görünüb. Baş verənlər Gəncə icra başçısının belə uşaq meydançasını satın alan iş adamına hökm edə bilmədiyini göstərir.
P.S. Gəncə İcra Hakimiyyətindən məsələ ilə bağlı yerli KİV-ə bildiriblər ki, “Sözügedən ərazi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri PHŞ tərəfindən Çıxarış əsasında “Səma – 4″ MTK -ya 5 il müddətinə icarəyə verilib. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə hərhansı bir tikintinin aparılmasına icazə verilməyib”. dia.az