Ardını oxu...
Təhsil sektorunda o qədər problemlər var, yazmaqla bitməz. Keyfiyyət çox aşağıdır, şagirdlərin qiymətləndirilməsi üzrə beynəlxalq hesabatlarda yalnız geri getdiyimizi görürük. Müəllimlərin nəzərəçarpan hissəsi peşəsini lazımi səviyyədə bilmir. Bölgələrdə təhsil ocaqlarının vəziyyəti ürəkaçan deyil. Qış gələndən isə məktəblərin isidilməsi problemi ön plana çıxıb.
Bizimyol.info xəbər verir ki, bir-birinin ardınca müxtəlif təhsil müəssisələrinin qızdırılmaması ilə bağlı məlumatlar gəlir. Lənkəranda 9 saylı məktəbdəki duruma görə valideynlər dilə gəlib. Onlar uşaqların dərsdə soyuqdan dayana bilmədiklərini deyir. Mingəçevirdə müəllim sinifdə şagirdlərin gödəkçədə əyləşdiyini göstərən video çəkib. O, bu şərtlərlə dərs keçməyin mümkünsüzlüyünü göstərməyə çalışıb. Bakı Dövlət Universitetinin tələbələri isə soyuqdan donmalarına özünəməxsus şəkildə etiraz edib. Onlar rektor Elçin Babayevə ərizəni birbaşa lövhəyə yazıblar. Burada istilik sistemi ilə bağlı problemlərin aradan qaldırılmasına göstəriş verilməsi xahiş olunur. Dərdini lövhəyə yazmaq ideyasının hüquq fakültəsinin tələbələrinə məxsus olduğu iddia edilir.

Bakı Dövlət Universitetindən məsələyə münasibət bildirilib. Açıqlamada təhsil müəssisəsində istiliklə bağlı hər hansı problemin olmadığı qeyd edilib. Başqa cavabı gözləməyə də dəyməzdi.

Ümumiyyətlə, Azərbaycanda bütün sektorlarda oxşar vəziyyət yaranıb. Heç bir halda tənqid dilə gətirilə bilməz, çatışmazlıqlar ört-basdır edilməlidir, deyilməməlidir. İşçi və ya tələbə heyətindən kimsə problemi açıb-ağartsa, buradan uzaqlaşdırıla bilər.

Əslində, tamam başqa cür olmalıdır. Problemi hamıdan əvvəl müəssisə rəhbərliyi görməlidir. İstilik problemi o qədər davam edib ki, tələbələr bu barədə lövhədə yazmalı olub. Mingəçevirdə işləyən müəllim də bir müddət gözləyəndən sonra məsələni ictimailəşdirmək qərarına gəlib. Yəni problem vaxtında həllini tapa bilər. Bunun üçün çox da böyük iradəyə ehtiyac yoxdur. Sadəcə, işinə məsuliyyətlə yanaşmaq və vəzifəni vicdanla yerinə yetirmək kifayətdir.

Tutaq ki, hər hansı müəllim və ya tələbə problemi ictimaiyyətə çatdırıb. Dünya dağılmır. Problem varsa, həll olunmalıdır. Müəllim və tələbələrin müəssisədə tədrislə normal şərtlər çərçivəsində məşğul olmağa haqqı var. Ola bilməzmi ki, universitetdə istilik problemi yaranmasın, amma kimsə çıxıb lövhəyə bu haqda yazsın. İctimaiyyəti o cür açıqlamalarla aldatmaq heç ağıllı davranış da deyil. Problemi etiraf edib qısa zamanda yoluna qoymaq lazımdır.
 
 
 
Ardını oxu...
“Bərabər İnkişaf Naminə” devizi ilə Azərbaycan Qadınlarının Forumu keçirilib və tədbirdə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar verilib.

“Report” xəbər verir ki, doqquz qeyri-hökumət təşkilatının (QHT) birləşərək təsis etdiyi koalisiya tərəfindən təşkil edilən tədbirdə 500-dək müxtəlif sahələri təmsil edən - ictimai xadimlər, elm və təhsil sahəsində çalışan, eləcə də qeyri-hökumət təşkilatları və özəl sektorun nümayəndələri olan qadınlar iştirak ediblər.

Forumda koalisiyanı təmsil edən qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai xadimlər, həmçinin bolqar, avar, rus və talış etnik qruplqarının nümayəndələri çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan xalqının müxtəlif təbəqələrinin nümayəndələri, ictimai-siyasi, sosial-mədəni həyatda yaxından iştirak edən qadınlar bugünki reallıqlar fonunda ölkənin inkişafı yolunda əllərindən gələni əsirgəmirlər.

Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hər bir sahədə əldə edilən uğurlara diqqət çəkərək əlavə ediblər ki, qısa müddət sonra ölkədə keçiriləcək prezident seçkisində ölkəmizin davamlı inkişafı, xalqımızın firavanlığı naminə hüquqlarımızı daim müdafiə edən Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklər.

Qeyd edilib ki, “Bərabər İnkişaf Naminə” devizi ilə doqquz qeyri-hökumət təşkilatının birləşərək təsis etdiyi Koalisiya qadınlarımızı vahid məqsəd ətrafında bir araya gətirib. Koalisiyanın fəaliyyətinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, onların daha nizamlı və mütəşəkkil fəaliyyətinə təkan verəcəyinə inam ifadə olunub.
Sonda “Bərabər İnkişaf Naminə” Azərbaycan Qadınlarının Forumunun Bəyannaməsi qəbul edilib.

Sənəddə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi çərçivəsində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi, qərarqəbuletmə və özəl sektorda, o cümlədən yerli ərazi və özünüidarəetmə orqanlarında gender bərabərliyinin təşviqində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi, qadınların iqtisadi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, innovativ inkişafı təmin edən yeni texnologiyalara əlçatanlığın artırılması, xüsusilə qızlar və qadınların bu prosesə daha geniş cəlb olunması kimi məsələlər öz əksini tapıb.

Eyni zamanda, “Bərabər İnkişaf Naminə” Forumda Azərbaycan qadınlarının təmsilçiləri seçki hüququ olan vətəndaşımızı, ölkəmizin bütün ərazisində keçiriləcək prezident seçkilərində fəal iştiraka, xüsusilə qadınları və gənc qızları bu taleyüklü siyasi prosesin önündə gedərək vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıblar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
""Oba" və "Al-Market" marketlər şəbəkələrində şəkər tozu yerinə, xırda şüşə qırıntıları satılır ".

"DogruXeber.az" xəbər verir ki, bu sözləri redaksiyamıza müraciət edən vətəndaş bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı vaxtlarda hər iki marketlər şəbəkəsindən alınan şəkər tozu ilə bişirilən bütün mürəbbələrin içində aşağıdakı fotoda təqdim etdiyimiz görüntülər meydana gəlib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Vətəndaş bildirir ki, fotoda gördüyünüz maddə tamamilə dadsızdır və suda ərimir.

Qeyd edək ki, çəki ilə satılan şəkər tozunu üzərinə market tərəfindən vurulan çəki və digər göstəriciləri göstərən "etiket"ində də bu şəkər tozu barəsində (məsələn hansı firmaya məxsus olduğunu bildirən) heç bir məlumat yer almayıb.
Ardını oxu...
Biz vətəndaşın müraciətilə bağlı hər iki marketlər şəbəkəsinin baş ofisləri ilə telefon əlaqəsi saxlayıb, hansı şirkətin istehsalı olan şəkər tozu satdıqlarını soruşmaq və ümumiyyətlə cavabdeh tərəf olaraq, görüntülər barəsindəki fikirlərini, açıqlamalarını öyrənmək istədik. Lakin, təssüf ki, hər iki şəbəkənin baş ofisində dəstəyi qaldıran olmadı.

"DogruXeber.az" hər kəsin söz haqqını tanıyır.
 
Ardını oxu...
Yeni təmirdən çıxan BDU-da istilik sistemi niyə işləmir?Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən 2 satınalmaya yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, hər iki satınalma bir mənbədən satınalma üsulu ilə keçirilib.
Satınalmanın nəticəsinə görə, “Euroservise” MMC (VÖEN – 1503047971) 19 dekabr 2023 – 30 aprel 2024-cü il tarixləri arasında universitetin yeni qazanxanasına qaz xətti çəkəcək və qarşılığında 76 min 590 manat 44 qəpik alacaq.
“TFM-Smart Project” MMC (VÖEN – 6001055841) isə 2 saylı tədris binasının əsaslı təmiri işləri ilə bağlı mövcud olan layihə-smeta sənədlərinə əlavələr hazırlaycaq və qarşılığında 135 min 169 min manat alacaq.
Tender müsabiqələriylə bağlı diqqət çəkən məqam odur ki, 2 saylı korpusda əsaslı təmir işləriylə bağlı tender müsabiqəsi bu ilin əvvəlində keçirilib. Tenderin qalibi “Vest-LTD” QSC (VÖEN – 2100393871) olub. Qalib şirkətə 10 milyon 950 min 396 manat 33 qəpik ayrılıb. Müsabiqənin şərtlərinə görə 2 saylı korpusda əsaslı təmir işləri bu ilin dekabr ayının 30-da başa çatmalı idi.
Sentyabr ayının 8-də mətbuatda yer alan məlumatlarda bildirilir ki, 2 saylı korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir. Binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənib. Qeyd edilib ki, qazanxana və drenaj sistemi yenilənib.
Maraqlıdır ki, sentyabr ayında açıqlanan məlumatlarda 2 saylı korpusda əsaslı təmir işləri başa çatmaq üzrə olduğu bildirilsə də, BDU 3 ay sonra - dekabr ayında əsaslı təmirlə bağlı 135 min manatlıq yeni layihə-smeta sənədləri hazırlayır. Eyni zamanda yeni qazanxanya yeni qaz xəttinin çəkilməsi korpusun istifadəyə verilməsindən 3 ay sonra – qış fəslində həyata keçirilir. Hər iki satınalma da bir mənbədən satınalma üsulu ilə keçirilib.
Məlumat üçün onu da bildirək ki, dekabr ayının 18-də Bakı Dövlət Universitetinin müəllimi Araz Əliyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, tədris müəssisəsinin auditoriyalarında bir həftədir ki, soyuqdur, istilik sistemi isə işləmir.
Bu paylaşımdan 5 gün sonra Araz Əliyev polis tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və 25 sutka inzibati həbsə məhkum edilib.
Ardını oxu...
Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Azərbaycana qarşı ikili standartlar sərgiləyən xarici diplomatı necə susdurmasından danışıb. 

"DogruXeber.az" xəbər verir ki, XİN rəhbəri AzTV-də yayımlanan "Əsas məsələ" verilişində açıqlamasında deyib: 

"Danışıq ingilis dilində idi. Amma cənab Prezidentin dediyini Azərbaycan dilinə tərcümə etsək, bu ifadə "Siz etdiyiniz ikili standartların dərsliyidir" idi. Mənə çox maraqlı idi ki, bu məqamda reaksiya, izahat necə olacaq. Qısa zamanda gördüm ki, sükut... Heç bir kontur-arqument gətirilmədi".
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun məhkəmə prosesi davam etdirilib.
Dekabrın 25-də keçirilən prosesdə Nadir Əliyev sərbəst ifadə verib.
O bildirib ki, 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri vəzifəsində işləyib.
Nadir Əliyevin iddialarına görə, baş verənlərdə onun hər hansı təqsiri yoxdur. O, bütün məsuliyyəti Alik Həsənovun üzərinə atıb.
Nadir Əliyev deyib ki, Alik Həsənov bu əməllərinə görə işdən də çıxarılıb.
Lakin vəkillərin suallarından aydın olub ki, Nadir Əliyev ibtidai istintaqa fərqli ifadə verib.
O, ifadəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin adını hallandırıb.
Nadir Əliyev məhkəmədə iddia edib ki, ibtidai istintaqa bu cür ifadə verməsi zərərçəkənlərdən birinin vəkili olan Aslan İsmayılovun və öz vəkilinin ona təsir göstərməsi nəticəsində olub. “Mənə dedilər ki, səni 10 ildən çox “iş” gözləyir. Ona görə də rəhbərliyin adını çəkməlisən. Amma bu işlərin ona heç bir aidiyyatı yoxdur. Əksinə, mən bu barədə rəhbərliyə məlumat verdikdən sonra Alik Həsənov işdən çıxarılıb”, - deyə Nadir Əliyev bildirib.
Zərərçəkənlər isə Nadir Əliyev doğru danışmadığını bildiriblər. Çünki o, zərərçəkənlərə də sənədlərin rəhbərliyə təqdim olunduğunu və sənədləşmə işlərinin getdiyini bildirib.
Bundan başqa, Aslan İsmayılov ona bu işin fiqurantlarından olan Əfqan adında biri barədə sual ünvanlayıb. Vəkilin sualın aydın olub ki, həmin şəxs də eyni qaydada aldadılıb. Lakin sonradan Nadir Əliyev ona dəymiş zərəri ödəyib.
Aslan İsmayılov bu barədə məhkəməyə verdiyi açıqlamada bildirib ki, Nadir Əliyev indi istintaqa verdiyi izahatlarından imtina etməsinə baxmayaraq əvvəllərdə belə işlərlə məşğul olub və sübut üçün Əfqan adında şəxslə onun arasında baş verən münaqişə haqqında sual verib.
Nadir Əliyev isə bu barədə danışmaq istəməyib və sualdan yayınıb.
Ümumiyyətlə, Nadir Əliyev özü barədə olan bütün ittihamları rədd edib. Baxmayaraq ki, bir neçə zərərçəkən onunla görüşdüyünü və statdion satışı ilə bağlı məsələləri müzakirə etdiyini bildirib.
Alik Həsənovun vəkili isə Nadir Əliyevin bu işlərdə rolu olduğunu sübut edən səs yazısının olduğunu bildirib.
Vəkil həmin səs yazısının dinlənilməsi barədə vəsatət qaldırıb.
Hakim Nadir Əliyevin ibtidai istintaqa verdiyi ifadənin elan olunmadığını əsas gətirərək vəsatəti baxılmamış saxlayıb. Fərid Namazov bildirib ki, növbəti prosesdə Nadir Əliyevin ifadəsi elan olunduqdan sonra bu məsələyə baxıla bilər.
Bundan sonra proses növbəti ilin yanvarın 8-nə təxirə salınıb.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Ardını oxu...
Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən hallarla bağlı toplanan ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.
Xüsusi qeyd;
Bir qədər əvvəl Azadliq Radisosu bu məsələ ilə bağlı məqalə dərc etmişdi və orda belə bir başlıq var idi.
“Prokurorluq niyə Səttar Möhbalıyevi kənarda saxlayıb?”
Zərərçəkənlərdən Elçin Rüstəmovun vəkili Aslan İsmayılov məhkəmədə vəsatət qaldırıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev məhkəməyə çağırılıb dindirilsin. Onun sözlərinə görə, təqsirləndirilən Əliyev ifadəsində zərərçəkmiş Elçin Rüstəmovdan aldığı pulu aparıb Konfederasiyanın rəhbəri Möhbalıyevə verdiyini etiraf edib. Lakin prokurorluq istintaq dövründə bu məsələnin üstündən keçib, araşdırma aparmayıb.

“Prokurorluq niyə Səttar Möhbalıyevi kənarda saxlayıb, bir dəfə də çağırıb dindirməyib? Bu işlərin başında dayanan Səttar Möhbalıyevdir. Bu gün yenə kənarda qalsa, artıq bu ölkədə hüququn olduğuna inanmayacağam. Necə olur, 5 faiz alanlar müttəhimlər kürsüsündədir, Səttar Möhbalıyev isə Milli Məclis kürsüsündə?”, – vəkil İsmayılov belə deyib.
Vəkil Aslan İsmayılov yenidən bu məsələnin üstünə qayıdaraq Nadir Əliyevin istintaqa verdiyi izahatdan niyə imtina etdiyinə belə aydınlıq gətirdi:
" Nadir Əliyev əvvəllər məhkəməyə xəstəhallı gəlirdi. İndi maşallah gümrahdır. Heç elə bil xəstə olmayıb. Və bundan başqa verdiyi izahatlardanda imtina edərək Səttar Möhbalıyevin bu məsələyə dəxli olmadığını deyir. Çünki artıq Həmkarlardsa seçki keçirilib və Səttar Möhbalıyev seçilib. Deməli Nadir Əliyevə onu qurtaracağına söz verib. Ona görədə Nadir Əliyev sağlamlaşıb və keçmiş izahatlarından imtina edir."
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
Ardını oxu...
Ağstafa şəhəri, Azər Yusifli küçəsi sakini Yusifov Elməddin Bayram oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona qarşı həyata keçirilən cinayət faktının üstünü açmamaqda maraqlı insanlar var:

“Mən, Yusifov Elməddin Bayram oğlu, Ağstafa şəhəri, Azər Yusifli küçəsi, ev nömrə 1-də yaşayıram. 2022-ci il iyun ayının 15-dən 16-na keçən gecə, təxminən saat 3 radələrində mənə məxsus olan 09-BR-717 markalı VAZ 2107 maşınım yandırılmışdır.

Bu, məndə əsaslı şübhələr oyatdı. Dərhal məsələ ilə əlaqədar Yanğından Mühafizə İdarəsinin 101 “qaynar xətt”inə məlumat verdim. Qısa müddətdə Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəldi, yanğın söndürüldü. Həmin vaxt DİN-in əməliyyat və təhqiqat qurupunun əməkdaşları da hadisə yerinə gəldilər. Araşdırma nəticəsində məlum olmuşdur ki, maşınımın döşəməsinə neft və yağ tökərək yandırılmış və maddi olaraq 10 min manat dəyərində ziyan vurulmuşdur.

Onu da nəzərinizə çatdırıram ki, maşınım yandırılmamışdan əvvəl, şinlərinə müxtəlif vaxtlarda qəsdən kəsici-deşici alətlə təxminən 5-6 dəfə ziyan vurulmuşdur. Olanlarla əlaqədar DİN-in 102 xidmətinə məlumat vermişəm. Nəticədə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşı, baş leytenant Əlövsət müəllim (soyadı qeyd olunmur – red.) şinlərin deşilməsi ilə bağlı izahatımı almışdır.

Maşını bazarın ətrafında, kameranın yanında saxlamışdım. Bu barədə Əlövsət müəllimdən xahiş etmişdim ki, kameranı açıb baxsın və şinləri deşənin kimliyi bilinsin. Polis əməkdaşı bir neçə dəfə bəhanələr gətirərək, baxış keçirmədi. Əsəblərimi sakitləşdirə bilməyib ona bildirdim ki, bundan sonra mənim maşınıma və özümə kim bir xəta yetirərsə, məsuliyyəti birbaşa siz daşıyırsınız.

Bu söhbətin üstündən təxminən 20-25 gün keçəndən sonra maşınımı qəsdən yandırdılar.

Əlimi hər yerdən üzərək Sizə müraciət edirəm, prpblemimi işıqlandırın, mənə kömək edin.

İki dəfə cənab general Vilayət Eyvazovun, bir dəfə Arzu Daşdəmirovun qəbulunda olmuşam. Lakin işimdə heç bir dəyişiklik olmamışdır. Ağstafa rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov və müavini Qurban müəllim mənə deyir ki, “get, kimə istiyirsən müraciət et”. Vüqar müəllim və Qurban müəllim barəsində Bakı Şəhər Prokurorluğuna öz ərizəmlə müraciət etmişəm. Oradan mənə dedilər ki, narahat olma, məsələn həll olunacaq. Lakin üzərindən 2 ay keçməsinə baxmayaraq, hələ bir cavab yoxdur.

Sizin qəzet vasitəsilə cənab Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanıma müraciət edirəm. Xahiş edirəm ki, mənim işimə baxılması ilə bağlı müvafiq qurumlara tapşırıq verəsiniz.

Heç bir yerdə işləmirəm, ata yurdunda qalıram, çətinliklə 2 əsgər böyüdürəm. Xahiş edirəm mənə kömək olun. Cinayətkarların tapılmasını, mənə dəyən zərərin qarşılanmasını istəyirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Mən əslində Naxçıvana səfərim zamanı çəkdiyim bu şəkil və videoları paylaşmayacaqdım. Çünki bir Türk iş adamı olaraq Emin Uçarın Vasif Talıbovla anlaşaraq Naxçıvan insanının haqqına girməsinin, yüz milyonlarla manat müqabilində Muxtar Respublika iqtisadiyyatını böyrü üstə yatırmasının ictimai rəydə fərqli qənaətlər formalaşdıra bilməsindən çəkinmiş və belə bir qənaətin ortaya çıxmasında rol almaq istəməmişəm. Amma indi “Arkoz” şirkətinin öz eybinə kor olub susmaq əvəzinə bir də məni qərəzçilikdə, kiminsə tərəfini tutmaqda günahlandırması bəndənizi çəkdiyi bəzi video və fotoları paylaşmağa vadar edir.
Əziz izləyicim, bu videoya diqqətlə baxın. Duzdağda “Arkoz” tərəfindən inşa olunmuş və indiyədək yalnız test çalışmalarından başqa heç bir zaman işlədilməmiş duz zovodunda qurulan cihazlar pas atıb. Halbuki bu makinalar guya paslanmaz dəmirdən düzəldilib. Buna baxmayaraq, bir gün belə ciddi işləmədiyi halda həmin makinaların düşdüyü duruma baxın. Sözün həqiqi mənasında pas əlindən tərpənmək olmur. Üstəlik, bu paslı makinalar duz zavodunda Azərbaycan insanının süfrəsini bəzəyəcək qida məhsullarına dad qatmaq üçün quraşdırılıb. Yəni məlum zavod texniki səbəbdən işləməz hala düşməsəydi, bəlkə də gün işlətdiyimiz duz gördüyünüz paslı makinaların ağzından çıxıb bizim mədəmizə daxil olacaqdı.
Maraqlıdır ki, “Arkoz”un mütəxəssisləri bu pası pas saymır. Onların fikrincə, sarı-qəhvəyi rəngi az qala göz çıxaran bu korroziya hadisəsi dəmirin paslanması deyil, sadəcə oksidləşməsidir. Adamlar anlamırlar ki, dəmirin oksidləşməsi elə paslanması deməkdir.
Mən həmişə Azərbaycanın özünütanımaz məmurlarının Türk iş adamlarının başına gətirdiyi müsibətlərə kəskin qarşı çıxmışam. Bunu Türk dünyasının həmrəyliyinə və birliyinə vurulan zərbə kimi qiymətləndirmişəm. Amma eyni zamanda bəzi özünütanımaz Türk iş adamlarının yerli məmurlarla işbiriliyinə girib Azərbaycan xalqını aldatmasını, bu da azmış kimi, incə söz oyunlarından istifadə edərək, adi bir paslanmanı digər adıyla oksidləşmə kimi göstərərək, ictimaiyyətimizi axmaq yerinə qoymasını da qınayıram. Və bunu da iki qardaş dövlət arasında münasibətlərə xələl gətirəcəyini, Əlahəzrət tarixin yaratdığı Türk dünyası birliyi yaratmaq şansını baltalayacağını düşünürəm. Böyük milli hədəflər kimlərinsə cılız şəxsi maraqlarına qurban verilə bilməz. Belə insanlar hər iki dövlət tərəfindən ağır şəkildə cəzalandırılmalıdırlar.
Heydər Oğuz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti