Duzdağda “Arkoz” tərəfindən inşa olunmuş paslanmayan dəmirdən düzəldilən dəzgahlar niyə paslanıb?  VİDEO/FOTO
Mən əslində Naxçıvana səfərim zamanı çəkdiyim bu şəkil və videoları paylaşmayacaqdım. Çünki bir Türk iş adamı olaraq Emin Uçarın Vasif Talıbovla anlaşaraq Naxçıvan insanının haqqına girməsinin, yüz milyonlarla manat müqabilində Muxtar Respublika iqtisadiyyatını böyrü üstə yatırmasının ictimai rəydə fərqli qənaətlər formalaşdıra bilməsindən çəkinmiş və belə bir qənaətin ortaya çıxmasında rol almaq istəməmişəm. Amma indi “Arkoz” şirkətinin öz eybinə kor olub susmaq əvəzinə bir də məni qərəzçilikdə, kiminsə tərəfini tutmaqda günahlandırması bəndənizi çəkdiyi bəzi video və fotoları paylaşmağa vadar edir.
Əziz izləyicim, bu videoya diqqətlə baxın. Duzdağda “Arkoz” tərəfindən inşa olunmuş və indiyədək yalnız test çalışmalarından başqa heç bir zaman işlədilməmiş duz zovodunda qurulan cihazlar pas atıb. Halbuki bu makinalar guya paslanmaz dəmirdən düzəldilib. Buna baxmayaraq, bir gün belə ciddi işləmədiyi halda həmin makinaların düşdüyü duruma baxın. Sözün həqiqi mənasında pas əlindən tərpənmək olmur. Üstəlik, bu paslı makinalar duz zavodunda Azərbaycan insanının süfrəsini bəzəyəcək qida məhsullarına dad qatmaq üçün quraşdırılıb. Yəni məlum zavod texniki səbəbdən işləməz hala düşməsəydi, bəlkə də gün işlətdiyimiz duz gördüyünüz paslı makinaların ağzından çıxıb bizim mədəmizə daxil olacaqdı.
Maraqlıdır ki, “Arkoz”un mütəxəssisləri bu pası pas saymır. Onların fikrincə, sarı-qəhvəyi rəngi az qala göz çıxaran bu korroziya hadisəsi dəmirin paslanması deyil, sadəcə oksidləşməsidir. Adamlar anlamırlar ki, dəmirin oksidləşməsi elə paslanması deməkdir.
Mən həmişə Azərbaycanın özünütanımaz məmurlarının Türk iş adamlarının başına gətirdiyi müsibətlərə kəskin qarşı çıxmışam. Bunu Türk dünyasının həmrəyliyinə və birliyinə vurulan zərbə kimi qiymətləndirmişəm. Amma eyni zamanda bəzi özünütanımaz Türk iş adamlarının yerli məmurlarla işbiriliyinə girib Azərbaycan xalqını aldatmasını, bu da azmış kimi, incə söz oyunlarından istifadə edərək, adi bir paslanmanı digər adıyla oksidləşmə kimi göstərərək, ictimaiyyətimizi axmaq yerinə qoymasını da qınayıram. Və bunu da iki qardaş dövlət arasında münasibətlərə xələl gətirəcəyini, Əlahəzrət tarixin yaratdığı Türk dünyası birliyi yaratmaq şansını baltalayacağını düşünürəm. Böyük milli hədəflər kimlərinsə cılız şəxsi maraqlarına qurban verilə bilməz. Belə insanlar hər iki dövlət tərəfindən ağır şəkildə cəzalandırılmalıdırlar.
Heydər Oğuz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır


b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703424880_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703424880_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703424881_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703424881_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703424881_5.jpg
 

Dünyapress TV

Xəbər lenti