Güclü yağışlar nəticəsində Pirsaat çayının daşması bir sıra fəsadlara yol açıb.
Sel sularının təsiri nəticəsində çay məcrasını dəyişib və Hacıqabulun Birinci Udullu kəndində yolu uçurub. Nəticədə, kəndin bir hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
"Sel aparıb buranı, nə işığımız, nə də qazımız var. Nəvələrim məktəbə gedib-gələ bilmirlər. 70 yaşım var, sabah ölsəm, məni hara basdıracaqlar, çaya atacaqlar?!", - narazı kənd sakinlərindən biri deyib.
Ətraflı Baku TV_nin süjetində: TEREF qeyd edir ki, Hacıqabul İca Hakimiyyətinin başçısı Sevindk Hətəmovdur!