Ərdoğanı təhqir etmişdi - Məşhur aktyor barədə QƏRAR VERİLDİ
Tanınmış sənətçi İlyas Salman, üç il əvvəl "BirGün" qəzetinə verdiyi müsahibəsindəki ifadələrinə görə “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təhqir” ittihamı ilə mühakimə olunduğu məhkəmədə 11 ay 20 gün həbs cəzasına məhkum edilib. Lakin bu cəza 7 min lirə məbləğində inzibati cərimə ilə əvəz olunub.
İstanbul Cəza Məhkəməsində keçirilən məhkəmə iclasında İlyas Salmanın vəkili və prezident Ərdoğanın vəkili iştirak edib. Prokuror əvvəlki məhkəmə iclasında təqdim etdiyi əsas çıxışını təkrarlayaraq, Salmanın cəzalandırılmasını tələb edib. Prezidentin vəkili də bu mövqeyə qatılaraq sənətçinin cəzalandırılmasını istəyib.

İlyas Salmanın vəkili Selen Sınmaz isə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Vedat Şorli qərarına istinad edərək, işin rədd olunmasını tələb edib. Sınmaz bildirib ki, AİHM, Türk Cəza Qanununun 125 və 299-cu maddələrində eyni cinayətin – təhqirin – iki fərqli şəkildə tənzimlənməsini qanunsuz hesab edib və xüsusilə 299-cu maddənin vətəndaşlar arasında ayrı-seçkilik yaratdığını vurğulayaraq Türkiyəni qanunvericiliyini dəyişdirməyə çağırıb.

Vəkil daha sonra deyib: "Müvəkkilim bir sənətçidir. Onun təhqir məqsədi olmayıb, sadəcə fikir azadlığı çərçivəsində düşüncələrini ifadə edib".

Məhkəmə, Salmanın "Prezidentə təhqir" cinayətini törətdiyini əsaslı hesab edərək əvvəlcə ona 1 il 2 ay həbs cəzası verib. Sonra bu cəza 1/6 nisbətində azaldılaraq 11 ay 20 günə endirilib və sonda 7 min lirə inzibati cərimə ilə əvəzlənib.

Dünyapress TV

Xəbər lenti