Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
Redaksiyamıza Mustafayeva Rəna Süleyman qızı adlı şəxsin Qazax Rayon Mərkəzi Xəstəxanasına işə düzələrkən təhsili haqda yanlış məlumat verməsi barədə məlumat daxil oldu. Məlumat daxil olan kimi, araşdırmalara başladıq. Aztoday.org olaraq apardığımız araşdırmadan məlum oldu ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında baş tibb bacısı kimi fəaliyyət göstərən, Mustafayeva Rəna Süleyman qızı adlı şəxsin diplomu "saxtadır".

Rəna Mustafayeva 2004-dən 2014-cü ilə qədər Qazax RMX-nın Doğum Şöbəsində xadimə kimi, 2014-cü ildən hal-hazıra qədər baş tibb bacısı kimi çalışır. O, 2005-ci ildə Odlar Yurdu Universitetinin Qazax filialından (işlədiyi müddətdə) diplom alıb. Rəna Mustafayeva işlədiyi müddətdə necə diplom aldı? Bu sualla bağlı araşdırmamızda ortaya çıxdı ki, R.Mustafayeva 2023-cü ildə Gəncə tibb kollecində 24 günlük mama kursu keçib və 24 günlük kursda aldığı sertifikat əsasında doğum şöbəsində Baş Tibb bacısı necə təyin edilib.

Mənbənin iddiasına görə R.Mustafayevanın Odlar Yurdunun Qazax filialından aldığı diplom o zamanlar Təhsil Nazirliyində çalışan Samir Vəliyev vasitəsi ilə tanıtdırılıb.

Hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Bəs saxta diplomu olan və həmin şəxsləri işə götürənlərlə bağlı hansısa cinayət işi açıla bilərmi? Vəzifəli şəxs bilərəkdən saxta diplomu olanı işə götürərsə, məsuliyyətə cəlb oluna bilər. Bəhs etdiyimiz proses isə Qazax Rayon Mərkəzi Xəstəxanasın kadrlar məsələsindən məsul şəxsi, insan resursları şöbəsinin rəhbəri Yusifov Rövşən tərəfindən idarə olunub...

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...

Dünyapress TV

Xəbər lenti