Ardını oxu...
Teref.az yazır ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı fəhlələrdən birinin ona yazdığı məktubu yayıb.
Məktubda ərzaq təminatından və fəhlələrə yemək bişirmək üçün ayrılan aşbazlardan şikayət olunub:
Mirvari xanımın replikası ilə başlayan məktubu təqdim edirik:
"Azneft 28 May NQÇİ 13 saylı DDÖ -dən məktub! Xəzəriaşə yenə?
Öyrənmişə toba yoxdu.Vallah!
- Özüldə çox acınacaqlı vəziyətdir. Ərzaqla təminat yoxdur. Sosiyal şöbəyə də bu gün buranın rəisi yazıb müraciət edib . Pendir nədi ki ,o belə yoxdu . Ərzaq olsa belə iyulun 27- dən avqustun- 12 -nə kimi növbədə olan aşbazlar yemək bişirə bilmirlər .
Üzür istəyirəm itə versəniz o yeməyi yeməz. Xahiş edirəm bu haqda biz fəhlələrə yardım edin buranın aşbazlarını yəni 27 -dən 12-nə olan aşbazlarını dəyişsinlər. O biri smendə olanlar adam balası kimi yeməy bişirlər. Kimnsə day dayı var deyə biz fəhlələr əziyət çəkirik .Sosiyal şöbəyə 13cü özüldə rəis əvəzi olan insan yazıb ,biz fəhlələr şikayet etdik, burda jurnala etirazmızı yazdığ, amma heç bir dəyişiklik yoxdur. Bizim üsdümzə gəlirlər ki niyə şikayet etmisiz . Belə olmaz axı ağır şəraitdə işləyirik baxan yoxdu."

 
Ardını oxu...
Ötən ilin aprel ayının 1-dən bütün ölkə ərazisində icbari tibbi sığortanın (İTS) tətbiqinə başlanılıb. Bununla da, əhali İTS-in Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək imkanı qazanıb.

Tibbi sığorta zərfinə müəyyən bahalı əməliyyatlar da daxil edilib. Ürək-damar xəstəlikləri, beyin anevrizması, periferik damar əməliyyatları, yemək borusu, qapalı və açıq ürək əməliyyatları da sığorta təminatına daxil olub. Azərbaycanda “İcbari tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul edilsə də, uzun müddət bundan yalnız xarici şirkətlərdə çalışanlar yararlana bilib.

İddialara görə, ölkə miqyasında icbari tibbi sığortanın tətbiqinə başlanılsa da, İTS zərfindən istifadə əlçatan deyil. Dövlət və özəl xəstəxanalara üz tutan pasiyentlərin süründürməçiliyə salınması, bəzi hallarda isə dolayı üsullarla ödənişə təşviq edilməsi barədə narazılıqların ardı-arası kəsilmir.

Bütün bunlar icbari tibbi sığorta sahəsində görüləsi işlərin çox olduğunu söyləməyə əsas verir. Aiddiyəti dövlət qurumları isə bu iddialarla razılaşmır, İTS-in tətbiqi zamanı hər hansı süründürməçiliyə yol verilmədiyini bəyan edir.

DİA.AZ-ın məlumatına görə, tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, icbari tibbi sığorta ilə bağlı gözləntilər özünü doğrultmur: “İcbari tibbi sığorta tətbiq edilməmişdən öncə poliklinikalarda hansı müayinələr aparılırdısa, indi də o müayinələr aparılır. Misal üçün, ultrasəs müayinəsi var, amma tutalım, qalxanvari vəzdəki problemi müəyyənləşdirmək üçün antitellərin analizi vacibdir, bunu isə edə bilmirlər. Ya da böyrəyin funksiyalarını göstərəcək analizlər yarımçıq aparılır, böyrəküstü vəz isə ümumiyyətlə yoxlanmır. Çünki bu analiz üçün lazım olan avadanlıq, tibbi ləvazimatlar yoxdur”.

“Hansı zamanda yaşayırıq ki, poliklinikalarda exo-kardioqramma edilmir?! Dövlət tabeliyində olan tibb müəssisələrində xroniki xəstəliklərin müayinəsi, müalicəsi aparılır, daha dəqiq müayinə lazım olduqda isə pasiyenti ya özəl klinikalara göndərirlər, ya da göndəriş verirlər ki, filan yerə get. Məsələn, doğuş prosesi, təxirəsalınmaz tibbi müdaxilələr mütləq icbari tibbi sığorta paketinə daxil edilməlidir. Poliklinikalarda müalicə-müayinə metodları genişlənməlidir, tibbi avadanlıqlar yenilənməlidir, analizlərin aparılması təkmilləşməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Namazlı müasir avadanlıqlarla işləyə biləcək kadrların olmasını vacib hesab edir: “Məzmun və mahiyyət dəyişməlidir. Ümumi sistem və mühit yaxşılaşmalıdır. Vətəndaş tibb müəssisəsinə daxil olanda ürəyi açılmalıdır, həkimdən, tibb bacısından xoş münasibət, gülər üz görməlidir. Həkim deontologiyası çox aşağı səviyyədədir. Həkim pasiyenti onun anlayacağı dildə başa salmalı, sağlamlığı haqqında dolğun izahat verməlidir. Bəlkə, pasiyentin həmin anda müalicə olunmaq üçün maddi imkanı yoxdur, yüksək etikaya malik həkim pasiyenti incitmədən, şəxsiyyətinə toxunmadan maddi durumunu ayırd etməyi bacarmalıdır”.

DİA.AZ-ın məlumatına görə, Fransada tibbi təhsili almış azərbaycanlı cərrah Araz Bayramov məsələ ilə bağlı AYNA-ya şərhində söyləyib ki, İTS-in oturuşması zaman məsələsidir: “Ötən əsrin sonlarında Azərbaycanda “İcbari tibbi sığorta haqqında” qanun qəbul edilib. İlkin dövrlərdə bundan yalnız xarici şirkətlərdə və çox az sayda yerli şirkətlərdə çalışan insanlar yararlana biliblər. Uzun müddət bununla bağlı müzakirələr aparılıb. Müxtəlif dövlətlərin təcrübələri öyrənilib. Nəhayət, 2022-ci ilin aprelindən ölkə miqyasında icbari tibbi sığorta tətbiq edilib”.

“İddia etmək ki, icbari tibbi sığorta işlək deyil, bu, əsassız olardı. Kifayət qədər vətəndaş - istər paytaxtda olsun, istərsə də regionlarda - bu xidmətlərdən yararlanır. Lakin o da həqiqətdir ki, İTS-in tətbiqi ilə bağlı müəyyən boşluqlar mövcuddur. Bu da əsasən onunla bağlıdır ki, sistem hələ oturuşmayıb. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, hər yerdə bu, belə olub. Yəni, İTS-in yayılması zamanla inkişaf edib və bəlli bir nöqtəyə gəlib”, - deyə mütəxəssis vurğulayıb.

Bayramov əlavə edib ki, özəl tibb müəssisələri də bundan istifadə edir: “Müəyyən xəstəliklər var ki, İTS zərfinə daxil deyil. Misal üçün, onkoloji, stomotoloji, androloji xəstəliklər. Onkoloji xəstəliklər və böyrək çatışmazlığı ilə bağlı dövlət yardım proqramları mövcuddur. Ona görə də bu xidmətləri həmin siyahıya əlavə etməyiblər. Əksər xəstəliklər İTS zərfinə aiddir. Təbii ki, xəstəliklər zənzirvari bağlı olduğu üçün bəzən xəstələr tam mayinə və müalicələrə yönləndirilə bilmir. Hesab edirəm ki, yaxın gələcəkdə bu problem aradan qalxacaq. Həm tibb sektorunda, həm də cəmiyyətdə İTS ilə bağlı vahid yanaşma formalaşacaq. Hazırda bunlar baş vermədiyinə görə, müəyyən problemlər ortaya çıxır”.
 
Ardını oxu...
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı ötən il müavini Rasilə Arifqızının törətdiyi qanun pozuntunlarından sonra tez-tez hallanmağa başladı. Belə ki, ötən il R. Arifqızının 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıldı və məhkəmə tərəfindən təqsirli bilinən sabiq müavin 4 min manat cərimə olundu.

1996-cı ildən bəri 5 fərqli rayonda icra başçısı olan Qaraşovun müavini ilə bağlı qalmaqaldan sonra vəzifəsini itirəcəyi ilə bağlı məlumatlar yayılmağa başladı. Onun yaxın vaxtlarda istefası da mümkün ehtimallardandır.

Amma bunlar ehtimal olaraq qaldı və qaımaqdadır.

Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, lakin Qaraşovun sürəsi artıq dolmaq üzrədir.

Mənbə bildirir: "Taleh Qaraşovun çevrəsi yetərincə budandı, adamları həbs də olundu. Özünü qoruya bildi. Amma indi nə səhhəti, nə də imkanları yetərli deyil ki, Qaraşov həm yenidən təyinat alsın, həm də vəzifədə qalsın".

Məlumat görə, gələn həftə Taleh Qaraşovla bağlı qərar veriləcək: "Həbsi gözlənilmir, amma ondan hesabatın istəniləcəyi şübhəsizdir".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
DİA.AZ: - "Azərlotoreya"-VƏTƏNDAŞ toqquşması davam edir... Hələ də uduzan binəva Azərbaycan vətəndaşıdır. Bu RƏSMİ QUMAR ŞƏBƏKƏSİNİN arxasında ayrı-ayrı tamahkar məmurlar dayandığı halda çarəsiz vətəndaşın olan-qalan qəpik-quruşu da əlindən çıxmaqdadır. Maləsəf, bütün bunlar Azərbaycan gerçəkliyidir və yaşanmaqdadır...

DİA.AZ xatırladır ki, “Milyonların həyatını “pozub”, milyonlar qazanan “Azerlotereya”” sərlövhəli yazıda bu sahədə mövcud olan neqativlərdən yazmışdıq. Qeyd etmişdik ki, Azərbaycanda qüvvədə olan qanunun tələblərinə uyğun olaraq lotoreya keçirən təşkilatçı satış fondunun 80 faizini uduşa yönəltməli olsa da, əslində, bu rəqəm 10 faizi keçmir.

Qeyd edək ki, bu günlərdə Tovuzun Cırdərə kəndində baş verən bir olay da dediklərimizi təsdiq edir. Əldə etdiyimiz məlumata görə, kəndin imanlı sakinlərindən biri “Azerlotereya”nın bilet satış məntəqələrindən birinə yaxınlaşaraq, hələ açılmamış bütöv bir bağlama (“paçka”) bileti satın alıb. Bundan sonra elə həmin ərazidəcə biletləri bir-bir pozmağa başlayıb. 10 min manat verib aldığı biletlər yekunda cəmi min manatlıq uduş qazandırıb. Vətəndaş bu fakta etiraz etdikdə, bilet satıcıları ilə arasında qalmaqal yaşanıb və nəticədə işə polis qarışmalı olub...

Bu haqda məlumat verən mənbənin sözlərinə görə, lotoreya satışı zamanı uduşlu biletlər regionlar üzrə bərabər paylanılır. Yəni uduş fondu hər bir bağlamadakı biletlərə əsasən müyyən olunur və qanunla hər “paçka”da olan biletlər 80 faiz uduş verməlidir. Odur ki, “Azerlotereya”nın bu fırıldağının üstünü açan vətəndaş haqlı olara öz etirazını bildirdikdə, satıcılarla arasında münaqişə yaranıb.

Onu da qeyd edək ki, ümumiyyətlə, satılan biletlər üzrə uduş fondunun nə qədər olması barədə heç bir maliyyə hesabatı verilmir. Hansı ki, əksər ölkələrdə satılmış biletlər üzrə keçirilən lotoreya oyunlarının tirajı haqqında istehlakçılara şəffaf bilgilər verilir. Çox maraqlıdır ki, belə bilgilər Azərbaycanda nəinki “Azərlotoreya” tərəfindən verilir, ümumiyyətlə, heç bir dövlət qurumundan bu barədə bilgi almaq mümkün deyil. Bu da ilk növbədə uduş fondları ilə bağlı ciddi şübhələrin yayılmasına səbəb olub.

Yeri gəlmişkən, “Azerlotereya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyində baş verən dəyişiklilərdən sonra, müəyyən şəxslər bu sahəni tamamilə öz monopoliyalarına almağa çalışırlar. Bu haqda məlumat verən mənbənin sözlərinə görə, hazırda ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəri Cahangir Fərəcullayevdir. İddia olunur ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun yaxın dostu və onun kadrı kimi tanınan C.Fərəcullayev qeyri-rəsmi olaraq “Azerlotereya”ya nəzarət etməyə və bu sahəni tamamilə öz inhisarına almağa çalışır. O, ilk növbədə bütün keçmiş işçiləri, hətta sıradan satıcıları belə, sözügedən biznes şəbəkəsindən uzaqlaşdırmaq üçün bütün yollara əl atır. Cahangir Fərəcullayev öz niyyətinə çatmaq üçün hətta bir müddət zərərlə işləməyi də gözə alıb.

Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumata əsəsən, C.Fərəcullayevin göstərişi ilə bölgələrdə lotoreya biletləri xüsusi şəxslər tərəfindən topdansatış qiymətindən də aşağı satılır. Məsələn, Gəncədə topdansatış qiyməti 95 qəpik olan biletlərin maşınlarla 90 qəpikdən satıldığı haqda məlumatlar var. Beləliklə də, Cahangir Fərəcullayev köhnə satıcıları tamamilə sıradan çıxarmağa və öz istəyinə çatmağa çalışır.

DİA.AZ bildirir ki, bu işdə Mikayıl Cabbarovun adının hallanması isə bir ayrıca mövzudur. Hər halda, hazırki status və vəzifələri ilə az qala ölkənin BAŞ NAZİRİ obrazında gözlərimiz önündə cövlan edən hörmətli Mikayıl müəllimin millətə qarşı olduğu şübhə doğurmayan QUMAR BİZNESİNİ himayə edirmiş kimi görünməsi və yaxud da göstərilməsi, onun adından istifadə olunması gərəkən qurumları düşündürməli olan bir faktdır. Bizim araşdırmalarımız isə davam edir...

Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
 
Ardını oxu...
Yeniden diqqəti QHT Agentliyinin 2023 cu il qrant müsabiqəsinə yönətmək istəyirəm. Araşdırmalar göstərir ki, müsabiqə qeyri-şəffaf həyata kecirilmişdir. Layihələrin qiymətləndirilməsi prosedoru həyata keçirilmədən , qranta müraciət edən təşkilatların bu istiqamətdə təcrübələri nəzərə alinmadan qərarlar verilmişdir.
İstər kiçik qranta olan müraciətlərdə, istər Qərbi Azərbaycanla bağlı, istərsə də Heydər Əliyev ilinə həsr olunmuş musabiqənin qaliblərinin böyük əksəriyyəti muəyyən tapşırıqlar əsasında qalib elan olunmuşdur.
Hələlik əldə olunan informasiyalardan birini , bir təşkilatla baglı məqamı sizlərlə bölüşmək istəyirəm.
Ardını oxu...
İpək yolu qloballaşmaya dəsdək ictimai birliyinə 19000 manat qrant ayrılıb . Bu təşkilat görkəmli "Qərbi Azərbaycanlilar:
Elm, Təhsil və Mədəniyyət məbədi İrəvan" mövzusunda lahiyə həyata kecirəcəkdir .
Təşkilata qrantın ayrılmasının xahişini Diaspor Komitəsinin sədri Fuad Muradov edib.Bu birlik layihəni necə icra edəcəyini zaman gostərəcək.
Ötən 2022 ci idə İpək yolu təşkilatı layihəsini Avrasiya universitetində həyata keçirib .
Qeyd edim ki, birliyin sədri Əsədov Ədalətin qardaşı riyaziyyatçı Aqil Əsədov 2018- 2021 ci illərdə Dövlət Diaspor Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdürü olub.
Hazirda Strateji Planlaşdırma şöbəsinin müdiri və Avrasiya universitetində müəllim işləyir
Təbii ki tələbələri burada aditoriyada toplayıb tədbirlər keçirmək rahat bir işdir. ( Bu məsələnin ayrı bir tərəfidir )
Bu və digər təşkilatların Qərbi Azərbaycan kimi xususi əhəmiyyət kəsb edən mövzulara müraciəti agentlik tərəfindən dəqiq araşdirilmali daha sonra qərar verilməli idi.
Müxtəlif rəsmi dairələrdən və hansısa maraq müqabilində qrant müsabiqəsinin keçirilməsi karrupsiya kimi bir bəlanin vətəndaş cəmiyyətinin də cənginə almış olmasıdır.
Ardını oxu...
Tapşırıq və digər maraq naminə qrant ayrilan təşkilatları bir-bir cəmiyyətə təqdim edəcəm.
Hörmətli Aygun Aliyeva xanım Agentliyin yeni qaydalarına əsasən layihələrin təkcə icrasına deyil, qrantların ayrılmasında siz məsulsunuz.
Samir Adigozelli
Teref.az
Ardını oxu...
"Koroğlu” MMC və digər şirkətlərin təsisçisi və prezidenti olan Tahir Əliyevin oğlu Oruc Əliyev barəsində cinayət işi başlanıb.

TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, Oruc Əliyev Cinayət Məcəlləsinin 145.2.5-ci (Qanunsuz azadlıqdan məhrum etmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.

İddialara görə, Oruc Əliyev bu əməli atasına məxsus "Koroğlu” MMC, "Konfirom” MMC, T.O.M (Tikilməkdə Olan Müəssisə) və "NurRetail” MMC kimi şirkətlərdə tapşırıq müqaviləsi əsasında qanunla müəyyən olunmuş qaydada görülən işlərə nəzarət edən və direktor müavini vəzifəsində işləmiş Emin Babaşova qarşı törədib.

Qaynarinfo olayın təfərrüatlarını öyrənmək üçün Emin Babaşovla əlaqə saxlayıb. O, məlumatı təsdiqləyib.

Emin Babaşovun sözlərinə görə, 2021-ci ilin mart və aprel aylarında o, "Koroğlu” MMC və digər şirkətlərdəki işindən ayrılıb:

"Tahir Əliyev məndən qanunsuz addımlar atmağı tələb edirdi. Sənədləri saxtalaşdırmaq, saxta borc yaratmaq, onun qanunsuz əməllərini icra etməyən işçilərin üzərinə borc yazmaq, borcun məbləğini daha çox göstərmək, hətta onları rüşvətlə həbs etdirmək kimi tələblər irəli sürürdü. Mən bu addımları atmaqdan imtina etdim və öz ərizəmlə işdən ayrıldım”.

Emin Babaşovun sözlərinə görə, mart ayının 9-da Tahir Əliyevin oğlu Oruc Əliyev zəng edərək təhvil-təslim işləri ilə bağlı onu şirkətə çağırıb:
"Oruc Əliyevin mənim işimə aiddiyatı olmadığına görə Tahir Əliyevlə əlaqə saxladım. O isə bildirdi ki, hazırda danışa bilmir və əlavə etdi ki, sən Orucun əmisi sayılırsan, gör nə deyir. Şirkətin ofisinə getdim. İnsan Resurları Şöbəsində Oruc Əliyevlə oturub hansı təhvil-təslimdən söhbət getdiyini soruşdum. İşlə bağlı təhvil-təslim olmalı idisə, bu Tahir Əliyevin iştirakı ilə olmalı idi. Çünki yuxarıda qeyd etdiyim kimi, Oruc Əliyevin bu işlərə heç bir aidiyyatı yoxdur. Bunu Oruc Əliyevin özünə də bildirdim. O, isə özbaşınalıq edərək qəfildən əlindəki kəsici alətlə mənim sağ əlimin üstünə xəsarət yetirdi. Otaqdan çıxmaq istədim, 30-35 dəqiqə otaqda qaldım, Oruc Əliyev qapını bağladığı üçün oradan öz iradəmlə çıxa bilmədim. Kənar şəxslərin köməyi ilə oradan ayrıldım”.

Emin Babaşov dərhal baş verənləri videoya çəkərək "WhatsApp” vasitəsilə Tahir Əliyevə göndərib və Oruc Əliyevin ondan üzr istəməsini tələb edib:

"Açığı Tahir Əliyevlə yaxın əlaqələrim olduğu üçün Oruc Əliyev barəsində hüquq-mühafizə orqanlarına müraciət etmədim. Dedim ki, etdiyi əmələ görə sadəcə üzrxahlıq etsin. Lakin bu baş vermədi”.

Emin Babaşov əlavə edib ki, əslində baş verənlər Tahir Əliyevin ona borclu olması ilə əlaqəlidir. Bildirib ki, şirkət rəhbərinin ona 237 115 manat borcu var. Tahir Əliyev bu borcu verməmək üçün oğlunun vasitəsilə belə bir oyun qurub.

"Mən borc məsələsi ilə bağlı məhkəməyə müraciət etmişəm. Bu borcu ödəməmək üçün Tahir Əliyev dolayı yollarla üzərimə hətta müəyyən adamlar da göndərib, mənə xəsarət də yetiriblər. Lakin onlar həqiqəti bildikdən sonra üzr istəyərək, etdikləri əməldən peşmançılıq hissi keçirib geri çəkiliblər”, deyə keçmiş direktor müavini vurğulayıb.

Emin Babaşovun sözlərinə görə, bunlar azmış kimi, onun xəbəri olmadan, adına olan daşınmaz əmlakların çıxarışları, DƏDRX-nin vəzifəli şəxsi tərəfindən Tahir Əliyevə təqdim edilib.

Keçmiş direktor müavini Tahir Əliyevin bu hərəkətlərindən sonra onun özü və oğlu barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Əvvəlcə Oruc Əliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və o, saxlanılıb. "Tahir Əliyev bu məsələdən xəbər tutan kimi azadlığa buraxıldı. O, iş üzrə təqsirləndirilən şəxs olsa da, sonradan onu şahidə çeviriblər”, deyə Emin Babaşov bildirib.
Ardını oxu...
O, işin obyektiv araşdırılmadığını görüb, daxili işlər naziri Vilayət Eyvazovun və Prezidentin köməkçisi Fuad Ələsgərovun qəbulunda olub. Üzləşdiyi qanunsuzluqlarla barədə məlumat verib. Bundan sonra iş nəzarətə götürülüb və cinayət işi 145.2.5-ci maddəyə tövsif olunub:

"İş hazırda Bakı şəhər Prokurorluğuna həvalə edilib. Dəfələrlə dedim ki, Oruc Əliyev üzr istəsin, bitirək bu məsələni. Amma Tahir Əliyev problemi daha da dərinləşdirmək xətti götürdü”.

Keçmiş direktor müavini Tahir Əliyevin ona qanunsuz taprşıqlar verməsinin sübutu kimi məhkəməyə səs yazıları təqdim edib. Həmin səs yazılarından aydın olur ki, şirkət prezidenti işçilərdən birinin əmək müqaviləsini saxtalaşdırmağı, hətta hüquq-mühafizə orqanlarına rüşvət verərək onu həbs etdirməyi tələb edir.

Məsələ ilə bağlı Tahir Əliyevin də fikirlərini öyrənməyə cəhd etdik. Lakin "Koroğlu” MMC-dən zənglərimizə cavab verən olmadı.

Ardını oxu...
DİA.AZ: - "İnsanlar kitab kimidi əsil üzünü, üzünə baxınca deyil zamanla səhifələrini oxuduqca anlayırsan. Zəfər Qurbanov aqrar təhsil ocağına ilk gələndə bütün kollektiv elə zənn etdi ki, aqrar təhsil böyük inkişaf edəcək. Zamanla səhifələnən Zəfər Qurbanov kollektivdə yalançı elimdən idarəçilikdən bixəbər yalançı olduğu hamıya məlum oldu..." DİA.AZ bildirir ki, bu barədə Dövlət Aqrar Universitetinin kollektivi adından edilən müraciətdə deyilir.

ƏVVƏLİ BURADA: ADAU-da ciddi RƏHBƏR PROBLEMİ VAR... - Kollektiv özü açıqlayır...

Müraciət müəllifləri daha sonra davam edir: "Zəfər Qurbanov, sən hansı vəsait artırmaqdan danışırsan ki, Tədris-təcrübə təsərrüfatını sahələrə bölərək universitetin kafedralarının müəllimlərinə təmizlədirsən.Ay müəllim peşəsini aşağılayan müəllimi fəhlə gözündə görən Dövlətinə, Prezidentinə asiliyi şübhə doğurmayan Zəfər Qurbanov, bəs hanı sənin büdcəyə verdiyin xeyir?

Müəllimlər nəyə görə 20 manatdan yığaraq fəhlə tutub onlara ayırdığınız ərazini təmizləməlidir? Bütün günü oturub otağında ikili diplom lahiyələrindən danışırsan... hanı ABŞ ın Oklahoma Dövlət Universiteti ADAU ilə iki diplom lahiyəsini ləğv etdi? Səbəbi də göndərilən məktublara ingilis dilində cavab verə bilməməyiniz oldu. Sənin və ətrafındakı bisavadlar sabiq rektor İbrahim Cəfərovu və tədris işləri üzrə prorektor Anar Hətəmovu bəyənmirsiniz, amma onların əməyi olan ikili diplomları lahiyələrini belə cavablandırıb sonacan apara bilmədiniz... Ancaq ayrılan pulları adınıza yazaraq mənimsədiniz.

Bir ildir rektor vəzifəsini icra edirsən... gələn gündən ancaq dövlətimizə Prezidentimiz Cənab İlham Əliyevə qarşı çıxan müəllimlərə vəzifə verdin, saxladın... Hansı ki, Avropada Prezidentin ailəsini söyən təhqir edən keçmiş səfir Arif Şahmarlının yaxın qohumu Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev 0.5 ştat vahidi kafedrada müəllim işləyir aqrar təhsil ocağında bircə gün belə dərsinə gəlmir... Hansı marağa Mahir Hacıyevi müəllim saxlayırsan?

Nazir Məcnun Məmmədov təyinat alandan iki üç gün sonra sosial şəbəkə və eləcədə yerli yayın kanalında bildirdi ki, 100 qoyundan 170 quzu alıb... Heç gedib baxsalar görərsiniz ki, heç 120 baş heyvan yoxdur... Hanı 100 baş qoyundan 170 quzu?

Aqrar təhsil ocağını mənurların sosial müavinət mərkəzinə çevirmisən... Nazir müavinlərinin, şöbə müdürlərinin yaxınları - hamsı aqrar təhsil ocağında müəllim və ya şöbə müdiri işləyir. Qohumları müxalifətçi və dövlət başçımız İlham Əliyevi təhqir edənlərin hamısı vəzifədədir.

Sənin təyinatınla tədris işləri üzrə prorektor işləyən Əhməd Məlikov 1999-cu ildə qardaşı ilə bərabər Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə Tahir Kərimliyə məktub yazaraq Vəhdət partiyasına üzvü olub, amma bu gün prorektor işləyir... Aqrar təhsil ocağında hansı ki heç aqrar təhsili və savadı yoxdu, amma gedib-gəlib aqrar təhsil ocağının müəllim və professor heyətini təhqir edərək "bisavad" deyir. Özü isə vaxtı ilə dövlətə - Ulu Öndərimizə qarşı çıxanlardan biridir... Elmi müdafiəsini işə xəmir qarışdıran maşınlardan edib.

Sən hansı haqla aqrar təhsildən bixəbər olaraq aqrar təhsilli professor müəllim heyətini təhqir edirsən?

Hardasınız ay idarəçilikdən təhsildən bixəbər Zəfər Qurbanov? Məzun yarmarkası günü sabiq rektor İbrahim Cəfərovla şəkil çəkdirmək üçün növbəyə duran tələbə və müəllim heyətini görüb heç utandınmı? Bax budur rəhbərə olan sevgi....

Sənin yanına heç bir nəfər belə yaxınlaşıb şəkil belə çəkdirmədi... Odur ki, bəyənmədiyin dövrünü pislədiyin İbrahim Cəfərova bax və özünə örnək götür. Yaxşı bir fermanı təmami ilə ləğv edərək iri buynuzlu heyvanlarını satdınız İbrahimov Azadın rəhbərliyi ilə.... Bəs onun pulları ara getdi?"

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan – Əmrah Ramazan Valeh oğlu həmin bölgənin əsl baş bəlasına çevrilib. Rayonda kübrə satışı ilə məşğul olan firmalardan birinin anbardarı kimi işləyən bu şəxs müxtəlif adlarla vətəndaşlardan aldığı məhsulların pulunu ödəmir və nəticədə onun külli miqdarda borcu yaranıb.

Bu şəxsin əməlləri ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər olsa da, onun məsuliyyətə cəlb etməkdən kimsə qoruyur. Bu adam hətta borclu olduğu şəxslərlə vəziyyətin gərginləşdiyini görəndən sonra, 2022-ci ildə ölkəni tərk edib. Xeyli müddət Türkiyə və Rusiyada yaşayandan sonra, yenidən rayona dönərək, öz işini davam etdirir.

Ardını oxu...
Foto: Əmrah Ramazan

Qeyd edək ki, bu şəxs Zaqatala Rayon İcra Hakimiyyətində rəhbər vəzifədə çalışan: Qazilov Valeh Abdulbaqi oğlunun övladıdır. Onun atasının Zaqatalanın icra başçısı “sağ əli” olduğu bildirilir. Ramazan Valeh oğlunun vətəndaşlara ödəməli olduğu məbləğin həcmi 100 minlərlə ölçülür.

Azinforum.az olaraq biz yazıda adları qeyd edilən: Əmran Ramazan və Qazilov Valehlə əlaqə saxlaya bilmədik. Səslənən fikirlərlə bağlı onların da mövqeyinə yer verməyə hazır olduğumuzu bildiririk. Qeyd edək ki, sözügedən şəxsdən hansı instansiyalara şikayətlərin edildiyi və şəxsin kimlərə borclu olduğunu təsdiq edən bir çox rəsmi dəlillər bizə təqdim edilib.

Azinforum.az
Ardını oxu...
21 iyul 2023-cü il tarixində Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov cənabına teleqram vurmuşam.Nazirdən məni 5 dəqiqəlik qəbul etməsini xahiş etmişəm.Xahişim bu olub ki,əsassız yerdən əmək müqaviləmə xitam verilməsini ona izah edəm və "Aqroservis"ASC-də baş verən hadisələrlə bağlı fikrimi bir neçə cümlə ilə çatdıram".

Faktinfo.az xəbər verir ki,bu sözlər İsgəndərov Qədir İsgəndər oğlu tərəfindən sayta göndərilən məlumatdandır.Şikayətçi onu da bildirir ki,vurduğu teleqramdan sonra 26 iyul 2023-cü il tarixində ona zəng gəlib.(hər bir halda zəng olunan nömrəni qeyd etməyi məqbul bilmirik-red faktinfo.az)

Şikayətçi: "Zəng edən xanım insan resusları şöbəsindən olduğunu,nazirin vaxt məhdudiyyətinin mövcudluğunu bildirdi.Mənə kadrlar şöbəsinin rəhbəri ilə görüşmək məsləhət bilindi,mən də razılıq verdim.Bir-iki günə görüşün vaxtının təyin olunacağı bildirilsə də,sonradan məlum nömrədən nə zəng gəldi,nə də ki,edilən zəngə cavab verildi.Belə başa düşürəm nazirə yalan danışırlar,şikayətçiləri bir vasitə ilə yola verirlər".

Qeyd edək ki,kənd təsərrüfatı mütəxəsisi,40 ilə yaxın bu sahədə iş təcrübəsinə malik olan İsgəndərov Qədir İsgəndər oğlu "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa rayon bölməsində mühəndis-mexanik vəzifəsində işləyib."Aqroservis" ASC-nin sədri Elmin Rəhimovun göstərişinə əsasən 20.12.2022-ci il tarixində əmək müqaviləsinə xitam verilib.
 //Faktinfo.az//


Ardını oxu...
“Gəncə Bazar Store” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) ilə bağlı Ali Məhkəməyə müraciət edilib.
Qaynarinfo-nun məlumatına görə, Mehdiyev Vaqif Cəbrayıl oğlu “Gəncə Bazar Store”un yerləşdiyi torpaq sahəsinin boşaldılmasını tələb edir. Bunun üçün Ali Məhkəməyə müraciət edilib və işə hakim Əhməd Nurməmmədovun sədrliyi ilə baxılacaq.
Ardını oxu...
Qeyd edək ki, qanuni təmsilçisi Mahmudzadə Mahmud Məmmədəli oğlu olan “Gəncə Bazar Store” MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 530 min 584 manat 37 qəpik vergi borcu var.
 
 
 

Dünyapress TV

Xəbər lenti