Ardını oxu...
“Ziraat Bank Azərbaycan” ASC ilə “NN-Apollon” MMC arasında kredit müqaviləsinə görə mübahisə yaranıb.

32gun.az xəbər verir ki, bank şirkəti məhkəməyə verib.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Günay Namzovanın sədrliyi ilə baxılacaq.

“Ziraat Bank Azərbaycan” ASC 30 dekabr 2014-cü ildə Mərkəzi Bankın verdiyi 255 saylı lisenziya əsasında faəliyyət göstərir.
Yerli media bankla bağlı tənqidi materiallarla zəngindir.

Ötən il “Ziraat Bank Azərbaycan” bankın rəhbərliyinin vəsaitləi müxtəlif vasitələrlə dağıtması barədə sensasion məlumatlarla gündəmə gəlmişdi.

Həmin məlumatlarda deyilirdi ki, bankın idarə heyətinin keçmiş sədri ötən Avnı Dəmirçinin əsas fəaliyyəti müavini Rövşən İbrahimovun əli ilə saxta kreditlər verməkdən, xərcləri şişirdərək silməkdən ibarət olub. Nəticədə bankın kredit portfelində problemli kreditlərin həcmi günü-gündən böyüyüb.

Avni Dəmirçi daha sonra Rövşən İbrahimova etimadı bankın yeni açılan filiallar üçün ofislərin tapılmasını, onların təmirinə çəkilən xərclərə nəzarəti, həmçinin flilallara əsas vəsaitlərin alınmasını da tapşırıb.

Təmir xərcləri şişirdilərək astronomik qiymətlərlə rəsmiləşdirilir və yaxşı qazanc əldə edilib, daha sonra bölüşdürülüb.
İddialara görə, Avnı Dəmirçi İdarə Heyətinin sədri vəzifəsindən istefa versə də, Türkiyəyə dönməyib.

O, hələ Rövşən İbrahimov və bankdakı adamları vasitəsi ilə köhnə işlərini davam etdirir.
Ardını oxu...
"Şikayətim, Mənzil İnşaatı Dövlət Agentliyindəndir (MİDA) . Belə ki, mən keçən ilki satışda 2-ci Yasamal Yaşayış Kompleksindən ev udmuşam. Oktyabrın 7-dən burda yaşayıram". DİA.AZ bildirir ki, bu barədə şikayətində Bakı sakini Azad Həsənov bildirib.
Narazı vətəndaş daha sonra yazır: "Bu il iyun ayının əvvəllərindən alt qonşu (8 ci mərtəbə) gəlib dedi ki, mənim evimə su axır sizdən. MİDA-nın ərazi üzrə nümayəndəliyinə, binaya cavabdeh şəxsə bildirdim. Həmin şəxs ustaları göndərdi gəlib problemi aşkar edə bilmədilər. Dedilər krantın filan yerini dəyiş, "qarmoşka"nı dəyiş falan. Dəyişdirdim, halbuki havayı pul xərclədim. Sonra mənə MİDA-nın ərazi üzrə kuratoru bir neçə dəfə bildirdi ki, sizin evdən alt qonşuya su axır. Ancaq, mən rayona getmişdim deyə suyu bağlamışdım və bildirdim ki, mən suyu bağlayıb gəlmişəm. Nəhayət bir neçə dəfə zənglər olunduqdan sonra iyunun 20-də MİDA-da bizim binaya cavadeh şəxsə bildirdim və Su sızma şirkətindən usta çağırdım 120 manata. Gəldilər aşkar etdilər ki, bəs laminatın altından sızma var. MİDA ustaları həmin yeri laminatı sökdülər və məlum oldu ki, laminatın altı tamam sudur. Bizdən qabaq ev təmir olunan zamanı taxtaya vurulmalı şurup turbanı yaralayıb və spirişdən su axan həcmdə su axır turbadan. Həmin məsələni yenidən ərazi nümayəndəliyinə bildirdim ki, baş verən hal budur. MİDA ustaları həmin 13 vedrə suyu ordan vedrələrlə daşıyıb tökdülər (bu barədə video görüntülər var əməkdaşlar da açıq-aydın görünür). Sabahı mən sığortalı kimi, sığortaçı şirkət olan Qala Sığorta ASC-yə bildirdim. Sığorta əməkdaşı yaxınlaşdı və bütün aktları, şəkilləri və videoları götürdü və ciddi ziyan dəydiyini bildirdi. Sonra qiymətləndirmə şirkəti mənə dəyən ziyanı qiymətləndirməsini etdi və vahid qiymət çıxartdı. Ancaq, pul köçürmədə problem olduğunu bildirdilər. Belə ki, MİDA bu məsələdən xəbərdar olduğunu təsdiqləməlidir və bununla bağlı rəsmi sənəd verməlidir bildirdilər. Faktları təqdim etsəm belə, ərazi üzrə hər bir şəxsin bu məsələdən xəbəri olsa belə MİDA təsdiqedici sənədi verməkdən boyun qaçırdır. MİDA-ya 2 dəfə rəsmi sorğu göndərdikdən sonra Fərhad Təhməzovun adından Qala Sığortaya rəsmi cavab göndərilibdir ki, bu barədə məlumat cəmiyyətimizdə mövcud deyildir. Tamam, mövcud deyilsə bütün sübutlarla birlikdə videonu da göndərdim yenidən MİDA-nın office@mida.gov.az elektron poçtuna. Sonra MİDA-ya cavabdeh şəxs mənə zəng etdi ki, videoların çəkilmə tarixlərini istəyirlər. Növbəti müraciətimdə MİDA mənə yazdı ki, get Azərsuya bildir. Həmin zaman Azərsuya bildirsəm də, mənə binalara cavadeh şəxsin MİDA olduğunu bildirdilər (Həqiqətən aramızda bağlanan müqavilədə öz əksini tapır). Artıq 2 aydır ki, mən yazsam da MİDA mənə cavab vermir. Mən öz abrıma sığınıb sakit şəkildə öz haqqımı tələb edirəm. Pulun köçürülməsi üçün MİDA rəhbərliyi bu barədə xəbərdar olduqlarını təsdiq edən rəsmi cavab verməlidir ki, Sığorta şirkəti pulu mənə köçürə bilsin. Ancaq, MİDA-nın bəzi yarıtmaz əməkdaşları bürokratik əngəl yaradırlar bu məsələdə və mənim vətəndaş hüququmu pozurlar. Hal-hazırda evə dəyən ziyan təmir olunmalıdır, ancaq pul köçürülmür deyə problem olduğu kimi qalıb.
Belə hər xırda problemlə bağlı ölkə rəhbərliyinə yazaqmı?
Problemin həlli üçün nə etməliyəm?"

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
DİA.AZ: - Keçən günlərdə barəsində müxtəlif iddialar səslənən və kifayət qədər SİRLİ MƏMUR təsiri bağışlayan Bakı şəhər İcra Hakimiyyətində Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əlmədətovla bağlı ilginc iddiaların yer aldığı materialı təqdim etmişdik. DİA.AZ-ın təqdim etdiyi məlumatlardan aydın olurdu ki, əslində "köhnə komanda"nın İŞDÜZƏLDƏNİ kimi tanınan Mübariz Əlmədətov hüquq-mühafizə orqanlarının da hədəfindədir.

Məlumatda həmçinin qeyd olunurdu ki, yaxın günlərdə inunla bağlı konkret addım atılsın... Çünki adam çox irəçli gedib...

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, kifayət qədər SİRR DAĞARCIĞI hesab olunan Mübariz Əlmədətov əslində hüquq-mühafizə orqanları üçün çox ciddi qaynaq rolunu oynaya bilər: "Onu danışdırsalar, "yuxarıların" nəzərindən qaçan böyük yeyinti faktları da ifşa oluna bilər. Elə buna görə də hazırda Mübariz Əlmədətov çox nüfuzlu məmurlardan biri tərəfindən ciddi şəkildə qorunur. Amma hara qədər?"

Həmin məmurun kimliyinə gəlincə isə... Bu barədə daha geniş materialımız olacaq.

Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq... İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Biləcəri qəsəbəsi Yeni Massivdə sakinlər su və kanalizasiya sisteminin olmamasından şikayətçidir. Onlar deyir ki, dəfələrlə Azərsuya müraciət etsələr də şikayətlərinə baxılmır. Suyu qablara yığaraq istifadə edirlər.

Toplum TV
 

Ardını oxu...
     

Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin Güc maşınları və başqa tənzimləyici qurğuları ilə bağlı elan etdiyi tender başa çatıb.

Xalqxeber.az 32gun.az-a istinadla xəbər verir ki, Nazirliyin idarəsiin elan etdiyi tenderin qaılibi "BAKU DİGİTAL TECHNOLOGİES" MMC olub. Tərəflər arasında 262.673,9 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi VÜQAR CAMALOV KƏLBAĞA OĞLUdur. Şirkət 24.07.2023-cü ildə Dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 6.2.1. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsinin, idarəetmə səriştəsi, etibarlığı olmalıdır.

Kəmaləddin Heydərov Qobustanda sakinlərlə görüşdü

Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur.

Fövqaladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsi: YE Kİ YEYƏSƏN... - TƏFTİŞ VAXTIDIR... » Yeni Söz

Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin rəisi Amal Teymurovdur.


Ardını oxu...
DİA.AZ: - "Bu kətələr 1 saat öncə "Araz" marketdən alınıb". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda qeyd olunur.

Daha sonra narazı vətəndaş yazır "Videodan da göründüyü kimi daşa vursan, daş yarılar, başa vursan, baş... Kətələrin taqqıltısı qulaq deşir. Maraqlıdır ki, artıq atılmaq vaxtı gələn məhsulun piştaxtada nə işi var? Qidalara nəzarət edən işçi var ümumiyyətlə, "Araz" marketlər şəbəkəsində? Çox maraqlıdır. Onsuz da heç bir tədbir görən deyillər, ən azından məlumatlı olun ki oranın bişintiləri köhnə və yararsız olur..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Video burada: Videoya baxmaq üçün bura tıklayın...

Ardını oxu...
 
Ardını oxu...
Naxçıvandan mənə məktub yazan bəzi şikayətçilər soruşurlar:
-“Xan” həzrətləri gedib, onun komandası isə yerindədir. Dünənə qədər “xan”a məddahlıqla məşğul olan bu komanda indi peşə bacarığını köhnə ağanın lənətlənməsinə, yeni rəhbərin təriflənməsinə sərf edir. Sizcə, Naxçıvan nə zamanadək bu məddah ordusu ilə idarə olunacaq? Fuad Nəcəflinin Naxçıvanı yeni qaydalarla idarə etmək təcrübəsimi çatmır, yoxsa bizim anlamaqda çətinlik çəkdiyimi başqa mətləblərmi var ki, o da köhnə təcrübələrə əsaslanır?
Cavabım:
-Əziz dostlar, Naxçıvanda hələ də “xan” kadrlarının hakimiyyət başında saxlanılması siyasi təcrübəsizlikdən irəli gəlmir. Əksinə, sizin üzərinizdə siyasi idarəetmə elminin dəfələrlə sınaqdan çıxarılmış “Üç məktub” strategiyası həyata keçirilir.
“Üç məktub” strategiyası nədir?
Bu strategiya 3 mərhələli prinsip əsasında qurulub. İlk mərhələ, ictimai narazılığı köhnə “xan”ı tənqid yağmuruna tutmaqla sakitləşdirməyi nəzərdə tutur ki, hazırda Naxçıvan bu metodla idarə olunur. İkinci mərhələdə idarəetmədəki bütün nöqsanlar “xan”dan qalma kadrların üzərinə atılacaq və onlar bir-bir dənlənəcək. Üçüncü mərhələdə isə, növbə yeni rəhbərə gələcək.
Necə?
Gəlin, sizə ən yaxşısı, adını da bu lətifədən alan “Üç məktub” staregiyasına aid maraqlı bir hadisə nəql edim. Zənnimcə, aşağıdakı lətifəni oxuduqdan sonra Naxçıvanda yaşanan və sizin başa düşmədiyiniz proseslərin əsl mahiyyətinə vaqif ola bilərsiniz.
Üç məktub
Xalq narazılığının qarşısını ala bilməyən Osmanlı vəzirlərindən biri istefaya getmək məcburiyyətində qalır və yerinə təyin olunan xələfinə içərisində üç zərf olan bir mücrü hədiyyə edir. Xələfinə məsləhət görür ki, çarəsiz vəziyyətə düşəndə hər dəfə mücrüdəki zərflərdən birini açıb məktubu oxusun və orada yazılanları qeyd-şərtsiz yerinə yetirsin.
Yeni vəzir işə başlayandan bir müddət sonra ölkədə vəziyyət qarışır. Xalq baş alıb gedən problemlərə qarşı üsyana qalxır. Üsyanı yatıra bilməyəcəyini anlayan vəzir çarəsiz vəziyyətdə nə edəcəyini fikirləşir. Birdən yadına sələfinin ona əmanət kimi yazıb qoyduğu məktublar düşür. Axtarıb mücrünü tapır və üzərində “1-ci məktub” yazılan zərfi açır. Məktubda “Sələflərini günahlandır, bütün günahları onların boynuna yıx, vəziyyətdən çıx” yazıldığını görüb nə edəcəyinə qərar verir. Dərhal xalqın qarşısına çıxaraq ölkədə yaranmış bütün problemlərin günahını özündən əvvəlki vəzirin üstünə atır və onu edam etdirir. Sadəlövh kütlə “əsl günahkarın” tapıldığına sevinir və tezliklə vəziyyətlərinin yaxşılaşacağına inanaraq sakitləşir. Ümidlə yeni islahatları gözləyir.
Fəqət heç nəyin dəyişmədiyini görən xalq az müddətdən sonra yenə ayağa qalxır. Sələfi günahlandırmaq artıq işə yaramayanda vəzir mücrüdəki ikinci məktubu açır. Məktubda “Ətrafını günahlandır, bütün günahları onların boynuna yıx və vəziyyətdən çıx” yazılıbmış. Vəzir yenə xalqın qarşısına çıxıb əyan-şərəfinin – nazirlərin, komitə və administrasiya rəhbərlərinin pis işlədiyini, ölkədəki vəziyyətin bu səbəbdən arzuolunmaz məcraya yönəldiyini deyərək, bir neçə iri məmuru cəzalandırır. Asdığını asır, kəsdiyini kəsir. Xalq bu dəfə də vəzirin ədalətinə inanır, yenə islahatlara ümid bəsləyə-bəsləyə bir müddət daha gözləyir.
Amma gözləməyin əbəs olduğunu başa düşüncə, daha əzəmətli və qəzəbli şəkildə saraya hücuma keçir. Canını narazı kütlənin əlindən zorla qurtaran vəzir özünü hövlnak mücrünün üstünə atır. Üçüncü zərfi açıb oxuyur: “Üç məktub da özün yaz və sonunu gözlə!”.
Qısası, “xan”dan qalan trol dəstəsi və yarıtmaz kadrlar ikinci mərhələdə kəsilmək üçün bəslənilirlər. Allah Fuad müəllimi üçüncü mərhələdən qorusun.
Heyder Oguz
Teref.az
Ardını oxu...
Şabran şəhərinin girəcəyi bərbad vəziyyətdədir. Baxımsızlıqdan şəhərin adı yazılan dayaq tikilisi sökülüb, uçub dağılmaq üzrədir. Ərazidəki yaşıllıqlar quruyub. Şabranın girəcəyinin bərbad halda olması şəhərin özü haqqında da az-çox fikir forlamaşdırır.

Tribunainfo.az-a bu barədə yazan şəhər sakinləri bildirib ki, Şabranın girəcəyi uzun müddətdir ki, o vəziyyətdədir. Şəhərə girənləri qarşılayan tikilinin və ətrafın bu vəziyyətdə olması sakinləri narahat edir. Şabran Rayon İcra Hakimiyyətinin baxmalı və adablaşdırmalı olduğu yerin vəziyyətilə bağlı heç bir tədbir görülmür. Şəhərin girəcəyinin işıqlandırması yoxdu. Əvvəllər işıqlandırma olub. Ancaq sonradan baxımsızlıqdan hər şey sıradan çıxıb. Ərazini ot, tikan, kol basıb. Bazi ağaclar susuzluqdan quruyub. Tikilinin salamat qalan hissəsi yoxdur.

Günün qaranlıq saatlarında Şəhərin girəcəyi lap zülmət olur. İşıqlandırma hazırda yoxdur. Səkini yaşıllıqdan ayıran tikililərdən əsər-əlamət qalmayıb.

Sakinlər Şəhərin girişinə əncam çəkilməsini, orada abadlıq işləri aparılmasını istəyirlər. Sakinlərin sözlərinə görə Şabran Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin abadlığı və gözəlliyi üçün heç bir tədbir görülmür.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
DogruXeber.az: - Hər dəfə min bir bəhanə ilə sözügedən bölgənin mədəniyyət işçilərinin vəzifə maaşları aylarla gecikdirilir. Sanki bu idarənin keçmiş rəhbəri Mirvari xanım işdən gedərkən bütün ruzi-bərəkəti də özüylə aparıb. Belə ki, onun yerinə kimi təyin edirlərsə altı ay, bir il belə işləyə bilmir. Və işlədiyi müddətcə yalnız problemlərlə üzləşir desək, yanılmarıq. Bu ilin mart ayı ərəfəsində bu mövzuya qayıtmışdıq. Belə ki, bir neçə ayın vəzifə maaşlarını ala bilməyən mədəniyyət işçiləri, hətta Novruz bayramı ərəfəsində kasıb təbəqədən sayılan kənd mədəniyyət evlərinin işçiləri maaşsız qalmışdılar. Sağolsunlar nazirliyin işçiləri məsələyə müdaxilə etdikdən sonra maaşlar verildi. Mirvari xanımdan sonra Tərlan, Azər müəllim xeyli işlədilər. Daha sonra Ağaəli adlı bir nəfər bir müddət bu vəzifəni icra etdi. Bu gün yenə də, bu vəzifəni başqa adam idarə edir, həm də, müvəqqəti. Nargilə Qafarova da, rəisin səlahiyyətlərini müvəqqəti icra etməyə gəlib, həm də necə gəlib???Bu artıq ayrı bir mövzudur, buna da, ayrıca bir yazı yazacağıq. Görünən odur ki, hər dəfə rəis dəyişilən zaman mütləq bir problem yaşanır, bu dəfə yenə də, mədəniyyət işçilərinin vəzifə maaşları gecikdirilir. Deyirlər ki, struktur dəyişikliyi olmalıdır. Ay qadan alım struktur dəyişikliyi edirsən et, əvvəlcə bu kasıbların maaşlarını verin, sonra nəyi dəyişirsinizsə dəyişin dəəəə, bəlkə bu pulları faizlə,sələmə buraxırsınız????????Hamı bilir ki, mədəniyyət sahəsinin işçiləri ən az maaş alanlardandır,bu insanların övladları bu ayı ac qalmalıdır ki, mədəniyyət sahəsində struktur dəyişkənliyi gedir?!Mədəniyyət naziri Əbülfəz Qarayev vəzifəsindən azad olunduğu gündən bu sahədə də, problemlər bitmir ki, bitmir.

Mən bir ziyalı kimi, araşdırmaçı jurnalist kimi deyə bilərəm ki, burada günah Mədəniyyət nazirinin üzərinə düşür. Anar Kərimov təyin olunduğu gündən min bir problemlər yaşandı. Sonunda korrupsiya, həbslər vəs. Bundan sonra yeni Mədəniyyət naziri Adil Kərimli təyin olundu. Maaşlar verilmir, bu sadə kəndlinin günahı nədir bilmirəm?!!!! Bəlkə yenə də, yeyinti üçün yollar axtarılır, bəlkə də, yenə korrupsiya və həbslər olacaq?Onu da bilmirəm, ancaq nə olursa olsun insanları ailəsini dolandıracaq çörək puluyla imtahan etmək Prezident İlham Əliyevin daxili siyasətinə qarşı çıxmaqdır. Prezident İlham Əliyev Ali Baş komandan kimi Bizə Zəfər yaşatdı, Qarabağımızı azad etdi, bütün dünya tərəfindən ona xüsusi simpatiya olunan bir vaxtda, cənab Prezidentin təyin etdiyi məmurlar naxələf çıxırlar?! Xalqı dövlətdən narazı salmaqla Siz nə düşünür və kimə işləyirsiniz??? Nargilə Qafarova gəldiyi gündən yalnız yerli mədəniyyət idarə rəhbərlərinə barmaq silkələməklə yaddaşlarda qalmağa başlayıb, uçub tökülməkdə olan heç olmasa bir mədəniyyət müəssisəsi haqqında öz nazirinə yardım üçün müraciət etsəydi, yerlərdə sadə insanların da, sevgisini qazanardı.
Cənab Nazir, hörmətli Adil müəllim, müraciətim sizədir, Siz hüquq sahəsini gözəl bilirsiniz, güman ki, hesab-kitabdan da, pis deyilsiniz. 300 azn maaş alan ailə başçısı bu günkü bahalıqla ailəsini güclə dolandırdığı bir vaxtda bu sahənin işçilərinin maaşlarını niyə vaxtında vermirsiniz? Necə olur ki, Qəbələ rayonundan bura Regional Mədəniyyət idarəsinə rəis göndərirsiniz?Məgər bu bölgədə bir nəfər belə savadlı mədəniyyət işçisi yoxdur?, əgər bu belədirsə bütün mədəniyyət müəssisələrini bir əmrlə bağladın, kimə lazımdır savadsız işçilər? Nəzərinizə çatdırım ki, Şimal-qərb bölgəsində, məhz mədəniyyət sahəsində elə savadlı insanlar vardır ki, nazir belə ola bilərlər. Vəzifə elə şeydir ki, bu bir taleh quşudur, qonur insanın başına. Odur ki, Siz və yerlərə təyin etdiyiniz Nargilə xanım kimi rəis əvəziləri bu təbəqənin insanlarına hörmətlə yanaşın.

Mən dəqiq bilirəm ki, 300 azn lə yaşamağın, xeyir-şərə getməyin, geyinməyin, xəstələnməyin vəs. nə olduğunu Sizin kimi məmurlar bilmirlər.

Sizi Dövlət başçımızın apardığı daxili siyasətə kölgə salmamağa dəvət edirəm. Ən azından bunu bir Ziyalı, Veteran YAP-çı kimi sizdən tələb edirəm. Ailələrini güclə dolandıran təbəqənin hissiyatları ilə oynamaq dövlətimizin siyasətinə ziddir.
Əlmaniz Ələkbərli

Azərbaycan Yazıçılar Və Jurnalistlər Birliyinin Üzvü.
Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional Bölməsinin sədri.
Yazı Əlmaniz Ələkbərlinin səhifəsindən götürülüb..//Teref.az

Dünyapress TV

Xəbər lenti