“Xəbəriniz olsun ki, internetdən istifadə “ucuzlaşıb”. Niyəsini indi izah edirəm. Dünən itmiş nömrənin yenisini çıxardım. Elə istədim ki, telefona taxıb istifadə edim, yalançı olmayım, 5-6 dəqiqə olardı. Mobil interneti söndürdüm, vay-faya qoşulduq. Bir az keçmiş mesaj gəldi ki, son istifadə 27 manat. Dəhşətə gəldim. Heç internetə də daxil olmadıq…”Pravda.az-ın xəbərinə görə, bunu tanınmış jurnalist Ceyhun Səfər bildirib. “Müvafiq mobil operatora – “Azercell”ə zəng etdim, dedilər ki, proqram yenilənməsinə və s. elə çıxılır, 1 MB 20 qəpik. Cavab verməyə söz tapmadım. 1 MB 20 qəpik, 1 kubmetr qaz da 20 qəpik. Daha nə oldu ki…” – o qeyd edib.