“Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır.
Fərmana əsasən Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini “Azərlotereya” ASC həyata keçirir. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.
Dünya ölkələrinin tarixində lotereya oyunları zamanı fantastik uduşlar qeydə alınıb. Bizdə isə yüksək məbləğlərə tez-tez rast gəlməsək də, oyun həvəskarları azalmır. Ölkəmizdə müxtəlif adlarda lotereya oyunları keçirilir. “Oturduğu yerdə” pul qazanmaq arzusunda olanlar həftənin müəyyən günləri biletini alıb televizorun qarşısına keçir. Azərbaycanda lotereya oyunları bir sıra özəl şirkətlərin təşkilatçılığı ilə 90-cı illərdən start götürüb. Lakin şəffaflığı təmin etmək üçün 2001-ci ildən dövlət bu sahəni nəzarətə götürüb. “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və bu cəmiyyət ölkədə keçirilən bütün növ lotereya oyunlarına cavabdehdir. Xatırladaq ki, ölkəmizdə şans oyunları zamanı yüksək uduşlar da qeydə alınıb. Müxtəlif illərdə 161 490 manat, 409 min manat, 439 135 manat dəyərində uduşların olduğu barədə mətbuatda məlumatlar yer alıb. Lakin bəzi ekspertlər qurumun fəaliyyətində şəffaflığın olmadığını bildirir.
“Azərlotereya” ASC və “Misli” layihəsinin fırıldaq və “küçə qumarı” olduğunu bilməyən yoxdur, hətta, bunu dilə gətirənlərin də sayı az deyil.
Bu şirkəti idarə edənlər və mərc yarışının təşkilinin başında dayananlar az qala böyük bir fırıldaq şəbəkəsini xatırladırlar. Çünki cəmiyyət fəaliyyəti kifayət qədər şübhələr doğuran, maliyyə hesabatları bəlli olmayan, kuponların hazırlanması zamanı hansı saxtakarlıqlara yol verildiyi hələ də suallar doğuran bir şirkətlə üz-üzə qalıb.
Cəmiyyət isə getdikcə ona inamı itirməyə başlasa da, hələ də tora düşənlər var. Amma görünən budur ki, “Misli” artıq çökmüş olan “Topaz” bukmeykerinin aqibətini yaşamağa doğru gedir. Amma, sadəcə, hələ özünü piar (saxta uduşlar təşkil) edərək etimad qazanmağa cəhdlər edir.
Azərbaycanda kazino və qumar hələ mərhum Prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla öz qumar məntəqələrini qurub. Beləcə, Azərlotereya kasıb əhalini qumara təşviq edərək evini yıxmaqla məşğuldur. Əksər metrostansiyaların çıxışlarında, bazarlarda, müxtəlif ünvanlarda insanlar sonuncu qəpiyini də verib “Poz-qazan” alırlar.
Əlbəttə, deyilə bilər ki, bu bir şans oyunudur, amma kuponların 80-90 faizində uduş yoxdursa, deməli, “Azərlotereya” insanları aldadır, soyur, məqsədli şəkildə cibinə girir və sadəcə bəzi adamlar təsadüfən udurlar və ya saxta uduşlar təşkil edilir. Onlar da uduşa qədər dəfələrlə uduzan adamlar olur ki, itirilmiş pulun bir qismini çıxarmağa sevinirlər. Hər gün 10 insandan azı 5 nəfəri ayaq saxlayıb maraqlanır. Amma əksəriyyəti də bu tələyə düşür, nəticədə milyonlar dövr edir və qazanan məhz “Poz-qazan” təşkil edənlər olur. Görəsən, küçələrdə kasıb təbəqəni bu işə təşviq və cəlb etməyin adı nədir? Ümumiyyətlə, lotereya Amerikadan tumuş Almaniyaya qədər dünyanın hər yerində var. Amma bizdəki kimi deyil. Sivil dünyada şans oyunları doğrudan da şansa buraxılır və müəyyən riyazi alqoritmlər qurulur. Bizdə isə bu çətir altında kasıb əhali küçədə soyulur. lim10.az https://lim10.az/az/article/2188?fbclid=IwAR3ZS7gs7-j3JEhzR-w1aHkluPXiSgbG-apNGfByE-HEVBxcvrMeXCax6t8
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində olan Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti üç tenderin nəticələrini elan edib. DİA.AZ xəbər verir ki, bütün tenderlərin qalibi Azdövsutəslayihə İnstitutu (VÖEN:1300359461) olub.
Hər halda burada qeyri-adi nəyinsə olmadığı da iddia oluna bilər. Yəni mümkündür ki, həqiqətən də belə bir hadisə baş versin və euni qurum eyni quruma bir neçə tenderi həvalə etsin və həm də təbii yolla - yəni seçmə üsulu ilə... - TENDER yolu ilə... - qanuni olaraq.
Amma burası Azərbaycandır və həm də burası zamanında "Bravo" marketin kassasının arxasında dayanmış Zaur Mikayılov cənablarının rəhbərlik etdiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Və elə bu səbəblərdən şübhələnməyə bilmirsən...
Qeyd edək ki, Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Azdövsutəslayihə İnstitutuna aşağıdakı tenderləri qazandırıb:
1. «Araz çayı boyunca sərhəd infrastruktrunun və ərazilərin sel sularından mühafizəsi tədbirləri üçün layihəsmeta sənədlərinin hazırlanması» - 225 552 manat
2.«Samur çayının Azərbaycana məxsus məcrasında təmizləmə və sahilbərkitmə işləri üçün layihə-smeta sənədlərinin hazırlanması» - 206 752 manat
3. «Balakən rayonunun Mazımqara kəndi yaxınlığında sərhəd məntəqəsinini və ərazilərin Mazımçay çayının sel sularından mühafizəsi tədbirləri üçün layihə-smeta sənədlərinin hazırlanması» - 34 488 manat
Biz yazdıq. Qoy gerisini - əgər maraqlıdırsa və həm də imkanları (salhiyyətləri) daxilindədirsə, gərəkən qurumlar araşdırsın.
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Teref.az yazır ki, Azərbaycanın dilbər güşələrindən və böyük turistik potensiala malik olan İsmayıllı rayonunun İstisu kəndinin bir qrup sakin i ölkə rəhbərliyinə müraciət edib. Saytımızıln poçtuna daxil olan müraciəti təqdim edirik: mayıllı rayonu İstisu kənd sakinləri tərəfindən
MÜRACİƏT
Bi bu müraciəti imzza edən şəxslər İsmayıllı rayonu İstisu kənd sakinləriyik.İstisu İsmayıllı rayonundan 27 km aralıda yerləşən 4 tərəfi dağ çay və meşələr olan səfalı kənddir.Azərbaycanın dilbər guşəsi olan İstisu kəndinin yolu yoxdur indiyə kimi bu kəndə yol çəkilməyib.Bəlkədə Azərbaycanda ikinci belə bir kənd yoxdur ki, yolu olmasın.Yol feodal dövründə daşdan salınıb deyə üzərində nəinki avtomobilllə hətda piyada yermək çox çətindir.Bu səbəbdən əhali çox əziyyət çəkir.Kəndin 1500 dən çox əhalisi 400 yaxın təsərrüfatı var.Kəndin məktəbi qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur.Ancaq biz sakinləri ən çox narahat edən problem yolun olmamasıdır.Kəndin əsas yolu cəmi 2 km uzunluğundadır. Yolun olmamasına görə kəndə turistlər gələ bilmir.Ancaq İstisu bəlkədə təbiət gözəlliyinə görə Azərbaycanın gözüdür.Kəndin 4 tərəfi meşəli dağlardır çay axır yayda havası xoş və daima sərin olur.Kəndə yol çəkilərsə turistlər axın edəcək. Bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciətlər etmişik ancaq hələ heç bir tədbir görülməyib. Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar yaşayış məskənlərinə yollar çəkilib insanların rahatlığı təmin olunub.Ancaq çox təssüf olsun ki, İstisu kəndinə nəzər salınmır. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik bərbad vəziyyətdə olmasını nəzərə alıb İstisu kəndinə yol çəkliməsinə tapşırıqlar verəsiniz. Teref.az olaraq problemin həlli ilə bağlı bütün səlahiyyətli qurumları dinləməyə hazırıq! Teref.az
Cəlilabad rayonunu ərazisinə və əhalisinin sayına görə ölkənin ağır çəkili rayonlarından sayılır. Bir zamanlar taxıl istehsalına görə “Azərbaycanın Ukraynası”, məşhur xanəndə və müğənnilərinə (Sabir Mirzəyev, Teymur Mustafayev, Sabir Əliyev, Qədir Qızılsəs, Ağadadaş Ağayev, Əflatun Qubadov, Rusif Məmmədov və s.) görə “Ölkənin konservatoriyası” adlandırılan, “Mənim abad Cəliladım” mahnısı ilə qürur duyan cəlilabadllılar son vaxtlar özünün acılı günlərini yaşayır.
Ən diqqətçəkən bu rayondan olan vəzifəli şəxslərin daha çox həbs olunmasıdır.
Öncə yaşadığımız əsrin əvvəlinə səyahət edək. Ölkənin ən tanınmış şəxslərindən olan İqtisadi İnkişaf naziri cəlilabadlı Fərhad Əliyev və onun iş adamı olan qardaşı Rafiq Əliyevin haylı-küyü həbsi yada düşür.
Daha sonralar, 2018 -ci ildə Cəlilabad Rayon İcra hakimiyyətinə təyin olunmuş Namiq Zeynalovun (cəmi 2 il idi işləyirdi, 2020-ci il 8 dekabrına qədər) həbsi.
Bu siyahıya ötən il həbs edilən, Cəlilabadda fəaliyyət göstərən
“Səda TV” -nin rəhbəri Elnur Şükürov, bu ilin əvvəlində isə rayonun 1800 şagirdlik məktəbinin sabiq direktor əvəzi Seymur Cəfərovun da həbs olunması qəribə mənzərələr yaradır.
2 gün öncə isə rayonun 3 vəzifəli şəxsinin, Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimovun və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin həbsi, necə deyərlər, bu olayları yenidən diqqətə gətirdi. Həbs olunanların içində 2 il öncə Cəlilabad rayonuna icra başçısı təyin edilmiş rəhbərin xeyir-duası ilə təyinat alanlar da var.
Srağagün isə artıq baş verənlərin təfərrüatı da bəlli olub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməlləri ifşa edilib.
Həyata keçirilmiş tədbirlərlə Sahil Qənbərlinin Mehdi Kərimovla əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib və həmin şəxslər cinayət başında yaxalanıb.
Bundan başqa, Əmrah Quliyevin Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülmüşdür.
Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Sahil Qənbərli və Mehdi Kərimovun barəsində məhkəmənin qərarilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsində məhkəmənin qərarilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həbsləri davamının olacağı da istisna deyil.
Onu da bildirək ki, ilkin məlumatda Cəlilabad rayon elektrik idarəsinin müdirinin də həbs olunduğu qeyd olunsa da, bu məlumat təsdiqini tapmadı.
Xatırladaq ki, ən azı qonşu rayonlarla müqayisədə həbs olunan yüksək çiyinliləri çox olması, maraqlı suallar doğurur.
Bəs ən çox maraq doğuran sual hansıdır?
Bəlli olduğu kimi ölkə başçısının köməkçisi hörmətli Kərim Həsənov və onun qardaşı Malik Həsənov cəlilabadlıdır. Həm də bu şəxslərin Cəlilabadın idarə olunmasına ciddi təsiri çoxuna bəllidir.
İndi sabiq icra başçısının, jurnalistin, sabiq direktorun, bu günlər isə 3 vəzifəli şəxsin həbs bir məqamı sual altına alır- ölkədə söz sahiblərindən biri olan Kərim Həsənov bu həbs olunanların dostudur, ya “düşəməni”? Dostudursa, niyə qoruya bilmir, “düşməndirsə” onları niyə belə məsul vəzfələrə gətirmişdilər?
Qeyd: Hazırda icra hakimiyyətindəki Baş memar vəzifəsi ən təhlükəli vəzifələrdən sayılır.
Təxminən 3 ay öncə, Apa-nın verdiyi məlumata görə, 2023-cü il may ayının 1-də saat 04:25 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini 1983-cü il təvəllüdlü Əsgərov Emin Xubeş oğlu saxlanılıb. Avtomobilə baxış zamanı ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilib. Narkotacirlərin həbs olunması və maddi sübut kimi 31 kiloqram 500 qram narkotik vasitənin dövriyyədən çıxarılması 100 minlərlə şəxsin narkotik bəlasından xilas olması deməkdir. Biz bu gün narkotacirlərə qarşı hamılıqla mübarizə aparırıq. Hüquq Mühafizə Orqanlarımızın əməkdaşları həyatlarını hər an təhlükəyə ataraq, narkotacirləri yerində həbs edir və onların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirdikləri narkotik vasitələri əldə edərək, məhv edirlər. Bu gün 31 kiloqram 500 qram narkotik vasitəni heç bir kənddən yenicə gəlmiş 83 təvəllüdlü sıradan biri daşıya bilməz. Gəlin görək, bu işin başında duran kimdir? Kimdir bu cinayətə rəvac verənlər? Cəlilov Azəddin Əbülfəz oğlu kimdir? Buyurun, tanış olun. 99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin sahibi Naxçıvan şəhəri, Şərur rayonundan olan Cəlilov Azəddin Əbülfəz oğlu. Yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev32, giriş 2A, mənzil 30. Əldə etdiyimiz məlumata görə, həbs olunan şəxslərdən biri Şərurludur, amma maraqlı məqam burasındadır ki, şəxsin avtomobili cinayət hadisəsində iştirak etsə də, həmin avtomobilin sahibi cinayət məsuliyyətinə cəlb olunmayıb. Onu da xatırladım ki, el arasında Azad kimi tanınan Cəlilov Azəddin Əbülfəz oğlu yüksək çinli məmurların adından da istifadə edir. P.S. Cənab Prezidentimizdən xahişimiz ondan ibarətdir ki, bu cür faktların üstünü açdığımız üçün bizə yaradıla biləcək problemlərin qarşısının alınması üçün göstəriş versin.
Bakıda tanınmış tibb müəssisələrindən biri olan “Yeni Klinika”nın qarşısında Azərbaycan bayrağı tərsinə asılıb.
KONKRET.az xəbər verir ki, milli dəyərlərimizə hörmətsizlik göstərən klinika rəhbərliyi Azərbaycanın dövlət bayrağına da sayğısızlıq nümayiş etdirib. Hələ dövlət rəmzinin hansı qaydada asılması barədə məlumatı olmayan “Yeni Klinka” rəhbərliyi bayrağı asmazdan qabaq onun rənglərinin necə sıralanmasına fikir verməliydi.
Bayraq xalqımızın qürur yeri, namusudur. Azərbaycanın Dövlət rəmzlərindən olan bayraq həm də and yerimizdir. Dalğalandıqca qürur duyduğumuz üçrəngli bayrağımızın hər rəngi özündə bir məna kəsb edir. Mavi, qırmızı və yaşıl rəngdən ibarət olan Azərbaycanın Dövlət bayrağına hörmət isə hər bir Azərbaycan vətəndaşının borcudur. Lakin rastlaşdığımız bu mənzərə bayrağımıza olan hörmətsizliyi özündə ehtiva edir. Yeri gəlmişkən, qeyd edək ki, son günlər klinikada neqativ proseslər baş verir. Növbəti yazılarımızda bu barədə geniş məlumat verəcəyik.
DİA.AZ: - Cəlilabadda həyata keçirilən səs-küylü həbslərin yaratdığı rezonans hələ uzun müddət diqqət mərkəzində olacaq. DİA.AZ olaraq xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməlləri ifşa edilib.
Məlumatlarda deyilir ki, həyata keçirilmiş tədbirlərlə Sahil Qənbərlinin Mehdi Kərimovla əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübələr müəyyən edilib və həmin şəxslər cinayət başında yaxalanıb.
DİA.AZ bildirir ki, bundan başqa, Əmrah Quliyevin Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Sahil Qənbərli və Mehdi Kərimovun barəsində məhkəmənin qərarilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DİA.AZ qeyd edir ki, burada xüsusi diqqət olunmalı məqamlardan biri də saxlanılanların vəzifələrindən məhz MƏHKƏMƏ QƏRARI ilə azad olunmalarıdır. Görünür, belə bir zərurət yaranıb. Halbuki, bu kimi məqamlarda səlahiyyət sahibinə "hədəfdə olan məmurlarla" bağlı "qabaqcadan tədbir görmə" fütrsəti tanınardı. Amma göründüyü kimi, Cəlilabad RİH başçısı Rafiq Cəlilova belə bir şans tanınmadı.
Onu da qeyd edək ki, həıbs olunan şəxsləri Cəlilabad sakinləri Rafiq Cəlilovun "sağ əli" və "sol əli" kimi dəyərkləndirirlər. Deməli, hüquq-mühafizə orqanları Rafiq Cəlilovu əməlli-başlı "budayıblar"... Bu budama iki məqsəd üçün hesablana bilər:
1. Ya bşçını bu yolla zərərsiz hala gətirirlər və hər şey onun görəvdən alınmasına hesablanır...
2. Ya da başçıya növbəti şans verilir.
Bunu isə irəliləyən zamanda görəcəyik. Yazı ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
“Tezadlar.az” saytının 31 may 2023-cü il tarixli buraxılışında (eləcə də qəzetdə dərc olunub) “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi özünü necə sığortalayır?” başlıqlı yazı dərc olunmuşdur. Yazıda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adı olub özü olmayan fövqəladə sığorta şirkətindən və insanların məcburi olaraq bu sığorta şirkətində sığorta olunmasını tələb etməsindən və digər qanunsuz əməllərindən bəhs edilirdi.
Növbəti həftədə isə, yəni “tezadlar.az” saytının 06 iyun 2023-cü il tarixli burxılışında yayımlanmış “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Fəaliyyətində Korrupsiya və Qanun Pozuntuları” adlı yazıda isə bu qurum haqqında olan mövcud qanunun ölkənin digər qanunları ilə ziddiyyət təşkil etməsi konkret faktlarla ortaya qoyulmuşdu. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanun “Anti-inhisar fəaliyyəti haqqında”, “Dövlət Satınalmaları Haqqında”, “Haqsız rəqabət haqqında” qanunlarla tam ziddiyyət təşkil edir ki, bu da qurumun fəaliyyətində əlaqəli problemlər yaradır. Həmin yazının sonunda qeyd etmişdik ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in şəkər xəstələrinin başına açdığı oyunlardan növbəti yazılarımızda bəhs edəcəyik.
İndi vədimizə əməl edərək həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in şəkər xəstələrinin başına nə müsibətlər gətirdiyini sizlərə təqdim edəcəyik. Yazıda ona görə bir qədər fasilə yarandı ki, bildiyimiz faktlar barədə bir çox dövlət qrumlarının rəhbərlərinə yazılı müraciət etmişdik və onların cavablarını gözləyirdik. Artıq cavabların bir nüsxəsi TƏBİB-ə, bir nüsxəsi də mənə (şikayətçi şəkər xəstəsinə) göndərilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in şəkər xəstələrinə yaşatdığı acıların sərhədi yoxdur...
İndi isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in şəkər xəstələrinə yaşatdığı acıları və onların tədricən ölümünə hesablanmış qanunsuz əməlləri barədə faktlarla tanış olun. Əvvəlcədən onu deyim ki, şəkər xəstələrinə bütün dərmanlar, insulinlər, test çubuqları Səhiyyə Nazirliyi tərəfindən verilirdi. Həmin vaxtda dərmanların verilməsində müəyyən qədər problem olmasına baxmayaraq, bir o qədər narazılıq yox idi. Elə ki, şəkər dərmanlarının bölüşdürülməsi və paylanması İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə TƏBİB cütlüyünə həvalə edildi, bununla da şəkər xəstələrinin faciəli günləri başladı. Əvvəlcə şəkər xəstələrinə dərmanların verilməsi haqqında qanunu bir daha yada salaq və sonra sözümüzə davam edərik.
Beləliklə, “Şəkərli diabet xəstəliyinə tutulmuş xəstələrə dövlət qayğısı haqqında” Azəbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 32 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını tətbiq etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli qərarı mövcuddur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də guya şəkər dərmanlarının paylanmasında Nazirlər Kabinetinin məhz bu qərarını əldə rəhbər tuturlar.
TƏBİB bu qərarı əldə elə möhkəm tutub ki, nəticədə, şəkər dərmanları xəstələrə gedib çatmır. Bu barədə həm redaksiyamıza çoxsaylı şikayətlər daxil olur, həm də bu yazının müəllifi olaraq mən özüm və həyat yoldaşım şəkər xəstəsi olduğumuz üçün bu problemləri özümüz yaşayırıq.
Məlumat üçün qeyd edim ki, mən özüm 1992-93-cü illərdə könüllü olaraq Qarabağ savaşında iştirak etmişəm, Qarabağ müharibəsi veteranıyam...
Vüqar Qurbanovun qanunsuz əməllərinin qarşısını kim almalıdır?
...Hazırda Qaradağ rayonunda şəkər xəstəsi kimi qeydiyyatdayam, amma nəzərdə tutulan dərmanları, o cümlədən qanda şəkərin ölçülməsi üçün test çubuqlarını, sonuncu ayı nəzərə almasaq, bir ildən çoxdur ala bilmirəm. Tək mən yox, o cümlədən həyat yoldaşım Məmmədova Mehriban Məcid qızı da lazım olan insulini bəzən kəsirlə alır. Bundan əlavə, çoxsaylı bizim kimi belə problemlərlə üzləşən şəkər xəstələri var ki, bizdən kömək istəyiblər, onların haqqında da sonda məlumat verəcəyəm.
Mən jurnalist olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in mətbuat xidməti ilə mütəmadi əlaqə saxlayaraq haqqımı tələb etmişəm. Həmişə də müraciətimə həssaslıqla yanaşıblar, amma nəticə olmayıb. Çünki TƏBİB-in rəhbəri Vüqar Qurbanovu ilahi bir varlıq kimi vətəndaşlardan gizlədirlər. Nə telefon əlaqəsi yaradılmasına, nə də qəbuluna düşməyə heç cürə imkan yaratmırlar. İstəyirdim ki, üzbəüz Vüqar müllimdən bu problemin səbəbini öyrənim ki, niyə biz şəkər xəstələrini tədrici ölümə məhkum edirlər? Axı dövlət bu xəstələrə qayğı göstərir, dərman preparatlarının pulunu ödəyir. Daha nə lazımdır???
TƏBİB səlahiyyətlilərinin ən böyük qanunsuzluğu bilirsiniz nədir? Sizcə, şəkər xəstələrinə həkimin təyin etdiyi insulin və dərmanları başqaları ilə, daha ucuz və keyfiyyətsizi ilə əvəz etmək cinayətdir, ya yox? Bu, birbaşa korrupsiya faktı deyilmi? Sizə kim icazə verir ki, həkimin həmin xəstənin oqanizminə uyğun olaraq təyin etdiyi insulin və dərmanları başqaları ilə əvəz edəsiniz?
Nəticədə bu insulin və dərmanlar kimisinə heç təsir etmir, kimisində isə şəkər, mənim həyat yoldaşımda olduğu kimi, 400-ü vurub keçir. Bu, artıq komaya düşmək səviyyəsindədir. Çünki həkimin təyin etdiyi insulinin TƏBİB tərəfindən özbaşına dəyişdirilməsi belə fəsadlara gətirib çıxarır ki, bu da birbaşa cinayətdir. Həkimin razılığı olmadan sən necə özbaşına insulin və dərmanları başqaları ilə əvəz edə bilərsən? Bu cinayətə və korrupsiyaya, ancaq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmiləri, həmçim TƏBİB-in cavabdeh şəxsləri və onun rəhbəri Vüqar Qurbanov imza ata bilər.
Şəkər xəstələrinə çoxsaylı güzəştlər nəzərdə tutan Prezident Sərəncamı TƏBİB tərəfindən niyə icra olunmur?
Mən hər dəfə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Ədilovaya zəng edib soruşanda ki, bu dərmanların bölüşdürülməsinə cavabdeh kimdir? Ümumiyyətlə, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in mətbuat xidmətlərindən şəkər dərmanlarının bölüşdürülməsinə cavabdeh şəxsin kim olduğunu bir il ərzində öyrənə bilmədim.
Nazirlər Kabineti dərman bölüşdürməklə məşğuldur???
Nəhayət, Zamirə xanım bildirdi ki, dərmanların bölüşdürülməsinə cavabdeh Nazirlər Kabinetidir. Nazirlər Kabinetinin bura nə dəxli var? Məgər bu qrum şəkər xəstələrinə dərman bölüşdürməklə məşğuldur? Cavab verildi ki, «...şəkər dərmanlarının bölüşdürülməsində biz Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli qərarına əsaslanırıq”.
Xahiş etdim ki, tanış olmaq üçün o qərarı mənə də göndərsinlər. Göndərdilər. Bununla da özləri-özlərini zərbə altına qoydular. Qərarı diqqətlə oxuyuram və görürəm ki, Prezidentimiz şəkər xəstələrinə çox yüksək səviyyədə qayğı və diqqət göstərilməsini nəzərdə tutub. Bu qərardan və orada verilmiş cədvədən görünür ki, şəkər xəstələrinin ildə bir, ya iki dəfə pulsuz müayinəsi, analizlərinin verilməsi qeyd edilb. Bunların heç birini şəkər xəstələri görməyib.
Prezident İlham Əliyevin şəkər xəstələri üçün imzaladığı fərmandan irəli gələn məsələləri Nazirlər Kabineti 13 may 2005-ci ildə 87 saylı qərarı ilə təsdiq etmişdir. Həmin qərarda şəkər xəstələri üçün çox gözəl şəraitin yaradıldığı görünür. Məsələn, vaxtilə Səhiyyə Nazirliyindən dərmanlar verilərkən mənə bir qutuda 25 ədəd olmaqla, qanda şəkərin ölçülməsi üçün viziual test çubuqları bir aydan bir verilirdi. Halbuki, xəstə gündə bir neçə dəfə qanda şəkəri ölçməlidir ki, yeməyini və fəaliyyətini tənzimləyə bilsin. Gündə bir dəfə ölçülsə belə, yenə 25 ədəd test çubuğu bir aya çatmır. Amma Nazirlər Kabinetinin adı çəkilən qərarında verilmiş cədvəldən görünür ki, hər bir xəstəyə qanda şəkərin ölçülməsi üçün test çubuğu ayda 50 ədəd verilməlidir. Təsəvvür edirsinizmi? Mən isə Səhiyyə Nazirliyindən o 25 ədəd test çubuğunun bir aydan bir yox, hər ay verilməsini tələb edirdim. İndi o günlərə şükür edirəm. Dərmanların verilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə həvalə olunandan keçən bu bir il ərzində mən o test çubuğunun üzünə həsrət qalmışam. Həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in Mətbuat xidmətləri isə mənim sualım qarşısında aciz qalıblar. Mən də bilirəm ki, bu problem onların günahından deyil. Hər iki qurumun, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Aynurə xanım, həm də TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Zamirə xanım və əməkdaşları mənim qaldırdığım problemləri lazımı ünvana çatdırırlar. Amma o lazımi ünvanda oturan cavabdeh şəxslər, minlərlə şəkər xəstələrinin problemlərini həll etmək istəmirlər. Məqsəd isə, bu xəstələri düşünülmüş şəkildə dövlətdən və Ptezidentdən narazı salmaqdır.
Şəkər xəstələrinə ayrılan 53 milyon manata kimlərin gözü düşüb?
Başqa nə məqsəd ola bilər ki?! Dövlətin verdiyi pulsuz dava-dərmanı xəstələrə vermək üçün daha nə lazımdır?! Halbuki, hörmətli Prezident İlham Əliyev şəkər xəstələrinin pulsuz müayinəsi və dövlət tərəfindən lazımı insulin, dərmanlar və test çubuqları ilə təmin olunması üçün sərəncamlar imzalayıb. Bu məqsədlə isə, dövlət büdcəsindən 53 milyon manat pul ayrılıb. Prezident bundan artıq neyləməlidir? TƏBİB rəsmilərinin yerinə gedib dərman paylamalıdır, yoxsa Paşinyanla, erməni separatçıları ilə məşğul olmalıdır???
Əgər həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in rəhbərliyi Prezidentin verdiyi göstərişləri, imzaladığı sərəncamları yerinə yetirə bilmirlərsə və ya yerinə yetirmək istəmirlərsə, bu artıq sabotajçılıqdır!
Əgər Hesablama palatası və Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi hər iki qrumda ciddi yoxlama aparsa, bu qurumların rəhbərlərinin yeri harada olacağı dərhal müəyyən ediləcək...
Şəkər xəstələrinə verilməli dərmanların cədvəli: Korrupsiya adamın gözünə girir...
Nazirlər Kabinetinin məlum qərarında verilmiş cədvəldə gördüyüm bir fakt məni dəhşətə gətirdi. Həmin cədvəldə yazılıb ki, sidikdə şəkəri təyin etmək üçün vizual test çubuqları üç aydan bir 50 ədəd olmaqla 1 qutu verilməlidir. İçi mən qarışıq, onlarla şəkər xəstəsindən soruşmuşam, sidikdə şəkəri təyin etmək üçün vizual test çubuqlarını illərin xəstələri belə hələ də görməyib. Eşidən də dəhşətə gəlir ki, bəs niyə o çubuqları indiyə qədər bizə vermirlər? Bəs o çubuqlar hara gedir? Elə biz də bu yazı vasitəsilə belə suallara aydınlıq gətirmək istəyirik. Yalnız bu suala yox. Fakt kimi yazıda Nazirlər Kabinetinin məlum qərarını və cədvəlini təqdim edəcəyəm. Orada özünüz tanış olub görəcəksiniz ki, şəkər xəstələri üçün hansı güzəştlər nəzərdə tutulub və onları görən varmı? Bu cədvəllə tanış olandan sonra şəkər dərmanları ilə bağlı Korrupsiya adamın sanki gözünə girirdi. Çünki o cədvəldə yazılanların 70 faizini xəstələr görmür. Onların bir qismini qeyd etməyi lazım bilirəm. Birinci tip şəkərli diabet xəstələri ayda bir dəfə həkimdən pulsuz konsultasiyadan, okulist, nevropatoloq və kardioloqdan keçməlidirlər. İnsulinə ehtiyacı olmayan ikinci tip şəkərli diabet xəstələri bu konsultasiyalardan iki aydan bir, insulinə ehtiyacı olan ikinci tip şəkərli diabet xəstələri isə, ayda bir dəfə keçməlidirlər.
Bundan əlavə, yənə qruplara uyğun olaraq ayda bir dəfə və üç aydan bir dəfə qanda və sidikdə şəkərin təyini həkim nəzarəti ilə həyata keçirilməlidir. Bunların heç biri şəkərli xəstələr üçün tətbiq edilmir.
Nazirlər Kabinetinin məlum cədvəlində özünənəzarət vasitələri barədə də dəqiq rəqəmlər göstərilib. Məsələn, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları xəstəliyin növünə görə, ya ayda bir, ya da iki aydan bir, 50 ədəd olmaqla, bir qutu verilməlidir. Amma bu test çubuqlarını, içi mən qarışıq, bütün şəkər xəstələri ya 2-3 aydan bir, ya 6 aydan bir, ya da ildə bir dəfə, özü də 1 qutuda 25 ədəd olmaqla alırıq. Sidikdə şəkəri təyin etmək üçün vizual test çubuqları da, cədvələ görə bir qutuda 50 ədəd olmaqla 3 ayda bir qutu verilməlidir. Bu test çubuqlarını isə şəkər xəstələri ümumiyyətlə, görmürlər və bunu eşidən hər bir xəstə təəccüblə adamın üzünə baxır ki, yəni belə bir test çubuğu da verilməlidir?
Birdəfəlik insulin şprisi və ya insulin şpris qələmləri üçün ucluq, gündə iki ədəd, hər beş gündən bir olmaqla illik 144 ədəd verilməlidir ki, bu qaydaya da ümumiyyətlə əməl olunmur.
Cədvəldə şəkərli xəstələr üçün nəzərdə tutulan digər güzəştlər də nə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, nə də TƏBİB rəhbərləri tərəfindən əməl olunmur və həyata keçirilmir.
Amma hazırda mövcud olan qanun əsas kimi götürülməli və bu qanuna da əməl olunmalıdır. Mən aylarla TƏBİB-də heç bir məsul şəxs ilə əlaqə yaradıb, mövcud problemə aydınlıq gətirə bilmədim. TƏBİB-in məsul şəxsləri özləri ətrafında vətəndaşlardan qorunmaq üçün elə bir səngər və qala yaradıblar ki, uzaq vuran artileriya mərmiləri də onların mühasirəsini yara bilməz! Gülməli də olsa, reallıq belədir.
Adi bir səhiyyə ocağında elə bir rejim yaradılıb ki, orada özləri deyib, özləri eşidirlər. Görünür, vətəndaşı eşitmək, problemini dinləmək və əlac etmək TƏBİB rəhbərlərinin funksiyasına daxil deyilmiş.
Bütün bunlar barədə istədim dövlət qurumlarına məlumat verim ki, şəkər xəstələrinə qarşı TƏBİB tərəfindən soyqırım həyata keçirilir. Buna görə də cavabdeh şəxslər cəzalandırılsın. Sən saydığını say, gör TƏBİB nə sayır? Deməli, şəkər xəstələrinin dərdinə əlac eləmək üçün bütün mövcud faktları yazıb və Nazirlər Kabinetinin TƏBİB tərəfindən ayaqaltı edilən məlum qərarının surətini də məktuba əlavə edib, Respublikanın Birinci-viste prezidenti, xəstələrin, kimsəsizlərin pənahı olan hörmətli Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Nazirlər Kabinetinin sədri Əli Əsədova, Milli Məclisdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova və TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanova redaksiya adından rəsmi sorğu formasında göndərdik. Görünür, Mehriban xanıma yazdığım məktubu çatdırmayıblar. Əks təqdirdə mütləq həmin qrumdan, həmişə olduğu kimi, yenə də bir müsbət cavab gələrdi. Eyni zamanda Nazirlər Kabinetinin sədri Əli Əsədovdan da müraciətə, daha doğrusu bu qurumun özünün qəbul etdiyi və TƏBİB tərəfindən saya sayılmayan qərarına olan hörmətsizliyə qarşı münasibət bildirilmədi.
Baş Prokurora göndərdiyim məktuba isə Sənədlərlə və Müraciətlərlə İşin Təşkili İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Toğrul Əhmədov tərəfindən cavab göndərilib. Amma göndərilməsə, ondan yaxşı idi. 25.04.2023-cü il 17/7567-23 nömrəli, mənə və TƏBİB-ə ünvanlanmış məktubda oxuyuruq: “Vətəndaş Elçin Məmmədovun Respublika Baş Prokurorluğuna daxil olmuş müraciəti baxılması üçün Sizə göndərilir. Nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş olunur”.
İndi burada maraqlı bilirsiniz nədir? Axı kim bilməsə də, Baş Prokurorluğun məsul şəxsi, kiçik ədliyyə müşaviri Toğrul Əhmədov qanunları yaxşı bilməlidir. Amma bu məktubu TƏBİB-ə göndərməklə tam əksini görürük. Ona görə ki, “Müraciətlərə baxılması haqqında” AR Qanununun 7.13-cü maddəsinin tələblərinə uyğun olaraq, barələrində şikayət olunan, şübhə doğuran, ittiham irəli sürülən müraciət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə göndərilə bilməz.
Amma göründüyü kimi TƏBİB-in yarıtmaz fəaliyyəti nəticəsində şəkər xəstələrinə yaradılan ciddi problemə, hətta mən deyərdim, yol verilən cinayətə, görə göstərdiyim faktlar barədə yuxarı qrum olan Baş prokurorluq özü tədbir görmək əvəzinə, şikayəti tədbir görülməsi üçün yenidən həmin qruma göndərir.
***
Maraqlıdır, təkcə Baş Prokurorluq yox, eyni zamanda Nazirlər Kabinetinin rəsmiləri də bu qanunsuzluğa çox rahat şəkildə imza atırlar. Təsəvvür edin, Nazirlər Kabinetinin şəkər xəstələri haqqında qəbul etdiyi və çoxsaylı güzəştlərin nəzərdə tutulduğu 13 may 2005-ci ildə qəbul etdiyi 87 nömrəli qərarı TƏBİB rəhbərliyi adi kağız parçası hesab edərək, şəkər xəstələrinə qarşı cinayət əməlinə yol verir. Amma çox mötəbər bir qrum olan Nazirlər Kabineti bu cinayətlərin qeyd olunduğu və ona ünvanlanan şikayət məktubunu yenidən TƏBİB-in üstünə göndərir. Əvvəla, yuxarıda qeyd etdik ki, “Müraciətlərə baxılması haqqında” AR Qanununun 7.13-cü maddəsinə görə, şikayət olunana şikayət məktubunun həlli həvalə oluna bilməz. Çünki maraqlı tərəfdir. Yəni, doğrudanmı Nazirlər Kabinetinin rəsmiləri adı çəkilən qanundan xəbərsizdir? Yaxşı, tutaq ki, bu qurumun baş bilənləri həmin qanundan xəbərsizdir, onda bəs yuxarıda adı çəkilən və özlərinin qəbul etdiyi 87 saylı qərarın niyə hömətsiz edilməsinə göz yumurlar?
Niyə Nazirlər Kabinetinin rəhbəri baş nazir Əli Əsədova TƏBİB-in şəkər xəstələrinin başına açdıqları oyun və adıçəkilən 87 saylı qərarın yerinə yetirilməməsi barədə yazdığımız şikayət məktubunun həll olunması üçün Səhiyyə Nazirliyinə göndərilib? Səhiyyə Nazirliyinin 18.05.2023-cü il tarixli və nazirliyin Tibbi xidmət şöbəsinin müdiri F.Hüseynbəyov tərəfindən imzalanmış və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə, həmçinin mənə ünvanlanmış məktubda oxuyuruq: “Vətəndaş E.Məmmədovun Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Səhiyyə Nazirliyinə daxil olmuş ərizəsi aidiyyəti üzrə baxılması üçün Sizə göndərilir”.
Bax buna deyərlər ötür-ötür oyunu... Belə çıxır ki, Nazirlər Kabineti də, Səhiyyə Nazirliyi də “Müraciətlərə baxılması haqqında” AR Qanununun 7.13-cü maddəsinin tələblərindən xəbərsizdirlər. Özləri tədbir görmək əvəzinə, mənim şikayət ərizəmi yenidən TƏBİB-in üstünə göndərirlər. TƏBİB rəhbərliyi bu poblemi həll edən idisə, mənim onlarla 5-6 aylıq mübarizəm və insulin, həmcinin dərmanların verilməməsi barədə etdiyim şikayətlər öz nəticəsini verərdi.
TƏBİB-dən gələn müəmmalı cavab...
İndi də gəlin TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun adına yazdığım şikayət məktubuna verilən cavabı gözdən keçirək.
Maraqlıdır ki, mənim bir şikayət məktubuma hər biri 19 iyun 2023-cü il tarixli PHŞ-6/2-M-5937/2-31-11860/2023 saylı olmaqla 3 ədəd, amma ayrı-ayrı tarixlərdə, lakin eyni şəxsin imzası ilə cavab gəlib. TƏBİB-dən gələn məktubun ikisi eyni gündə yazılıb, lakin biri 24.06.2023-cü ildə, biri isə 15.07.2023-cü il tarixlərində gəlib. Üçünün də məzmunu eynidir.
TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri Emin Salmanovun imzası ilə yazılmış məktubda oxuyuruq: “Hörmətli Elçin müəllim,
Sizin müraciətinizə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrini, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünə nəzarət vasitələrinin siyahısı və miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə tənzimlənir. Müraciətinizdə qaldırdığınız məsələlərlə bağlı nəzərinizə çatdırırıq ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünə nəzarət vasitələri ilə təminatı Qaydası”na dəyişiklərin olunmasına dair mütəxəssislər tərəfindən təkliflər təqdim olunmuşdur. Eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni “Şəkərli diabet üzrə Dövlət Proqramı hazırlanmaqdadır. Qeyd edilənlərə əsasən müraciətinizdə qaldırdığınız problemlər yaxın gələcəkdə öz həllini tapacaqdır”.
Deməli, TƏBİB rəsmisi, yəni Müraciətlərə iş departamentinin rəhbəri cənab Emin Salmanov qaldırdığım problemlərin həqiqət olduğunu, həlli üçün isə mənim kimi şəkər xəstələrinə mücərrəd vaxta kimi gözləməyi təklif edir. Bu, o deməkdir ki, ay şəkər xəstələri, sizə dərmanların vaxtlı-vaxtında, özü də tam şəkildə yox, az miqdarda verildiyini, həmçinin Nazirlər Kabinetinin 13 may 2005-ci il 87 saylı qərarına əməl olunmadığını bilirik, amma siz hələ ölməyin, gözləyin, yeni qanun hazırlanır. Və o qanun hazırlanıb qurtaran kimi sizə dərmanlar veriləcək.
Bəs dərmansız qalıb, onu apteklərdən ala bilməyən kasıb insanlar neyləsinlər? Bir bunu fikirləşmisinizmi?
TƏBİB-də şəkər xəstələrinin əvvəl dərmanlarını kəsir, yəni ölümə məhkum edirlər, sonra da yeni qanun hazırlayırlar. Olmazmı elə yeni qanun hazırlaya-hazırlaya şəkər xəstələrinin dərmanları köhnə qanuna uyğun olaraq verilsin, yeni qanun hazırlananda isə, dərmanların verilməsi həmin qanunla tənzimlənsin!
Bu barədə mənim TƏBİB-in idarə heyətinin sədri Vüqar Qurbanova yazdığım məktuba qurumun rəsmisi Səkinə xanım zəng edərkən ona daha ətraflı danışdım. Bildirdim ki, Səkinə xanım, şəkər xəstələrinə dərmanların verilməsi TƏBİB-ə həvalə ediləndən sonra, çox ciddi problemlər yaşanır... Çünki şəkər xəstələri vaxtı-vaxtında həkimin yazdığı dərmanları və insulini qəbul etməlidir.
Daha maraqlı bir məqam ondan ibarətdir ki, birdəfəlik insulin şpris qələmləri üçün ucluq iynələri xəstəyə vermək tamamilə unudulub. Halbuki Nazirlər Kabinetinin məlum qərarında göstərilib ki, gündə iki ədəd, hər beş gündən bir olmaqla, illik 144 ədəd verilməlidir. Amma bu ucluq iynələrinin bircəciyini belə gördüm deyən şəkər xəstəsi tapa bilməzsiniz. Amma bu ucluqları apteklərdən rahatca tapmaq olur. Deməli, şəkər xəstələrinə insulin, yəni qələmlər az, ya da çox verilir. Amma bu qələmdən istifadə etmək üçün ucluq iynələr verilmir. Sual olunur, bəs xəstə bu insulin qələmdən necə istifadə etsin? Axı sən bunun ucluğunu vermirsənsə, xəstə insulindən necə istifadə edəcək? Bir bunu düşünən varmı? Təbii ki, yoxdur. Olsaydı, bəlkə yüzlərlə, bəlkə də minlərlə şəkər xəstələri o insulin qələmlərinin uclarını, qanda şəkərin ölçülməsi üçün viziual test çubuqlarını və digər verilməyən dərmanları baha qiymətə apteklərdən almazdılar.
TƏBİB-in üstünə şikayət məktubunu yox, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını və DTX-nın qara maskalılarını göndərmək lazımdır ki...
Bununla da bəzi işbazların cibləri dolub-daşır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi isə, heç nə olmamış kimi, bu qədər cinayət və korrupsiya dolu faktı araşdırıb, tədbir görmək əvəzinə, şikayət məktubunu yenidən TƏBİB-in üstünə göndərir. TƏBİB-in üstünə şikayət məktubunu yox, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını və DTX-nın qara maskalılarını göndərmək lazımdır. Bəlkə bundan sonra TƏBİB-in rəhbərliyinin yadına Prezident cənab İlham Əliyevin dəfələrlə təkrar etdiyi göstəriş düşdü: “Hər bir məmur xalqa xidmət etməlidir. Xalqın birinci xidmətçisi isə, mən özüməm”.
Görünür, TƏBİB rəhbərliyinin yadına bu kəlamları güc strukturları salmalıdır.
***
Qeyd etdiyim kimi, mövcud problemlə əlaqədar bir çox dövlət qrumlarının rəhbərlərinə yazdığım şikayət məktublarının hamısı tədbir görülməsi üçün TƏBİB-ə göndərilib. Bu da, yuxarıda qeyd etdik ki, “Müraciətlərə baxılması haqqında” AR Qanununun 7.13-cü maddəsinin tələblərinə ziddir. Bu ziddiyyətə də məhkəmə yolu ilə aydınlıq gətirmək istəyirəm. Artıq vəkillə müqavilə bağlanılıb, tezliklə şəkər xəstələrinin dərmanlarını, insulinlərini, qanda və sidikdə şəkərin ölçülməsi üçün viziual test çubuqlarını, həmçinin digər şəkərsalıcı vasitələri xəstələrə vermədiyinə, bununla da şəkər xəstələrini tədrici ölümə məhkum etdiyinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in rəhbərlərini məhkəməyə vermək niyyətindəyəm. Məhkəmədə isə TƏBİB-in mənə yazdığı rəsmi cavab məktubunda qaldırdığım problemin mövcud olduğunu etiraf etməsi çox karıma gələcək. //tezadlar.az//
Paytaxtın köhnə doqquz mərtəbəli binalarının əksəriyyətində lift sistemi nasazdır və həmin binalarda yaşayan sakinlər üçün ciddi həyati təhlükə mənbəyinə çevrilib. Belə ki, magistral və şəhər mərkəzində yerləşən bu köhnə, sovet dövründən qalma binalar müxtəlif üzlüklərlə sadəcə görüntü naminə "yenilənmiş" olsa da, binaların blokları və lift sistemləri bərbad haldadır - necə deyərlər, üstü bəzək, altı təzək. Məsələn, Biləcəri qəsəbəsində yerləşən həmin doqquz mərtəbəli binalardan birinin lift sistemi "can üstədir". Blok sakinləri kiminsə nə zamansa o lift ucbatından həyatından olacağını çox yaxşı bilsələr də, əllərindən heçnə gəlmir. Sakinlərdən Bizimyol.info xəbər portalına verilən məlumata görə, binanın lift sisteminin yenilənməsi üçün yerli aidiyyəti qurum tərəfindən vəsait toplanılsa da, lift dəyişdirilməyib: "Binanın blokunda təqribi 30 ailə yaşayır, hər birindən ayda üç manatdan yığırlar. Bir ara dedilər ki, yeni liftlər gətiriləcək, bunun üçün pul toplayırlar, amma heç nə olmadı. Vəsaiti yığdılar, sonra da yox elədilər. İndi bu liftlərə minib, ən yuxarı mərtəbəyə qalxanda, dua edirsən ki, sağ-salamat çata bilim. Liftin düymələrinin çox hissəsi işləmir. Məsələn, 4-cü mərtəbəyə çıxmaq istəsən, gərək lifti 6-cı mərtəbəyə qaldırıb, ordan aşağı düşəsən, çünki 4-cü mərtəbəyə aparan düymə işləmir. Bəzi düymələr isə ümumiyyətlə yoxdur".
Qeyd edək ki, bu liftlər həm də anti-sanitar vəziyyətdədir. Onsuz da bir neçə aydan, hətta ildən bir təmizlənən bloklara yay fəslində üfunət qoxusundan girmək olmur, liftlər isə ondan betər.
QEYD: Videoda gördüyünüz bu lift təkcə bir nəfəri daşımaqda çətinlik çəkir - silkələnir, dayanır, çətinliklə qalxır və enir. Düşünün ki, buna iki və ya daha çox sakin minsə, nəticə nə olar. Kimlərinsə "lift pulu" adı altında bina sakinlərini aldatması, pulları mənimsəməsi gələcəkdə həmin binalarda baş verə biləcək bədbəxt hadisələrə qapı açır. Hadisə olduqdan sonra hər kəs "lift ustası", "ekspert" olub, qurumları qınayacaq. Olmazmı ki, bu problem hər hansı bir bədbəxt hadisə baş vermədən öncə dərhal aradan qaldırılsın? Bir hadisə olmamışdan onun səbəblərini aradan qaldırmaq, hadisə olduqdan sonra nəticələrini aradan qaldırmaqdan daha asandır. bizimyol.info//
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Nəqliyyat Agentliyində (BNA) apardığı yoxlamalar FETÖ faktorunu yenidən diqqət mərkəzinə gətirib.
Teref.az bildirir ki, Yenicag.az-a daxil olan məlumata əsasən, BNA-da yoxlamaların aparılması və qurumun bir neçə məsul şəxsinin saxlanılmasından sonra növbənin agentliyin rəhbəri Vüsal Kərimliyə çatacağı bildirilir.
Qeyd olunur ki, BNA-nın fəaliyyətində ciddi nöqsanların olması və bu qurumdan vətəndaş şikayətlərinin ardı-arasının kəsilməməsi ilə yanaşı, yoxlamaları aktuallaşdıran başqa ciddi amil də mövcuddur. Söhbət FETÖ terror şəbəkəsinin BNA-da ciddi dayaqlarının olmasna dair şübhələrdən gedir.
Daha konkret ifadə olunsa, BNA İdarə Heyətinin sədri Vüsal Kərimlinin FETÖ ilə əlaqələrinin mövcudluğu haqda zaman-zaman media vasitəsilə ictimailəşən məlumatların Agentlikdə belə bir yoxlamanı şərtləndirməsi qətiyyən istisna edilmir.
Digər tərəfdən, vaxtilə Türkiyə mətbuatında da Vüsal Kərimlinin FETÖ ilə bağlılığı haqda xəbərlər yayımlanıb. Vaxtilə “Yeni Akit” qəzetində dərc olunan materialda terrorçubaşı Fətullah Gülənə bağlı Lənkəran Türk Kollecinin məzunu olan Kərimlinin şəbəkə ilə sıx əlaqələrindən bəhs edilmişdi.
“Yeni Akit”də yazılanlara görə, Vüsal Kərimli FETÖ və şəbəkənin “imam”ları ilə bağlı aktiv paylaşımlar etdiyi “Facebook” hesabını 2014-cü ildə bağlayıb. Bildirilir ki, təhsil dönəmində gülənçilərin himayəsində olan Kərimli şəbəkəyə sədaqətini isbatladığı üçün FETÖ-nün güvənli fiqurlarından birinə çevrilib.
O baxımdan, Azərbaycanda son günlər FETÖ əleyhinə əməliyyatların keçirildiyini nəzərə alsaq, BNA-da aparılan yoxlamalarda “FETÖ istiqaməti”nin olduğunu ehtimal etmək mümkündür.