Bunun adı Ləmandır. Çox böyük izləyici kütləsi olan tiktokerdi. Hər ay “Tik-Tok” milyonlarla dollar “qara pul” yuyan, Türkiyədəki “Dilan Polat” işindən heç nəyi ilə fərqlənməyən Azərbaycandakı “jeton mafiyası” tərəfindən mənə qarşı istifadə olunduğunu açıq etiraf edir. Mən bunu bilirdim. Çünki buna sifariş edirdilər, canlı yayımda məni söyürdü, əvəzində pul ekvivalentində olan bahalı hədiyyələr atırdılar. Bilirsiniz niyə? Çünki mən bunların iç üzünü ifşa edirdim. Deyir ki, güya mənim ağzımı yumub. Səhv salır, bunun yumduğu başqa şey ola bilər. Mənim ağzımı yummaq bu səviyyədə olanların başı üçün deyil. İndi həmin mafiya ilə bunun arası dəyib deyə, belə etiraflar edir. Təəssüflər olsun ki, çoxsaylı müraciətlərimə baxmayaraq, “Tik-Tok” dakı “jeton mafiyası” ilə bağlı ciddi tədir görülmür. Qeyd edək ki, Ləmanın bu videoda nəzərdə tutduğu sifarişçilər. Sədərək Bazarının sahibinin oğlu Mehman Qədimbəyli və əslən naxçıvanlı olan “Oliqarx” ləqəbli iş adamıdlr. Mən bu mafiya ilə iki ildir ki, təkbaşına vuruşuram. Məhəmmədəli Qəribli Teref. Xocanın Blogu Səhifəmiz hamnın üzünə açıqdı