Ardını oxu...
DogruXeber.az: - Azərbaycanda pulun və nüfuzun qanunlara qalib gəlməsinin daha bir faktı bəlli olub. İki il öncə 14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində sərxoş halda özünə məxsus “Land Rover” markalı avtomobillə 90 km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillə toqquşaraq “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölümünə səbəb olan Elşad Kəlbəliyev azadlığa çıxıb. Bu ilin fevral ayında Ali Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilmişdi. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib. Amma, iş bununla da yekunlaşmayıb. Bu günlərdə Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin cəzası azaldılıb. Məhkəmə hökmü ilə 8 il azadlıqdan məhrum edilmiş MTK şefinin kürəkəni barəsində apelyasiya şikayəti əsasında 3 il həbsindən azaldılıb. Tribunainfo.az bildirir ki, Kəlbəliyevin cəzası 5 ilə endirilib. Məhkəmə belə qərara gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıbmış. Cumhuriyyet.az-a daxil olan məlumata görə, bunun ardınca isə islah əmək düşərgəsində təcili məhkəmə keçirilib və E.Kəlbəliyev “həbs müddətində nümunəvi davranışına görə” cəzasının qalan hissəsindən azad edilib. Bir sözlə, SƏRXOŞ VƏZİYYƏTDƏ 4 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLAN ŞƏXS AZADLIQDADIR!!! Qanuna və insanlığa açıqdan açığa bu şəkildə meydan oxunmasının isə tək səbəbi var: E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir!

Ardını oxu...

Qeyd edək ki, Məhərrəm Novruzovun adı zamanla mediada qalmaqallarda hallanan şəxsdir. Onun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” kompleksi də Hacı Məhərrəm Novruzova məxsusdur. Xatıradaq ki, yerli KİV-lərdə ara-sıra Novxanıda yerləşən “My Beach” adlı çimərlikdə yaşanan soyğunçuluq haqda reportajlar dərc edilib. Dərc edilən xəbərlər arasında Məhərrəm Novruzovun pandemiya və karantin dövründə, hətta novruz bayramı dönəmində bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.//siam.az

Ardını oxu...
Qəbələnin mərkəzi Heydər Əliyev küçəsi axşamlar zülmətə qərq olur. Bizə bu haqda yerli sakinlər xəbər verirlər. Tribunainfo.az-a məlumat verən Qəbələ sakinləri narazıdırlar. Çünki həmin yolda axşamlar işıq olmur. Ona görə yox ki, axşamdır, qaranlıq düşür, ona görə ki, işıq dirəkləri yola nur saçmaq istəmir. Bu yoldan keçənlər şahiddirlər ki, lampalar sönüb, yolun uzun bir hissəsinə qaranlıq çöküb. Nəticədə göz gözü görmür, yolda avtomobil qəzasından tutmuş piyada vurulmasına, hansısa heyvanın qəfil yola çıxıb tələf edilməsinə qədər risklər var. Amma Qəbələ kimi turist axını olan bölgənin mərkəzi küçəsi niyə işıqsız qalmalıdır ki?! Ya yerli icra hakimiyyəti öz aləmində qənaət rejiminə keçib, ya da işıq təchizatı ilə məşğul olan idarə…Hər halda Qəbələnin icra başçısı axşamlar bir bu küçəyə çıxıb gəzsin, rəhbəri olduğu bölgənin mərkəzi ərazisində vəziyyətlə tanış olsun, görsün ki, Heydər Əliyevin adını küçə niyə zülmət içindədir?

Ardını oxu...
Ardını oxu...


 
Ardını oxu...
Ölkənin ən iri market şəbəkələrindən biri olan `Araz` supermarketi müştərilərdə narazılıq yaratmaqda davam edir. DİA.AZ olaraq bu qəbildən onlarla vətəndaş gileyini təqdim etsək də, görünəni odur ki, "Araz" supermarketlər şəbəkəsi hansısa tədbiri görməkdə maraqlı deyil.

Qeyd edək ki, bu şikayətlər içində ən çox müşahidə olunanı sözügedən marketlər şəbəkəsinin müştəriyə verdiyi çeklərin etibarlı olmaması ilə bağlıdır. Bu da o deməkdir ki, "Araz" SŞ təkcə müştəriləri yox, həm də dövləti aldadır...

Növbəti vətəndaş şikayətini təqdim edirik.

Ardını oxu...
"Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mayiz Nağıyev adlı istifadəçi yazır: "`Araz` Supermarketinin İnşaatçılar filialına xitab edirəm. Təqdim etdiyiniz kassa çekiniz bu vəziyyətdədir.

Nə QR kod oxunur, nə də Fiskal İD rəqəmlər normal görsənir".
Ardını oxu...
Qeyd edək ki, daha bibarıçı vəziyyət "Araz" marketin yeni açılan Şıxov filialında müşahidə olunur. Həmin filialın kassa çekləri ümumiyyətlə etibarsızdır...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Proletariatın rəhbəri Vladimir Lenin hər zaman deyirdi ki, din dövlətdən ayrı olmalıdır. Onun bu fikri reallıqdan doğurdu. Çünki istənilən ölkədə din təkcə hərəkətverici yox, həm də təşkilatlandırıcı qüvvədir. Ona görə də Qərbdə hər zaman din dövlətdən ayrı tutulub. Bununla belə, istənilən Qərb dövlətində din lider siyasi hakimiyyətə təsir etmək imkanındadır. Bizim dövlət quruluşumuzda və konstitutiyamızda da din dövlətdən ayrıdır. Amma dini qurumlarla iş aparmaq üçün hökümətdə ayrıca bir dövlət orqanı yaradılıb. Bu da Dini Qurumlarla iş üzrə Dövlət Komitəsidir. Lakin uzun bir yol keçən bu Komitənin fəaliyyəti cəmiyyət üçün hər zaman qaranlıq qalıb. Bir növ özfəaliyyətlə məşğul olan bu qurum əslində Qafqaz Müsəlmanları İdarəsinin arxasınca sürünüb.

Nəhayət, 2014-cü ildə Mübariz Qurbanlı bu Komitəyə sədr təyin edildi. İlk vaxtlar siyasi biliyə və təcrübəyə malik Mübariz Qurbanlı bir ajiotaj yaratdı. Davamlı tədbirlər, maarifləndirmə işləri belə bir inam yaratdı ki, axır ki, ölkəmizdəki dini sahədə ciddi iş aparılacaq, bəzi radikal və pozucu qüvvələrin qarşısı alınacaq. Lakin bu, belə olmadı. Əksinə Azərbaycanda dini radikalizm daha da gücləndi. Bir qism radikal dindarların ərəb ölkələrinə axını daha da gücləndi.

Ən pisi isə İran ölkəmizdə din pərdəsi altında öz bədxah niyyətinin coğrafiyasını əsaslı şəkildə böyütdü. Və 2023-cü ilin əvvəllərində anladıq ki, şiə təriqətinə mənsub olan bütün bölgələrdəki əksər ziyarətgahlar və məscidlər İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Və çox təəssüf ki, xüsusi xidmət orqanlarının davamlı şəkildə apardığı profilaktik tədbirlərə baxmayaraq, İranın molla rejiminin Azərbaycandakı inanclı insanlara hələ də çox böyük təsir imkanları var.

Bütün bu qorxulu proseslərə isə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ancaq müşahidəçi kimi qalır. Amma demək olmaz ki, son 10 ildə Komitə sədri Mübariz Qurbanlı boş dayanıb. Əsla! Mübariz Qurbanlı quruma sədr gəldiyi ilk gündən özü üçün prioritetlər müəyyən etdi. Bu prioritetlərsə dövlətə və xalqa xidmətdən daha çox korporativ maraqlara söykənirdi. Cənab Qurbanovun ilk işi Qafqaz Müsəlmanları İdarəsinin sələhiyyətinə sahib çıxmaq oldu. O, qısa zamanda Allahşükür Paşazadənin əksər səlahiyyətlərinə sahib çıxdı.

Hazırda ən ucqar kəndlərdəki məscid və ziyarətgahların idarə olunmasına Mübariz Qurbanlının başçılıq etdiyi təşkilat rəhbərlik edir. Hətta məscid və ziyarətgahlara imamların və digər işçilərin təyinatını da komitə həyata keçirir. Ən son və əhəmiyyətli “nailiyyəti” isə ötən ilin fevralında oldu. “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərə əsasən məscid və ziyarətgahlardakı nəzir qutularına nəzarət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verildi. Məlum olduğu kimi nəzir qutularında milyonlar dövr edir. Ölkəmizdəki bir sıra ziyarətgahlarda, o cümlədən Gəncədəki, “İmamzadə”, Beyləqandakı “Cərciz Peyğəmbər”, Siyəzəndəki “Beşbarmaq”, Şüvəlandakı “Mirmöhsün ağa” və digər ziyarətgahlarının illik dövriyyəsi milyonlarla hesablanır.

Əvvəllər bu ziyarətgahlardan toplanan vəsaitlərin və məscidlərdə toplanan vəsaitin 70-80 faizi birbaşa QMİ-nin “qara kassa”sına axırdı. Lakin, son 16 aydır bu milyonlar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin hesabına daşınır. Və ötən müddətdə bu vəsaitlə bağlı Mübariz Qurbanlı heç bir hesabat verməyib. Soruşanlara isə cavab çox qısa olur: “təhvil-təslim işləri gedir”. Amma “təhvil-təslim”in bu qədər uzanmasının səbəbləri açıqlanmır.

Əslində, izahın verilməməsinin səbəbi aydındır. Çünki veriləcək bir hesabat yoxdur. Hər şey özfəaliyyət səviyyəsində və Mübariz Qurbanlının şəxsi göstərişləri ilə idarə olunur. Və bu gedişlə komitə nəzir qutularından toplanan vəsaitlər barədə hesabat verilməyəcək. Ehtimal olunur ki. əldə olunan gəlirlər və büdcə vəsaiti müxtəlif tədbirlər adı ilə “xərclənir”. Müvafiq hüquq-mühafizə orqanlarının diqqətinə çatdıraq ki, xərclənən pullar heç də 20-30 min manat civarında deyil. Bu pullar ən zəif halda 7 rəqəmlə ifadə olunur.

Görünən odur ki, Mübariz Qurbanlı QMİ-nin səlahiyyətlərini ələ keçirməklə dövlətlə din arasında isti münasibətlər qurmaq əvəzinə daha çox pul qazanmaq istəyir.

Halbuki, qardaş Türkiyədə toplanan ianələrin çox səmərəli şəkildə istifadəsinə dair təcrübə var. Bir neçə məscidi özündə birləşdirən vəqflər var, o vəqflərə toplanan vəsaitlər də tədris və maarifləndirmə işlərinə, imkansız insanlara yardıma sərf olunur. Bundan başqa, Türkiyədəki dini vəqflərə toplanan vəsaitlər təkcə din sahəsinə xərclənmir. Məsələn, bu vəsaitdən dünyəvi məktəblər açmağa, orduya kömək edilir.

Mübariz Qurbanlının din sektoruna gətirdiyi yeniliklərdən biri də İlahiyyat İnstitutunun yaradılmasıdır. İnstitut 2018-ci ildə yaradılıb. Artıq 5 ildir ki, fəaliyyət göstərən İnstitutun fəaliyyəti də özfəaliyyətdən o yana keçməyib. Bu ali məktəbin məzunlarına cəmiyyətimizdə qətiyyən rastlaşılmır. Bu da o deməkdir ki, İnstitutun yetirmələri lazımı səviyyə dini təhsil ala bilmədikləri səbəbindən cəmiyyətdə heç bir iz qoya bilmirlər. Bundan başqa, bu gün məscidlərimizdə iranlı müəzzinin oxuduğu azanlar səsləndirilir. Dövlət Komitəsi buna da göz yumur.

Çox təəssüf ki, hazırda inanclı şiələrin 95 faizi İran alimlərini təqlid edirlər. Ən pisi də odur ki, məscidlərin axundlarının tam əksəriyyəti İran alimlərinə istinad edirlər. Mollalarımız öz moizələrində daha çox nədənsə İrana bağlı hansısa müctehidin adını çəkir. Son 35 ildə mömin şiələrin şüruna məqsədli şəkildə yeridilib ki, hansısa müctehidə istinad etməsən, sənin ibadətin batildir. Bu qorxunc fakt barədə komitə hələ ki heç nə düşünmür.

Ötən 10 ildə Mübariz Qurbanlı ilə bağlı mediada bir sıra yazılar gedib. Belə ki, Mübariz Qurbanlı sədr təyin olunmasından az sonra oğlanları Orxan və Mustafa bir neçə şirkət təsis edib. Bu şirkətlərinsə əsas fəaliyyəti Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə olub. Bu barədə araşdırmaçı Mehman Hüseynovun süjetində daha ətraflı bəhs olunur:

KONKRET.az-ın ANALİTİK QRUPU
 
Ardını oxu...
Gəncə şəhəri Mahrasa bağı adlanan ərazisində 10-cu binanın qarşısında köhnə uşaq meydançası və stadionu olan yeri hasara alınır. Sakinlər burada torpağın satıldığını və hündürmərtəbəli binanın tikiləcəyini deyirlər. Həmin ərazidə yaşayan vətəndaşlar tikintinin aparılmaması üçün əllərindən gələni edəcəklərini bildirmişdilər.

Maraqlıdır ki,bir neçə dəfə aidiyyatı qurumlar tərəfindən tikinti işləri dayandırılsa da yenidən ərazidə texnika görünüb. Baş verənlər Gəncə icra başçısının belə uşaq meydançasını satın alan iş adamına hökm edə bilmədiyini göstərir.

P.S. Gəncə İcra Hakimiyyətindən məsələ ilə bağlı yerli KİV-ə bildiriblər ki, “Sözügedən ərazi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri PHŞ tərəfindən Çıxarış əsasında “Səma – 4″ MTK -ya 5 il müddətinə icarəyə verilib. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə hərhansı bir tikintinin aparılmasına icazə verilməyib”.
dia.az
 
Ardını oxu...
Dünən Qərbi Azərbaycan İcmasının tərkibində Zod icmasının Göygöl nümayəndəliyinin yaradılması ilə bağlı tədbir keçirilib. 300-ə yaxın zodlunun iştirak etdiyi tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və vaxtı ilə Qərbi Azərbaycandan, Zod mahalından zorla deportasiya edilmiş və rayonda məskunlaşmış bir qrup ağsaqqal və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin yekununda Əhliman Əmiraslanov yeni yaradılan nümayəndəliyin sədri seçilib.
Çox maraqlıdır ki, Göygöldə yaşayan tanınmış zodlulardan olan və bu yaxınlarda Prezidentin əfv sərəncamı ilə ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə sözügedən tədbirdə iştirak etməyib. Bunu haradan bildim? Dünən mənə ölkəmizin hüdudlarında olan və Rusiyada yaşayan bir neçə zodlu zəng etdi.
Mən həmin adamları tanımıram. Ancaq hiss etdim ki, onlar məni tanıyır. İstəkləri bu idi ki, Şəmsi Səmədzadənin tədbirdə işirak etməməsinin səbəbilə bağlı nəsə yazım. Fikirlərini belə izah etdilər ki, əslində, Şəmsi Səmədzadə həmin tədbirdə iştirak etmək istəyib, ancaq zodlular buna razı olmayıb.
Sual oluna bilər: hörmətli zodlular bunu niyə məhz mənə yazdırmaq istəyirlər?
Çünki Şəmsi Səmədzadə 22 illik həbsdən çıxanda onunla bağlı yaradılan süni ajiotaja yeganə jurnalist kimi məhz mən aydınlıq gətirdim və onun kim olduğu, əslində niyə həbs edildiyi ilə bağlı geniş yazı ilə çıxış etdim. İndi bunlar elə bilirlər ki, mən belə yazı yazmışamsa, deməli, Şəmsi Səmədzadə ilə aramda tarixi düşmənçilik var, buna görə də hər an onu “vurmağa” fürsət axtarıram.
Qətiyyən belə deyil! Mən jurnalist fəaliyyətimdə heç vaxt kiməsə qarşı qərəz nümayiş etdirmirəm və sifarişlə isə ümumiyyətlə nəsə yazmıram. Hesab edirəm ki, şəxsi keyfiyyətlərindən asılı olmayaraq, Göygöldə yaşayan istənilən zodluya həmin tədbirdə iştirakla bağlı şərait yaradılmalıydı. Xüsusilə də Şəmsi Səmədzadə kimi tanınmış bir zodlunu prosesdən kənar saxlamaq icmanın petspektivi üçün yaxşı nəsə vəd etmir. Ən azından bu parçalanmaya, fikir ayrılığına gətirib çıxara bilər. Şəmsinin tədbirfə iştirakına əngəl yaradılıbsa, bunu qınamaq lazımdır.
Çünki bu şəxsin tədbirə buraxılmamasının səbəbini mənə izah edən adamların danışığlndan belə başa düşdüm ki, arada tayfa ədavəti, hansısa şəxsi prinsiplər var. Maraqlıdır ki, məlumatı verən şəxslərdən heç biri infarmator kimi adının bu mövzuda çəkilməsini istəmədi. Yəni ilanı Seyidəhməd əli ilə tutmaq niyyəti ilə məni önə verməyə çalışdılar. Təbii ki, azdan-çoxdan təcrübəsi olan bir jurnalist kimi mən belə oyunlara getmərəm.
Ancaq şəxsi fikirim budur ki, Qərbi Azərbaycan İcmasının formalaşması istiqamətində dövlətimiz və şəxsən Prezident ciddi iradə ortaya qoyursa, bu istiqamətdə gedən işlərdə şəxsi münasibətlər, tayfa prinsiplərini kənara qoyub, vahid amal ətrafında birləşmək gərəkdir. Kimin ona qarşı münasibətinin necə olmasından asılı olmayaraq, Göygöldə yaşayan Şəmsi Səmədzadə kimi tanınmış zodlunun da belə tədbirlərdə iştirak etməsinə mütləq mənada şərait yaradılmalıdır.
Məhəmmədəli Qəribli
Teref.az
 
Ardını oxu...
Düz bir il əvvəl, iyul ayının 18-də Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Dövlət Gömrük Komitəsində birinci müavin postunun sayı birdən ikiyə qaldırıldı və Şahin Bağırov DGK sədrinin I müavini təyin edildi.

Hurriyyet.Az-ın məlumatına görə, Qaynarinfo Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun bu bir il ərzində gördüyü işləri və apardığı islahatları araşdırıb.

Əvvəla, qeyd edək ki, 2022-ci ilin müxtəlif aylarında hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar zamanı DGK-da generaldan ən aşağı vəzifəyə qədər əsgərlərin siqaretini satan, komitədə monopoliya yaradan, korrupsiya bataqlığına qərq olan xeyli şəxslərin olduğu müəyyən olundu.

Bu əməliyyatlar demək olar ki, hər bir Azərbaycan vətəndaşının ürəyincə idi. Çünki, illərdir bu dövlət qurumunun sözügedən vəzifəli əməkdaşları vətəndaşların səbr kasasını daşdırırdı. Sərhəddə insanların başına olmazın oyunlar gətirilir, incidilir, haqları tapdalanır və necə deyərlər, ciblərinə girilirdi.

Onu da qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək ona öz yerini göstərdi və nəticədə tarixi ədalət bərpa olundu. Bu savaşda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz şərtlərini diqtə etdi və müharibə düşmənin kapitulyasiyası ilə başa çatdı. Bununla da, Azərbaycan 30 illik həsrətə son qoydu. Birlik rəmzi olan "Dəmir yumruq” düşmənlərimizə tarixi dərs verdi və torpaqlarımız işğaldan azad edildi.

Yuxarıdakı hadisələri xatırlamağımız əbəs deyil. Çünki hələ o zaman torpaqlarımızı işğaldan azad edən əsgər və zabitlərimiz üçün ayrılan siqaretləri satıb varlanan gömrük generalları üzə çıxdı. Bu cür işbazlar məhz hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində aşkarlandı. Xalq içimizdəki düşmənlərin kim olduğunu bir daha tanıdı. Bəziləri gömrük sistemindən uzaqlaşdırıldı, bir hissəsi evlərinə, digərləri zindanlara yola salındı.

Son olaraq 16.07.2022-ci il tarixində "gömrükdə rüşvət olarsa, istefa verəcəm” deyən general-polkovnik Səfər Mehdiyevi ölkə başçısı vəzifəsindən azad etdi. İki gün sonra yerinə keçmiş gömrük vəzifəlisi general-leytenant Şahin Bağırov gətirildi. Deyilənə görə, Ş.Bağırov Səfər Mehdiyevin "islahat”larından cana gəlib, istefa verən vəzifəli şəxslərdən olub. Buna baxmayaraq, Ş.Bağırov 2014-2018-ci ildə komitənin sədr müavini vəzifəsində çalışıb.

Nəhayət, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edildi, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verildi. 14 fevral 2023-cü ildə bu komitənin sədri vəzifəsinə təyin edildi.

Ş.Bağırovun bu posta gəlişi az-çox gömrüklə işi olan vətəndaşları sevindirdi. Səbəb bir idi. Hər kəs inanırdı ki, islahat aparılacaq və gömrükdə haqsız süründürməçiliyin qarşısı alınacaq.

Ş.Bağırov gəlişi ilə keçmiş DGK sədrləri Kəmaləddin Heydərov, Aydın Əliyev və Səfər Mehdiyevin rəhbərlik etdiyi dövrlərdə dövlət gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışmış, burada milyonlara sahib olan 10-a qədər generalı və onlarla polkovniki vəzifəsindən azad etdi. Bəziləri sərəncama götürüldü və bir çoxları haqda isə ümumiyyətlə məlumat əldə etmək mümkün olmadı.
Ardını oxu...
Sabiq sədrlərin dövründə qurumun aparatında yalnız 1992-cı ilin iyulundan Dövlət Gömrük Komitəsinin Hüquq şöbəsinin rəisi vəzifəsində işləmiş, polkovnik Muxtarov Sənan Əli oğlu, 2001-ci ildən DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik Fərzəliyev Dilavər Məmməd oğlu, 2000-2006-cı illər ərzində "Gömrük xəbərləri" qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 2006-cı ilin aprelindən indiyədək DGK Mətbuat Xidməti İdarəsinin rəisi, polkovnik Axundov Natiq Sabir oğlu və digər bir neçə nəfər qalıb. Demək olar ki, DGK-nın bütün strukturlarında kadr islahatları aparılıb.
Ardını oxu...
Yalnız Dövlət Gömrük Komitəsinin Tibb İdarəsinin rəisi, general-mayor Ceyhun Yusif oğlu Məmmədov, Dövlət Gömrük Akademiyasının rəisi, general-mayor Qulu Novruz oğlu Novruzov Səfər Mehdiyevin dövründə sözügedən vəzifələrə gətirilib. Hələlik onlar da rəis olaraq vəzifələrini davam etdirirlər.

Yeri gəlmişkən, Ş.Bağırov komitəyə sədr gəldikdən sonra Naxçıvan Gömrük Komitəsi də ləğv edildi, əvəzində Naxçıvan Gömrük İdarəsi yaradıldı. Orada da sabiq sədrlərin dövründən qalan xeyli sayda general və yüksək vəzifəli şəxs vəzifələrindən çıxarıldı.

Kadr islahatları demək olar ki, bütün gömrük sistemində aparıldı. Amma sirr deyil ki, bir-birlərini təkrarlayan, lazımsız idarə statusunda olan təşkilatlar hələ də qalmaqdadır.

Qeyd edək ki, qurum tabeliyində olan, funksiyaları bir-birini təkrarlayan idarə və xidmətlər də var. Məsələn, Baş Gömrük Mühafizə İdarəsi, Növbəçi Hissələrinin İdarəedilməsi Xidməti, İnzibati İdarəetmənin Təşkili İdarəsi, Daxili Təhlükəsizlik İdarəsinin iş prinsipləri demək olar ki, eynidir. Maraqlıdır ki, aparılan işlər çərçivəsində sabiq sədrlərin bir-birilərini təkrarlayan, vəzifəyə gətirdikləri adamları üçün yaratdıqları idarə və təşkilatlar hələ də qalmaqdır. Üstəlik, yeni rəislər də təyin edilib. O da maraqlıdr ki, təyin olunanların əksəriyyəti yenə də keçmiş və ya indi vəzifədə olan şəxslərin yaxınlarıdır.

Lakin indiki vaxtda daha vacib olan, amma köhnə sədrlərin dövründə olduğu kimi hələ də dəyişməyən, insanları narahat edən xeyli görüləsi işlər gömrük komitəsində problem olaraq qalır.

Nümunə üçün bu günlərdə tanınmış vəkil Aqil Layıcın başına gələnləri göstərmək olar. Nə qədər qəribə səslənsə də, vəkil "Trendyol” onlayn mağazalar şəbəkəsindən aldığı köynəyi Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova bağışladığını açıqlayıb. Vəkil buna səbəb kimi sifariş verdiyi köynəyi 38 gün ərzində gömrük terminalında qanunsuz olaraq saxlanmasını göstərib:

"Gömrük bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb, adını da qoyublar smart gömrük xidməti. İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər”.

Sabiq sədrlərin dövründə olduğu kimi, hazırda da DGK Mətbuat Xidməti İdarəsinin rəisi, polkovnik Natiq Axundov Aqil Layıcın iradını təkzib edərək, onu yalan danışmaqda ittiham edib və vəkilə aid şəxsi sənədi "facebook”da yayımlayıb.
Ardını oxu...
Öz növbəsində Aqil Layıc da yenidən komitənin rəsmi "facebook” səhifəsində qurumu ittiham edib: "Əgər gömrük isbat etsə ki, 830,35 manatdan artıq sifarişim olub və bəyan edilməmiş nəsə qalıb, üzr istəyəcəm. Əks halda, insanlara dövlət orqanı adından yalan danışanlar və 38 gün paketi gizlədən, məlumat verməyən şəxslər istefa versin. Bəyan 03.06.2023-cü ildə tam şəkildə edilib”.
Ardını oxu...
Vətəndaş Heydər Misgərli həmin statusa şərhində bunları yazıb:

"Gömrük Komitəsi bu cür problemlərin yaşanmaması üçün şikayətləri araşdırıb, işini təkmilləşdirməlidir. Əvəzində, vətəndaşın haqsız olmasını sübut etməyə çalışırsız. Anbarda saxlanma qiymətiniz yüksəkdir və prosedur çox qəlizdir. Mənim də bir dəfə başıma gəlib. Qiyməti səhv yazdım bəyannamədə. 4-5 gün sonra anladım. Sonradan onlayn qaydada nə səhvi düzəltmək olur, nə də rüsumu ödəmək mümkündür. Mütləq getməlisən terminala. Orada da bu qapıdan o qapıya, o qapıdan bu qapıya gedirsən. 200-300 qram çəkisi olan malı almaq üçün 25 manat anbar xərci ödəyirsən və üstəlik, nə qədər vaxtın gedir”.

Bəli, demək olar ki, hər gün komitənin rəsmi səhifəsində və digər sosial şəbəkələrdə vətəndaşlar tərəfindən bu cür yüzlərlə şərhlərə və şikayətlərə rast gəlmək mümkündür.

Təbii ki, bu cür tənqidlər komitənin nüfuzuna xələl gətirir və bu da quruma cavabdeh olan şəxsi və yaxud şəxsləri narahat etməyə bilməz.

Əvvəlki sədrlərin dövründə olduğu kimi, indi də gömrüklə ictimaiyyət arasında əlaqələndirici şəxs Natiq Axundovdur. Əgər komitə rəhbərliyi apardığı islahatlarla təmsil etdiyi qurumun cəmiyyət arasında nüfuzunun yüksəldilməsini istəyirdisə, bu işi ilk növbədə 3 sədr görən, tənqidə dözümsüz yanaşan Natiq Axundovla başlamalı idi.

Əks halda, üç sədr "dəyişən” və sonda Şahin Bağırovla idarə rəisi kimi işləməyə can atan nə Natiq Axundov, nə də ictimaiyyət arasında qurumun əvvəlki nüfuzu dəyişəcək.

İnsanlar üzləşdiyi problemdən yazacaq, Natiq Axundov isə onların dediklərini eşitdiyi kimi ya danacaq, yaxud gömrüyün nüfuzunu deyil, oradakı müəyyən məmurların nüfuzunu qorumaqla açıqlama yayacaq. Belə olduğu halda, nə ictimaiyyətlə gömrük arasında illərlə yığılıb qalmış problemlər həll olunacaq, nə də komitənin yerə sərilmiş nüfuzu yüksələcək!

Yeri gəlmişkən, bu gün Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür. N.Axundov 2000-2006-cı illər ərzində "Gömrük xəbərləri" qəzeti redaksiyasında müxtəlif vəzifələrdə də çalışıb. Özünün birbaşa jurnalist kimi fəaliyyətinə rast gəlinməsə də, "Əməkdar jurnalist" fəxri adına da layiq görülüb.
 
 
 
Ardını oxu...
Salam Mirvari xanım, sizi 28May adına NQÇİ 7-ci ddö -dən (dərin dəniz özülü) narahat edirik, Şikayət Xəzəriaşədəndir.
Ayın 20 dən iş sahələrinə və yaşayış blokuna içmək üçün verilən yarım litirlik aqua vita sularını fəhlələrə vermirlər.
Səbəbini soruşanda şef pover deyir ki, sahələrdə sizi öz idarəniz suynan təmin etməlidir. Sual verəndə ki,bəs mənim idarəm, Xəzəriaşəyə bir günə bir nəfər üçün 30 manata qədər pul köçürür ,sən mənə 30 manatlıq yemək verirsənmi ??
Deyir get dərdini yuxarılara de. İdarə Xəzəriaşəyə 16 gün ərzində 400 manatdan yuxarı pul köçürür. Biz 400 manata ailəni 1 aylığ produktunu alırıq amma Xəzəriaşə 1 fəhləni 15 gün yedirdə bimir və yarım litirlik suyunu da kəsir.
Mirvari Gahramanli
Teref.az
 
Ardını oxu...
Bir ütülü mətbuat yaranıb. Hər yerdən onlar çıxır. Bolluca şəkil çəkdirir, MEDİA-nın baş matrosuna təşəkkür edirlər. Bununla da işləri bitir. Yəni mətbu fəaliyyətləri... YENİ MEDİA dedikləri bu olmalıdır, deyəsən..
Başqa nələri iləsə fərqlənmirlər. Hə, "yazı" yazırlar.. Niyə də yox? Hətta bu cızma-qaralarına görə mükafat da alırlar. Bu da olur YENİ MEDİA...
KİV... MƏTBUAT kimi artıq arxaik hesab etdikləri sözlərdən istifadə etmirlər... Özlərinə MEDİA SUBYEKTİ deyirlər... Subyekt olub Əhməd İsmayılovun ŞƏXSİ OBYEKTİ kimi görünən Med İA-nın da başına fırlanırlar. Çünki bunu onlardan tələb edirlər. Yoxsa DÖVLƏT QAYĞISINDAN məhrum olarlar... Çünki bunu məhz Əhməd İsmayılov müəyyən edir. Əhməd müəllim kimi təqdim etsə, dövlətimiz də ona qayğı göstərir. Əhməd müəllim isə daha çox dənizçidir. Çünki verdiyi qərarlarda illərdir insan üzü görməyən bir ada mahiyyəti var. Ömrü boyu qəzet üzü açmayan birisinin bu gün qəzet törəmələrinə YÖN VERMƏSİ, daha dəqiqi, doğru-dürüst yol göstərməsi imkansızdır.
Mənim Əhməd İsmayılovun şəxsinə heç bir iradım yoxdur, ola da bilməz. Əvvəl gəmisini sürəndə ona deyirdimmi ki burda sürmə, get o yanda sür. Nəyimə lazım idi ki.. Sahəm deyildi axı..
Mətbuat da Əhməd müəllimin, onun timsalında KİV-ləri idarə edirmiş kimilərin sahəsi deyil. Rus demişkən, "oseçka"ları ortadadır. Belə də olmalıdır. Çünki çap maşından yeni çıxmış qəzeti, ya da qəzet səhifəsindəki yazısını tezdən-tezdən sinəsinə çəkməmiş birisi nə MƏTBUATIN ADAMI ola bilər, nə də özləri demiş, MEDİA SUBYEKTLƏRİNİN PEYKİ...
Bu səbəbdəndir ki, bəzi başsız qalmış, Əhməd İsmayılovla dövlət arasındakı sərhədi müəyyən edə bilməyənlərimiz də məcbur qalıb MEDİA-nın peykinə çevrilmiş kimidirlər...

***

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunacaq. Bu yazımı maləsəf, təbrik əvəzi yazdım. Daha xoş əhvalda yaza bilərdim... Nə edim, yalan danışa bilmədim.. Necə ki yalandan gülə bilmirəm. Yoxsa nə çətin iş idi ki, Əhmədin yanından boylanıb diş ağartmaq...

Hörmətlə, Məhəmməd Ərsoy
DİA.AZ-ın baş redaktoru
 

Dünyapress TV

Xəbər lenti