Ardını oxu...
"Dünən nəvələrimi yığıb onlara qonaqlıq vermək üçün, Şıx çimərliyinin böyük hissəsini zəbt etmiş və bu yerdə özünə çoxşaxəli biznes yaratmış "Green Siti" adlı "obyekinə apardım". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Zakir Nəbiyev adlı istifadəçi giley edir.

Ardını oxu...
Daha sonra narazı vətəndaş yazır: "Menyuya əsasən yemək sifarişi verdim, hesab gətiriləndə isə orada qeyd edilmiş tərəvəz kabablarının hər porsuna yox, hər bir ədədi üçün qeyd edilmiş qiymətə öz etirazımı bildirdikdə, restoranın baş adminstratoru Aynur xanım və İbrahim adında adminstrator öz kassirinin və ofisiantının əməlinə geydirmə don geyindirərək onun bu fırıldağ addımını müdafiə etdilər. Müxtəlif tərəvəzlərdən əmələ gələn və iaşə obyektlərinə gəlmiş təsadüfi adamlarla ağızbağız verməyib pulu ödədim, haramları olsun!"
Ardını oxu...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Astara rayonu, Səlivə kənd sakini İbrahimov Bəylər Amil oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu göndərilib. Şikayətçi iddia edir ki, ona məxsus torpaq sahəsi kənar şəxslər tərəfindən satılıb.

"Mən, İbrahimov Bəylər Amil oğlu, Astara rayonunun Səlivə kəndində yaşayıram. Üç üşaq atasıyam, heç bir yerdə işləmirəm. Sosial yardım almıram. Pis gündə bir daxmada yaşayıram. 2 dəfə ev deyilən daxmam yanıb, 1 uşağım yanğın zamanı rəhmətə gedib.

Uşaqlarım betonun üstündə yatırlar. Yağış suyu evin içinə dolur. Çox çarəsiz vəziyyətdə yaşayırıq. Yiyəsiz, sahibsizik deyə bizim şikayətimizə baxan yoxdur.

Kənd Bələdiyyəsindən 170 manat verib torpaq almışdım. Həmin torpağı Bələdiyyə bir neçə adama satıb. Həmin pulu da borc götürüb vermişdim. İnsafsız mənə saxta sənəd verib.

15 sot torpaq sahəm haradadır, yerini də bilmirəm. Mənə deyirlər ki, get rüsüm ödə. Başa sala bilmirəm ki, pulum yoxdur. İcra nümayəndələri deyirlər ki, biz qarışa bilmərik, özünüz həll edin. Qəzənfər müəllim mənə deyir ki, rüsüm ödəyə bilmirsənsə, torpağı unut. Bildirdim ki, pulum yoxdur, dedi, get diləncilik et.

Ailəm günlərlə ac qalır, bir torpağım var idi, onu da əlimdən alıblar. Xahiş edirəm mənim bu problemimi işıqlandırın, bəlkə bir tədbir görülə".

Redaksiyan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
dia.az
 
Ardını oxu...
Ölkəmizdə bir məmur var ki, səhər işə Təhsil naziri kimi gedib axşam İqtisadiyyat naziri kimi qayıdıb. Yaxud naharda SOCAR-ın Müşahidə Şurasının sədri kimi təqdim edildiyi halda gecədən xeyli keçmiş Tarif Şurasının sədri kimi qərarlar qəbul edib. O Sahibkarlığın İnkişafı Fondunu inkişaf etdirir, “Təmiz Şəhər” ASC-nin təmizliyini qoruyur, ölkənin tranzit yükdaşımalarını koordinasiya edir, dayanıqlı inkişafımızı əlaqələndirir, Qarabağ Dirçəliş Fondunu dirçəldir, Badminton Federasiyasına rəhbərlik etməklə idmanımızın inkişafına töhfələr verir. Necə deyərlər, onun qılıncının dalı da kəsir, qabağı da. Çünki Azərbaycan Qılıncoynatma Federasiyasının da sədridir.
Bəli, bu şəxs fövqəladə istedada malik olan və hərtərəfli fəaliyyətlə məşğul olan şəxs Mikayıl Cabbarovdur. Onu ən azı 30 titulla təqdim etmək olar. Ölkənin bütün iqtisadi-siyasi sferasını əhatə edən sahələr demək olar ki, onun rəhbərliyi altında birləşdirilib. Verilən məlumatlara görə, hətta başda Elza xanım olmaqla, yazıçılar İttifaqında da, narazılıqlar başlanıb, mədəniyyət işçiləri küsüblər. AFFA-da af-uf edənlərin sayı çoxalıb, teatr xadimləri “olum, yaxud ölüm” dilemması qarşısında qalıblar. Hamısı da tələb edir ki, niyə bizim idarələrimizə Mikayıl müəllim rəhbərlik eləmir? Deyirlər necə olur ki, cənab Cabbarov Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına, Dövlət Vergilər Xidmətinə, Dövlət Əmlak Xidmətinə , İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, “Azərlotereya” ASC-yə , Bakı Biznes Mərkəzinə rəhbərlik edə bilir, amma güldən-bülbüldən yazan binəva şairlərə, yaxud “ay canı yanmış” oxuyan sənət adamlarına rəhbərlik edə bilmir? İnsafən adamlar haqlıdır.
O nazirlər naziridir, amma Baş nazir deyil. Biz hələ xeyli əvvəl onun Baş nazir olmasını təklif etmişdik. Hətda bu barədə oxucularımıza yazı da təqdim etmişdik İnanırıq ki heç Əli Əsədov da buna etiraz etməz. Qalır bircə cənab prezidentin bunu rəsmiləşdirməsinə. Çünki bu minvalla Mikayıl müəllim heç özü də bilmir ki, hansı işlə məşğul olsun. Onu bu qədər ağır yükün altından xilas etməyin yeganə yolu elə Baş nazir təyin olunmasıdır. Xülasə, gələk əsas məsələyə. Son vaxtlar çox hörmətli Mikayıl müəllimin vəkalətliyi ilə dövlət strukturlarına qohum- əqrabadan ibarət yerləşdirdiyi məmurlar artıq kütləvi narazılıqlar yaradıb. O cümlədən bir az əvvəl məhşur jurnalist E. Fətullayevin fb səhfəsində paylaşdığı statusdan da bunu görmək olar
Statusu olduğu kimi dərc edirik.
"Mikayıl Cabbarov və qohumbazlıq (nepotizm)
Uzun illər ərzində Azərbaycan məmurlarını qohumbazlıq sindromuna görə tənqid edib ittiham edirdik. Hətta Nazirlər Kabinetini qeyri-rəsmi Qudalar Kabineti adlandırıb, nepotizmə - yəni, yaxın qohumların və dostların peşəkar keyfiyyətlərinə görə yox, şəxsi münasibətlərə görə irəliyə çəkilməsinə, eyham vururduq. Lakin cəmiyyətimizin həyatında islahat şüarı ilə Mikayıl Cabbarov peyda olundu. Əski sistemi viran etsə də, fəqət yeni siyasətin bəhrələrinin intizarındayıq. Amma intizar çox çəkdi... Səbrli millətik, gözləyərik!
Lakin diqqətimi çəkən odur ki, dövlət vəzifələrində, biznes institutlarında, iyerarxiyada Mikayıl müəllimin xeyli sayda qohumlarının peyda olunmasıdır. Hara ayağını basmırsan Mikayıl müəllim və ya onun qohumları üzə çıxır. Sual doğur – bəs bu istedadlı şəxslər niyə əvvəllər öz qabiliyyətlərini ifadə etmirdi? Nə baş verdi birdən-birə? Bu möcüzənin səbəbi və ya səbəbkarı kimdir və ya nədir? Səbəb – nepotizm, səbəbkar isə Cabbarovlar klanının xaç atası Mikayıl müəllimdir. Özü də ki, bu hörmətli şəxslərin hamısı birdən-birə var-dövlətə sahib çıxıb, zəngin həyat sürdülər. Vicdanla danışsaq, heç Ramiz Mehdiyevin hakimiyyətdə bu qədər qohum-əqrəbası olmayıb... Bəs maraqların konflikti? Bəs nepotizm? Bəs islahat? Bəs abır-həya?
Mütləqi-hakim Cabbarovun xalası oğlu Elnur Əliyev elə iqtisadiyyat nazirinin müavini vəzifəsində, bacanağı Zakir İbrahimov Azərgoldun başında, dayısı oğlu Balaş Qasımov İTV-nin rəhbəri kürsüsündə, obirisi qohumu Camal Qasımov Vergilər Nazirliyində Vergi Auditi Departamentinin baş direktoru postunda… Siyahını uzatmaq da olar. Məsələn, bu günlərdə Cabbarovun yaxın qohumu Abdulla Tağıyev “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsinə əyləşdirildi… Yaman proqressiv islahatçıdır bizim bu Mikayıl müəllim''
Nicat Mahmudov
 //rubrika.az//
Ardını oxu...
Bir ütülü mətbuat yaranıb. Hər yerdən onlar çıxır. Bolluca şəkil çəkdirir, MEDİA-nın baş matrosuna təçəkkür edirlər. Bununla da işləri bitir. Yəni mətbu fəaliyyətləri... YENİ MEDİA dedikləri bu olmalıdır, deyəsən..
Başqa nələri iləsə fərqlənmirlər. Hə, "yazı" yazırlar.. Niyə də yox? Hətta bu cızma-qaralarına görə mükafat da alırlar. Bu da olur YENİ MEDİA...
KİV... MƏTBUAT kumi arxaik sözlərdən istifadə etmirlər... Özlərinə MEDİA SUBYEKTİ deyirlər... Subyekt olub Əhməd İsmayılovun ŞƏXSİ OBYEKTİ kimi görünən Med İA-nın da başına fırlanırlar. Çünki bunu onlardan tələb edirlər. Yoxsa DÖVLƏT QAYĞISINDAN məhrum olarlar... Çünki bunu məhz Əhməd İsmayılov müəyyən edir. Əhməd müəllim kimi təqdim etsə, dövlətimiz də ona qatğı göstərir. Əhməd müəllim isə daha çox dənizçidir. Çünki verdiyi qərarlardan illərdir insan üzü görməyən bir ada mahiyyəti var. Ömrü boyu qəzet üzü açmayan birisinin bu gün qəzet törəmələrinə YÖN VERMƏSİ, daha dəqiqi, doğru-dürüst yol göstərməsi imkansızdır.
Mənim Əhməd İsmayılovun şəxsinə heç bir iradım yoxdur, ola da bilməz. Əvvəl gəmisini sürəndə ona deyirdimmi ki burda sürmə, get o yanda sür. Nəyimə lazım idi ki.. Sahəm deyildi axı..
Mətbuat da Əhməd müəllimin, onun timsalında KİV-ləri idarə edirmiş kimilərin sahəsi deyil. Rus demişkən, "oseçka"ları ortadadır. Belə də olmalıdır. Çünki çap maşından yeni çıxmış qəzeti, ya da qəzet səhifəsindəki yazısını tezdən-tezdən sinəsinə çəkməmiş birisi nə MƏTBUATIN ADAMI ola bilər, nə də özləri demiş, MEDİA SUBYEKTLƏRİNİN PEYKİ...
Bu səbəbdəndir ki, bəzi başsız qalmış, Əhməd İsmayılovla dövlət arasındakı sərhədi müəyyən edə bilməyənlərimiz də mə bur qalıb MEDİA-nın peykinə çevrilmiş kimidirlər...
Sabah Azərbaycanda Milli Mətbuat Günü qeyd olunacaq. Bu yazımı maləsəf, təbrik əvəzi yazdım. Daha xoş əhvalda yaza bilərdim... Nə edim, yalan danışa bilmədim.. Necə ki yalandan gülə bilmirəm. Yoxsa nə çətin iş idi ki, Əhmədin yanından boylanıb diş ağartmaq...
Hörmətlə, Məhəmməd Ərsoy
DİA.AZ-ın baş redaktoru
 
Ardını oxu...
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi Xırdalan şəhərində küçə işıqlarının təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Orbis Group” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 205.854,93 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Orbis Group” MMC 20 noyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamı kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, ev 2A, mənzil 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi Bəkirov Cavid Elbrus oğludur.
Ondan əvvəl şirkətin qanuni təmsilçisi Bayramov Tural Çingiz oğlu olub. Tural Bayramov isə Abbasov Əsgər Rasim oğlunu əvəzləyib.
Adıçəkilən şəxslər haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
“Orbis Group” MMC-yə gəlincə, şirkətin adına elan və satış saytı olan “tezbazar.az”da rast gəlinir. Məlum olur ki, şirkət iri və xırdabuynuzlu heyvanların satışı ilə məşğuldur.
Maraqlıdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi heyvandarlıqla məşğul olan bu şirkətə həm də şəhərdə mənzil fondunun təmirini tapşırıb. Bununla bağlı qurumun keçirdiyi tender iyulun 7-də yekunlaşıb və qalib “Orbis Group” MMC elan edilib. Tərəflər arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 493.604,54 AZN-dir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildə bu vəzifəyə təyin edilib. Abdin Fərzəliyev 2003-2005-ci illərdə Nizami, 2005-2022-ci ildə isə Nərimanov rayonunun icra başçısı vəzifəsində çalışıb.
 
Ardını oxu...
Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci turu keçirilib.
Bakupost.az xəbər verir ki, seçki zamanı Mədəniyyət naziri müavininin qaynanasının İctimai Şuraya seçilməsi ciddi narazılığa səbəb olub.
Narazılardan biri olan jurnalist Xanoğlan Əhmədov məsələ ilə bağlı sosial şəbəkədə bunları yazıb:
"Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci turu başa çatdı. Öncə, seçilənləri təbrik edib keçirəm mətləbə. Hörmətli Mədəniyyət naziri, əgər bu seçkidə sonda sizin "dobro" verdiyiniz siyahı keçəcəkdisə, digər namizədlərə bunca stress yaşatmağa nə ehtiyac vardı? Yaxud müavininizin qayınanası İctimai Şura üzvü olmasaydı, dünya dağılacaqdı? Yaxud İctimai Şuranın gələcək sədri olacaq (dəqiq məlumatdır) Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2016–2022), 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edən hörmətli professor Nizami Cəfərov bu qədər vəzifələri icra etmək üçün vaxt tapa biləcək? Cənab nazir, heç olmasa, 2-3 nəfərin sizin siyahıdan kənar seçilməsini özünüzə rəva bilmədiniz? Hələlik, bu qədər. Mövzuya yenidən qayıdacam".
Bəs, İctimai Şuraya seçilən qayınana kimdir?
Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu şəxs Bəyimxanım Verdiyevadır. Onun Mədəniyyət nazirinin müavini Murad Hüseynovun qayınanası olduğu bildirilir.
Qeyd edük ki, B.Verdiyeva bundan əvvəl Mədəniyyət Nazirliyi yanında İctima Şuranın katibi olub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənmək istəsək də, mətbuat xidmətinə zənglərimiz cavabsız qaldı.
 
Ardını oxu...
Əhəd Abıyevlə bağlı heç kimin bilmədiyi FAKTLAR...
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev TV Müsavat-ın canlı efirinə qoşulub.

TEREF.AZ Musavat.com-a istinadla xəbər verir ki, o, verilişdə Daşkəsənin vəzifədən azad edilən eks icra başçısı Əhəd Abıyevlə bağlı faktları açıqlayıb.

Ətraflı videoda:

 

Mikrobiologiya İnstitutu ötən 2022-ci ildə dörd lot üzrə satınalma həyata keçirib.

Qlobal.az xəbər verir ki, bu satınalmaların ümumi məbləği 72.141 manat təşkil edib.
Ardını oxu...
Belə ki, Mikrobiologiya İnstitutu 2022-ci ilin iyun ayının 20-də “Digər malların alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 14.939 manat, qalibi isə “Optimal Kommersiya Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “Optimal Kommersiya Holding” MMC 2021-ci ilin oktyabr ayının 28-də dövlət reyestrində qeydiyyata alınıb. “Optimal Kommersiya Holding” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128 mənzili 0 ünvanıdır. Təşkilatın qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. “Optimal Kommersiya Holding” MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurlarında məlumat yoxdur.
Ardını oxu...
“Optimal Kommersiya Holding” MMC 2022-ci ilin oktyarbr ayının 3-də “Digər malların alınması” lotu üzrə Biologiya İnstitutunun sifarişçi olduğu daha bir satınalmada qalib elan edilib. Bu satınalmanın məbləği 22.550 manat olub.

Mikrobiologiya İnstitutu 2022-ci ilin sentyabr ayının 23-də “Maşın və avadanlıqların alınması” lotu üzrə daha bir satınalmaya yekun vurub. İnstitutun yekun vurduğu bu satınalmanın məbləği 14.917 manat, qalibi isə “ZAMAN HOLDING SBM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Ardını oxu...
“ZAMAN HOLDING SBM” MMC Mikrobiologiya İnstitutunun yekun vurduğu digər satınalmada qalib elan edilən “Optimal Kommersiya Holding” MMC ilə eyni tarixdə dövlət qeydiyyatına alınıb. Bu təşkilatın hüquqi ünvanı Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128 mənzili 0 ünvanıdır. Burada ilginc məqamlardan biri də Təşkilatın qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. Mikrobiologiya İnstitutu 2022-ci ilin iyun ayının 20-də “Digər malların alınması” lotu üzrə yekun vurduğu satınalmada qalib elan etdiyi isə “Optimal Kommersiya Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. Mikrobiologiya İnstitutunun qalib elan etdiyi “Optimal Kommersiya Holding” MMC kimi “ZAMAN HOLDING SBM” MMC-nin də nin fəaliyyət profili, müvafiq lisenziyaları, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurlarında məlumat yoxdur.

Mikrobiologiya İnstitutunun 2022-ci ildə keçirdiyi satınalmalarda baş verən şübhəli məqamlar bununla bitmir.

İnstitut 2022-ci ilin dekabr ayının 5-də “Sair torpaq, tikili və avadanlıqların satınalınması” lotu üzrə daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 19.735, qalibi isə “Best Lider” MMC-dir. “Best Lider” MMC-nin qanuni təmsilçisi İnstitutun digər satınalmalarında qalib elan edilən təşkilatların – “ZAMAN HOLDING SBM” və “Optimal Kommersiya Holding” MMC-lərin qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. Lakin “Best Lider” MMC-nin hüquqi ünvanı və qeydiyyata alınma tarixi fərqlidir. Belə ki, bu təşkilatın hüquqi ünvanı Yasamal rayonu, Əlibala Abdullayev ev 34, qeydiyyata alınma tarixi isə 2022-ci ilin fevral ayının 9-dur.
Ardını oxu...
“Best Lider” MMC-nin də Mikrobiologiya İnstitutunun qalib elan etdiyi “Optimal Kommersiya Holding” MMC kimi “ZAMAN HOLDING SBM” MMC-nin də nin fəaliyyət profili, müvafiq lisenziyaları, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurlarında məlumat yoxdur.

Maraqlıdır ki, qanuni təmsilçisi eyni şəxs olan təşkilatların – “Best Lider”, “ZAMAN HOLDING SBM” və “Optimal Kommersiya Holding” MMC-lərin faktiki ünvanları da qeyri-müəyyəndir. “ZAMAN HOLDING SBM” və “Optimal Kommersiya Holding” MMC-lərin ikisində mənzil ünvanı sıfır rəqəmi ilə, “Best Lider” MMC-də isə hüquqi ünvanda mənzil ünvanı qeyd edilməyib.

Fəaliyyət profilləri barədə açıq internet resurslarında heç bir məlumat verilməyən, qanuni təmsilçisi eyni şəxs olan üç təşkilatdan ikisinin eyni hüquqi ünvanda yerləşməsi və hər üç təşkilatın ünvanlarının qeyri dəqiq olması olduqca ciddi şübhələrə yol açır.

Qlobal.az məsələ ilə bağlı Mikrobiologiya İnstitutundan mövqe öyrənib. İnstitutun açıqlamasında deyilir: “Bildiririk ki, haqqında bəhs etdiyiniz 2022-ci ildə keçirilmiş kotirovka müsabiqələri dövlət satınalma haqqında qanununun bütün tələblərinə uyğun keçirilmişdir. İddiaçı qismində ən azı 3 satınalan təşkilat iştirak etmişdir və haqqında bəhs etdiyiniz bütün qalib şirkətlər şərtlər toplusuna uyğun olaraq hökümət portalında bütün lazımı sənədləri yerləşdirmişdir. Həmçinin bildiririk ki, 2022-ci ilin yekununda bütün satınalma müqavilələri tam yerinə yetirilmişdir. Müraciətinizdə göstərilən suallara daha ətraflı cavabı isə informasiyanı aldığınız mənbə ilə dəqiqləşdirsəniz daha yaxşı olar”.

Qeyd edək ki, dövlət satınalmaları haqqında məlumatlar İqtisadiyyat nazirliyi yanında fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin portalında yerləşdirilir. Qlobal.az Mikrobiologiya İnstitutunun da məsləhət gördüyü mənbədən – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məsələyə mövqe öyrənə bilməyib.
Ardını oxu...
Pənah Muradov

Xatırladaq ki, Mikrobiologiya İnstitutu AMEA-nın tərkibində fəaliyyət göstərir. Mikrobilogiya İnstitutunun baş direktru AMEA-nın müxbir üzvü Pənah Muradovdur.
Ardını oxu...
Məmməd Abbasbəyli

Dövlət satınalmalarını tənzimləyən qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2019-cu ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin balansında yaradılıb. Xidmətə 2021-ci ilin dekabr ayında Məmməd Abbasbəyli rəhbərlik edir.

Ardını oxu...
Bakı şəhəri, Nərimanov rayonu Təbriz Şıxəliyev və M.Məmmədov küçələrinin kəsişməsində yerləşən "Komfort Həyat" Mənzil-Tikinti Kooperativinə məxsus yaşayış binasında keçirilən yanğın texniki müayinə zamanı ciddi pozuntular aşkarlanıb.

Qaynarinfo-nun məlumatına görə, "Komfort Həyat" MTK barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

Nərimanov rayonu Təbriz Şıxəliyev və M.Məmmədov küçələrinin kəsişməsində aparılan plan üzrə yoxlama zamanı tikintinin yardımçı obyektlərinin yanğın təhlükəsizliyi tələbatı nəzərə alınmaqla tərtib olunmuş və təsdiq edilmiş baş tikinti planına müvafiqliyi ilə bağlı "Yanğın Təhlükəsizliyi” Qaydalarının 25-ci bəndinin tələblərinin pozulması aşkar edilib.

Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2.000 manat məbləğində inzibati cərimə olunub.

Şirkət 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MTK-nın qanuni təmsilçisi 38 yaşlı Mahir Cəfərovdur. 2018-ci ildə Nərimanov rayonun sabiq icra başçısı, hazırda Abşerona rəhbərlik edən Abdin Fərzəliyevin sərəncamı ilə plana düşən binaların yerində "Komfort Həyat” yaşayış kompleksi salınmağa başlayıb.
Ardını oxu...
Apardığımız araşdırmaya görə, şirkət Abdin Fərzəliyevə məxsus olsa da, MTK-nın rəsmi təsisçisi Şərur rayon sakini, Abşeron icra başçısının həmyerlisi, qohumu Mahir Cəfərov Fərhad oğludur.
Ardını oxu...
Mahir Cəfərov

Abdin Fərzəliyevin Nərimanovda hündürmərtəbəli bina tikən "Araz-2011 A” MMC-si də mövcuddur. Abdin Fərzəliyev Abşeron rayon İcra Hakimiyyətində icra başçısı olsa da, "Araz-2011 A” MMC Nərimanovda hazırda tikinti işlərini davam etdirir.
Ardını oxu...
Abdin Fərzəliyevin bütün bu işlərinə isə Nurlan Həsənov nəzarət edir.

N.Həsənov Nərimanov İcra Hakimiyyətinin "kilid adamı” adını da alıb. O, Nərimanov RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri olub. Hazırda isə N.Həsənov Abşeron rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsələhətçi vəzifəsində çalışır.
Ardını oxu...
N.Həsənov Aberonda RİH-də vəzifəsi baş məsələtçi olsa da, səlahiyyətlərinin şöbə müdirlərindən və icra başçısının müavinlərindən üstün olduğu deyilir.

Bu barədə növbəti yazmızda...
 
Ardını oxu...
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə 500 min manata olan villa alıb.

TEREF.Az bildirir ki, bu barədə Konkret.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Mehriban Vəliyevanın aldığı villa Bakı Dövlət Universitetinin mərhum professorlarından birinə məxsus olub. Alqı-satqı prosesi mərhum professorun ailə üzvləri ilə BŞTİ-nin müdiri arasında baş tutub.

Maraqlıdır ki, zaman-zaman mətbuatda Bakı məktəblərində müxtəlif yığımlarla bağlı məsələ gündəmə gəlib. Bu iddia, yəni Mehriban Vəliyevanın 500 min manata villa alması məsələsi yazılanların həqiqət yükünü artırır. Paytaxt məktəblərinin bir çoxunun təmirə ehtiyacı olduğu bir vaxtda Mehriban Vəliyevanın yarım milyon manata mülk alması təhsilidəki neqativ hallarla bağlı şübhələrə əsas verir.
 

Dünyapress TV

Xəbər lenti