ARB TV-nin efirində yayımlanan "Günə Son” verilişində internatda yaşayan uşaqların məzun olduqdan sonra sosial inteqrasiyasi ilə bağlı müzakirələr aparılıb.
İnternat məzunlarının sosial inteqrasiyası dövlət tərfindən tənzimlənsə də, bununla bağlı bir sira problemlərin hələ də mövcud olması heç də sirr deyil. Mövzu ilə bağlı müxtəlif məkanlarda aparılan cəkilişlər zamanı müsahiblər qarşilaşdıları cətinlikləri dilə gətiriblər.
Qızıldaş qəsəbəsində yerləşən, valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqların yaşadığı yataqxanada isə vəziyyət cox açınacaqlıdır. Binanin istismar müddəti bitdiyindən bütün otaqların rütubət olduğu, yağan yağışların tavandan süzüldüyü açıq aydın görünürdü. Düzdür, bir coxları evlə təmin olunsa da, orada yaşayanların səraitsizlikdən əziyyət cəkdiklərini görməmək mümkün deyildi.