Cəlilabad rayonunda əkin sahəsi kəndlilərin əlindən alınıb.
Belə ki, rayonun Babalı kəndində səkkiz hektara yaxın əkin sahəsi beş kəndlinin əlindən alınaraq qonşu Cəlayir kəndinə verilib.
Kəndlilərin sözlərinə görə, 27 ildir zəhmət çəkdikləri ərazidə artıq əkin işləri dayandırılıb. Yerli bələdiyyə kəndlilərə yeni əkin sahələri təklif etsə də, onlar razı olmayıblar.