Göycayda 1-ci Vitse- Prezident Mehriban xanım Əliyevanın məskunlaşdırdığı qazi ailəsini kim küçəyə atır?  VİDEO/ŞİKAYƏT
Mən Mirzəyeva Gülarə Hüseyn qızı 10 nəfərlik ailə üzvlərimizlə birlikdə Göyçay şəhəri M. Ə. Rəsulzadə küçəsində yerləşən 7 saylı Uşaq Bağçasında yaşayırıq. Belə ki, 1-ci Qarabağ müharibəsi iştirakçısı olan həyat yoldaşım Mirzəyev Ariz Əziz oğlu 2012-ci ildə Mehriban xanım Əliyevayanın şəxsən qəbulunda olmuşdu. O zaman hörmətli Mehriban xanımın göstərişi ilə biz hazırki qaldığımız yerə yerləşdirilmişdik. Həmin vaxtdan etibarən sözü gedən bağçada yaşayırıq. Lakin, bir neçə vaxtdır ki, bizi buradan çıxarmaq istəyirlər. Bağçanın müdirəsi Sevinc Abbasova bizdən tələb edir ki, Təcili bu yeri tərk eləməlisiniz. Bildirir ki, bu, Göyçay Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin tapşırığıdır. Buna görə dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbulunda olmuşuq. Artıq 5 gündür bizə verilən elektrik enerjisini belə kəsiblər. Axı rayonda fəaliyyət göstərən vəzifəli şəxslərə 11 nəfərlik ailəni ilin-günün bu çağında, qış vaxtı çölə atmağa kim icazə verib? Ölkə başçısı cənab İlham öz çıxışlarında "Dövlət hər bir vətəndaşına sahib çıxır" - bildirir. Biz də bu dövlətin vətəndaşları olaraq Ali Baş Komandanımıza güvənirik, hər zaman Onun yanındayıq. Mətbuat vasitəsilə də cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan çox xahiş edirik, bizə köməklik göstərəsiniz. Qarşıdan gələn prezident seçkilərində biz də var gücümüzlə Sizin yanınızdayıq. Uca Allah Yardımçınız olsun!
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır

 

Dünyapress TV

Xəbər lenti