Ardını oxu...
Azərbaycanda narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində demək olar ki, hər gün onlarla şəxs həbs olunur. Heç də təsadüfi deyil ki, hazırda Penitensiar Xidmətin həbsxanalarında cəza çəkən 27 min nəfərə yaxın məhbusdan təxminən 15-16 min nəfəri məhz narkotiklə əlaqədar “yatır”. Hətta bu səbəbdən müxtəlif ekspertlər tərəfindən belə bir fikir də ortaya atılıb ki, ölkədə narkotik ittihamı ilə həbs olunan məhbuslar üçün ayrıca cəzaçəkmə müəssisəsi tikilməlidir.

Stopnarkotik.az saytı olaraq bizim apardığımız araşdırma nəticəsində də məlum olmuşdu ki, hazırda post-sovet ölkəsi olan Belarusda analoji metod tətbiq olunur, yəni narkotik ittihamı ilə həbs olunan məhbuslar ayrı kolonda saxlanılır və bu, problemin həllinə mühüm təsir göstərir. Lakin hazırda yazımızın mövzusu bu məsələ olmadığından, bütün bunlarla bağlı qarşıdakı günlərdə daha ətraflı məlumat verəcəyik. İndi isə ölkəmizdə ələ keçirilən külli miqdarda narkotik vasitələrin hansı yollarla Azərbaycana daxil olmasına aydınlıq gətirməyə çalışacağıq.
Ardını oxu...
Məqaləmizin əvvəlində də qeyd etdiyimiz kimi, narkotik ticarətinə qarşı mübarizə çərçivəsində hər gün onlarla vətəndaşımız həbs olunur. Üstəlik, bu zaman külli miqdarda narkotik maddə də ələ keçirilir. Bəllidir ki, bu narkotiklərin böyük əksəriyyəti, təxminən 95 faizi İrandan daxil olur. Yəqin ki, bunu ölkəmizdə bilməyən çox az adam tapılar. Amma bu narkotiklərin Azərbaycana necə, hansı yollarla daxil olması əksər vətəndaşlarımız üçün sirr olaraq qalır. Çünki müvafiq qurumlar nədənsə bu haqda cəmiyyətə açıqlama verməkdə maraqlı deyillər. Fikrimizin təsdiqi üçün bir neçə misal gətirək.

Məsələn, iyul ayının 8-də İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən şəxsin saxlanıldığı haqda açıqlama verildi. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a bildirildi ki, Sabunçu rayonunda keçirilən əməliyyat nəticəsində Masallı rayon sakini Rafiq Ağayev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış keçirilən zaman 93 kiloqram narkotik, o cümlədən 74 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 11 kiloqram tiryək, 8 kiloqram metamfetamin və 30 ədəd narkotik tərkibli həb aşkar edilib. Ən maraqlısı isə odur ki, saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Kazım” adı tanışının vasitəsilə Sabunçu rayonunda gizlədilən yerdən maddi gəlir əldə etmək məqsədi ilə götürdüyünü bildirib...

Daha bir fakta diqqət edək. Avqustun 5-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən Stopnarkotik.az-a bildirildi ki, İrandan ölkəmizə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən növbəti mütəşəkkil dəstə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Bakı şəhəri ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Naiq Hacıyev, eləcə də əvvəllər məhkum olunanalar – 1990-cı il təvəllüdlü Yusif Hüseynov və 1985-ci il təvəllüdlü Ramid Abdullayev saxlanılıblar. Şübhəli şəxslərdən və onlara məxsus ünvanlardan 21 kq güclü təsirə malik narkotik vasitə heroin, 4 kiloqram tiryək, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 41 kiloqram qurudulmuş marixuana, 7 kiloqram metamfetamin olmaqla ümumilikdə 73 kq narkotik vasitə və psixotrop maddə, həmçinin 1500 ədəd "Metadon" həbi aşkarlanıb.

O da məlum olub ki, N.Hacıyev, Y.Hüseynov və R.Abdullayevin qabaqcadan əlbir olmaqla narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı "Rza" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə ediblər.

Dəyərli oxucuların bir daha diqqətinə çatdıraq ki, hər iki əməliyyat zamanı 1-2 kiloqram deyil, külli miqdarda – birincidə 93 kiloqram, ikincidə isə 73 kiloqram narkotikin ələ keçirilməsindən söhbət gedir. Bu isə o deməkdir ki, sözügedən narkotik vasitələr ölkəmizə qrup halında keçirilib. Bəs, bu narkotiklər hansı yollarla və necə Azərbaycana daxil olub? Adətən rəsmi qurumlar bu sualın qarşılığında “İrandan narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər narkotik vasitələri qaçaqmalçılıq yolu ilə keçilməsi çətin olan dağlıq ərazilər və dəniz vasitəsilə Azərbaycana, buradan da digər ölkələrə göndərməyə çalışırlar”, - deyə cavab verirlər.

Birincisi, indiki şəraitdə “keçilməsi çətin olan dağlıq ərazilər” ifadəsini işlətmək yanlış və gülüncdür. Bir halda ki, bu gün Dövlət Sərhəd Xidməti (DSX) üçün bütün maddi-texniki imkanlar yaradılıb, o zaman hansı “keçilməsi çətin olan dağlıq ərazilər”dən danışmaq olar?! Xüsusən də, Azərbaycanın kosmosa yeni-yeni peyklər buraxdığı indiki ərəfədə DSX-nın sərhədimizə nəzarət edə bilməməsi haqda düşünmək absurd olar. Deməli, burada maddi-texniki imkanların yetərsizliyindən deyil, yalnız məsuliyyətsizlikdən, yaxud da bu və ya digər səbəblərdən qaçaqmalçıların fəaliyyətinə göz yumulmasından söhbət gedə bilər.

O ki qaldı narkotik vasitələrin dəniz yolu ilə daşınması haqda iddialara, qeyd etdiyimiz iradlar burada da keçərlidir. Üstəlik, “keçilməsi çətin olan dağlıq ərazilər”ə nisbətən narkotiklərin dəniz yolu ilə daşınmasının qarşısını almaq daha asandır. Demək, rəsmi qurumların qeyd etdiyi hər iki “səbəb” sadəcə bəhanədir və öz fəaliyyətsizliklərini ört-basdır etmək məqsədi daşıyır.

Yox, rəsmilər bizim “haqsız” olduğumuzu iddia edirlərsə, o halda yaxşı olar ki, istər DİN, istər DSX, istər də digər müvafiq qurumlar hər bir narkoşəbəkəyə qarşı əməliyyat zamanı ələ keçirilən narkotik maddələrin sayı, növü, tərkibi, çəkisi və s. haqda məlumat verməklə yanaşı, hətta onların İran vətəndaşları “Kazım”, “Rza” və digərlərinin əli ilə ölkəmizə keçirildiyini elan edən zaman həmin narkotiklərin Azərbaycana necə, hansı “keçilməz” yollarla, quru, yoxsa dəniz vasitəsilə, hansı rayonun, hansı kəndin ərazisindən daxil olduğu haqda da açıqlama versinlər. Hər halda bu zaman cəmiyyədəki bununla bağlı bir çox söz-söhbətlərə son qoyulmaqla yanaşı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlətə dəstək olmaq istəyən vətəndaşlar üçün də əlavə imkanlar yaradılmış olar...

Stopnarkotik.az

P.S. Rəsmi qurumların iddia etdiyi “keçilməz yollar”dan söhbət düşmüşkən, Stopanarkotik.az saytı olaraq bu haqda bir neçə dəfə yazmışıq, bir daha qeyd etməkdə fayda görürürk: həqiqətən də İranla sərhədə nəzarət etmək mümkünsüzdürsə, o zaman sərhəd xətti boyunca istehkam qurğularının qurulmasına ehtiyac var. Güman edirik ki, bu, narkotiklərin qaçaqmalçılıqı yolu ilə ölkəmizə daxil olmasının qarşısının alınmasına böyük fayda vermiş olar.
Ardını oxu...
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovanın Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri postuna təyin ediləcəyi gözlənilir. Bu barədə RealMedia.az-a xanım direktorun yaxın çevirəsindən daxil olub.
Məlumata görə, Nurəngiz Bəşirovanın “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsindən Sabunçu Tibb Mərkəzinə təyinat alması da, məhz elə onun TƏBİB-in icraçı direktoru vəzifəsinə gətirilməsi ilə bağlıdır.
O da bildirilir ki, Nurəngiz Bəşirovanın rayon xəstəxanasından Paytaxda yerləşən böyük bir xəstəxanaya – Sabunçu Tibb Mərkəzinə təyinat alması ilə bağlı göstəriş Prezident Adminstrasiyasından verilib. Bu səbəbdən də yaxın aylarda Nurəngiz Bəşirovanın TƏBİB sədri postuna təyin olunacağı qaçılmazdır.
Qeyd edək ki, Nurəngiz Bəşirova 1 ay olmaz ki, Sabunçu Tibb Mərkəzinə direktor təyin olunub. O bundan əvvəl Beyləqan rayon xəstəxanasının direktoru, daha əvvəllər isə Xocavənd rayon xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.
RealMedia.az
 
Ardını oxu...
Eks-deputat Hacı Salayev “Yeni Müsavat”ı məhkəməyə verib 1 milyon manat təzminat tələb etdiyi bir vaxtda belə aydın olur ki, onun özünün dövlətə yarım milyon manat vergi borcu var.

Bu haqda sosoial şəbəkədəki hesabında Bəxtiyar İmanov adlı istifadəçi məlumat yayıb.

Statusu təqdim edirik: “Bir neçə il öncə marketim var idi, qondarma cərmələr yazmaqla axrına çıxdılar. Amma özləri büdcəyə bir qəpik ödəmirlər. Kəmaləddin Heydərovun yaxın adamı olan bu sabiq deputat Hacı Salayevin 500 min manata yaxın vergi borcu var”.

Belə görünür ki, eks deputat dövlətə olan borcunun yarısını “Yeni Müsavat”ın hesabına ödəmək sevdasına düşüb. Xətai Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Hacı Baba oğlu Salayev ərz edir ki, “Yeni Müsavat”da barəsində yazılanlar işgüzar nüfuzuna, şərəf və ləyaqətə toxunub, odur ki, müdafiəsinə qalxıb və dövlətdən hər il dotasiya alan bir mətbuat orqanından nə az, nə çox - 1 milyon manat tələb edir. Eks-deputatın arşını da, iştahası da pis deyil. Xatırlatmışdıq, bir də Azərbaycanda milyonlar sahibinə çevrilən, milyonlarını da xaricə daşıyan Hacı Salayevin diqqətinə çatdıraq. Bəlkə Hacı Salayev iddiası ilə bağlı bir də götür-qoy eləsin.

“Yeni Müsavat”a qarşı milyonluq tələblərlə hazırda həbsdə olan “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədov, başının dəstəsi - 9 generalla bərabər eks-müdafiə naziri Səfər Əbiyev, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, sabiq PA rəhbəri Ramiz Mehdiyev, onlardan əvvəl mərhum akademik Cəlal Əliyev çıxış etmişdilər. Hətta zamanında məhkəmələr onların istəyinə uyğun qərarlar vermişdi. Amma bu adamlar milyon əvəzinə nə aldılar? Azərbaycan cəmiyyətinin sərt təpkisini. Yemədilər və getdilər. Hacı Salayev isə iştahlı görünür, iştahını da pozmasın, bir qəzetdən hələ ki, bunca məbləği alan olmayıb.

Hacı Salayev də bu iddiası ilə özünü mətbuata, bu gün düşmənlə üz-üzə dayanan, informasiya müharibəsində ön sırada olan bir media quruluşuna qarşı müharibə cığırına çıxıb. Qeyd edək ki, Hacı Salayev “Yeni Müsavat”la yanaşı Media Qrupuna daxil olan Minval.info saytında 7 iyul 2023-cü il tarixli “Eks-deputatın hotelində gizli qumar təşkil olunur - SENSASİON İDDİA” başlıqlı məqaləyə görə işgüzar nüfuzunun pozulduğunu iddia edir. Buna görə Hacı Salayev hətta Minval.info və “Yeni Müsavat” qəzetindən hərəsindən 500 min olmaqla, ümumilikdə 1 milyon manat təzminat tələb edib. Hazırda iş Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatındadır. İlk hazırlıq iclası sentyabr ayının 19-da keçiriləcək.

ANONS ƏVƏZİ: İstəmədən qoşulduğumuz bir davanın qarşı tərəfi olan Hacı Salayev barədə araşdırmalarımız davam edir. Belə bir çirkli keçmişi və indisi olan birinin hansısa qəzetlə müharibə aparması gerçəkdən, axmaqlıqdır. Bu adamın istər öz keçmişi, istərsə də ailə durumu, biznesi, münasibətləri, şəxsi həyatı - hər bir fraqmenti manşet başlıqlı, ifşa xarakterli xəbərdir!

Məsələn, onun ailəsində baş verən faciənin - 1-ci həyat yoldaşının özünü Qız qalasından atmasının səbəbləri heyrət doğurur. Bu faciədə F. Əliyev adlı bir gəncin (məşhur nazirin oğlu) oynadığı rol, ... Hacı Salayevin şəxsi həyatının başqa şok gizlinləri, hətta atası şofer Hacıbabanın evlilik macərasına qədər, hər şeyi araşdırıb, su üzünə çıxartmışıq. Daha doğrusu, bu adamı araşdırarkən, bütün detallar bir şəkildə bizi gəlib tapıb...

Hacı Salayevin ortaqlarından birini də araşdırıb, tapmışıq. Bu, SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovdur. Onların qarşılıqlı əlaqəsi, ‘’milli’’ ortaqlığı və Hacı Salayevin bu qədər ərköyünlüyündə M. İsmayılovun rolu və iştirakı barədə də ayrıca yazılar dərc olunacaq.

Hacı Salayevin qardaşı, atasının ikinci adının daşıyıcısı, FHN Akademiyasının rəisi Baba Salayev barədə də heç istəmədən bir sıra materiallar əlimizə keçib. Əslində qolu qandallanaraq, həbsxanaya atılmalı olan Baba Salayevin cinayət əməlləri barədə də yazılar hazırlanır.

Hacı Salayevin Abbas Abbasovla - Azərbaycana etdiyi xəyanətlərinə görə ölkəmizi buraxılmayan bir mafiozla əlaqələri və xain ‘’Milyarderlər İttifaqı’’ layihəsində iştirakı haqqında da hələlik tam olmayan məlumatlar gəlməkdədir...

Bir sözlə, istəmədən, gözləmədən qatıldığımız müharibədə ‘’hücuma keçən’’ Hacı Salayev və onun yaxın çevrəsi, ortaqları, zəif nöqtələri, biznesi və s haqda ciddi məlumatlar əldə etmişik. Sadəcə, bu adamın mahiyyəti ona baş qoşmağa dəyməz, bu səbəbdən də zamanımıza heyfimiz gəlir. Lakin savaşın öz qaydaları vardır. Üzərinə hücum varsa, o obyekti sıradan çıxartmaq, neytrallaşdırmaq üçün bütün vasitələr mübahdır!
“Yeni Müsavat”
Ardını oxu...
QARABAĞ QAZİSİ HƏM 1-Cİ, HƏM DƏ 2-Cİ DƏRƏCƏLİ ƏLİLLİYƏ GÖRƏ DƏ PENSİYA ALIR !(?)

Məhkəmə hakimiyyətinin gerçəkdə hakimiyyətin məhkəməsi olması mülki işlərdə də üzə çıxır. Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən məhkəmə təminatı hüququna MPM-in 67-ci – vəkilin prosesdə məcburi iştirakı maddəsi ilə qadağa qoyulub. Bu qadağanı aşmaq üçün Konstitusiyanın 61-ci maddəsi- hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ; bu hüquqdan qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz , dövlət hesabına istifadə etmək hüququ- də yardıma çatmır. Məhkəmə hakimiyyəti dövlət hesabına , hətta kassasiya instansiyasında vəkillə təminatdan imtinanı əsas insan və vətəndaş hüququ sayır!(?)
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ( Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifov) 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından imtinanın əsas insan və vətəndaş hüquqlarından olması haqqında 05.07.2023 tarixli qərardadı artıq hüquq presedenti kimi tətbiq olunur. Mülki kollegiyanın FUAD ABDIYEV, ANAR TANRIVERDİYEV , FƏRRUX QASIMOVdan ibarət heyəti 24.08.2023 tarixli qərardadla 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından imtina bir yana, bu “əsas hüquq və azadlıq” aktından şikayət vermək hüququna qadağanı da Konstitusiya ilə təminat verilən hüquq sayıb. Bəs 09.06.2023 tarixli MPM-ə əlavə edilən 67-1 maddəsi nəyi dəyişib? 67-1.4.1 maddəsinə görə, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin ( l-ll dərəcəli əlillərin-M.B.) vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin dövlət büdcəsinin hesabına həyata keçirilməsi və ya bundan imtina edilməsi haqqında məhkəmə ƏSASLANDIRILMIŞ qərardad qəbul edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “ƏSASI” 1-ci dərəcəli Qarabağ əlilinin Prezident təqaüdünün, pensiyasının vəkilin xidmətini ödəməyə kifayət etdiyi barədə qanunsuz əldə etdiyi məlumat olub. Hələ göstərilməyən xidmətə görə xidmət haqqını 1-ci dərəcəli əlilin haqqı ilə hesablamaq və dövlət hesabına qarşılanmasından imtina etmək barədə qərardaddan şikayət vermək də olmaz!(?) Halbuki MPM-in 67-1.5 maddəsində qərardaddan şikayət vermək hüququ doğrulanıb.
Yəqin məhkəmə heyətinin başı 1-ci dərəcəli Qarabağ əlilinin gəlirlərini hesablamağa qarışıb, ona görə qanunu oxuyub, nəticə çıxara bilməyiblər. MPM-in 67-1.1 maddəsində yazılıb ki, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda ... məhkəmə DÖVLƏT HESABINA VƏKİLİN PROSESDƏ İŞTİRAKINI TƏMİN EDİR. Bəs niyə Bakı Apellyasiya Məhkəməsi bu təminatdan imtina edib, vəkil ayırmadan onun göstər(mə)diyi hüquqi yardımın haqqını bəri başdan 1-ci dərəcəli əlilin boynuna düşdüyünü “ƏSASLANDIRIB”?
Apellyasiya instansiyasının “əsaslandırması”na baxın: “ Elektron informasiya sisteminin “Əmək Müqavilələri Bildirişləri” altsistemindən ƏLDƏ EDİLMİŞ MƏLUMATA (?- bunu kim əldə edib, məhkəmə bəyəm mülki işdə sübut toplayır?-M.B.) əsasən B.M.A. AMEA-nın böyük elmi işçisi kimi 70 (konfidiensial məlumatı məhkəmə açıqlaya bilməz-M.B) manat məbləğində, digər iş yeri üzrə fiziki şəxsdən 150 manat ( bəyəm minimum əmək haqqı 150 manatdır?-məlumatln saxtalığı elə burdan üzə çıxır-M.B.) əmək haqqı alır. Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar – 1-ci qrup əlilliyə görə 50 manat, ƏG- 2-ci qrup əlil olaraq isə (ondan çox) 97 manat pensiya alır. Bu da öz növbəsində onun vəkilin xidmətlərini ödəməyə vəsaitinin olması qənaətinə gəlməyə əsas verir”. Əndrabadi əsaslandırma göz önündədir: QARABAĞ QAZİSİ 1-Cİ DƏRƏCƏLİ ƏLİLLİYƏ GÖRƏ 50 manat, 2-Cİ DƏRƏCƏLİ ƏLİLLİYƏ GÖRƏ 97 MANAT PENSİYA ALIR!(?)
Məhkəmənin qərəzi, nifrəti elə “fışqırıb” ki, anlamaq istəmir, Qarabağ əlilinə verilən pensiya, müavinət itirilmiş orqanizm funksiyasının bərpası, kompensasiyadır. Bu məbləğ , ümumiyyətlə gəlir sayılmır, əlilin ixtisasına uyğun işlə təminatı isə reabilitasiya amacı daşıyır. Məhkəmənin qənaətinə görə isə, 1-ci dərəcəli əlil pensiyasını vəkil xidmətinə, hüquqi yardıma ödəməlidir. Bəs əlilin xərclərini məhkəmə niyə hesablamayıb? Öz hesabına xaricdə müalicəyə getməyə yol xərci belə ödənilməyən , sosial infrastrukturla da öz hesabına təmin olunan əlilin vəkilin göstər(mə)diyi hüquqi yardıma yaşamaq haqqını ödəməlidir? Budur hakimlərin işlərə qərəzsiz, tərəflərin hüquq bərabərliyi, faktlar əsasında baxmaq prinsipi? Bunun adı vicdansız davranış və özbaşınalıqdan özgə bir şey deyil.
... İşin predmetini və əsasını isə əlilin sosial infrastrukturla pulsuz təminatı təşkil edir. Kommunal xidmət qurumları pulsuz xidmətdən imtina edir, məhkəmə isə əlilin yetərincə vəsaiti olduğuna qərar verir. Görünür, yetərincə vicdana, ədalətə, humanizmə yiyələnməyiblər.
Məğrur Bədəlsoy
Teref.az
Ardını oxu...
Ali Məhkəmənin sədri, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova
Məhkəmə təminatı hüququmuza, hüquq və azadlıqlarımıza elə qaranlıq yollarla qadağa qoyulur ki, media araçılığı ilə Sizə üz tutmaq zorunda qalmışıq. Neyləyık, Füzuli babamız demiş , düşmən qəvi, tale zəbun. 0 Təsəvvür edin, 10 il qabaq Qarabağ əlili Xaliq Abbaszadəyə hüquqverici sənədlə aidliyi olmayan 90-HX-384 dövlət nömrə nişanlı, “Slavuta“ markalı “əlil avtomobili”ni dayandığı halda arxadan 10-CK-200 nömrəli “avtoşbala avtomobili” elə vurub ki, “əlil maşını” metallomluq olub. Əlilə aidliyi olmayan reabilitasiya vasitəsinin məhv edilməsinə indiyədək hüquq qiyməti verilməyib. Suraxanı yol polisi Tahir İsgəndərov “avtoşbala”nın məmur atasının zəngi ilə içkili-hallı durumda olan oğulu alkohol testindən belə keçirməyib, amma avtomobilə aidliyi olmayan Qarabağ qazisinin alkoholsuz olduğunu bəlirləyib. Qaziyə dəyən ziyanı ödəyəcəklərinə söz versələr də, yenə də “yuxarı”nın əli” hər şeyi tərsinə edib. Əmlakı məhv olan da, hələ üstəlik məmura 10 min manatlıq saxta defekt aktı ilə borclu olan da ağ ciyərinin üçdən ikisini Qarabağ uğrunda düşmən gülləsinə tuş edən Qarabağ qazisi olub! Bu haqsızlığı, Allahsızlığı göydəki Allah götürməsə də, yerdəki məmurlar elə götürür ki!
7 ildir Suraxanı icra şöbəsi qanuni qüvvəsi olmayan saxta qətnaməni məktubla (?) məhv edilən “əlil maşını”nın yiyəsi olmayan Qarabağ qazisinin əmlakına, qanpuluna, pensiyasına yönəldir. HALBUKİ MƏHKƏMƏNİN MÖHÜRÜ İLƏ TƏSDİQ OLUNAN İCRA SƏNƏDİ YOXDUR! Lap olsa da, “İcra haqqında” qanunun 68.1.2 maddəsi TƏLƏBİN BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZLİYİNİ doğrulayır. İcra məmurlarının məhkəmə toxunulmazlığını məhkəmələr qüvvəyə mindirdiyindən pensiyanı ödəyən DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzindən başqasına ödədiyi pensiyanın yarısını bərpa etmək 5 ildir tələb olunur. İnzibati Prosessual Məcəllənin (İPM) 14.2 maddəsinə görə, cavabdeh inzibati orqan -DSMF-in sözügedən Filialı iddiaçı Qarabağ əlilinin pensiyasını hansı əsasla-haqla yarıqat etməsini sübut etməlidir. Belə sübut isə yoxdur! Bu nədənlə iddianın süründürülməsi , baxılmaması qeyri-prosessual yolu tutulub. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyev ləğv edilən işinə yenidən hakim təyin edilib və İPM-in 68-ci maddəsi ilə üz tutduğu “DAXİLİ İNAMI” , icra sənədinin sübut kimi olmaması bir yana, “İcra haqqında” qanunun 68.1.2 maddəsini də görməz edib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (sədrlik edən Səadət Bəktaşi) 03.08.2021 tarixli qərarını 2 ildən sonra medianın işə qarışması sonucunda verməyə məcbur olub.
İndi iş Ali Məhkəmənin icraatındadır. Artıq ali səviyyədə məhkəmə müdafiəsi hüququna qadağa çabaları hiss olunur. İnzibati Kollegiyanın hakimi Səyyad Kərimov 23.06.2023-cü ildə verilən kassasiya şikayətini mümkün saymayacağını 70 gündən sonra (?) verdiyi bildirişdə diqqətə çatdırıb. 04.09.2023-cü ilə kimi konkret açıqlamadığı çatışmazlığı aradan qaldırmağı tələb edən ali instansiya niyə darmacalda- 5 gün qalmış (onun da iki günü altı-bazara düşür) bildiriş göndərir? Qəsdən, məqsədyönlü məhkəmə təminatına qadağadan yana deyilmi belə qeyri-prosessual “tələsgənlik”? Deyə bilərsiniz, hakimin işi çoxdur, bəs bizim iş iş deyil? Hakim işlə tanış deyilsə, cəzasını pensiyasından qanunsuz məhrum edilən Qarabağ qazisi çəkməlidir? Deyəsən, hakim özü işlə tanış olmaq müddətini ötürüb.
Şikayətvermə müddətinin ötürülməsi barədə gəlinən nəticə tam əsassızdır. Qarabağ qazisinin ərizəsinə əsasən, ona vəkil ayrılıb və 20 saylı vəkil bürosunun vəkilinə 001414 nömrəli, 08.06. 2023 -cü il tarixli order verilib. Bu order məhkəməyə təqdim edilib və şikayətin 23.06.2023-cü ildə -15 günə təqdim edilməsi müddətin ötürülmədiyini açıq-aşkar sübut edir. Müddətin orderin vəkilə verilməsi tarixindən hesablanmasını kim bilməsə də, ali məhkəmə hakim(lər)i bilməmiş olmaz. İşin nəzarətə götürülməsini, obyektiv baxılmasını təmin etmək olar? Gəlin razılaşaq ki, ritorik sual oldu...
Qarabağ qaziləri adından
Məğrur Bədəlsoy
Xaliq Abbaszadə,Fərman İsmayılov, Güloğlan Süleymanov, Eldar Hüseynov, Elçin Əliyev və b.
Ardını oxu...
 
Ardını oxu...
Teref.az Ucar rayonu Lək kənd sakini Qənbərov Ramazan Davud oğlunun şikayətini təqdim edir:
"Qaya Nəqliyyat" MMC -nin rəhbəri Şöhrət Tağıyev məni aldadıbişlədib pulumu vermək istəmir.Mən 07.02.2023-cü il tarixdə “Qaya Nəqliyyat” MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmişəm.İri tonaşlı yük maşını idarə etmişəm.Verilən tapşırıları vaxtlı-vaxtında yerinə yetirmişəm.Ancaq “Qaya Nəqliyyat” MMC-nin rəhbəri Şöhrət Tağıyev işçilərin əməyin istismar edir onlara verilən aylıq əməkk haqqını müxtəlif bəhanələrlə kəsir hüquqların pozur.Buna görə bu şirkətdə tez-tez işçilər dəyişir.
Mən yük avtomobili ilə Azərbaycanın bütün bölgələrinə yük daşımışam.Baş vermiş avtomobil qəzası nəticəsində mənim idarə etdiyim maşın əzildi.Qəzaya səbəb qarşı tərəf olduğu üçün sığorta ödənildi. “Qaya Nəqliyyat” MMC-nin rəhbəri Şöhrət Tağıyev bunu bəhanə edərək məni avqust ayının əvvəli qanunsuz olaraq işdən çıxartdı.Ancaq işlədiyim son ayın əmək haqqısı olan 1260 manatı mənə ödəmək istəmir.Hansı ki, mən dəfələrlə ona zəng edib pulumu ödəməsini xahiş etmişəm.Hər dəfə mənimlə kobud danışıb hədələyir.
“Qaya Nəqliyyat” MMC-də avtomobillərə yanacağı idarədə özləri vuruanda kəsirlər sürücüləri müxtəlif bəhanələrlə cərimə edib maaşlarından kəsirlər.
“Qaya Nəqliyyat” MMC-də işçilərin hüquqları kobud şəkildə pozulur deyə orada işçilər çox işləmirlər ya özləri işdən çıxır yada rəhbərlik müxtəlif bəhanələrlə işdən çıxarıb əmək haqqısını kəsirlər.
Mən bu barədə əmək müfəttişliyinədə şikayət etmişəm.
Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyevdən xahiş edirəm işçilərin hüquqlarını pozan mənim 1260 manat əmək haqqımı verməyən “Qaya Nəqliyyat” MMC-nin rəhbəri Şöhrət Tağıyevin barəsində qanunu tədbirlər görəsiniz.

Qənbərov Ramazan Davud oğlu
Ucar rayonu Lək kəndi
 
Ardını oxu...
Mənzil Tikinti-Kooperativləri (MTK) ilə bağlı problemlər neçə ildir ki, bitib-tükənmək bilmir. Əksinə, bu problemlər günü-gündən daha da dərinləşir, cəmiyyətdə böyük narazılıq yaradır. Təsəvvür edirsiniz, bir müddət əvvəl Gədəbəyin Söyüdlü kəndindəki narazılıq cəmiyyətdə böyük rezonans yaratdı, hətta məsələyə Cənab Prezident səviyyəsində münasibət bildirilərək hadisələrdə günahı olanlar kəskin tənqid olundu.
Bu bir kənddə və kənd miqyasında baş verən problem idi. İndi təsəvvür edin ki, MTK-ların yaratdığı problemlər az qala ölkənin yarısını, paytaxt Bakını, böyük şəhərləri və ən əsası 100 minlərlə insanı əhatə edir. Təsəvvür etdinizmi, hansı miqyasda narazılıqdan söhbət gedir.
Yeri gəlmişkən, bu yaxınlarda Nizami rayonu, Qara Qarayev metrosuna yaxın yaşayan bir tanışımın xəstə-əhval-ruhiyyəsini görəndə narahat oldum və soruşdum ki, səhhətində problem var..? İlahi, tanışım nələr danışdı...O, dedi ki, ailəmlə yaşadığım binanın yaxınında MTK 15 mərtəbəli bina tikir, nə gecəmiz var, nə gündüzümüz, nə səhərimiz var, nə axşamınız, gecələr tikintidəki hay-küydən yata bilmirik, hamımız xəstə-nevroz olmuşuq...
İndi təsəvvür etdinizmi, bu MTK-lar insanların başına hansı oyunları açırlar..? Bu ölkədə MTK-lar bir mənzili neçə nəfərə satar..? Binanın fundamenti-özülü qoyulanda, Allah qoymasa, 5-10 ilə tikiləcək binanın mənzilləri satılır, özü də bir mənzil bir neçə nəfərə... Biz bir media olaraq MTK məsələsini tam araşdırmışıq və ötən yazılarımızın birində təklif etdik ki, barı Rusiyadan nümunə götürün. Belə ki, Rusiya parlamenti qərar verib ki, binanın tikintisi başa çatmadan, hətta bina dövlət qurumlarına təhvil-təslim edilmədən vətəndaşlara mənzil satıla bilməz. Bu qanunu qəbul etmək, görəsən, bizim deputatlar üçün niyə çətindir...?
Görəsən, Milli Məclisdə kimlər MTK-lara lobbiçilik edir..? Belə qanunsuzluq edən MTK-lardan biri də “Bizim Ev” MTK-dır. Dəfələrlə yazmışıq ki, “Bizim Ev” MTK Yasamal rayonu, Zərdabi küçəsində “Məhsul” stadionunun ərazisni, hətta idmançıların soyunub-geyinmə otağını, Mədəniyyət Nazirliyinin balansında olan fabrikin yerini zəbt edərək bina tikir. Apardığımız araşdırma zamanı məlum oldu ki, bu stadionun qanuni sahibi olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ( sədri, millət vəkili Səttar Möhbalıyevdir ) deyir ki, tikintidən xəbərimiz yoxdur. Sənin balansında olan stadionun ərazisində, az qala, 20 mərtəbəli bina tikilir, necə bundan xəbərin olmaya bilər, cənab millət vəkili..? Möhbalıyevdən soruşan lazımdır ki, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyevi və “Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovu tanımırsan..? Bunların həbs olunmasından da bəlkə xəbərin yoxdur..? Həmin idman stadionunun 5.5 milyona satılmasından söhbət gedir, cənab Möhbalıyev...
Yuxarıda adı keçən iki şəxs də həbs olunub və onlar sizin məhkəmədə dindirilməyinizi istəmişdirlər, amma məhkəməyə gəlmədin..? Bəlkə bunlar yalandır..? Hələ bu harasıdır..? “Bizim Ev” MTK Mədəniyyət Nazirlriyinin balansında olan fabrikin də ərazisini zəbt edərək bina tikir... “Bizim Ev” MTK təkcə bina tikmir ee, ətrafda yaşayan sakinlərin başına gecə-gündüz toz-torpaq, qum-çınqıl ələyir... Məhəllə daxilindəki yolları məhv eləyib, valideynlər qorxusundan uşaqlarını həyətə buraxa bilmir və daha nələr... O gün həmin həyətdən reportaj hazırlayanda gördüm bir nəfər çox nalayiq söyüşlərlə kimlərisə söyür. Hətta bildirir ki, mənim maşınımın üzərinə beton qırıntıları tökənin və gəlib-aparıb maşınımı düzəltməyənin arvad-uşağı, qızı-gəlini... Mən isə tanımadığım həmin şəxsdən soruşanda ki, niyə məhkəməyə müraciət etmirsən? Cavabı o oldu ki, bu binadan vəzifəli adamların hamısına ev paylayıblar... Heç kim ona heç nə demir... Elə biz də fikirləşdik ki, yazıq kişinin, deyəsən, söyməkdən başqa əlindən heç nə gəlmir...
Təsəvvür edirsiniz, 5-6 il əvvəl rayonda dana otaran Mürşüd adlı birisi, paytaxt Bakıda 20 mərtəbəli bina tikir... İndi Bakının gələcəyini təsəvvür edin. Yaxşı, bütün bunlar öz yerində, bəs dövlət qurumları hara baxır..? Nə üçün Həbib adlı bu binanı tikəni həbs etmir? Bu tikinti zamanı yüzlərlə ağac kəsilib, yaşılıq məhv edilib...Hara baxırsınız, cənab Ekologiya Naziri Muxtar Babayev...? Tikintidə Təhlükəsizlik qaydalarına görə məsuliyyət daşıyan FHN hara baxır..? Bəs bu boyda paytaxtın, sonra Yasamal Rayon İcra Hakimiyyətləri niyə bu fəlakəti görmür..? Gözünüzü açın cənablar, bir azdan gec olacaq... Bizim vəzifəmiz yazmaq, demək və dövlətə çatdırmaqdır.
P. S. Əlbəttə ki, kimsə tikinti tikərək öz mənafeyini güdürsə, ətrafdakı qonşuları nəzərə almayaraq onların mülkiyyətlərini dağıdırsa, nəinki yuxarıda söyülən söyüşlər, ondan da betəri ziyan vuranın ölüsünə-dirisinə, yaxınlarına, hər şeyinə getsin...
gundelik baki.com
 
Ardını oxu...
İmişli rayonunda şəhid bulağına sayğac quraşdırılıb. İddia olunur ki, bu haqda İmişli rayon İcra Hakimiyyəti əmr verib.

Sozcu.az xəbər verir ki, məlumatı tanınmış televiziya aparıcısı Amil Xəlil verib. Hadisə barədə paylaşım edən aparıcı bunu rəzalət adlandırıb:

"Hadisə İmişli rayonunda baş verib. İnanıram ki, Bakıdakı baş ofislərin hadisədən məlumatı yoxdur. Belə ki, şəhid qardaşımız Mayıl Qurbanovun adına anası bulaq hazırladıb, məzarını yeniləyib. Bulaq üçün təbii ki, su lazımdır. Ana da bunun üçün aidiyyəti orqanlara müraciət edib. Həm su idarəsi, həm də işıq idarəsi ananın istəyini yerinə yetirir, bulağa həm su verilir, həm də ətrafına işıq çəkilir. Lakin ana bu zaman həyatının şokunu yaşayır, məlum olur ki, həm işığa, həm də suya görə sayğac quraşdırılıb. Rəzalətə, biabırçılığa baxın!

İşıq idarəsində, su idarəsində bir məmur yox idimi ki, desin aylıq gələn pulu özüm ödəyərəm, çünki şəhid mənim yolumda canından keçib. Necə anaya aparıb sayğac kartını verə bilmisiniz?! Anaya necə demək olar ki, buyur bu da mənim uğrumda döyüşüb həyatını itirən övladının sayğacının kartı... Vallah, bu, biabırçılıqdır".

A.Xəlil heç bir şəhid bulağında sayğacın olmadığını bildirib və bu işdə əli olanların cəzalandırılmasını tələb edib:

"Mən maraqlanmışam, heç bir şəhid bulağında sayğac yoxdur. Fikrimcə, aidiyyəti qurumların vəzifəli şəxslərinin bundan xəbəri yoxdur. Çünki şəhid adı verilən bütün küçələr pulsuz işıqlandırılır. Bu məsələdə əli olan şəxslər, İmişlidə imza atıb sayğacı yerləşdirənlər cəzalandırılmalıdır yaxud valideyndən üzr istənməlidir. İnanıram ki, məsələ həllini tapacaq".
Ardını oxu...
Hacıqabul rayon İcra Hakimiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətinin "2023-cü ildə Hacıqabul şəhərində abadlıq işləri" lotu üzrə keçirdiyi tenderdə "VİKTORY CONSTRUCTİON GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Tenderin məbləği 142.134 manatdır.

"VİKTORY CONSTRUCTİON GROUP" MMC 2022-ci ilin aprel ayının 11-də təsis edilib.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi ev 2, mənzil 11, qanuni təmsilçisi isə Bədəlov Bəhruz Bayram oğludur.

Hacıqabul rayonunda tender müqaviləsinə görə 2023-cü ildə abadlıq işləri aparacaq "VİKTORY CONSTRUCTİON GROUP" MMC-nin fəaliyyət profili, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi və mühəndis heyəti, maddi-texniki bazası barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə "VİKTORY CONSTRUCTİON GROUP" MMC-nin qanuni təmsilçisi Bəhruz Bədəlov bir neçə il öncə mediada qalmaqallı açıqlaması ilə gündəmə gələn "Şabran-D" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cəlal Bədəlovun qardaşıdır. Cəlal Bədəlov həmin qalmaqallı açıqlamasında Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyovun Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştirakına razılıq vermək məqsədi ilə ondan pul istədiyini və onun da bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq M.Balabəyova 227000 (iki yüz iyirmi yeddi min) manat pul verdiyini iddia edirdi.

Fəaliyyəti, maddi-texniki bazası və işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumat olmayan "VİKTORY CONSTRUCTİON GROUP" MMC-nin Şabran rayon İcra Hakimiyyətinin sifarişçi olduğu satınalmada hansı meyarlara əsasən qalib elan edilməsi bir sıra suallar yaradır.

Qlobal.az məsələ ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyətindən mövqe öyrənib. Hacıqabul rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir:

"Azərbaycan Respublikasında dövlət satınalmaları "Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparılır.Dövlət satınalmalarına nəzarəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.Satınalmalar elektron portal vasitəsilə, əksər hallarda açıq tender üsulu ilə şəffaf qaydada keçirilir.Tender iştirakçıları portal üzərindən aparılan bütün əməliyyatları, yazışmaları izləyə bilir.Tenderin nəticələri Dövlət Xidməti tərəfindən ciddi araşdırılır, əgər tender komissiyası hansısa xətaya yol veribsə, yaxud nəticələri düzgün qiymətləndirməyibsə, tenderin nəticələri ya ləğv edilir, yaxud da yenidən qiymətləndirmə tövsiyyə olunur. "Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.1-ci maddəsinin tələbinə əsasən ən aşağı qiymət təklifi vermiş ”Viktory Construction Group” MMC tenderin qalibi seçilmişdir. Hazırda yekun protokolu nəzarət qaydasında yoxlanılıb qeydiyyata alınması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmə mərhələsindədir. Yekun protokolu Xidmət tərəfindən qeydiyyata alınarsa MMC ilə satınalma müqaviləsi bağlanacaqdır".

Xatırladaq ki, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur.

O, 2019-cu ilin dekabr ayının 4-dən Hacıqabul rayonuna rəhbərlik edir.
Ardını oxu...
BTB Bank nə üçün 2022-ci ili 5 milyon manat zərərlə başa vurub..? Ölkəmizin bank sektorunda 2010-cu ildən bu günədək fəaliyyət göstərən BTB bankı ilə bağlı məlumatlara nəzər salmaq üçün bankın rəsmi saytına, http://www.btb.az/-a daxil oluruq: 2010-cu ildə təsis edilən Bank BTB 10 il ərzində bir çox uğurlara imza atmış, ölkənin seçilən bankıdır, Tam Adı: BANK "BTB" Açıq Səhmdar Cəmiyyəti Quruluş tarixi: 24.02.2010 Əlaqəli şəxs: Rzayev Emil, İdarə Heyətinin Sədri Baş ofis: AZ1025, Bakı, Azərbaycan, Xətai rayonu, Nobel pr 13 A Rəsmi saytı: https://btb.az/
Bankın rəsmi saytında başqa bir əlavə informasiyaya rast gəlmədik. Ona görə də, məcbur olub bankla bağlı media üzərindən araşdırma aparmalı olduq. Araşdırma zamanı bəlli oldu ki, bir müddət əvvəl BTB Bankın İdarə Heyətinin sədri Emil Rzayev vəzifəsindən uzaqlaşdırılıb. Deməli, bankda nəsə baş verir. Bu barədə bir azdan…
Araşdırma zamanı məlum oldu ki, BTB bank PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur. Daha dəqiq desək, BTB bankın əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. O, bankın 75 faizlik hissələrinə sahibdir. Bank səhmlərinin 19 faizi Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur. Məlumat üçün onu da qeyd edək ki, Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir.

Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan "Şərq-Qərb" ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.
İndi isə keçək əsas məsələyə, yəni yuxarıda dediyimiz kimi bankda nə baş verir..? Birincisi, bir müddət əvvəl BTB bank keçən il zərərlə işlədiyini açıqlayıb. Belə ki, bankın 2022-ci ilin sonuna olan maliyyə hesabatından bəlli olur ki, bank 2022-ci ili 4 milyon 975 min manat ZƏRƏRLƏ başa vurub. Və bu hadisə Azərbaycanın bank sektorunda yeganə haldlr, yəni digər banklar gəlirlə ili başa vurub, amma Ramiz Mehdiyevin bankı zərərlə…
Adamdan soruşarlar niyə, nə üçün..? Deməli, Ramiz Mehdiyevin bankında ciddi proseslər baş verir və cənab Mehdiyev keçmişdən qalan cinayət əməllərinin izini itirmək üçün bankı bağlamaq, yaxud iflas həddinə çatdırmaq və məsələni bitirmək istəyir. Hətta yuxarıda qeyd etdik ki, bir müddət əvvəl BTB Bankın İdarə Heyətinin sədri Emil Rzayev vəzifəsindən uzaqlaşdırılıb. Amma bu barədə bankın saytında heç bir informasiya yoxdur.
Məlumat üçün onu da qeyd edək ki, BTB Bankın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Eldəniz Hüseynov İCRA edir, müvəqqəti…
Fikir verdinizmi, BTB Bankda ruslar demişkən, çemodan əhval ruhiyyəsi var, hamı aradan çıxmağa hazırlaşır… Vaxtilə Beynəlxalq Bankda da eyni olaylar yaşanırdı… Yeri gəlmişkən, bir müddət əvvəl BTB Bankda müştərilərə məxsus 316 min manat və 32 min ABŞ dolları məbləğində nağd pulun oğurlandığı barədə rəsmi məlumat yayılmışdı.
Yəqin ki, yaxın zamanda Ramiz Mehdiyevin arvadı Qalinaya məxsus Novxanıdakı üzüm bağları da qurumağa başlayacaq… Çünki izləri itirməyin zamanıdır… //gundelik-baku.com//
 

Dünyapress TV

Xəbər lenti