"Azərbaycan Reallığı"na muraciət edən Lalə Akhad "Altıağac Cənnət Bağı Hoteli" hotelindən narazı olduğunu bildirib. Vətəndaş iddia edir ki, bir neçə nəfər tanışları ilə birlikdə sözü gedən məkana istirahət etmək üçün gediblər, lakin sözün əsil mənasında istirahətləri böyük əsəb və stressə səbəb olub.
Hotelə daxil olduqda hər şey yaxşı idi. Hotelin restoranına daxil olduqda isə heçnə göründüyü kimi deyildi, xidmətçi gec gəldi, menyu gəlməsi 10-15 dəqiqə vaxt apardı, verdiyimiz sifarişin əksini gətirirdilər, qidalardan sarımsağa alergiyamız olduğu üçün dedik soyuq qəlyanaltılardan sarımsaqlı heçnə olmasın, əksinə sarımsaqlı qəlyanaltı gətirdilər.
Təxminən 40-45 dəqiqəyə təkcə soyuq qəlyanaltılar gəldi. Kabab sifariş etdik , onu da hazır kababları qızdırıb gətirdilər etiraz edib restoran rəhbərliyin çağırdıq o da öz işçilərin haqlı çıxardı, qızdırılmış kababda demək olar kababdan əsər əlamət yox idi.
Sonda gətirmədiklərində hesaba əlavə etmişdilər, etdikləri hörmətsizliyin və məqsədəuyğun olmayan xidmətin qarşlıqında hələ hesaba servis haqqında yazmışdılar.
Biz 3-5 manatın söhbətin edən deyilik sadəcə müştərini bu cür narazı salıb tərbiyəsizlik etmək olmaz. Lalə Akhad onu da əlavə edir ki, mən özümdə xidmət sahəsində işləmişəm deyə müştərinin sözü bizlər üçün çox önəmli olmalıdır. Müştəriyə layiqincə dəyər verilməlidir, müştəri hər bir zaman haqlıdır.
Amma bu məkanın deməyindən elə anlama gəlmək olar gedin hara istəyirsiz deyin, sonda bizdə bu xoşagəlməz halı ictmailəşdirməli olduq ki heç olmaya "Altıağac Cənnət Bağı Hoteli" rəhbərliyi və xidmətçiləri bundan sonra müştəriləri ilə normal rəftar edib xidmət etməyi bacarsınlar, bundan sonraki məkana gələn müştərilərdə bizim kimi əsəb stres yaşamasınlar- deyə sonda şikayətçi vətəndaş qeyd edib.
Baş vermiş xoşagəlməz hala bağlı inanırıq adiyyəti qurumlar araşdırma aparıb ölçü götürəcək
DİA.AZ: - "Ömür boyu milli maraqlardan çıxış edib, dövlətçilik prinsiplərinə bağlı fəaliyyət göstərməkdəyəm". DİA.AZ bildirir ki, bunu son günlər QHT sektorundakı neqativ hallara qarşı apardığı mücadiləsi ilə diqqətə gələn İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli növbəti açıqlamasında deyib. Etdiyi müraciətlərin ünvanına yetişməməsindən gileylənən QHT sədri daha sonra bildirib: "Ölkə başçısının mövqeyini müdafiə edərək, onun çağırışına uyğun olaraq, ictimai iştirakçılıq yönündə çıxışlar edirəm. QHT Agentliyi ilə bağlı hər gün təzadlı informasiya alıram. Açığı cəsarətsizlik göstərib öz sözlərini sizlərə deyə bilməyənləri qınayıram. Hamısı sözünü mənə deyir ki, sən daha bu işə başlamısan) Bu gün eşitdim ki, Agentliyə nəzarəti həyata keçirən qurumun rəsmiləri bizim bir narazılığımızı rəhbərliyə çatdırmırlar. Ənənəvi Ramiz Mehdiyev qaydasında məsələni kiçildir, sanki biz öz şəxsi maraqlarımız üçün bunu etdiyimizi söyləyir, ölkə başçısını aldadırlar. Hətta bizlərə ismarc göndərirlər ki, onları məhkəməyə verib susduracayıq. Vallah ört-basdırlar sizi uğura aparmayacaq. Görüntü və şoular əvvəllər başqa məmurlar da edirdilər. Vəziyyəti olduğu kimi rəhbərliyə demək lazımdır. Bizimlə neytral bir yüksək vəzifəli şəxs görüşsün heç olmasa, biz problemlərimizi ölkə rəhbərliyinə çatdıraq. Bu fironluq kimə lazımdır axı? Bizi niyə düşmən edirsiz? 1-2 nəfərin hikkəsinə bizləri niyə qurban verirsiniz? Yoldaşlar bu gün söyləyirlər ki, sözünüzü neytral şəxsə deyin. "QHT Agentliyinin rəhbərliyi onlara nəzarət edənləri əldə saxlayır, onlar heç sizin xeyrinizə bir şey deyərmi?" Əslində bunu düşünürdüm, amma inanmırdım, həmkarlarım bir qədər fikirlərimi qətiləşdirməyə kömək etdi. Bunu sonuncu dəfə QHT Agentliyindəki görüşdə də açıq şəkildə müşahidə etdik. PA rəsmisi Aygün Əliyevaya görə bizə aqressiya göstərirdi. Təklif edirəm ki, həmin görüşün video yazısını montaj etmədən ictimailəşdirsinlər. Bu sektoru niyə belə məhv etdilər anlamıram. Nəyin qisasını alırlar?"
Şəmkir rayonun Sabirabad kəndində yaşayan Eyyubova Elsarə Elman qızı, Zəngilan rayonunda qeydiyyatda olan İbrahimova Çinarə İsrafil qızı və Bakı şəhəri, Nərimanv rayonu, Həsən Əliyev küçəsi 7- C “Premier Palace Baku, 4-cü mərtəbə qeydiyyatda olan, Elsarə və Çinarənin etibarnamə üzrə nümayəndəsi və zərəçəkmiş Xudiyeva Nurlanə Əli qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Çox hörmətli cənab Prezident İlham Əliyev! Sizin məhkəmə islahatları barədə qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər Azərbaycanda insan hüquq və azadlıqları üçün göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Və çox təəssüflə bildirməliyəm ki, Azərbaycan Respublikasının adından verilən qətnamələrin şəxsi maddi maraqlarının təmin edilməsi nəticəsində aparılan uğurlu məhkəmə islahatlarına kölgə salmaq istəyənlər vardır. Belələrindən ən təhlükəliləri Bakı şəhəri, Nərimanov və Nəsimi İcra Şöbəsinin icra məmurlarıdır.
Bir daha xatırlatmaq istərdik ki, biz üç nəfər qadın 2019-cu ilin noyabrından “Shamsaddin” MMC-nin direktoru və təsisçisi Əliyev Rüfət Əliövsət oğlunun işçiləri olmuşuq və 2021-ci ilin sonuna qədər Rusiyadan gətirilən kosmetik məhsulların Bakının müxtəlif ünvanlarında yerləşən gözəllik salonlarına satmaqla məşğul olmuşuq. Bağladığımız əmək müqaviləsinə əsasən aylıq 500 manat və satılan məhsulun faizinə görə işləyirdik. Lakin əmək haqqı Rüfət tərəfindən müxtəlif bəhanələrlə aylarla verilmirdi. Biz, ondan 1 il yarımdan sonra Dövlət Əmək Müfəttişinə şikayətlər etdik. Çünki, bizə pul yoxdur desə də, tez tez ailəsilə Türkiyəyə istirahətlərə gedir, gen bol pul xərcləyirdi. Bakıda, Gənclik parkı yanında, Elmlər Akademiyası metrostansiyası yaxınlığında şəxsi mənzilləri vardı və hazırda yaşadığı Nərimanov rayonu, Təbriz küçəsi, ev 64, mən.2-də yaşayırdı. Əvvəllər Naxçivandan olduğuna görə Dövlət Gömrük Komitəsində inspektor vəzifəsində işləmişdir. Atası Əlövsət də DGK-də sürücü işləyir.
Cari ilin may ayının 9-dan bu günə məhkəmə qətnaməsinin icra olunması barədə dəflərlə yuxarı aidiyyatı orqanlara göndərdiyimiz şikayət məktublarından yalnız Ombudsman Aparatı reaksiya vermiş və məslənin araşdırılmasını 2 dəfə ƏN-nin Baş İcra və Probasiya İdarəsi qarşısında qaldırmışdır. Ombdsman Aparatına verilən 31 avqust 2023-cü il tarixli cavabından isə məlum olur ki, Ədliyyə Nazirliyi İcra və Probasiya Baş İdarəsi bir dələduza, məhkum olunmuş naxçivanlıya Məhkəmə qətnaməsini hanısa maraqlar ucbatından icra etdirə BİLMİR və bunu etiraf edir. Və bürokratik cavab verməyi də unutmur ki, məsələ Nəsimi Rayon İcra Şöbəsində nəzarətdə saxlanılmaqdadır. Əgər srücülük hüququndan məhrum olan Əliyev Rüfət Əlövsət oğlu DGK-də işləyən iş yoldaşını ( ailənin yeganə övladını) sərxoş vəziyyətdə törətdiyi avtoqəza nəticəsində məhv edirsə və özünün qeyd etdiyinə görə aparılan istintaqdan törətdiyi ağır cinayətdən 60000 manat xərc çəkib 3 il şərti cəza almaqla qurtara bilirsə, deməli bu gün Rüfət kimi savadsız bir qoçunun Ədliyyə Nazirliyinə qarşı qoçuluq etməsinin, məhkəmə qətnaməsini saymamasının , nənəsinə güvənərək qanunlarla hesablaşmamasının ən böyük günahı DİN-nin istintaqı aparan vicdansız müstəntiqlərindədir ki, belə qatili cəzalandırmaq əvəzinə azadlığa çıxmasına imkan veriblər. Budur, Ombudsman Aparatının 31 avqust cavabında oxuyuruq: « Bakı Apellyasiya məhkəməsinin 14.11.2022-ci il tarixli icra sənədinə əsasən «Şəmsəddin» MMC-dən azad edilməyiniz barədə əmr ləğv edilməli, əvvəlki işə bərpa olunmalı, əmək haqqınız və məzuniyyət pulunuz hesablanaraq verilməlidir. İcra sənədi üzrə Nəsimi ( niyə Nərimanov rayonu yox?) icra qurumunda aparılmış icraat zamanı tələb borclu tərəfindən təmin edilməmiş, bir sıra məcburi icra tədbirləri görülməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Həmçinin bildiririk ki, icra sənədinin icrası Nəsimi Rayon İcra şöbıəsinin nəzarətindədir» ƏN-nin Baş İcra və Probasiya şöbəsi həqiqətən gözəl bir cavab yazıb, amma nəticə 0»-dır. Çünki məhkəmə qətnaməsini icra etməyə bu qurumun Rüfətin nənəsinə görə cürətləri çatmır. Bu ərköyün uşaq da Azərbaycanda heç bir dövlət qurumunu saymır. Belə olan halda hesab edirik ki, bu ölkədə yaşamağın adı yoxdur. Axı biz niyə məcbur olmalıyıq? Biz hüquqi dövlətdə yaşayırıq. Cənab Prezident biz görürük ki, dələduz və məhkum olmuş Əliyev Rüfət Əlövsət oğlu barəsində Məhkəmə qətnaməsini icra etdirməyi ƏN-nin Baş İcra və Probasiya İdarəsinin nədənsə gücü çatmır. Ona görə Sizdən xahiş edirik ki, cənab Ədliyyə naziri Fikrət Məmmədova şəxsən göstəriş verəsiniz ki, cəmiyyətdə parazit ünsür kimi fəaliyyət göstərən dələduz Rüfət Əliyev barəsində icra sənədini yerinə yetirlsin".
İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməy hazırıq...
Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
GUNDEMİNFO.AZ News24-ə istinadla xəbər verir ki, prosesdə Sabunçu qəsəbə icra nümayəndəsi Vüsal Hüseynov şahid kimi dindirilib.
O bildirib ki, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində obyektin tikintisinə şərait yaradıb: "Elşən Mehdiyev küçəsində tikiinti gedirdi. İcra başçısı zəng edib mənə dedi ki, E. Mehdiyev küçəsindəki tikili "Əvəz Zeynallının qohumunundur, onunla işiniz olmasın". Birinci dəfə obyekt tikiləndə qanunsuz tikili olduğundan sökdük. İkinci dəfə yenidən tikilməyə başlandı. İcra başçısı Adil Vəliyev zəng elədi ki, o obyektə dəyməyin. Bir də həmin obyekə yaxın getmədik".
Vəkillərin suallarını cavablandıran Vüsal Hüseynov bildirib ki, o icra başçısının tapşırığını icra edib: "Mən obyektin qanuni və ya qanunsuz tikildiyini bilmirəm. Mənə əsas başçının tapşırığıdır onu yerinə yetirmişəm".
Məhkəmədə məlum olub ki, iş üzrə digər şahidlər- Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və millət vəkili İmamverdi İsmayılov prosesə çağırılsa da, onlar məhkəmə iclasına gəlməyib. Hakim bildirib ki, həmin şəxslər növbəti dəfə prosesə gəlməsə, onların məhkəməyə məcburi gətirilməsi müzakirəyə çıxarılacaq.
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov cari ildə ali məktəbə qəbul olan tələbələrlə görüş keçirib.
Teref.Az Unikal-a istinadən xəbər verir ki, icra başçısı tələbələrə "qiymətli" hədiyyələr verib. Rayon icra hakimiyyətinin paylaşdığı məlumatda qiymətli adlandırılan hədiyyələr sadəcə uşaq saatından ibarət olub. Sözügedən saatın satış dəyəri isə 5.80 manatdır.
Bildirilib ki, həmin saatlar da sadəcə 600-dən çox nəticə göstərmiş tələbələrə verilib. Qeyd edək ki, 2022-2023-cü tədris ilində rayon üzrə 7 nəfər 600-dən yuxarı bal toplayıb.
Nazir, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə bir neçə gün öncə nazirliyin Maddi-Texniki Təminat İdarəsinin rəisi Amal Teymurov maliyyə pozuntularına görə vəzifəsindən azad edildi.
Dünən isə nazirin digər əmri ilə FHN-nin Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva vəzifəsindən azad edilərək, ehtiyata göndərilib.
Qlobal.az-ın əldə etdiyi məlumata Fövqaladə Hallar nazirliyində islahatlar davam etdiriləcək.
Məlumata görə yaxın günlərdə vəzifəsi ilə vidalaşacaq məmurlardan biri də Nəzarət Təftiş İdarəsinin rəisi Qəşəm Məmmədovdur.
Yerli mediada dərc olunan məlumatlarda Qəşəm Məmmədovun "Tuz Qəşəm” ləqəbi ilə tanındığı iddia edilir.
Qeyd edək ki, Nəzarət Təftiş İdarəsinin fəaliyyətində ciddi qüsurların olduğu bildirilir. //Qlobal.az//
Haqqında bəhs edəcəyimiz “Rabitəbank”ın https://www.rabitabank.com/ saytına daxil olaraq qurumun barəsində ilkin məlumatlara nəzər salırıq. 1993-cü ildə təsis edilmiş “Rabitəbank” hal-hazırda Azərbaycanın aparıcı banklardan biri olmaqla ölkəmizin 10 aparıcı banklarının sırasına daxildir. Bankın bu il və növbəti illər üçün strateji hədəfi bazarda mövqeyini gücləndirməklə gəlirliliyini artırmaq, müştərilərə xidmət keyfiyyətini yeni səviyyəyə qaldırmaq, başda biznes prosesləri olmaqla əsas maliyyə əməliyyatlarını rəqəmsal bankçılığa keçirməkdir. Bank bu istiqamətdə prosesləri uğurla davam etdirir, yeni inkişaf strategiyasını reallaşdırır. Bu, özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərində, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir. "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının Sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur. Bura qədər yazdıqlarımız bankın öz saytında özü barəsində dediyi tərifli sözlərdir. Onu da qeyd edək ki, bankın əsas səhmdarları Rauf Əliyev, Validə Abbasova, Zakir Nuriyev və s. barəsində ölkə mediasında ciddi bir informasiyaya rast gəlmədik. İndi gəlin, görək müştərilər “Rabitəbank”ın barəsində nə düşünürlər: Müştərilərdən biri yazır ki, “Rabitabank"-dan şikayətim var. Belə ki, 06.12.2022-ci il tarixində debet kartıma Paşabank kartından göndərilən 80 manat, mənim məlumatım və razılığım olmadan 30.12.2022-ci il tarixində kartımdan geri çəkilib və mənə bu barədə sms yalnız 02.01.2023-cü il tarixində saat 20:53-də gəlmişdir”. Daha sonra narazı vətəndaş yazır: "Debet kartımda 3 manat olduğu üçün bank 3 azn-i hesabımdan çıxmış, qalan -77 manatı isə "overdraft" olaraq qeyd edib 1 ay müddətində ödəməli olduğumu SMS-lə bildirmişdir. Müraciət və şikayət etsəm də, mənə əsaslı bir cavab verilmədi… “Rabitabank” mənə əsaslı bir cavab verə bilmədi ki, hansı əsasla 06.12.2022-ci il tarixində mənə göndərilən məbləğin mənim məlumatım və razılığım olmadan 30.12.2022-ci il tarixi kartımdan geri çəkməyə təsdiq verib və bu barədə mənə bir il sonra, yəni 2023-cü ilin 2-ci günü bayram təbriki əvəzinə SMS-lə məlumat verib. Deməli, “Rabitəbank” müştərinin etibarlı və güvənli bankı deyil. Mən artıq bugündən etibarən “Rabitəbank”dan bu hadisədən sonra imtina edirəm. Siz də bu barədə diqqətli olun... Biz “Rantəbank”ın onlarla filialında baş verən qanunsuzluqlar barədə yazmağa ehtiyac görmürük. Təsəvvür edirsiniz, bu bankın internet sistemi uzun müddət fəaliyyət göstərməyib və o zamankı “Başbankir” Elman Rüstəmov deyib ki, “Rabitəbank” bizdən 1 aylıq möhlət istəyib. XXI əsrdə bu qayda ilə işləmək müştərilər üçün yaramır. Başqa bir müştəri yazır ki, Rabitə Bankla "133 operator əlaqəsi" saxlamaq heç cür mümkün deyil, operatora qoşulmaq üçün "0" düyməsini sıxdıqdan sonra ingilscə sözlər gəlir, əlaqə kəsilir və 6 qəpik balansdan çıxılır… Və 5 gündən sonra cavab verirlər… Başqa bir müştəri yazır….Belə məsuliyyətsiz bank görməmişəm… Daha bir başqa müştəri yazır ki, bu bankda işə düzəlmək məsələsi şəffaf deyil, tanışlıq-filan… Bu siyahını uzatmağa dəyərmi…? P. S. Bank sistemində fəaliyyət o qədər şəffaf olmalıdır ki, o, cəmiyyətin hər tərəfindən görünə bilsin...
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Şəhər üzrə Nümayəndəliyi Heydər Əliyev prospektində aparılacaq təmir və abadlıq işləri ilə bağlı cari ilin avqust ayının 1-də başladığı satınalma müsabiqəsinin qalibini və nəticələrini açıqlayıb.
TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 199 min 056 manat olan tenderin qalibi “Zaqatala – 2016” MMC (VÖEN - 5100991491) elan olunub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət Heydə Əliyev prospektində təmir və bərpa işləri həyata keçirəcək.
Bu işlər sırasına əvvəlcə 1400 metr sahədə yararsız beton səki daşlarının, 2450 kv-metr sahədə yararsız tamet tavaların, 180 kubmetr sahədə beton bünövrənin və eləcə də 750 kv-metr sahədə qalınlığı 4 sm-ə qədər asfalt-beton səki örtüklərinin əl ilə sökülməsi işləri aparılacaq.
Bundan başqa, 564 kub-metr sahədə III qrup torpağın ekskavatorla, 57 kubmetr sahədə isə III qrup torpağın əl ilə qazılması, 620 kvmetr sahədə arxın dibinin əl ilə planlaşdırılması, 93 kubmetr sahədə arxın dibinə qum-çınqıl qarışığından əsasın düzəldilməsi, 564 metrlik D-400 azbest borularının kanala quraşdırılması və digər 33 adda işlərin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Zaqatala-2016" MMC 17 fevral 2016-cı ildə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Zaqatala şəhəri,V.Qurbanov küçəsiev-29 ünvanında yerləşir.
Qanuni təmsilçisi Yusifov Vasif Yusif oğludur. Təkcə 2020-ci ilin yanvar-sentyabr aylarında Zaqatala rayonunda elan olunan tenderlərin ümumi məbləği 1,488 milyon manat təşkil edib.
Bu tenderlərdən ən böyüyü 597 min manat dəyərində olub ki, həmin satınalmanın da qalibi məhz “Zaqatala 2016” MMC olub. Şirkətin Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadəyə yaxınlığı ilə bağlı yerli mətbuatda məlumatlar dərc olunub.
Bu amilin qurumun yarandığı gündən yalnız Rayon İH-nin həyata keçirdiyi tenderlərdə “baş rollar”da iştirak etməsində və 1 milyondan manatdan çox məbləğə sahib olmasında əsas rol oynadığı bildirilir.
Onu də bildirək ki, internet resurslarında Vasif Yusifov haqqında heç bir məlumat yoxdur.
Naxçıvanla bağlı çox maraqlı proseslər baş verir. Qeyd edim ki, Vasif Talıbov dönəmində ciddi korrupsiya hallarının bir başa iştirakçılıqları olan və mühüm sahələrə başçılıq edən bəzi önəmli fiqurlar Fuad Nəcəfli komandasında nəinki mövcudluqlarını qoruya bildilər, hətta mövqelərini daha da möhkəmlətdilər. Belələrindən biri də MR-in baş naziri Səbuhi Məmmədovdur. Bu adam çox savadlı kadr, gözəl maliyyəçidir. Proseslərin gedişi göstərir ki, sən demə, sözügedən persona həm də yaxşı siyasətçi imiş. Baş Nazir bəzi maraqlı gedişləri (?) ilə şəxsini Naxçıvanla bağlı ictimai nəzarəti təmin edənlər kimi cəmiyyətə sıranan bəzi “tənqidçilərdən” də qoruya bilib. Hətta nəinki özünü, kurasiyasında olan və iqtisadi bloka aidiyyəti olan bəzi korrupsioner komanda üzvlərini də bu hədəfdən yayındırmağı bacarıb. Əsaslı iddialar var ki, Vasif Talıbovun maraqları laxladılan və ondan sonrakı dönəmdə medianın tənqid hədəfinə gətirilənlərin böyük əksəriyyəti Naxçıvanda Səbuhi Məmmədova rəqib olan qruplaşmaların üzvləri olub. Bəzi məlumatları araşdırdıqdan sonra, Səbuhi Məmmədovun hansı jurnalistlərlə və nələrin müqabilində separat əlaqədə olduğu barədə daha ətraflı məlumat verəcəm… Məhəmmədəli Qəribli Teref.az
TEREF.AZ yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli araşdırmalarının nəticəsini öz feysbuk səhifəsində dərc edib. Jurnalist araşdırması ilə bağlı səhifəsində yazır:
Ziya Məmmədovun oğlunun Britaniyadakı şirkətlərinin birinin audit sənədində qeyd olunur; The principal activity of the company in the period under review was that of retail of Kentucky Fried Chicken and its associated products. (Nəzərdən keçirilən dövrdə şirkətin əsas fəaliyyəti Kentucky Fried Chicken və onunla əlaqəli məhsulların pərakəndə satışı olmuşdur) Kentucky Fried Chicken -KFC brendinin tam adıdır. Daha sonra jurnalist araşdırmasına aydınlıq gətirərək yazır: Ziya Məmmədovun İngiltərədə oğluna məxsusluğunu inkar etdiyi onlarla restorandan 6-sı Anar Məmmədovun benefisiarı olduğu şirkətlərdən təkcə birinin vasitəsilə idarə olunur ki, onun da aktivləri 4 milyon funt sterlinq təşkil edir. Amma bu restoranlar KFC deyil, "Pizza Hut" adı altında fəaliyyət göstərir.