Ardını oxu...
Kanadada yaşayan soydaşlar "Bizim Kanada" deyə facebookda qrup yaradıblar. Bu səhifədə tez tez bu tip yazılara rast gəlmək olar. Son bir ayda iki fərqli və naməlum səhifələrdən Kanadaya pul köçürülməsi ilə bağlı statuslar paylaşılır. Bucür paylaşımlar adətən gizlin yollarla, qara yollarla Azərbaycandan pul çıxarılmasına hesablanıb. Mənim şəxsi iddiam və şübhələrim bu pulların Fuad Muradova (Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri nəzərdə tutulur -red.) bağlılığının olmasıdır. Şəxsi düşüncəm və qənaətimdir. Araşdırma aparmaq və məsələyə hüquqi qiymət vermək, hüquq mühafizə orqanlarının işidir. Bu pulları Azərbaycandan hansı məqsədlə çıxarırlar və niyə bucür yollarla?
Mənim şəxsi iddiam bu pulların Fuad Muradova bağlılığının olmasıdır. Hüquq mühafizə orqanları bu faktı araşdırmalıdır. Məndə olan məlumata görə Komitə rəhbərliyində təmsil olunan şəxsin yaxın qohumu və etibarlı adamı Kanadada yaşayır . Çünki Muradovun Amerikada biznesinin olduğuna dair iddialar da səsləndirmişik , bu fakt isə Komitə rəhbərliyi tərəfindən təkzib olunmayıb. Digər tərəfdən Amerikaya pul keçirməyin ən "yaxşı yolu" məhz Kanadadır. Deyə bilərsiz ki, Amerikada da bu işləri görmək mümkündür. Zənnimcə burada Kanada faktı diqqəti ABŞ-dan yayındırmaqdır.
Mən hüquq mühafizə orqanlarını bu faktı araşdırmağa çağırıram!

Rəşad Quliyev
Dünya Azərbaycanlıları Assambleyası sədri
Ardını oxu...
Təmir-tikinti işləri ilə məşğul olan “SV Qrup” şirkətinin rəhbəri Vahid Xələfov beş aydır ki, həbsdədir. Şirkət rəhbəri Nazirlər Kabinetinin İşlər İdarəsinin rəisi Hikmət Xəlilovu öldürməklə hədələyib ondan milyonlarla pul tələb etməkdə ittiham olunur. Xələfov isə deyir ki, yalandır, onu hədələməyib, sadəcə Xəlilov öz vəzifəsindən sui-istifadə edərək onu həbs etdirib.

Bu barədə Azadlıq Radiosu məlumat yayıb.

Bildirilib ki, Xələfov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ona hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, özbaşınalıq kimi ittihamlar verilib.

Cinayət işinin materiallarına görə, əvvəllər Xələfovla Xəlilov arasında biznes münasibətləri olub. Sonradan münasibətləri gərginləşib, ədavət yaranıb. Hikmət Xəlilovun həyat yoldaşı məhkəmədə ona qarşı 500 min manatlıq iddia qaldırıb. Məhkəmə də Südabə Xəlilovanın xeyrinə qərar çıxarıb. Nəticədə Vahid Xələfov Yasamalda yerləşən evini boşaldıb Hikmət Xəlilova yaxın adamın adına keçirib.

İddia olunur ki, Vahid Xələfov Nazirlər Kabinetinin idarə rəisindən qisas almaqdan ötrü Şağan qəsəbəsində onun yaşadığı evin yanına gəlib. Səhər o, işə gedəndə avtomobilinin qarşısını kəsib, pnevmatik tapança ilə onu hədələyib, 4 milyon 100 min pul tələb edib. Xəlilov isə cəld tərpənib, avtomobilini sürərək oradan uzaqlaşıb və dərhal da polisə məlumat verib.

54-yaşlı Xələfov məhkəmədə danışıb ki, Xəlilovla 2009-cu ildə tanış olub. Həmin vaxt o, Prezident Administrasiyasında çalışırdı:

“Bizim tikinti şirkətimiz vardı. O da Prezident Administrasiyasında dövlət layihələrində bizim kurator idi…”.
Xələfovun sözlərinə görə, bir neçə il birlikdə işləyiblər, onun sifarişi ilə çoxsaylı ev, ofis binalarının təmir-tikintisini həyata keçirib. Onların arasında Xəlilovun özünün, ailə üzvlərinin evləri, obyektləri də olub. Xələfov birgə əməkdaşlıq çərçivəsində təmir-tikintisini apardığı əmlaklardan Qobu qəsəbəsində tikinti materialları zavodu, “Sapphire Plaza”, Mənzil İstismar Sahəsinin binası, müxtəlif evlər və s. sadalayıb. Onun sözlərinə görə, Qobudakı zavodu Xəlilovun sifarişi ilə 2011-2013-cü illərdə tikib. Avadanlıqlar Çindən gətirilib.

Xələfov deyir ki, sonradan Hikmət Xəlilov pulların verilməsini gecikdirirdi. Bu üzdən aralarında 4 milyondan çox borc yaranmışdı:

“Hikmətlə bir daha görüşdük və pulumu istədim. Onda şirkətimin hesabına 500 min manat keçirdi. Ondan sonra ödəniş etmədi. Eşitdim ki, arvadı məhkəməyə iddia verib, guya, Qobuda onun adına torpaqda ondan xəbərsiz zavod tikmişəm. Belə yalan olar?! Zavodun açılışında özləri, öz yaxınları da olub. Hikmət vəzifəsindən sui-istifadə etdi, məhkəmə də onların xeyrinə qərar verdi”.

Xələfov vurğulayıb ki, bundan sonra Xəlilovlar evini də əlindən alıblar. O əlavə edib ki, Nazirlər Kabinetinin şöbə rəisi ilə aralarında çoxsaylı yazışmalar var. Həmin yazışmalar dediklərini sübut edir.

“Hikmət Xəlilov Prezident Administrasiyasında işləyirdi, özü bizneslə məşğul ola bilməzdi. Amma faktiki olub. Vahid Xələfov da olun göstərişlərini yerinə yetirib”, – bunu isə Xələfovun vəkili Osman Kazımov məhkəmədə deyib.
Vəkil istintaq dövründə müdafiə hüququ pozuntusundan da gileylənib.

Amma Nazirlər Kabinetinin İşlər İdarəsinin rəisi Xələfova borcu olması haqda iddiaların yalan olduğunu deyir. 66-yaşlı Xəlilov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb və istintaqda ifadə verib. O bildirib ki, Xələfov bundan əvvəl də onunla bir neçə dəfə görüşüb, pul tələb edib. Məsələn, 2022-ci ilin yayında ona deyib ki, əgər pulu verməsə, özünə qəsd edəcək.

Xələfov deyirdi ki, dəfələrlə borcunu istəyəndən sonra Xəlilov ona 500 min verib. İdarə rəisi ona 500 min verdiyini istintaqda təsdiqləyib, amma səbəbini başqa cür izah edib. İddia edib ki, Xələfovla Bayıl tərəfdə restoranların birində görüşüblər:

“Orada məni, az qala, girov götürmüşdü, otaqdan çıxmağa qoymurdu. Ona görə çarəsiz qalıb zəng edib tanışımdan xahiş etdim ki, onun ofisinə aparıb 500 min ödəsin”.

Xəlilov etiraf edib ki, sonradan Xələfov onun haqqında prezidentə şikayətlər yazdığına görə həyat yoldaşı da məhkəmədə 500 min manatlıq iddia qaldırıb.

Xələfova ittiham verilən maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
 
Ardını oxu...
Proqram təminatları və texnoloji məhsulların istehsalı ilə satışını həyata keçirən “DN Technologies” MMC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkına (YTP – Texnopark) 32 550 manat məbləğində ödəniş etməlidir.
Qaynarinfo xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova bununla bağlı qətnamə çıxarıb.
“DH Technologies” MMC Texnoparkın rezident şirkəti olub. Şirkət müqavilələrdən əmələ gələn öhdəliklərə riayət etmədiyinə görə Texnopark məhkəməyə müraciət edib.
İş materiallarından məlum olur ki, Texnoparkla “DN Technologies” MMC arasında bağlanmış müqaviləyə görə əldə olunan gəlir bərabər bölünməliymiş. Lakin Texnoparkın iddiasına görə şirkət bu öhdəliyə əməl etməyib.
Bundan başqa, YTP müvafiq məhsulların hazırlanması üçün şirkətə 31 000 manat ödəniş edib. Şirkət bu məbləği də geri qaytarmayıb.
İşin bütün tərəfləri araşdırılıqdan sonra Texnoparkın iddiası qismən təmin edilib. Qətnamədə qeyd edilib ki, 31000 manat əsas borc məbləği və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmaqla 1550 manat məbləğində gecikmə faizi, cəmi 32 550 manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq Texnoparka ödənilməlidir.
Qarşı tərəfin apellyasiya şikayəti verib-vermədiyi barədə açıq mənbələrdə məlumat yoxdur.
 
Ardını oxu...
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə 19.04.2023-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub və 05.09.2023-cü il tarixdə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.526.795,63 manat məbləğində satınalma müqaviləsi bağladığını dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlayıb.

Qeyd edək ki, bu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “Referans Pharmaceuticals” MMC arasında ilk satınalma müqaviləsi deyil. Buna qədər də Dövlət Agentliyi dərman vasitələrinin satın alınması üzrə keçirdiyi tenderlərdə hər il “Referans Pharmaceuticals” MMC-yə on milyonlarla manatdan çox dövlət sifarişi verib. Maraqlıdır, hər il dövlət büdcəsindən on milyonlarla vəsait alan “Referans Pharmaceuticals” MMC kimə məxsusdur?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “REFERANS PHARMACEUTICALS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.10.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 100.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AK.MİRƏLİ QAŞQAY, ev 76, qanuni təmsilçisinin isə Əliyev Abbas Famil oğlu olduğu göstərilir.

Apardığımız ətraflı araşdırmada məlum oldu ki, MMC 21.10.2014-cü il tarixdə Heydərov İqbal Qəhrəman oğlu tərəfindən təsis edilib. Bəs Heydərov İqbal Qəhrəman oğlu kimdir?

Açıq internet resursları üzərindən apardığımız araşdırmalarda Heydərov İqbal Qəhrəman oğlunun 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatını tapdıq. Lakin çoxlu axtarışlarımıza baxmayaraq Heydərov İqbal Qəhrəman oğlunun hər hansı bir elmi dərəcəsinin olması barədə heç bir məlumat tapa bilmədik. Amma bunları tapdıq.

Elektron media tərəfindən 13 yanvar 2016-ci il tarıxində Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, “Novo Vita P” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150A saylı ünvanda yerləşən “Novo Vita P” MMC tərəfindən ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətinin süni surətdə dəfələrlə artırılması, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlanması və qanunsuz satılması müəyyən edilib.

Bundan başqa, cəmiyyətin idxal və satışı ilə məşğul olduğu çoxsaylı dərman vasitələrinin ayrı-ayrı həkimlər tərəfindən xəstələrə yazılması müqabilində sonunculara verilən pul məbləğləri (faizlər) yazılmış jurnallar, reseptlər, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb.

“Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydərov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, İ.Heydərov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokurorluğun 2016-cı ildə yaydığı məlumatlarda İqbal Heydərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldırdığı bildirilir.

Düzdür “Novo Vita P” MMC artıq fəaliyyətini dayandırıb. Amma “Referans Pharmaceuticals” MMC-nin qanuni təmsilçisi Əliyev Abbas Famil oğlu olsa da kim zəmanət verə bilər ki, İqbal Heydərov təsisçilik hüququnu özündə saxlamır və illər əvvəl olduğu kimi, ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətini süni surətdə dəfələrlə artırmır, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlamır, qara mühasibatlığın aparılmasına dair kitablar tutmur, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin rəsmilərinə “otkat” vermir?

Aktualinfo.org
 

Ardını oxu...
"DƏDKR-nin 15 saylı Ərazi İdarəsinə də ƏMDX-nin Qazax Ərazi Şöbəsi qanun pozuntusu faktını aşkar etmək istəmədilər".
Bu fikirlər 2-ci Qarabağ müharibəsi veteranı İsgəndərli Fərhad Məhəmməd oğlu tərəfindən Faktinfo.az saytına göndərilən növbəti məqalədəndir. İsgəndərli Fərhad qeyd edir ki, 24.04.2023-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov cənabına Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" deyilən ərazisində örüş yeri kimi istifadəsində olan icarə torpağının 1,8 hektarının zəbt edilib, qanunsuz əkin sahəsi kimi istifadə edilməsi ilə bağlı müraciət məktubu (SS843221964AZ) ünvanlayıb. Bundan sonra məsələyə səthi yanaşılıb və ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 31.05.2023-cü il tarixində, № 3-21-3-02/2-İ-0329-8/2023 saylı məktub göndərilib ki, məhkəməyə müraciət edin.

Yəni, DƏDKR-nin 15 saylı Ərazi İdarəsi, nə də ƏMDX-nin Qazax Ərazi Şöbəsi 1,8 hektar ərazinin kimin istifadəsində olduğunu bilərəkdən tədqiq edib baş idarəyə düzgün məlumat vermədiklərindən, ona məhkəməyə müraciət etməsi məsləhət bilinib. Təkrar edirəm ki, idarələrin göndərdiyi sənədləri əsas götürən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" adlanan ərazisində zəbt olunmuş 1,8 hektar icarə torpağı ilə bağlı məhkəməyə müraciət etməyimi məqsədəuyğun bilib. Sual oluna bilər, niyə belə qənaətə gəlinib?

Böyük ehtimal ilə, ƏMDX-nin Qazax Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi - müfəttiş Həsənov Elnur, sektorun müdiri Şahbazov Xançoban, özəlləşdirmə sektorunun məsləhətçisi Həsənli Vüsalın iştirakı ilə akt tərtib oluna bilərdi. Akta da yazıla bilərdi ki, fakt üzrə araşdırma (monitorinq) aparılıb, mövcud 1,8 hektar əkin sahəsinin Ağstafa rayonu Qıraq Kəsəmən kənd sakini Tatarov Əsgər Hüseyn oğluna Qıraq Kəsəmən kənd bələdiyyəsinin 01.09.2007-ci il tarixli qərarı ilə icarəyə verilmiş 10 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində aparıldığı məlum olub. Tatarov Əsgər Hüseyn oğluna verilmiş torpaq sahəsinin də təhvil aktı və ya yerqurluşu planı tərəfimizdən əldə edilib.

Yəni, demək istəyə bilərdilər ki,şikayət edilən 1,8 hektar torpaq sahəsi Tatarov Əsgər Hüseyn oğluna icarəyə verilən 10 hektar torpağın tərkib hissəsidir,1,8 hektar örüş yeri olan icarə torpağının İsgəndərli Fərhad Məhəmməd oğluna aidiyyatı yoxdur.Bu da ola bilərdi onların monitorinq araşdırması.Akta da qeyd edə bilərdilər ki,burada pozuntu halı Tatarov Əsgər Hüseyn oğlu tərəfindən örüş yerinin 1,8 hektarının əkin sahəsi kimi istifadə edilməsindədir ki, bununla bağlı şəxsə xəbərdarlıq edilib. Aktın da doğruluğunu imzamızla təsdiq edirik. Vəssalam,cüttamam!

Məsələyə İqtisadiyyat Naziri MİKAYIL CABBAROV cənabının diqqətini çəkmək istəyirəm. Bu şəxslərə sual verilsin.

1. Sizlər - ƏMDX-nin Qazax Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi-müfəttiş Həsənov Elnur, sektorun müdiri Şahbazov Xançoban, özəlləşdirmə sektorunun məsləhətçisi Həsənli Vüsal, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" adlanan ərazisində monitorinq aparan zaman əraziyə baxdınızmı ki, orada Tatarov Əsgər Hüseyn oğlunun adına 10 hektar icarə torpağının olub-olmadığını biləsiniz.Yaxşı, 10 hektarın 8,2 hektarı haranı əhatə edir? Bu 8,2 hektar ərazi qorunan sahə olmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan torpaq sahəsi deyil ki?!

2. Ümumiyyətlə, "sənədlərdən", 1,8 hektar ərazidən kənar 8,2 hektar ərazinin sərhədləri hansı torpaqları kəsir və yaxud Ağstafa rayonu Qıraq Kəsəmən kənd bələdiyyəsinin 01.09.2007-ci il tarixli qərarı ilə Tatarov Əsgər Hüseyn oğluna icarəyə verilmiş 10 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏSİ varmı?!

Varsa, Tatarov Əsgər Hüseyn oğlun adına 10 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin istifadəsinə dair TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏ olmalıdır. Elə deyilmi? Bəli fikri yetərsaydı! Elə isə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi və digər dövlət orqanları üçün ehtimal etdiyim AKTI tərtib edən şəxslər niyə tələb etmədilər bu sənədi?! Maraqlıdır, deyilmi?!

Və yaxud, TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏ ikinci tərəf - İsgəndərli Fərhad Məhəmməd oğlunun iddia etdiyi torpağa dair 14 iyul 2003-cü ildən 2018-ci ilə qədər 15 hektar torpaq sahəsi götürmüş, (Şəhədətnamə -JN-3348 ; Kod - 50207018) Kərimov Kərim Murtuz oğlunun adına varsa, demək ki, Ağstafa rayonu Qıraq Kəsəmən kənd bələdiyyəsinin 01.09.2007-ci il tarixli qərarı ilə Tatarov Əsgər Hüseyn oğlunun adına verilən 10 hektar icarə torpağı saxtadır. Yəni, torpağın birinci və 2003-cü ildən adına icarədə olan sahibinin kimliyini ƏMDX-nin Qazax Ərazi Şöbəsi tədqiq edə bilməyib və bunu etmək istəməyib. Bəli, bəli! Bu fakt faktlığında qalır və ƏMDX-nin Qazax Ərazi Şöbəsinin manitorinqinin nəticəsi bağça uşağına əxlaq dərsi keçmək qədər absurd görünür.

3. Buradan dövlət sənədlərinin saxtalaşdırılmasının "iyi" gəlir, o, Tatarov Əsgər Hüseyn oğlu 1,8 hektar örüş ərazisini zəbt edib, ona bu işdə şərait yaradılıb, onun zəbt etdiyi ərazini legetimləşdirmək üçün "sənədlər üzərindən" də adında 8,2 hektar örüş təyinatlı torpaq sahəsinin olduğuna dair əsas uydurulub. Əks təqdirdə, bu şəxsin 1,8 hektar ərazini zəbt etməsinə "don geyindirmək" mümkünsüz görünərdi.

4. Ağstafa rayonu Qıraq Kəsəmən kənd bələdiyyəsinin 01.09.2007-ci il tarixli qərarı ilə Tatarov Əsgər Hüseyn oğlunun adına verilən 10 hektar icarə torpağının 1,8 hektarının qanuni əsası varsa, nədən Ağstafa rayonunun Qıraq Kəsəmən kənd bələdiyyəsinin sədri Balabəyim Yaqubəliyevanın ərazinin yenidən ölçülməsi üçün DƏDKR-nin 15 saylı Ərazi İdarəsinə etdiyi müraciət zamanı, DƏDKR-nin 15 saylı Ərazi İdarəsinin nümayəndəsi V.T. Mustafayev ölçü işlərini həyata keçirərkən, ərazi 2007-2021-ci il tarixləri üçün Tatarov Əsgər Hüseyn oğlunun adına tədqiq edilməyib. Əvvəllər də onun adına olmayıb. Bu təqdirdə, Tatarov Əsgər Hüseyn oğlu istifadəsində olan 10 hektar örüş torpağına dair 2007-2021-ci illəri əhatə edən tarixlərdə banka ödədiyi vəsaitə dair bir ödəniş qəbzi təqdim edə bilərmi? Ərazidə monitorinq aparan ƏMDX-nin Qazax Ərazi Şöbəsi bu barədə nə deyə bilər?! Bu idarənin "aktın doğruluğunu imzamızla təsdiq edirik" yazdığını ehtimal etdiyim əməkdaşları ortalığa bir sənəd qoya bilərlərmi?! Qoya bilməzlər, çünki Babam Kərimov Kərim Murtuz oğlu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" adlanan ərazisində 1764 kvadrat metr ərazidə maldarlıq ferması tikib. Tikilinin reyestr nömrəsi - 502011005064-12301 İnventar nömrəsi 502-58/98-dir.

Ət istehsalı məqsədilə tikilən fermada saxlanılan iri buynuzlu heyvanların örüş sahəsi üçün babam Kərimov Kərim Murtuz oğlu Qıraq Kəsəmən kənd bələdiyyəsinin "ada" deyilən ərazisindəki, balansda olan örüş təyinatlı torpaqdan icarə müqaviləsi əsasında 14 iyul 2003-cü ildən 2018-ci ilə qədər 15 hektar torpaq sahəsi götürüb (şəhədətnamə -JN-3348 ; Kod - 50207018). O dövrdə ödənilən bütün ödəniş qəbzləri onun adınadır.

5. Babam Kərimov Kərim Murtuz oğlu dünyasını dəyişməmişdən əvvəl - 15.09.2017-ci il tarixində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində "ada" deyilən ərazidə 1764 kvadrat metr maldarlıq fermasını natorial qaydada mənim adıma (İsgəndərli Fərhad Məhəmməd oğlu nəzərdə tutulur) keçirib. Reyestr nömrəsi 502011005064-12301-dir.

Fəaliyyət istiqaməti üzrə məşğul olduğum 2017-2021-ci illərdə Ağstafa rayonunun Qıraq Kəsəmən kənd bələdiyyəsi ilə bağladığım icarə müqaviləsi əsasında sözü gedən 15 hektar örüş ərazisinin banka ödənişlərini özüm etmişəm. Hazırda, Tatarov Əsgər Hüseyn oğlu tərəfindən 1,8 hektar ərazi qanunsuz zəbt edilib, əkin sahəsi kimi istifadə edilən məlum torpaq sahəsi də 14 iyul 2003-cü ildən-2018-ci ilə qədər Ağstafa rayonunun Qıraq Kəsəmən kənd bələdiyyəsi ilə icarə müqaviləsi əsasında bağlanmış və 2019-2021-ci ildə də istifadəmdə olan 15 hektar əraziyə aiddir. Mən hazırda istifadəmizdə olan ƏMDX-nin Qazax Ərazi Şöbəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə göndərilməyən, bu barədə bəhs edilməyən TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏni təqdim edirəm. Aydınlaşsın və kimlərinsə nə qədar xəta işlədiyinin fərqinə varılsın. 2023-cü ildə DƏDKR-nin 15 saylı Ərazi İdarəsinin nümayəndəsi V.T.Mustafayev ölçü işlərini həyata keçirərkən, ərazinin boş olduğunu tədqiq etdikdən sonra da, ƏMDX-nin Qazax Ərazi Şöbəsinin məsləhətçisi-müfəttiş Elnur Həsənovun ərazini nə səbəbdən tanımayıb, məsələni bu səviyyəyə nə səbəbdən gətirməsinə dair tabeçiliyi olduğu baş idarə səviyyəsində aydınlıq gətirilsin. Dövlət sənədinin zamanla saxtalaşdırılması kimlər tərəfindən həyata keçirilibsə,məsuliyyəti müəyyənləşsin.

6. Və ən nəhayət qeyd edim ki,etdiyim şikayətdən sonra aparılan monitorinq zamanı mənim sənədlərimlə qarşı tərəfin sənədləri tutuşdurulmalı idi.Ehtimal etdiyim akta hər iki tərəfin sənədlərinə dair müfəssəl məlumatlar yazılmalı idi.Bununla da 2003-cü ildən, 2018-ci ilə qədər Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" adlanan ərazisində kənd bələdiyyəsindən örüş sahəsi kimi icarəyə götürülən 15 hektar torpaq sahəsinin 1,8 hektarının TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏ əsasında babam Kərimov Kərim Murtuz oğlunun, 2017-2021-ci illərdə isə İsgəndərli Fərhad Məhəmməd oğlunun, yoxsa 2007-ci ildən bu yana TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏsi olmayan Tatarov Əsgər Hüseyn oğlunun adına olub-olmadığı müəyyənləşdirilməli idi.Sənədlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə düzgün göndərilsə idi,inanıram İsgəndərli Fərhad Məhəmməd oğluna(mənə) məhkəməyə müraciət etməyim məsləhət bilinməzdi.Amma fakt odur ki, sənədlərin təftişi proseduru düzgün həyata keçirilməyib.

QEYD: Qarabağ müharibəsi veteranı İsgəndərli Fərhad Məhəmməd oğlu tərəfindən göndərilən məqalə tanışlıq üçün İqtisadiyyat Naziri Mikayıl Cabbarov üçün də nəzərdə tutulub.

Faktinfo.az saytına göndərilən Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməni, maldarlıq fermasının tikintisinə razılıq alınan dövlət orqanlarının siyahısını,sənədi imza edən şəxslərin kimliyini aşağıda foto-qalareyadan təqdim edirik. İnanırıq ki, bu sənədlər DƏDKR-nin 15 saylı Ərazi İdarəsi və ƏMDX-nin Qazax Ərazi Şöbəsi üçün müəyyən suallar doğuracaq ,təhlil imkanları yaradacaq.
 //Faktinfo.az//

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev oğluna “Land Cruiser” avtomobili alıb.

32gun.az-a daxil olan məlumata görə, icra başçısının müavininin oğlu Elnur Alıyev artıq bir neçə gündür işə həmin avtomobillə gedir.

E.Alıyevin idarə etdiyi yeni avtomobilinin qiyməti avtomobil bazarında ortalama 120 min dollardır. Şəmkir Rayon Polis İdarəsinin əməliyyatçısıdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
TEREF.AZ yazır ki, Neftçilərin Hüquqlarını Qoruyan İB-nin sədri Mirvari Qəhrəmanlı Şirvan OYL LTD şirkətinin 3 saylı mədənində çalışan neft hasilatı ustası, müharibə veteranı Canalıyev Rasimin şikayətini icttaimailəşdirib. Mirvari xanım şikayəti içtimailəşdirərərk yazır:
Yenə bir çox Əməliyyat Şirkətlərinin fəaliyyətində "podratçı" qurum olan İlkin MMC, Hacı Qurban? ???
Şirvan OYL LTD şirkətinin 3 saylı mədənində çalışan neft hasilatı ustası ,müharibə veteranı Canalıyev Rasim yazır:
-06 iyul 2023 cü il təxminən saat 18 radələrində ,mənim gündüz növbəsində olduğum zaman mədən müdirinin göstərişi ilə İLKİN MMC-nin daşınma maşınları ilə 52 ədəd 2,5 həcmində borular mədən ərazisindən naməlum istiqamətə aparılmışdır. Onu da qeyd edim ki, daşınma briqadasının işçiləri həmin vaxt boruların yüklənməsində iştirak etməyiblər. Mən bu barədə şirkətin rəhbərliyinə yazılı məlumat vermişəm və təlləb etmişəmki ,əgər əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa ,bu halda mədən müdiri və onunla oğurluqda əlbir olanlar da işdən azad olunmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar! .
Araşdırılma aparılmış ancaq idarənin məsul işçiləri nədənsə boruların oğurlanmasına biganə yanaşırlar. Niyə? Əlavə olaraq bildirirəm ki, hər hansı yolla məni şantaj edirlər, şər, böhtan atırlar,polis şöbəsinə məndən şikayət edirlər. Şər,böhtan İlkin MMC-nin rəhbəri Hacı Qurbanın (???!!) , yaxud onun nəqliyyat rəisi Hüseynin əli ilə atılır.Hamısından da alnı açıq ,üzü ağ çıxmışam.Özüm müharibə veteranı, həyat yoldaşım isə 1-ci qrup gözdən ömürlük əlildir. Mən daha bunların şər böhtanına dözə bilmirəm.
Ardını oxu...
Sizdən artıq dərəcədə xahiş edirəm yazdıqlarımı nəzərə alıb mənə öz köməkliyinizi göstərəsiniz. Boruların oğurlanmasında əli olan sex rəisi Vüsal Qurbanov, baş usta İlham Babayev haqda cinayət işi açılması üçün , problemin işıqlandırılmasında mənə öz köməkliyinizi göstərəsiniz.
Qeyd , Şirvan OYL Əməliyyat Şirkəti 3 fevral 2009-cu ildə imzalanmış, 22 may 2009-cu ildə Parlament tərəfindən təsdiqlənmiş hasilatın pay bölgüsü sazişi əsasında “Kürovdağ” yatağının istismarı ilə məşğuldur. Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət olan Global Energy Azerbaijan Groupun (“GEA”) operatoru olduğu 5 Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) iştirakçısıdır . Rəhbəri Aleksandr Alekseeviç Anoxindir.
Mirvari Gahramanli
tEREF.AZ
 
Ardını oxu...
Bu gün «Fun&Sun» tur-operatorunun təşkilatçılığı ilə Bakıda yerləşən Hilton hotelində növbəti tədbir baş tutub.

Turizmplus.az xəbər verir ki, tədbir zamanı turizmçilərin diqqətini bir məqam cəlb edib. Belə ki, tur-operatorun Birləşmiş Ərəb Əmirliklərində erməni əsilli sahibkar Sirak Muradyana məxsus «Al Khalidah» şirkəti ilə partnyor olduğu ortaya çıxıb. Yəni, seçimdən asılı olaraq, adıçəkilən tur-operatorun hazırladığı turlar zamanı Azərbaycandan BƏƏ-yə gedən turistləri ya «Fun&Sun»ın, ya da «Al Khalidah» şirkətinin bələdçiləri qarşılayıb. Bu informasiya tur-operatorun saytında bu günə qədər gizli saxlanılıb və heç bir turizm agentliyinin bundan xəbəri olmayıb.
Bu həm də ondan xəbər verir ki, yerli vətəndaşlarımızın aldığı turların ödənişləri Sirak Muradyanın cibinə axıb. Əlavə olaraq onu da qeyd edək ki, bronlaşdırmalar zamanı Azərbaycan vətəndaşlarının xarici pasportları, yəni məlumatları da həmin şirkətə avtomatik olaraq ötürülüb.

Qarşı tərəfin fikirlərini də öyrənməyə çalışacayıq. Araşdırma davam edir.
 //NUH.AZ//
 
Ardını oxu...
Şirvan şəhərinin Fariz Eynullayev küçəsi 127 ünvanındakı yataqxana binası qəzalı vəziyyətdədir.

TEREF.AZ yazır ki, Xezerxeber.az-ın məlumatına görə, 100 nəfərə yaxın sakinin yaşadığı yataqxana binası 1965-ci ildə inşa olunub. Həmin dövrdən indiyə qədər binada hər hansı təmir işləri aparılmayıb. İstismar müddətini başa vuran bina qəzalı vəziyyətə düşüb.

Xeyli müddətdir ki, sakinlər qəzalı vəziyyətə düşmüş bu binada yaşamaq məcburiyyətində qalıblar.
Şirvan Şəhər İcra Hakimiyyətinin balansında olan Mənzil Kommunal və İstismar Sahəsindən problemlə bağlı bildirilib ki, həmin yataqxanaya 12 sentyabr 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən baxış keçirilib. Aydın olub ki, yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir. Bina texniki cəhətdən yolverilməz vəziyyətdədir və istismar üçün yarasızdır. Ona görə də 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində orada yaşayan sakinlərin başqa bir əraziyə köçürülməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
 
 
Ardını oxu...
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Böyük Britaniyanın paytaxtı Londonda restoranlar şəbəkəsinə sahibdir.

Ekonominfo.az xəbər verir ki, Anar Məmmədov bir gün ərzində - 23.07.2021-ci il tarixində Londonda restoran biznesi ilə məşğul olan 4 şirkəti satın alıb:
Ardını oxu...
Məlumat üçün bildirək ki, səhmlərinin 75%-i Anar Məmmədova aid olan bu şirkətlərə hazırda Böyük Britaniya vətəndaşları 1970-ci il təvəllüdlü Zafar Abbasi və 1967-ci il təvəllüdlü İqbal Sulemani rəhbərlik edirlər. Bu şəxslər daha əvvəl – 2004-2010-cu illərdə Londonda fəaliyyət göstərən “Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər. Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən ZQAN holdinq Anar Məmmədova məxsus olub. ZQAN adı da sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən yaranıb.

Onu da qeyd edək ki, Anar Məmmədovun sahib olduğu “B.J.R. FOODS LIMITED” şirkəti Londonda məşhur restoranlar şəbəkəsi olan KFC françayzinqinə sahibdir. Bunlardan başqa “COLONEL FOODS LIMITED” istisna olmaqla digər 2 şirkətin də rəsmi veb-saytı kimi KFC şirkətinin saytı (www.kfc.co.uk) göstərilir.

Hazırda Londonda 100-dən çox KFC restoranı fəaliyyət göstərir və aşağıdakı cədvəldə onlardan bəziləri qeyd olunub:
Ardını oxu...
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən KFC restoranları da vaxti ilə Anar Məmmədova məxsus ZQAN holdinqə bağlı olub. ZQAN holdinq 2013-cü ildə adını dəyişərək “Garant” holdinq olub. 2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən çıxarıldıqdan sonra KFC restoranları vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının rəhbərlik etdiyi “Gilan” holdinqin tərkibinə daxil edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti