Ardını oxu...
"DogruXeber.az" xəbər verir ki, hər gün olduğu kimi, bu gün də dövlət satınalma portalında 10-larla tender müqaviləsi barəsində məlumat yer alıb və onlardan bir neçəsinin - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi ilə "Deepfive" MMC, Bakı Sağlamlıq Mərkəzi ilə"Kommunal Xidmətlər Müəssisəsi" MMC və "Y.A.P.D."MMC arasında, Maliyyə Nazirliyi Yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə "tender fəalı" "Sınam" MMC arasında, "Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası" Publik Hüquqi Şəxsi ilə "Azərbaycan Metrologiya İnstitutu " Publik Hüquqi Şəxsi arasında , "Masallı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi, "Cəlilabad rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi və "Şirvan Şəhər Mərkəzi Xəstəxanası " Publik Hüquqi Şəxsi ilə "Frekans Construction and Energy Company" MMC arasında bağlanan müqavilələr və digər bağlanan bir çox müqavilələr barəsində ətraflı məlumat bölməsi ümumiyyətlə boş saxlanılıb ki, bu da toplumda milyonlarla manat məbləğin taleyinin sual altında olmasının göstəricisidir.

Bağlanan müqavilələr arasında daha çox diqqət cəlb edən bir gündə 3 rayonun mərkəzi xəstəxanası ilə müxtəlif məbləğlərdə - "Masallı rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsi ilə "əsas fondlara xidmət haqqı" üçün 10.761,6 (on min yeddi yüz altmış bir, altmış) AZN, 3 mərtəbəli "Cəlilabad Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi ilə "Liftlərə servis xidmətinin satınalınması" üçün 16.299, 58 (on altı min iki yüz doxsan doqquz, əlli səkkiz) AZN, 4 mərtəbəli "Şirvan Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi ilə isə "liftlərə aylıq servis xidməti" üçün isə 7.788 (yeddi min yeddi yüz səksən səkkiz) manat məbləğin xərclənəcəyi qeyd olunub.

Qeyd edək ki, "servis" sözü Azərbaycan dilinə tərcümədə "xidmət" deməkdir. Maraqlıdır ki, yeni direktorunu təzəcə qarşılamış Şirvan şəhər mərkəzi xəstəxanasının, haqqındakı məlumatlar "sirr saxlanılan" tender müqaviləsində xidmətin adında "servis xidməti" sözü yer alır. Üstəlik də, bir gündə 3 xəstəxananın güya elan etdiyi tenderlərin hamısının "qalibi olan" və bunlardan ikisi barəsindəki məlumatları ictimaiyyətdən "gizlədən" "Frekans Construction and Energy Company" MMC -nin nə fəaliyyəti barəsində, nə şirkətin özü haqqında internet üzərindən heç bir məlumat tapa bilmədik.

Nizamnamə kapitalı cəmi 10 manat olan bu MMC 2009-cu ildə yaranıb. Əvvəlki hüquqi ünvanı Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi ev 93 olub, hüquqi şəxs Ömərov Qüdrət Bayram oğlu rəhbərliyi ilə 2023-cü ilin noyabr ayına qədər "Şəhərgah" MMC adı ilə, 2023-cü ilin noyabr ayından isə dəyişdirilərək, adı "Frekans Construction and Energy Company" MMC olub, hüquqi ünvanı Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 23 m, 137, hüquqi şəxs isə Məsimov Adil Bəhlul oğlu olub.

Hüquqi şəxslərin də hər ikisi barəsində heç bir məlumata rast gəlmədik. Lakin, internet üzərindən haqqında heç bir məlumatın olmadığı bu MMC-nin adı isə yarandığı vaxtdan bu vaxta qədər yalnız yüzlərlə müxtəlif tenderlərin qalibi kimi satınalma portalında tez-tez qeyd olunub.

Yeri gəlmişkən, biz bu barədə məlumat almaq üçün adları çəkilən xəstəxanaların üçünün də xidmət nömrələri ilə əlaqə saxlamağa çalışdıq, dəstəyi qaldıran olmadı.

Xatırladaq ki, "Şirvan şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin direktoru Pərviz Rüstəmbəyov 3 avqust 2023-cü il tarixində bu vəzifəyə təyinat alıb. Təyinata qədər isə TƏBİB -in ixtisaslı tibbi yardım departamentində ixtisaslaşmış tibbi yardım xidmətinin təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

"DogruXeber.az" olaraq adları çəkilən tərəflərin hər birinin mövqeyini dinləməyə hazırıq.

Dogruxeber.az
Ardını oxu...
“Araz” supermarketlər şəbəkəsinin Bakı şəhər Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən filiallardan birində vaxtı ötmüş məhsullar satılır.
News365.az xəbər verir ki, bu barədə sosial mediada video yayılıb.
Dünən aldığı kolbasanın videosunu paylaşan sosial media istifadəçisi onun istifadəyə yararsız olduğunu qeyd edib.
Paylaşılan videoda kolbasanın son istifadə tarixinin 9 noyabr 2023-cü il olduğu görünür.
Bakıvaxtı.az məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsinə sorğu göndərib.

 
 
 
Ardını oxu...
Bu gün evə gəlmişəm ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin direktor müavini Natiq Dadaşovun adından mənim şikayətimə cavab məktubu gəlib. Bu cavab məktubunun blankını, blank kağızını, imza nüsxəsinin ora əlavə edilməsini nəzərə alanda aşağı-yuxarı 10 manat edir. Bu adamlara kim ixtiyar verib ki, xalqın pulunu belə məsrəf edirlər? Bu adamın imzasını çox güman ki, dizayner işləyib. Bu imzanın dizaynerə sifariş vermək üçün Natiq Dadaşovun qazandığı pulların mənbəyini araşdırmaq mənə borc olsun.

Natiq Dadaşovun sədr müavini olduğu AYNA bilməlidir: Tələb etdikləri 10 manatı qazanmaq üçün mən 4-5 saatdan artıq yuxu yatmıram. Məni tanıyanlar bilir, xəsis, çürükçü adam deyiləm, dövlətin vergisini, rüsümunu, cəriməsini ödəməkdən də heç zaman çəkinməmişəm. Amma indi məsələ bir qədər fərqlidir. Mən bir jurnalist, QHT sədri, ictimai-siyasi fəal, yazıçı, 44 günlük savaşın veteranı, hüquqşünas olaraq LƏYAQƏT davası aparıram. Mənə "sən parkinq ödəməsi etmədən qaçmısan" demək, şərəf və ləyaqətimi aşağılamaq deməkdir. Bunu heç kəsə bağışlamaram!

Əgər mənim sürücü olaraq parklanma haqqını ödəməkdən qaçmaq niyyətim yoxdursa, ancaq AYNA-nın tələb etdiyi metodlarla ödəniş edə də bilmirəmsə, nə etməliyəm?

AYNA-ya məhz bu barədə sual vermişəm və aldığım, yumşaq desək, "şablon" cavabda AYNA İH sədr müavini mənim həyat təcrübəmi, ağlımı, savadımı, şəxsiyyətimi dolayısı ilə təhqir edərək bildirir ki, inzibati tənbehə layiqəm!

Təhqirə keçməyəcəm, amma bir daha publik şəkildə AYNA-dan suallarıma cavab istəyirəm:

1) Azərbaycan Respublikasının Konstitusiyana əsasən, mənim yanımda mobil telefon daşımaq kimi bir öhdəliyim varmı?

2) Mən parklanma üçün, sizin təbirinizcə desəm, lazım olan mobil telefondan istifadə etmirəmsə, onu evdə unutmuşamsa, yaxud mobil telefonumda gərəkli kontur və internet limiti yoxsa, parklanma üçün hansı ƏSAS (mobil metodlar ƏSAS deyil və ola da bilməz, bunu qanunlar deyir) ödəniş üsullarından istifadə etməliyəm?

3) Siz necə müəyyən etmisiniz ki, mən ödənişi SON ZƏRURƏT HALINDA deyil, QƏSDƏN etməmişəm? Sizin motiv ölçən cihazınız varmı?

Natiq Dadaşov, baxın, mədəni şəkildə xahiş edirəm, bu suallara cavabı özünüz və öz dəsti-xəttinizlə yazın. Yazın, görək, Siz, ümumiyyətlə, tutduğunuz vəzifə üçün gərəkli olan elementar inşa qabiliyyətinə maliksinizmi?

ƏN NƏHAYƏT, Sizin Azərbaycan Respublikasının milli valyutasına və Azərbaycan dövlətinə bağlı adamlara qarşı bu hücumlarınız nə ilə bağlıdır?

Əgər bütün bunları qəsdən edirsinizsə, mən qanımı qaşığa qoyub bu davanı apararam!
Taleh ŞAHSUVARLI
demokrat.az
Ardını oxu...
"Deməli, bu şəkli 135 nömrəli avtobusda çəkmişəm..."
Dia-az.info bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rüfət Bayramlı adlı istifadəçi giley edir.
Ardını oxu...
Narazı vəttəndaş daha sonra qeyd edir: "135 və 119 nömrəli avtobusların əksəriyyətində dayanma düyməsi bu gündədir.

"Faiqoğlu" şirkəti görəsən, avtobuslarında bunları görmürmü? Təbii ki, görməz. Onu ancaq pul maraqlandırar.

Avtobusun dayanması üçün sərnişin ya qışqırmalı, ya qapını qırmalıdır ki, bu dayanacaq tanımayan sürücülər saxlasın. Hələ biraz gecikən kimi də ümumiyyətlə, dayanacaq da onları maraqlandırmır..."
 
Ardını oxu...
“Araz Supermarket” vaxtından 2 həftə keçmiş yumurta satır.

Pravda.az-ın xəbərinə görə, bu iddia ilə sosial şəbəkə istifadəçilərindən biri çıxış edib.

“Diqqətsizlik edib istifadə tarixinə baxmadan almışdım. Vitrinin önünə rahat-rahat da yığıb satırlar. Bir-iki gün keçmiş olsa, hansısa işçini qınamaq olar ki, vitrinlərə baxmır və s. Amma 2 həftə ərzində vitrindən bu mal yığışdırılmırsa, deməli, “kimə gedər-gedər” deyib hər şeyi də satırlar”, - o qeyd edib.

Pravda.az “Araz supermarket” MMC—yə sorğu ünvanlayıb.

Fotoları təqdim edirik
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Cümhuriyyət dövrünə aid "pryanik" satışa çıxarılıb.
14 sentyabr 1918-də istehsal olunub.
Ən maraqlısı da saat 27:04-də.
Kilosu da cəmi 2300 manat.

P.S. Dedik... güləsiniz...

dia-az.info
 

Ardını oxu...
Növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb.

APA xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 28-dək olan dövrü əhatə edir.

Həmçinin, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiya­sına müraciət edilməsi müddəti də 2024-cü il yanvarın 28-dək nəzərdə tutulub.
 
Ardını oxu...
"Üzərindən 1 həftə keçməsinə baxmayaraq, xadimənin haqlı tələblərinə Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən müsbət cavab verilməyib". Dia-az.info bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

Jurnalis keçən günlərdə qaldırdığı problemin - vətəndaş gileyinin hələ də həllini tapmadığını vurğulayaraq əlavə edir:

"Onun tələb etdiyi yerə də hələ ki heç bir xadimə işə götürülməyib. Nazirliyin "burda mənəm, Bağdadda kor xəlifə" inadkarlığı ucbatından deyəsən kənd xəstəxanası xadiməsiz qalacaq..."


***

Dia-az.info olaraq keçən günlərdəki şikayətin mətnini də təqdim edirik...

Bir müddət əvvəl Naxçıvandakı mənbələrimizə istinad edərək, bildirmişdik ki, bu diyarın səhiyyə sistemində hətta xadiməlik belə hərraca çıxarılıb. Özü də babat qiymətə - 3000-5000 manata.
Babək rayonunun Sıxmahmud kənd sakini Mehdiyeva Bahar Abdulla qızının redaksiyamıza göndərdiyi səs mesajı da bu iddianı təsdiqləyir. Onun iddiasına görə, 4 ildir xadimə işləmək üçün növbədədir. Babək rayonunda xəstəxanalardan birində xadiməlik yeri də boşalıb. O, ailə vəziyyətini əsas götürüb bir çox ünvanlara müraciət edib, bu iş yerində çalışmaq istədiyini bildirib. Təsəvvür edin, hətta Naxçıvan MR Ali Məclisinin faktiki sədri Anar İbrahimov belə, onun bu istəyinə müsbət cavab verib. Amma yenə işi düzəlməyib. Niyə? Çünki onun bu işə düzəlmək üçün rüşvət verməyə pulu yoxdur.
Maraqlıdır ki, Bahar xanım bu şikayətlə Naxçıvan MR Səhiyyə nazirinin də qəbulunda olub. Nazir isə onun şəkilini çəkərək nazirliyin sosial şəbəkələrində paylaşıb. Adını da qoyub: “vətəndaşların şikayətinə baxıram”. Şikayətə baxmağının nəticəsi isə xadiməni əliboş yola salmaq olub.

dia-az.info
 

Ardını oxu...
Nəsimi rayonu ərazisində tikinti işləri həyata keçirən qalmaqallı “Pilot-16” şirkətindən şikayətlər davam edir. Bu dəfə şirkətin tikinti işləri apardığı Novruzov qardaşları küçəsi 37 ünvanında yaşayan vətəndaş Ağayeva Fazilə “Pilot-16″nun fəaliyyətindən ciddi narazılığını ifadə edib. Editor.az-a müraciət edən vətəndaş bildirib ki, “Pilot”-16″ ərazidə tikintiyə başladığı dövrdə qısa müddət ərzində evində 2 dəfə müəmmalı şəkildə yanğın baş verib.

O qeyd edib ki, hər dəfə “Pilot-16” şirkətinə faktiki rəhbərlik edən Aslan Quliyevlə görüşdən sonra ya evimin hansısa hissəsi şirkət tərəfindən dağıdılır, ya da evində səbəbləri bəlli olmayan müəmmalı yanğınlar baş verir: “25 yanvar tarixində evimdə yanğın baş verdiyini qonşulardan eşitdim. Həmin gün günorta evimdə olmuş və evi tam təhlükəsiz şəraitdə qoyaraq tərk etmişəm. Evimdə çıxan yanğını söndürməyə gələn FHN əməkdaşları da qeyd etdilər ki, evdə elektrik naqillərində hər hansı qısaqapanma olmayıb. Eyni zamanda evdə arxa tərəfdəki pəncərələr sındırılıb. Bu məndə ciddi şübhələr yaradır. Ola bilər ki, evi kimsə yandırıb.

Ümumiyyətlə, hər dəfə Aslan Quliyevlə görüşüb evimin satılması ilə bağlı məsələləri müzakirə edib razılığa gəlməyəndə, aramızda problem yarananda başıma bu cür müəmmalı hadisələr gəlir. Bütün bunlar məni qorxuya salıb. Evimdə qorxudan qala bilmirəm. Cənab Prezident İlham Əliyev və əlaqədar dövlət qurumlarından kömək gözləyirəm. Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirəm”.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

//Editor.az

Ardını oxu...
Ötən ilin dekabr ayında bir sıra xəbər portallarında Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən “Ceyranbulaq” restoranında baş vermiş kütləvi dava və həmin insident nəticəsində Qarabağ qazisinin xəstəxanaya yerləşdirilməsi faktı ictimailəşdirilmişdi. Xəbər verilmişdi ki, dava Lənkaran rayonundan olan 6 nəfər Qarabağ qazisi restoranda yemək yeyəndən sonra baş verib. Məlumata görə, davada 10-dan yuxarı adam iştirak edib. Qazilərdən döyülərək xəsarət alanlar vardır. Hadisə barədə polisə məlumat verilmiş, Lənkaran rayon Polis Şöbəsi tərəfindən araşdırma aparıldığı qeyd olunmuşdu.
O vaxtdan həmin məsələnin təfərrüatları və araşdırmanın nəticəsi barədə hüquq-mühafizə orqanlarından heç bir açıqlama verilməmişdi. Lakin bu günlərdə həmin hadisə vaxtı döyülmüş qazilərdən biri–Murad Rəhimov “Tik-tok” sosial şəbəkəsindəki səhifəsində paylaşım edərək, həmin faktı müşayiət edən bəzi neqativ halları açıqlayıb. Bu məsələ ilə bağlı M.Rəhimova zəng edib təfərrüatları öyrəndik. M.Rəhimov bildirdi ki, ehtiyatda olan zabitdir. 2-ci qrup müharibə əlili ola-ola, döyüşə girməkdən çəkinməyib. Hazırda dövlətdən aldığı pensiya və təqaüdündən ehtiyacı olan kimsəsizlərə, maddi vəziyyəti ağır olan qazi yoldaşlara əl tutur. Həmin gün daha 5 nəfər qazi dostları ilə birgə adı çəkilən restorana xörək yeməyə gediblər. Onlara verilən xörək keyfiyyətsiz, daha dəqiq desək, ətin yaxşı bişməmiş olduğuna görə irad bildiriblər. Bu isə restoranı işlədən Rəşad Həsənovun və Günay adlı inzibatçı xanımın xoşuna gəlməyib. Müştərilərə sərt cavab verilib: “Bizdə belədir, yeyirsiniz yeyin, yemirsiniz özünüz bilərsiniz”. Təbii ki, müştərilər öz istehlakçı hüquqlarını, xidmətə görə pul verdiklərini xatırladıblar. Söhbət çəpləşib. Mübahisəyə Rəşadın daha bir neçə nəfər qoluzorlu tanışı qoşulandan sonra davaya çevrilib və nəticədə sağlıq durumları onsuz da ürəkaçan olmayan qazilər döyülüb. Murad Rəhimov və Nəcəfli Nurlan adlı daha bir qazi xəstəxanalıq olublar, digərləri isə yüngül xəsarət alıblar. Şikayətçi ona tibbi yardım göstərildiyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Patoloji Anatomiya Mərkəzinə təqdim etmək məqsədilə aldığı 13 dekabr 2023-cü il tarixli arayışın da fotoşəklini redaksiyamıza göndərmişdir. Həmin arayışla təsdiqlənir ki, ona “gözünün və göz yuvasının travması, kəllənin və üz sümüyünün sınığı diaqnozu” qoyulub.
Daha sonra Murad Rəhimov onun özünü və qazi yoldaşlarını bəlkə də döyülməyin fiziki əzabından daha artıq mənəvi iztirab çəkdirən başqa bir neqativ olaydan bəhs etmişdir. Polisə şikayət etmələrindən iki gün sonra onları şöbəyə çağırıb bildiriblər ki, restoran müdiriyyəti də qarşılıqlı şikayət verib. Bildirilib ki, bəs guya qazilər xörək yeyib gedəndə onların əyləşmiş olduqları masanın üstündə içində narkotik maddə olan qutu qalıbmış. Polis əməkdaşının müşayiəti ilə qazi yoldaşların hamısı narkoloji mərkəzə aparılıb və onlar testdən keçiriliblər. Lakin testin nəticəsində onların analizində narkotik aşkarlanmayıb.
Ardını oxu...
Diqqətiçəkən məqam burasıdır ki, Parakənd kəndində yerləşən insidentlərin baş verdiyi Ceyranbulaq istirahət mərkəzinin əsl sahibi, hazırda ABŞ-da yaşadığı bildirilən Astara rayonun Pensər kənd sakini Əliyev Novruz Vaqif oğludur. Həsənov Rəşad Xalıq oğlu isə Novruzun qohumudur.
Murad Rəhimovdan telefon nömrəsini öyrənib əlaqə saxladığımız 2-ci qrup Qarabağ müharibəsi əlili Nurlan Nəcəfli də qazi yoldaşının danışdıqları ilə üst-üstə düşən məlumatı verdi. Müharibədə yaralandığı vaxt sol əlinin vətərinin yırtıldığını deyən Nurlan bildirdi ki, Muradı ilk olaraq məhz Rəşad vurub və onları aralaşdırmaq istərkən, onu da döyüb məhz xəsarətli əlini əziblər. Xəsarətinin Lənkəran Mərkəzi Xəstəxanasında təsdiqləndiyini qeyd edən Nurlan Nəcəflinin sözlərinə görə, məruz qaldıqları narkotestin nəticəsi neqativ çıxandan sonra üstlərinə atılan böhtanın hansı yerə yozulması çox müəmmalıdır. 3 qız övladının atası olan Nurlan Nəcəfli deyir ki, böhtan olsa da belə, narkotik ittihamı ailə üzvlərinin, eşidib-bilən qohum-əqrəbasının, dost-tanışının yanında onun nüfuzuna xələl gətirmiş, məsələ ilə maraqlananlara izahat vermək, inandırmaq məcburiyyətində qoymuş, bir sözlə, mənəvi iztirab yaşatmışdır: “Niyə hamı eşitməliydi ki, biz narkoloji müayinəyə aparılmışıq?
Ortaya haqlı suallar çıxır: Bəyəm qanunla hamının (bizim misalda ictimai iaşə obyektinin işçilərinin) lap elə narkotik istifadəçilərini döymək ixtiyarı varmı? İaşə xidmətçisinin müştərinin oturduğu masada hansısa əşyasının qaldığını deməsi yetərli sayılırmı? Əşyanı müştəri masanı tərk edəndən sonra xidmətçinin özünün qoymadığının sübutu kimi xidmət edən dəlil varmı? Restoran müdiriyyətindən qazilərin üstünə uğursuz alınmış şər atmaq cəhdinə görə məsuliyyət tələb olunacaqmı? Ümumiyyətlə, adları çəkilən cənub rayonlarının icra hakimiyyətləri başçılarının qazilərə qarşı bu “səlib yürüşü”nə münasibəti necədir? Xaricdə hansı yolla əldə etdiyi məlum olmayan pullarla Vətəndə “qoçu dəstələri” saxlayan, Vətənin uğrunda sağlamlığını itirmiş qaziləri şil-küt etdirən iş adamlarına “gözün üstə qaşın var” deyən olacaqmı?Döyülmüş Qazilər Ölkə rəhbərinə və Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edərək kömək isdəyirlər.
Xəsarət almış qazilər bu işin ədalətli araşdırılacağına,bunlara xəsarət yetirmiş və şər böhtan atmış şəxlərin əməllərinə lazimi hüquqi qiymət veriləcəyinə inanır və çox böyük ümid bəsləyirlər./mediatv.az

Dünyapress TV

Xəbər lenti