Ardını oxu...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrnin nəticəsi məlum olub.

Teref.az Ekonominfo.az-a istinadla xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “166 Global Logistics” MMC (VÖEN – 1403530841) olub.
“166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə 267 məcburi köçkün ailəsini Füzuli rayonuna, 260 məcburi köçkün ailəsini isə Laçın şəhərinə köçürəcək.
Füzuli rayonuna köçürmə üçün 226 min 950 manat, Laçın şəhərinə köçürmə üçün isə 254 min 800 manat alacaq.
Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin Füzuliyə köçürülməsi xərici 850 manat, Laçın şəhərinə köçürülməsi xərci isə 980 manat təşkil edəcək.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, “Qaçqınkom”un müsabiqəsinin nəticəsi avqust ayının 22-də açıqlanıb və müsabiqənin icrasına sentyabr ayının 14-dən başlanılacağı qeyd olunub.
Ardını oxu...
Lakin, avqust ayının 18-də, yəni müsabiqənin nəticəsi açıqlanmamışdan əvvəl bir qrup məcburi köçkün ailəsi “166 Global Logistics” MMC-nin avtomobilləri ilə Füzuli rayonuna köçürülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov köçürülmə zamanı bildirib ki, Füzuli şəhərinə ilkin olaraq 267 ailənin köçürülməsi planlaşdırılır: “Avqustun 5-də 144 ailə arasında ədalətlilik və obyektivlik prinsipi əsasında püşkatma keçirildi”.
Ardını oxu...
Ardını oxu...
Rəsmi açıqlamalardan da göründüyü kimi, “Qaçqınkom” tender müsabiqəsinin nəticəsi məlum olmamış köçürmə işini “166 Global Logistics” MMC-yə həvalə edib və bundan sonra tenderin qalibi də bu şirkət olub.
 
Ardını oxu...
Təcili tibbi yardım briqadasının çağırışlara gecikməsi adi hal alıb. Gecikmənin səbəbi kimi isə təcili tibbi yardım briqadasının sayının azlığı göstərilir. Hərçənd ki, rəsmi qurumlar bu fikirlə razılaşmır və əsas gətirirlər ki, təcili tibbi yardımın çağırışa gecikməsinə səbəb yollarda baş verən tıxaclardır.

Bəs, Bakıətrafı qəsəbələrdə? Bu yollarda ki, sıxlıq olmur. Özü də gecə saatlarında...

Demək ki, faktiki olaraq paytaxtda fəaliyyət göstərən təcili tibbi yardım briqadalarının sayı ərazi və əhali sayına müvafiq deyil. Yaxud əhalisi sıx olan rayonlar üzrə təcili yardım xidmətinin düzgün bölgüsü həyata keçirilməyib. Problem də elə bundan qaynaqlanır.

Məsələnin aktuallığını zaman-zaman diqqətdə saxlasaq da, problemə əncam çəkən yoxdur. İlin-günün bu vaxtı təcili çağırışlarda nə həkim, nə də onu ünvana vaxtında çatdıran təcili tibbi yardım maşını tapmaq olur.

Növbəti belə bir şikayət Suraxanı rayonu Hövsan qəsəbəsindən gəlib. Saytımıza müraciət edən qəsəbə sakininin sözlərinə görə, ötən gün, 21:30-da qəsəbənin bağ massivinə çağırış üçün ərazi üzrə təcili tibbi yardım stansiyasına müraciət edib.

Əməliyyatdan yenicə çıxmış xəstənin qəfil ürəklə bağlı narahatlığı yarandığı üçün çağırışı edən şəxs briqadanın ünvana təcili gəlməsini xahiş edib. Amma xəstə yaxınları təcili tibbi yardımı 1 saat 40 dəqiqə gözləməli olublar.

Şikayətçinin sözlərinə görə çağırışdan yarım saat sonra təkrar təcili tibbi yardımla əlaqə saxlamalı olub. Ona isə bildirilib ki, briqada başqa ünvanda olduğu üçün hələki gələ bilmir.

Həkim çağırışdan çıxandan sonra növbəti ünvana yönləndirəcəklər. Amma ləngimə uzanıb və səbri tükənən xəstə yaxınları 1 saat 40 dəqiqədən sonra ünvana gəlmək üçün əlaqə yaradan təcili tibbi yardım briqadasından imtina edib.

Ən dəhşətlisi isə odur ki, nə təcili tibbi yardım stansiyasından, nə də xəstənin qeydiyyatda olduğu polinklinikadan halı pisləşən pasiyentlin vəziyyəti ilə indiyədək maraqlanan tapılmayıb.

“Hippokrat andı” həkimlərin davranışlarını müəyyən edən etik-əxlaqi prinsiplərdən ibarətdir. Həkim olmaq istəyən hər kəs bu andı qəbul edir. Hər bir and isə konkret xidmət, nəcib məqsəd uğrunda olur.

Maraqlıdır, öz dövrü üçün olduqca böyük mənəvi meyar olan bu andın mahiyyətini və öhdəliyini müasir dövrdə tibb sahəsində çalışanların hamısı dərk edirmi?

Cavab təsdiq olsaydı, sözügedən problem heç gün üzünə çıxmazdı...

Qeyd edək ki, 2023-cü ilin rəsmi məlumatına görə paytaxtda 125 təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Bu rəqəmi rayonlara bölsək, hər rayona təxminən 10 təcili tibbi yadım briqadası düşür. Hər rayonunun isə təxminən 10-15 qəsəbə, yaxud inzibati dairəsi olduğunu nəzərə alsaq, demək ki, bir yaşayış massivinə 1 təcili tibbi yardım briqadası düşür.

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2500-dən çox müraciət daxil olursa, ləngimə də məhz briqada çatışmazlığından qaynaqlanır.

Məlumatlara görə təxminən 90 min nəfər əhalisi olan Hövsan qəsəbəsində cəmi 2 təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, 12.09. 2023-cü il tarixində 20/8 iş növbəsində 11 saylı bölmənin Hövsan filialında 3 həkim briqadası xidmət göstərib:

“Saat 20:00-23:00 ərzində ərazi üzrə 12 çağırış daxil olub. Çağırışların sayı faktiki briqadaların sayından çox olduğuna görə çeşidlənərək ardıcıllıqla icra edilib. Ətraf ərazilərdə də çağırışların daxil olma intensivliyi yüksək olub”, - deyə qeyd olunub.
 
Ardını oxu...
"Hörmətli Azercell Telecom LLC... siz nə yeyib-içirsiniz orda?" DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Günay Tadıqova adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Bu nə "sms"dir? Ya rus dilində yazın, ya da öz dilimizdə. Ümumiyyətlə, təklif edirəm dövlət dilimizi rus dili elan edək, canımız qutarsın day bu artistliklərdən!!!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
 
Ardını oxu...
Naxçıvanda taksi xidməti üçün əvvəllər tətbiq olunan sərt qaydalar geri qayıdır. Bu qaydalara görə, Naxçıvanda taksi sürmək üçün ilk növbədə yerli istehsal olan „NazLifan“ avtomobilin olmalıdır. Çünki, bundan sonra taksi lisensiyası yalnız bu avtomobillərlə veriləcək. Lisensiyasız taksi xidməti göstərənləri isə, sərt cəzalar gözləyir. Lakin, şərtlər bununla bitmir. Taksi sürücüləri xüsusi uniforma geyinməli və eyni ilə əsgərlikdəki kimi, hər gün üzlərini qırxmalıdırlar. Bu qaydaları pozanların lisenziyası əlindən alınacaq, onlar cərimələnəcək. Teref.az yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a taksi sürücülərinin özləri məlumat verib.
Taksi xidməti göstərmək üçün yuxarıda sadaladığımız ağır şərtlərin hamısı Vasif Talıbovun zamanında tətbiq olunurdu. Naxçıvandakı siyasi dəyişiklikdən sonra bu şərtlər aradan qaldırılmış və taksi xidməti qaydaları Bakıya uyğunlaşdırılmışdı.
Sürücülər bildirir ki, avqust ayının sonlarından başlayaraq, yol polsləri reydlər keçirib, yeni qaydalara uymayanları idarəyə aparırlar. Taksi sürücüsü Rafiq Məmmədov deyir ki, onlara hələlik xəbərdarlıq olunub:
“Yeni şərtlərə uyğun olmayan bütün taksiləri yığıb polsə apardılar. Dedilər ki, Talıbovun zamanında necə işləyirdiniz, necə forma geyinirdinizsə, hər gün üzünüzü necə qırxırdınızsa, yenə də o qaydada işləyəcəksiniz. Əks təqdirdə işləməyə qoymayacağıq. Fuad Nəcəfli gələndən sonra Vasif Talıbovun zamanında taksi xidməti üçün qoyulan şərtlər aradan qaldırılmışdı. Biz də sevinirdik ki, işləyib, ailəmizi dolandıracağıq. Lakin, bunlar daha betər edir”.
Taksi sürücüsü B. Quliyev də son xəbərdarlıq aldığını deyir. O, yeni qaydadnın tətbiqinə görə, işsiz qalacağından şikayətlənir:
“Naxçıvanda hakimiyyət dəyişdikdən sonra taksilər üçün qoyulmuş qadağalar ləğv olundu. „NazLifan”ı olmayanların taksi xidmət göstərmələrinə də imkan yaratdılar. Dedilər gedin, işləyin. Hamımız sevindik. Avtomobili olub işsiz qalan çoxlu sayda insan taksi xidməti ilə məşğul olmağa başladı. Mən də “Mersedes” markalı avtomobilimlə taksi xidməti göstərməyə başladım. Hər ay xidmətə görə vergini, DSMF-ni də ödəyirdik. İndi yenidən köhnə qaydalara qayıdırlar. Avqustun axırı reydlər keçirəndə məni də idarəyə aparıb, son xəbərdarlıq etdilər. Ya “NazLifan” ya da taksi olmaz. Bir də tutulacağımız təqdirdə bizi həbs etməklə də hədələdilər“.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR DYP-lə əlaqə saxlasaq da, sürücülərin iddialarına cavab ala bilmədik.
 
Ardını oxu...
Bəhlul Cəlalov da belə “obyektiv” oldu
Bir neçə gündür ağır ağrılardan 2 saylı şəhər xəstəxanasında müalicədəyəm. Bakı İnzibati Məhkəməsi 13.09.2023-cü il tarixinə hazırlıq iclası təyin etdiyindən, məhkəməyə ərizə verib, iclasa ertələməyi diləmişəm. Eyni zamanda MPM-in 67-1 maddəsinin tələbinə uyğun olaraq 1-ci dərəcəli əlil kimi dövlət hesabına vəkillə təminatıma bir həftədir yenidən ərizə vermişəm. Hakim nə vəkillə təminatla bağlı ərizəmə baxıb, nə xəstəxanada yataqda olmağıma.
Cavabdeh ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sifarişi ilə iddianın mümkün sayılmaması qərara alınıb. Qərar verilməsə də, “elektron- məhkəmə” informasiya sistemində bu barədə məlumat yerləşdirilib. Amma Bəhlul Cəlalovun obyektiv olduğu deyilirdi. Obyektivlik birtərəfli qərar qəbul etmək deməkdir? İstənilən halda, hakimin tərəfləri dinləmək hüququnu pozması göz önündədir. Dinlənilmə hüququnun pozulması qərarın ləğvinə mütləq əsasdır. İPM-in 31.1, MPM-67-1 , bütövlükdə Konstitusiyanın 61-ci maddələri ilə təminat verilən hüquqi yardım hüququna qadağa da ciddi pozuntudur.
Məhkəmə hakimiyyətinin inzibati orqanlardan öhdəlik götürməsi bir daha üzə çıxdı. Bu yol daha kobud şəkildə: İddiaçı Qarabağ əlili xəstəxana yatağında, Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalov hakim otağında qazinin pensiyasına ölüm hökmü çıxardı.
Məğrur Bədəlsoy
Teref.az olaraq qarşı tərfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Azər-Kuban” MMC-nin direktoru Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edib. Müraciətin bir surəti də Reportyor.info-nun redaksiyasına daxil olub.

Bank of Baku mötəbər sübutları görməzdən gəlir

İş adamının şikayəti “Bank of Baku” ASC ilə aralarında olan kredit mübahisəsində məhkəmələrin ədalətli mövqe tutmaması ilə bağlıdır.
Səyyad Əsgərov yazır ki, “Azər-Kuban”, “Azər-Aqro” MMC-lərə “Bank of Baku” ASC-nin vasitəsi ilə Sahibkarlığın İnkişafı Fondundan saxlama anbarları tikintisi üçün 2,5 milyon manat kredit ayrılıb.
Ayrılan kredit məbləği verildiyi təyinata uyğun istifadə edilib, anbar tikintiləri vaxtında tikilib. Həmçinin kredit öhdəlikləri vaxtından əvvəl tam bağlanlb. Bununla bağlı bankın hesabdan çıxarış sənədləri, Sahibkarlığın İnkişafı Fondunun borcun bağlanması ilə bağlı rəsmi məktubu, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 noyabr 2016-cı il tarixli 10831, 25 may 2017-ci il tarixli 198 saylı, 07 may 2019-cu il tarixli 9316 saylı Ekspert Rəyləri, Bakı Apelliyasiya Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli, 2-1(103)-08/2017 saylı, 24.07.2019-cu il tarixli 2-2(103)-84/2019 saylı “Borcalanların” xeyrinə çıxarılmış ədalətli məhkəmə qətnamələri var.
Lakin bank bu qədər mötəbər sübutlara baxmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təkrar Əlavə Kassasiya şikayəti verib: “Plenumda bankın şikayətinə baxılaraq, Ali Məhkəmənin 5 fevral 2020-ci il tarixli 2-2(102)-15/2020 saylı qərarı qəbul edilərkən, qərarın əsaslandırıcı hissəsinin, 10-cu səhifəsində, 5-ci abzasda “Borcalanın” məhkəmə vasitəsi ilə ekspertiza mərkəzinə təqdim etdiyi, bankın isə “saxta” adlandırdığı 225 ədəd bank mədaxil qəbzlərinin təkrar baxışı zamanı araşdırılması məcburi olaraq tapşırılmasına baxmayaraq, (hansı ki, həmin qəbzlərin üzərindəki tarixlər, məbləğlər, təyinatların hamısı bankın bütün hesablarından çıxarış sənədlərində öz əkslərini birə-bir tapmışdır həmin qəbzlərin üzərindəki bank kodları saxtalaşdırılmış, qəbzlərin üzərindəki sıralamaları, təyinatları təhrif edilərək, ödənilmiş məbləğlər mübahisələndirilən kreditlərə deyil, öhdəliyi çoxdan bağlanmış, Mərkəzi Bankın Kredit Reyesteri Xidmətində öz əksini tapmayan naməlum kreditlərə silinmişdir) məruzəçi hakim Raqif Qurbanov özünü tamamilə bankın vəkili kimi aparıb, Ali Məhkəmənin bu məcburi və xüsusi tapşırıqlarına məqsədli qaydada, əhəmiyyət verməyərək bankın xeyrinə çıxardığı qərəzli və natamam qətnaməsini ləğv edib 4-cü dəfə apelliyasiya icraatına qaytarıb.
4-cü apelliyasiya icraatı zamanı iş məruzəçi hakimi Aida Hüseynin icraatına verilib. Sonuncu icraat zamanı da məruzəçi hakim Raqif Qurbanov AR MPM-nin 420-ci maddəsini məqsədli qaydada pozaraq çıxardığı qətnamənin ləğvi üçün Ali Məhkəmənin çıxardığı qərarında əsas göstərilən xüsusi və məcburi tapşırıqları yenə də araşdırmadan, sədrliyindən sui istifadə edərək məruzəçi hakim Aida Hüseynə, bankın xeyrinə təkrar qərəzli və natamam qətnamə çıxarmağa təsir göstərib.
Belə ki, Ali Məhkəmənin qərarının əsaslandırıcı hissəsinin 81-ci paraqrafında 3-cü apelliyasiya icraatı zamanı əlavə kompleks məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi xüsusi və məcburi tapşırıldığı bir halda, bu halın məqsədli qaydada icra edilmədiyi, 85-ci və 86-cı paraqrafda isə ekspertiza Mərkəzi ilə Auditorlar Palatasının auditi ilə birgə araşdırılaraq Vahid Rəyin əldə edilməsi, 87, 88 paraqraflarda isə yalnız tərəflərin razılığı və seçimlərinə əsasən bunlar nəzərə alındıqdan sonra Azərbaycanda fəaliyyət göstərən (“Emst & Yang Holdings”, “Bi-Vi”, “Grant Thornton” LTD, “Deloitte” və sair) xarici audit firmalarının biri vasitəsi ilə “Audit Rəyinin” əldə edilməsi göstərilib”.
Bankın səlahiyyətli şəxsləri dövlət qurumlarına niyə etibar etmir?
İş adamı yazır ki, 4-cü apelliyasiya icraatında hazırlıq iclası zamanı “Azər-Aqro”, “Azər-Kuban” MMC-lərin nümayəndəsi Ali Məhkəmənin 81, 85, 86 paraqraflarındakı xüsusi və məcburi göstərişinə əsaslanaraq Ekspertiza Mərkəzi ilə Audit Palatasının “Vahid Rəyinin” əldə edilməsi, eyni zamanda bankın ödəniş qrafiklərində, bank mədaxil qəbzlərinin tərtibi zamanı bankın saxta bank kodu ilə, saxta təyinat, saxta imza, saxta qəbz və saxta sıralaması ilə Mərkəzi Bankın hesabatında olmayan kreditlərin adına silinmələrin aparılması kimi, eləcə də bank hesablarından çıxarış sənədlərinin bank tərəfindən ödəniş qrafikini özbaşına pozaraq cinayət əməli törədərək saxtalaşdırılması ilə bağlı işin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bacarıqlı və təcrübəli tədqiqatçılar tərəfindən araşdırılıb yekun Rəy verilməsini məhkəmədən xahiş edib:
“Bankın nümayəndələri isə çıxış edərkən nə Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə, nə Azərbaycan Auditorlar Palatasına, nə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə etibar etmədiklərini söyləyərək, yalnız ümüdlərinin “Deloitte” xarici audit firmasına qaldığını və elə bu xarici firma vasitəsi ilə “Audit Rəyi” əldə edilməsi üçün qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. (Fakt fasiləsiz audio, video çəkiliş kosetləri)
Hakim Aida Hüseynli də bir anlığa özünü məhkəmə iclasında olmasını unudaraq “Mən də “Deloitte” xarici audit firmasının vasitəsi ilə Rəy verməsini istərdim” deyə söyləyib.
Hakim Aida Hüseynin hələ müşavirə otağına keçməzdən əvvəl öz mövqeyini bankın vəkili kimi açıq-aydın nümayiş etdirdiyinə, eləcə də Ali Məhkəmənin qərarında 87, 88-ci paraqraflarında xarici Audit yoxlaması ilə bağlı yalnız hər iki tərəfin birgə seçimi və razılıqları əsasında nəzərə alması şərti ilə bağlı xüsusi tapşırıqlarını pozduğuna görə, bankın təklifinə və məhkəmə tərkibinə “Borcalanın” nümayəndəsi rəsmi olaraq məhkəmə iclasında etiraz ərizəsi verib.
Məruzəçi Hakim Aida Hüseyn isə sədri Raqif Qurbanovun sifarişi ilə “Borcalanın” etiraz ərizəsini təmin etməyərək, bankın məhkəmə iclasındakı çıxışı zamanı təklif etdiyi, “Deloitte” firması vasitəsi ilə Audit Rəyinin verilməsi üçün 28 yanvar 2022-ci il tarixli məhkəmə qərarı çıxarıb.
Bundan başqa, hakim Aida Hüseyn də, sədri Raqif Qurbanov kimi məhkəmə iclasları zamanı tərtib edilmiş iclas protokollarını bankın xeyrinə təhrif edib.
“Deloitte” LTD xarici audit firması isə məhkəmənin 28yanvar 2022-ci il tarixli məhkəmə qərardadını icra etməkdən imtina edib, dəfələrlə məhkəmə tərəfindən ona təzyiqlər göstərməsinə baxmayaraq xarici Audit Rəyinin əldə edilməsi ilə bağlı məhkəmənin çıxardığı qərarın icrası baş tutmayıb.
Hakim Raqif Qurbanov “Deloitte” xarici audit firmasının məhkəmə qərardadınin icrasına etiraz etdikdən sonra vəzifə səlahiyyətini aşaraq, məruzəçi hakim Aida Hüseynin əvəzinə Auditorlar Palatasının rəhbərliyinə qeyri-səmimi məktub ünvanlanyıb. Məktubda guya Ali Məhkəmənin vacib tapşırığına görə “Bank of Baku” ASC-ni yerli auditlə deyil, hər hansı bir xarici audit firmalarından biri ilə audit rəyi əldə edilməsini xahiş edib.
Audit Palatasının rəhbərliyi də hakim Raqif Qurbanovun “səmimi”liyinə inanıb, Azərbaycandakı bütün xarici audit firmalarına məhkəmə qərarının icrası üçün rəsmi müraciət edib. Bir sözlə xarici “Audit Rəyi”nin əldə edilməsi ilə bağlı məhkəmənin çıxardığı 28 yanvar 2023-cü il tarixli qərardadı bir ay müddətində icra edilməli olduğu halda, 9 ay ərzində icrası baş tutmayıb”.

Məhkəmə qərardadı 9 ay icrasız qalıb

İş adamının sözlərinə görə, 9 ay ərzində məhkəmə qərardadı icrasız qaldığını görə “borcalan” tərəf Ali Məhkəmənin bu işlə bağlı son qərarında 86-cı paraqrafda göstərilən məcburi tapşırığa istinad edərək Azərbaycan Respublikasının Auditorlar Palatasının Dövlət Sifarişlərinin icrasına icazəsi olan auditlə 2 sentyabr 2022-ci il tarixində müqavilə bağlayıb. Auditorlar Palatasının Dövlət Sifarişlərinin icrasına icazəsi olan audit 28 yanvar 2022-ci il tarixində məhkəmənin qərarı ilə xarici audit firması qarşısında qoyulmuş bütün 18 sualın hamısının cavablandırılaraq, bankın “borcalana” 1 530 317 manat borcunun olduğunu sübuta yetirən audit rəyi verib: “Lakin hakim Aida Hüsey 2 sentyabr 2022-ci il tarixli Ali Məhkəmənin qərarında 86-cı paraqrafın göstərişinə əsasən hazırlanmış audit rəyini iş materiallarına əlavə edilməsindən qərəzlı şəkildə imtina edib.
“Borcalan” məcbur olub təcili poçt vasitəsi ilə 2 sentyabr 2022-ci il tarixli audit rəyini Bakı Apelliyasiya Məhkəməsinə məruzəçi hakim Aida Hüseynin adına rəsmi göndərib.
Hakim Aidə Hüseyn isə 21 oktyabr 2022-ci il tarixində (9 aydan sonra) özünün xarici audit qarşısında qoyduğu 18 sualdan işin vacib canı olan 17 sualı təzədən ləğv edərək təklikdə heç bir hüquqi əhəmiyyəti olmayan cəmi 1 sualı saxlayıb. Həmin sualın da cavablandırılması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə qərəzli və gülünc doğuran qərar çıxarıb.
Hakim Aida Hüseyn Ali Məhkəmənin qərarında 81-85-86 paraqraflarında Audit Rəyi əldə edilməsi ilə bağlı göstərişlərinə hörmətsizlik nümayiş etdirərək, Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi 2. Sentyabr 2022-ci il tarixli “Audit Rəyini” bütün məhkəmə proseslərində gizlədib.
Buna baxmayaraq “Borcalanlar” məhkəmənin gedişinə kömək məqsədli ilə 2 sentyabr 2022-ci il tarixli “Audit Rəyini” Ədliyyə Nazirliyinin məhkəmə hüquq şurasına və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzin göndərib.
Lakin, hakim Aida Hüseyn, Sədri Hakim Raqif Qurbanovun təsirinə düşərək Ali Məhkəmənin 5 fevral 2020-ci il 2-2(102)-15/2020 saylı və 19 may 2021-ci il tarixli 2-2(102)-151/2021 saylı Qərarları ilə göstərilən xüsusi tapşırıq və vacib məcburi göstərişlərə məhəl qoymadan AR MPM-nin 420-ci və 418.1-ci maddələrini,məhkəmə təcrübəsinin vahidliyini,özbaşlarına pozmuşlar.Belə ki, 2 apelliyasiya qətnaməsi, Ədliyyə Nazirliyinin 4 dəfə keçirilən Ekspert Rəyləri “Borcalanların” xeyrinə Rəy verməsini, eyni zamanda Ali Məhkəmənin bu işlə bağlı sonuncu qərarında 86-cı paraqrafda xüsusi tapşırıq və məcburi göstərişin əsasında əldə edilmiş Rəyə görə bankın “Borcalana” 1536317 manat əmanətdə olan əsas və ona hesablanmış faiz gəlirlərinə görə borcu yaranmasını sübut edən 02.09.2022-ci il tarixli Audit Rəyinin olmasına, hətta kreditin verən Sahibkarlığın İnkişafı Fondunun rəsmi məktubu ilə “Borcalanın” “Bank of Baku” ASC-yə heç bir borcunun olmaması və kredit öhdəliklərinin tam bağlanması ilə bağlı məktub olmasına baxmayaraq bankın xeyrinə natamam və qərəzli, gülünc doğuran qətnamələr çıxarıblar”.
Sahibkar sonda Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlar aparmasına toxunaraq qeyd edib:
Hörmətli İnam Kərimov!
Əminik ki, məhkəmə-hüquq sistemində son vaxtlar möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb.Eyni zamanda ölkə başçısının sizi Ali Məhkəmənin sədri vəzifəsinə təyin etməsi bizdə bir daha əminlik yaradır ki, fəaliyyətiniz dövründə Azərbaycanda ədalət mühakiməsinin effektiv və şəffaf həyata keçirilməsinə nəzarəti gücləndirəcək, bu kimi mülki prosessual qanunvericiliyə məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsinə, süründürməçilik, o cümlədən mümkün sui-istifadə hallarının qarşısının alınmasına, ədalət meyarı yalnız haqqa, insanpərvərliyə, humanizmə tapınan hakimlərin prinsipial fəaliyyətinə kolgə salan Aida Hüseyn və Sədri Raqif Qurbanov kimi hakimlərin barəsində layiq olduqları cəzanı verməklə, ədalətin bərqərar olmasını təmin edəcəksiniz”. //reportyor.info//
 
Ardını oxu...
Son günlər hüquq-mühafizə orqanları tərəfindən İsmayıllı və Masallı rayon ərazilərində meşələri sifarişlə məhv edən dəstə üzvləri barədə cinayət işinin başlanması haqqında redaksiyamıza məlumat verilmişdir. Belə ki, İsmayıllı və bu rayonun şimal ərazisində yerləşən "Şahdağ" Milli Parkı ərazisindən çoxsaylı meşə cinsli ağacların kəsilib satılması barədə yerli mənbələrdən aldığımız məlumatlardan sonra polis tərəfindən 13 nəfərlik mütəşəkkil dəstə cinayət hadisəsini törədən zaman yaxalanaraq müvəqqəti saxlanılmışlar. Eləcə də Masallı rayon meşələrinə sərbəst surətdə divan tutan 15 nəfərlik "meşə quldurları" ifşa olunaraq məsuliyyətə cəlb edilmişlər. Hər iki dəstə barəsində Cinayət Məcəlləsinin müvafiq madələri üzrə cinayət işlərinin başlandığı bildirlir.
Hazırda aparılan istintaq zamanı ETSN 6 saylı Dövlət Ekologiya İdarəsinin müdiri Namiq Yusifov və İsmayıllı Regional Meşə Təsərrüfatının özündənrazı, və "pensioner komissar" müdiri Quliyev Rəsulun çox sərbəst surətdə meşələrimizi məhv edən mütəşəkkil dəstə olan "meşə quldurları" ilə əlaqələrinin olub olmaması araşdırılır. Son məlumata görə ETSN 11 saylı Ekologiya İdarəsi rəisi Nəsimi Nəsibov baş verən hadisələrdən pərişan olmuş və məsləni var gücü ilə ört-basdır edəcəyəini işçilərinə bildirməklə idarədə "ciddi rejim" elan etmişdir.

Bizi izləyin
İFADETV.COM
 

Ardını oxu...
Azərbaycanda 40-a yaxın qeyri hökumət təşkilatının dövlət qurumlarından, o cümlədən QHT-lərə Dövlət Dəstəyi Agentliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSM) aldıqları qrant vəsaitlərinin xərclənməsindəki korrupsiya hallarını araşdırır.

DİA.AZ bildirir ki, bu barədə Gununsesi.info-ya QHT sektorundakı mənbə məlumat verilib.

Qeyd olunur ki, yoxlamalar Hesablama Palatasının bir neçə il əvvəl sözügedən qurumda aşkara çıxardığı qanun pozuntuları ilə bağlı Baş Prokuoroluğa göndərdiyi müraciət əsasında aparılır.

Mənbə bildirib ki, tanınmış QHT-lərin bir neçəsi ƏƏSM-dən aldığı vəsaitləri düzgün xərcləməyib, təqdim olunan maliyyə sənədlərində ciddi çatışmazlıqlar var.

Bir müddətdir, onlar Prokurorluğun istintaq idarəsinə dəvət edilərək dindirilir.
 

Ardını oxu...
Naxçıvanda unun qiymətinin 30 faiz aşağı salınması ilə bağlı iki həftə öncə rəsmi məlumat yayılmışdı. DİA.AZ xəbə verir ki, br qrup yerli sakin isə „Gündəlik Naxçıvan“a müraciət edərk, bu məlumatın yalan olduğunu, əksinə, unun qiymətinin bahalandığını bildiririb. Elə, bizim yerli marketlərdə apardığımız monitorinq də Naxçıvan Ali Məclisinin rəsmi orqanı olan Naxçıvan Televiziyasının ucuzlaşma ilə bağlı xəbərinin həqiqəti əks etdirmədiyini göstərir.
Rəsmi məlumatda bildirilirdi ki, 50 kiloqramlıq unun kisəsi 37 manatdan 27-yə endirilib. Bizim araşdırmalarımızın nəticəsinə görə isə əksinə, bu məhsul bir manat bahalanaraq, 38 manat olub.
Şərur rayon sakini Arzu Məmmədov deyir ki, unun ucuzlaşması ilə bağlı rəsmi xəbəri eşidəndə çox sevinib. Lakin, muxtar respublikadakı bütün satış mərkəzlərini, marketləri ələk-vələk etsə də deyilən qiymətə un tapa bilməyib:
“Biz böyük ailəyik və evdə çörək bişirməklə hər ay iki kisə 50 kiloluq un istifadə edirik. Xəbəri eşidib, çox sevindik ki, hər ay 20 manat qənaət edəcəyik. Sən demə, yalan xəbər imiş. Rayonumuzda, qonşu rayonlarda və Naxçıvan şəhərində bütün dükanlarl axtardım, deyilən qiymətə un tapa bilmədim. Un necə ucuzlaşıb ki, ən aşağı keyfiyyətli unun 50 kiloluq kisəsinin qiyməti 38 manatadır. Hələ, bir manat da bahalanıb. Yüksək növ un isə 44-45 manatadır. Digər çəkili un kisələrinin də qiymətlərində heç bir endirim yoxdur. Həmişəki kimi yalan məlumat yayıb, insanları aldadıblar”.
Kəngərli rayon sakini Qurban Musayev isə deyir ki, bu xəbəri eşitdikdən sonra, çörək və digər un məhsullarının da ucuzlaşacağını zənn edib:
“Çox sevindik ki çörək də ucuzlaşacaq. Əksinə, qiymət öz yerində qalıb, çörəyin çəkisi aşağı salınıb. Mən hər ay lavaş alıram. Lavaşçıya deyirəm ki, un ucuzlaşıb, niyə qiyməti aşağı salmırsınız. Dedi ki, yalan məlumatdı, əksinə biraz bahalanıb, ona görə də lavaşın çəkisini aşağı salmağa məcbur olmuşuq”.
Unun topdan satışı ilə məşğul olan sahibkarlar da qiymətlərin aşağı salınması ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyini deyirlər.
Bu xəbəri paylaşdıqdan sonra „Gəmiqaya Taxıl Məhsulları” MMC-nin icraçı direktoru Canməmməd Canməmmədov „Gündəlik Naxçıvan“la əlaqə saxladı. Unun ucuzlaşması haqda məlumatın həqiqəti əks etdirmədiyi ilə bağlı paylaşıma etiraz edən icraçı direktor bidirir ki, MMC-yə gəlib, rəsmi məlumatda göstərilən qiymətə un almaq mümkündür:
“Naxçıvanda unun ucuzlaşması ilə bağlı məlumat həqiqətdir. İstənilən şəxs bizim müəssisənin Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən ünvanına gəlib, 50 kiloluq unu 27 manata ala bilər. Xahiş edirik, məlumatınızı yenidən araşdırın. Unun köhnə və yarasız olması ilə bağlı iddialar da həqiqəti əks etdirmir. Biz yeni qablaşdırılmış keyfiyyətli unu qeyd etdiyimiz qiymətə satırıq. Biz marketlərə də topdan ucuz qiymətə satırıq. Gedib, bu marketlərdən də ala bilərlər”.
Lakin, icraçı direktor ucuz qiymətə unu hansı marketlərə verdikləri, 50 kiloluq kisənin MMC-dən başqa harada 27 manata satılması ilə bağlı suallarımızı cavabsız qoydu.
 

Dünyapress TV

Xəbər lenti