Orta məktəbdə TAVAN UÇDU... müəllimə xəsarət aldı: DURUMU AĞIRDIR...
Babək rayon Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbində müəllimlər otağının tavanının alt hissəsi qoparaq, Məhburə adlı tarix müəlliminin başına düşüb. Nəticədə müəllim ağır kəllə-beyin travması alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Bir neçə gün öncə baş vermiş hadisə ictimaiyyətdən cidd-cəhdlə gizlədilsə də, „Gündəlik Naxçıvan“ hadisəni özündə əks etdirən videogörüntüləri əldə edə bilib.
Tavanı çökən məktəb 2016-cı ildə istifadəyə verilib və açılışında prezident İlham Əliyev də iştirak edib.
Məktəb müəllimlərinin bildirdiyinə görə, xəsarət almış müəllim Cəhri Qəsəbə Xəstəxanasına aprılıb və ona ağır kəllə beyin travması diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra məsələnin ictimailəşdirilməsinin qarşısını almaq üçün o, evə göndərilib. Müəllimlər deyirlər ki, onun vəziyyəti qənaətbəxş olmasa da müalicəsi evdə davam etdirilir:
“Məhburə müəllim məktəbin ən yaxşı, tanınmış müəllimlərindəndir. Çoxlu sayda yetirmələri var. Hadisəni ictimayyətdən gizlətməyə açlışırlar. Orada olan bütün müəllimlərə tapşırılıb ki hadisəni heç kim kənara çıxarmasın. Bu səbəbdən də Məhburə müəllim tam yaxşılaşmamış evə göndərilib. Həkimlər ona evdə nəzarət edir. Məktəb son illər tikilmiş məktəbdir. Yeni məktəb sayılır. Görünən odur ki, qüsurlar var və zaman keçdikcə bu üzə çıxır”.
Cəhri Qəsəbə Xəstəxanasından məsələyə münasibət bildirmək istəmədilər, məktəb direktoru ilə əlaqə saxlamaq mümkün olmadı.

Orta məktəbdə TAVAN UÇDU... müəllimə xəsarət aldı: DURUMU AĞIRDIR...
Orta məktəbdə TAVAN UÇDU... müəllimə xəsarət aldı: DURUMU AĞIRDIR...
 

Dünyapress TV

Xəbər lenti