"Azərbaycanda bankdan daha bir namərdlik: BANK VƏFAT ETMİŞ HƏRBÇİNİN 10 YAŞLI QIZINDAN PUL TƏLƏB EDİR! TƏFƏRRÜAT
TEREF yazır ki, bir qədər əvvəl yzdığımız problemin həll olmadığına görə yenə o problemlə bağlı məsələni gündəmə gətiririk.
"Azərbaycanda bankdan daha bir namərdlik: BANK VƏFAT ETMİŞ HƏRBÇİNİN 10 YAŞLI QIZINDAN PUL TƏLƏB EDİR!"
https://teref.az/manset/315244-azerbaycanda-bankdan-daha-bir-namerdlik-bank-vefat-etmis-herbcinin-10-yasli-qizindan-pul-teleb-edir.html
Vəfat etmiş hərbiçinin həyat yoldaşının Prezidentə müraciətini təqdim edirik:
"Azər Türk Bank" (ATB) vəfat edən hərbçi Məhərrəm Abbasovun ailəsini məhkəməyə verib.
Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevə
Bakı şəhəri, Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, ev 37,
mənzil 44 ünvanında yaşayan
Abbasova Nazxanım Nüsrət qızı
tərəfindən
A Ç I Q M Ü R A C İ Ə T
Möhtərəm, Cənab Prezident!
Bildirirəm ki, özüm hərbçi ailəsində böyümüşəm, mərhum həyat yoldaşım da hərbiçi olub. Rastlaşdığım problemlə bağlı Sizə açıq müraciət etmək məcburiyyətindəyəm.
Qeyd edirəm ki, mərhum həyat yoldaşım Abbasov Məhərrəm Abbas oğlunun səhhətində hərbi xidmət zamanı ciddi problemlər yaranmışdı. Müdafiə Nazirliyinin Mərkəzi Hospitalına müraciət etmişdi, lakin onu əməliyyat etməmişdilər. Məcbur olub ehtiyata buraxılmışdı və təcili şəkildə əməliyyata ehtiyac yarandığı üçün maddi imkansızlıq səbəbindən kredit götürməli oldu. Bu məqsədlə “Azər-TürkBank” ASC-yə (ATB) müraciət edərək kredit götürdü və ilk əməliyyatını etdi. Bir neçə ay krediti ödədi. İkinci dəfə əməliyyata ehtiyac yarandı və yenə də ATB-dən 12.01.2022-ci il tarixində 1063570 saylı kredit müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində kredit götürdü. Mərhum həyat yoldaşım bir müddət krediti ödədi, lakin səhhətində olan problemlər ona yaşamağa imkan vermədi və həyat yoldaşım 07.02.2022-ci il tarixində vəfat etdi. 2023-cü ilin dekabr ayında “Azər-TürkBank” ASC iddia ərizəsilə məhkəməyə müraciət edərək həyat yoldaşımın banka olan 5150, 27 manat məbləğində borcunu və cərimə fazilərini vərəsə kimi məndən tələb edir.
Məgər mən bankdan pul götürmüşəm ki, bank məndən pul tələb edir? Krediti həyat yoldaşım götürmüşdü, o da xəstəlikdən dünyasını dəyişib. Qanunla şəxs vəfat edirsə öhdəliyə xitam verilməlidlir. Ondan bizə hər hansı daşınar, daşınmaz əmlak miras qalmayıb. Yeganə olaraq həyat yoldaşımın hərbi xidmət vaxtı almadığı əşya əvəzi pul kompensasiyasını almaq üçün 1 saylı Bakı “ASAN” xidmətinin nəzdində faəliyyət göstərən Notariat kontorunda 20.07.2023-cü il tarixində 10 YAŞLI (!) QIZIMIN ADINA qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə görə ailəmizə həyat yoldaşımın 1587 manat 97 qəpik məbləğində paltar pulu verilmişdir. Bank da bunu görüb dərhal məhkəmədə iddia qaldırıb və məndən kredit borcu tələb edir.
Biz gözləyirdik ki, həyat yoldaşımın vəfat etməsindən sonra bank insafa gələrək krediti borcunu silərək öhdəliyə xitam verəcək. Lakin, BANK FAKTİKI OLARAQ DÜNYASINI DƏYİŞMİŞ HƏRBİÇİNIN 10 YAŞLI QANUNI VƏRƏSƏSI OLAN QIZINDAN PUL TƏLƏB EDİR. Qeyd edirəm ki, həyat yoldaşım vəfat etdikdən sonra ailənin bütün yükü mənim üzərimə düşmüşdür, 10 və 13 yaşlı övladlarımı dolandırmaq mənim üçün olduqca çətindir, işləmirəm, oğlumun özü də zob xəstəsi olmaqla poliklinikada uçotdadır, inkişafdan geri qalıb, maddi imkanımız olduqca ağırdır, xəstə anama da mən baxıram.
Məsələ ilə bağlı banka etdiyim bütün müraciətlər ATB-nin Məhkəmələrlə iş üzrə Departamentinə yönəldilir, həmin deparatmentin Habil Cavadov adlı direktoru isə utanıb-qızarmadan mənə bildirir ki, “yoldaşın ŞƏHİD OLMAYIB (?), ona görə də krediti də ödəməlisən”. Gərək cəbhədə güllə yarasından həlak olub tabutda evə gətiriləydi? Mərhum həyat yoldaşım sanatoriyada, kurortda, yaxud da evdə xəstələnməmişdi, o, orduda xidmət zamanı səhhətini itirmişdi, tərxis olunub iki dəfə əməliyyat olundu və dünyasını dəyişdi. Habil Cavadov kimi adamlar dəbdəbəli həyat tərzi keçirəndə, lüks avtomobillərdə gəzəndə, bahalı kostyumlarda komfort otaqlarda var-gəl edəndə mərhum hərbiçi atam, mərhum hərbiçi həyat yoldaşım gecə-gündüz, soyuqda, yağışda, qarda, şəraitsiz qarnizonlarda, səngərlərdə onların sakit həyatını təmin ediblər. İndi də vəfat etmiş hərbçinin ailəsinə göstərdikləri münasibətə baxın. Ailənin 10 yaşlı qızına vəfat etmiş hərbçi atasından qalmış paltar pulunu görüb bizi məhkəməyə veriblər. Belə adamlar vicdanın nə olduğunu bilmirlər və məsuliyyət hissini çoxdan itirərək bizim kimi aztəminatlı ailələri dövlətdən incik salırlar. Bu cür adamlar dövlət strukturlarından, əhaliyə xdimət göstərən sektorlardan, banklardan qovulmalıdır.
Cənab Prezident!
Qeyd olunanları nəzərə alaraq bu özbaşınalığın qarşısının alınmasında, mərhum hərbiçi həyat yoldaşımın adına olmuş kreditin silinməsində ailəmizə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
İnanıram ki, Sizin müdaxilənizdən sonra məsələ müsbət şəkildə həll olunacaqdır. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.
Hörmətlə, Abbasova Nazxanım Nüsrət qızı
22 yanvar 2024-cü il
TEREF: Xocanın Blogu
Səhifəmiz hamının üzünə açıqdır!
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1706270640_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1706270640_2.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti