Ardını oxu...
Elçin Quliyevin oğlunun Ruben Vardanyanın qoluna girib poz verməsi Qarabağda aparılan antiterror əməliyyatına kölgə salmaqdan başqa bir işə yaramır.
Hər halda bütün Azərbaycan ictimaiyyətinə bəllidir ki, nazirlərin oğlu Bakıda sərin kabinetlərdə əyləşib kefə baxmaqla məşğul olurlar və bu da ictimaiyyətdə ciddi narazılıqla qarşılanır. Üstəlik, hansısa xarici güc mərkəzləri tərəfindən Qarabağda ön cəbhədə döyüşənlərin və postda dayananların ancaq kasıb-kusub övladları olduğu, nazir isə balalarının boynunu yoğunlatdığı təbliğatının yayıldığı bir zamanda Elçin Quliyevin oğlunun Vardanyanla poz şəkilləri çəkdirib yayılması od üstünə yağ tökmək deməkdir. Elçin Quliyevin niyə belə ucuz təbliğata girişdiyi şəxsən mənə aydın deyil.
Vardanyanın həbsi ilə əlaqədar çəkilən heç bir video da Elçin Quliyevin oğlu görsənmir. Bu da onu təsdiqləyir ki, foto-şəkil sırf təbliğat məqsədilə çəkilib.
Qarabağda minlərlə qurban verdiyimiz bir zamanda Elçin Quliyevin bu cür cılız təbliğatlardan istifadə etməsi şəhidlərin qanından öz nüfuzunu artırmaq üçün faydalanması ehtimalını ağla gətirir ki, bu da ilk növbədə şəhidlərin ruhuna hörmətsizlik deməkdir. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi bu cür cılız təbliğatla məşğul olanlara yaxşı bir qulaqburması verəcək. Əks halda digər nazir övladları da eyni piar kampaniyasına təşviq oluna bilər ki, bu da müqəddəs torpaqlarımız uğrunda mübarizəni tamamilə gözdən salar.
Elçin Quliyevin oğlu cəzasız qalsa, sabah Bin Ladenin, Fətullah Gülənin, Aponun qoluna girib “şəkil” çəkdirəcək. Necə, deyirsiniz? Bax, belə (fotoya baxa bilərsiniz). Bunu mən belə bacardımsa, Elçin Quliyevin dahi oğlunun bacarmayacağınımı sanırsınız?

Heydər Oğuz - DİA.AZ

Ardını oxu...
Bir qrup ixracatçı sahibkar Prezident İlham Əliyevə müraciət edərək Dövlət Gömrük Komitəsinin onlara yaratdığı əngəldən şikayətləniblər. Anaxeber.info bildirir ki, iş adamları Azərbaycanın qərb bölgələrindən xurma ixrac edirlər. Onların sözlərinə görə, bu məhsullar əsasən Ukraynaya göndərilir. Sahibkarlar qeyd edirlər ki, müqavilə əsasında ixrac etdimkəri xurma 51 qəpiyə qiymətləndirilib.
"Lakin Yevlax, Tovuz rayonlarında rəsmiləşdirmə zamanı xəbərdar etmədən hər bir xurma maşınının hesab fakturasını 1.30 manat dəyərində qiymət qoyaraq bütün ixracı iflic ediblər. Müzakirə zamanı hər iki gömrük postunun Qərb bölgəsi üzrə regional idarə rəisi Pərviz müəllimin tapşırığı olduğunu bizə bildirdilər.
Məsələyə aydınlıq gətirərək bildirirk ki, ölkə ərazisində xurma məhsulunun kiloqramı
15 qəpikdir, bunu qarşı tərəfə 51 qəpiyə razılaşdırsaq da, Gömrük Komitəsinin regional idarəsi məcbur edərək 1.30 manatdan hesablamaqla Ukraynada rəsmiləşməni düz 3000 dollar bahalaşdırıb.
Bu isə Azərbaycanda olan xurma məhsulunun ölkədən ixracının qarşısının kəskin şəkildə alınması deməkdir", - deyə Prezidentə müraciətdə qeyd edilib.
Hazırda Ukrayna xurma məhsulunun ikinci dərəcəli alıcısıdır, bu cür gömrük yanaşması konseqnasiya zamanı vəsaitin geri qayıdan hissəsini yarıya çatdıracaq ki, bu da tam vəsaitin geri qayıtması deməkdir. Sahibkarlar əlavə edib ki,
Yevlax və Tovuz ərazisində bəyannamə geri qaytarılarkən əsas səbəb kimi qiymət uyğunsuzluğunun qeyd olunmaması da şübhə doğuran haldır: "Çünki bu zaman bəyannaməni geri qaytararkən Gömrük Komitəsinin sahibkara invoys dəyərini artırmaq səbəbini gömrük portalında qeyd etmirlər.
Səbəb başqa qeyd edilir. Çünki özləri də xurma məhsuluna şişirdilmiş qiyməti yazdıqlarının fərqindədirlər. Ölkəmiz bu gün ağır imtahanlar verdiyi halda, Qərb gömrük komitəsinin rəhbəri Pərviz müəllimin bu rəftarı nəyə xidmət etdiyi bəlli deyil.
Məlumdur ki, xurma məhsulu ölkədən ixrac olunmazsa, ölkədə bu məhsula tələbat olmadığından külli miqdarda xurma daxildə xarab olacaq. Hörmətli Prezident və Şahin Bağırov, sizə Qərb regional gömrük barədə tapşırıq verməyinizi xahiş edirik".
 
Ardını oxu...
Xəbər yayılıb ki, sən demə, Vardanyanın qoluna girib şəkil çəkdirən cavan oğlan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin oğludur. Bu “piarı” kim Elçin Quliyevə soxuşdurubsa, onu istəməyən adamdır. Hətta bəlkə də generalın bu ucuz şouya görə başı da ağrıyacaq.
Ardını oxu...
Ardını oxu...
Deyə bilərlər ki, bəyəm , generalın oğlu Vardanyanı həbs edə bilməz? Bilər, ancaq birinci fotoda, Vardanyanın həbs edilmə anında biz nədənsə, Vardanyanın qoluna girən cavan oğlanı heç görmürük. Deməli, generalın oğlu yalnız poz verib, şəkil çəkdirmək lazım olanda ortaya çıxıb. DSX-nın öz loqosu ilə yaydığı fotoda generalın oğlu Məmməd Quliyevin və polkovnik Azər Şirinovun Vardanyanın qoluna girdiyi əks olunur.
Vallah, belə bir həssas məqamda, 200-ə yaxın şəhidin kim olduğu yenicə dəqiqləşdiyi bir gündə, bu cür böyük bir uğuru hansısa generalın oğlunun adına yazmaq cəhdinin bir adı var-BİABIRÇILIQ!
Bəlkə də, Elçin Quliyevin heç bu şəkilin çəkilməsindən xəbəri olmayıb. Tabeçiliyində olan hansısa yüksək çinli zabit ona “girmək” üçün belə “piar” strategiyası fikirləşib.
Ancaq qulaqlarını açıb eşitsinlər ki, bütün bu reallıqlar və onun tərkib komponenti olan Vardanyanın həbsi : Azərbaycan Dövləti, ona rəhbərlik edən Prezident, Şanlı Ordumuz, Şəhidlərimiz və Qazilərimiz hesabına mümkün olub. Heç olmasa, bu məsələdə kasıb-kusubun haqqına girməyin!
Məhəmmədəli Qəribli
Ardını oxu...
Teref.az yazır ki, keçən il istifadəyə verilən Laçın yolu çöküb. Bununla bağlı jurnalist, Laf.tv-nin baş redaktoru Ləman Eləşrəfqızı sosial şəbəkədə ritorik bir sual verib. Sualı təqdim edirik:
"Cəmi bir ildir çəkilib Laçın yolu. Erməni köçü dağıtdı, yoxsa Saleh müəllimin iştahı?"
Teref.az olaraq Saleh müəllimin bu suala cavab verəcəyinə ümid edirik...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Builki tədris mövsümündə məktəbdə təmir işləri aparılacağına ümid etsək də, vəziyyət dəyişməyib. Məktəbin tualeti elə durumdadır ki, uşaq evə özünü güclə çatdırır. Lənkəranda bir neçə məktəb bu il təmir edildi, amma 10 saylı məktəb yada düşmədi”.

TEREF.AZ bildirir ki, bunu Meydan TV-yə Lənkəranda yaşayan bir qrup valideyn bildirib. Onların sözlərinə görə, məktəb uzun illərdir təmir edilmədiyindən bərbad vəziyyətə düşüb. Dam, döşəmə sıradan çıxıb, yağış yağan kimi sinif otaqlarına damır. Pəncərələr kağız kartonlarla qapadılıb.

“Mən 20 il əvvəl həmin məktəbdə təhsil almışam, bina o vaxt bundan sağlam idi. İndi uşağı məktəbə aparanda sözün həqiqi mənasında şoka düşdüm. Müəllimlər deyirlər ki, uzun müddətdir belə şəraitdə işləməyə məcbur qalıblar. Bu məktəbin məzunlarının çoxu ali təhsil alır, müxtəlif dövlət orqanlarında çalışırlar. Məktəb iki dəfə ilin məktəbi seçilib. Amma nəzərə almırlar ki, uşaqlar belə şəraitdə xəstəlik tapırlar”,-valideynlərdən Fəridə Rəhimova deyib.

Valideynlər bildiriblər ki, şəhərdə yerləşən məktəbdə qışda odun yandırırlar, uşaqlar sinif otaqlarında üst geyimdə otururlar:

“Məktəbin görüntüləri çəkilib, Elm və Təhsil Nazirliyi də daxil olmaqla aidiyyatı orqanlara göndərilib. Hər dəfəsində səbrli olmağı tövsiyə edirlər, elə müəllimlərin bəziləri, rəhbərlik də ancaq “səbr edin” deyirlər. Məktəb azdan-çoxdan kollektivin hesabına təmir edilir, amma bu xırda işlərlə nə etmək olar?”.

Məktəbdən suallara cavab vermək əvəzinə şikayətin kimlər tərəfindən edildiyini soruşublar. Bildiriblər ki, məktəb təmir ediləcək.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən də deyiblər ki, məktəbdə əsaslı təmir aparılacaq, ancaq dəqiq tarix açıqlanmayıb.
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...


Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Dövlət başçısı və birinci xanım parkın girişində xatirə daşının üzərinə gül dəstələri qoyublar.
Ardını oxu...
“Şəhərin mərkəzi məktəblərində 10-11-ci siniflərində dərsə gəlməyib, hazırlığa gedənlər direktorlara illik (ödəniş əvvəldən) 1500-2000 manat verir, ali məktəblərdə köçürmələr isə 8000-12000 manat arasında dəyişir…”.

Bunu tanınmış teleaparıcı Elçin Əlibəyli bildirib.
O, təhsil sistemində baş alıb gedən rüşvətdən danışıb və konkret rəqəmlər açıqlayıb:
“Son günlər gələn müraciətlərdən bəlli olur ki, təhsil sahəsində qiymətlər qalxıb. Əlbəttə ki, rüşvət qiymətləri. Şəhərin mərkəzi məktəblərində 10-11-ci siniflərində dərsə gəlməyib, hazırlığa gedənlər direktorlara illik (ödəniş əvvəldən) 1500-2000 manat verir, ali məktəblərdə köçürmələr isə 8000-12000 manat arasında dəyişir. Ən ucuz və sərfəli qiymətləri nazirliyin yanında olan “makler”lər təklif efir. Belə deyirlər. Əldə səsyazıları, yazışmalar da var. Amma inana bilmirəm ki, təhsildə rüşvət olsun, bəs siz?”.
 //Gundemxeber.az//
 
Ardını oxu...
Bakıda fəaliyyət göstərən "Adress Baku” restoranı ilə keçmiş işçisi Nurlana Qasımova arasında qalmaqal yaşanır.

Nurlana Qasımova baş verənlərin təfərrüatları barədə Qaynarinfo-ya danışarkən bildirib ki, restoranın rəhbərliyi onun əmək hüquqlarını pozub.

"Mən bu ilin yanvar ayında "Adress Baku” restoranında işə düzəlmişəm. Amma mart ayında qeydiyyata alıblar. Yəni, mənimlə əmək müqaviləsi 2 ay sonra imzalanıb. Birinci qanunsuzluq burdan başlayır”, deyə Nurlana Qasımova bildirib.

Onun sözlərinə görə, restoranda bir neçə nəfərin işini görüb. Amma aldığı əmək haqqı gördüyü işin müqabilində çox az olub:

"Ona görə də bir neçə ay sonra işdən çıxmaq istədiyimi restoran rəhbərliyinə bildirdim. Dedim ki, burada bir neçə nəfərin işini görürəm, bunun müqabilində isə az maaş alıram. Məni işdən çıxmağa qoymadılar. Göndərdilər "Sea Breez”ə. Amma orada da eyni vəziyyətlə üzləşdim. Yəni, yenə də artıq işlər və az maaş. Bu dəfə işdən çıxmaq barədə təkid etdim. Amma yenə dedilər ki, çıxma. Yenidən "Adress Baku”ya qaytardılar və dedilər ki, maaşın da artacaq, əlavə işlər də görməyəcəksən. Vədlərinə əməl etmədilər. Əvəzində məndən xəbərsiz müqaviləyə xitam verib, işdən çıxardılar”.

O baş verənlərlə bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət etsə də, nəticəsiz qalıb:

"Oradan mənə cavab gəldi ki, müqavilənizin vaxtı bitib. Bu aydındır. Bəs müraciətimdə sadaladığımı qanunsuzluqlar necə olsun? Əmək haqqımı kəsiblər. Əlavə işlərin pulunu verməyiblər”.

Nurlana Qasımova Azərbaycan Qida Təhlüküəsizliyi Agentliyinə də müraciət edib. "Restorandakı qidalarla bağlı müraciət etmişəm. Antisanitariya olur, qidaların keyfiyyəti aşağıdır və s. Bütün bunları müraciətimdə qeyd etmişəm”, deyə "Adress Baku”nun keçmiş işçisi bildirib.

AQTA-dan gələn cavabda qeyd edilib ki, müraciət əsasında restoranda yoxlama aparılıb və qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib və pozuntularla bağlı obyektin rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo Nurlana Qasımovun iddiaları ilə bağlı restoranla əlaqə saxlayıb. Restoranın Orxan adlı mühasibi onun iddialarını əsassız sayıb:
"Həmin şəxsin müqavilə müddəti bitib və biz də işə xitam vermişik. Burada hər hansı qanunsuzluq yoxdur. O adam Dövlət Əmək Müfəttişliyinə də müraciət edib. Amma qurumdan bizə heç bir irad bildirilməyib. Çünki qanunsuz iş görməmişik. Ona da bildirilib ki, müqavilənin müddəti bitib. Əmək haqqı məsələsinə gəlincə, onun maaşı tam olaraq verilib. Bu xanım əvvəl də başqa bir restoranda işləyib. Orada da bu cür qalmaqal yaradıb”.

"Adress Baku” restoranının "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rauf Vəliyevə məxsus olduğu iddia edilir. Qaynarinfo bu iddia ilə də maraqlanıb. Restoranın mühasibi əvvəlcə onun kimə məxsus olması barədə məlumatsız olduğunu desə də, sonradan zəng vuraraq obyektin sahibinin Kamran adlı şəxs olduğunu bildirib. Lakin bu şəxsin restoranın sahibi deyil, icarədarı olduğu barədə iddialar var.
Ardını oxu...
 
 
 

Ardını oxu...
Bu ilin aprelində yaranan “TAKT-1” MMC 5 ay ərzində Gəncə Birləşmiş Şəhər Xəstəxanasının keçirdiyi 4 satınalma müsabiqəsinin qalibi seçilib.

Qaynarinfo xəbər verir ki, müsabiqələr yeməkxana və mətbəx ləvazimatları, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər, bərk inventar, maşın, avandanlıq və aksesuarların satın alınması ilə bağlı keçirilib.

Hələlik xəstəxana ilə şirkət arasında iki satınalma müqaviləsi imzalanıb. Müqavilələrdən biri yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 144 815 AZN-dir.

Maliyyə dəyəri 21 225 AZN təşkil edən digər müqavilə isə yeməkxana və mətbəx ləvazimatlarının satınalması ilə bağlıdır.

Digər 3 tenderə gəlincə, maşın, avandanlıq və aksesusarların satın alınması ilə bağlı imzalanacaq müqavilənin maliyyə dəyəri 488 305,5 AZN, bərk invertarların satın alınması ilə bağlı imzalanacaq müqavilənin maliyyə dəyəri isə 99 605 AZN-dir.

Bu müqavilələr də imzalanacağı təqdirdə “TAKT-1” MMC-nin 5 ayda xəstəxanadan aldığı sifarişin dəyəri 753 950, 5 AZN olacaq.

“TAKT-1” MMC 28 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin hüquqi ünvanı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşir, qanuni təmsilçisi İsmayılov Eşqin Qalib oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 5 aydır fəaliyyət göstərən şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.

“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması əsas şərtlərdən biridir.
Adına heç yerdə rast gəlinməyən, yeni yaranan şirkətin bu tələblərə cavab verdiyi inandırıcı görünmür.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılovdur. İlkin İsmayılov bu ilin fevralında direktor təyin edilib.
 
 
 

Dünyapress TV

Xəbər lenti