Ardını oxu...
“Spirtli içkilər, ət və ət məhsulları sexlərdə hazırlanır, brend ad altında satılır, buna göz yuman məmurlar isə...”
“Sovet dövründə nisbətən nəzarət var idi, kolbasalar at, eşşək ətindən, kağızdan hazırlanmırdı. İndi isə spirtli içkilər, ət və ət məhsulları, geyimlər - hamısı ölkə daxilində müəyyən sexlərdə hazırlanır, brend ad altında satılır. Keyfiyyətin aşağı olması bir tərəfə, paralel olaraq hamısı bahalaşır. Əlbəttə ki, bu, anomallıq yaradır. İctimai təşkilatlar var, məsələn, Azad İstehlakçılar İctimai Birliyi (AİİB) bu sahədə ciddi fəaliyyət göstərir. Amma açıq deyək, AİİB-nin tək başına gücü çatmır, nə etsin? Axı aidiyyatı dövlət orqanları, müvafiq məsuliyyət məsələləri var. Hazırda daxili bazarda inzibati cəzalar nəzərdə tutula biləcək hallar, Cinayət Məcəlləsində əksini tapan daha böyük cinayət halları mövcuddur. Hüquq-mühafizə orqanları və aidiyyatı qurumlar bu məsələyə nəzarət etməlidirlər. Bu işdə məhkəmə perspektivi olmalıdır. Biz isə nə görürük? Görürük ki, göz yumurlar. Nəyin müqabilində? Onun müqabilində ki, əlbəttə, həmin qurumların nəzarət etdikləri sahələrdə mağaza müdirləri ilə, istehsalçılarla əldirlər. Təbii ki, öz şəxsi mənfəətləri olur, buna görə də göz yumurlar. Əziyyəti isə xalqımız, istehlakçılar çəkir. Ağrılı məsələdir..."

TEREF.AZ bildirir ki, bu sözləri Pravda.az-a açqılamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat bildirib ki, hər şeydən əvvəl millətin məmurlarının şüuru yüksək olmalıdır: “Məmurlar öz mənafelərindən çox dövlətin, xalqın mənafeyini düşünməlidirlər. Amma bu, arzu olaraq qalır, həyata keçmir. Hətta buna göz yuman məmurların özləri haqqında da ciddi tədbirlər görmək lazımdır ki, vəzifə borclarını vicdanla yerinə yetirsinlər. Açıq deyirəm, nə qədər incisələr də, əsasən bu hallar müsəlman ölkələrində daha çox olur. Avropa və digər ölkələrdə belə şeylər azdır. Çox ciddi qanunların tətbiqinə və tətbiqi üzərində nəzarətə əhəmiyyət vermək lazımdır. Bu məsələlər ən yüksək səviyyədə ortaya qoyulmalı, nəzarət edilməlidir. Hökumət nəzarəti olmalıdır. Hökumət özü yüksək səviyyədə bu işə göz yuman məmurlara iradlarını bildirməlidir ki, vəzifələrini layiqincə yerinə yetirmirlər”.
 
Ardını oxu...
Vəkil Sebuhi Axundov:
- Dəyərli dostlar, təcrübənzidə belə bir hala rast gəlmisizmi ki, idarənin insan resursları şöbəsinin müdiri həm də həmkarların sədri olsun?
-Əlbəttə ki, məs. bildiyim qədər Azəriqaz Ağsu RQİİ-də idarənin insan resursları şöbəsinin müdiri həm də həmkarlar təşkilatının sədridir. Bu halda rəisin də işi asanlaşır: rəis ,müdir xanıma iki tapşırığı birdən verir.HT sədrinə işçinin işdən çıxarılması üçün raziliq alma məktubu, və işçinin işdən azad olunması üçün HT razılıq məktubu.
Xanım müdir özü yazır, özü də cavab verir, Super "təcrübədi"
Mirvari Gahramanli
Ardını oxu...
"13 il idi təhsil sistemi ilə heç bir əlaqəm yox idi. Bu il Muradı məktəbə qədər hazırlığa qoyduq və təhsilin nə qədər bədbəxt və bərbad olmasını dəhşət içində izləyirəm. 1 ay öncə cənab nazir Emin Amrullayevin sosial media hesabından özünə mesaj formasında müraciət ünvanladım, daha sonra nazirliyin rəsmi saytında qəbul üçün onlayn müraciət etdim. Amma heç birinə cavab ala bilmədiyim üçün məcburam bunları açıq yazım".
TEREF.AZ bakupost.az-a istinadla xəbər verir ki, bunu gənc fəal Pərviz Əzimov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Azərbaycanda hər il 1000-dən çox uşaq ASP (Autizm Spektr Pozğunluğu) ilə dünyaya gəlir:
"Dünya ortalamasına görə hər 36 uşaqdan biri ASP-lidir. Bunların 3/4 hissəsi oğlanlar, 1/4 hissəsi qızlardır. Ölkəmizdə heç bir şeyin normal statistikası olmadığı kimi bu rəqəmin də dəqiq statistikası yoxdur. Amma rəqəm aşağı - yuxarı yazdığım kimidir.
Bu gün özəl məktəblərdən tutmuş, dövlət məktəblərinə qədər heç bir məktdəbdə ASP-li uşaqların inteqrasiyası üçün heç bir proqram yoxdur. Ümumiyyətlə, məktəbəqədər hazırlıq və ibtidai sinif pedaqoqlarının ASP haqqında məlumatı yoxdur. Hər 36 uşaqdan biri o deməkdir ki, ortalama hər 3 sinifdən birinə bir ASP-li uşaq düşür. Və bu rəqəm sürətlə artır".
Pərviz Əzimov qeyd edib ki, Azərbaycan təhsil sistemində ASP ilə bağlı bircə proqram belə yoxdur:
"Nəinki inteqrasiya proqramı yoxdur, əksinə pedaqoqlar tərəfindən bu uşaqlara qarşı bulinq var. Emin Əmrullayev hər fürsət düşəndə 150-200 min müəllimə göndərdiyi SMS-in pulu ilə ildə bir neçə məktəbin müəllimini peşəkarlaşdıra bilərdi.
Nazirlik hər il yüzlərlə mənasız layihəyələrə və xərc maddələrinə milyonlarla pul xərcləyir. Ancaq ölkənin vətəndaşlarının taleyi heç veclərinə də deyil.
Mənim müşahidə elədiklərim hələ özəl məktəblərdə olan problemlərdir. Bunu görəndən sonra adam dövlət məktəblərindəki vəziyyəti təsəvvür belə etməyə qorxur".
Gənc fəalın bildirdiyinə görə, hər il 100-lərlə ASP-li uşaq təhsildən mərhum olur:
"Bunun axırı necə olacaq, kim inteqrasiya edəcək bunları cəmiyyətə?! Bir ASP-li uşağın adi bağça xərci aylıq 1500-2000 AZN arasıdır. Azərbaycanda neçə faiz ailənin aylıq bu məbləği ödəmək imkanı var?!
Peşəkar həkim, psixiatr, klinik psixoloqlara müraciət edirsən, deyirlər, uşaq məktəbə tam hazırdır, ora getməlidir ki, daha da inkişaf etsin. Gedirsən məktəbə, biabırçılıq. Uşağı inkişaf etdirmək əvəzinə, daha da geri salırlar və ya bir çox hallarda uşağı qəbul belə etmirlər.
Peşəkarlıq qalıb bir tərəfdə, barbar qaydalarla təhsil idarə olunur".
 
 
 
Ardını oxu...
Ağsu rayonunun Bico kəndindən olan qazi Vurğun Sayılov rayon rəhbərliyindən narazıdır.

Teref.Az xəbər verir ki, o, bu barədə Bakupost.Az-a müraciətində bildirib.

Vurğun Sayılov deyir ki, 2009-2011-ci illərdə hərbi xidmətdə olub. 2012-ci ildə isə müddətdən artıq xidmət hərbi xidmətçisi (MAXHX) kimi yenidən ordu sıralarına qoşulub. 2020-cı ilin iyulunda Tovuz döyüşlərində fəal iştirak edən qazimiz 44 günlük Vətən müharibəsinə də qatılaraq, ön cəbhədə xüsusi fədakarlıqlar göstərib. Belə ki, Vurğun Hadrut və Şuşanın azad edilməsində birincilər sırasında olub. Hətta Şuşa uğrunda gedən qanlı döyüşlərdə sağ ayağından ağır yaralanıb:

"Müalicə olunandan sonra yenidən xidmətimə davam etdim. 2023-cü ilin 19 sentyabrında başlayan lokal antiterror tədbirləri zamanı da ön sıralarda döyüşdüm. Xankəndi yaxınlığında düşmən ağ bayraq qaldırdıqdan bir müddət sonra pilotsuz uçuş aparatından atılan bombanın partlaması nəticəsində bu dəfə sol ayağımdan ağır yaralandım".

Qazimiz deyir ki, yaralanandan sonra bir müddət Mərkəzi Hərbi Hospitalda müalicə alıb. Daha sonra isə həkimlər ona bir ay müddətində ev şəraitində müalicə olunmağı məsələhət biliblər. Qazimiz hazırda yeriyə bilmir. Belə ki, ayağı İlizarov aparatına qoşulub. Hazırda yataq şəraitində müalicəsini davam etdirən Vurğun bir aydan sonra hospitala, tam sağalandan sonra isə yenidən Ermənistan sərhədinə yaxın ərazidə yerləşən xidmət etdiyi hərbi hissəyə dönəcəyini bildirir.

Onun sözlərinə görə, Qarabağ uğrunda döyüşlərdə iki dəfə ağır yaralansa da, nə ərazi icra nümayəndəliyi, nə Ağsu Rayon İcra Hakimiyyəti, nə də Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsindən indiyədək bir dəfə də olsun, onunla maraqlanmaybılar. İndiyədək kənd camaatı və qohumlarından başqa yerli məmurlardan heç kim onu yoxlamayıb. Məmur biganəliyindən gileylənən Vurğun Sayılov kənddə yaşadığı evin həyətində şəraitsizlikdən iki dəfə yıxılıb və millərlə bağlanmış ayağının üzərinə düşüb.

Qazimiz dolanışığının çətin olduğunu, maddi problemlərinin yarandığını da bildirib.

Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Zəngimizi İctimaiyyətlə əlaqələr şöbəsinə yönləndirsələr də cavab verən olmadı.

Ümid edirik ki, bu yazıdan sonra Ağsu Rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların rəhbərləri Vurğun Sayılovla maraqlanacaq, onun məişət problemlərinin həllinə yardım edəcəklər.
 
 
 

Ardını oxu...
Artromed Tibb Mərkəzində burnunu əməliyyat etdirən Məmmədova Günel Kəmaləddin qızı gözlənilməz nəticə ilə üzləşib.

DİA.AZ-ın məlumatına görə, Günel Məmmədova Reportyor.info-ya bildirib ki, sözügedən tibb ocağının İdrak Əhmədov adlı həkimi burun əməliyyatı adı altında onun tənəffüs və iybilmə orqanını ciddi şəkildə zədələyib: “8 sentyabr 2022-ci ildə burnumdan əməliyyat olundum. Əməliyyatı İdrak Əhmədov adlı həkim edib. Əməliyyatdan sonra burnumda müəyyən problemlər yarandı. 5 ay sonra isə burnum demək olar ki, sıradan çıxdı. Burnumda şiş əmələ gəldi. İdrak Əhmədov çözüm kimi burnuma iynə vurdu. Bu iynədən sonra isə burnum daha da pis vəziyyətə düşdü. İdrak Əhmədovdan burnumu yenidən əməliyyat etməsini tələb etdim. Lakin həkim yenidən əməliyyata razı olmadı. Mən əməliyyat haqqı olara 4500 manat ödəmişdim. Bu halda pulumu geri istədim. Bununla bağlı klinikanın rəhbərliyinə şikayət etdim. Estetik cərrahiyə şöbəsinin müdiri Mais həkim dedi ki, problem həllini tapacaq, yəni pulum geri qaytarılacaq. Onun sentyabrın 25-nə qədər pulumun qaytarılacağını bildirdi”.

Şikayətçinin sözlərinə görə, Mais həkim verdiyi vədə əməl etməyib. “Pulumu qaytarmadılar. Əksinə, həkimlər birləşib məni təhqir etdilər”, – deyə Günel Məmmədova bildirib.

O, saytımız vasitəsilə Baş Prokurorluğa müraciət edərək məsələ ilə bağlı tədbir görülməsini xahiş edir.

Ayrıca, Günel Məmmədova məsələ ilə bağlı prokurorluğa videomüraciət edib. Həmin videonu da oxuculara təqdim edirik.

Sonda qeyd edək ki, Reportyor.info Günel Məmmədovun iddiaları ilə bağlı Artromed Tibb Mərkəzinə sorğu göndərib. Üzərindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq sorğuya cavab verilməyib.


Ardını oxu...
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müayinə və müalicə xərclərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qarşıladığından həkimlər vətəndaşlara qarşı etinasız və diqqətsiz yanaşırlar.
Məsələ ilə bağlı redaksiyamıza şikayət daxil olub. Belə ki, növbədə gözləyən vətəndaşlar “xərcimizi dövlət qarşıladığı üçün həkimlər üzümüzə də baxmaq istəmirlər”, - deyə narazılıqlarını dilə gətiriblər.

Bundan başqa, həkimlərin yönləndirdiyi xəstələr qan analizi vermək istəsələr də, onlar vaxtın bitməsini bəhanə gətirərək, pasientləri geri qaytarıblar.

Eyni zamanda, xəstəxana otaqlarının qapısında gözləyən vətəndaşlara nəzarət olmadığına görə, onlar bir-birlərinin növbəsinə girib həkimlərin qəbuluna düşüblər.

Teref.az bildirir ki, məsələ ilə bağlı Elmi-Tədqiqat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nailə Mustafayeva Bizim.Media-ya açıqlamasında daxil olan şikayətlə bağlı münasibətini bildirib:

“Şikayətin araşdırılması nəticəsində məlum olub ki, vətəndaş şənbə günü saat 12:00-da analiz vermək istəyib. Lakin həkim bildirib ki, cavablar dəqiq olmadığı üçün bu saatda hormon və bir sıra digər analizlərin verilməsi uyğunsuzdur.
Vətəndaş digər bütün müayinələrdən rahat şəkildə keçib. Uzun müddət ərzində institutun fəaliyyətindən hər hansı bir şikayət daxil olmur ki, bu da burada çalışan peşəkar kollektivin uğurudur. Yeganə çətinlik böyük növbələrin olmasıdır və bu da instituta çox saylı vətəndaşların müraciət etməsi ilə bağlıdır. Hazırda qeyd olunan problemin aradan qaldırılması ilə bağlı işlər aparılır”.
Ardını oxu...
MM-in də “zayı çıxıb”
Ölkədə hüquqi nihilizm hökm sürür, qanunlar icra olunmur, məhkəmə qərarları tələbkarın yox, borclunun xeyrinə izah-təfsir olunur, Konstitusiya sözdə ən yüksək hüquqi qüvvəyə malikdir, işdə hətta dövlət hakimiyyəti orqanları ombudsman Konstitusiyanı rüşvətdən yuxarıda tutmur. Özbaşınalığa, Konstitusiyaya sayğısızlığa baxın, vətəndaşın özbaşınalıqdan müdafiə olunmaqdan yana dövlət orqanlarına müraciət etmək, qəbul olunmaq hüququna da qadağa qoyulub.
Bakı İnzibati Məhkəməsinin 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarını borclu inzibati orqan- ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) bu ilin aprelindən özbaşına ləğv edib (?), 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasına məhkəmə qərarı ilə əlavə olunan 110 manatı kəsib. 7-ci aydır hüquqi nihilizm, Konstitusiyaya, dövlətə , onun başçısına, parlamentinə, məhkəməsinə hörmətsizlik sürür. Bəs dövlət orqanları bu hörmətsizliyə necə qiymət verir? İnandırıcı olmasa da, elə dövlətə, Konstitusiyaya hörmətsizliklə!(?) Qarabağ qazisinin şikayəti qanuna zidd olaraq məhkəmə qərarını ləğv edib (?) pensiyasına əlavəni kəsən DSMF-in XŞTMF-siinə göndərilir, oradan verilən Konstitusiyaya hörmətsizlik cavabı – MƏHKƏMƏ QƏRARININ ƏSASLANDIĞI QANUN MADDƏSİNİN LƏĞV OLUNMASI - Konstitusiya aktı kimi sırınır. Absurdluğa, hüquq nihilizminə baxın, Ombudsman Aparatı, Bakı İnzibati Məhkəməsinin özü belə 2017-ci il tarixli məhkəmə qərarını borclu XŞTMF-nin ləğv etməsini (?) 2021-ci ilin 1 yanvarından qüvvəyə minən 29 dekabr 2020-ci il tarixli “Əmək pensiyaları haqqında qanuna dəyişiklik edilməsi haqqında” qanunla 19-cu maddənin ləğv edilməsi (?) ilə izah edir. Dövlətin adından çıxarılan məhkəmə qərarının icrasının məcburiliyi haqqında Konstitusiyanın 129-cu maddəsi bir yana, bəyəm Ana Qanunun 149-cu maddəsinin VII hissəsini– QANUNUN GERİYƏ QÜVVƏSİNİN OLMAMASI, YALNIZ ŞƏXSLƏRİN VƏZİYYƏTİNİ YAXŞILAŞDIRAN NORMATİV-HÜQUQİ AKTLARIN GERİYƏ ŞAMİL EDİLMƏSİ- də borclu DSMF-in Filialı ləğv edib? Qarabağ qazilərinin VƏZİYYƏTİNİ PİSLƏŞDİRƏN, PENSİYALARINA ƏLAVƏNİ LƏĞV EDƏN 2021-ci ildə qüvvəyə minən qanun 15 il GERİYƏ NECƏ TƏTBİQ EDİLƏ BİLƏR? Onda bu Konstitusiya nəyə gərəkir?
Qarabağ qazisi Ombudsmandan, məhkəmədən absurddan özgə bir şey çıxmadığını görüb, qanunverici orqana üz tutub. Hər çağ , ən azı, insan kimi qarşılandığı, qəbul, müraciət məsələsində örnək olan müstəqil hakimiyyət qolunun da özbaşınalığın yanında olmasına şübhələr üzə çıxıb. Bir ay qabaq artıq dünyasını dəyişmiş mədəniyyət komitəsinin sədrinin 12 sentyabrda baş tutacaq qəbuluna xanım deputatın razı olmamasının , bu ayda- 25 oktyabrda olacaq qəbulda onu əvəz edən Fazil Mustafanın da eyni mövqedə olmasının bildirilməsi qazidə “MM-in də “zayının çıxması” fikrini formalaşdırıb. Bu fikri MM-in müavini, qazinin Nərimanovdan “dost-doğma” millət vəkili Adil Əliyevin bugünkü- 9 oktyabr tarixli qəbuluna qoyulan qadağa da gücləndirir. MM-dən zəng edib, Adil Əliyevin 1-ci dərəcəli Qarabağ qazisi öz seçicisini qəbulda görmək istəmədiyi bildirilib. Əsas da Konstitusiyaya qoyulan qadağa kimi absurddur: Qarabağ qazisi idmançı deyil , gənc deyil, onun “gənclər və idman komitəsi” sədrinin qəbulunda nə ölümü var?
Hərbi xidmətə yararsız Qarabağ əlilindən, şəhiddən MƏCBURİ DÖVLƏT SIĞORTA HAQQI TƏLƏBİ ilə əvvəllər tutmuş olduqları vəzifələr üzrə TƏMİNAT XƏRCLİYİ artırıldıqda pensiyalarına bu artıma uyğun əlavənin hesablanmasının yolverilməzliyini QANUNİLƏŞDİRƏN QANUNVERİCİ HAKİMİYYƏTDƏN nəsə gözləməyə dəyər? Ritorik olsa da, soruşmalıyıq: ŞƏHİD CƏNNƏTDƏN DÖVLƏTƏ MƏCBURİ SIĞORTA HAQQINI NECƏ , HANSI VALYUTA İLƏ ÖDƏSİN?
Məğrur Bədəlsoy
Şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 

Ardını oxu...
Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir. Etibarlı gömrük xidməti isə hər zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur. Dövlətinin iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində, büdcənin böyüməsində gömrük xidməti önəmli mövqeyə malikdir.

Yuxarda sadalanan bu cümlələr nə gözəl səslənir - dövlətin müstəqilliyinin əsas atributlarından biri, etibarlı gömrük xidmət, dövlətçilik təməlinin möhkəmləndirilməsi və sairə...

Gəl ki, bu sistem illərdir kimlərinsə böyük qazanc mənbəyinə çevirilib, monopoliyanın qurbanı olub, nə qədər qəribə səslənsə də bütün islahatlara rəğmən, "saat əqrəbi kimi" işləmir.

Yəqin hər kəs razılaşar ki, Dövlət Gömrük Komitəsinin ən qaranlıq şeflərindən biri də Səfər Mehdiyev idi. Onun zamanında Gömrük böyük çatlar verdi, dövlət büdcəsinə külli miqdarda ziyan dəydi, Bu barədə uzun uzadı yazmağa gərək yoxdur, hər şey göz qarşısında olub. Nəhayət uzun illərdən, faktlı, əsaslı məlumatlardan sonra "Sef Səfər" vəzifədən uzaqlaşdırıldı. Bu posta isə sistemi bildiyi deyilən Şahin Bağırov təyin edildi.

Amma gələn məlumatlardan bəlli olur ki, Şahin Bağırovun apardığı köklü islahatlara baxmayaraq, Səfər Mehdiyevin qurduğu sistem hələ də qismən də olsa işləkdir. Nədir bu sistem? Əslində bu barədə dəfələrlə yazmışıq - Qanunsuz fəaliyyət göstərən şirkətlər, onların hələ də fəaliyyəti, vurduqları ziyanlar...

Bir daha xatırladırıq ki, bu şirkətlərin DSMF ödəmələri, anbarları, işçiləri yoxdur, vergidən yayınır və dövlət büdcəsinə külli miqdarda ziyan vururlar. Bir və ya iki dəfə adına mal vurulur və tarixə qovuşur.

Bizimxeber.az-a daxil olan məlumata görə, belə şirkətlərin sayı yenidən artmaqdadır və nəticə olaraq diğər qanuni işləyən, vergi ödəyən, işçiləri olan qanuni şirkətlərin işini ləngidir.

Elə isə cavabı hələ də verilməyən bir sual açıq qalır - bu şirkətləri indi kimlər idarə edir və islahatlar aparılan Ş. Bağırovun gömrüyündə belə şirkətlərin fəaliyyətində kimlər maraqlıdır?

Redaksiyaya daxil olan məlumata görə, gömrüydəki müəyyən şəxslər, hətta yüksək səlahiyyət sahibləri belə şirkətlərin sahibləri ilə sövdələşmələrə gedir və ehtimal ki, bundan Gömrük rəisi Şahin Bağırovun xəbəri olmur. Bu o demıəkdir ki, rəislər Gömrük Komitəsinin rəhbəri Şahin Bağırovu aldadaraq yalandan "hər şey qaydasındadır" deyirlər. Ya da...

Bu isə çox ciddi faktdır və Şahin Bağırovun araşdırma aparması üçün ipucudur. Belə ki, redaksiyaya daxil olan məlumatlar sırasında daha bir maraqlı xəbər də var - Qanunsuz fəaliyyət göstərən şirkətlərin adına gətirilən müxtəlif yüklər "Qarabağdakı təmir-tikinti üçündür" adı altında rəsmiləşir. Hansı ki, bu mallar bazarda satılır. Bu fakt redaksiyaya daxil olan dəqiqləşdirilməmiş məlumatdır və araşdırılması lazımdır.

Bu arada xüsusilə qeyd edək ki, belə qanunsuz fəaliyyət görsətən şirkətləri Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti müəyyənləşdirməli və onların fəaliyyətinə nəzarət həyata keçirməlidir. Lakin qurumun rəhbəri Azər Məmmədov nə Səfər Mehdiyevin zamanında, nə də indi ortaya normal fəaliyyət qoya bilməyib. Bu fəaliyyətsizlik, susüqunluq uzun illərdir davam edir.

Məlumat üçün bildirək ki, "odnarazıvı sahibkarlar"ın kimliyi müəyyənləşməli, onlara kimlərin dəstək olması ortaya çıxarılmalıdır. Çünki bu şəxslərin qanunsuz fəaliyyəti dövlət büdcəsinə böyük ziyan vurur, Gömrüyün fəaliyyətini arxa planda saxlayır, bazarda bahalaşma yaradır, monopoliyaya yol açır.

Bizimxeber.az
 
Ardını oxu...
Bakının “Şanxay” adlanan ərazisinin bir qrup sakini “Azərbaycan Dəmir Yolları” inzibati binasının önünə toplaşıb. Sakinlər oktyabrın 6-sı qurumun nümayəndələri ilə görüş tələb ediblər. Sakinlərdən biri Aygün Qənbərova danışır ki, 2019-cu ildən bəri 30-a yaxın evin astanasından sürət qatarları keçir. Deyir, o zamandan bəri həyatları təhlükə içindədir.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:

 

Dünyapress TV

Xəbər lenti