Ardını oxu...
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti emalatxana avadanlıqlarının satın alınması üzrə 13.10.2023-cü ildə başladığı açıq tender müsabiqəsini tamamlayıb və “NM STOCK” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 99.767,82 manat məbləğində satınalma müqaviləsi bağladığını 18.10.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Tenderin şərtlərinə görə “NM STOCK” MMC 2023-cü ilin sonuna qədər Dövlət Sərhəd Xidmətini təkərli əl damkratı 5 t, kobra test aparatı, yağ sovurma kompressoru (80 litrlik), yağ sovurma kompressoru (80 litrlik), patçipnik çıxartmaq üçün məngənə, universal açar dəst (46 parça), kompleks açar dəsti (156 parça), transmissiyaya yağ vuran aparat, təkər təmiri üçün alətlər kimi 69 adda emalatxana avadanlıqlarə ilə təchiz etməlidi.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirlimiş məlumatdan da görsəndiyi kimi Dövlət Sərhəd Xidməti emalatxana avadanlıqlarının satın alınması üzrə keçirdiyi açıq tenderin qalibi “NM STOCK” olub və MMC-nin VÖEN-i kimi 1404425431 bu göstərilib.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, sözügedən VÖEN- 1404425431 “NM STOCK” MMC-yə deyil, “İNPORT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdu. Daha ətraflı araşdırdıqda məlum oldu ki, MMC 2018-ci ildə “QARAJ-21” kimi dövlət qeydiyyatına alınıb 2022-ci ilin oktyabr ayından adını dəyişdirərək “İNPORT” MMC qoyub. MMC-nin qanuni təmsilçiləri müxtəlif vaxtlarda Zərbəliyev Zəki Zərbəli oğlu və Bayramov Azər qəzənfər oğlu olublar. Reyestr məlumatlarında MMC-nin hüquqi ünvanı kimi BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ, ev 63 göstərilib.

Bəs Dövlət Sərhəd Xidməti tərəfindən dövlət satınalmalarının vahid internet portalında açıqlanmış “NM STOCK” MMC kimə məxsusdur?

Qeyd edək ki Dövlət Vergi Xidmətinin məlumatlarında MMC-nin VÖEN-i 2008078691 kimi qeyd olunub. MMC 22.06. 2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XƏQANİ RÜSTƏMOV, ev 6, mənzil 26, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Məhərrəmova Nigar Tahir qızıdır.

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda isə müsabiqənin başlama tarixi 01.05.2020-ci il, zərflərin açılış tarixi isə 12.06.2020-ci il göstərilib. Məlumatlardan belə görsənir ki, Dövlət Sərhəd Xidməti emalatxana avadanlıqlarının satın alınması üzrə açıq tender müsabiqəsinə 3 il bundan əvvəl başlayıb.

Maraqlıdır dövlət satınalmalarının vahid internet portalında nə üçün qalib “NM STOCK” MMC-nin VÖEN-i 2008078691 deyil, “İNPORT” MMC-nin VÖEN- i 1404425431 göstərilib? Bu bir yanlışlıqdır, səhvdir, yoxsa Dövlət Sərhəd Xidməti Tender Komissiyasının növbəti saxtakarlıqları. Bunu biz rəsmi dövlət qurumlarının məlumatlarına əsaslanaraq qeyd edirik.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi ciddi və rəsmi bir dövlət qurumunun nəzarətində olan bir portalda bu kimi yanlış məlumatların yerləşdirilməsi nə dərəcədə inandırıcı görsənir?

Göründüyü kimi, “NM STOCK” (VÖEN 2008078691 ) MMC cəmi üç aydır dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə bir xanımdır. Açıq mənbələrdə MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdu. Çox güman ki, “NM STOCK” MMC-ni tenderin qalibi göstərib. Amma işləri subpodratçı kimi “İNPORT” (VÖEN 1404425431) MMC aparacaq. Burada məqsəd nədir. Qanuni təmsilçisi xanım olan “NM STOCK” (VÖEN 2008078691 ) MMC-nin heçabına pul köçürülür, oradan müəyyən faiz çıxarıldıqdan onra qalan vəsait subpodratçı “İNPORT” (VÖEN 1404425431) MMC-nin hesabına köçürülür.

Qayıdaq tender müsabiqəsinin başlama tarixinə. Göründüyü kimi məlumatlarda müsabiqənin başlanma tarixi 2020-ci il göstərilib. Bəs 2020-ci ildə başlanana tenderin nəticələri nə üçün indi açıqlanır. Həm də şübhəli məqamlarla dolu. Maraqlıdır Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bütün bu saxtalıqları görmürmü?

Aktualinfo.org
 
Ardını oxu...
DİA.AZ bildirir ki, Mingəçevir şəhər sakini Teymurov Mirəli Məcid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Mingəçevir Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayevin onu qeyri-qanuni işdən azad etməsindən narazılığını bildirir.

"Mən, Teymurov Mirəli Məcid oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məni xəstəxananın baş həkimi Faiq Abdullayev qeyri-qanuni olaraq işdən çıxardıb.

1988-ci ildə Vedibasar rayonundan qaçqın düşmüşəm. Birinci Qarabağ müharibəsi veteranıyam. Xəstəxanada sürücü işləyirdim. Heç bir səhvim, günahım olmadan direktor məni işdən uzaqlaşdırdı.

Otağına girdim, xahiş etdim ki, müharibə iştirakçısı olmuşam, veteranam, işdən çıxarmayın. Lakin "mənə nə, çıx çölə", - deyə otağından qovdu.

Bəlkə işdən çıxarılma səbəbini də öyrənərəm deyə növbəti dəfə yenə qəbuluna getdim. Sanki direktor məni gördükcə əsəbləşir. Mənə bildirdi ki, sənin kitabın artıq bağlanıb, işə qaytara bilmərəm, get Müdafiə Nazirliyinə müraciət elə, veteran olmağına görə onlar sənə iş versinlər.

Veteranlığı lağa qoyan insan təəssüf ki, xəstəxanada direktor işləyir. Mənim kimi canını vətən uğrunda qoyanlar da onun kimilərdən asılı oluruq.

Onu da qeyd edim ki, xəstəxananın təmiri üçün dövlət tərəfindən ayrılan pullar “yeyildiyindən”, 3-cü mərtəbə təmirsiz qalıb. Bunu video çəkiliş vasitəsilə sübut edə bilərəm”.

Məsələ ilə əlaqədar Faiq Abdullayevlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Əlikram Ağayevin qanunsuz həbs edildiyi iddia olunur

Lerikdə fəaliyyət göstərən "Meşəbəyi” Sanator-Kurort və Turizm Mərkəzinin rəhbəri Əlikram Ağayevə 15 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Bu barədə Meydan TV-yə Lerik rayonundan məlumat verilib.

Yaxınları da Əlikram Ağayevin həbs edildiyini təsdiqləyiblər.

Onların sözlərinə görə, mərkəz rəhbəri əsassız həbs edilib.

"Polis rəisi zəng edib ki, guya Əlikram Ağayevdən şikayət var. Onu idarəyə dəvət edib. O da deyib ki, rəsmi bildiriş göndərilsin, amma bildiriş göndərilməyib. Onun barəsində məcbiri gətirilmə qərarı verilib”, – deyə onlar qeyd ediblər.

Turizm mərkəzinin rəhbərinin polisin qanuni əmrinə tabe olmama ittihamı ilə həbs edildiyi bildirilir.

Daxili İşlər Nazirliyindən məsələni Meydan TV-yə şərh etmək istəməyiblər.

Lerik Rayon Polis İdarəsi də məsələyə münasibət bildirməyib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə Əlikram Ağayevin həbsindən xəbərsiz olduğunu deyib.

Rayondan "Arqument.az"a verilən məlumata görə, Əlikram Ağayev Lerikin sayılan ağsaqqalarından biridir. Onun həbsinin rayonda birmənalı qarşılanmadığı da qeyd olunur.

Bildirilir ki, polis rəisi bununla da iş adamını hörmətdən salmaq istəyir.

İş adamı Lerikin icra başçısı Əkbər Abbasovla da yaxın dostu olduğu qeyd olunur, hətta başçının da bu həbsə mane ola bilmədiyi deyilir.
 
Ardını oxu...
"ARS Reabilitasiya Mərkəzi" barəsində inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və işə yenidən baxılması Səhiyyə Nazirliyinə tapşırılıb.

Bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.

İş materiallarından aydın olur ki, Səhiyyə Naziriliyi "ARS Reabilitasiya Mərkəzi" MMC-də bir ay ərzində iki dəfə plandankənar yoxlama keçirib. MMC-nin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4 (sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, digər yerlərə baxış keçirilməsinə mane olması) maddəsi ilə protokol tərtib edilib.
Ardını oxu...
Sözügedən protokolla bağlı "ARS Reabilitasiya Mərkəzi"nin rəhbəri məhkəməyə şikayət verib.

İddia olunub ki, keçirilmiş həmin yoxlamada yoxlayıcı şəxslər qismində Teymur Musayev, İlkin Əhmədov və Aqşin Salmanovun iştirak etməli olduğu halda, səlahiyyəti çatmayan şəxslər iştirak edib.

Digər bir tərəfdən isə B.Mirzəyev özünü İlkin Əhmədov kimi təqdim etməyə cəhd edərək yoxlama prosesində qeyri-qanuni iştirak edib və onun yoxlamada iştirakını təsdiq edən heç bir hüquqi sənəd mövcud olmayıb. Bu hal MMC-nin nəzarət kameralarının videoçəkilişi ilə təsdiq olunur.

Məhkəmədə "ARS Reabilitasiya Mərkəzi"nin rəhbəri Sevda Xanməmmədova izahat verərək 17 il sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, 2020-ci ildə lisenziya aldığını və məqsədinin realibitasiya sahəsində köməyə ehtiyacı olanlara yardım etmək olduğunu deyib.

O, Səhiyyə Nazirliyi tərəfindən aparılan həmin yoxlamaların qərəzli olduğunu iddia edib.

Sevda Xanməmmədova göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş edib.

Ardını oxu...
Sevda Xanməmmədova

Səhiyyə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasında çıxış edərək MMC-də 2 dəfə planlı və plansız yoxlama keçirildiyini bildirib.

İlk yoxlama zamanı "ARS Reabilitasiya Mərkəzi"ndə sertifikatsız işçi müəyyən olunub və inzibati xəta haqqında protokol tərtib edilib.

İkinci yoxlama 30 avqust 2023-cü il tarixdə keçirilib.

Bu dəfə sənədlər təqdim edilmədiyi üçün inzibati tənbehvermə haqqında qərarın qəbul olunduğunu deyib.

Məhkəmənin qərarı ilə "ARS Reabilitasiya Mərkəzi"nin rəhbərinin şikayəti qismən təmin edilib. Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokol isə ləğv olunub və işə yenidən baxılması Səhiyyə Nazirliyinə tapşırılıb.

Bir müddət əvvəl Milli Məclisin vitse-spikeri Adil Əliyevlə "ARS Reabilitasiya Mərkəzi" arasında qalmaqal yaranmışdı. Gununsesi.info-nun bu barədə yaydığı məlumatda bildirilirdi ki, Adil Əliyev adıçəkilən tibb müəssisəsinin məsuliyyətə cəlb olunmasını istəyir.

Buna səbəb isə vitse-spikerin oğlu Məhəmməd Əliyevin "ARS Reabilitasiya Mərkəzi"ndə prosedur zamanı kürəyinin yandırılmasıdır. Bu hadisədən sonra Əliyevlər ailəsi Nərimanov rayon Prokurorluğuna müraciət edib.
 
Ardını oxu...
Boy qısalığının müalicəsi üçün istifadə olunan “Norditropin” preparatı artıq bir neçə aydır ki, uşaqlara verilmir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ötən il yaydığı məlumatda qeyd edilir ki, Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan 450 uşaq ödənişsiz müalicə olunur.

Agentlik tərəfindən uşaqlar boy hormonu preparatı ilə təmin olunur. O da qeyd edilmişdi ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir.

TƏBİB “səbr edin” deyir
“Mənim övladımda Turner sindromu var. 11 yaşı olsa da, boyu 6-7 yaşdakı uşağın boyudur. Bu ilin may ayında müayinələrdən keçdi, belə bir diaqnoz qoyuldu. İki ay “Norditropin” dərmanını bizə pulsuz verdilər. Ayda üç dəfə alırdıq. Artıq iki aydır ki, bu dərman verilmir.

İcbari Tibb Sığortaya zəng etdik, dedilər, yeni bir şirkətlə müqavilə bağlayacağıq, ondan sonra dərmanlar veriləcək sizə. Amma bunun hansı müddətə qədər davam edəcəyini söyləmədilər”, – bunu Meydan TV-yə adının çəkilməsini istəməyən Bakı sakini deyir.

Sosial şəbəkələrdə də “Norditropin” preparatının vətəndaşlara verilmədiyi haqda fikirlər qeyd edilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vətəndaşlara dərmanı pulsuz verməlidir. Amma bu ilin sentyabr ayından qeydiyyatdan keçən uşaqlara bu preparat verilməyib.

TƏBİB-dən mətbuata hazırda problemin olduğunu təsdiqləyiblər. O da deyilib ki, məsələnin yoluna qoyulması üçün iş aparılır.

“Uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olunan dərman vasitəsi “Novo Nordisk” əczaçılıq şirkəti tərəfindən istehsal olunur. 2020-ci ildən 2023-cü ilin avqust ayına qədər bu preparatın təminatı 1500-ə qədər uşağı əhatə edib. Lakin cari il ərzində dünyada boy hormonunun müalicəsi üçün nəzərdə tutulan preparatların xammalının əldə olunmasında yaranan çətinlik səbəbindən artıq 2 aydır ki, istehsalçı şirkət adıçəkilən preparatın təminatını dayandırıb. Növbəti aydan boy hormonunun müalicəsində istifadə olunan preparatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə təminatının başqa şirkət vasitəsi ilə bərpa olunması nəzərdə tutulub” – TƏBİB-in məlumatında qeyd edilir.

“Zamanında tədbir görülməli idi, çünki məlumatlıydılar”
Həkim-radioloq Aydın Əliyev TƏBİB-in dedikləri ilə razılaşmır. Onun fikrincə, istehsalçı şirkət problemlə bağlı öncədən məlumat verir:

“TƏBİB-in açıqlamasını oxudum, qənaətbəxş deyil. Deyirlər ki, istehsalçı şirkətin xammal məhdudluğu var. Halbuki Avropa ölkələrinə və Amerikaya bu preparatdan verilir. Üstəlik, bu cür firmalar böyük dərman istehsalçısı olan şirkətlərdir. Onlar öncədən əməkdaşlıq etdiyi ölkələrə məlumat verirlər ki, məsələn, filan tarixdən etibarən biz sizi dərmanla təmin edə bilməyəcəyik. Yəni, dedikləri doğrudursa belə, yenə də bu işə məsul olan TƏBİB-in yetkililəri preparat olmayacağı barədə öncədən məlumatlıydılar. Lakin təəssüflər olsun ki, vaxtında tədbirlər görülməyib. Hazırda bir çox ölkədə bu preparat istehsal edilir. Aidiyyəti qurumlar zamanında bu dərmandan yararlanan uşaqların preparatla təmin edilməsiylə bağlı tədbir görməliydilər”.

Aydın Əliyev deyir ki, TƏBİB-in verdiyi “Norditropin” preparatın ticari adıdır:

“Tərkibində təsiredici molekul isə hormonal preparat olan somatotrop hormonudur. Ölkədə dövlət proqramı var ki, boyu qısa, eləcə də somatotrop hormonun inyeksiyasına ehtiyacı olan uşaqlar qeydiyyata alınaraq təmin edilməlidir. Xeyli müddətdir ki, bu preparatla uşaqlar qismən təmin edilirdi. Məndə olan məlumata görə, endrikolonoqların təyin etdiyi dozaya görə miqdar verilmirdi. Amma yenə də bu dərmanı ala bilməyən ailələr müəyyən qədər yükdən azad olunurdu. İndi isə tamam kəsiblər. Deyilənə görə, bəzi kəsim bu preparatı əldə edir, amma onlara hansı kriteriyalar şamil olunur, o bilinmir”.

“Fasilə vermək olmaz”
“Norditropin” preparatını mənzil qərargahı Danimarkada yerləşən “Novo Nordisk” şirkəti istehsal edir. Apteklərdə bu dərmanın bir qutusunun qiyməti 206 manatdır. Adının hallanmasını istəməyən şikayətçilər deyir ki, ayda bir neçə dəfə bu dərmandan almaq onların imkanları xaricindədir. İndi övladı hormonal problem yaşayan valideynlər tezliklə TƏBİB-dən məsələnin həll edilməsini gözləyir. Çünki bu dərmanlar fasiləli şəkildə qəbul edilə bilməz. Aydın Əliyev də deyir ki, bu cür preparatların fasilələrlə orqanizmə daxil edilməsi düzgün deyil. Müəyyən yaş dövrünə qədər bu dərmanlar daimi qəbul edilməlidir.
Ardını oxu...
Aldığımız ilginc məlumata görə TƏBİB-in direktorunun muşaviri, Yeni klinikanin Somatika və Strok Mərkəzinin rəhbəri Pərvin Əkbərovun heç ali təhsili belə yox imiş. DİA.AZ bildirir ki, bu barədə gundelik-baku.com saytı məlumat yayıb.

Xəbərdə daha sonra deyilir:

Bu adam ixtisasca fizioterapist imiş. Indi bu yarım təhsilli insan 11 il orta, 6il ali, 4 və ya 5 il ixtisas təhsili almış insanlara rəhbərlik edəcək. Bu azmış kimi Pərvin Əkbərov TƏBİB-in göndərişi ilə ikinci ali təhsil almaq üçün özünü oda-közə vurur. Adamdan bir soruşarlar ki, sən nə vaxt birinci ali təhsili və ya orta ixtisas təhsilini başa vurdun ki, ikinci təhsil almaq üçün rıçaqlarını işə salmısan.

Bax budur TƏBİB-in hazırki vəziyyəti.

Xatirladaq ki Pərvin Əkbərov bundan öncə Tibbi Bərpa İnistutunun direktoru idi. Bu institut Səhiyyə Nazirliyinin nəzdinə kecən kimi Pərvin Əkbərov təcili həmin vəzifədən ayrilib. Sonra isə, TƏBİB-də musavir vəzifəsinə təyin oıunub.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
DİA.AZ: - "Yaxşı deyir... Bəyin oğurlanmasında, 3 min pul vermişəm bunların oynamağına bax..." DİA.AZ bildirir ki, bunu son günlər QHT sektorunda cərəyan edən özbaşınalıqlara və saxtakarlıqlara etiraz olaraq "Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı ifadə edib.

Ardını oxu...

Narazı hüquq-müdafiəçisi daha sonra bildirir: "Biri 20 min alır, 20 nəfər yığa bilmir kiçik zala. O biri 10 min, ardında da 65 min qrant alır, Agentliyi pis duruma qoyur, məcbur olub QHT sədrlərini yığırlar zala.

Mən deyəndə ki, QHT fəlsəfəsini bilməyənin ortada at oynatmağı ilə deyil....

Utanmaq da yaxşı keyfiyyətdir... O kəslər bir az utansınlar.

Yəqin Agentlik layihələrin qiymətləndirməsini edəndə bu fəaliyyətləri nəzərə alacaq. Tapşırıqla bizim kimi təşkilatların haqqını yeyərək "böyük qrantlar udmaqla" deyil..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gündə minlərlə insan müraciət edir. İcbari Tibbi Sığorta üzrə bütün ölkədən bura xəstələr göndəriş alır. Təkcə rentgen kabinetindən gündə yüz xəstə keçir.
Ötən ay planlı yoxlamalar zamanı xəstəxanada ciddi radiasiya dozası, rentgen kabinetinin standartlara cavab vermədiyi aşkar olunub.

Buna görə xəstəxananın yeni direktoru Elviz Qasımova protokolla xəbərdarlıq edilmiş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdi. Lakin direktor bu müddət ərzində heç bir tədbir görməmiş və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin növbəti reydi zamanı qorxu saçan rentgen kabineti möhürlənərək bağlanmışdı.

Rentgen kabinetləri ona görə bağlanıb ki, izolyasiya tədbirləri görülməyib, aparatlar texniki standartdan çox şüalanma verir və kabinetə girən həkim də, xəstə də bir dəfə rentgen müayinəsi zamanı alacağı radioaktiv şüalanmadan qat-qat artıq şüaya məruz qalırdı. Kabinetdən radioasiya dəhliz və bütün mərtəbə, hətta həmin binaya təsir edirdi. Bu isə personal və xəstələr üçün ciddi təhlükə deməkdir.

Medicina.az -a daxil olan məlumata görə, rentgenin istismarının məhdudlaşdırılmasından 1 həftə sonra həmin kabinet yenidən açılıb. Aşkar olunan problemlər aradan qaldırılmayıb, şüalanma və təhlükə həddi olduğu kimi qalıb. Görünür, xəstəxana rəhbərliyi ən gəlirli və vacib diaqnostik vasitə olan rentgen kabinetini hər vasitə ilə işlətməyə qərar verib.

TƏBİB-dən məsələ ilə bağlı Medicina.az-a verilən açıqlamaya görə, həqiqətən rentgen kabineti açılıb, amma istifadəyə köhnə yox, yeni aparat verilib.

“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hazırda 1 KT və MRT istifadədədir. Xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunu nəzərə alaraq, sənəd problem olan rentgen avadanlıqları ilə bağlı Fövqəladə Hallar Nazirliyi arasında danışıqlar aparılıb, belə razılığa gəlinib ki, sənədlərin qaydaya salınması üçün əlavə vaxt verilsin. Əldə olunmuş razılığa əsasən rentgen avadanlıqları kabinetdə istifadəyə verilib. Əvvəldən istismarına qadağa qoyulmuş şüalanma ilə bağlı problemli köhnə avadanlıq istifadəyə verilməyib”.
 
Ardını oxu...
Naxçıvanda Vasif Talıbovun yaxınlarına aid olan bir sıra müəssisələri alan “APF” kimə məxsusdur?
Naxçıvanda yeni şirkətlər qrupu yaradılıb.

Teref.az bildirir ki, TNS-in əldə etdiyi məlumata görə, “APF” şirkətlər qrupu əvvəllər Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun yaxınlarına aid olan bir sıra müəssisələri alıb.

Şirkət hazırda üç istiqamət üzrə fəaliyyət göstərir: inşaat, kənd təsərrüfatı və qida sektorları.

APF qida sektorunda çörək, süd və süd məhsulları istehsal edir. Bu müəssisə 2005-ci ildə “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyətə başlayıb. Müəssisə artıq “APF Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə fəaliyyətini davam etdirir. Müəssisədə müxtəlif istehsal sahələri fəaliyyət göstərir.

Şirkətlər qrupunun daha bir müəssisəsi “APF Agro”dur. Babək rayonunun Nehrəm kəndinə 12 km məsafədə yerləşən münbit torpaqlarda üzüm və alma bağları salınıb. Əvvəllər bu müəssisə də “Gəmiqaya Holdinq”in tərkibində idi.

Yuxarıda qeyd etdiyimiz kimi, “APF” şirkətlər qrupu tikinti sektorunda da fəaliyyət göstərəcək. Qrupa daxil olan “APF inşaat” Naxçıvan şəhərində çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisi üzrə yeni layihələrin həyata keçirilməsini planlaşdırır. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində 21 yaşayış binasından ibarət “Nakhchivan Residence”in inşasına tezliklə start veriləcək. Artıq təsdiq edilən layihə çərçivəsində 2, 3 və 4 otaqdan ibarət 5-11 mərtəbəli binalarda 1100 mənzil inşa ediləcək.

Göründüyü kimi, “APF” şirkətlər qrupuna Naxçıvanda yaşıl işıq yandırlıb və geniş imkanlar yaradılıb. Maraqlıdır ki, şirkətlər qrupu cəmi bir ay bundan əvvəl yaradılıb. Yəni, APF hansısa köklü şirkət deyil.

Bəs şirkətin sahibi və ya sahibləri kimdir?

Şirkət təmsilçisi TNS-in əməkdaşının bu sualını cavablandırmaqdan imtina edib. Görəsən, şirkətin sahibini niyə gizli saxlayırlar?

“APF-nin açıqlaması nə deməkdir?” sualımız da cavabsız qalıb.

Əldə etdiyimiz məlumata görə, “APF” şirkətlər qrupunun adı üç şəxsin adının baş hərflərindən götürülüb: Anar, Pərvin, Fuad. Bu şəxslərin kimiliyini dəqiqləşdirə bilmədik. Ümid edirik ki, yaxın günlərdə şirkətin sahibləri və fəaliyyət istiqamətləri barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcəkdir. Naxçıvan ictimaiyyəti bunu bilməlidir. Çünki muxtar respublikada ən iri layihələr bu şirkətə verilir. Yəni, şirkətin sahibi sıradan biri deyil.

Qeyd edək ki, APF-nin aldığı deyilən müəssisləri və əmlakları bir neçə ay bundan əvvəl yenə yeni yaradılmış “HİMAL” Holdinqin alacağı bildirilirdi. Sonra hansısa müəmmalı səbəbdən holdinq ona təklif olunan əmlakları satın almaq fikrindən daşındı.
 
 

 



Ardını oxu...
Azərbaycan Dövlət Pedoqoji Kolleci 2023-cü ilin sentyabr ayının 22-də sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, kollecin “əsaslı təmir işlərinin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 11.000 manat, qalibi isə “Alov-N” (VÖEN:3102536241) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

“Alov-N” MMC 2018-ci ilin yanvar ayının 1-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Abşeron rayonu Masazır kəndi, qanuni təmsilçisi isə Qurbanov Raqif Əsəd oğludur.

Pedoqoji Kollecdə əsaslı təmir işləri aparacaq “Alov-N” MMC-nin fəaliyyət profili, lisenziyaları, əmək müqaviləsi ilə çalışan işçi sayı, mühəndis heyəti və faktiki ünvanı barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.

Pedoqoji Kollecin keçirdiyi digər satınalmalara diqqət etdikdə əsasən fəaliyyəti qeyri-şəffaf olan təşkilatlarla “işbirliyinə” üstünlük verdiyi görünür. Belə ki, Kollecin qalib elan etdiyi təşkilatların fəaliyyətləri qeyri-şəffaf olmaqla yanaşı, əksəriyyətinin dövlətə külli miqdarda vergi borcu var.

Pedoqoji Kollec 2022-ci ilin dekabr ayının 13-də “inventarların satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Bu satınalmanın məbləği 23.810 manat, qalibi isə “GÜNAY 87” (VÖEN: 2906894931) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “GÜNAY 87” MMC Kollecin sözügedən satınalmasının elanından 11 gün əvvəl – 2022-ci ilin noyabr ayının 17-də təsis edilib. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9 mkr, ev 26 mənzil 16, qanuni təmsilçisi isə Hüseynova Günay Şahin qızıdır. “GÜNAY 87” MMC-nin də fəaliyyət prifili barədə açıq internet resurslarında məlumat yoxdur.

“GÜNAY 87” MMC-nin hazırda dövlətə 1816 manat vergi borcu var.

Ardını oxu...

Pedoqoji Kollec 2022-ci ilin avqust ayının 26-da “cari təmir” lotu üzrə sifarişçi olduğu daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 79.971 manat, qalibi isə “Bina İdarəetmə Mərkəzi” (VÖEN: 1006226671) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Ardını oxu...

“Bina İdarəetmə Mərkəzi” MMC 2019-cu ilin noyabr ayının 7-də dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı BİNƏQƏDİ RAYONU, F.MƏLİKOV 7 MKR, ev 60/30, m. 35 olan şirkətin qanuni təmsilçisi Camaləddinov Loğman Ənvər oğludur. Pedoqoji Kollecdə cari təmir işləri aparacaq “Bina İdarəetmə Mərkəzi” MMC-nin də fəaliyyət profili barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Ardını oxu...

“Bina İdarəetmə Mərkəzi” MMC-nin hazırda dövlətə 9895 manat vergi borcu var.

Ardını oxu...

Kollecin digər satınalmalarının bəzilərində də şübhəli məqamlar yer almaqdadır. Belə ki, Pedoqoji Kollec 2021-ci ilin noyabr ayının 15-də “maşın və avadanlıqların satınalınması” lotu üzrə smetası 74.686 manat olan satınalma keçirib. Bu satınalmada “Aysun-2014” (VÖEN: 6401050851) Məhdud Məsuliyyətli Cəmiyyətiqalib elan edilib. “Aysun-2014” MMC-nin hüquqi ünvanı Masallı rayonu Köçəkli kəndidir.

Ardını oxu...

Pedoqoji Kollec həmin ilin oktyabr ayının 17-də daha bir satınalmaya yekun vurub. Kollecin “cari təmir” lotu üzrə keçiridiyi bu satınalmanın məbləği 74.962 manat, qalibi isə “Turan 2018” (VÖEN: 6401991121) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “Turan 2018” MMC-nin də hüquqi ünvanı Masallı rayonunun Köçəkli kəndidir.

Ardını oxu...

Pedoqoji Kollecdə 74 min manatlıq “cari təmir işləri aparan” “Turan 2018” MMC-nin də digər qaliblər kimi fəaliyyəti barədə məlumat yoxdur.

Ardını oxu...

Qlobal.az məsələ ilə bağlı Azərbaycan Dövlət Pedoqoji Kollecindən mövqe öyrənib. Kollecin Tender Komissiyasının sədri Elsevər Abbaslı hər bir satınalmanın qanunvericiliyə uyğun keçirildiyini bildirib: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci həm tədris, həmçinin təsərrüfat məsələlərində tam şəffaf və yerli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir. Azərbaycan Dövlət Pedaqoji Kolleci tərəfindən “Dövlət Satınalmaları” haqqında AR qanununa uyğun olaraq “Kotirovkalar sorğusu” “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin qaydalarına uyğun, “Tender.az” internet portalı vasitəsi ilə keçirmişdir”.

Ardını oxu...

Qlobal.az Hesablama Palatasından Azərbaycan Dövlət Pedoqoji Kollecində nə zaman audut aparılması barədə mövqe öyrənib. Hesablama Palatasının İnformasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusifzadə 2022-2023-cü illərdə Palata tərəfindən Azərbaycan Dövlət Pedoqoji Kollecində audit aparılmadığını bildirdi.

Ardını oxu...

Xatırladaq ki, Azərbaycan Dövlət Pedoqoji Kollecinin direktoru İsrayıl İsgəndərovdur.

Dünyapress TV

Xəbər lenti