Ardını oxu...
Ali Məhkəmədə külli miqdarda mənimsəmədə ittiham olunan "Tua-TT” MMC-nin rəhbərinin kassasiya şikayətinə baxılacaq.

"Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə məhkum olunan Tural Asif oğlu Alışanlının şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Tural Alışanlının hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev məhkəmə prosesinə münasibət bildirib:

"Kassasiya şikayətini həm biz, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verib. Onlar verilən cəzadan narazıdılar. Biz isə Tural Aslanlının heç bir günahının olmadığını, cinayət işinə isə xitam verilərək müvəkkilimin azadlığa buraxılmasını göstərmişik".

Xatırladaq ki, Tural Alışanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 5 il müddətinə azadlıqdan məhrum edilib. Tural Alışanlı apellyasiya şikayəti versə də, təmin olunmayıb.
Ardını oxu...
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə ƏƏSMN-dən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə "TUA TT” MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.

Tural Alışanlı məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayevə məxsus olan şirkəti ittiham etmişdi: "Sahibi olduğum "TUA” TT MMC-yə 2016-cı il T.F-013/016 müqaviləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 892 min manat pul köçürülüb. Bu 892 min manatın 160 min manatı ƏDV ödənilib. Hər iki müstəntiqlər bilərəkdən, qərəzli, ədalətsiz olaraq bu 160 min manat ödənilən ƏDV-ni ittiham aktına 136 min manat yazıblar. 577 min manat tikinti işləri yerinə yetirilib. Bunu da bilərəkdən az yazıblar. Yenə də eybi yox, olsun.

Xüsusi olaraq qeyd etməliyəm ki, ən azı 650 min manat tikinti işləri yerinə yetirilib. 892 min manat köçürülmüş puldan 577 min manat götürülmüş işi və ödənilmiş ƏDV-ni çıxanda, qalır 143 min manat. 143 min manatdan ittiham aktlarının hər ikisində öz təsdiqini tapan adı çəkilən nazirliyin hər iki firmaya ("TUA” TT və "AĞRIDAĞ”TT) yığılıb qalmış 157 min manat pulun 81 min manatını,yəni nazir müavini Vüsal Nəsirlinin təsdiq etdiyi 81 min manatı borclarını çıxanda, qalır 62 min manat. 62 min manatdan hər iki ittiham aktında, əslində, ən azı 35 min manatlıq, amma 23 min manatlıq təsdiq olunmuş tikinti materiallarını çıxanda, qalır 37 min manat. 37 min manatdan zəmanət məktublarına ödənilən 10 min manatdan çox pulu da çıxanda, qalır 27 min manat. Danılmaz faktdır ki, adı çəkilən nazirliyin - şəxsən nazir Sahil Babyevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum "AĞRIDAĞ” TT MMC-yə şəxsən mənə təsdiq etmədikləri 76 min manat yığılıb qalmış borcları var.

Bu 76 min manatdan da 27 min manatı çıxanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəxsən nazir Sahil Babayevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum "AĞRIDAĞ” TT MMC-yə şəxsən mənə 49 min manat borcları qalır”.
 
 
 
Ardını oxu...
"Millət, stəkandakı maye nə kompot, nə "pepsi", nə "kola", nə konyak, nə də qırmızı çaxırdır. Soruşmayın... indi özüm deyəcəm: bu həm çaydı, həm də çay deyil. Kəmhövsələ olmayın, izah edirəm. Bu doğrudan da çay dəmidir... A.Goozalın istehsal etdiyi “Azərçay”... hansı ki, yoxsul təbəqənin əlacsız nümayəndələri kimi biz gündəlik onu içirik..." Dia-az.info bildirir ki, bunu öz açıqlamasında tanınmış qocaman jurnalist Rövşən Kəbirli qeyd edib.

Ardını oxu...

E.Kəbirli daha sonra yazır: "Amma çoxumuz fərqində deyilik ki, içdiyimiz bu çayın tərkibində təbii çayla yanaşı kimyəvi qatqı da var. Adına "kraska" deyək. Şəxsən mən bu "kraska"nın nə olduğunu bilmirəm... amma onu təbii çaydan təmizləməyin metadologiyasını bilirəm. Deyim, siz də bilin. Eşitmişik ki, çay azı 5-7 dəqiqə dəmdə qalmalıdır, amma ümumiyyətlə “Azərsun” istehsalı olan çayları çaynikə atıb üstünə eləcə istisu tökəndən 2 dəqiqə sonra sanki dəmlənmiş kimi içməyə hazır olur. Əslində isə bu təbii çayın qızartısı yox, ona vurulmuş kimyəvi maddənin rəngidir. Bu maddəni ayırmağın yolları: Quru çayı çaynikə atır, üstünə yarsınadək qaynar su alıb, 10-15 saniyə çaxlayıb təxminən 2 dəqiq gözlədikdən sonra lüləyindən süzürsünüz. Stəkanda gördüyünüz bu maye tullantıdır, sanki avtomobilin "mator"unu yumusan- hisəbənzər tünd qara rəng. Yenidən çayniki qaynar su ilə doldurub qoyursunuz dəmə. Çayın dadı da rəngi də normal olur, yəni təhlükəsiz içmək olar".

Qeyd edək ki, R.Kəbirlinin sözügedən açıqlaması sosial şəbəkələrdə rezonansa nədən olub və geniş müzakirə olunub. Bu olaya müxttəlif münasibətlər bildirilib. Onlardan birini - Elxan Səmədov adlı istifadəçinin açıqlamasını dia-az.info olaraq təqdim edirik:

" "Azərsun" Holdinq Azərbaycanın ərzaq təminatını ələ aldıqdan sonra ürək damar xəstəlikləri onkoloji xəstəliklər damar kirəcləşməsi ( damar tıxanıqlığı) xəstəliklər kəskin artaraq kütləvi hal almaqdadır...."

Ardını oxu...
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Səfər Əhmədov tutduğu vəzifədən qanunsuz şəkildə azad olunduğunu iddia edir. Sabiq müavin bununla bağlı TNS-ə müraciət edib. Mövzunun əhəmiyyətini və həssaslığını nəzərə alaraq həmin müraciəti ictimailəşdirməyə qərar verdik. Səfər Əhmədovun redaksiyamıza göndərdiyi məktubu təqdim edirik:

“Naxçıvan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Mirsənani Seyidov 1 avqust 2023-cü il tarixdə, saat 12:30-da məni qəbuluna çağıraraq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin təcili və qəti göstərişinə əsasən, başqa vəzifəyə təyin olunacağımla bağlı sərəncama götürüldüyümü (ərizəm alınmadan), tutduğum vəzifəyə Əhməd Zöhrab oğlu Vəliyevin (həmin gün saat 15:00-da akt zalında Ə.Vəliyev səlahiyyətli mümayəndənin müavini Samir Seyidəhmədli tərəfindən kollektivə təqdim olunmuşdur) təyin olunduğunu bildirdi. Mən bu məsələyə qəti şəkildə etiraz edərək bildirdim ki, 22 illik stajı olan dövlət qulluqçusunu xəbərdar etmədən, səbəb olmadan necə bir dəqiqə ərzində işdən azad edə bilərsiniz!? Bu, absurddur. Axı mənim heç bir nöqsanım yoxdur!?

Mirsənani Seyidov yaxın vaxtlarda mənim müvafiq bir işlə təmin olunacağıma dair səlahiyyətli nümayəndənin söz verdiyini bildirərək, iş otağımdakı şəxsi əşyalarımı götürməyimi tapşırdı. Həmin vaxt Mirsənani Seyidov mobil telefonunu çıxararaq, səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədlinin “WhatsApp” vasitəsilə göndərdiyi Əhməd Vəliyevin şəxsiyyət vəsiqəsinin surətini mənə göstərərək, Fuad Nəcəflinin tapşırığı əsasında Əhməd Vəliyevin artıq sərəncamının hazırlandığını və saat 15:00-da onun kollektivə təqdim olunacağını bildirdi. Mirsənani Seyidov Ə. Vəliyevi şəxsən tanımadığını, onun Bakı şəhərindən gətirildiyini, sərəncamının “WhatsApp”dan göndərilən şəxsiyyət vəsiqəsinin surətinə əsasən verildiyini dedi. Mən şəxsi əşyalarımı götürərək İcra Hakimiyyətinin inzibati binasını birdəfəlik tərk etdim. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli müvafiq sərəncamı ilə Mirsənani Seyidov tutduğu vəzifədən azad edilib. Mirsənani Seyidova dəfələrlə etdiyim müraciətlərim cavabsız qalıb, mənə yalan vədlər verilib.

Son 7 ay ərzində səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə, onun müavini Samir Seyidəhmədliyə məni işlə təmin etmələri barədə 50-yə yaxın elektron müraciətlərim cavabsız qalıb. Xüsusilə vurğulamaq istəyirəm ki, son illər müxtəlif dövlət orqanları tərəfindən aparılan audit yoxlamaları zamanı fəaliyyətimdə heç bir nöqsan aşkarlanmayıb. Bildirirəm ki, həyatım boyu Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına şərəflə xidmət etmişəm və bu gün də edirəm. Ümummilli Liderimizin yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin son 20 ildə Azərbaycana rəhbərliyi dövründə tutuduğum vəzifələrə layiq olmağa çalışmış, vətənimizə və dövlətimizə sədaqətlə xidmət etmişəm. Dövlətimizin verdiyi əməkhaqqı məni hər zaman qane edib. Daim zəhmətimlə yaşamışam. Şəxsi avtomobilim belə yoxdur.

Dörd balaca övladım var. Üçü məktəblidir (ikisi repetitor yanına gedir və 500-600 intervalında bal toplayırlar), biri isə dörd yaşındadır. Uşaqlar artıq hazırlıq kurslarından məhrum olub, çünki ödəniş etmək imkanım yoxdur. Hər ay “Kapital Bank”a 760 manat ipoteka krediti, “Naxçıvan Bank”a isə 380 manat istehlak krediti öhdəliklərim var. Yeganə gəlirim müharibə iştirakçılarına verilən 80 manat Prezident təqaüdüdür.

Hesab edirəm ki, dövlətimizə sədaqətlə xidmət edən bir dövlət qulluqçusunu bilərəkdən bu vəziyyətə salmaq, heç bir səbəb olmadan onun 22 dövlət qulluğu stajının (gələcəkdə mənim pensiya təminatına da mənfi təsir göstərir) üzərindən bir qara xətt çəkmək heç kimə xeyir gətirməz. Hansısa bir dövlət məmurunun vəzifəsindən sui-istifadə edərək belə bir qərar qəbul etməsi vətəndaşların dövlətimizə olan inamını sarsıdır. Bütün bu baş verənlərə dözə bilmirəm. Mən artıq kiminsə səhvi və səhlənkarlığı üzündən intihara sürüklənirəm. Yeddi ay səbəbsiz yerə maddi durumum ağır vəziyyətdə gözlədim. Daha səbrim tükənib, çünki ailəm həddindən artıq acınacaqlı durumdadır. Sizin vasitənizlə möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edir, hüquqlarımın bərpası, işlə təmin olunmağım, ailəmizin düşdüyü ağır vəziyyətdən çıxarılması üçün köməklik göstərmələrini xahiş edirəm”. Qeyd edək ki, Səfər Əhmədov hüquqlarının bərpası məqsədilə ölkəmizin hüquq-mühafizə orqanlarına və məhkəməyə də müraciət edib.

Bu arada ovqat.com-un yaydığı məlumata görə Naxçıvan şəhər İcra Hakimiyyətinin faktiki başçısı (rəsmən müavini) Əhməd Vəliyev srağagün axşam təcili Bakıya çağrılıb. Bu təcili dəvətin səbəbi bilinmir. Amma dünən axşamdan Naxçıvan MR-da yaşanan gərginliklər Əhməd Vəliyevin niyə Bakıya çağırılmasına qismən aydınlıq gətirir. İddialara inansaq, ötən axşam Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi rayon icra başçılarına zəng edib Muxtar Respublikadakı vəziyyətlə bağlı onları bərk danlayıb. Səhər açılan kimi isə Naxçıvan şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru Əli Vəliyev son zamanlar iaşə obyekti açmaq məqsədi ilə ona müraciət edən sahibkarları yanına çağırıb bundan sonra onların müraciətinə şəhər meriyasının Memarlıq və tikinti şöbəsinə yeni müdir təyin olunan Qabil Abbasovun baxacağını bildirib və özünə təqdim edilən sənədləri sahibkara qaytarıb.

İnformasiya qaynağımız həm səlahiyyətli nümayəndə Fuad Nəcəflinin icra başçılarına zəng etməsini, həm Əhməd Vəliyevin təcili Bakıya çağrılmasını, həm də meriyanın Ticarət və Xidmət Departamentinin direktoru Əli Vəliyevin sahibkarlardan topladığı sənədləri özlərinə qaytarmasını bir amillə əlaqələndirir. Onun iddiasına görə, ötən ilin 28 iyulunda Naxçıvan şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru təyin olunan Əli Vəliyev işində ciddi dönüş yarada bilməyib. Yenə “xan” dövründəki qaydalar eynilə davam edir; aldığı obyektdə pəncərəni qapı ilə əvəz edən və ya yeni iş yeri açmaq üçün Sərəncam almaq istəyən sahibkarlardan 25-30 min manat civarında “şirinlik” alınırmış və s. Bu da bəzi sahibkarların etirazına səbəb olub və onlar Bakıya şikayət ediblər. Bakıdan gələn sərt tənqid nəticəsində xüsusi nümayəndə icra başçılarına zəng edib və onları danlamaqla işini yekunlaşdırıb. Başqa sözlə, Bakı “canişin”i danlayıb, “canişin” də icra başçılarını. Bununla kifayətlənməyən paytaxt isə Naxçıvan şəhər İcra Hakimiyyətinin faktiki başçısını görüşə çağırıb.

Maraqlıdır ki, Naxçıvanın faktiki meri Əhməd Vəliyev əslində legitim mer deyil. Yəni onun hansısa sərəncama qol çəkmək ixtiyarı yoxdur. Nəticədə sahibkarlardan “şirinlik” alınaraq onlara sərəncam əvəzinə söz verilirmiş. Di gəl ki, Bakıya edilən şikayətlər bütün planları alt-üst edib. Sərəncam əvəzinə söz verilən sahibkarların 40 nəfər civarında olduğu bildirilir. Digər iddialara görə, Naxçıvanın faktiki meri “çiçəyi burnunda” məmurlardandır. O, bir neçə gün əvvəl bu vəzifəyə təyin olunub və yeni iş yerinə özü ilə bərabər əlavə 4 nəfər də gətirib: İsa Allahverdiyevi Hüquq Şöbəsinə müdir; Qabil Abbasovu Memarlıq ve tikinti şöbəsinə müdir; Sadiq Salahlını Ümumi şöbəyə müdiri; Bağır Abbasovu 1 saylı Mənzil İstismar Sahəsinə (Jek) müdir.

Dərd burasındadır ki, bu möhtəşəm “beşliy”in hamısı Fətullah Gülənin bir vaxtlar Naxçıvanda fəaliyyət göstərən orta məktəbinin məzunlarıdır. Odur ki, Naxçıvan şəhər meriyasında işləyənlər arasında “FETÖ-çülər iş başına gəldi” dedi-qoduları yayılıb.
aztoday.az

Ardını oxu...
"Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Muxtar Respublikada ikinci klinikasını açmaq istəyən sahibkar qarşısında şərt qoyur: “Mənim əleyhimə məlumatlar paylaşan kəndlin Adəm Bağırovu susdur, sonra xahişə gəl” ". Dia-az.info bildirir ki, bunu öz paylaşımında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.

H.Oğuz daha sonra bildirir: "Təbii ki, sahibkar qarşısına qoyulan bu öhdəliyi yerinə yetirməyə çalışır.

Di gəl ki, daş qayaya rast gəlir.

Müzakirəyə mübahisəyə çevrilir və sahibkar bloggeri ağır sözlərlə təhdid edir, Bakıya gəlib onu cəzalandırmaqla hədələyir".

Dia-az.info olaraq H.Oğuzun təqdim ediyi səs yazılarını da diqqətinizə çatdırırıq:

ZƏRURİ QEYD: Səs yazıları 18+ xarakterlidir... SÖYÜŞ VAR...

Səs yazısı 1: bura tıklayın...

Səs yazısı 2: bura tıklayın...
 
Ardını oxu...
"Vasif “xan”ın dövründə Naxçıvanda “xanzadə” Seymurun bir şilləvuranı vardı – Həsən Əhmədov. O, Seymurun adından iş adamlarının ofisinə gedib “bura bundan sonra bizimdir” deyərək əmlaklarını “müsadirə” edərdi. Mülkiyyəti əlindən alınan sahibkarlardan biri də “Sizin Market”in təsisçisi Razi Orucovdur". Dia-az.info bildirir ki, bunu öz paylaşımında qeyd edən tanınmış jurnalist Heydər Oğuz olduqca ilginc faktları açıqlayıb.
H.Oğuz yazır: "Razi Orucovun bildirdiyinə görə, 2020-ci ildə Həsən Əhmədovun ondan mənimsədiyi mülklərinin siyahısı belə idi:
Naxçıvan şəhərinin mərkəzində yerləşən “Sizin Market”;
3 maşın: 1 Ford tranzit, 1 Prado, 1 Niva;
4 ev;
1 quşçuluq və heyvandarlıq ferması: 385 baş xırdabuynuzlu, 107 baş iribuynuzlu, 5000 ədəd toyuq, ördək;
Bir də “Sizin Market”in kassasında qalan 56 min 500 dollar pul.
Razi Orucov həmin dövrdə qəsb edilən əmlaklarını geri qaytarmaq üçün Bakıya gəlib, Prezident İlham Əliyevə şikayət məktubu göndərir. Məktub hansı yollasa “xanzadə” Seymurun əlinə keçir. Dərhal şirin vədlərlə Bakıdan Naxçıvana çağırılan sahibkar elə aeroportdaca Əl-Qaidə lideri Bin Ladenin sağ əli kimi həbs olunub, qolu qandallanaraq İstintaq Təcridxanasına aparılır. Orada 22 gün dayanmadan döyülən Razi Orucov Prezidentin həmin vaxt imzaladığı amnistiyaya düşür. Təcridxanadan azadlığa buraxılanda ağır şəkildə döyüldüyündən ağzında bir dişi belə qalmayan sahibkar o gündən indiyədək özünün zorla qəsb olunmuş əmlaklarını geri qaytarmaq uğrunda mübarizə aparır. Amma indiyədək buna nail ola bilməyib. Əksinə Vasif Talıbovun dövründə “xanzadə”nin şilləvuranı olan Həsən Əhmədov “canişin” əfəndinin hakimiyyətə gəlməsi ilə “xanzadə” statusu alıb.
Kimin sayəsində? Gəlin, bu sualın cavabını və hekayənin davamını Razi bəyin öz dilindən eşidək".

Bu linkdə:

BURA TIKLAYIN...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Bakı və Abşeron rayonlarında son illər daha da çoxalan qanunsuz tikililər barədə tv və digər mətbuat orqanlarında daim xəbərlər verilib...

Şəhərsalma qanununa uyğun olmayan, ekoinşaat prinsiplərinə zidd olan bu tikililər təəssüflər olsun ki, dövlət qurumlarının balansında olan torpaq sahələrini, magistral yolların ehtiyat zolaqlarını da zəbt edə bilib.

Bakı şəhərinin Baş Planının hazırlanması yenidən qanunsuz tikilililəri gündəmə gətirib.

AzFakt.com bu cür qanunsuz tikililərdən birini - Abşeron rayonunda Xırdalan dairəsinin kənarında tikilən ticarət mərkəzi barədə dəfələrlə məlumat dərc edib.

Qeyd edək ki, Xırdalan dairəsinin kənarında inşa edilən ticarət mərkəzi əslən Naxçıvandan olan Fərzəliyev Bəhruz İsfəndiyar oğlunun adına inşa edilib.

Burada ciddi qanun pozuntusu tikinti obyektinin funksiyası barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazədədir.

Belə ki, sözügedən ticarət mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alınıb.

Obyektin ümumi sahəsi 16.549 (m2), mərtəbə sayı ikidir.

AzFakt.com saytı olaraq sözügedən ticarət obyekti barədə yenidən jurnalist araşdırması apardıq.

Araşdırmamız zamanı məlum oldu ki, dövlət Komitəsinin rəsmi sənədində fərdi ev kimi reyestrə alınan obyekt Bəhruz Fərzəliyevin İsfəndiyar oğlunun adına sənədləşdirilsə də, obyektin əsl sahibi Allahverdiyev Elçin Mürvət oğludur.

Biznes fəaliyyəti ilə məşğul olan Elçin Allahverdiyevin Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyində təmsil olunan şəxslərdən biri ilə xüsusi münasibətlərinin olduğu deyilir.

Əldə etdiyimiz son məlumata görə hazırda qanunsuz inşa edilən ticarət mərkəzində son tamamlama işləri gedir.

Həmçinin obyektin sənədlərini yoxlamağa gələn aidiyyatı dövlət qurumlarının nümayəndələrinin qarşısına çıxarmaq üçün bir neçə şəhid ailəsi və qazinin də obyektdə işə götürülməsi planlaşdırılır.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun 2023-cü ilin dekabr ayının 30-da “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiqləməsindən sonra Bakı və Abşeron magistralının kənarında inşa edilən xeyli sayda obyektlərin söküləcəyi barədə məlumatlar yayılıb.
Ardını oxu...
Prezident İlham Əliyev “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, əsasnamənin 5.8-ci bəndinin birinci abzasından “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən” sözləri çıxarılıb.

Qeyd edək ki, əsasnamənin 5.8-ci bəndində nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirindən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət Nazirliyin kollegiyası yaradılması nəzərdə tutulurdu.
 

Ardını oxu...
Ağcabədi rayonu, N.Nərimanov küçəsi, ev 179 ünvanında yaşayan Fətəliyev Səfər Səməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Aztelekom” onun oğlunu haqsız yerə işdən çıxardıb.
“Hörmətli redaksiya!

Yazaraq bildirirəm ki, oğlum Fətəliyev Vüqar 20 ildən artıq Ağcabədi rayon telekommunikasiya qovşağında elektrik montyoru işləyirdi. 2020-ci il aprel ayının 22-də saat 23 radələrində oğlum axrana otağında olarkən görüb ki, kimsə qovşağın hasarından həyətə keçdi. Baxıb ki, qovşağın rəis əvəzi Mamedov Elməddin Ənvər oğludur. O, gəlib oğlumdan növbədə olanları soruşub. Vüqar deyib ki, burda idilər, mən generatorun yanacağına baxmağa getdim, gələndə görmədim. Əlavə edib ki, yəqin yuxarı çıxıblar, indi gələrlər.

Rəis əvəzi oğluma deyib ki, "arxamca gəl". İçəri girəndə görüblər ki, “kart” oynayırlar, amma qarşılarında pul yoxdur. Rəis əvəzi onları telefonla videoya çəkməyə başlayıb. Çəkiliş vaxtı oğlum Vüqar bayırda olub.

Səhərisi videonu və "kart" oynayanların adlarını həm rayon polis şöbəsinə, həm də "Aztelekom" MMC-nin sabiq direktoru Suat Paşayevə göndərib. Yəni "kart" oynayanların siyahısına oğlumun da adını salıb.

Polis müstəntiqi qərar çıxarıb ki, nə qovşağa, nə də işçilərə heç bir ziyan dəymədiyi üçün işə xitam verilsin. Polisin qərarından "Aztelekom" şikayət verib. İşi başqa müstəntiqə verdilər. O da 5 nəfərə inzibati xəta maddəsi tətbiq edib, məhkəməyə göndərdi. Bu müstəntiq də oğlum Vüqarı təqsirsiz bildi. Hətta rəis əvəzi belə, öz izahatında bildirib ki, mən gələndə Vüqar "axrana" otağında idi.

Buna baxmayaraq, "Aztelekom"un sabiq direktoru Suat Paşayev 3 nəfəri, o cümlədən oğlum Vüqarı da 31 may 2020-ci il tarixdə 70-ci maddənin "ç" bəndi ilə işdən çıxardı. Biz Yasamal rayon məhkəməsinə müraciət etdik. Məhkəmə 03.09.2020-ci il tarixli qətnaməsilə Vüqarı işinə qaytardı. 26.10.2020-ci il tarixdə qətnamə qüvvəyə mindi. Həmin ayın 28-də “Aztelekom” apelyasiya şikayəti verdi, yəni 2 gün sonra. Maraqlısı budur ki, “Aztelekom” adından şikayəti Apelyasiya Məhkəməsinin hakimi, Suat Paşayevin tanışı Emin Mehdiyev yazıb və Suata imza etdirərək, gətirib Yasamal məhkəməsinə verib. Sənədləri öz əli ilə aparıb öz icraatına yazdırıb. Bildiyiniz kimi hər iki halda poçt vasitəsilə göndərilməlidir.

Etiraz etməyimizə baxmayaraq, nəticəsi olmadı. 16.03.2021-ci ildə Yasamal məhkəməsinin qətnaməsindən Ali məhkəməyə müraciət etdik. Hakim Əhməd Əhmədov bizə və Bakıda yaşayan vəkilimizə çağırış göndərmədən işə baxıb. Yazıb ki, "gəlmədikləri üçün işə onlarsız baxılsın". O da qətnaməni qüvvədə saxlayıb.
Ali məhkəmənin plenumuna müraciət etdik. Plenum hakimi Aqil Abbasov işi geri qaytardı ki, rüsum pulu keçirilməyib. Zəng edib köməkçisiylə danışmışam ki, bu işdə rüsum yoxdur, varsa neçə manatdır, keçirim. Kimdənsə soruşublar ki, mən düz deyirəm, təzədən zəng ediblər ki, xahiş edirik, yenidən sənədləri gətirin. Nəticədə əvvəlki qərarları qüvvədə saxladı. Qətnamənin nə günü, nə ayı, nə ili var. Üstünə, tikilən məktubda yuxarıda oğlumun və vəkilin adı yazılıb. Bu da Ali məhkəmənin plenum hakimi Aqil Abbasovun savadı.

Oğlum Vüqarın 3 azyaşlı övladı var, onun ikisi məktəblidir, biri də bu il gedəcək. Həyat yoldaşı işləmir. Mən birinci qrup əliləm, yataq xəstəsiyəm, həyat yoldaşım ağır sümük əməliyyatı keçirib yeriyə bilmir. Pensiyamız dərmanımızı ödəmir. Hansı dövlət təşkilatına müraciət edirik, deyirlər ki, maddə ilə çıxmısan. Qalmışıq ac-yalavac. Məktəbli uşaqların geyimini belə, kredit götürüb almışıq. Yoxlaya bilərsiniz.
Xahiş edirik, “Aztelekom”rəhbərliyi oğlumun üstündə olan bu töhməti götürsün. Axı, sübütlar da var ki, oğlum günahsızdır. Onlardan iş istəmirik. Heç olmasa hardasa bir işə girsin. Ailəmiz böyükdür, 8 nəfərik. Hər yerə müraciət etmişik. Cənab prezidentə, xanımına, heç bir cavab almamışıq. Ümidim sizədir. Bu haqsızlığın sona yetməsində bizə kömək edin".
 
Ardını oxu...
Elm və Təhsil naziri Emin Əmirullayev oliqarx övladlarını yüksək vəzifələrə təyin edir.

Hurriyyet.az xəbər verir ki, Emin Əmirullayevin oliqarx övladlarını yüksək vəzifələrə təyin etməsinin arxasında heç də vəzifəyə təyin edilənlərin bilik və bacarıqları dayanmır.
Ardını oxu...
Məsələn, Elm və Təhsil naziri 2023-cü ilin dekabr ayının 18-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinə Coşqun Əliyev adlı şəxsi müdir təyin edib.

Coşqun Əliyevin indiyədək hansı pedoqoji fəaliyyəti olması barədə heç bir məlumat yoxdur.

Coşqun Əliyev əvvəllər Bakı şəhər İcra Hakimiyyətində yüksək vəzifələrdə çalışan, adı bir çox maxinasiyalarda hallanan Vidadi Əliyevin oğludur.

O, atasının əlaqələrindən istifadə edərək Bakı şəhərində parkinq biznesi ilə məşğul olub.

Bu barədə medada xeyli sayda məlumatlar tirajlanıb.

Həmin məlumatlarda Coşqun Əliyevin Bakı şəhərində qurduğu parkinq biznesinin vergidən yayındığı və əhali arasında kütləvi narazılıq yaratdığı qeyd edilir.

Coşqun Əliyevin parkinq biznesi hökumətin apardığı islahat zamanı müflis olub.

Coşqun Əliyev bundan sonra atasının vəzifədə çalışdığı zaman əldə etdiyi biznesə sahiblik edib.

Bu biznesi sırasında Zirə qəsəbəsində xeyli sayda pomidor və xiyar istixanaları, icarəyə verilən çoxdsaylı obyektlər, ticarət mərkəzi, yanacaqdoldurma məntəqəsi olduğu deyilir.

Emin Əmirullayevin daha bir kadrının- Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinin də oliqar nəslin nümayəndəsi olduğu vurğulanır.
Ardını oxu...
Belə ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın Azərbaycanda tikinti maqnatlarından biri olan, "Körpü-Bina-Tikinti" MMC-nin sahibi Xəlil Göyüşovun yaxın qohumu olduğu vurğulanır.

İlhamə Abdullayeva Coşqun Əliyevdən fərqli olaraq əvvəllər təhsil sistemində xırda vəzifələrdə çalışıb.

Emin Əmirullayev Təhsil naziri təyin edildikdən 5 ay sonra İlhamə Abdullayevanı Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin edib.
 
Ardını oxu...
İdarəetmə Sistemləri İnstitutunda baş menecer vəzifəsində çalışan Ehtiram Xəlilov bu qurumda Əli Abbasovdan sonra ikinci adama çevrilib..

Bu barədə azfakt.com-a verilən məlumatda deyilir. Məlumata görə sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor təyin edildikdən sonra Ehtiram Xəlilovu yanına gətirərərk baş menecer vəzifəsinə təyin edib.

Ehtiram Xəlilovun hazırda İnstitututda söz sahibi olduğu, səlahiyyətlərindən kənar işlər gördüyü deyilir. O, əslində institutda Əli Abbasovdan sonra ikinci adama çevrilib və bütün institut çalışanları artıq bunun fərqindədirlər. Hətta məsələ o yerə çatıb ki, İdarəetmə Sistemləri İnstitutunda təmir işlərini və inventar alınmasını belə Ehtiram Xəlilov həyata keçirir.

Onun bir neçə ildir İdarəetmə Sistemləri İnstitutun aparılan təmir işlərində, İnstituta inventarların alınmasında maxinasiyalar etdiyi, bununla da həm özünə, həm də Əli Abbasova külli miqdarda vəsait topladığı iddia edilir.

“Ehtiram Xəlilov Əli Abbasovun həmyerlisi həm də qohumudur. Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar naziri işləyərkən Ehtiram Xəlilov onun köməkçisi olub. Ehtiram Xəlilov uzun illərdir Əli Abbasovla işləyir, buna görə də hamı onu sabiq nazirin "qara kassası" sanır. Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor təyin edildikdən sonra Ehtiram Xəlilovu gətirib ən gəlirli-yeyintili yerə təyin etdi. Halbuki bu şöbədə illərlə çalışan, İdarəetmə Sistemləri İnstitutuna ürəkdən can yandıran insanlar var idi. O adamlar qala-qala Əli Abbasov öz adamını bu vəzifəyə təyin etdi. İnstitutda avadanlıqlar, əsasən də komputer avadanlıqları köhnədir. Amma hər il büdcədən yeni avadanlıqlara vəsait ayrılır. Ayrılan vəsaitlər hamısı kağız üzərində xərclənir”, deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Əli Abbasov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, 2004-2015-ci illərdə Rabitə və İnformasiya texnologiyaları naziri vəzifələrində çalışıb. Onun adı “MTN işi” cinayətlərində hallanıb və keçmiş nazirin həbs olunacağı bir müddət gündəmdə olub. Əli Abbasov 2015-ci ilin noyabr ayının 12-də nazir vəzifəsindən azad edildikdən 1 ay sonra köməkçisi Ehtiram Xəlilov nazir köməkçisi vəzifəsindən azad edilib.
 

Dünyapress TV

Xəbər lenti