"Tam təminat içində (hansı işlərinə görə?!), bütün elmi titulların sahibi İsa Həbibbəyli elmdə alış-verişə və rüsvətə "yox" deyən, dövlət və xalqa daha çox fayda verə biləcək alimi ölümə tərk edib şəxsi həzzi üçün Polşadan hansısa Pşemislavı, Martini axtarır. Belə titullu şəxsin dövlətin elm qurumunda nə işi var axı?! Paradoksallıq! İsa Həbibbəyli, illərlə zülm etdiyiniz İdris Abbasov Polşanın deyil, böyük vəzifələr tutub laqeyd qaldığınız Azərbaycanın vətəndaşıdır!"
AMEA rəhbəri İsa Həbibbəyli
O, daha sonra bildirib: "Vicdan, yenə də vicdan! Bu vətəndaş bu dövlətə Polşa vətəndaşları - pşemislavlardan, martinlərdən, hətta sizdən daha çox faydalıdır. Bəs niyə onu ailəliklə maddi ehtiyaclara dücar edib, görməzdən gəlirsiniz?
Nə Allahdan, nə dövlətdən, nə də rəhbərdən həzər edirsiniz...
Dilçi-alim İdris Abbasov
PS. Neçə gündür, qaldığımız kirayədə istiliyi də kəsiblər. Soyuq, imkansızliq və xəstəlik. Bu cür biganə akademik taxt-tacınız dağılsın, halal yaşamaq nəsibiniz olsun, İsa Həbibbəyli! Təbii və təəssüf ki, siz tək nüsxə deyilsiniz. Toxun acdan nə xəbəri..."