DİA.AZ: - Keçən günlərdə FHN şefi Kəmaləddin Heydərova sığınan Qəbələnin icra başçısı Səbuhi Abdullayevin Şəhid ailəsinin haqqına girməsi ilə bağlı giley dolu yazını təqdim etdik və bu olaya yerli RİH-dən müsbət reaksiya verildiyi söylənildi. Amma sonradan aydın oldu ki, Qəbələnin icra başçısı ənənəsinə uyğun olaraq yenə də Şəhid ailəsini aldadıb.
Yazıdan aydın olurdu ki, hazırda Mingəçevirdə yaşayan Şəhid ailəsi Qəbələdə onlara dövlət tərəfindən ayrılmış torpaq sahəsinin zəbt olunmasını bu günlərdə biliblər. Bu işin altında isə icra başçısı Səbuhi Abdullayevin imzası var.
Redaksiyamıza şikayət edən şəhid ailəsi Gülmayə Mövsümovanın üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət edərək, Prezidentdən kömək istəyir.
DİA.AZ-da açıqlama verən Şəhid ailəsi qeyd edir ki, buna paralel olaraq Qəbələnin icra başçısını məhkəməyə də verməyə hazırlaşır.
Məsələ diqqətimizdədir. Qarşı tərəfi sözü olarsa, dinləməyə haazır
Gəncə şəhəri İsmət Qayıbov küçəsi 5-ci dalan ünvanının sakinləri yol problemindən şikayətlənir. Sakinlər deyir ki, təxminən 4 il əvvəl ərazidə su və kanalizasiya sistemi yenilənməsi zamanı yolun asfalt örtüyü dağıdılıb. İndiyə kimi bərpa edilməyib. Onlar deyir ki, quraq havada toz-torpaq, yağışlı havada palçıq əlindən küçəyə çıxmaq olmur. Məsələ ilə bağlı dəfələrlə aidiatlı qurumlara da müraciət ediblər, amma məsələ həll olunmur. İsmət Qayıbov küçəsində təxminən 25-ə yaxın ailə yaşayır. Gəncə şəhər İcra Hakimiyyətindən bildirildi ki, hazırda Gəncə şəhərində içməli su və çirkab su xəttlərinin yenilənməsi, eyni zamanda küçə asfatlanması istiqamətində müvafiq işlər həyata keçirilir. Həmin ərazidədə növbəti mərhələdə asfalt işləri aparılacaq.
"Şikayətim "Smart Electronics Azerbaijan" şəbəkəsindədir!" DİA.AZ bildirir ki, bunu "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Angelina Melnikova adlı istifadəçi bildirir.
Narazı vətəndaşın müraciətini olduğu kimi (nöqtəsinə vergülünə toxunmadan...) təqdim edirik: "Deməli, men bunlardan nəğd şəkildə 03.05.2022 ci ilde iphone 11 telefonu almışam düz 1540 manata!! SUMQAYIT şəhərində!!O vaxtı e-sim ölkede aktiv deildi. E sim meselesi geldi. Baxdim ki qeydiyati yoxdu. Okey elaqe yaraddim bunlarla dediler ki biz elemirik siz özünüz edin ki normal diğer şirkəetlere zeng edende deyirler kii özümüz edirik. Amma bunlar boyunlarindan atdilar. Bunada tamam! Bu günlerde dedim cehennem olsun özüm edim 60 manatimdan keçim de. Kecmek isteyende ne olsa yaxşıdır. Deyir bu telefon gümrükde beyan olunmayib. Neter yanii???? Mağazadan almışıq. Zeng edirem bunlara. 3 gün fikirleşdiler mene ne deseler yaxşıdır. Deyir ancaq telefon harice cıxmalıdır. Teklif edirik kiii telefonu bize verin emekdaşlardan xarice cıxan olacaq o qayıdanda gümrükden keçirder . Bunu eşidende bilmedim ağlıyım ya gülüm. Bax bele siz siz olun bunlardan hecne almalıyın. Araşdırma aparacam. Eyer mümkündürse mehkemeyede verecem..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ: - "Şikayətim "Smart Electronics Azerbaijan" şəbəkəsindədir!" DİA.AZ bildirir ki, bunu "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Angelina Melnikova adlı istifadəçi bildirir.
Narazı vətəndaşın müraciətini olduğu kimi (nöqtəsinə vergülünə toxunmadan...) təqdim edirik: "Deməli, men bunlardan nəğd şəkildə 03.05.2022 ci ilde iphone 11 telefonu almışam düz 1540 manata!! SUMQAYIT şəhərində!!O vaxtı e-sim ölkede aktiv deildi. E sim meselesi geldi. Baxdim ki qeydiyati yoxdu. Okey elaqe yaraddim bunlarla dediler ki biz elemirik siz özünüz edin ki normal diğer şirkəetlere zeng edende deyirler kii özümüz edirik. Amma bunlar boyunlarindan atdilar. Bunada tamam! Bu günlerde dedim cehennem olsun özüm edim 60 manatimdan keçim de. Kecmek isteyende ne olsa yaxşıdır. Deyir bu telefon gümrükde beyan olunmayib. Neter yanii???? Mağazadan almışıq. Zeng edirem bunlara. 3 gün fikirleşdiler mene ne deseler yaxşıdır. Deyir ancaq telefon harice cıxmalıdır. Teklif edirik kiii telefonu bize verin emekdaşlardan xarice cıxan olacaq o qayıdanda gümrükden keçirder . Bunu eşidende bilmedim ağlıyım ya gülüm. Bax bele siz siz olun bunlardan hecne almalıyın. Araşdırma aparacam. Eyer mümkündürse mehkemeyede verecem..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
"Şikayətim Bayılın girişində olan "Azpetrol"dandır (Ramal Ytd). Hadisə gecə 01:05 də cərəyan edir..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur. Narazı vətəndaş daha sonra yazır: "Yaxınlaşıb operatordan 5 manat benzin vurmağını xahiş etdim. Vurdu, maşının hesabladığı kilometraj yerindədir. Qardaşa dedim siz dəqiq vurmusuz? Maşınin verdiyi kilometrajı yerindədir, benzin Datçikinde də dəyişiklik yoxdur, dedi hə 100 faiz, Xahiş elədim ki onda bir 5 manat daha vur. Bu dəfə operator dedi yandır maşını kilometraja baxaq, açdım kilomrtraja da baxdıq, benzin Datçikinin göstəricisinədə. NƏHAYƏT benzini vurdu, baxıram yenə köhnə hamam köhnə tas . Bir dəyişiklik yoxdur. Qardaş dedi maşında problem var. Dedim ola bilər, maşındır da xarab OLAR, bu boyda azpetrol yalan deyəsi deyil ki... Getdim Socardan 10 manat vurdum.Socara çatanadek gözüm Datçik də idi bəlkə sürdukce duzeler, yox, eyni şeydi.Socar da benzin vurduqdan sonra əmin oldum ki, Datçik elə tam düz işləyir. Verdiyi kilometrajı da tam düz hesablayır. Qayıtdım özlərinə dedim bir iki hesab kitab elədilər, dedilər yoxe benzin çıxıb. ordan benzin alarkən ehtiyatlı və diqqətli olun. Məsələni araşdırırlar hazırda. Görək nə cavab çıxaracaqlar. İndi bilirem haqsız çıxaracaqlar, deyəcəklər bes benzin vurulub fn, çek verilibse benzin demək vurulub, fakt odur ki vurulmayib, gecə gecə məni get gələ salıblar".
İddia olunanlarla bağ\lı dia.şaz olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Xarici işəgötürənin ölkəmizin əmək qanunvericiliyini pozub,cəzasız qalanda! Cənab Aleksandr Alekseeviç Anoxin qanunlarımıza hörmətlə yanaşın. Şirvan OYl ƏŞ -nin qazmaçı işləyən, Şirvan şəhər sakini Mahmudov İlyas 07.04.2023-cü il tarixində 2 növbəli iş zamanı qəza baş verməklə xəsarət alıb. Qəza zamanı İlyas Mahmudov sol əl və ayağından ciddi xəsarət alıb. Qəza nəticəsində soz əlinin 2 və 3-cü barmaqları 1-ci buğundan, sol ayağının bütün barmaqları ambutasiya olunub. İlyas Mahmudov 02 avqust ,2023-cü il tarixində , 22.06-31.07 .2023-cü il tarixli xəstəlik vərəqəsini iş yerinə təqdim etməsinə baxmayaraq hələ də ödəniş olunmayıb.Niyə, cənab Anoxin? Mirvari Gahramanli Teref.az
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmişdir([1]). Həmin proqramın həyata keçirilməsinə dair tədbirlər planında prioritet istiqamətlərdən biri kimi "Kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişafı” nəzərdə tutulur. Planda 2027-ci ilə kimi görüləcək tədbirlər qeyd edilmişdir:
1. Bitkiçiliyin, o cümlədən bağçılıq, üzümçülük və bostançılığın inkişaf etdirilməsi. İlkin nəticələr: Naxçıvan Muxtar Respublikasında həmin sahələrin mövcud vəziyyətinin və inkişaf imkanlarının diaqnostikası, diaqnostikanın nəticələri əsasında prioritet altsahələr və dəstək tədbirləri barədə təkliflər hazırlanması. Aralq nəticə: Müvafiq sahələrin inkişafı ilə bağlı dəstək tədbirlərinin həyata keçirilməsi. Yekun nəticə: Kənd təsərrüfatında məhsul istehsalının artması.
2. Heyvandarlığın və arıçılığın inkişaf etdirilməsi. İlkin nəticələr: Naxçıvan Muxtar Respublikasında həmin sahələrin mövcud vəziyyətinin və inkişaf imkanlarının diaqnostikası, diaqnostikanın nəticələri əsasında prioritet altsahələr və dəstək tədbirləri barədə təkliflər hazırlanması. Aralıq nəticələr: Müvafiq sahələrin inkişafı ilə bağlı dəstək tədbirlərinin həyata keçirilməsi. Yekun nəticələr: Kənd təsərrüfatında məhsul istehsalının artması.
3. Naxçıvan Muxtar Respublikası üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və təşviqi. İlkin nəticələr: Orqanik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi. Aralıq nəticələr: Müəyyənləşdirilmiş orqanik məhsulların təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviq edilməsi. Yekun nəticələr: Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının inkişafı və əhalinin gəlirlərinin artması.
4. Kənd təsərrüfatı məhsullarının emal və qablaşdırma sahələrinin inkişaf etdirilməsi. İlkin nəticələr: Müvafiq emal sahələrinin və sahələrin inkişafı üçün dəstək alətlərinin müəyyənləşdirilməsi. Aralıq nəticələr: Müvafiq mexanizmlər vasitəsilə müəyyənləşdirilmiş emal sahələrinin inkişaf etdirilməsi üçün dəstək göstərilməsi. Yekun nəticələr: Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı, əhalinin məşğulluğunun və gəlirlərinin artması.
5. Kənd təsərrüfatı istehsal vasitələri ilə təminat səviyyəsinin artırılması. İlkin nəticələr: Fermerlərin toxum, ting, yem istehsalı və kənd təsərrüfatı texnikası ilə təminat səviyyəsinin qiymətləndirilməsi. Aralıq nəticələr: Müvafiq istehsal vasitələrinə əlçatanlığın və təminatın yaxşılaşdırılması. Yekun nəticələr: Kənd təsərrüfatında məhsuldarlığın və əhalinin gəlirlərinin artması.
6. Fermerlərə məsləhət xidmətləri göstərilməsinin təşkili. İlkin nəticələr: Fermerlərin müvafiq məsləhət və təlim ehtiyaclarının müəyyənləşdirilməsi. Aralıq nəticələr: Müəyyənləşdirilmiş ehtiyaclar əsasında məsləhət və təlim xidmətlərinin təşkili. Yekun nəticələr: Fermerlərin müvafiq sahələrdə bilik və bacarıqlarının inkişafı, müvafiq sahələrdə məhsul istehsalının artması.
7. Aqroparkların yaradılması. İlkin nəticələr: Müvafiq qanunvericiliyin formalaşdırılması, aqroparklar yaradılacaq ərazilərin müəyyənləşdirilməsi. Aralıq nəticələr: Aqroparkların fəaliyyətə başlaması. Yekun nəticələr kimi kənd təsərrüfatı sahəsində məhsul istehsalının və məşğulluğun artması göstərilmişdir.
Dövlət Proqramının əsas hədəf göstəriciləri kimi dayanıqlı inkişafın təmin olunması, məşğulluq imkanlarının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, ətraf mühitin mühafizəsinin təmin olunması göstərilmişdir.
Qeyd etməliyəm ki, 6 mart 2021-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin fərman ilə "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilib. Sənəddə dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları müəyyənləşdirilib. Həmin Qaydada istifadə olunan "hədəf göstəricilər” anlayışı dövlət proqramının əhatə etdiyi dövr üzrə nail olunması əsas kimi müəyyənləşdirilmiş göstəricilər mənasını ifadə edir. "Göstəricilər” anlayışının mənası isə bir işin, prosesin gedişi haqqında müəyyən təsəvvür yaradan rəqəm, cədvəl və sairdir. Yəni dövlət proqramında hədəf göstəriciləri yalnız sozlərlə, cümlələrlə deyil, həm də rəqəmlərlə ifadə edilməlidir.
Dövlət proqramında hədəf göstəriciləri rəqəmlərlə müəyyənləşdirilməyib, qarşıya qoyulmuş hədəflər rəqəmlərlə təsvir edilməyib. Sual yaranır: Proqramda qarşıya qoyulan məqsəd nədir? Proqramı hazırlayanlar nəyə nail olmaq istəyiblər?
Qaydanın "dövlət proqramının monitorinqi və qiymətləndirilməsi” bölməsində qeyd edilir: "Dövlət proqramı üzrə nəticələrin monitorinqi dövlət proqramının nəticə indikatorları üzrə müəyyən edilmiş hədəf göstəricilərin (rəqəmlərin - V.M.) və əldə edilmiş faktiki göstəricilərin (rəqəmlərin- V. M.) müqayisəsi əsasında aparılır”. Bu dövlət sənədində hədəf göstəriciləri rəqəmlərlə ifadə edilməyib.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planında prioritet istiqamətlərdən biri kimi 2023-2027-ci illər ərzində NMR-da aqroparkların yaradılması nəzərdə tutulur. Planda ilkin nəticələr kimi müvafiq qanunvericiliyin formalaşdırılması, aqroparklar yaradılacaq ərazilərin müəyyənləşdirilməsi, aralıq nəticələr kimi aqroparkların fəaliyyətə başlaması, yekun nəticələr kimi isə kənd təsərrüfatı sahəsində məhsul istehsalının və məşğulluğun artması nəzərdə tutulmuşdur.
Baxın, muxtar respublikada neçə hektar sahədə, neçə aqroparkın yaradılacağı bəlli olmadığı halda, proqramı hazırlayanlar hesab edir ki, aqroparklar yaratmaqla yekun nəticədə məşğulluq artacaq. Apardığımız araşdırmalar isə tamamilə bunun əksini deməyə əsas verir.
2021-ci ilin oktyabr ayında "Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: "İndiyədək aqroparklarda ümumi olaraq 5000-dək insan daimi, 4500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”([2]).
DSK-nın məlumat bazasında kənd təsərrüfatında işləyənlərin sayı 1,7 milyon nəfər göstərilir. Dövlət rəsmilərinin açıqladığı məlumata görə, ümumilikdə 240 min hektar ərazidə yaranacaq 51 aqroparkda indiyədək 5000 insan daimi, 4500 insan isə mövsümü işlə təmin olunub. Sonradan təşkil ediləcək aqroparklarda əlavə 4300 iş yerlərinin yaradılması nəzərdə tutulur. Belə çıxır ki, 240 min hektar əkin sahəsində cəmi 13800 adam, yəni orta hesabla 17,4 hektarda 1 nəfər işləməli olacaq. Halbuki ölkə üzrə 17,4 hektar əkin sahəsinə 21 nəfər işçi düşür. Aqroparklarda hər min hektar sahədə çalışanların sayı orta ölkə üzrə hər min hektar sahədə işləyən kəndlilərin sayından 21 dəfə azdır. Əhalisinin 64,6 faizi kənddə yaşayan muxtar respublikada aqroparklar yaradılarsa, işsizlərin sayı kəskin şəkildə artacaq. Ona görə ki, indi kəndlilərin örüş sahəsi kimi istifadə etdikləri otlaqlarda, ərazilərdə aqroparklar yaradılacaq. Və MR-da heyvandarlıqla məşğul olan on minlərlə kəndli işsiz qalacaq.
Dövlət proqramının həyata keçirilməsinə dair tədbirlər planında prioritet istiqamətlərdən biri kimi 2023-2027-ci illər ərzində "Naxçıvan Muxtar Respublikası üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və təşviqi” nəzərdə tutulur. Həmin planda ilkin nəticələr kimi orqanik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi, aralıq nəticələr kimi müəyyənləşdirilmiş orqanik məhsulların təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviq edilməsi, yekun nəticələr kimi isə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının inkişafı və əhalinin gəlirlərinin artması göstərilmişdir. Gördüyünüz kimi təsdiq olunmuş dövlət sənədində "orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və təşviqi” planlaşdırılsa da, planla tanış olduqda aydın olur ki, hələ MR-da orqanik kənd təsərrüfatı məhsulları müəyyənləşdirilmyib. Yalnız bir müddətdən sonra (zaman qeyri-müəyyən) "ilkin nəticədə” orqanik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi mümkün olacaq. "Aralıq nəticədə” isə müəyyənləşdirilmiş orqanik məhsulların təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviq edilməsi nəzərdə tutulur. Belə çıxır ki, Dövlət Proqramını hazırlayanlar muxtar respublikada orqanik kənd təsərrüfatı məhsulları ilə bağlı araşdırmalar aparmayıblar, bu sahədə vəziyyətin hansı səviyyədə olduğunu müəyyənləşdirməyiblər. Yəni nədən başlayıb, nəyə nail olmaq kimi qarşılarına məqsəd qoymayıblar. Beş illik proqram hazırlanmış, lakin MR-nın orqanik kənd təsərrüfatı məhsullarının istehsal imkanları öyrənilməyib.
Beynəlxalq nümunə
Nümumnə üçün qeyd etməliyəm ki, Almaniyanın Baden-Vürtemberq vilayəti "Kənd yerləri üçün Baden-Vürtemberq 2014–2020 (MEPL III) 2022-ci ilə qədər tədbirlər və inkişaf planı”nda əyalətdə orqanik məhsul istehsalı ilə məşğul olan müəsisələrin sayını artırmaq məqsədilə bir sıra tədbirlər nəzərdə tutulmuşdur([3]). Sənəddə qeyd edilir ki, orqanik məhsul istehsalı ilə məşğul olan müəssisələrin payı 2003-cü ildə ümumi müəssisələrin 5 faizindən bir qədər az olduğu halda, 2020-ci ildə 11 faizdən çox artmışdır. Bioloji Müxtəlifliyin Gücləndirilməsi Aktının bir hissəsi olaraq, Baden-Vürtemberq vilayəti 2030-cu ilə orqanik əkinçiliklə məşğul olan müəsisələrin payını 30-40 faizə çatdırmağı qarşısına məqsəd qoyub.
Baden-Vürtemberq vilayətinin hökuməti tərəfindən hazırlanmış proqramda bitki mühafizəsi zamanı zəhərli kimyəvi maddələrdən və istehsalda gübrələrdən istifadənin aradan qaldırılmasının təşviqi tədbirləri, eləcə də şirkətlərin ekoloji təmiz kənd təsərrüfatına keçidinin, orqanik əkinçiliyin saxlanmasının dəstəklənməsi üçün maliyyə vəsaitləri nəzərdə tutulmuşdur.
Proqramın "Tədbirlər planı”nda tədbirlərin təsviri və faktiki maliyə dəstəyinin dərəcəsi göstərilmişdir:
1. Kimyəvi istehsal vasitələrindən qaçınmaq 190 € / ha 2. Orqanik əkinçiliyə giriş – otlaq sahələri (2 il) 350 €/ha 3. Orqanik əkinçiliyə giriş – bağçılıq (2 il) 935 €/ha 4. Orqanik əkinçiliyə giriş – daimi məhsullar (2 il) 1,275 €/ha 5. Orqanik əkinçiliyin saxlanması – otlaq sahələri 230 €/ha 6. Orqanik əkinçiliyin saxlanması – bağçılıq 550 €/ha 7. Orqanik əkinçiliyin saxlanması – daimi məhsullar 750 €/ha 8. Orqanik nəzarət sertifikatı (maks. 600 € / şirkət) 60 € / ha.
Baxın, Almaniyanın Baden-Vürtemberq əyalətinin hazırladığı proqramda mövcud vəziyyətin təhlili aparılıb, 2020-ci ildə orqanik məhsul istehsalı ilə məşğul olan müəssisələrin payının 11 faizdən çox olduğu qeyd edilib və konkret olaraq 2030-cu ilə qədər orqanik əkinçiliyin payını 30-40 faizə çatdırmaq qarşıya məqsəd qoyulub. Çox sadə! Proqramda real vəziyyət, problemlər, həyata keçirilməsi zəruri olan tədbirlər və hədəflərə nail olmaq üçün istifadə edilə bilən alətlər təsvir edilib. Yaxşı nümunədir, elə deyilmi?!
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bitkiçiliyin, o cümlədən bağçılıq, üzümçülük, bostançılıq və digər bir tədbir kimi heyvandarlığın və arıçılığın inkişaf etdirilməsi planlaşdırılır. Beş il müddətinə nəzərdə tutulan Dövlət Proqramında 2027-ci ilə kimi bitkiçilikdə (bağçılıqda, üzümçülükdə, bostançılıqda), heyvandarlıqda və arıçılıqda məhsul istehsalının hansı həcmdə, nə qədər və yaxud neçə faiz artacağı rəqəmlərlə göstərilməyib.
Hesab edirəm ki, Dövlət Proqramını hazırlanarkən "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na riayət edilməyib.
Onu da qeyd etməliyəm ki, mətbuatda Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbul edilməsi ilə bağlı informasiyalar yer alıb. Həmin proqramların mövcudluğu və yerinə yetirilməsi ilə bağlı məlumat əldə etməyə cəhd etsək də, internet üzərindən axtarışımız heç bir nəticə vermədi.
Dünən saat 17:35-də Bakı İnzibati Məhkəməsində hakim Tural Məlikovun sədrliyi ilə "Gündəm Xəbər Qəzeti Redaksiyası" MMC-nin iddia tələbinə dair, cavabdeh "Medianın İnkişafı Agentliyi"nə qarşı sonuncu məhkəmə prosesi keçirildi. Qeyd edim ki, cavabdeh tərəfin nümayəndəsi bizə qarşı bir çox qanunsuz və əsassız tələblər irəli sürdü. Belə ki, həmin şəxs məhkəməyə "gündəlik iyrimi ədəd yazının dərc olunması ilə bağlı bir söz deyə bilmərik. Amma, digər media qurumlarından, agentliklərdən və s. götürdükləri yazıların 3/1-dən istifadə etməyiblər" dedi. MİA-nın təmsilçisi ortaya belə bir bəhanə də gətirdi ki, gundemxeber.az xəbər portalı APA-nın üç yüz işarəlik məlumatlarından, yaxud da müstəqil yazar Heydər Oğuzun Naxçıvanla bağlı yazdığı müəllif yazılarından istifadə edib. Bu cür bəhanə, əslində etikadan da kənar yanaşma oldu. Çünki, tutaq ki, Heydər Oğuz istənilən mövzu ilə bağlı ərsəyə gətirdiyi yazını bir çox media qurumlarına, o cümlədən gündemxeber.az-ın elektron poçtuna da göndərib. Həmin yazını hansısa sayt əvvəl, tutaq ki, gündemxeber.az saytı isə, təqribən 6 dəqiqədən sonra öz səhifəsində yerləşdirib. Qarşı tərəf belə bir əsassız iddia irəli sürür ki, siz həmin məlumatı 6 dəqiqədən sonra saytda yerləşdirdiyiniz üçün, məlumat sizə deyil, ilk əvvəl yerləşdirilən sayta aid olur. Bütün bunlar da onu göstərir ki, MİA-nın bugünkü rəhbərliyi qanunsuz tələbləri tətbiq etməklə üzərimizə gəlir, hətta dolayı yollarla məhkəməni inandırmağa da çalışırlar. Məlumat üçün bildirim ki, hakim qərarı 21.09.2023-cü il tarixində saat 17:40-da elan edəcək.
Hörmətli oxucular!
MİA-nın bir çox media qurumlarına, o cümlədən gündemxeber.az xəbər portalının redaksiyasına yaratdığı problemlərə etiraz əlaməti olaraq, bugünkü məhkəmə prosesində etdiyim son çıxışın mətnini də diqqətinizə çatdırıram:
Hörmətli Məhkəmə,
“GÜNDƏM XƏBƏR” qəzeti 14 ildən artıqdır ki, fəaliyyət göstərən, məqalələrinə, yaydığı informasiyalara görə, məsuliyyətə cəlb edilməmiş, hər zaman öz media funksiyasını vicdanla yerinə yetirən kütləvi informasiya vasitələrindən biridir. 2022-ci ilin əvvəlində yeni “Media haqqında” qanun qüvvəyə minib. Biz də hər zaman olduğu kimi öz fəaliyyətimizi qanunlarımıza uyğun həyata keçirrmək üçün reyestrə müraciət etmişik. Bizim media Azərbaycanın bir nömrəli mediası deyil, sonuncu da deyil, öz auditoriyamız var, hər zaman həmin auditoriyanı dürüst informasiyalarla təmin etməyə açlışmışıq.
Məhkəməyə şikayətimizdə reyetrə müraciət, müraciətimizə cavab haqda daha ətraflı göstərmişik. Bəzi məqamları bir daha diqqətinizə çatdırmaq istəyirəm.
Bizim reyestrə daxil edilməməyimizə başlıca səbəb bunu göstəriblər – fəaliyyətimizin davamlı olmaması. Bizə ən çox təsir edən də elə budur. Bizim media ola bilsin ki, hardasa ümumi media standartlarına uyğun olmasın, amma davamlılıq bizim işin əsas cəhətlərindən olub. Fasiləsiz olaraq, fəaliyyətimizi davam etdirmişik.
Doğrudur, qanunda 20 xəbər tələbi var, başqa mediaların informasiyalarının yayılması ilə bağlı başqa tələblər var. Ancaq, qanunun dilindən medianın üzərinə düşən öhdəliyin həcminin, ümumiyyətlə, hansı məntiqə əsaslandığı aydın deyil. Onlayn media subyektinin üzərinə aylıq ən azı 400 kütləvi informasiya dərc edilməsi öhdəliyinin qoyulmasının hansı zəruri ehtiyacdan irəli gəlməsi və hansı legitim məqsədi güdməsi qeyri-müəyyəndir. Ola bilər ki, media hər ay bir özəl xəbər yaysın və həmin xəbər ictimai maraqlar baxımından bütün başqa mediaları qabaqlasın.
Bizim media həmişə öz xəbərlərini yayıb. Bununla yanaşı başqa mediaların ictimaiyyətin diqqətini çəkən xəbərlərini də yayıb. İstinad edib. İndiyə qədər bizim mediaya qarşı istinadla, müəlliflik hüququ ilə bağlı bir dəfə də olsun mübahisə, xüsusilə də məhkəmə mübahisəsi açılmayıb. Belə olan halda müəllifliklə bağlı bizim üzərimizə öhdəlik qoyulması hansı məntiqə sığır? Mən hansısa A.B.D mediasının xəbərini olduğu kimi yayıramsa, istinad edirəmsə, həmin medialar narazı deyilsə, kənardan başqa biri niyə buna müdaxilə etsin? Bunun mənası nədir?
Agentlik bizə imtina cavabı verib, ancaq bunu heç nə ilə əsaslandırmayıb. Biz hansı medianın xəbərini özümüzünküləşdirib paylaşmışıq? Agentlik eləcə qərarında qanunun maddəsinə istinad edib. Bir dənə də olsun sübut yoxdur. Ola bilsin ki, başqa mediaların xəbərini istinadla yaymışıq, ancaq həmin medialarla müqaviləmiz, abunəliyimiz yoxdur. Ancaq həmin xəbərləri bizim yaydığımız xəbərlərin ümumi sayından çıxanda yenə də biz 20-dən artıq xəbəri, öz xəbərimizi gündəlik yaymışıq. Yəni, agentlik qərarını heç nə ilə əsaslandırmayıb, heç bir sübut filan təqdim etməyib.
Ümumiyyətlə qanunu bizə qanunsuz tətbiq edirlər. Yeni qanun 8 fevral 2022-ci il tarixdə qüvvəyə minib. Azərbaycan Konstitusiyasının 149-cu maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalıdır. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmin maddənin 7-ci bəndində göstərilir ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Biz yeni qanun qəbul edilməzdən illər əvvəl yaranmışıq, həmin vaxtdan fasiləsiz fəaliyyət göstəririk. Yeni qanunun reyestrlə bağlı tələbləri aydın görünür ki, bizim vəziyyətimizi çətinləşdirən, bizə əlavə qayğılar yaradan məzmundadır. Yeni qanunun tələbləri qəti olaraq, bizim hüquqi vəziyyətimizi yaxşılaşdıran məzmunda deyil. Ona görə də yeni qəbul edilmiş qanunun ağır çətinliklər yaradan müddəalarının illərdir ki, fəaliyyət göstərən bizə tətbiq edilməsi, Konstitusyanın qeyd etdiyim müddəalarına ziddir. Əslində agentlik qanun qəbul edilənə qədər müntəzəm fəaliyyət göstərmiş, reyestrdə qeydiyyatdan keçmək istəyən bütün mediaları, o cümlədən də bizi avtomatik olaraq, Media Reyestrində qeydiyyatdan keçirməli idi. Ancaq bunun yerinə bizi məhkəmə qapılarına salıblar.
Möhtərəm Hakim,
Bizim yeganə məqsədimiz media kimi fəaliyyətimizi normal qaydada davam etdirmək, cəmiyyəti məlumatlandırmaq işini peşəkarlıqla həyata keçirməkdir. Bunun üçün hər şeyi qanunlar çərçivəsində etmək istəyirik. Reyestr təkcə imkanlar yaratmır, həm də əlavə məsuliyyətlər yaradır. Biz bundan qorxmuruq, çəkinmirik. Gələcəkdə hansısa çətinliyimiz olacaqsa, yeni qanunun tələblərinə uyğun fəaliyyət göstərə bilməyəcəyiksə, o zaman bunun məsuliyyətini də daşımağa hazırıq. Ona görə də hesab edirik ki, bizim üzləşdiyimiz qanunsuz çətinliklər məhkəmə vasitəsilə aradan qaldırlmalı, bizim fəaliyyətimizi davam etdirməyimizə imkan yaradılmalıdır. Ona görə də sizdən xahiş edirik ki, “Gündəm Xəbər Qəzeti Redaksiyası” MMC-nin tərkibində olan gundemxeber.az onlayn media subyektinin Media Reyestrinə daxil edilməsindən imtina olunması barədə agentliyin qərarını ləğv edəsiniz, bizim medianın Media Reyestrinə daxil edilməsi barədə qərarın çıxarılması öhdəliyinin agentliyin üzərinə qoyulması haqda qərar qəbul edəsiniz. Agentlik belə qərarla razı olarsa, məhkəməyə şikayətimizi də geri götürə bilərik.
Hörmətlə,
"Gündəm Xəbər Qəzeti Redaksiyası" MMC-nin təsisçisi Şirin Cəfəri
Uçmaq üzrə olan divarlar, su axıdan tavanlar və üfunət qoxusuna bürünən koridorlar...
Söhbət Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı 10 saylı yataqxanadan gedir. Binanın acınacaqlı vəziyyətindən gileylənən sakinlərin əsas istəkləri isə bu yataqxananın təmir olunmasıdır. Deyirlər ki, yağış yağanda binanın pəncərələrinin qarşısı keçilməz olur. İcra hakimiyyətindən neçə dəfə gəlib baxsalar da, bir nəticəsi olmayıb. Sumqayıt şəhəri icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Toplum TV-yə bildirdi ki, Sumqayıt şəhərindəki yataqxanalarda mərhələli şəkildə təmir işləri həyata keçirilir. Qəzalı vəziyyətdə olan yataqxanalar isə mərhələli şəkildə söküləcək.
“Heç bir məmur öz övladının elə məktəbdə oxumasına razı olmaz”
Cəlilabadın ən böyük kəndlərindən biri olan Göytəpədə 2 məktəb var. Ancaq bu məktəb binalarının köhnə, qəzalı vəziyyətdə olması yerli sakinləri ən çox narahat edən məsələlərdəndir. İllərdir hər dərs ili başa çatanda yeni ilə ümidlə hazırlaşırlar. Təəssüflənirlər ki, bu tədris ilində də ümidləri cücərməyib.
“Göytəpə kənd məktəbinin binası qəzalı vəziyyətdədir, hətta sinif otaqlarında çatlar o qədər dərindir ki, bir sinifdən digər sinfi görmək mümkündür. Pəncərələr qırılıb, binanın damı hər an uça bilər”, – valideynlər deyir.
Kənd sakini Rizvan Məmmədovun sözlərinə görə, məktəblərin qəzalı vəziyyətdə olması ilə bağlı illərdir hər tədris mövsümündə məsələ qaldırırlar. Lakin onlara səbirli olmaq tövsiyə edilir:
“Məktəbin vəziyyətini sözlə ifadə etmək çətindir. Heç bir məmur öz övladının elə məktəbdə oxumasına razı olmaz. Qışda odun sobası yandırılır, amma bina köhnə olduğundan isinmir”.
Şikayətçilərin sözlərinə görə, hələ soyuqlar düşməyib, indidən təlaş içərisindədirlər. Hava bir az soyuyan kimi uşaqları məktəbə göndərmək istəmirlər. Çünki bir gün dərsə gedib, əvəzində bir həftə xəstə yatırlar.
Sakinlər deyirlər ki, məktəblərin təmiri işə yaramayacaq. Çünki bina olduqca köhnədir. Yeni məktəb binasının tikintisinə ehtiyac yaranıb:
“Uşaqlar həvəslə dərsə hazırlaşırlar, valideyn isə məktəbdə onların başına bəla gələcəyindən narahatdır. Halbuki Azərbaycan xarici ölkələrdə məktəb tikir”.
Göytəpə bələdiyyəsinin sədri İlqar Həsənov Meydan TV-yə bildirib ki, kəndin 15 min 500-dən çox sakini var.
“1 nömrəli məktəb uzun illər əvvəl tikilib. İkinci Dünya müharibəsində hospital kimi istifadə edilib. Təxminən 1980-ci illərdə məktəb üçün yeni korpus tikilib. Həmin məktəbə 1800 şagird gedir. Məktəbin binası digər məktəbə nisbətən təmirlidir”,- bələdiyyə sədri deyib.
İlqar Həsənov bildirib ki, məktəblərin vəziyyətindən aidiyyatı qurumlar xəbərdardılar:
“Kənddə qaz var, amma istilik sistemi çəkilmədiyindən məktəblərdə odun peçi yandırılır. Məktəbi odunla Təhsil İdarəsi təmin edir”.
Təhsil Nazirliyi məktəblərin nə zaman təmir olunacağı ilə bağlı sorğunu cavablandırmayıb. //meydanTV//