Azərbaycanda prezident seçkilərinin müşahidəsi üçün MSK-ya ərizə təqdim edilməsi müddəti
Növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb.

APA xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 28-dək olan dövrü əhatə edir.

Həmçinin, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiya­sına müraciət edilməsi müddəti də 2024-cü il yanvarın 28-dək nəzərdə tutulub.
 

Dünyapress TV

Xəbər lenti