b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_8683f039950a41927596caed5e0e036a.jpg
  

Ermənistan şirkətləri Rusiyanın qızıl ticarəti üzrə Qərb embarqosundan yan keçməsinə kömək edir.

“Report” xəbər verir ki, “The Insider” və “Hetq” nəşrləri geniş jurnalist araşdırması nəticəsində bu qənaətə gəliblər.

Qeyd olunur ki, bu şirkətlərin arxasında ölkənin nüfuzlu siyasətçiləri və iş adamları dayanır. 2022-ci ildən Ermənistana milyardlarla dollar dəyərində qızıl idxal edilir, lakin qiymətli metal ölkədə qalmır – BƏƏ-yə ixrac həcmi də misli görünməmiş dərəcədədir. Eyni zamanda, BƏƏ-dən Ermənistana ehtimal ki, nağd pul və qiymətli kağızlar axını gedir. Rusiya biznesinin qızıl ticarətini Ermənistan vasitəsilə aparması sərfəlidir, çünki ölkədə qızıla ixrac rüsumu tətbiq edilmir və fiziki şəxslər vasitəsilə ticarət, sanksiyalardan yan keçməyə imkan verir.

2022-ci ilin iyununda Ukraynada müharibə başladıqdan sonra ABŞ Rusiya qızılının idxalına qadağa qoyub. Texniki cəhətdən bu embarqo yalnız ABŞ-yə idxala şamil edilir. Ancaq başqa bir ölkə bu “çirkli” qızılı alırsa, onu ABŞ-yə sata bilməz. Bu isə öz növbəsində o deməkdir ki, banklar onu investisiya və ya ticarət üçün almayacaqlar. Beləliklə, digər malların idxalına məhdudiyyətlərdən fərqli olaraq, bank qızılına Amerika embarqosu avtomatik olaraq qlobal xarakter alır.

0ac4dce9-a8ae-3a0c-9120-7b873cb25032.jpg (202 KB)

Materialın müəllifləri iddia edirlər ki, 2022-2023-cü illərdə Rusiya qızılının axını Şərqə yönəlib. Ukraynada genişmiqyaslı müharibə başlayana qədər onun ixracı əsasən Böyük Britaniyaya həyata keçirilirsə də, 2022-ci ildən əsas alıcılar BƏƏ və Honkonq olub. Lakin, məlumatlara görə, 2023-cü ilin aprelində bu axınlar dayandırılıb. O vaxtdan bəri Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənara bir unsiya belə Rusiya qızılı ixrac edilməyib.

“The Insider”in əldə etdiyi Rusiya gömrük məlumatlarına görə, 2020-ci ildə Rusiya Aİİ xaricinə 18 milyard ABŞ dolları, 2021-ci ildə isə 17 milyard dollar dəyərində qızıl satıb. Növbəti il bu göstərici 7 milyard dollara, 2023-cü ildə isə 2 milyard dollara düşüb. Artıq qeyd edildiyi kimi, 2023-cü ilin aprelində Aİİ-dən kənar ixrac dayandırılıb və bundan sonra Ermənistan, demək olar ki, tamamilə Rusiyadan idxal edilən qızılın iri ixracatçısına çevrilib.

e7f51335-fe2b-3a3f-8706-146a6ed78707.jpg (82 KB)

Ermənistan Gömrük Xidmətinin məlumatına görə, Yerevan 2023-cü ildə qızıl idxalını kəskin şəkildə artırıb və 2024-cü ilin birinci yarısında 4,4 milyard dollara (təxminən 66 ton) çatıb. Rəqəmlərə, demək olar, tamamilə Rusiyadan idxal edilən emal olunmuş qızıl daxil deyil. Bu ilin birinci yarısında Ermənistandan 4,1 milyard dollar (59 ton) dəyərində qızıl ixrac edilib. Bu, BMT-nin “Comtrade” məlumat bazasındakı məlumatlarla da təsdiqlənir.

Qeyd etmək lazımdır ki, Ermənistan 2022-ci ilə qədər də qızıl ixrac edirdi, lakin yalnız ölkədə hasil edilən və son iki ildə reeksport ediləndən xeyli az həcmdə.

2024-cü ildə Ermənistana Rusiya qızılının ən böyük idxalçıları arasında (2024-cü ilin yanvar – may aylarında 100 milyon dollardan çox məbləğdə qızıl idxal edən şirkətlərdən söhbət gedir) öncül erməni siyasətçiləri və oliqarxları ilə əlaqəli şirkətlər, həmçinin Rusiya ilə əlaqəli müəssisələr var.

Ermənistanda ən böyük qızıl idxalçı şirkətlərdən biri hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü Xaçatur Sukiasyanın ailəsi ilə əlaqəli "Yerevan Zərgərlik Zavodu" (YZZ) MMC-dir. Zavod təxminən otuz Rusiya şirkətindən qızıl alıb.

Rusiya iş adamları Ermənistandan qızıl ixracı üçün tranzit ölkə kimi istifadə ediblər, çünki Rusiya qızıl ixracına gömrük rüsumu tətbiq edib. Amma qadağa Ermənistan kimi Aİİ ölkələrinə ixraca şamil edilmir.

1fd6f8f6-4520-3e43-881d-9731e446e4f9.jpg (168 KB)

Ermənistanda qızıl ticarəti ilə məşğul olan şirkətlərin əksəriyyəti 2022-ci ildən sonra açılıb, yəni onlar xüsusi olaraq sanksiya altında olan Rusiya qızılının digər ölkələrə ixracı üçün yaradılıb. Onların adları az tanınır, lakin, anonim qalmaq istəyən bir sıra mənbələrin məlumatına görə, onların arxasında lisenziyaların alınmasına və maneəsiz ixraca bu və ya digər şəkildə kömək edən keçmiş erməni məmurları dayanır.

Ermənistan Gömrük Xidmətinin məlumatına görə, 2024-cü ilin birinci yarısında Ermənistandan ixrac edilən 4,1 milyard dollarlıq (59 ton) qızılın 64 %-i Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), qalan hissəsi isə Honkonq və Çinə ixrac edilib.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, Ermənistan Mərkəzi Bankı hüquqi şəxslərin xaricə nə qədər pul köçürdüyü və nə qədər aldığı barədə statistikanı dərc etmir. Buna görə də məlumatların olmaması qızıl ticarətinin kəskin artması şəraitində hansı pul hərəkətinin qeydə alındığını müəyyən etməyə imkan vermir. Ekspertlər bu məbləğlərin Ermənistanın bank sistemi vasitəsilə alındığını və köçürüldüyünü, həmçinin rus iş adamlarının ixrac etdikləri qızıldan əldə etdikləri pulları xaricdə saxlayaraq müxtəlif sahələrə investisiya etmək ehtimalını istisna etmirlər.

Diqqətəlayiq haldır ki, Ermənistan təkcə Rusiya qızılı və zərgərlik məmulatlarının deyil, həm də almazların tədarükü üçün tranzit ölkəyə çevrilib.

 
 
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti