Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var
Sabirabadda çətənə kolları yetişdirən 4 nəfər saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb.

Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 qram marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər tədbirlər zamanı Elcan Nəzərov, Fazil Ələkbərov və Vüsal Təhməzov da saxlanılıblar. Həmin şəxslərə məxsus həyətyanı sahələrdən isə ümumilikdə 250 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Sabunçu bazarında güclü yanğın olub VİDEO
08 İyun 2025 3 nəfərin həlak olduğu qəzanın görüntüləri - VİDEO
08 İyun 2025 Almaniyada yenə avtomobil izdihamın üzərinə sürüldü
08 İyun 2025 “Bayramda bunları kəsməsəniz, nə xeyri?”
07 İyun 2025 Tovuzda ruhi-əsəb xəstəsi olan oğul anasını balta ilə öldürüb, bacısını isə...
07 İyun 2025 Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi - Bu sözlərə görə
07 İyun 2025  “Niyə haram iş görürsünüz?!” – Xalq artistindən İNANILMAZ SÖZLƏR...
07 İyun 2025 Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır -AÇIQLAMA
06 İyun 2025 Şeyxin kürəkəni olan səfir azərbaycanlıları tədbirə buraxmayıb - İDDİA
06 İyun 2025 Azərbaycanda enerji menecmenti sahəsində yeni dövlət standartı qəbul edilib
06 İyun 2025 Nəsimi məhkəməsi (Ramin Xəlilov) qanuna “düzəliş” edib – MƏĞRUR BƏDƏLSOY YAZIR
05 İyun 2025 Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi: “Özünü ifşa etdi...” - EKSKLÜZİV
05 İyun 2025 Araz Musayev: Azərbaycana gəlməyə qorxuram
05 İyun 2025 Naxçıvanda dəhşət SEL SULARI TƏHLÜKƏ YARATDI - VİDEO
05 İyun 2025 Silahlı Qüvvələri günüylə əlaqədar 4 gün iş olmayacaq
05 İyun 2025 Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi:
05 İyun 2025 “Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
04 İyun 2025 70 yaşlı icra başçısı 14 ildir ki VƏZİFƏ BAŞINDADIR - TƏFƏRRÜAT
04 İyun 2025 Azərbaycanda DƏHŞƏT: Yanmış evdən dörd nəfərin meyiti tapıldı
04 İyun 2025 Bakının bu rayonunda yeni park salınacaq – 2,4 milyon ayrıldı

Dünyapress TV

Xəbər lenti