Şirvan şəhərinin Fariz Eynullayev küçəsi 127 ünvanındakı yataqxana binası qəzalı vəziyyətdədir.
TEREF.AZ yazır ki, Xezerxeber.az-ın məlumatına görə, 100 nəfərə yaxın sakinin yaşadığı yataqxana binası 1965-ci ildə inşa olunub. Həmin dövrdən indiyə qədər binada hər hansı təmir işləri aparılmayıb. İstismar müddətini başa vuran bina qəzalı vəziyyətə düşüb.
Xeyli müddətdir ki, sakinlər qəzalı vəziyyətə düşmüş bu binada yaşamaq məcburiyyətində qalıblar. Şirvan Şəhər İcra Hakimiyyətinin balansında olan Mənzil Kommunal və İstismar Sahəsindən problemlə bağlı bildirilib ki, həmin yataqxanaya 12 sentyabr 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən baxış keçirilib. Aydın olub ki, yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir. Bina texniki cəhətdən yolverilməz vəziyyətdədir və istismar üçün yarasızdır. Ona görə də 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində orada yaşayan sakinlərin başqa bir əraziyə köçürülməsi nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: