Ardını oxu...
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədova yeni vəzifə verib. Nazirin əmri ilə Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Məmmədzadə Sənan Raqub oğlu vəzifəsindən azad olunub və Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri təyin edilib.

Medianın yazdığına görə, Sənan Məmmədov Abşeron-Xızı Regional Məşğulluq İdarəsinə müdiri vəzifəsində çalışarkən iclaslarda qızları idarəyə yığıb nöqsanlara yol verdiyinə görə səlahiyyətli şəxslər tərəfindən danlandığı da deyilirdirdi. Bəs yeni vəzifəyə təyin olunan S.Məmmədov kimdir?

Bununla bağlı media üzərindən apardığı araşdırmaya əsasən bildirir ki, bir neçə il öncə Adamın sabiq icra başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində-səngərdə çəkdirdiyi fotolar yayılmışdı. Həmin xəbər sosial şəbəkələrdə və mediada ciddi rezonas doğurmuşdu.

Həmin ərəfədə bu fotolara tez bir zamanda Müdafiə Nazirliyi tərəfindən reaksiya gəldi. Daha sonra isə xəbər yayıldı ki, Raqub Məmmədov oğlunun hərəkətinə görə, ciddi cəzalandırılıb və ona xəbərdarlıq edilib. Amma məmur övladlarının komfortlu və dəbdəbəli həyatı, zəngin yaşam tərzi onun bu davranışlarının davamlı olmasına şərait yaradır.

Ağdamın icra başçısı Raqub Məmmədovun da övladları bahalı avtomobilləri idarə edənlər sırasında olması haqda da məlumatlar var. Ölkə mediasında yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, uzun müddət MTN-in Tərtər şöbəsinə rəislik etmiş Məmmədovun sonradan Ağdama icra başçısı təyin olunmasının bu prosesdə nə qədər rolu olub, məlum deyil.

Məlum olan odur ki, icra başçısının Sənan və Kənan adlı oğlanları həm bahalı maşınlar idarə edirlər, həm də onların üzərindəki dövlət nömrə nişanları da ucuz hesab edilmir. Bildirək ki, Raqub Məmmədovun böyük oğlu Sənan Məmmədovun idarə etdiyi avtomobillərin sayı 2-dir.

Onlardan biri «Lexus» markalı maşındır ki, dövlət nömrə nişanı 90 SM 777-dir. Digər avtomobili isə «Jeep» markalı maşındır ki, onun da dövlət nömrə nişanı 99 EZ 777-dir. İcra başçısının böyük oğlunun nömrələrindən də görünür ki, onlar özəl olaraq öz adına uyğun seçilib. Yəni, SM Sənan Məmmədov anlamına gəlir.

Məmmədovun idarə etdiyi avtomobillərin qiymətlərinə gəldikdə isə onların ucuz olmadığı da məlum olub. Medianın dəqiqləşdirmələrinə görə, yeni model «Toyota Lexus» markalı avtomobilin faktiki qiyməti 63 min manatdan başlayır. Modifikasiya üzrə qiymətlər 80 min manata qədər arta bilər. «Jeep Grant Cheroke» markalı avtomobilin yeni modelinin qiyməti isə 100 min manatdır.

Yeri gəlmişkən, Raqub Məmmədovun kiçik oğlu Kənan Məmmədov isə qardaşından fərqli olaraq, bir avtomobilə sahibdir. Daha doğrusu, araşdırmalar nəticəsində üzə çıxan sayın birlə yekunlaşdığı diqqəti çəkir.

Ola bilər ki, onun da Samir Məmmədov kimi, bir neçə maşını var. Kənan Məmmədov polis zabitidir. Sabiq icra başçısının polis oğlunun idarə etdiyi avtomobil «Jeep Grant Cheroke»dir. 90 KM 777 dövlət nömrə nişanlı «Jeep»in bazar qiyməti isə 100 min manatdır.

Sual meydana çıxır ki, hər iki gənc bu qədər maddi imkana təkbaşınamı sahib olublar, yoxsa atalarının hesabına belə imkan yaradıblar? Əgər polis maaşı ilə belə bahalı maşın almağın mümkün olduğunu düşünmək mümkünsə, real deyil. Çünki həmin əmək haqqı bir zabitin dolaşınığını təmin etməklə yanaşı, cüzi miqdar da artıq qalması ilə kifayətlənə bilər.

Yox, icra başçısı olan atasının zəhmətinin nəticəsidir ki, rayon rəhbərinin bu qədər pulu olması da imkansızdır. Onun əmək haqqısı oğlununkundan iki dəfə çox olsa da, yenə də 100 minlik maşın almaq üçün uyğun hesab edilmir. AZƏRBAYCANREALLIĞI.COM
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakı şəhəri, Əbdülkərim Əlizadə küçəsində fəaliyyət göstərən, “Loona Bistro” restoranında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı ilə bağlı "Azərbaycan Reallığı" saytına məlumat daxil olub.

Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə riayət olunmadığı, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, mətbəx sahəsində müvafiq təmizlik işlərinin aparılmadığı daxil olan məlumatda qeyd olunur.

Həmçinin mənşəyi məlum olmayan, üzərində saxlama müddəti göstərilməyən, etiketlənmə tələblərinə cavab verməyən məhsullarının satışının və istifadəsinin həyata keçirildiyi xüsusilə vurğulanır. Bundan başqa işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etməməsi məlumatlar arasında yer alır. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olması halda qaydalara əməl olunmur.

Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar lakin heç biri yerinə yetirilmir. Vergidən yayınma halı baş alıb gedir. Belə ki, müştəriyə heç bir qəbz verilmir. “Loona Bistro” restoranında özbaşınalıq hökm sürür, müştəriləri sözün əsil mənasında soymaqla məşğuldurlar! Aydın məsələdir ki, Azərbaycanın çox yerində olduğu kimi, bu restoranlarda da müştərilərin qabağına çıxıb, onları qarşılamırlar.

Müştərilərə oturmaq üçün yer də göstərmək "yadlarından çıxır". Bir masa tapıb arxasında əyləşirsən, handan-hana biri gəlir ki, "nə istəyirsiniz?" İstəyirsən ağzını doldurub deyəsən ki, "kostyum istəyirəm!". Sonra izah etməyə məcbur olursan ki, "a bala, restorana yeməyə gələrlər də..."

Sonra da soruşursan ki, "yeməyə nə var?" Bəziləri menyu gətirir, istədiyin bir yeməyi sifariş vermək istəyirsən. Adını çəkən kimi, üzü saqqalı. xalat-filan geyinməmiş, küçə uşağına bənzər "xidmətçi" deyir ki, "o yoxdur". Nəhayət, başqa yemək sifariş vermək istəyirsən, deyir: "Gərək, əvvəlcədən 100 manat depozit verəsiniz!"

Mən dünyanın çox ölkəsində olmuşam, yeməkdən əvvəl depozit istəyən görməmişəm! Qəribədir, müştəri 20-30 manatlıq yemək yeyəcəksə, 100 manat depozit niyə verməlidir? Axı, depozit nə üçündür? Yeyib-içib, qaçan müştəri olur ki? Restoranlarda eybəcər musiqi səsindən qulaq batır! Xidmət səviyyəsi sıfır, Yeməklər keyfiyyətsizdir.

Yeməkdə sonra adamın ürəyi bulanır! Heç demə, bəzi yeməkləri palma yağı ilə bişirirlər ki, ucuz başa gəlsin. Deyirlər, palma yağının bir kiloqramı 1 manat 50 qəpiyədir! Hesab gətirəndə verdikləri yeməyin qiymətindən 4-5 qat artıq yazırlar Bu, artıq həyasızlıqdır! Bunların hamısı villa tikdirmək, bahalı maşınlar almaq istəyirlər! Hətta daxil olan məlumatda qeyd olunur ki, restoranda müştərilərə verilən içkilərin hər biri padvallarda “kustar” üsulla hazırlanıb.

Bir sözlə adı qeyd olunan restoranın rəhbərliyi insanlarön həyat sağlamlığını nəzərə almayaraq, onların taleyləri ilə oynayır. Ümumiyyətlə, Bakıda 90 faiz restoranlar əhaliyə səviyyəli xidmət göstərmirlər. Səbəbi də məlumdur: onları kimlərsə qoruyur, müdafiə edir. Bu işlər havayı olmur, aylıq "haqlarını" alırlar! Belə olmasaydı, Azərbaycanda da başqa ölkələrdə olduğu kimi, əhaliyə yüksək xidmət göstərilərdi...

Əgər yoxlasalar, görərlər ki, restoranlarda işləyənlərin çoxu ştatda deyil. Günü 15, 20 manata işləyənlərdir. Belələrinin nə mədəniyyəti, nə məsuliyyəti ola bilər? Ümumiyyətlə, nə vaxt ictimai-iaşə müəssisələrində, xüsusilə restoranlarda özbaşınalıqlara son qoyulacaq? Bu işi bacaran bir kişi tapılacaq, yoxsa yox?

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
Videoda izlədiyiniz görüntülər Tovuz Rayon Nizami adına Mədəniyyət Evinin qarşısındandır.

teref.AZ bildirir ki, əyilib yoldan ot yolan, əllərində dəmir, lomla yer eşən adamlar hansısa Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri deyil, Tovuz Rayonu Mərkəzi Kitabxanasının işçiləri və Tovuz Rayon Mədəniyyət Evinin çalışanlarıdır.

Qadınlı-kişili kütləvi işə cəlb edilən bu adamların iş yeri tamaşa və teatr səhnəsi olsa da, hər gün Mədəniyyət Evinin bağında işlədilməyə, bıçaqla yerdə düzülən daşların arasındakı otları yolmağa cəlb edilirlər.

Ardını oxu...

Kitabxanada çalışanlar və Tovuz Mədəniyyət Evinin aktyor, aktrisa və digər işçiləri işdən çıxarılmaqdan qorxub müsahibə verməyə razılıq vermirlər.

Onlar bildirirlər ki, hər gün rəhbərlik tərəfindən onlara tapşırıq verilir. Etmədikdə, işdən çıxarılacaqları və ya töhmət alacaqları ilə təhdid edilirlər.

İşçilərin Gununsesi.info–ya verdikləri məlumata görə, kitabxana müdiryyəti “Xoşun gəlmirsə, ərizəni yaz”, deyir. Bildirirlər ki, Mərkəzi Kitabxananın müdriyyəti “Nazir gəlir”, deyərək onları bu cür işlərə cəlb edir.

Ümid ediri ki, Babək, Nəsimi, Həcər kimi qəhrəmanların obrazlarını canlandıran mədəniyyət işçiləri yenidən öz səhnə fəaliyyətlərini davam etdirəcəklər.

 

Ardını oxu...
Redaksiyamıza Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə ünvanlanmış növbəti müraciəti daxil olub. Sayqılı oxucularımıza da məlum olduğu kimi Validə xanım bu istiqamətdəki müraciətlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisəyə rəhbərliyin susmasından, heç bir araşdırma aparılıb, müvafiq ölçü götürülməməsindən bəhs edir. Artıqm mövzu ilə bağlı bu beşinci müraciətdir ki, ictimailəşdiririk. Sonuncu yazı “Qoşqar Təhməzlinin eşitmək istəmədiyi ANA HAYQIRTISI!: Bu hadisələr məhz Sizin Agentlikdə baş verir…-TƏFƏRRÜAT” adlanırdı.
Bu arada biz də “Yenixeber.org” olaraq maraqlı reaksiyalarla qarşılaşdıq… Validə xanımın müraciətlərində yer alan iddialarla bağlı adları hallanan tərəfləri, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini öyrənmək istədik. (Zatən ilk müraciətdən buna çalışırdıq. Red.) Bu ayın 10-da qurumun mətbuat xidmətinin təklif etdiyi elektron poçtlara hörmətli Qoşqar Təhməzlinin adına sorğu ünvanladıq. O gün bu gün, bu dövlət qurumundan heç bir cavab gəlmir(?)

Mətbuat xidmətinin rəhbəri bizimlə telefon söhbətində sorğumuzun İnformasiya təminatı və innovativ hallar şöbəsinin müdiri Mansur Piriyev tərəfindən cavablandırılmalı olduğunu bildirdi və onunla əlaqə saxlamağımızı təklif etdi. Hörmətli Mansur müəllimdən də bir söz eşidə bilmədik. Mobil telefonuna dəfələrlə zəng etsək də…

Əslində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin də, ayrı-ayrı məsul şəxslərinin də vətəndaş etirazına, media sorğusuna susması, sayqısızlığı təəccübülü deyil. Bu başqa bir yazımızın mövzusu olsun, hələlik isə Validə xanımın növbəti müraciətini oxuyun:

Ay AQTA-nın rəhbəri cənab Qoşqar Təhməzli,
artıq 8 aydır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi – yəni Siz Agentliyin Quba-Xaçmaz Regional Bölməsində, keçmiş iş yerində iş otağında işçilərin gözü qarşısında sektor müdiri tərəfindən oğlumun təhqir edilməsini və sonunda yumruqla vurulmasını “araşdırıb” nəticəyə gəlib, qərar qəbul edə bilmirsiniz!!!
Məhkəmə qətnaməsi ilə təsdiq olunmuş bu fakta Agentlik nədənsə(?) heç cür inana bilmir ki, bilmir! Agentliyin rəhbərliyi 8 aydır ki, bu neqativ hadisəni araşdırıb, qurtara bilmir. Mən aylardır ki, hətta bu eybəcər hadisənin baş verməsini belə Agentliyə “sübut edə bilmirəm”. Agentliyin rəhbərliyi gözlərini yumub, qulaqlarını qapayıb, mən də aylardır sübut etməyə çalışıram ki, “qatıq ağdır”. Günümüzə, güzəranımıza baxın! Bu cür soyuqqanlı, etinasız, vətəndaşlara biganə kadrlar biz sadə vətəndaşların taleyi və əsəbləri ilə oynayırlar!!!
Maraqlıdır, Agentliyin rəhbərliyi vətəndaşların müraciətlərinin hamısınamı belə etalon, standart və namüəyyən cümlə birləşmələri ilə cavablandırırlar?! Agentliyin bütün işçilərimi bu formada kodlaşdırılıb? Nə olardı ki, işçilərinizi proqramlaşdırarkən bir azacıq da duyarlılıq, ədalətlilik qatqısı da əlavə edərdiniz! Maraqlıdır, siz işçilərinizi rəhbər vəzifələrə təyin edərkən, onlar necə aşınmalara məruz qalırlar ki, bu yerləri mənimsəyən şəxslər vəzifəyə keçən kimi tabeliyindəki işçilərə qənim kəsilirlər, onları təhqir etməkdən zövq alırlar?!
Cənab Qoşqar Təhməzli, siz rəhbər vəzifəyə təyin etdiyiniz kadrlarınıza əlavə olaraq döymək, söymək sertifikatımı verirsiniz? Həmin “sertifikata” əsaslanaraqmı bu kadrlarınız tabeliyindəki işçilərə qəddarlıq edirlər? Bəlkə bizim – sadə vətəndaşların xəbəri yoxdur. Bəlkə doğrudan da kadrlarınıza belə sertifikat verirsiniz? Əksinədirsə, bəs niyə onlar – rəhbər kadrlarınız – Quba – Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev, sektor müdiri, inzibati şöbənin müdiri Elçin Rüstəmov-lar tabeliklərində olan işçilərin alçaldılmasına, təhqir olunmasına adi hal kimi münasibət göstərirlər? Rəhbər işçinin tabeliyindəki işçini təhqir edib, döyməsinə münbit şərait yaradır, döyən sektor müdirini müdafiə edib, döyülənə isə əlavə olaraq mənəvi əzab verməkdən zövq alırlar? Siz niyə hansısa məsələn “Eqometr” şkalası ilə təyin etdiyiniz rəhbər kadrların mənəmlik eqolarını ölçmürsünüz?! Bu kadrların eqolarını ölçən hansısa “Eqometr” cihaz ixtira olmuş olsa, yəqin ki, həmin cihazın şkalası yüklənmədən partlamaq həddinə gəlib çata bilərdi. Bu rəhbər kadrlarda belə fikir formalaşıb: “tabeliyindəki işçiləri təhqir etmək, hətta döymək olar. İşçinin həddi nədir müdirinə cavab qaytarsın, hüquqlarını, şərəfini müdafiə etsin”!
Bu vəzifəli kadrların gözlərini xüsusi linza ilə elə qapayıblar ki, özlərindən olmayan, vəzifəcə aşağıda işləyən işçilərə 2-ci dərəcəli mənsublar kimi baxırlar. Görəsən hansı sehr, qüvvə bu haqsız sahiblərin gözlərindən bu əyri linzaları qoparacaq?! Bəlkə onda “dəmir qapı bilər ki, taxta qapı nə çəkir”!!!
P.S.: Cənab Qoşqar Təhməzli, zəhmət olmasa, oğlumun sizin rəhbərlik etdiyiniz AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində 28.12.2022-ci il tarixində iş vaxtı, iş yerində döyülməsinə cavabdeh şəxslərin cəzalandırılması tələbi ilə əlaqədar göndərdiyim müraciət – şikayətlərə cavab verərkən 8 aydan bəri yazdığınız “araşdırırıq” kəlməsindən istifadə etməyin. Mümkünsə, bundan belə cavab verərkən işçilərinizi əlavə söz ehtiyatı ilə zənginləşdirib, proqramlaşdırın. Belə də cavablarınız Sizin baxış açınızdan daha rəngarəng olar. 
//Yenixeber.org//
Ardını oxu...
"Yeməyə dadanan ət oğrusu pişik vardı ha, görəsən xasiyyətini tərgidib?"
Teref.az yazır ki, Neftçilərin Hüquqlarının Müdafiəsi təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı yuxarıda qeyd etdiyimiz statusu paylaşıb. Mirvari xanım daha sonra keçən il dərc etdiyi statusunuda bunun altında paylaşaraq neftçilərin ərzaq təminatının siyahısını verib.
Teref.az olaraq bütün bunları oxuculara təqdim edirik:
Ardını oxu...
"-28 May NQCI -də 14 DDÖ var. Hər DDÖ-də gündəlik süd payı ortalama 50 litrdən az deyil . Həmin südün də 1 litri marketlərdə 2 AZN-dən aşağı deyil. Bu da gündəlik 100 AZN, aylıq 3000 AZN edir . 14 DDÖ üzrə isə aylıq 42 000 AZN .edir.
-Menyüdə göstərilənlər verilmir.
Menyü üzrə qiymətlər:.
səhər yeməyi 6,1 man , ƏDV ilə 7,20 man
Günorta yeməyi -9man.78 qəp ƏDV ilə 11man54 qəp
Axşam yeməyi 8man55 qəp ƏDV ilə 10 man
Cəmi bir nəfər üçün ödəniş: 24man 43 qəp ƏDV ilə 28man 83 qəp
28 MAY NQÇİ-nin 14 DDÖ var. Hər DDÖ-də 80-90 işçi var.Bu halda:
Bir DDÖ üçün Xəzəriaşəyə ödənilən gündəlik məbləğ-2.306,4 man.
bir aylıq məbləğ-69.180 man,14 DDÖ üçün ödənilən bir aylıq məbləğ-968.520 man. Süd üçün ayrılan məbləği də əlavə etsək Azneft İB-nin 28 May adına NQÇİ işçilərinə catering(iaşə) xidməti üçün Xəzəriaşəyə bir ayda ödədiyi məbləğ 1.010 520 AZN edir.
İşçi bilmək istəyir:
- bu məbləğin neçə faizi(neçə manatı) real xidmətə yönəldilib?
-Niyə bu MMC üzərində,ona ödənilən vəsait, real xidmət, yeməklərin keyfiyyəti üzərində nəzarət yoxdur ?
Qeyd: Nəzərə alsaq ki,əlavə olaraq özüllərdə başqa qurumların (qazma,tikinti vəs)işçiləri də çalışır və onların da sayını nəzərə alsaq Xəzəriaşənin hesabına köçürülən məbləğin aylıq həcmi milyon yarımdan artıqdır
"
Ardını oxu...
" 'Dynamic Express', ayın 19-undan bağlamam göydə uçur..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Leyla Əlizadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Hələ də ofisə təhvil verilməyib. Hər dəfə 'qaynar xəttə' zəng edirəm, bir bəhanə edirsiniz.

Bəlkə sifariş it-bata düşüb?

Qeyd edim ki bu bağlamadan sonrakı reys sifarişimi ofisə çatdırmısınız, bu bağlamanı isə hələ də yox…"

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı növbəti xəbər yayılıb. Xəbəri araşdırmaçı jurnalist Cavanşir Həsənli öz Feysbuk hesabında paylaşıb. Məlumatda deyilir ki, A.Məmmədov Britaniyanın paytaxtı London şəhərində ən ultralüks yaşayış kompleksi olan “One Hyde Park”da ev alıb. Onun qonşularının məşhur ukraynalı milyarder Rinat Axmetov, ingilis sığorta brokeri Rory Carvill, qazax müğənni Ana Aitjanova və ərəb şeyxi, Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Khaimah əmirliyinin vəliəhdi, Şeyx Mohammed Saud Sultan Al-Qasimi olduğu bildirilir. Evin təxmini qiymətinin isə 290 milyon manat dəyərində olduğu iddia edilir.

Son illər Böyük Britaniya Milli Kriminal Agentliyi şübhəli mənbəyi olan mülkləri, pulları araşdırır. Belə bir araşdırmaya Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva da tuş gəlib. Maraqlıdır, atası uzun müddət nazir olmuş A.Məmmədovun Londanda sahib olduğu mal varlığının mənbəyi haqda araşdırmalar aparılacaqmı?

Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz deyib ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar bir vaxtlar Azərbaycanın ən məşhur gənclərindən olub.

H.Oğuzun sözlərinə görə, o, əsasən, ayı yeməsi ilə məşhurlaşmışdı:

“O dövrdə maraqlı bir atalar sözü ortaya çıxmışdı: “Armudun yaxşısını ayılar yeyər, bəs ayını kim yeyər – Anar Məmmədov”. Hətta mən də bu barədə bir şeir yazmışdım:

“Divlər bir ananı söyüb döyəndə,

Oğulsa baş divə “sağ ol” deyəndə,

Ölkəmdə birisi ayı yeyəndə,

“Bərəkallah”- deyib belə oğula

Artıq inanmağın gəlir nağıla”.

Bir sözlə, nağılçıları belə heyrətdə qoyan bu adamın Londonda yüzmilyonlarla funt sterlinqlik mülkünün olması təəccüblü deyil. Təəccüblü olan onun barəsində öz ölkəsində soruşdurma aparılmaması, bu qədər vəsaitə necə sahib olmasının müəyyənləşdirilməməsidir”.

Heydər Oğuzun fikrincə, araşdırmacı jurnalist Cavanşir Həsənli “elə-belə iddialar” irəli sürməz:

“Azərbaycan ictimaiyyəti onu ciddi sənədləri əldə edib yayması ilə tanıyır. Ziyanın oğlu Anarın mülkiyyəti barədə o, məlumat paylaşıbsa, deməli, iddialar doğrudur. Əgər Ziya Məmmədov öz oğlunun mülkiyyətini inkar edirsə, belə çıxır ki, Anar bunu öz atasından da gizlədib. Bir növ ona “atıb”. Odur ki, Z.Məmmədova məsləhət görərdim ki, bir vaxtlar ayı ilə bərabər atasının “başını yeyən” və faktiki onun işdən çıxarılmasına vəsilə olan oğluna inanmasın. Əksinə, gözü Cavanşir Həsənlinin yeni paylaşımlarında olsun. Olar ki, jurnalist ata Məmmədovun gözündən yayınan yeni məlumatlar paylaşsın”.

Həmsöhbətimiz onu da xatırlatdı ki, Anar Məmmədov bir zamanlar ABŞ-la iş görən adam kimi tanınırdı:

“Guya, Amerikada Azərbaycan diasporasını qururdu. Daha sonra bəlli oldu ki, Məmmədovların qulağına Trampın hakimiyyətə gələ bilməsi xəbərləri dəyib və Anar da məhz bu səbəbdən ABŞ-da lövbər salıb. Hətta Bakıda Trampa aid bir bina da tikmişdi. Görünür, Azərbaycan hakimiyyətini xarici güc mərkəzlərinin köməkliyi ilə devirmək istəyən Məmmədovların bu planının qarşısını almaq üçün ata Məmmədov öz postundan uzaqlaşdırıldı. Bu qərardan sonra Anar Məmmədovun ABŞ-da lobbi qurmaq və ya diasporanı gücləndirmək çalışmaları da dayandı. Necə deyərlər, “bağda ərik var idi, salam-əleyk var idi”… Halbuki, Azərbaycan bu gün ABŞ-da erməni lobbisinin ciddi hücumları ilə qarşılaşır və onların bu hücumunu dayandıracaq heç bir diasporaya malik deyilik. Niyə? Çünki Azərbaycan hakimiyyəti bu qədər məsul bir vəzifəni “ayıyeyən”lərə tapşırmışdı. İndi isə bu adamın sorağı İngiltərədən gəlir. Özü də Londonun milyarderlər məhəlləsindən. Adamdan soruşmaq lazımdır; gənc yaşında nə etdin ki, yüzmilyonlar qazana bildin? Atan qazanıbsa, məmur maaşı ilə bunu necə bacarıb? Sözsüz ki, bu sualların cavabı insanı korrupsiya və rüşvətxorluq ehtimallarına götürür. Hesab edirəm ki, Azərbaycanın hüquq mühafizə orqanları beyinlərdə yaranan bu şübhələri dağıtmaq üçün Ziya Məmmədovu danışdırmalı və əməlində cinayət tərkibi tapılarsa, dərhal istintaq işi açmalıdırlar”.

Xatırladaq ki, təxmini bir il öncə araşdırmaçı jurnalist Cavanşir Həsənli sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (87 milyon manat) sahib olması ilə bağlı məlumat paylaşmışdı. Həmçinin jurnalist Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət “KFC franchise” şəbəkəsinə sahib olduğunu da açıqlamışdı. Jurnalistin bu açıqlamalarından sonra Z.Məmmədov cavab olaraq Anarın belə bir restoranının olmadığını bildirimişdi.

Sitat: “O xəbəri yazan kimdirsə, getsin o restoranı tapsın. Sonra o restoranı həmin adama bağışlayacağam. Otuz ildir ki, belə cəfəngiyyat şeylər yazırlar, məndən əl çəksinlər. Anarın Britaniyada restoranı yoxdur. Bu cür məlumatlarla mənə qarşı təxribat edirlər. Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdur. Mənim nəyim varsa, aşkardadır. Mən gizlində iş görən deyiləm. Restoran elə bir obyektdir ki, onu gizləmək mümkün deyil. Yalandır, böhtandır. Bir restoranım var, o da kəndimizin başındadır. Gedin, yeyin, için, kef edin. Amma Britaniyada restoranımızın olduğunu kim yazıbsa, ona deyin getsin götürsün. Həmin restoranı ona bağışladım”.

Zaira Akifqızı
Ardını oxu...
Bir müddət əvvəl xəbər yayıldı ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev ona təyin edilən pensiyanın məbləği ilə razılaşmayıb və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinin qərarından şikayət edib və şöbəni cavabdeh kimi işə cəlb edib.
Düzü, KİV S.Hacıyevin şikayətinin axırının necə olduğunu gündəmə gətirmədi. Əslində məsələnin maraqlı tərəfi heç də hakimin iddiasının təmin olunub-olunmaması deyil. Sual bundan ibarətdir ki, S.Hacıyev bir hakim kimi işləyərkən aldığı məvacibi haqq edibmi ki, hələ bir artıq pensiya üçün də dava açmağa haqqı çatsın? Yeri gəlmişkən, S.Hacıyevdən bir qədər öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov da pensiyasının artırılması üçün məhkəməyə müraciət etmişdi, amma nəticəsini görməyə ömrü vəfa etmədi.
Bu günlərdə mediada yayılan “Məhkəmə hakimi Siyavuş Hacıyev görkəmli siyasi xadim Ruhulla Axundovun nəvəsinin qanını niyə batırır” sual başlıqlı məqalə oxucuların marağına, həm də təəssüfünə səbəb olmuşdu. İctimaiyyət Məhkəmə-Hüquq Şurasının bu məsələyə münasibət bildirəcəyini gözləyir. Xatırladaq ki, hakim S.Hacıyev 2020-ci ilin dekabr ayının 4-də avtomobillə vurulan Axundov Ruhulla Rufiq oğlunun ölümünün səbəbkarlarına həddindən çox yüngül cəza kəsməsi ilə təəccüb doğurmuşdu.
Sitat: “Nədənsə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrlik etdiyi 15 noyabr 2022-ci il tarixli məhkəmə nədənsə elə qərara gəlmişdir ki, piyadanın ölümünə ona sağ kənar güzgüsü ilə toxunan və yalnız yerə yıxılmasına səbəb olan birinci maşın səbəb olub, yıxıldığı yerdə üstündən keçən ikinci maşın deyil. Bununla da toqquşan avtomobillər arasında ən bahalısı olan “Porsche”nin (digərləri firma maşınlarıdır) sürücüsü Quliyev Səftər Əziz oğlunun “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar 5 noyabr 2021-ci il tarixdə elan edilmiş Amnistiyaya düşməsi təmin edilib. Maraqlıdır ki, toqquşan maşınların sahiblərinə də, zərərçəkmiş qismində tanınan ölmüş piyadanın bacısına da dəyən ziyanlar pul ifadəsi ilə təqsirkarlar tərəfindən ödənilmiş, bir-birlərinə qarşı şikayət və tələbləri olmamışdır. Bundan başqa, Ömərov Vaqif Zakir oğlunun hərəkətlərində isə cəzasını yüngülləşdirici hallar “tapılmış”, guya Ömərov Rusiyada aldığı sürücülük vəsiqəsini Azərbaycanda dəyişmək lazım olduğunu bilməmişdir. Həmçinin, ”müəyyən olunmuşdur ki”, Ruhulla Axundov həmin yerdə yeraltı piyada keçidi olsa da, yolu piyada keçidi olmayan yerdən keçmişdir. Bütün bunlar azmış kimi, məhkəmə-kimya tədqiqatı Ruhulla Axundovun qanında güclü dərəcəli alkoqol sərxoşluğuna uyğun gələn etil spirit “aşkar” edib”.
Nə isə, yaxşı ki, hakim S.Hacıyev mərhum Ruhulla Axundovun yolda iki avtomobili vurub əzdiyi qənaətinə gəlməyib.
Yeri gəlmişkən, sözügedən məhkəmə qərarı S.Hacıyevin mübahisə doğuran nə birinci, nə də axırıncı qərarıdır.
Həmin məqalədə sonda yer alan bu cümlələr isə oxucular tərəfindən xüsusi maraqla qarşılanmış və yazılan şərhlərdə altı cızılmışdı: “O da məlumdur ki, ötən əsrin 30-cu illərindəki repressiya dövründə “xalq düşmənlərini” Stalin özü güllələmirdi, bunu hər millətin “sapı özündən olan baltalarının” əli ilə həyata keçirirdi. Kim bilir, indi Ruhulla Rufiq oğlu Axundovun qanını batıranların zatını-kökünü axtarsaq, bəlkə də məlum olar ki, Ruhulla Əli oğlu Axundovun ayağının altını qazıb güllələtdirən mərdimazarlar onların babalarıdır”.
Yeri gəlmişkən, sözügedən məhkəmə qərarı S.Hacıyevin mübahisə doğuran nə birinci, nə də axırıncı qərarıdır.
Məsələn, hakim S.Hacıyevin Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri – Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənova, departamentin baş mühasibi İlqar Hacıyevə və əməkdaşlar Orxan Qasımova, Tural Hacızadəyə və Təbriz Əliyevə oxuduğu hökm (təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib, məhkəmə zalından azadlığa buraxılmışdılar) də həddən ziyadə “humanist” dəyərləndirilmişdi. Halbuki, onlar nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəmişdilər.
Üç ay əvvəl isə Bakı sakini Şahbala Binyətov oğlu Röyal Şahmuradovun əsassız yerə həbs olunduğunu iddia etdi. Vətəndaş məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqinə və məhkəməyə qarşı ittihamlar səsləndirmişdi: “Siyavuş Hacıyev heç bir sübut olmadan, zərərçəkənin ifadəsini dinləmədən, sadəcə prokurorluqdan çəkindiyi üçün ədalətsiz qərar verdi. Dedi ki, mən karyeram boyu bəraət verməmişəm, verə bilmərəm”.
Binyətov həmçinin qeyd etmişdi ki, Röyal Aprel döyüşlərinin iştirakçısı, digər oğlu isə Vətən Müharibəsi qazisidir. Yəqin, hakim S.Hacıyev elə düşünür ki, adam müharibədə düşmən öldürməyə qadirdisə, dinc dövrdə də qatil ola bilər. Zərərçəkənin (Röyalın dostunun) içkili halda özü-özünə xəsarət yetirdiyini deməsi də, şahidlərin bunu təsdiqləməsi də hakimin qaraladığı şəxsi onun bəd niyyətindən qoruya bilməz.
Belə qənaətə gəlmək olar ki, hakim S.Hacıyev sadə adamlarla işi yoxdur. O, yalnız Vətən qarşısında xidmətləri olanları və onların qohumlarını hədəfə alıb – ya azadlıqdan məhrum edir, ya da qanlarını batırır.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//
Ardını oxu...
Quba rayonunun Dəvədabanı yaşayış massivi baxımsız vəziyyətdədir və ərazi zibilliyə çevrilib.

DİA.AZ bildirir ki, bu barədə “Report”un Şimal bürosuna bir qrup yerli sakin məlumat verib.

Uzun müddətdir bu problemlə üz-üzə qaldıqlarını söyləyən sakinlər deyib ki, ərazidə yerləşən yaşayış evlərinin zibil poliqonu ilə məsafəsi 500 metr təşkil edir.

Onların sözlərinə görə, bir az külək olan kimi tullantılar zibil poliqonundan göyə sovrulur və insanların sıx məskunlaşdığı ərazilərə, həyətyanı sahələrə və küçələrə yayılır.

Sakinlər həmçinin burada hökm sürən antisanitar vəziyyətə görə ərazinin sahibsiz itlərin məskəninə çevrildiyini bildiriblər. Onlar deyir ki, yaşayış massivi zibil qutuları ilə təmin olunmadığından tullantılar əraziyə atılır və buna görə də burada antisanitar vəziyyət yaranır.

Kənd sakinləri aidiyyəti qurumlar tərəfindən ərazinin tullantılardan təmizlənəcəyi ilə bağlı müxtəlif vaxtlarda vədlər verilsə də, indiyədək heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı "Təmiz Quba" Mənzil Komunal Təsərrüfat Birliyindən “Report”un yerli bürosuna bildirilib ki, sakinlərin narazılığına səbəb olan problem yaxın vaxtda öz həllini tapacaq.

Bununla yanaşı qeyd edilib ki, ərazidə zibillik mütəmadi olaraq texnikalar vasitəsilə utilizasiya olunaraq torpağa basdırılır.

Bildirilib ki, tullantıların çesidlənmə məntəqəsinin inşası üçün ərazinin 3,15 hektara çatdırılması nəzərdə tutulub.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Teref.az yazır ki, Bakı şəh., Abşeron ray., Məhəmmədi kənd sakini ailəlikcə qazi olan Cahangirov İlqar Əlsafa oğlu Prezidentə müraciət ünvanlayıb. Bir surətidə Teref.az-ın redaksiyasına daxil olmuş müraciətdə qazimiz yazır:
Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Ali Baş
Komandan cənab İlham Əliyevin göstərişi ilə 2021-ci ildə Bakı şəhərində mənzillə
təmin olunmuşam. Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla
təltif olunmuşam. Silahlə qüvvələrin 90, 95 və 100 illiyi yubiley, Azərbaycan
ordusunun yaranmasının 10 illiyi yubiley, hərbi xidmətdə fərqlənməyə görə 3-cü
dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə,
döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif
olunmuşam. Atam Əlisafa Cahangirov birinci Qarabağ müharibəsinin iştirakçısı
olub, anam Zəminə Cahangirova qəhrəman ana adını alıb və ömürlük 1-ci qrup
əlildir. İki qardaşımdan biri Altay Cahangirov birinci Qarabağ döyüşlərində
yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşım Fərahim Cahangirov birinci
Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə vətənimizə və dövlətimizə
bağlı şəxslərik.
Bu artıq mənim sonuncu şikayət ərizəmdir. Bu ərizəmə də baxılmasa mən artıq
bütün beynəlxalq təşkilatlara, Türkiyə, Rusiya, Pakistan və İsrail prezidentlərinə və
Azərbaycanda olan bütün ölkələrin səfirliklərinə bir-bir müraciət edəcəyəm ki,
mənim səsimi cənab Prezident İlham Əliyevə çatdırsınlar. Bunu etdikdən sonra
bilirəm ki, hüquq-mühafizə orqanlarındən mənə zənglər gələcək, lakin mən bunu
əvvəlki məktublarımda və 30-dan çox saytda mənim yazılarım dərc ediləndə həmin
məktublarda bildirmişdim. Axı bu qədər məktublar yazıram və 30-dan çox saytda
mənim barəmdə xəbərlər dərc edilib nəyə görə bütün bunlara əhəmiyyət verən
yoxdur? Cənab Prezident çıxışlarında bildirir ki, problemləriniz barədə mənə
siqnal ötürün, mən isə sual verirəm ki, cənab Prezidentə necə siqnal ötürməliyəm
axı? Prezident Administrasiyasına və digər dövlət qurumlarına çoxsaylı
müraciətlər etmişəm və media vasitəsi ilə cənab Prezidentə səslənmişəm. İndi siz
söyləyin mən cənab Prezidentə necə siqnal ötürüm? Hətta Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın qəbuluna yazılıdım, köməkçiləri məni qəbul etdilər və
problemimin həlli istiqamətində kömək edəcəklərinə söz versələr də heç bir
nəticəsi olmadı.
Təsəvvür edin ki, bu qədər vaxtda nə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin rəsmiləri nə də Abşeron rayon İcra Hakimiyyətinin rəsmiləri məni
qəbul etmədilər. Mənim kimi bir qaziyə qarşı belə bir süründürməçilik edən
məmurlar görün sadə vətəndaşları necə əzirlər. Abşeron rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyevə bu ölkədə gözün üstə qaşın var deyən yoxdur! Halbu ki,
mənim 20-dən çox saytda məqalələrim var ki, Abşeron rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyevin qəbuluna bir ildir düşə bilmirəm.
Baxın, Cənab Prezident İlham Əliyev çıxışlarında söyləyir ki, bütün məmurlar
xalqın xidmətçisidir, heç kim özünü ağa kimi xan kimi aparmamlıdır, xalqa üstdən
aşağı baxmamalıdır. Lakin Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev özünü xalqın xidmətçisi bilmir, özünü ağa kimi xan kimi aparır və
bütün vətəndaşlara üstdən aşağı baxır. İndi buna nə ad verəsən? Bir ildir ki, Abdin
Fərzəliyevin qəbuluna düşə bilmirəm və bunu bütün media vasitəsi ilə bütün dövlət
orqanlarına çatdırıram, nə fayda? Abdin Fərzəliyev açıq-aşkar deyir ki, mən
Prezidentin tapşırıqlarına məhəl qoymuram. Bəs nəyə görə ona gözün üstə qaşın
var deyən yoxdur?! Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab
Sahil Babayevin də qəbuluna bir ildir ki düşə bilmirəm. Prezident
Adminitrasiyasına və digər Dövlət qurumlarına onlarla məktub yazıram, 90-dan
çox mediaya müraciətlər ünvanlayıram və nəticə yoxdur!
Son bir əlacım qalıb o da yuxarıda qeyd etdiyim kimi, bütün beynəlxalq
təşkilatlara, Türkiyə, Rusiya, Pakistan və İsrail prezidentlərinə və Azərbaycanda
olan bütün ölkələrin səfirliklərinə bir-bir müraciət edəcəyəm ki, mənim səsimi
cənab Prezident İlham Əliyevə çatdırsınlar. Hətta Türkiyə, Rusiya, Pakistan və
İsrail mediası vasitəsi ilə də cənab Prezident İlham Əliyevə müraciət etməyi qərara
almışam. Çünkü öz ölkəmdə mənim müraciətlərimi cənab Prezidentdən gizlədirlər,
çünkü öz ölkəmdə bir qazi olaraq nə nazirin nə də icra başçısının qəbuluna girə
bilmirəm, çünkü öz ölkəmdə bir qaziyə qoyulan bu “hörmət” məni narahat edir.
Mənim, artıq başqa ölkələrə müraciət etməkdən başqa çarəm qalmayıb! Məni bu
vəziyyətə gətirənlər mənim ölkəmin Prezidentdən belə qorxmayan məmurlarıdır!
İmza: İlqar Cahangirov
Bakı şəh., Abşeron ray., Məhəmmədi kəndi
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti