Bildiyimiz kimi cənab Prezident İlham Əliyev mütəmadi olaraq bütün məmurlardan vətəndaşların rifahı üçün zəruri tədbirlərin həyata keçirilməsini tələb edir.
Amma bir çox məmur göstərişlərə əməl qoymadan vətəndaşları incitməklə məşquldur.
Beləki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) tapşırılan işlərdən biri parklanma yerlərinin təşkilidir.
Həmin yerlər təşkil edildikdə qurum tərəfindən mütləq şəkildə müvafiq qanunvericilyə əsaslanmaq tələb edilir.
Beləki, parklanma yerlərinin təşkili "Yol Hərəkəti haqqında" qanunun 53-cü maddəsi ilə tənzimlənir.
Həmin maddənin tələbinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir.
Lakin vətəndaşlardan mütləq şəkildə həmin ünvanda qeydiyyata düşmələri tələb edilir.
Qanuna görə maddənin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət orqanlarının yerləşdiyi inzibati binaların ətrafında müvafiq icra hakimiyyəti orqanının hər biri üçün ayrılıqda müəyyən etdiyi radius çərçivəsində ödənişli parklanma yerlərinin təşkili qadağandır.
Cərimə təşkili ümumi olaraq hansı prinsiplərə uyğun olar təşkil edilir ?
Hər bir məntəqəyə ezam edilmiş bələdçi şərti adı verilən şəxs, onun iş prinsipi nədən ibarətdir ?
Bələ görsənir ki, vətəndaş parklanma yerinə gəldikdə yerin seçimini edir, avtomobilini saxlayır, lakin bələdçi seçilən yeri bəyənməyərək və ya səhv olmasını hesab edərək vətəndaşa yenidən parklanma başladır, daha sonra vətəndaşlara açılan müddətə görə cərimə tərtib edilir .
Halbuki vətəndaş hec xəbərdar olmur ki ona kimsə parklanma müddəti başladır . Bəs cərimələrin qeydləri kim tərəfindən qeydə alınır?
AYNA-nın müfəttişləri harada olur? Müfəttiş ərazidə görsənmədiyindən belə çıxır ki, ciddi qanun pozuntusu edilərək üçüncü şəxslərin qeydə aldığı fotolar əsnasında cərimələr tərtib edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli gərarı ilə tanış olsaq daha çox nöqsan taparıq.
Sonda zəruri bir qeyd edim.Mən AYNA,nəqliyyat haqqında dəfələrlə yazılarla çıxış etmişəm.
Hər dəfə də qarşı tərəf mövqeyini bildirmək əvəzinə fərqli üsullara əl atırlar.Gah trolları işə düşür, gah müxtəlif təkliflər verilir, gah da təzyiqləri işə salırlar.
Hörmətli AYNA təşkilatının rəhbərliyi, trollarınıza deyin öz yolları ilə getsinlər.
Siz isə yaxşı olardı problemlərin həlli yollarını axtarıb tapasınız.
Sima Babayeva
Teref: Xocanın blogu