""Oba" və "Al-Market" marketlər şəbəkələrində şəkər tozu yerinə, xırda şüşə qırıntıları satılır ".
"DogruXeber.az" xəbər verir ki, bu sözləri redaksiyamıza müraciət edən vətəndaş bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı vaxtlarda hər iki marketlər şəbəkəsindən alınan şəkər tozu ilə bişirilən bütün mürəbbələrin içində aşağıdakı fotoda təqdim etdiyimiz görüntülər meydana gəlib. Vətəndaş bildirir ki, fotoda gördüyünüz maddə tamamilə dadsızdır və suda ərimir.
Qeyd edək ki, çəki ilə satılan şəkər tozunu üzərinə market tərəfindən vurulan çəki və digər göstəriciləri göstərən "etiket"ində də bu şəkər tozu barəsində (məsələn hansı firmaya məxsus olduğunu bildirən) heç bir məlumat yer almayıb. Biz vətəndaşın müraciətilə bağlı hər iki marketlər şəbəkəsinin baş ofisləri ilə telefon əlaqəsi saxlayıb, hansı şirkətin istehsalı olan şəkər tozu satdıqlarını soruşmaq və ümumiyyətlə cavabdeh tərəf olaraq, görüntülər barəsindəki fikirlərini, açıqlamalarını öyrənmək istədik. Lakin, təssüf ki, hər iki şəbəkənin baş ofisində dəstəyi qaldıran olmadı.