Ardını oxu...
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və Belarusun 200 müdafiə müəssisəsinə qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.

APA xəbər verir ki, fərmana görə sanksiya siyahısına düşən təşkilatlar arasında elmi-tədqiqat müəssisələri də var.

Belarusun 17 müəssisəsi, o cümlədən Qomselmaş, Qomel Tökmə Zavodu və Mogilyovv Vaqon Zavodu da sanksiyaya məruz qalıb.

Sanksiyalar 10 il müddətinə tətbiq edilib.
 
Ardını oxu...
Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca bu ölkənin aktiv rol oynadığı dövlətlərdə bununla bağlı müzakirələr artır.

Belə ölkələrdən biri də, Ukraynadır. Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko bildirib ki, Türkiyə ilə bağlı ən cəsarətli qərarları Rəcəb Tayyib Ərdoğan qəbul edib.

“Ərdoğan ölkəsini ən yüksək beynəlxalq səviyyəyə qaldırıb”, - deyə V.Yuşşenko qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Seçicilərlə görüşünü davam etdirən Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Sincanda mühüm açıqlamalar verib.

Məmləkət Partiyasının sədri Məhərrəm İncənin prezidentliyə namizədliyindən geri çəkilməsi ilə bağlı yenidən danışan Prezident Ərdoğan onun belə bir addım atmağa məcbur edildiyini bəyan edib.

Buna görə "Millət ittifaqı"nın namizədi Kamal Kılıçdaroğlunu FETÖ ilə işbirliyində ittiham edib: "Bay-bay Kamal kasetlə gəldi. İndi də prezidentliyə namizədlərdən birini seçimdən kənarda buraxdı. Bunu hansı yolla etdiyi sabah və ya biri gün bəlli olacaq. Çünki onların bütün işləri fırıldaqdan ibarətdi. Dünən onu kasetle partiya sədrliyinə gətirənlər bu gün eyni üsulla prezident postuna oturtmağa çalışırlar. Bu məqsədlə hansısa yolla prezidentliyə namizədi geri çəkilməyə məcbur etdilər. Görünür, FETÖ üsulları yenidən işə başındadır. Ölkəmizdə siyasətin bu qədər aşağı səviyyəyə endirilməsinə razı ola bilmərik. Bay-bay Kemal senin kasetlə gəldiyini bilirik. Ancaq bu dəfə millət sənin kasetle bir yerlere gətirilməyinə imkan verməyəcək!"

 
 
 
Ardını oxu...
“Namizədliyini geri götürən İncənin səsləri Ərdoğanla Kılıçdaroğlu arasında bölünəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Məhərrəm İncənin prezidentliyə namizədlikdən geri çəkilməsi seçkidə yeni durum yarada bilər. İncə 2018-ci ildə Rəcəb Tayyib Ərdoğanla uğurlu mübarizə aparmış, 31 faiz səs toplamışdı. İncə son aylardakı çıxışlarıyla ilk dəfə səs verəcək gənclərin diqqətini cəlb etmişdi. Müxtəlif sorğulara görə, İncənin ikinci tura keçidi mümkün olmasa da, seçkidə 3-7 faiz arasında səs toplaya bilərdi.

İndi əsas sual budur: namizədlikdən geri çəkilən İncənin səsləri hansı namizədə gedəcək?

İncənin özü çıxışında tərəfdarlarına kimə səs verməsi çağırışını etmədi, konkret ünvan göstərmədi. O, seçki kampaniyasında həm hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı, həm də ana müxalifət lideri Kamal Kılıçdaroğlunu tənqid edirdi, bəlkə də müxalifətə daha çox yüklənirdi. Fikrimcə, İncənin səsləri Ərdoğanla Kılıçdaroğlu arasında bölünəcək”, - ekspert bildirib.

Elxan Şahinoğlu başqa bir ehtimala da diqqət çəkib:

“Kılıçdaroğlunun geri çəkilən İncənin səslərinə ehtiyacı var. Kılıçdaroğlu bu məqsədlə İncə ilə görüşməyə çalışacaq. İncə 2018-ci il prezident seçkisindən sonra üzvü olduğu Cumhuriyyət Xalq Partiyasından (CHP) küsdü, ona dəstək verilməməsindən şikayətləndi. CHP-dən ayrılaraq Məmləkət Partiyasını qurdu.

Son illərdə CHP-ni və keçmiş liderini tənqid edirdi. Ancaq bunlar indi geridə qalıb və mərhum dövlət başçısı Süleyman Dəmirəlin sözü olmasın, siyasətdə 24 saat böyük müddətdir. Yəni siyasətçi dünən dediyinin əksinə olaraq, bu gün mövqeyində dəyişiklik etmək və bunu izahını vermək bacarığına malik olmalıdır. Ona görə də Kılıçdaroğlu mümkün gələcək kabinetində İncəyə nəsə vəd etsə, anlaşa da bilərlər”.

“Metropoll” Araşdırma Şirkəti seçicilərə “Məhərrəm İncə namizədlikdən geri çəkilsə, kimə səs verərdiniz” sualını verib.

Verilən cavab aşağıdakı kimidir:

Kamal Kılıçdaroğlu – 30.5 faiz

Rəcəb Tayyib Ərdoğan – 23.4 faiz

Sinan Oğan – 24.3 faiz

2 610 nəfər – respondetlərin 16.5 faizi isə etiraz olaraq səs verməyəcəyini bildirib.

Sorğu 1-3 may tarixlərində keçirilib.
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin denonsasiyası haqqında qanun layihəsi təqdim edib. Müvafiq sənəd çərşənbə günü Dövlət Dumasının məlumat bazasında dərc olunub.

Qanun layihəsinə izahat qeydində bildirilir ki, müqavilə “Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi aləti kimi 1990-cı illərin əvvəlləri üçün kifayət qədər səmərəli və təsirli olub”.

“90-cı illərin əvvəllərindən başlayaraq, ilk növbədə NATO-nun genişlənməsi ilə bağlı olan genişmiqyaslı hərbi-siyasi dəyişikliklərin təsiri altında o, xeyli dərəcədə köhnəlib və reallıqla əlaqəsini itirib. Qərb ölkələrini bu məsələyə münasibətini dəyişməyə sövq etmək üçün Rusiya Federasiyası müqavilədə iştirakını dayandırır. Belə ki, 2007-ci ildən Avropada adi silahlar sahəsində vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib”, - sənəddə deyilir.

Qeyd olunur ki, “ABŞ və onun müttəfiqləri Rusiya ilə fəlakətli nəticələrlə dolu hərbi qarşıdurma xəttini davam etdirirlər”.

“İşlərin hazırkı vəziyyəti müqavilənin denonsasiyası üçün tədbirlərin görülməsini və Rusiya Federasiyasının sazişdən çıxması üçün dövlətdaxili prosedurların başlanmasını tələb edir. Proses başa çatdıqdan sonra digər iştirakçı dövlətlərə müvafiq bildiriş göndəriləcək”, - izahatda vurğulanır. (Mənbə: TASS)
 
Ardını oxu...
Avropa İttifaqı digər NATO ölkələrinin köməyi olmadan qitəni təkbaşına müdafiə edə bilməyəcək.
"Report" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq "The Washington Post"a müsahibəsində deyib.

"Avropa İttifaqının müdafiə sahəsindəki səylərini alqışlayırıq. Biz bir-birini təkrarlamaqdan və rəqabətdən qaçmalıyıq, çünki Aİ qitəni qoruya bilmir. NATO-nun müdafiə xərclərinin 80%-i Aİ-yə daxil olmayan müttəfiqlərdən gəlir. Bu, həm də coğrafiya ilə bağlıdır. ABŞ, Kanada və Böyük Britaniya Avropanın müdafiəsi üçün həlledici rol oynayır”, - NATO-nun Baş katibi bildirib.

Onun sözlərinə görə, Şimali Amerika ilə Avropa arasında əlaqəni zəiflətmək cəhdləri yalnız NATO-nun deyil, həm də qitənin parçalanmasına gətirib çıxaracaq.

"Ukraynadakı müharibədən bir şey öyrənmişiksə, bu, Şimali Amerika və Avropanın bir yerdə olmasıdır", - Stoltenberq qeyd edib.

O əlavə edib ki, ABŞ, Kanada və Böyük Britaniya 2014-cü ildən Ukrayna hərbçilərinə təlim keçib və hazırda Ukraynaya əhəmiyyətli dəstək verirlər. Alyans rəhbərinin sözlərinə görə, Kiyevə yardımın 78%-i Aİ üzvü olmayan NATO müttəfiqlərinin payına düşür.
Ardını oxu...
Yaponiya və Avstraliyaya səfəri çərçivəsində Papua Yeni Qvineyaya səfər etməyi planlaşdıran ABŞ prezidenti Co Bayden ölkəyə səfər edən ilk ABŞ prezidenti olacaq.

"Unikal" xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, Baydenin 19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 Liderlər Zirvəsi, ardınca 24 Mayda Avstraliyanın Sidney şəhərində keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu (SDF) ittifaqı, Yaponiya , ABŞ, Avstraliya və Hindistanın yaratdığı QUAD Liderlər Sammitində iştirak edəcəyi bildirilib.

Açıqlamada Baydenin Avstraliyaya keçərkən Papua Yeni Qvineyada dayanacağı, Baydenin Papua Yeni Qvineyanın baş naziri Marape və digər Sakit Okean Adaları Forumu liderləri ilə görüşəcəyi bildirilib. Liderlər iqlim dəyişikliyi ilə mübarizə, dəniz ehtiyatlarının qorunması, davamlı və inklüziv iqtisadi artımın inkişafı, region və Birləşmiş Ştatlar üçün vacib olan çağırışlar üzrə əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edəcəklər.

ABŞ-ın Sakit okean ölkəsi olaraq Sakit Okean adaları ilə dərin tarixi və xalqlararası əlaqələri olduğuna diqqət çəkərək, qeyd olunub ki, Bayden bu səfərlə Papua Yeni Qvineyaya səfər edən ilk ABŞ prezidenti olacaq.
Ardını oxu...
NATO-nun bütün üzvləri Ukraynanın Alyansa qatılmasını dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, əsas məsələ vaxtdır, ona görə də tam üzvlüyün vaxtı məlum deyil:

“NATO-ya üzv dövlətlər Ukraynaya blokun qüvvələri ilə qarşılıqlı fəaliyyətin təmin edilməsində, müdafiə və təhlükəsizlik institutlarında islahatların aparılmasında və təkmilləşdirilməsində kömək edirlər. NATO-nun qapıları hər zaman açıqdır”.
 
Ardını oxu...
Avropa İttifaqı Şurası Cənubi Qafqazda sülh prosesi çərçivəsində aparılan Ermənistan - Azərbaycan danışıqlarına dair bəyanat yayıb.

Sənəddə bildirilir ki, Şuranın prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini davam etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə daim sıx əlaqə saxlayır.

Qeyd olunur ki, liderlər 2023-cü il mayın 14-də Brüsseldə üçtərəfli görüş formatında yenidən toplanmağa razılaşıblar.

“Müzakirələr həmçinin 1 iyun 2023-cü ildə Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə görüşlərlə də davam etdiriləcək. Liderlər həmçinin Brüssel görüşlərini zəruri olduğu qədər tez-tez davam etdirməyə razılaşıblar”, - deyə bəyanatda vurğulanır.

Bundan əlavə, bəyanatda prezident Mişelin 2023-cü ilin oktyabrında Qranadada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğu ifadə edilir.
 
Ardını oxu...
Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə bazar günü – mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
DİA.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə “Financal times” məlumat yayıb.
Bildirilib ki, Avropa Şurası rəsmiləir, Azərbaycan və Ermənistan liderlərinin bu həftə sonu Brüsseldə sülh danışıqlarını bərpa edəcəklərini deyiblər.
Qeyd olunub ki, qərb müttəfiqləri mübahisəli sərhədlərə görə qarşıdurmaların artmasından sonra münaqişədən əziyyət çəkən qonşular arasında vasitəçilik səylərini gücləndirirlər.
Avropa Şurası rəsmilərindən ikisi bildirib ki, üç liderin iyunun 1-də Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makronla daha bir görüş keçirməsi planları da var.
Mişel və Əliyevin sözçüləri şərh verməkdən imtina ediblər.
Paşinyanın sözçüsü şərh sorğusuna cavab verməyib.
“Azərbaycan özünü Şarl Mişel missiyası ilə kifayət qədər rahat hiss edir, çünki Aİ-nin gizli gündəmi yoxdur”, - Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, Aİ prosesi danışıqlar və onların strukturu üçün “əsas konsepsiyalar” hazırlayıb.
“Çox güman ki, danışıqlarda Azərbaycanın Ermənistandan Qarabağa yeganə avtomobil yolu olan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırmaq qərarına diqqət yetiriləcək. Onlar həmçinin sərhədin demarkasiyası, məhbus mübadiləsi və “anklav”ı zibilləyən minlərlə minanın çıxarılması səyləri ilə bağlı müzakirələr aparacaqlar”, - nəşrin məlumatında deyilir.
“Yol açıqdır, lakin yol qanunsuz dövriyyə üçün bağlıdır”, - H. Hacıyev Laçın dəhlizində quraşdırılan nəzarət-buraxılış məntəqəsi barəsində deyib.
Hacıyev Bakının Moskva, Vaşinqton və ya Brüsseldə görüşlə bağlı “çevik” olduğunu bildirib və nəticənin əldə olunması üçün prosesin daha “inklüziv” olmasının vacibliyini qeyd edib:
“Rusiya regionda sülhün yaradılması prosesinə səmərəli töhfə verə bilər. Ancaq bu da bir həqiqətdir ki, Rusiya Ukraynadakı müharibə ilə çox məşğuldur”.

Dünyapress TV

Xəbər lenti