Ukrayna Rusiya və Belarusun müəssisələrinə sanksiya tətbiq edibYaradılıb 13.05.2023 08:23 | Baxış sayı: 140Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və Belarusun 200 müdafiə müəssisəsinə qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.APA xəbər verir ki, fərmana görə sanksiya siyahısına düşən təşkilatlar arasında elmi-tədqiqat müəssisələri də var.Belarusun 17 müəssisəsi, o cümlədən Qomselmaş, Qomel Tökmə Zavodu və Mogilyovv Vaqon Zavodu da sanksiyaya məruz qalıb.Sanksiyalar 10 il müddətinə tətbiq edilib. Facebook-da paylaş