Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasına səfəri iyunun 1-də başa çatıb. Teref.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Türkiyədə keçirilən prezident seçkisindəki məğlubiyyətdən sonra CHP-də təxirə salınan qurultay çağırışı yenidən yüksək səslə dilə gətirilərkən, kulislərdə 24-25 iyunda İYİ Partiyanın keçiriləcək qurultayında partiya başqanı Maral Akşənərə rəqib çıxacağı danışılır.
Teleqraf.com xəbər verir ki, seçkilərdən dərhal sonra partiyadaxili müzakirələr və Kamal Kılıçdaroğlunun namizədliyi ilə bağlı polemika yenidən alovlanıb.
İYİ Partiya sədri Akşənər dünən Ali Divanı toplayıb. Mətbuata qapalı keçirilən iclasda prezident və parlament seçkilərinin nəticələri müzakirə olunub.
Akşənər Divan üzvlərinin fikirlərini dinləyərkən, seçki prosesindən məsul kimi “Altılıq Masası” göstərilib və müxalifət partiyalarının buraxdığı səhvlərə diqqət çəkilib. İclasda iyunun 24-25-də keçirilməsi planlaşdırılan qurultay da müzakirə edilib.
Qurultaydan əvvəl partiya daxilində Akşənərə qarşı formalaşmış müxalifətin fəallaşacağı deyilir. Məlumata görə, müxalif komanda qurultaya öz namizədi ilə gedəcək.
Bütün bunlardan sonra diqqətçəkən bir gəlişmə yaşanır. Kulis məlumatına görə, Yavuz Ağıralioğlu ətrafında birləşənlər İstanbulda Akşənərə qarşı toplantı keçirib.
Ağıralioğlu 5 il üzvü olduğu İYİ Partiyadan bu ilin martında ayrılıb. Siyasətçi mayın 14-də keçirilən prezident və parlament seçkilərində uğurlarına görə Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhur İttifaqını təbrik etmişdi.
Serbiya prezidenti Aleksandar Vuçiç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bölgədə sülhün sabitləşməsi üçün dəstək istəyib.
Bu barədə çərşənbə günü Serbiya liderinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Prezident Ərdoğan Kosovo və Metohiyadakı mövcud vəziyyətlə maraqlanıb və prezident Vuçiç ona serblərə qarşı zorakılığın artmasına səbəb olan hadisələrin xronologiyası ilə bağlı məlumat verib. O, həmçinin Türkiyə dövlət başçısından regionda sülh və sabitliyi qorumaq üçün ölkəsinin nüfuzundan istifadə etməyi xahiş edib”, - Vuçiçin mətbuat xidməti söhbətin təfərrüatlarını açıqlayıb.
Vuçiç Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, ona ölkəni inkişaf yolunda uğurla aparmasını arzulayıb.
Həmçinin, Vuçiç Ərdoğanı Serbiyaya səfərə dəvət edib. (Mənbə: TASS)
Mayın 31-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü olub. Bu haqda Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Türkiyədə prezident və parlament seçkiləri sonrası müxalifət daxilində parçalanma davam edir. Prezident seçkilərində qalibin açıqlanmasından sonra İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilk paylaşım edib. “Heç kim narahat olmasın. Hər şey yenidən başlayır. Unutmayın, dəyişməyən yeganə şey dəyişimdir. Hər sahədə, hər mühitdə dəyişim. Artıq heç vaxt eyni şeyi edərək fərqli nəticələr gözləməyəcəyik. Eynilə 38 yaşındakı Mustafa Kamal Atatürk, 21 yaşlı Fateh Sultan Mehmet kimi edəcəyik. Bu gün 29 maydır”, – İmamoğlu qeyd edib.
Kamal Kılıçdaroğlunun məğlubiyyəti sonrası onun CHP sədirliyindən istefa verməsi müzakirə edilirdi. İmamoğlunun bu paylaşımı isə öz növbəsində Kılıçdaroğlunun gedişinə hazırlıq mahiyyəti daşıyırmış kimi görünür.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, CHP sıralarında dəyişiklik gedəcəyi gözləniləndir:
“Seçki nəticələri və Kılıçdaroğluya olan münasibət təsdiq etdi ki, o, partiyada yanlış şəxsdir. Kılıçdaroğlunun ənənəvi sünni-hənəfi kütləsindən uzaq ələvi olması, PKK-nın siyasi qanadı olan HDP ilə anlaşmaq rahatlığı, ABŞ-a və Azərbaycana münasibəti, seçki kampaniyasında xalqın iqtisadiyyatı təhlükəsizliyindən üstün tutacağına özünü inandırması, ilk tur məğlubiyyətindən sonra qeyri-səmimi şəkildə millətçilik qanadı üzərinə nüfuz etməyə çalışması onun Ərdoğan qarşısında şanslarını azaltdı.
Eləcə də “Altılı masa” vahid namizəd təyinatında böyük yanlışlığa getdi. Bunu mart ayında Meral Akşener bildirdi və masadan kənarlaşdı. Fəqət qərarın dəyişilməzliyini anlayıb geri çəkildi və bu kimi anlaşmazlıqlar da seçki nəticələrinə mənfi təsir göstərdi. Halbuki rəy sorğularında Əkrəm İmamoğlu və Mansur Yavaş Kılıçdaroğludan daha irəlidə idi. Siyasi keçmişi baxımdan da Əkrəm İmamoğluna münasibət Kılıçdaroğludan fərqlənir. İmamoğlu tipik CHP-li deyil, onun anası dini vəqflərin üzvü olub. Atası Hasan İmamoğlu türk siyasətində Milli Görüş camiəsinə aid olub. Əmisi Rıdvan İmamoğlu isə ülkücü olub. İmamoğlunun Qaradənizli olması, İstanbulda qələbə təcrübəsi, dinamik kampaniya aparmaq bacarığı, Qaradənizdə Ərdoğanın səslərini bölə bilməsi, kürdlərdən və dindarlardan səs almaq bacarığı onun gələcəkdə partiya liderliyinə seçilmə şansını artırır. Mansur Yavaş isə keçmiş MHP üzvü olan, ülkücü ocaqların yetirməsi olan, Ankara kimi sağın önəmli qalası sayılan şəhərdə bələdiyyə sədri olması, müxalifətin və cəmiyyətin onu dəstəkləməsi baxımından gələcəkdə partiya sıralarında irəliləmə ehtimalı var. Lakin Mansur Yavaş dinamik siyasətçi deyil, iddialı deyil, partiyaçılığa, bürokratikliyə daha çox önəm verir”.
“Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və biz bunu görməkdən məmnunuq”.
“Report”un ABŞ bürosu xəbər verir ki, bu fikirlər ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin yayımladığı bəyanatda qeyd olunub.
Sənəddə qeyd olunub ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşları ilə görüşəcək:
“ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq.
Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.
İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Mayın 30-31-ni əhatə edəcək iki günlük səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur. Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edir. Prezident İlham Əliyevin İsrailli həmkarı İshak Hersoqla ilə təkbətək görüşü olub. İki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi aparılıb. İsrail Prezidenti bildirib ki, Azərbaycan dünyaya və regiona böyük təsir göstərir. İlham Əliyev Azərbaycanla İsrail arasında fəal siyasi dialoq qurulduğunu vurğulayıb. Qeyd edək ki, iki günlük səfər çərçivəsində İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbirin olması gözlənilir.
TEREF.AZ-ın məlumatına görə, səfərin gizlinlərini "Sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə söyləyib ki, İsrail Prezidenti icraedici orqanın rəhbəri deyi:
"O daha çox ölkəni xaricdə təmsil edən bir şəxsdir. Digər tərəfdən son zamanlarda Azərbaycan İsrail münasibətləri inkişaf edən xətt üzrə irəliləyir. Həmçinin geosiyasi vəziyyət qarşılıqlı əlaqələrin hər iki ölkə üçün böyük təsiri olduğunu göstərir. İsrail Prezidentinin səfəri də bununla əlaqədardır. Ümumiyyətlə İsrail balaca bir dövlət olsa da, regionda çox böyük təsir gücünə malikdir. Ona görə də biz iki ölkə arasındakı əlaqələrdən danışanda, təkçə hərbi və təhlükəsizlik məsələlərinə diqqət yönəltməməliyik. Həmçinin iqtisadi əməkdaşlığa da nəzər salmalıyıq".
Analitik əlavə edib ki, İsrailin çox böyük elmi bazası var:
"Biz isə bundan yararlanmaq istəyirik. Məsələn İsrailin ərazisinin yarısından çoxu, səhralıqdır. Ancaq onlar buğdanın çətin şəraitdə becərilməsinə nail olublar. Həmçinin enerji, texnika, təhsil və səhiyyə sahəsində də İsrailin böyük uğurları var. Bu səfər çərçivəsində də səhiyyə ilə bağlı iki ölkə arasında sənəd imzalanacaq. Ümumiyyətlə isə İsrail Prezidentinin səfərləri konkret yox, daha ətraflı məsələlərin müzakirəsinə hesablanıb. Həmçinin rəsmi Bakı, Təl-Əviv üçün çox önəmli tərəfdaşdır. Çünki Azərbaycan regionda aparıcı ölkələrdən biridir. Digər tərəfdən İsrail bizim İranla qonşu olduğumuzu da nəzərə alır. Ona görə də Azərbaycanla əlaqələri sıx saxlayır. Səfəri yüksək qiymətləndirirəm . Bu gələcəkdə iki ölkə arasındakı əlaqələrin inkişaf xəttini daha da gücləndirəcək".
Almaniya Kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət edib.
Bu barədə Almaniya Kanslerinin Ofisi məlumat yayıb.
Bildirlib ki, Olaf Şolts Türkiyə Respublikasının yenidən seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanla bu gün telefonla danışıb və onu seçkidə qalib gəlməsi münasibətilə təbrik edib.
"Kansler Almaniya ilə Türkiyə arasında sıx əlaqələri, NATO-da ortaq müttəfiqliyi vurğulayıb. Tərəflər hökumətlər arasında əməkdaşlığa gücləndirmək və ümumi prioritetlər barədə razılığa gəliblər. Digər məsələlərlə yanaşı, onlar Şərqi Aralıq dənizində vəziyyətin müsbət istiqamətində dəyişməsini, NATO-da qəbul edilən qərarlar və Türkiyənin Avropa İttifaqı ilə münasibətləri üzərində birgə işləmək istədiklərini bəyan ediblər. Bu məqsədlə federal kansler yenidən seçilən prezidenti Berlinə səfərə dəvət edib", - deyə Almaniya Kanslerinin Ofisindən bildirilib.