Ardını oxu...
İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu prezident seçkilərinin ikinci turunun ardından səsləndirdiyi “dəyişiklik” tələbini yenidən dilə gətirib.

Publika.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.

“Hamımız bilirik ki, dəyişiklik yalnız idarə heyəti və ya nümayəndə heyəti dəyişikliyi ilə olmayacaq”, - o deyib.

İmamoğlu müxalifətin son seçkilərdə məğlubiyyətindən söz açıb: "Təəssüf ki, 9 ildə 3 dəfə dalbadal seçkini uduzduq, prezident seçkisini uduzduq. Bu seçkidən sonra eyni şeyi edib səhvlərə yol verə bilmərik".

O vurğulayıb ki, dəyişiklik məsələsi vacibdir.

"Mən keçən həftə bəyanatımda güclü dəyişiklik tələbindən çox aydın şəkildə danışdım. Mən ümumi anlayış dəyişikliyini, köklü və təfərrüatlı dəyişikliyi ehtiva edən fikirlər ifadə etdim. Yenə də eyni mövqedəyəm", - İmamoğlu bildirib.

İstanbul meri dəyişiklik tələbinin cəmiyyətdən gəldiyini diqqətə çatdırıb:

"Mən dəyişikliyə ehtiyacı müəyyən etmirəm. Bu ehtiyacı cəmiyyət müəyyən edir, insanlar bunu istəyir, onu eşitmədən yol getmək mümkün deyil. Cəmiyyətin bütün təbəqələrini dinləmək və anlamaq vacibdir".

Qeyd edək ki, prezident seçkilərinin ikinci turundan bir neçə gün sonra Ekrem İmamoğlu sosial media hesabından dəyişikliyin labüd olduğunu vurğulayan bəyanat yayıb. Bir çox ekspert onun üzvü olduğu CHP-dən dəyişiklik tələb etdiyini düşünür. İmamoğlunun bəyanatından sonra CHP lideri Kemal Kılıçdaroğlu partiyanın idarə heyətini tam tərkibdə yeniləyib.
 
Ardını oxu...
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Derek Hoqanla telefon danışığı zamanı Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər.

Danışıqlar zamanı həmçinin bir neçə gün sonra Vaşinqtonda planlaşdırılan müzakirələr ərəfəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin əsas məsələləri, o cümlədən sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyinin təmin edilməsi, hüquq və müdafiə məsələləri müzakirə edilib.
Ardını oxu...
Türkiyədə keçirilən prezident seçkilərində qələbə qazana bilməməsindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun istefa verib-verməyəcəyi məsələsi hələ də müzakirə olunur.

Tribunainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələyə CHP-nin sözçüsü Faik Öztrak jurnalistlərə açıqlaması zamanı münasibət bildirib.

“CHP bir çadır partiyası deyil, yüzillik bir partiyadır. Heç kim təkbaşına qərar verə bilməz. Bütün qərarlar partiyanın səlahiyyətli komitələrində müzakirə yolu ilə qəbul edilir”, – deyə o qeyd edib.
Ardını oxu...
Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi (Coreper) iyunun 7-də keçiriləcək iclasın gündəliyinə yenidən Rusiyaya qarşı 11-ci məhdudlaşdırıcı tədbirlər paketinin razılaşdırılması məsələsini daxil edib. “Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Brüsseldə dərc olunmuş sənəddə deyilir.

Orada bildirilir ki, Avropa səfirləri təsdiqlənməyə hazırlıq olaraq, növbəti dəfə Aİ Şurasının reqlamenti, icra tənzimləməsi və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə xələl gətirən və ya təhlükə yaradan hərəkətlərlə bağlı məhdudlaşdırıcı tədbirlər haqqında reqlamentinin layihələrini bir daha nəzərdən keçirəcəklər.

11-ci sanksiyalar paketi çərçivəsində Aİ-nin Rusiyaya münasibətdə planlaşdırdığı bir sıra məhdudiyyətlər Aİ ölkələri ilə razılaşdırılma prosesində yumşaldılıb.

“Aİ-yə üzv ölkələr 11-ci sanksiyalar paketi üzrə razılaşmaya doğru yavaş-yavaş irəliləyirlər, eyni zamanda Avropa Komissiyası tərəfindən daha əvvəldən irəli sürülən bir sıra təkliflərin daha az qəti olmasına qərar verilib”, - agentlik qeyd edib.

Eyni zamanda, məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün Aİ ölkələrinin yekdilliklə təsdiqini tələb edir.

“Müzakirə olunan sənədlərin son variantları ilə tanış olan insanların sözlərinə görə, sanksiya tətbiq edilmiş yükləri daşıyan gəmilərin Aİ limanlarına daxil olmasına qadağa qoyulması təklifi, çox güman ki, qismən ləğv ediləcək. Malların gəmidən gəmiyə daşınmasına və ya transponderlərini söndürən gəmilərə qoyulan məhdudiyyətlər tədbirlərin qüvvəyə minməsi ərəfəsində 30 günlük təxirəsalma ilə tətbiq ediləcək.

Bundan əvvəl Aİ-də Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrə qarşı istifadə oluna biləcək mexanizmin işləndiyi məlum olmuşdu. Lakin Aİ ölkələrinin nümayəndələri arasında aparılan müzakirələrdən sonra bu mexanizmin tətbiqi meyarları da yumşaldılıb.

Eyni zamanda, bəzi ölkələr Aİ tərəfindən Rusiyaya idxalı qadağan olunmuş malların Rusiya tərəfdən satışı ilə əlaqədar təsdiqlənmək üçün hazırlanan sanksiya siyahılarına Çin şirkətlərinin də daxil edilməsindən narahatdırlar. Bundan əlavə, Macarıstan və Yunanıstan şirkətlərinin Ukraynanın Rusiya ilə iş aparan təşkilatlardan yaratdığı “qara siyahı”dan çıxarılmasını tələb etməkdə davam edir. Mənbələrin bildirdiyinə görə, bu mövzuda müzakirələr davam edir.

Bununla belə, mənbələrdən biri qeyd edib ki, Aİ bu həftə 11-ci sanksiyalar paketini yekunlaşdırmağa ümid edir.
Ardını oxu...
ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü ilin noyabrında ölkədə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq məlumat bu gün ABŞ Federal Seçki Komissiyasının saytında dərc olunub.

Pens Respublikaçılar Partiyasını təmsil edir. O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün keçmiş dövlət başçısı Donald Trampla yarışacaq.
 
Ardını oxu...
Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yeni qalib gəlməsinə və 5 illik müddətin cəmi bir gündür başlamasına baxmayaraq, artıq 2028-ci il üçün Ərdoğanın varisinin kim olacağı müzakirəsi başlayıb.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, tanınmış rusiyalı siyasi ekspert Sergey Markov da “Ərdoğan 5 ildə nələr edəcək” sualına ilk olaraq “varisini seçəcək” cavabı ilə bu müzakirələrə qatılıb. Onun fikrincə, 2028-ci ildə Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyini verməyəcək, ancaq ideyalarını və başlatdığı layihələri davam etdirmək üçün mütləq varisini müəyyənləşdirəcək.

3 iyunda Ərdoğanın Nazirlər Kabinetinin yeni tərkibini elan etməsindən sonra isə “varisin kimliyi” sosial şəbəkələrdə hallanmağa başlayıb. Belə ki, Hakan Fidanın XİN rəhbəri təyin olunması ilə sosial şəbəkələrin Türkiyə seqmentində onun Ərdoğanın varisi olacağına qəti əminlik ifadə olunmaqdadır. Eyni zamanda, Hakan Fidan haqda yalnız və yalnız müsbət fikirlər səsləndirilir və Ərdoğandan sonra Türkiyəni qorumağa qadir şəxs olaraq xarakterizə edilir.

Türkiyə ilə bağlı araşdırmaları ilə diqqət çəkən politoloq Ruslan Bəşirli də Hakan Fidanın personası üzərində dayanıb. O bildirib ki, Hakan Fidan bütün dünyada Türkiyə Cümhuriyyəti tarixinin ən güclü kəşfiyyat rəhbəri kimi qəbul olunur:

“MİT-ə rəhbərlik etdiyi dönəmlərdə daim ABŞ və Avropa mətbuatında onun haqqında “gizemli adam” başlığı ilə yazılar gedib. Ərdoğan isə onu Türkiyənin “sirr küpü” adlandırıb. ABŞ başda olmaqla, bir çox Qərb ölkələri Fidanı Ərdoğandan sonra ən böyük düşmənləri kimi qəbul ediblər. Məhz bu səbəbdəndir ki, FETÖ-nün 2014 və 2016-cı il çevriliş təşəbbüsləri zamanı ilk hədəf aldıqları adam MİT rəhbəri Hakan Fidan idi. Hakan Fidan Türkiyənin PKK və FETÖ-yə qarşı mübarizəsinə ən ciddi töhfə verən şəxs kimi qəbul olunur. Onun başçılığı ilə bir çox terror baronu ölkə xaricində ya yaxalanaraq Türkiyəyə gətirilib, ya da məhv edilib. Fidan Ərdoğanı həm Baydenlə, həm də Putinlə görüşlərdə müşayət etməsi ilə də tanınır”.

Ekspert Hakan Fidanın Ərdoğanın varisi olacağı haqda fikirlər toxunaraq bildirib ki, bəziləri Fidanın məhz bu posta hazırlanması üçün siyasətə gətirildiyini (XİN başçısı olduğunu – red.) düşünür.
 
Ardını oxu...
"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir".

"DogruXeber.az" xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyunun 4-də ölkəsinin İctimai Televiziyaya müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.

İlk öncə, delimitasiya prosesinin hansı əsasda aparılması ilə bağlı iddia ilə əlaqədar qeyd edək ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur.

Beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib. Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır.

30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, əldə edilmiş yazılı və şifahi razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndin Azərbaycana qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, eləcə də hərbi təxribatlarını davam etdirən Ermənistanın Azərbaycanı Ermənistana qarşı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır.

Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq erməni silahlı qüvvələrinin ötən ilin sentyabr ayında Azərbaycan ərazisindən çıxarılacağını bəyan edən Armen Qriqoryanın, bu bəyanatla Azərbaycana qarşı təcavüz aktlarını necə davam etdirdiklərini təsdiq etməsini də hər kəs yaxşı xatırlayır. Bu çərçivədə, Ermənistanın sülh prosesinə sadiq olduğunu populistcəsinə bəyan etməsi heç bir məntiqə sığmır.

Armen Qriqoryanın müsahibə zamanı guya Azərbaycanın saxlanılan ermənilərdən 10 nəfəri azad etməyə söz verdiyini bildirməsi, əslində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymaması, ölkəmizin erməni əsirlərinin, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirlərinə Ermənistanın qarşılıq verməməsi kimi əməllərini ört-basdır etmək niyyətini göstərir.

Ermənistan tərəfinin Üçtərəfli bəyanatın 9-cu bəndinə zidd olaraq, hələ də Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini bərpa etməməsi, müxtəlif bəhanələrlə prosesi uzatması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etmək əvəzinə siyasi polemikaya yol açması Ermənistanın prosesə maneçiliyinin bariz nümunəsidir.

Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin Laçın yolunun bağlanmasını iddia etməsi gülüncdür. Bununla yanaşı, erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı.

Bölgədə sülh prosesinin irəlilədilməsi əvəzinə, Ermənistanın rəsmi şəxsinin ölkəsinin yeni silahlanma dövrünə qədəm qoyduğunu bəyan etməsi, bu ölkənin hələ də tarixdən dərs çıxartmadığını nümayiş etdirir.

Əldə edilmiş razılıqları yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan tərəfinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir.
“Bakı Sağlamlıq Mərkəzi” (qısaca – BSM) icbari tibbi sığortası olan xəstələri öz taleyi ilə baş-başa buraxır.

DİA.AZ kommersant.az-a istinadla xəbər verir ki, sözügedən sığorta vasitəsilə BSM-də müalicə alan xəstələr arasında ölüm halları artıb. Xəstəxanada baş verən ölüm hallarının əksəriyyəti də elə bu xəstələrin payına düşür.

Adının açıqlanmasını istəməyən xəstələr tərəfindən saytımıza verilən məlumata görə, gecə növbəsinə qalan həkimlər də sığortalı xəstələrlə maraqlanmır.

“Sığortalı xəstələrin şöbəsinə gecə növbəsi üçün həkim təyin olunmur. Xəstəxanada reanimasiya üçün 5.000 manat depozit tələb olunduğuna görə xəstəxana sığortalı xəstələri kritik vəziyyətlərdə reanimasiyaya qaldırmağa həvəsli deyil. Çünki, sığorta şirkətləri o pulu xəstəxanaya depozit olaraq ödəmir. Buna görə də digər şöbələrlə müqayisədə sığortalı xəstələrin şöbəsində ölüm halları çox olur. Hətta həmin şöbədə bir gecə içində iki nəfər rəhmətə gedib”, - deyə şikayətçi bildirib.

Ardını oxu...
     

Dünən Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün bir çox dünya liderləri və siyasətçiləri Ankaraya gedib.

Beştəpədə keçirilən 21 dövlət başçısı və 13 Baş nazirin qatıldığı tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edib.

Liderlər üçün ayrılmış yerdə Paşinyanın İlham Əliyevin arxasında əyləşməsi diqqət çəkib.

Həmin anlar anbaan kameraya əks olunub.

Qeyd edək ki, mərasimdən sonra İlham Əliyev Paşinyanla qeyri-rəsmi görüşüb.

Ardını oxu...

     

Ardını oxu...
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəllər taxıl müqaviləsi bağlayarkən etdiyi kimi, Ukrayna münaqişəsinin həllində vasitəçi kimi çıxış edə bilər”.

“Report” xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Orban qeyd edib ki, iyunun 3-də Ankarada müxalifətin namizədi Kamal Kılıçdaroğlu üzərində seçkilərdə qalib gələn Ərdoğanın andiçmə mərasimində iştirak edib: “Prezident Ərdoğanın qələbəsi bizə sülhsevər mövqeyindən əlavə bir nəfəs kimi lazım idi. Əgər qalib gələ bilməsəydi, o zaman müharibəni təbliğ edən bir şəxs Türkiyə prezidentliyində olardı və bunun nəticələri gözlənilməz olardı. Türkiyə prezidentinin Ukrayna taxıl böhranı ilə bağlı olduğu kimi ukraynalılarla ruslar arasında vasitəçilik etmək şansı var”.
 
Ardını oxu...
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilmiş qeyri-rəsmi görüşlə bağlı paylaşım edib.

Azərbaycan Prezidentinin köməkçisinin paylaşımında deyilir:

“Prezident Şarl Mişel tərəfindən üçtərəfli formatda, həmçinin Almaniya və Fransanın iştirakı ilə Avropa Siyasi İcması çərçivəsində keçirilən görüş qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçdi. İyulda üçtərəfli görüşlərin növbəti mərhələsinin Brüsseldə keçirilməsi razılaşdırılıb”.

Qeyd edək ki, görüşdə 21 iyul Brüsseldə üçtərəfli görüşün keçiriləcəyi qərara alınıb. Həmçinin, bu dövr ərzində də XİN başçıların Vaşinqtonda növbəti görüşünün keçiriləcəyi bildirilib. Qeyd olunub ki, Vaşinqtonda əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq.
Görüşdə əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə 3-tərəfli formatda aparılır.

Bu görüşlərdə də əsasən bir daha sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi vurğulanıb.
 

Dünyapress TV

Xəbər lenti