Ardını oxu...
"Türkiyə İsveçin NATO üzvlüyünə "hə” deməyib, NATO üzvlüyünün önünü açmağa "hə” deyib”.

"Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik "Habertürk"də aparıcı Mehmet Akif Ersoyun suallarını cavablandırarkən deyib.

"Türkiyə İsveçin NATO üzvlüyünə "hə” deməyib, NATO üzvlüyünə yol açmaq üçün "hə” deyib. Türkiyəyə tətbiq olunan müdafiə sənayesi sanksiyaları tamamilə ləğv ediləcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisi İsveçin Türkiyənin Avropa İttifaqına qoşulması prosesi, həmçinin terrorla mübarizədə öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyini qiymətləndirəcək.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata açıqlamalar verib.

Dövlət başçısı Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sualı da cavablandırıb. Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevin bölgədəki vəziyyəti diqqətlə izlədiyini deyib.

“Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”, - deyə Ərdoğan bəyan edib.

 
 
 
Ardını oxu...
Almaniya hökumətini 2008-ci ildə Ukraynanın NATO-ya inteqrasiyasına qarşı açıq şəkildə çıxış edən kansler Merkelin buraxdığı səhvləri təkrarlamamağa çağırıram.

Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.

"Bunun nəticəsi Rusiyanın daha aqressiv davranışı oldu - baxın Gürcüstan, Qərbə düşmənçilik və indi Ukraynaya təcavüz”, - Kuleba qeyd edib.\\Axar.Az
 
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden NATO sammitində iştirak etmək üçün Litvaya səfərə gəlib.

Axar.az xəbər verir ki, ABŞ liderinin “Boeing” təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına enib.

Baydeni hava limanında Litva Prezidenti Gitanas Nauseda qarşılayıb.

Qeyd edək ki, sammit zamanı Vilnüs Beynəlxalq Hava Limanında 100-dən çox müntəzəm reys ləğv ediləcək.
 
Ardını oxu...
“Hazırda Ukraynanın alyansa qəbulu məsələsində NATO-da birlik görmürəm”

Cebhe.info-nun məlimatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden “CNN”ə müsahibəsində deyib.

ABŞ lideri Ukraynaya alyansa qoşulmağa hazırlaşmağa kömək etməyə, həmçinin müvəqqəti olaraq təhlükəsizlik zəmanətləri verməyə hazırdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq hüququna malik olduğunu bildirib./Report
 
Ardını oxu...
Albaniya Respublikasının Prezidenti Bayram Beqayın Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 8-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Albaniya Prezidenti Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
 
 
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib.

“Gələn ay Putin Tükiyəyə səfər edəcək. Cənab Putinlə məhbus mübadiləsi ilə bağlı məsələləri yenidən müzakirə edəcəyik. Ümid edirəm ki, taxıl dəhlizinə dair prosesin uzadılması ilə bağlı nəticə əldə edəcəm”, - deyə Ərdoğan qeyd edib.
Mənbə: Haber Global
 
Ardını oxu...
Azərbaycana səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iki ölkə arasında münasibətlərin yumşaldılması yönündə müəyyən mesajlar verib.

Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasına dair müzakirələrdir. Tərəflər bu məsələdə ortaq mövqeyə gələ bilsə, Azərbaycanla İran arasında gərginlik yaradan əsas problemlərdən biri aradan qalxmış olar.

Abdullahian Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi və Şərqi Zəngəzur İqtisadi rayonu ilə Naxçıvan MR arasında kommunikasiya əlaqələrinin qurulması məsələsini müzakirə edib. Qeyd edilib ki, tezliklə iki ölkənin müvafiq nümayəndə heyətlərinin görüşü baş tutacaq.

Bundan başqa, Hüseyn Əmir Abdullahian Qoşulmama Hərkatına daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib ki, İran Azərbaycanla Ermənistan arasında münasibətlərin sülh yolu ilə həllinə, eləcə də kommunikasiyların açılmasına tərəfdardır.

Lakin İranın XİN rəhbəri bu fikrinin ardınca, əlavə şərt səsləndirib. O bildirib ki, İran regionda sərhədlərin dəyişdirilməsinə qarşıdır. Bununla da İran tərəfi ali rəhbər Ayətullah Seyid Əli Xameneyinin “Zəngəzur dəhlizi İranın “qırmızı xətti”dir” tezisinə yenidən qayıdıb. Bu da xarici işlər nazirinin öz açıqlamasında səmimiliyinə şübhə yaradır.

Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirib ki, İranın səmimiyyətinə inanmaq olmaz. Rəsmi Tehran daha çox Şərqi Zəngəzur İqtisadi rayonu Naxçıvan MR arasında əlaqənin İran vasitəsilə təmin olunamasında maraqlıdır: “Çünki bu vəziyyət Azərbaycanı İrandan asılı edər. İran etimad göstəriləcək bir dövlət deyil. İranın Azərbaycanla normal münasibətlər məcrasını hara qədər davam etdirəcəyi böyük bir sualdır. Ona görə ki, İran regiondakı poseslərə dağıdıcı təsir edən mənfi güc mərkəzi kimi tanınıb. İrana türk dövlətlərinə qarşı həmişə balanslaşdırıcı güc kimi baxılıb və bu yanaşma indi də davam edir.

Abdullahian sərhədlərin açılmasına müsbət baxdığını ona görə deyir ki, regionda kommunikasiyaların açılması İranın iradəsindən asılı məsələ deyil.

Ermənistan Rusiya ilə razılaşdığı təqdirdə İran istəsə də, istəməsə də, nəqliyyat-kommunikasiya marşrutları açılacaq. Sadəcə olaraq, İran bu prosesin Ermənistanın suverenliyi çərçivəsində həyata keçirilməsini istəyir. Çünki İran Ermənistanla sərhədinin quru dəhlizi vasitəsilə bağlanmasından və ya bu marşrutun türk dövlətlərinin nəzarətinə keçməsindən ehtiyat edir. Yəni bu məsələdə Ermənistanın dediklərini İran da təkrar edir. Əslində, İran Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında əlaqənin öz ərazisindən keçməklə təmin olunmasının tərəfdarıdır. Belə olduğu təqdirdə, qazanan tərəf İran ola bilər.

Ticarət yüklərinin daşınması İrana tranzit gəlirləri üçün çox sərfəlidir". O bildirib ki, hazırda Azərbaycanın İran kimi böyük qonşu ilə düşmən olması da doğru deyil:

"Ancaq bütün hallarda Azərbaycan tədbirini əldən verməli deyil. Çünki İran yalnız güc dilini anlayır. Azərbaycan İrana etimad göstərmək üçün Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu təşkil edənlər aşkara çıxarılmalı, həqiqi cəzasını almalıdır. Yoxsa Azərbaycan vətəndaşını qətlə yetirən bir nəfər terroçunun məhkəmə qarşısına çıxarılması bizi qane edə bilməz. Səfirliyə hücum sifarişini verən güc orqanları, SEPAH kimi terror təşkilatı var. İran bunun cavabını verə biləcəkmi? İran rəsmiləri Azərbaycan diplomatını qətlə yetirən şəxsi dəli adlandırırdı. İndi həmin şəxs ağıllandımı ki, onun əməlinə hüquqi qiymət vermək istəyirlər? İran etimad göstəriləcək ölkə deyil. Ona görə də Azərbaycan “dəyənəyi” əlindən yerə qoymamalıdır”.

Natiq Miri hesab edir ki, Abdullahian Naxçıvanla Şərqi Zəngəzur İqtisadi rayonu arasında nəqliyyat əlaqəsinin açılmasından danışarkən əslində Zəngəzurdan keçəcək dəmir yoluna deyil, hərəkətin İran ərazisindən keçməklə reallaşmasının vacibliyinə işarə vurur:

“İran-Azərbaycan münasibətləri gərgin müstəviyə keçməzdən öncə iki ölkə arasında Araz çayının üzərindən keçməklə iki körpününü tikintisi və bu yoldan dəhliz statusunda istifadə etməklə Naxçıvanla əlaqələrin və daşımaların həyata keçirlməsinə dair müqavilə imzalanıb. Sonradan İranın vəziyyəti gərginləşdirməsi bu razılaşmanın baş tutmasına mane oldu. İranın Şimal-Cənub nəqliyyat dəhlizinə ehtiyacı var. Burada da əsas tranzit ölkə Azərbaycandır. Yəni İran Azərbaycana möhtacdır. Onlar yaxşı bilirlər ki, İranın iradəsindən asılı olmayaraq, Zəngəzur dəhlizi işə düşə bilər. Ona görə də münasibətləri normal məcraya daşımaqla kommunikasiyaların İran ərazisindən keçməsinə nail olmaq istəyirlər. Lakin İran kimi terrorçu dövlət Azərbaycana qarşı hər zaman təxribat törədə bilər. Bu baxımdan, Azərbaycana hər zaman alternativ kommunikasiyalar lazımdır”.
 
Ardını oxu...
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarusun xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə mövcud ikitərəfli, habelə çoxtərəfli platformalarda əməkdaşlıq müzakirə edilib.

Həmkarını bu yüksək vəzifəyə təyinatı münasibətilə bir daha təbrik edən Ceyhun Bayramov iki ölkə arasında bütün səviyyələrdə səmərəli təmasların mövcud olduğunu qeyd edib. Ceyhun Bayramov həm ikitərəfli, həmdə çoxtərəfli müstəvilərdə iki ölkə arasında bir birinin maraqlarını nəzərə alan səmərəli təmasların və əməkdaşlığın mövcud olduğunu söyləyib.
Öz növbəsində Sergey Aleynik ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün bir sıra mötəbər tədbirlərlə qeyd edildiyini məmnunluqla vurğulayıb. Belarus xarici işlər naziri habelə ölkələr arasında kənd təsərrüfatı, turizm, maşınqayırma və digər sahələrdə geniş tarixi əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.

Danışıqlar zamanı iyulun 17-də müddəti başa çatacaq Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi, İsveçin NATO-ya daxil olması və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə məsələlərini müzakirə edilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi danışıqların yekunlarına dair məlumat yayıb.
“Söhbət zamanı NATO-nun genişlənməsi, İstanbul taxıl sazişi, o cümlədən sintetik narkotik təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq və iyulun 7-də ABŞ-də bu problemə həsr olunmuş beynəlxalq görüş müzakirə edilib”, - nazirlik məlumat verib.

Mənbə: TRT

Dünyapress TV

Xəbər lenti