Ardını oxu...
Suriya prezidenti Bəşər Əsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla onun şərtləri əsasında görüşməyəcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Sky News Arabia" telekanalına müsahibəsində deyib.

Əsəd "Türkiyənin Suriyanın şimal bölgələrini işğal etməsini” tanımaq niyyətində olmadığını vurğulayıb.

Tayyib Ərdoğanla görüş Ankaranın müəyyən etdiyi şərtlərlə baş tutmayacaq. Hazırkı vəziyyətdə onunla danışıqlara girmək Türkiyənin Suriyanın şimal bölgələrini işğal etməsinin tanınması demək olacaq" deyə Suriya prezidenti izah edib.

Suriya prezidenti hələ mart ayında bildirib ki, o, Ərdoğanla yalnız türk qoşunları ölkəsini tərk etdikdən sonra görüşəcək. Onun fikrincə, bu cür danışıqlar Suriyadakı hərbi münaqişəyə son qoymalıdır. May ayında Moskvada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçirilib. Onun nəticəsi Türkiyə-Suriya münasibətlərinin normallaşması üçün "yol xəritəsi”nin hazırlanması qərarı olub.
 

Ardını oxu...


"Can Azərbaycanla sərgilədiyimiz həmrəylik sayəsində 30 il işğal altında olan Qarabağ azad edildi".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Səfirlərin 14-cü Konfransı"nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla da Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün önəmli bir fürsət yaranıb.

"Suriyanın şimalında terrorçulara qarşı aparılan hərbi əməliyyatlar cənublu vətəndaşlarımızın təhlükəsizliyini təminat altına alıb, eyni zamanda, terror dövləti qurma həvəslərini də qursaqlarda buraxıb", - Türkiyə Prezidenti əlavə edib.
Ardını oxu...
"Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarında hansı müzakirə platforması faydalı olarsa, ona üstünlük veriləcək".

TEREF.AZ bildirir ki, bu barədə "Sherg.az"a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, keçmiş millət vəkili Etibar Məmmədov deyib.

ABŞ, Brüssel və Rusiyanın vasitəçiliyi ilə aparılan sülh danışıqları barədə fikrini bəyan edən Etibar Məmmədov vurğulayıb ki, hələki Rusiyanın mövqeyi Azərbaycanın mənafelərinə uyğun deyil:

"Rusiya "status" məsələsini və prosesi asılı vəziyyətdə gələcək nəsillərə saxlamaq istəyir. Qərb tərəfdən isə bu cür tələblər yoxdur. Qərbin gündəmə gətirdiyi Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsidir. Bu məsələnin həlli də Prezidentin elan etdiyi kimi Qarabağda yaşamaq istəyən ermənilərin vətəndaşlığı qəbul etməsindən və reinteqrasiya prosesindən keçir. Bunun üçün də ayrıca protokol, qayda tətbiq oluna bilər ki, ermənilərin vətəndaşlığı qəbul etməsi prosesinin hansı formada olacağı bəlli olsun. Əlbəttə, bu mürəkkəb və qəliz məsələdir. Amma əvvəl-axır bu münasibətlər qurulmalıdır, görüşlər təşkil edilməlidir. Bilinməlidir ki, erməni icmasının nümayəndələri kimdir və onlarla hansı şəkildə danışmaq lazımdır. Uzun çəkən prosesdir, bir-iki günə həlluna bilməz. Əsas odur ki, sülh müqaviləsi imzalansın və Ermənistanla sərhədlər müəyyənləşsin. İrəvan sərhəddən bu yana qarışmasın. Əgər sülh sazişi imzalanarsa, Ermənistan Qarabağdakı ermənilərin maliyyələşməsindən, onların müdafiəsindən əl çəkməlidir. Həmin bölgə bütünlüklə Azərbaycan dövlətinin səlahiyyətlərinə daxil olmalıdır".

Etibar Məmmədov Ermənistanın TIR şousuna da münasibət bildirib:

"Ermənistan tərəfinin istədiyini həyata keçirməsinə imkan vermək olmaz. Onların "humanitar yardım" adı ilə Qarabağdakı ermənilərə göndərməyə çalışdıqları yük maşınlarının Azərbaycan ərazisinə buraxılmaması çox düzgün qərardır. Əgər məqsəd həqiqətən humanitar yardımdırsa, onlara alternativ yol göstərilir ki, oradan istifadə etsinlər. Bu haqlı mövqedir və heç bir tərəddüd ola bilməz və fikrimcə, olmayacaq".

AMİP qurucusu onu da vurğulayıb ki, Türkiyə bütün prosesin içindədir:

"Türkiyə hər hadisə ilə bağlı ətraflı məlumatlandırılır və prosesdə iştirak edir. Təbii ki, bu məsələnin də görünməyən tərəfləri var. Türkiyəsiz bu məsələlərin heç birinin həlli yoxdur".
 
Ardını oxu...
Bu yaxınlarda Moskva və Pekin arasında Rusiya sərhədçilərinin Çin vətəndaşlarına qarşı kobudluğu ilə bağlı yaranmış diplomatik qalmaqal iki ölkə arasında münasibətlərdə soyuqluğun başlanğıcı kimi qəbul edilməməlidir.

Editor.az bildirir ki, bu barədə Amerikanın “Bloomberg” nəşri yazıb. Nəşrin müəllifləri qeyd edirlər ki, Qazaxıstan-Rusiya sərhədində çinli səyahətçilərlə baş verən insident Çində müəyyən reaksiya alıb və Pekini sərt diplomatik bəyanatla çıxış etməyə məcbur edib. Lakin ton son dərəcə sərt olsa da, bu, Pekində [siyasətdə] daha geniş dəyişikliyin göstəricisi ola bilməz.

Pekindəki “Çin və Qloballaşma Mərkəzinin tədqiqat qrupu”nun təsisçisi Henri Vanq Huiyaonun sözlərinə görə, hadisə dünyaya Çin və Rusiya arasındakı münasibətlərin Qərbdə bir çoxlarının düşündüyündən daha laylı və mürəkkəb olduğunu göstərir. “Çin Rusiya ilə yaxşı münasibətlər saxlamalıdır. Lakin bu, o demək deyil ki, onlar Rusiyanın etdiyi hər şeyi bəyənirlər”.

Çinin Putindən əsəbiləşmək üçün bir neçə səbəbi var. Məsələn, onun “taxıl sazişi”ndən çıxmaq qərarı qlobal ərzaq bazarında Çinə də təsir edən problemlərə gətirib çıxarıb. Sinqapurdakı “S. Rajaratnam Beynəlxalq Araşdırmalar Məktəbi”nin baş elmi işçisi Raffaello Pantucci deyir ki, bu problemin yalnız bir hissəsidir. “Əsas məsələ münaqişənin uzunmüddətli xarakterinin gözlənilməzliyi olaraq qalır.

Müharibə dünyada sabitliyi pozur və bu, Pekinin nöqteyi-nəzərindən pisdir”, – o, deyib. Eyni zamanda, Si Çinpin Rusiyaya zərbə endirməkdən qorxmur – xüsusən də onun hərəkətləri Çinin daxili mövqeyini təhdid edə və ya onu zəiflədə bilərsə. Sərhəd hadisəsinə sosial mediada Çinin reaksiyası göstərdi ki, ümumi əhali Rusiyanın dəstəyinə şübhə ilə yanaşır. Xüsusilə buna görə Qərblə münasibətlərdə yaranan problemləri nəzərə alsaq.

//Samir Qurbanov, Editor.az
 
Ardını oxu...
Çinin xarici işlər naziri Van İ rusiyalı həmkarı Sergey Lavrovla Ukraynadakı müharibəni müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Van İ vurğulayıb ki, Ukraynadakı müharibə ilə bağlı Çin müstəqil və qərəzsiz mövqe nümayiş etdirəcək, obyektiv və rasional fikir bildirəcək, “sülh danışıqlarını” fəal şəkildə təşviq edəcək və istənilən beynəlxalq çoxtərəfli hadisənin siyasi həllini axtaracaq.

Lavrov isə bildirib ki, Rusiya Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqe sənədi ilə tam razıdır və Pekinin bu baxımdan konstruktiv rolunu yüksək qiymətləndirir və alqışlayır.
 
 
 
Ardını oxu...
BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən “Laçın dəhlizinin” blokadada saxlandığı və “Dağlıq-Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etməsi təəssüf doğurur və BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir.
Bakupost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur. Bununla yanaşı, sözügedən şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda “Dağlıq-Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir.
Bir daha xatırlatmaq istərdik ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb.
Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib.
Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.
Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlardan çəkinilməsi və təhlükəsiz keçidə zəmamət verilməsinə dair çağırışlara baxmayaraq Ermənistan tərəfi yenə də təxribatlarını davam etdirib.
Bütün bu təxribatlara baxmayaraq, Azərbaycan tərəfi BQXK tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır.
Azərbaycanın suveten ərazilərində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması məsələsinə gəldikdə isə, bunun üçün Azərbaycan tərəfindən “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması “humanitar vəziyyət” barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.
Azərbaycan, hal-hazırda bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərir və bu məqsədlə sülh sazişi, delimitasiya, kommunikasiyaların açılması istiqamətində təşəbbüslər irəli sürüb. Bu səyləri dəstəkləmək əvəzinə qərəzli bəyanatlar verilməsi prosesə müsbət təsir etməyəcək.
 
Ardını oxu...
Rusiyanın İstanbul müqaviləsi üzərindən reallaşdırmağa çalışdığı manevrlər gözlənilən nəticələrdən uzaqdır. Belə ki, Kreml "taxıl dəhlizi"ndən çıxmaq qərarı ilə Rusiya əleyhinə beynəlxalq koalisiyanı şantaj etmək niyyəti güdürdü. Və ərzaq böhranı təhlükəsi qarşısında qalan Qərb ölkələrinin Rusiyanın şərtlərinə daha həssas yanaşmağa məcbur olacağına ümid bəsləyirdi.

Onu da qeyd etmək lazımdır ki, Kreml bu məsələ ilə bağlı hədəfləri ABŞ və Qərb üçün qəbuledilməz məzmun daşıyır. Çünki rəsmi Moskva maksimalist davranmaq şansının yarandığına inanmağa başlamışdı. Və Rusiyanın "taxıl dəhlizi"nə geri dönməyin qarşılığında məhz Rusiyaya qarşı beynəlxalq sanksiyaların yumşaldılmasını tələb edirdi.

Ancaq hazırda bu məsələ ətrafında yaranmaqda olan vəziyyət Rusiyanın maraqlarına uyğun məzmun daşımır. Əksinə, Rusiya daha ciddi problemlər ilə üzləşmək təhlükəsini ciddiyə almaq məcburiyyətində qalıb. Xüsusilə də, Kreml Rusiya ilə normal münasibətləri qorumağa çalışan iki önəmli dünya nəhənginin - Türkiyə və Çinin mövqeyinin dəyişə biləcəyini artıq anlamağa başlayıb.

Məsələ ondadır ki, rəsmi Pekin Ukrayna savaşına münasibətdə neytrallığını qoruyub, saxlayır. Rusiya ilə tərəfdaşlıq münasibətlərinə baxmayaraq, Çin Ukraynanın ərazi bütövlüyünə də hörmətlə yanaşır. Kreml rəsmi Pekinlə iqtisadi-ticari əməkdaşlığı genişləndirməklə, Qərb bazarlarında itirdiyi gəlirlərin bir qismini məhz Çinin hesabına geri qaytarmağa çalışır. Və bu istiqamətdə də kifayət qədər önəmli irəliləyişə nail olmuşdu.

Ancaq rəsmi Pekin Ukrayna savaşının əleyhinə olduğunu da qətiyyən gizlətmir. Əksinə, Kremlin bu savaşı mümkün qədər tez bir zamanda sona çatdırılmasının vacibliyini qabartdır. Çünki Ukrayna savaşı Çin iqtisadiyyatına, xüsusilə də, xarici ticarət dövriyyəsinə sarsıdıcı zərbələr vurmaqdadır. Bu səbəbdən də, Kreml indiyə qədər Çinin Rusiyaya birbaşa və açıq dəstəyinə nail olmayıb.

İndi isə rəsmi Pekin Kremlin "taxıl dəhlizi" ilə bağlı son qərarından artıq qıcıqlandlğını biruzə verməyə başlayıb. Çünki Çin Ukrayna taxılının ən böyük idxalçıları sırasında ilk sırada yer alır. Kremlin qərarı Çinin Ukraynadan taxıl idxalını ciddi təhlükə qarşısında qoyub. Və bu səbəbdən də, rəsmi Pekin Ukrayna savaşı ilə bağlı Səudiyyə Ərəbistanında keçirilən sülh danışıqları prosesinə qatılmaq qərarı ilə Kremlə xəbərdarlıq mesajı verməyə çalışır.

Təbii ki, Çinin Rusiyanın maraqlarını şübhə altına alan belə radikal qərar verməsi Kremli ciddi şəkildə narahat etməyə bilməz. Hər halda, Ukraynanın irəli sürdüyü beynəlxalq sülh tezislərini birbaşa dəstəkləyən Çin Rusiya üçün əlavə problem anlamı daşıyır. Kremlə rəsmi Pekinin heç olmasa, ənənəvi neytral dövlət mövqeyini qoruması daha sərfəlidir.

Ona görə də, Kremlin son günlər "taxıl dəhlizi" ilə bağlı qərarına yenidən baxmağa hazırlaşdığı müşahidə olunur. Belə ki, Rusiya siyasi dairələri "taxıl dəhlizi"nə geri dönməyin mümkünlüyü ilə bağlı mesajlar verməklə, diqqəti çəkirlər. Bunun qarşılığında Kremlin irəli sürdüyü tələb-şərtlərdə əvvəlki konkretlik də artıq arxa plana keçirilməyə başlayıb. Yəni, buna qədər sanksiyaların yumşaldılmasını tələb edən Kreml indi ümumi şəkildə Rusiyanın maraqlarının təmin olunmasından danışmaqla kifayətlənir. Və bu, Kremlin ən xırda güzəştə belə, razı olduğunu biruzə verir.

Maraqlıdır ki, vəziyyətin belə sürətlə dəyişməsi "taxıl dəhlizi"nin əsas qarantoru olan Türkiyənin də maraqlarına tamamilə uyğundur. Belə ki, Kreml son vaxtlara qədər rəsmi Ankaradan məsafə saxlamağa çalışırdı. Rusiya Türkiyənin NATO sammitində reallaşdırdığı manevrlərdən ciddi şəkildə narazı qalmışdı. Və rəsmi Ankaranın Rusiyanın deyil, məhz Türkiyənin maraqlarına uyğun qərarlar verdiyini nəzərə almaq istəmirdi.

NATO sammitindən sonra Kreml Türkiyə ilə münasibətlərinə yenidən baxacağına eyham vurmuşdu. Bundan sonra Türkiyənin bir NATO ölkəsi olduğunu mütləq nəzərə alacağını vurğulamışdı. Dolayısı ilə rəsmi Ankaraya əvvəlki kimi, güvənmədiyini qabartmağa çalışmışdı. Və bu, Türkiyə-Rusiya münasibətlərində müəyyən çatların yarana biləcəyini düşünməyə əsas verirdi.

Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin dost hesab etdiyi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ünsiyyətdən də yayınırdı. Kreml sahibinin ehtimal olunan Türkiyə səfərindən isə ümumiyyətlə, imtina edildiyi bildirilirdi. Belə vəziyyət isə daha çox Türkiyə-Rusiya münasibətlərindən daim narahatlıq ifadə edən ABŞ və Qərbi məmnun etməkdəydi.

Ancaq Kreml bu mövqeyini uzun müddət qoruya bilmədi. Çünki rəsmi Pekindən son Türkiyə ilə də münasibətlərin soyuması Rusiya üçün ağır nəticələrə yol aça bilərdi. Kremlin indiki situasiyada rəsmi Ankara ilə strateji tərəfdaşlıqdan imtina etmək şansının olmadığı artıq tamamilə dəqiqləşib. Və Kreml tədricən rəsmi Ankara ilə təmasların bərpasını təmin etməkdədir.

Məsələ ondadır ki, Türkiyə və Rusiya prezidentləri artıq telefon diplomatiyasına geri dönüblər. Son danışıqlarda prezident Rəcəb Tayyib Ərdoğan Kreml sahibi Vladimir Putini Rusiyanın "taxıl dəhlizi"nə geri dönməsinə demək olar ki, razı salmağa nail olub. Əvəzindəsə, Türkiyə lideri həmin dəhlizlə Rusiya kənd təsərrüfatı məhsullarının ixracına təminat vəd edib. Yəni, Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı Kremlin tələbləri arxa plana keçirilib.

Digər tərəfdən, prezident Vladimir Putin Türkiyə lideri ilə birbaşa görüş barədə razılaşma da əldə edib. Ancaq həmin görüşün vaxtı və yeri hələ müzakirə ediləcək. Kremldən verilən açıqlamaya görə, tezliklə baş tutacaq görüş üçün ya V.Putin Türkiyəyə, ya da R.T.Ərdoğan Rusiyaya səfər edəcək. Və bu baxımdan, hesab etmək olar ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya üzərində öz təsir gücünü tədricən bərpa etməyə başlayıb.

Belə anlaşılır ki, rəsmi Ankara növbəti dəfə "taxıl dəhlizi"ni bərpa etməklə, dünyanın ərzaq böhranından xilaskarı olmaq şansına sahibdir. İndi prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın tamamilə aqressivləşməsinin qarşısını almaq imkanında olan əsas dünya lideri kimi diqqəti çəkir. Xüsusilə də, Kremlin rəsmi Ankaraya möhtac duruma düşməsi Türkiyənin həm Ukrayna savaşının inkişaf istiqamətlərini müəyyən edən ölkə, həm də dünyanın siyasi məkanında avanqard dövlət mövqelərini möhkəmləndirir. ("Yeni Müsavat")
 
Ardını oxu...
Ukraynadakı münaqişənin həlli üzrə real danışıqlar Rusiyanın iştirakı ilə aparılmalıdır.

Bunu Braziliya prezidentinin müşaviri Selso Amorim Səudiyyə Ərəbistanında keçirilən Ukrayna üçün sülh sammitində deyib.

"İstənilən real danışıqlara bütün münaqişə tərəfləri daxil olmalıdır. Ukrayna ən böyük qurban olsa da, əgər biz həqiqətən də sülh istəyiriksə, Moskvanı bir növ bu prosesə cəlb etməliyik”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə bağlı sülh danışıqları başlayıb.\\Axar.Az
 
Ardını oxu...
Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri bildirib ki, Tramp seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ı NATO-dan çıxaracaq.
ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ NATO-dan çıxacaq.
Bu barədə Rusiya mediası Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun “NewsNation” telekanalında çıxışına istinadən xəbər verib.
“O, NATO-nun mövcudluğunu təhlükə altında qoyub. Düşünürəm ki, onun ikinci dəfə prezident olacağı müddətində biz demək olar ki, alyansı tərk edəcəyik”, - deyə Bolton bildirib.

Onun sözlərinə görə, Tramp milli təhlükəsizlik sahəsində qərarlar qəbul edərkən həmişə yalnız öz mənfəətinə əsaslanıb və sabiq prezidentə aid edilən nailiyyətlərin bir çoxu onun ilkin bəyanatlarına zidd olub.
Bu yaxınlarda Donald Tramp bildirib ki, Ağ Ev milyardlarla dolları ABŞ vergi ödəyicilərini dəstəkləmək üçün xərcləyir və bu pulların böyük bir qismi Bayden ailəsinin cibinə gedir. Bundan başqa, sabiq prezident əlavə edib ki, ABŞ-da silah-sursat qalmayıb.
Sputnik
Ardını oxu...
Yay ayları Rusiya-Ukrayna müharibəsi üçün kifayət qədər ciddi döyüşlər, qarşılıqlı hücumlar və siyasi gərginliklə müşahidə olundu. Rusiya Prezidenti Vladimir Putinin payıza ciddi şəkildə hazırlaşdığı deyilir. Qərb cəbhəsində isə vəziyyət dəyişir. Müharibənin sonlandırılmasını tələb edənlərin sayı xeyli artıb. Bəzi ölkələr Ukraynanın əks-hücum əməliyyatlarından istənilən nəticəni qazana bilmədiyini əsas gətirərək müharibənin bitməsi istiqamətində konkret çağırışlar edirlər. Bununla belə müharibənin Rusiyanın məğlubiyyətinə kimi davam etməsini istəyənlər də var. Müharibənin uzanması, Ukraynanın əks-hücum əməliyyatlarının istənilən nəticəni verməməsi və ən əsası Qərb ölkələrinin müharibənin bitməsi istiqamətində çağırışlar etməsi payız aylarında tərəflərin danışıqlar masasına qayıtması ehtimallarını yüksəldir. Prinsip etibarilə Rusiya tərəfi də müzakirələrə hazır olduğunu bildirir.

TEREF.AZ-ın məlumatına görə, politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Moskva Ukrayna müharibəsindən istədiyini əldə edə bilməyib, ona görə də sülh Ukrayna qədər Rusiyaya da gərəkdir. Lakin Rusiya klassik taktikasından əl çəkməyərək payızdakı ehtimal danışıqlara üstün getmək istəyir. Ekspertin sözlərinə görə, Rusiya rəhbərliyi Qərbdə artan sülh çağırışlarını diqqətlə izləyir və ona uyğun addımlar atır:

"Kreml sülh istədiyini desə də, müharibəyə davam edə biləcəyi mesajını verir. Bununla o, Qərbin sülh çağırışlarını daha da radikallaşdırmaq, hətta bu istiqamətdə Ukraynaya təzyiq edilməsini istəyir. Digər yandan, Rusiya nüvə silahından istifadəni leqallaşdırır. Son günlər Rusiya rəsmilərinin dilindən yenidən nüvə silahından istifadəyə dair açıqlamalar səslənir. Xüsusilə bu açıqlamalar ilə paralel Ukraynaya məxsus olduğu deyilən dronların Moskvaya ardıcıl zərbələr endirməsi diqqət çəkir. Məsələ ondadır ki, bir nüvə ölkəsi paytaxtına təhdid olarsa, ölkə işğala məruz qalar. Ya da ərazinin bir qismi işğal edilərsə, bu silahdan istifadə edə bilər. Moskvaya endirilən dron hücumları fonunda Rusiya bunu əsas gətirib taktiki nüvə silahından istifadə edə biləcəyi mesajını verir. Bu həm də Kremlin ABŞ və Qərbə Ukraynanı danışıqlar masasına qaytarması üçün xəbərdarlıqdır. Rusiya Ukraynada taktiki nüvə silahından istifadə etsə, bu tendensiya yayıla və digər ölkələr də buna əl ata bilər. Bu isə Vaşinqtonun arzulamadığı bir ssenaridir".
Analitikin qənaətincə, Kremlin Polşa cəbhəsi açmaq planı da diqqət çəkir: "ABŞ Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlı olsa da müharibənin miqyasının genişlənməsi və digər regionlara, ölkələrə sıçramasını istəmir. Bunu yaxşı bilən Kreml Finlandiya, İsveç, Baltikyanı ölkələr və Polşanın timsalında yeni cəbhə aça biləcəyi təəssüratı yaradır. Düzdür, qeyd edilən ölkələrin əksəriyyəti NATO ölkəsidir və Rusiya NATO ilə birbaşa qarşıdurma aparacaq gücdə deyil. Lakin Kreml həmin ölkələrdən biri ilə proksi müharibə apara bilər. Məsələn, ehtimal hədəf Polşadır. Rəsmi Moskva bir müddət öncə baş verən saxta "Vaqner" qiyamı və ya "Vaqner" şousu sonrası bu hərbi birliklə bütün əlaqələrini kəsdiyini və Afrika ölkələri, həmçinin Belarusa köçürüləcəyini açıqladı. "Vaqner" hazırda Belarusda məskunlaşır və sayı gündən-günə artır. Bundan narahat olan Polşa tərəfi isə Belarusla sərhədə hərbi texnika yığır. Rəsmi Varşava Kremlin nə etdiyinin fərqindədir. Bu, Kremlin “Vaqner” üzərindən Polşa ilə müharibə aparmaq ssenarisidir. Əgər bu baş verərsə, Ukraynadan sonra növbəti cəbhə Polşada açılacaq. Yəni ABŞ-nin çəkindiyi müharibənin digər ölkələrə keçmək riski gerçəkləşəcək. Kreml hələlik bu planı aktivləşdirməyib və buna görə də payızda gözlənilən danışıqlar öncəsi əlini gücləndirmək üçün ehtiyatda saxlayır".
T.Rzayev qeyd edib ki, Rusiya bir müddət öncə rəsmi olaraq “Taxıl sazişi”ndən çıxdığını açıqlayıb. Ankaranın müraciətlərinə baxmayaraq, hələlik Kreml sazişə qayıtmaq ilə bağlı müsbət nəsə deməyib: "Bu məsələnin avqustda baş tutması ehtimal ki, Ərdoğan-Putin görüşü və ya telefon danışığı zamanı müzakirə ediləcəyi gözlənilir. Kreml yaxşı başa düşür ki, “Taxıl sazişi”ndən çıxmaq dünya miqyasında növbəti taxıl böhranının başlaması deməkdir. Rusiya bundan öncəki böhranın nə ilə nəticələndiyini test edib. Buna görə “Taxıl sazişi”ndən çıxmaq payızdakı ehtimal sülh danışıqları zamanı Kremlin əsas təzyiq kartlarından olacaq. Nəticə etibarilə payızda Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutsun, ya da tutmasın, Kreml buna ciddi hazırlaşır. Rusiya ilə Ukrayna arasında danışıqlar isə böyük ehtimalla Türkiyədə baş tutacaq. Ankara, İstanbul və ya Antalya görüşün keçirilə biləcəyi şəhərlər ola bilər".
 

Dünyapress TV

Xəbər lenti