Ardını oxu...
Yaxın vaxtlarda Soçidə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qeyri-rəsmi görüş keçiriləcək.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə görüşündən sonra mediaya açıqlamasında deyib.

O, həmçinin əlavə edib ki, prezidentlər tərəfdaşlığın bütün sahələrini nəzərdən keçirəcəklər.
 
Ardını oxu...
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Fransaya səfər edəcək.

Bu barədə Avropa Komissiyası Prezidentinin mətbuat katibi Erik Mamer "Twitter"də bildirib.

"Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Fransa Prezidenti Emmanuel Makronla işgüzar nahar üçün sabah (avqustun 31-də) Fransaya səfər edəcək", o, paylaşımda bildirib.
 
Ardını oxu...
“Azərbaycan qalib ölkə olaraq qlobal dünyada sülh təşəbbüskeşliyi ilə çıxış edən bir ölkədir. Bu baxımdan ölkəmiz hər zaman qlobal və regional sülhə sadiq olub”.

TEREF.AZ bildirir ki, bu sözləri politoloq Rəşad Bayramov Cebhe.info-ya şərhində Fransanın təxribatı və beynəlxalq təzyiqlərin gücləndiyi bir zamanda Azərbaycanın sülh danışıqlarından imtina edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanın sülh danışıqlarından imtina etməsi qeyri-mümkündür:

“İstər Birinci Qarabağ müharibəsində, istərsə otuz illik atəşkəs zamanı, istərsə də İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan daim öz sülh təşəbbüslərini nümayiş etdirib. Son üç il ərzində Azərbaycanın dövlət rəhbərliyi Vaşinqton, Brüssel və ya Moskva formatları çərçivəsində keçirilən sülh danışıqlarına müsbət yanaşır və sadiqdir. Sözsüz ki, bu danışıqlar Azərbaycanın irəli sürdüyü beynəlxalq hüquqa əsaslanan beş baza prinsipi əsasında aparılır. Başqa sözlə desək, biz qalib ölkə olaraq beynəlxalq ictimaiyyətin diqqətinə sülhün bərpa olunması istəyimizi, ən əsası da Ermənistanla münasibətlərin sülh sazişi çərçivəsində nizamlanmasını dəstəkləyən ölkəyik.

Bu baxımdan Rusiya və Fransanın, o cümlədən regionda marağı olan ayrı-ayrı ölkələrin Azərbaycan-Ermənistan gərginliyi fonunda öz geosiyasi maraqlarını təmin etmək istəyindən asılı olmayaraq, ölkəmizin sülh danışıqlarına sadiqliyi daim öndə olmalıdır. Sülh danışıqlarına sadiqliyimizi bir nömrəli prioritet kimi hər bir ölkənin nəzərinə çatdırmalıyıq”.

Politoloq vurğulayıb ki, sülh danışıqlarından imtina regionda daim gərginlik yaratmaq istəyən qüvvələrin maraqlarına uyğundur:

“Fransanın təxribatlarına, Rusiyanın Qarabağdakı riyakar siyasi oyunlarına, habelə müxtəlif beynəlxalq təşkilatların ikili standartlı bəyanatlarına gəlincə, bütün bunların hamısı düzgün təqdimatla, yaxud regiondakı real həqiqətləri dünya birliyinin diqqətinə çatdırmaqla dəf edə bilərik. Bu gün Azərbaycanın sülh danışıqlarından imtina etməsi regionda daim gərginliyin olmasını istəyən güc mərkəzləri – Rusiya, Fransa və İranın maraqlarına xidmət edər. Çox yaxşı bilirik ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəmir.

Çünki Moskvada hesab edirlər ki, Bakı ilə İrəvan arasında sülh sazişin imzalanması Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyinə ciddi təhdid olacaq. Fransa da Qarabağda ermənilərin təhlükəsizliyinin təmini fonunda və ya hər hansı bir formada regionda öz geosiyasi maraqlarını təmin etmək istəyir. İrana gəlincə, rəsmi Tehran Rusiya və Fransa ilə maraqları bölüşür”.

R.Bayramov sülh danışıqları ilə bərabər lazımi vaxtlarda hərbi gücdən istifadənin zəruriliyini vurğulayıb:

“Onu da qeyd etməliyəm ki, Azərbaycan olaraq vaxtımızı daha otuz il boş-boş danışıqlara sərf etmək niyyətində deylik. Yəni bölgədə hərbi əməliyyatlar istənilən zaman baş verə bilər. Qarabağdakı problemlər yalnız Azərbaycanın aidiyyəti orqanları tərəfindən həll olunmalıdır. Əgər ölkəmizin ərazisində separatçı rejim mövcudluğunu davam etdirirsə, orada xarici ölkənin 10 min silahlısı varsa, istənilən zaman bizim onları məhv etmək hüququmuz var. Bunun Azərbaycan-Ermənistan sülh prosesinə aidiyyəti yoxdur”.

Ardını oxu...
"Təzadlar" qəzetinə Kürdəmir rayonunun Şıxımlı kənd sakini Mustafayeva Səbinə Qərib qızının Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya, surəti Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə ünvalı müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli Mehriban xanım!

İlk növbədə qeyd etmək istəyirəm ki, Sizi ümüdlərimizin gerçəkləşən ünvanı kimi qəbul edirik və bu üzdən də həmişə dərdlərimizi Sizinlə bölüşür, problemlərdən çıxış yollarını birgə axtarır və hər zaman da müsbət nəticələrin əldə olunmasına nail oluruq.

Bildirirəm ki, 14 ilə yaxındır tibb sahəsində çalışıram. Bir səhiyyə işçisi kimi qeyd etmək istəyirəm ki, bu illər ərzində Azərbaycan Səhiyyəsinin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi və xidmətlərin ən müasir səviyyəyə çatdırılması istiqamətində göstərdiyiniz əvəzsiz xidmətlər uğurlu dövlət siyasətinin tərkib hissəsidir. Hesab edirəm ki, bütün bunların mərkəzində xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili dayanır. Bu, bir həqiqətdir ki, rəhbərlik etdiyiniz fond tərəfindən son illər həyata keçirilən layihələr mahiyyətcə qarşıdakı onilliklərdə görüləcək işlərə bərabərdir və bu xoş nümunə kimi gələcək nəsillərə əsl Azərbaycançılıq və milli dövlətçilik ideyaları aşılayır.

Hörmətli Mehriban xanım!

Yuxarıda qeyd etdiyim uğurlara kölgə salmaq fikrindən uzaq olaraq, çalışdığım Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında cərəyan edən mənfi proseslərdən və mənə qarşı göstərilən haqsız münasibətdən söz açmaq istəyirəm. 14 ilə yaxındır ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında mama-ginekoloq vəzifəsində çalışıram və 2022- ci ilin noyabr ayında xəstəxanamızda aparılan doğuş əməliyyatl zamanı üç ana ölümü faktı qeydə alındıqdan sonra xəstəxananın baş həkimi İslamov Tarix Heybət oğlu məni həmin şöbəyə müdir vəzifəsinə təyin etdi və bu sahədə müəssisə daxilində yüksək etimad doğruldacağıma inandığını bildirdi. Qısa zaman kəsiyində, 7 aya yaxın bir müddət ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyimə baxmayaraq, xəstəxananın ümumi işlərində yaxından iştirak etməklə yanaşı, təsərrüfat işlərinə qədər belə, qanunsuz hesab olunan əməyə cəlb olundum. Bu müddətdə hər gün kipriyimdə od götürərək, səbr və təmkin nümayiş etdirdim, bütün xəstələrə eyni münasibəti bəsləyərək, müəssisənin nüfuzunu daim yüksəkdə tutmağa çalışdım. Lakin bütün bunlara baxmayaraq, 15 avqust 2023- cü il tarixdə aparılan iclas zamanı gözləmədiyim bir şəraitdə baş həkim mənim həmin vəzifədən xəbərim olmadan azad olunduğumu və ASM- ə göndərildiyimi diqqətə çatdırdı. Artıq bir-neçə gündür xəstələrə xüsusi qeydiyyata əsasən, verilən qəbzlər əsasında deyil, adsız qaydada xidmət göstərirəm və bu, məni çox narahat edir. Sistemdə həkim kimi adımın keçmədiyi barədə aidiyyəti üzrə və TƏBİB-ə məlumat versəm də, bu istiqamətdə heç bir müsbət addımlar atılmır və bu xoşagəlməz hal artıq 5 gündür ki, davam edir. Hesab edirəm ki, burada bir çox qaranlıq məqamlar və çirkin məqsədlər var ki, bu da öz növbəsində Azərbaycan səhiyyəsinin inkişafı prosesinə və bu istiqamətdə qazanılan böyük uğurlara kölgə salan amil kimi qəbul oluna bilər.

Xüsusi olaraq onu da diqqətinizə çatdırmaq istəyirəm ki, məlum yerdəyişmə ilə bağlı barəmdə verilən ƏMR-in sürətinin mənə verilməsini Baş həkimdən xahiş etsəm, o, iki həftədən artıq müddətdir qanunsuz bəhanələr gətirərək, həmin sənədin surətini mənə təqdim etməkdən imtina edir. Bütün bunlara yanaşı, xəstəxananın inzibati binasının daxilində baş həkimin çətiri və iradəsi altında özünə yaşamaq üçün qanunsuz otaq ayıran Vəfa həkimin, başqalarının şərəf və ləyaqətinə utanmadan (üzr istəyirəm, namusuna sataşan) toxunan Şirin həkim kimi cılız məzmun ifadə edən insanlarla bir kollektivdə çalışmaq nə qədər çətin olsa da, hər zaman ən ali məqsədim müəssisə daxilində sağlam mühitin formalaşdırılmasına nail olmaq istiqamətində yorulmadan çalışmaq və xəstələrə şəffaf xidmət göstərmək olub. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, əgər proseslər bu yöndə davam edərsə, zərurət yarandığı halda mənə qarşı edilən digər haqsızlıqlarla bağlı hüquq-mühafizə orqanları qarşısında bütün çılpaqlığı ilə olduğu kimi söhbət açacağam. Qoy, onlar özləri araşdırsınlar ki, illər öncə və indinin özündə də məni hansı formada şantaj ediblər və rəhbərlik tərəfindən üzərimə hansı maddi-mənəvi öhdəliklər qoyulub. Düşünürəm ki, bu müraciətimdən sonra xəstəxana daxilində baş verənlərə münasibətdə az bir hissəsədə həqiqətləri söylədiyimə görə müəssisəmizdə bir çoxları tərəfindən mənə olan münasibət dəyişəcək və əsassız hücumlar baş qaldıracaq. Yaranmış fürsətdən istifadə edərək, qarşı tərəfin də diqqətinə çatdırmaq istəyirəm ki, mənə qarşı aparacaqları hər hansısa kampaniya onların özlərinin daha dərin bir şəkildə ifşasına gətirib çıxaracaq.

Hörmətli Mehriban xanım!

Sizdən xahiş edirəm ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv olunması qaydalarının tənzimlənməsi hissəsində həmin məcəllənin 68 və 69-cü maddələrinin tələbələri kobud şəkildə pozulduğuna görə Baş həkim vəzifəsini icra edən İslamov Tarix Heybət oğlunun tutduğu vəzifəsindən azad edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və adıçəkilən diğər əməkdaşlar barəsində hüquqi ölçülərin götürülməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğuna öz müvafiq tapşırıqlarınızı verəsiniz.

İnanıram ki, hər şeydən öncə, həmişə olduğu kimi, humanizm və ədalət prinsiplərini rəhbər tutacaqsınız və bir Azərbaycan qadını kimi öz əvvəlki işımdə fəaliyyət göstərməyim istiqamətində mənə yardımçı olmaqla yanaşı, həm də şərəf və ləyaqətimin öz peşə fəaliyyətlərində kifayət qədər səriştəsiz olan insanlar tərəfindən tapdanmasına imkan verməyəcəksiniz.

Sizə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm".

Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin fikrini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 //tezadlar.az//
 
Ardını oxu...
Ərdoğanla Putinin görüşəcəyi xəbəri dəqiqləşdi
“Deyli Sabah” nəşrinin məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) gələn həftə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin ilə görüşmək üçün Rusiyaya səfər edəcəyini bəyan edib. Bu barədə açıqlamanı partiyanın təmsilçisi Ömər Çelik verib.

Qeyd edək ki, “Blumberq” agentliyi türkiyəli məmurlara istinadla səfərin 8 sentyabr tarixində baş tutacağını xəbər verib. Nəşrin yazdığına görə, Türkiyə Prezidenti 9-10 sentyabr tarixlərində Dehli şəhərində keçiriləcək G-20 sammitindən əvvəl Rusiyada səfərdə olacaq.

Prezident Ərdoğanla Putinin görüşü zamanı Qara dəniz taxıl razılaşmasının bərpası məsələsi gündəlikdə olacaq.
Ardını oxu...
Paris, Marsel və Strasburq merləri Fransanın Qarabağa yeni humanitar yükünü müşayiət edəcək.

Bu barədə şənbə günü Ermənistan mətbuatı məlumat yayıb. Avqustun 30-da Fransadan 10 ağır yük maşınından ibarət humanitar yardım karvanı Qarabağa yola düşəcək. Bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Buisson bu barədə öz “Twitter” hesabında yazıb.

O qeyd edib ki, yük Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının köməyi ilə yığılıb. Yükü Fransanın bir sıra regionlarının nümayəndələri müşayiət edəcək. Nümayəndə heyətinə Parisin meri Anna Hidalqo rəhbərlik edəcək. Nümayəndə heyətinə Marsel və Strasburq merləri, həmçinin Fransanın bir sıra regionlarının rəhbərləri də daxildir. Xatırladaq ki, Fransa BMT Təhlükəsizlik Şurasında “Laçın dəhlizinin blokadadan çıxarılması haqqında” qətnamə layihəsini hazırlayır.

Fransa Prezidenti Emmanuel Makron isə “Le Point” jurnalına müsahibəsində Qarabağ ətrafındakı vəziyyətdən danışan zaman rəsmi Parisin diplomatiyaya deyil, təzyiq siyasətinə üstünlük verdiyini bildirib:

“Bizim diplomatiyamız başa düşüləndir. Lakin indi diplomatiyanın vaxtı deyil. Təəssüf edirəm və bu “blokada”nı pisləyirəm. Biz həmişə demişik ki, biz xalqların suverenliyinin tərəfdarıyıq. “Dağlıq Qarabağ” məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı ən sərt mövqeləri təkrarlaya bilmərəm.

Fransa 2020-ci il müharibəsini açıq şəkildə pisləyib və bir çox humanitar aksiyalar təşkil edib. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhü bərqərar edəcək, xalqları və mədəniyyətləri qoruyacaq saziş tapmaq üçün əlimizdən gələni edirik. Bu sülh müqaviləsi zəruridir. Lakin beynəlxalq hüquq normalarına uyğun olmalıdır”.

Prezident Makron Laçın dəhlizinin guya bağlı olduğunu iddia edib və ölkəsinin Azərbaycana təzyiq siyasətinə üstünlük verdiyini deməklə sülh prosesini pozmağa çalışdığını etiraf edib.

“Fransanın rolu humanitar yardımla bağlı təzyiq göstərməkdə davam etməkdir və biz bu məqsədlə əlimizdən gələni edirik”,-Makron belə deyib.

DİA.AZ-ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda geosiyasi mövqeyini möhkəmlətməyə çalışır. Rəsmi Parisin Ermənistana siyasi və hərbi dəstəyini artırması da həmin məqsədə xidmət edir:

“Fransa Cənubi Qafqazda Azərbaycan-Türkiyə tandeminə qarşı növbəti siyasi şou qurur. Humanitar yardım adı altında Fransa hakimiyyəti bölgədə təxribata əl atır. Prezident Makronun da çıxışından aydın görünür ki, Fransa diplomatiya deyil, təzyiq yolunu seçib. Amma Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə qarşı güc tətbiq olunarsa, eyni üsulla buna cavab veriləcək. Heç bir qüvvə Azərbaycanın sərhəd-buraxılış məntəqəsini güc tətbiq etməklə keçə bilməz. Ermənistan buna cəhd etsə, cavabını alacaq.

Eyni zamanda, Türkiyə dövləti ilə üzləşəcək. Qeyd etdiyim kimi, Fransanın məqsədi Ermənistan vasitəsilə Cənubi Qafqazda özünün geosiyasi mövqeyini gücləndirməkdir. Amma Makron unudur ki, Afrikada və Aralıq dənizi hövzəsində Fransa özünün geosiyasi mövqelərini itirib. Əgər Fransa Cənubi Qafqazda da təhdid və təzyiq yolu ilə öz mövqelərini gücləndirməyə çalışarsa, bu, Parisin xarici siyasətinin iflası olacaq”.

O bildirib ki, ümumiyyətlə, Azərbaycanın razılığı olmadan Fransa “Laçın” sərhəd-buraxılış məntəqəsini keçib Qarabağa humanitar yardım göndərə bilməz:

“Fransanın bu siyasəti Azərbaycanın milli təhlükəsizliyini təhdid edir. Hesab edirəm ki, ABŞ da buna etiraz edəcək. Fransanın bu təxribatı Avropa İttifaqının da vasitəçiliyinə kölgə salır. Rusiya və İran bu prosesdə maraqlı tərəfdir. Çünki Rusiya və İran bölgədə sülhün bərqərar olmasını istəmir. Ermənistan hakimiyyəti də Fransanın destruktiv fəaliyyətində maraqlıdır. Çünki Ermənistan sülh müqaviləsinin imzalanmasına can atmır.

Əgər təhdid istiqamətində addımlar atılsa, bu, sərhəddə növbəti eskalasiyaya gətirib çıxaracaq. Nəticədə, Ermənistan məğlub olacaq. Fransa isə bölgədə gərginləşdirməyə cəhd göstərsə, qarşısında Türkiyəni görəcək. Ermənistan Fransa ilə birlikdə Qarabağdakı humanitar vəziyyətə dair məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxartsa da, fiaskoya uğradı. İndi Fransa qətnamə layihəsinin qəbuluna çalışır”.

Ekpert hesab edir ki, bu mümkün deyil:

“Prezident Makron təzyiq və təhdid üsuluna əl atmaqla çox böyük siyasi səhvə yol verir. Yəni Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Fransa bu reallığı pozmaq iqtidarında deyil. Əgər Paris bu təxribatlarını davam etdirsə, Azərbaycanı və Türkiyəni qarşısında görəcək”.
Ardını oxu...
“BMT islahatları təşkilatın qəbul etdiyi qərarların bütün üzvləri tərəfindən ciddi şəkildə yerinə yetirilməsini təmin etməyə yönəldilməlidir. Təşkilatın Təhlükəsizlik Şurasının kəmiyyətcə genişləndirilməsi də vacibdir ki, bütün ölkələrin maraqları nəzərə alınsın”. Bu fikri Rusiya Federasiya Şurasının üzvü Qriqori Karasin deyib.

“Biz BMT Təhlükəsizlik Şurasının kəmiyyətcə genişlənməsi üzərində işləməliyik ki, bütün qitələrin və bütün ölkələrin, o cümlədən Yaxın Şərq və Afrikanın maraqları nəzərə alınsın. Həmçinin qəbul edilən qərarların bütün üzvlər tərəfindən icrasını təmin etmək lazımdır. Çünki indi görürük ki, Təhlükəsizlik Şurası, Baş Assambleya tərəfindən qərarlar verilir və kollektiv Qərb adlanan bir sıra dövlətlər öz milli maraqlarına əsaslanaraq bu qərarlara məhəl qoymurlar”, - Karasin qeyd edib.

Karasin BRİKS-in genişlənməsinin təşkilata yeni status və yeni keyfiyyət verdiyinə də diqqət çəkib. Onun sözlərinə görə, Assosiasiyanın beynəlxalq aləmdə öz maraqlarını daha dolğun müdafiə etmək imkanı var: “Bu, bütün dünyanı əhatə edən geniş miqyaslı yanaşmaları və maraqları olan fərqli bir təşkilatdır. Eyni zamanda, anlamaq lazımdır ki, BRİKS digər beynəlxalq birliklərə rəqib kimi çıxış etmək niyyətində deyil. Söhbət rəqabətdən yox, beynəlxalq birliyin inkişafı ilə bağlı sakit müzakirələrdən və qərarların qəbulundan gedir”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl BRİKS-ə üzv ölkələr (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatın Cənubi Afrikada keçirilən “Yohannesburq-2” XV sammitinin yekun bəyannaməsini dərc ediblər. Bəyannamədə xüsusilə, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyindən danışılır.

Xatırladaq ki, zaman-zaman BMT-də islahatlarla bağlı dünya dövlətlərinin liderlərindən çağırışlar edilir. Xüsusilə də BMT Təhlükəsizlik Şurasının qərarları, onların icrası ilə bağlı həmişə narazılıqlar mövcud olub. Bir müddət öndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da BMT-də köklü islahatlara ehtiyac olduğunu, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini təklif etmişdi. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında da qurumdan narazılar mövcuddur. Necə ki, Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Rusiya narazılığını açıq şəkildə bildirir, bu tərkibin genişləndirilməsinin vacib olduğunu irəli sürür.

BMT-dən ən çox narazı qalan ölkələrdən biri də məhz Azərbaycandır. Çünki BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə 30 il müddətində icra olunmadı. Həmin qətnamələr Azərbaycanın işğal olunmuş rayonlarından Ermənistan silahlı qüvvələrinin dərhal və heç bir şərt olmadan çıxarılmasını nəzərdə tuturdu. Lakin qətnamə uzun illər icra olunmadı. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu ərazilərini işğaldan azad etdi və bununla da Təhlükəsizlik Şurasının qəbul etdiyi icra edilməmiş dörd qətnamə də icra olunmuş oldu. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə BMT-nin dişsiz təşkilata çecrildiyini, bu qurumda islahatların vacib olduğunu bir neçə dəfə yerli və beynəlxalq mediaya müsahibələrində səsləndirib.

Beynəlxalq və yerli ekspertlərin bəziləri də hesab edirlər ki, BMT-də dərin islahatlar keçirilməlidir. Əks halda, bu təşkilat dişsiz quruma çevriləcək. Müəyyən qism ekspertlər isə ümumiyyətlə, BMT-nin bir təşkilat olaraq ləğvinin daha doğru ola biləcəyi fikrini irəli sürürlər.

Məsələlərə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən hələ ki, reaksiya yoxdur – Rusiyadan başqa. Güman olunur ki, Rusiyanın tələbinə digər ölkələrin isti yanaşacağı real görünmür.

AYNA
 
Ardını oxu...
Rusiya Ukraynada dayanmayacaq, artıq NATO-nun bir hissəsi üçün təhlükə var – Niderland

Niderlandın müdafiə naziri Kaysa Ollonqren hesab edir ki, Rusiya indi dayandırılmasa, Ukraynada dayanmayacaq və birbaşa Aİ və NATO-nu təhdid edəcək.
Hurriyyet.Az xəbər verir ki, o, bu barədə "Yevropeyska pravda”ya müsahibəsində bildirib.

Ollonqren əmindir ki, Rusiyanın qələbəsinin qarşısını almaq üçün indi Ukraynanı dəstəkləmək lazımdır.

"Əgər indi Rusiya dayandırılmasa, öz təcavüzünün nəticələrindən razı qalsa, o zaman Ukraynada dayanmayacaq. Avropanın bu hissəsində dayanmayacaq. O zaman nə vaxtsa biz də Rusiyanın Avropa İttifaqı və NATO dövlətlərinə qarşı təcavüzü ilə birbaşa təhdidlə üzləşəcəyik", - o deyib.

"Ona görə də biz əlimizdən gələni etməliyik ki, Ukrayna dayanmasın və Rusiya qalib gəlməsin", - nazir əlavə edib.

Onun sözlərinə görə, Rusiyadakı rejim çox aqressiv, revanşist rejimdir, köhnə günlərə qayıtmaq, Sovet İttifaqını və imperiyanı bərpa etmək arzusundadır.

"Və bu o deməkdir ki, NATO-nun şərq hissəsi, Avropa İttifaqının şərq hissəsi birbaşa təhlükə altındadır. Və bu barədə danışmaq vacibdir. Bu, təkcə Ukraynanın problemi deyil, bu, Avropanın problemidir, NATO üçün də problemdir”, - Ollonqren vurğulayıb. \\Qaynarinfo
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, səfər sentyabrın 4-də baş tutacaq.

Ərdoğan Soçidə rusiyalı həmmkarı Vladimir Putinlə görüşəcək.

Qeyd olunub ki, liderlər “Taxıl sazişi”ni müzakirə edəcək.
 
Ardını oxu...
İraq xarici işlər nazirinin müavini Hişam əl-Aluai Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sentyabrda İraqa rəsmi səfər edəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə diplomat “Rudaw” telekanalına bildirib.

“Rəcəb Tayyib Ərdoğanın gələn ay səfər edəcəyi gözlənilir”, – deyə o qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti