Ardını oxu...
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkarti Ukrayna lideri Volodimir Zelenskinin ABŞ parlamentinin birgə iclasında çıxış etmək istəyini rədd etdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “NBC News” məlumat yayıb.

Onun sözlərinə görə, məşğul qanunvericilik həftəsini nəzərə alsaq, bunun üçün vaxt yoxdur.

Makkarti Zelenskinin artıq qanunvericilərlə görüşdüyünü xatırladıb. O əlavə edib ki, Ukrayna lideri Böyük Britaniya və İtaliya hökumət başçılarının 2023-cü ildə səfəri zamanı eyni şəkildə qarşılanıb.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Binyamin Netanyahu ilə qarşılıqlı səfərlər barədə razılığa gəldiyini bildirib.

“Report”un məlumatına görə, bu barədə o, Nyu-Yorkda Türkiyə mətbuatına müsahibəsində bildirib.

“Əvvəllər Netanyahu xəstəliyi səbəbindən bizə gələ bilmirdi. Amma indi mən ona dedim ki, bu səfəri etməlidir, sonra mən və komandam İsrailə gedəcəyik. Razılığa gəldik. Ümid edirik ki, biz bunu çox gecikdirmədən görəcəyik və İsraillə enerji ehtiyatları sahəsində qazma işlərinə başlayacağıq. Biz enerji resurslarının təkcə Türkiyəyə deyil, həm də Türkiyə üzərindən Avropaya çatdırılması üçün marşrutlardan istifadə etməyə başlayacağıq ”, - deyə o vurğulayıb.
 

Ardını oxu...
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin bildirib.

Nazir Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizə işgüzar səfərə gəldi. Səfər çərçivəsində iki ölkənin liderləri bir sıra çox mühüm ikitərəfli əməkdaşlıq sənədlərini imzaladılar. Eləcə də, bir neçə gün bundan əvvəl Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünü təşkil etdik. Cənab İlham Əliyev ölkə başçımız Emoməli Rəhmon tərəfindən görüşə fəxri qonaq qismində dəvət edildi. Biz onun görüşdə iştirakından böyük məmnunluq duyduq”.

“Bu yaxınlarda Azərbaycanda, Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) üzrə sammit keçiriləcək. Tacikistan sammitdə dövlət başçısının rəhbərliyi ilə yüksək səviyyədə iştiraka hazırlaşır", - nazir vurğulayıb.
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, Türkiyə dövlət başçısı Azərbaycan Prezidentindən Qarabağdakı son vəziyyətlə bağlı məlumat alıb.

“Ərdoğan bir daha İlham Əliyevə Türkiyənin Azərbaycana ürəkdən dəstəyini ifadə edib. Görüş zamanı iki lider ölkələrini yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilir.
Ardını oxu...
Ardını oxu...
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələrinin son günlər törətdiyi təxribatları və terror aktlarını pisləyib.

Bu, Türkdilli Dövlətlərin Parlament Assambleyası Katibliyinin bəyanatında yer alıb.

Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində törədilmiş təxribatların və terror aktlarının mülki əhalinin və hərbçilərinin ölümünə səbəb olmasına təəssüf hissi ifadə olunur.

TÜRKPA Katibliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ən güclü dəstəyini bir daha təsdiq edərək, Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi yerli antiterror tədbirlərinin regionda sülh və təhlükəsizliyinin təmin olunacağına qəti əminliyini ifadə edib.

TÜRKPA Katibliyi təxribat nəticəsində insan tələfatı ilə əlaqədar şəhidlərin ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
 
Ardını oxu...
“2022-ci ilin əvvəlində İrəvanın əlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli 3 üçtərəfli Bəyanat var idi. Bunlar ki, bölgdə sülhün necə təmin olunacağının siyasi və praktiki yol xəritəsi idi”.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.

“İrəvan imzaladığını həyata keçirməyi deyil, öz xoşbəxtliyini NATO-AB-də axtarmağı seçdi. Məhz Brüsselin və baş məsləhətçi Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair Bəyanat qəbul edildi. Orada sözün əsl mənasında deyilir: “Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər ki, onlar bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar”. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Eyni zamanda, mətndə bölgə sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi zərurəti barədə bir söz də yoxdur. Mətn 7 oktyabr 2022-ci ildə rəsmi olaraq nəşr olundu.
Bu, İrəvanın Qarabağ məsələsinin yekun qərarı oldu”.

Zaxarova daha sonra yazıb: “Niyə Nikol Paşinyan və Ermənistan hakimiyyəti məhz bunu etdi, niyə Paris və Brüssel rəsmi İrəvanı buna sövq etdi? Bu suallar onlara verilməlidir”.
Ardını oxu...
Sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"DogruXeber.az" xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.

Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırılıb. Dövlətimizin başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib.

ABŞ Dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib.
Ardını oxu...
"Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.

Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib:

"Biz Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət-iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair attığı addımları dəstəkləyirik”.

 
Ardını oxu...
 

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin (MK) sədr müavini Kim Yo Çjon dünyanın ən təhlükəli qadınıdır.

Musavat.com xəbər verir ki, bunu Şimali Koreyalı ekspert "Fox News Digital"a bildirib.

Massaçusetsdəki Tafts Universitetinin professoru Sun Yun Linin sözlərinə görə, Kim Yo Çjon bu gün həqiqətən Koreyanın, bəlkə də dünyanın ən təhlükəli qadın siyasətçisidir.

Qeyd edək ki, Kim Yo Çjon ilk dəfə 2011-ci ildə atası Kim Çen İr ilə birlikdə ictimaiyyət qarşısında çıxış edib. Bu yaxınlarda o, qardaşını Rusiyadakı sammitdə müşayiət edib.

Analitiklər Kim Yo Çjonu qardaşının mümkün varisi kimi görürlər.

Musavat.com

Ardını oxu...

Dünyapress TV

Xəbər lenti