Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 zirvəsinə qatılmaq üçün getdiyi Hindistanda siyasi təməslarına başlayıb.
Bakupost.az xəbər verir ki, Ərdoğan qaldığı oteldə Yaponiyanın Baş naziri Kişida Fumio ilə bir araya gəlib.
Görüşdə Türkiyənin rəsmi şəxsləri də iştirak ediblər.
 
Ardını oxu...
Gürcüstan Prezidenti Salome Zurabişvili impiçment təşəbbüslərindən dolayı istefa verməyəcəyini bildirib.

Axar.az xəbər verir ki, bu sözləri xanım prezident axşam müraciətində deyib

“Heç yerə getmirəm. Düşünürəm ki, hamı mənim istefam barədə xəyal qurmağı dayandırmalıdır. Mən olduğum yerdəyəm, amma hara lazımdırsa, gedəcəm, çünki bu, mənim ən yüksək konstitusiya məsuliyyətimdir”.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hökumətin icazəsi olmadan getdiyi Avropa turnesinə görə impiçmentlə üzləşib.
Ardını oxu...
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib.
Səfərin ani olması və gözlənilmədən baş verməsi diqqət çəkir. Bir digər məsələ də H.Hacıyevin keçirdiyi görüşlərdir. Belə ki, o, əvvəlcə İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi, daha sonra isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Hər iki görüşlə bağlı informasiya çox azdır.
Lakin bununla belə son zamanlar Ermənistanla Azərbaycan arasında gərginliyin artması və təxribatların intensivləşməsi Hacıyevin keçirdiyi görüşlərdə nələrin müzakirə olunduğuna dair ipucları verir.
Ronen Levi ilə görüşdə ikitərəfli əlaqələr, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edilib.
Prinsip etibarilə Azərbaycan-İsrail münasibətləri hərbi-siyasi, iqtisadi-diplomatik və digər sahələrdə yükək səviyyədə inkişaf edir.
Aydın məsələdir ki, H.Hacıyev Ronen Leviyə bunu xatırlatmaq üçün İsrailə getməyib. Məsələ ondadır ki, Araik Arutyunyanın “istefası”ndan sonra Xankəndi və ətraf ərazilərdəki separatçılar arasında böhran dərinləşir. Bu, rəsmi Bakının əraziyə nəzarəti tam ələ keçirməsi baxımdan ideal fürsətdir. Yəni “seçki” zamanı və ya sonrasında vəziyyət silahlı insidentə keçərsə, Bakının Xankəndiyə müdaxiləsi baş tuta bilər.
Ermənistan silahlı qüvvələrinin 1 sentyabr təxribatlarına Azərbaycan tərəfi layiqli cavab versə də, aydın məsələdir ki, bu təxribatların ardı gələcək. Buna görə də rəsmi Bakı ehtimal ssenarilərə qarşı qabaqlayıcı tədbirlər görür.
Həm Ermənistanın şərti dövlət sərhədində təxribatları və Azərbaycanın buna verəcəyi cavab fonunda, həm də Bakının Xankəndiyə müdaxilə ehtimalı halında regionda gərginlik yenidən pik həddə çata bilər.
Rəsmi Bakı belə olan təqdirdə Ermənistanın dezinformasiyalara əl atacağı və dünya miqyasında başladacağı ehtimal kampaniyaların qarşısını almaqdan ötrü diplomatik təmasları intensivləşdirib.
Mümkündür ki, H.Hacıyev Ronen Levi ilə bu məsələləri müzakirə edib. İsrailin Baş naziri B.Netanyahu ilə görüş zamanı da yuxarıda qeyd etdiyim detallardan bəhs edildiyini demək olar.
Hacıyev-Netanyahu görüşündən sonra Azərbaycanın İsraildəki səfirliyinin “X” səhifəsində bu paylaşım edilib:
“Benyamin Netanyahu cənab Hacıyevi qəbul edib, o, İlham Əliyevin salamlarını və ən xoş arzularını Baş nazirə çatdırıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub”.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və perspektivlərin müzakirə olunması diqqət çəkir. Mümkündür ki, bu perspektivlər yuxarıda qeyd etdiyim məsələlərlə bağlıdır.
Politoloq Turan Rzayev
Teref.az
Ardını oxu...
Sentyabrın 1-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"DogruXeber.az" xəbər verir ki, telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Azərbaycan Prezidenti qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev vurğulayıb ki, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib.

Dövlət başçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb.

ABŞ Dövlət katibi Antoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.
Ardını oxu...
Sentyabrın 6-da Avropa İttifaqı Nazirlər Komitəsinin 1473-cü iclasında iştirakçılar aşağıdakı bəyanatı qəbul ediblər:

1. Avropa İttifaqı Laçın dəhlizi boyunca hərəkətə məhdudiyyətlərin davam etməsi və Qarabağ ermənilərini əhatə edən ciddi humanitar və təhlükəsizliklə bağlı nəticələri böyük narahatlıqla izləyir.

2. Laçın dəhlizilə hərəkət demək olar ki, 9 ay ərzində çətinləşib və iyunun 15-dən arada tibbi evakuasiyalar istisna olmaqla, dəhliz demək olar ki, tamamilə bağlanıb. Nəticədə dərman və zəruri malların qıtlığı yaranıb və ya artıq tükənib ki, bu da yerli əhali üçün ağır nəticələrə səbəb olur.

3. Avropa İttifaqı Beynəlxalq Qırmızı Xaç Komitəsinin bölgədəki fəaliyyətinin ciddi şəkildə çətinləşməsindən təəssüflənir və humanitar yüklərin daşınması da daxil olmaqla, onun tam və sürətli bərpasına çağırır.

4. Avropa İttifaqı Laçın dəhlizində hər iki istiqamətdə hərəkət azadlığını və təhlükəsizliyini təmin etmək və böhranın 2020-ci il noyabr üçtərəfli bəyanatına, Avropa İnsan Hüquqları Məhkəməsinin 2022-ci il dekabr qərarına və Beynəlxalq Məhkəmənin 2023-cü ilin fevral qərarına uyğun olaraq daha da kəskinləşməməsini təmin etməklə bağlı 26 iyul çağırışını təkrarlayır.

5. Avropa İttifaqı Azərbaycan hakimiyyətinin məhsulları Ağdam şəhəri vasitəsilə göndərməyə hazır olduğunu nəzərə alıb. Avropa İttifaqı əmindir ki, Laçın dəhlizi əvvəlki sazişlərə və Beynəlxalq Məhkəmənin qərarına uyğun olaraq açılmalıdır.

6. Avropa İttifaqı son aylarda Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədlər boyunca artan gərginliyi yaxından izləyib. Demək olar ki, hər gün atışmalı insidentlər barədə məlumatlar daxil olub. Biz bütün tərəfləri gələcək hadisələrdən çəkinməyə və dialoqa qayıtmağa çağırırıq.

7.Yerlərdəki vəziyyəti müşahidə etmək və məlumatlandırmaq üçün Avropa İttifaqının Ermənistandakı missiyası beynəlxalq sərhədin erməni tərəfi boyunca patrul xidməti həyata keçirir. Missiyada məqsəd münaqişənin həllinə töhfə vermək və Ermənistanla Azərbaycan arasında inamı möhkəmləndirməkdir.

8. Avropa İttifaqı bütün əlaqədar tərəflər arasında təmkinliyə və dialoqa çağırışlarını təkrarlayır. Yerli mülki əhalinin rifahı naminə regionda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün Ermənistanla Azərbaycan arasında inamın bərpasından ötrü davamlı səylərə ehtiyac var. Bakı və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında dialoqun tezliklə qurulması, xüsusilə, regionda humanitar böhranın həlli, eləcə də Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi və digər məsələlər baxımından həlledici əhəmiyyət daşıyır.

9. Avropa İttifaqı qeyd edir ki, Avropa Şurasının insan hüquqları üzrə komissarı mövcud humanitar problemlərin aradan qaldırılmasına kömək etmək üçün bütün müvafiq həmsöhbətlərlə əməkdaşlıq etməyə hazırdır.

10. Avropa İttifaqı, əsasən Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin dəstəklənməsində fəal iştirak edir.

11.15 iyul 2023-cü il tarixində prezident Mişelin təşkilatçılığı ilə Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanın son üçtərəfli görüşündə iki ölkə lideri sülh prosesinə sadiq olduqlarını təsdiqləyiblər. Onlar digər ölkənin ərazi bütövlüyünə və suverenliyinə tam hörmətlərini və sərhədin delimitasiyası üçün siyasi əsas kimi 1991-ci il Almatı bəyannaməsinə birmənalı şəkildə sadiq olduqlarını təsdiqləyiblər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılmalıdır. Delimitasiyada gələcək mühüm irəliləyiş gərginliyin azaldılmasında, anlaşılmazlıqların və beynəlxalq sərhəddə insidentlərin qarşısının alınmasında mühüm amildir.

12. Sülh danışıqları və normallaşma üçün əlverişli mühit yaratmaqdan ötrü zorakılıq, təhdidlər, kəskin ritorika və dezinformasiyanın yayılmasına son qoyulmalıdır. Düzgün dialoqa sadiqliyin təsdiqlənməsi əvvəlki kimi aktual olaraq qalır. Bu, bütün tərəflərdən razılaşdırılmış nəticələr əldə etməkdən ötrü işləmək üçün həqiqi öhdəlik tələb edir. Humanitar məsələlər həll olunmalıdır və inamın bərpası üçün təcili konkret addımlar atılmalıdır.

13. Avropa İttifaqı əvvəlkitək Ermənistanla Azərbaycan arasında dialoqun təşviqinə və bölgədəki bütün insanların rifahı naminə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərinin dəstəklənməsinə tam sadiqdir. Biz Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması üzrə son aylarda qazanılmış impulsu itirməməliyik. Danışıqları davam etdirmək vacibdir, sənəddə deyilir.(Turan)
Ardını oxu...
“Biz Azərbaycanla daha çox əməkdaşlığa hazırıq”. Bu barədə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi “X” hesabında qeyd edib.

“Strateji nəqliyyat və enerji layihələrimizi müzakirə etmək üçün Budapeştdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayarmovla görüşmək xoş oldu. Biz daha çox əməkdaşlığa hazırıq”, deyə o bildirib.

Öz növbəsində, Azərbaycan Xarici işlər Nazirliyinin məlumatına görə, sentyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində Budapeştdə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Aİ arasında çoxşaxəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edərək, bu xüsusda bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələrdə münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Azərbaycan və Aİ arasında imzalanması nəzərdə tutulan yeni hərtərəfli saziş layihəsinin əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynaya biləcəyi diqqətə çatdırılıb.

Bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayramov bu xüsusda bölgədə bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının prosesə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə mərhələsində bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ekspertlər qeyd edirlər ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artıb. Onlar hesab edirlər ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artıb.
 
Ardını oxu...
Türkiyə və Rusiya prezidentləri arasında görüşlə bağlı danışıqlar avqustun əvvəlində başlayıb. Bir aydır ki, müxtəlif platformalarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün Putinin Türkiyəyə avqustun sonunda səfəri zamanı baş tutacağı gözlənilirdi. Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibəyə başlamasından sonra NATO üzvü olan ölkəyə ilk səfər ola bilərdi. Amma gözlənildiyi kimi olmadı. Əvəzində Ərdoğan sabah - sentyabrın 4-də Soçidə qonaq olacaq.

Rusiya diktatoru Türkiyə prezidenti ilə görüşmək fikrindən daşınmadı, ancaq Ərdoğanın Rusiya Federasiyasına getməsi şərti ilə.

Ukraynalı beynəlxalq ekspertlər hesab edirlər ki, Putin sadəcə olaraq yaşadığı ərazini tərk etməkdən qorxur. Birincisi, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun həbsinə dair orderi var. Axı məhkəmənin səlahiyyəti hava məkanını da əhatə edir. Yəni ki, BCM-nin yurisdiksiyasını tanıyan ölkənin üzərindən uçacaq Rusiya Federasiyasının Prezidentinin olduğu təyyarə nəzəri olaraq yerə endirilə bilər.

İkincisi, Putin hələ də öz təsirini və əhəmiyyətini nümayiş etdirməyə çalışır. Bununla o demək istədi: “Bax, başqa dövlətlərin rəhbərləri mənim yanıma nə isə danışıq aparmağa gəlir, mənə hörmət edirlər, mənlə hesablaşırlar”.

"Kimsə onun yanına, ev sahibi olduğu, özünü rahat hiss etdiyi yerə gələndə vəziyyət dəyişir. Amma Putin harasa gedib nəsə istəyən adama oxşayanda başqa vəziyyət olur", - deyə Yaxın Şərq Tədqiqatları Mərkəzin direktoru İqor Semivolos UNİAN-a deyib.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixayıl Podolyak da qeyd edir ki, Ərdoğandan asılı olmayaraq, müəyyən reputasiyaya sahib olmaq üçün özünə Putin özünə hörmətlə yanaşıldığını nümayiş etdirmək istəyir: “Yəni Putinə nəsə lazımdırsa, müvafiq addımlar atmalıdır”.

Onun fikrincə, ofisdən hətta gözətçisiz çıxmaqdan qorxan adama səfər etmək indiki dünyada reputasiyanın heç nə olduğunu göstərir.

Eyni zamanda, Ərdoğanın Rusiyaya səfəri o demək deyil ki, Türkiyə lideri bilərəkdən Putinlə bir yerdə oynamaq istəyir. Türkiyə və şəxsən onun Prezidenti Ərdoğan Rusiya Federasiyası ilə münasibətlərdə öz maraqlarını güdür.

Ukraynalı politoloq Taras Semenyukun fikrincə, Ərdoğanın Rusiyaya səfəri xüsusilə onun Qərblə Şərq arasında balansı saxlamaq səyləri ilə bağlıdır: “Axı Türkiyə Rusiya ilə münasibətlərdən, xüsusən də onunla ticarət-iqtisadi əlaqələrdən bir çox cəhətdən faydalanır. Bu, təkcə turizmlə bağlı deyil. Türkiyə üçün Rusiya böyük bir bazardır. Əslində Putinin manipulyasiya etdiyi və əslində Ərdoğanı Putinə çox yaxın edən də budur".

Analitikin sözlərinə görə, əgər Ərdoğan 2023-cü ilin mayında yenidən seçilməzdən əvvəl Rusiya Federasiyasına daha çox meyl edirdisə, xüsusən də Türkiyə Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək edib və rusların öz ərazisindən başqa ölkələrə getməsinə icazə veribsə, o zaman Ərdoğandan sonra Qərb vektoruna - ABŞ və Avropaya doğru çəkilməyə başladı.

Beləliklə, politoloq düşünür ki, Türkiyə və Rusiya liderləri Türkiyənin bundan sonra da bir növ qovşaq və ya müəyyən sanksiyaya məruz qalan malların Rusiya Federasiyasına tədarük olunacağı kanal kimi qalacağına razılaşa bilərlər: “Yəni, söhbət ondan gedir ki, iki ölkə arasında münasibətlər normal olacaq, amma ciddi dəyişikliklər gözlənilmir”.

Görüşün mövzularından biri də şübhəsiz ki, Suriyadakı vəziyyət olacaq.

"Putin çoxdan Ərdoğandan Suriya hökuməti ilə münasibətləri normallaşdırmasını istəyirdi, lakin Suriya hökuməti bunu Türkiyədən güzəşt olmadan etmək istəmir. Xüsusilə, onlar türk qoşunlarının Suriyanın şimalını tərk etmələrini tələb edirlər və buna uyğun olaraq bundan sonra da münasibətlərin və əməkdaşlığın bərpasından danışmağa hazırdırlar", - Ukrayna Gələcək İnstitutu Mərkəzinin beynəlxalq siyasət və Yaxın Şərq üzrə eksperti İlya Kusa qeyd edib.

Onun sözlərinə görə, Putinə belə normallaşma lazımdır, çünki bu, onun Suriya münaqişəsinin həllində siyasi qələbəsi olardı.

"Lakin Ərdoğan bunu sadəcə olaraq belə etmək istəmir. Türkiyə lideri həm də Rusiya Federasiyasının güzəştlərində maraqlıdır. Və təbii ki, bu məsələni Putinlə müzakirə edəcək", - ekspert əlavə edib.

Kusanın fikrincə, “sövdələşmənin” mövzusu Ermənistanın Cənubi Qafqazda güzəştləri (Putin Ermənistanın Baş nazirini buna meylləndirə bilər), enerji layihələri və ya ikitərəfli ticarət ola bilər.

Məlumdur ki, Cənubi Qafqazda Rusiya Qarabağdakı qoşunlarının statusunu saxlamaq istəyir. “Razılaşmaya görə, Rusiya qoşunları 2025-ci ildə Qarabağı tərk etməlidir. Ruslar bu vəziyyəti dəyişməyə çalışırlar. Və bu məsələdə Türkiyənin rəyinin Azərbaycan tərəfi üçün önəmli olacağı da açıqdır”, - İqor Semivolos əlavə edib.

Görünən odur ki, Ərdoğanın Putinlə müzakirə edəcəyi və bilavasitə Ukraynaya aidiyyəti olan başqa bir məsələ Rusiyanın “Taxıl sazişi” nə qayıtması məsələsidir.

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, bu görüş Qara Dəniz Taxıl Təşəbbüsünün yaxın vaxtlara qədər mövcud olduğu formada bərpası üçün demək olar ki, sonuncu şans olacaq.

“Əslində bu, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə qayıdıb-qayıtmayacağını öyrənmək üçün demək olar ki, sonuncu fürsət olacaq”, - deyən nazir eyni zamanda, Ukraynanın alternativ dəniz marşrutu hazırladığını bildirib.

İqor Semivolosun sözlərinə görə isə Ərdoğan Rusiya ilə Ukrayna arasında əsas müzakirəçi və vasitəçi statusunu təsdiqləmək üçün Rusiyanın “Taxıl sazişi”nə qayıtmasını istəyir: “Türkiyə israrla Rusiyanı oyundan kənarlaşdırmaq mümkün olmadığını, onunla işləmək lazım olduğunu və s. deməyə davam edir. Yəni Türkiyə sadəcə olaraq öz oyununu oynamağa davam edir, özünü danışıqlar üçün əvəzolunmaz platform, ən yaxşı vasitəçi kimi nümayiş etdirməyə çalışır”.

Üstəlik, sualın belə formalaşdırılmasının Rusiya üçün də sərfəli olduğu göz qabağındadır, çünki ruslar sanksiyaların aradan qaldırılması və ya yumşaldılması ilə bağlı Qərblə birbaşa danışıqların aparılmasını istəyirlər. Ola bilsin ki, Ərdoğan Putinə təklif edə biləcəyi variantlarla bağlı Qərblə əvvəlcədən müəyyən razılıq əldə edib.

"Amma Putin həm "Taxıl sazişi”nə qayıda bilər, həm də ona qayıtmaya bilər. Çünki Putin təkbaşına qərar verir", - Semivolos qeyd edib və əlavə edib ki, Ukrayna üçün əsas risklər məhz Rusiya diktatorunun bu məsələdə danışıqlar aparmağa çalışacağıdır.
AYNA
 
Ardını oxu...
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasındakı son silahlı qarşıdurma ilə bağlı təəssüfünü ifadə edib.

“Aİ Ermənistan və Azərbaycan arasındakı sərhəd bölgələrində bir neçə hərbçinin həlak olması və yaralanması ilə nəticələnən son silahlı toqquşmalardan təəssüflənir. Aİ bütün tərəfləri zorakılıqdan çəkinməyə və dialoqu davam etdirməyə çağırır”, İttifaqın xarici məsələlər üzrə baş sözçüsü Peter Stano qeyd edib.

Sentyabrın 1-i Azərbaycan və Ermənistanın delimitasiya edilməmiş şərti sərhəddinin Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Vardenis rayonunun Zod kəndi istiqamətində silahlı qarşıdurma qeydə alınıb. Bu barədə hər iki ölkənin müdafiə nazirlikləri məlumat yayıb və insidentə görə qarşı tərəfi günahlandırıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, silahlı qarşıdurma nəticəsində Ermənistanın 3 hərbçisi həlak olub, daha ikisi yaralanıb. Azərbaycan tərəfi isə üç hərbçinin yaralandığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 2-si Ermənistan silahlı qüvvələrinin yenidən Azərbaycanın mövqelərini atəşə tutduğunu bildirib. Ermənistan Müdafiə Nazirliyi isə bu məlumatı yalanlayıb, cəbhə xəttində vəziyyətin nisbətən sabit olduğunu qeyd edib.

Armenia/Azerbaijan: deplores latest armed clashes that led to several servicemen being killed and injured in the border areas between
Ardını oxu...
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya MN məlumat verilib.

“Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü zamanı taxıl müqaviləsi və Suriyada birgə işi müzakirə edib”, - Nazirlikdən bildirilib.

Şoyqu Türkiyənin xarici işlər nazirini yeni vəzifəyə təyin olunması münasibətilə də təbrik edib.

O vurğulayıb ki, Fidanın öncəki vəzifəsində işlədiyi müddətdə tərəflər həm Rusiya, həm Türkiyə, həm də bütün dünya üçün çox lazımlı və faydalı işlər görüblər.
 
Ardını oxu...
Son bir neçə həftə ərzində ABŞ Qarabağa humanitar yardımın çatdırılmasını təmin etmək üçün Azərbaycan və Ermənistanla fasiləsiz işləyir.
Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Qarabağda əhali üçün zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərin müzakirəsini bərpa etmək üçün Azərbaycan və Qarabağdakı erməni azlıq nümayəndələri arasında təcili görüş keçirilməlidir.
 

Dünyapress TV

Xəbər lenti