Ardını oxu...
Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm üzrə danışıqlar qeyri-müəyyən müddətə ləğv edilib.

Ankara İsveçdə Türkiyənin qırmızı xətlərini pozan təxribatlara yol verilməsinə reaksiya verib.

Məlumatda qeyd edilir ki, İsveç terror təşkilatlarının təxribatlarına icazə verib, hətta Quranın təhqir olunmasına dözüb. Bu hadisələrdən sonra Türkiyənin İsveçə reaksiyası NATO-ya üzv olmaq üçün mübarizə apardığı Finlandiyada böyük əks-səda doğurub.

Beləliklıə Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm görüşü qeyri-müəyyən müddətə ləğv edilib.
 
Ardını oxu...
Türkiyə müxalifəti Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizəd ola bilməyəcəyini iddia etsə də, iqtidar deyilənlərin həqiqəti əks etdirmədiyini bildirir.

Cebhe.info xəbər verir ki, ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) bu məsələdə Ərdoğana qarşı çıxmaması diqqət çəkir.

CHP sədri Kamal Kılıçdaroğlu müxalifət düşərgəsində partiyasının bu məsələyə niyə qarşı çıxmadığının müzakirə olunmasına münasibət bildirib. O, Ərdoğanın namizədliyinə qarşı çıxmağın heç nəyi dəyişməyəcəyini söyləyib:

"Tutaq ki, bu məsələyə səsimizi çıxartdıq. Hara gedəcək? Mərkəzi Seçki Komissiyasına (YSK). Bəs oranın üzvlərini kim təyin edir? Ərdoğan. Verdiyi qərara kim etiraz edəcək? Etiraz edə biləcəyin heç bir yer yoxdur. Ali Məhkəmə belə bu qərara baxmır. Dolayısı ilə bizim Ərdoğanın namizəd olub-olmayacağına fokuslanmaq kimi bir düşüncəmiz yoxdur".
 
Ardını oxu...
Tomas de Vaal: “Hər şey Bakının tələblərindən asılıdr...”

Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından dalana dirənmiş sülh danışıqlarında yenidən canlanma var. Praqada 6-7 oktyabrda keçirilmiş dördtərəfli (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa) müzakirələrdən sonra Baş nazir Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makronun da növbəti görüşdə iştirak etməsi şərtini qoyması Bakının kəskin narazılığına səbəb olmuşdu və Brüsseldə dekabrın 7-ə təyin olunmuş növbəti danışıqlar ləğv edilmişdi. Azərbaycan rəhbərliyi Fransa siyasi elitasının qərəzli mövqeyini əsas gətirərək, Parisin müzakirələrdə iştirakına qarşıdır.

Yeni canlanma Ermənistan və Azərbaycan rəhbərlərinin son bəyanatları, habelə ABŞ və Avropa İttifaqının 2023-cü ilin əvvəlindən yenidən fəallaşması ilə bağlıdır. Paşinyan yanvarın 18-də parlamentdəki çıxışında bəyan edib ki, İrəvan Praqa razılaşmaları əsasında sülh müqaviləsinin imzalanması istiqamətində işləməyə hazırdır.

Baş nazirin sözlərinə görə, regional sabitliyi təmin etməyin ən yaxşı yolu danışıqlar vasitəsilə həllərə nail olmaqdır. “Biz danışıqları davam etdirməyə hazırıq”, – deyə o, çıxışında qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev də Davos iqtisadi forumunda bildirib ki, Avropa İttifaqının təşəbbüsü ilə aparılan sülh danışıqlarını davam etdirməyə hazırdır.

Xatırladaq ki, Praqa Bəyanatı ötən il oktyabrın 7-də Çexiyanın paytaxtı Praqa şəhərində qəbul olunub. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqdirlər.

Almatı bəyannaməsində keçmiş sovet respublikaları arasında sərhədlərin toxunulmazlığı təsbit edilir. Bu sənədə əsasən keçmiş sovet respublikaları bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar.

Qərbin yeni fəallığına gəlincə, yanvarın 13-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti ilə telefon danışığında qaldırdığı məsələlərə diqqət etmək olar. O, Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb. İlham Əliyev də Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini deyərək, Azərbaycanın bu formatda aparılan müzakirələrə sadiqliyini ifadə edib.

Bu zəng Laçın yolunda davam edən aksiyanın fonunda Fransada anti-Azərbaycan mövqeyinin güclənməsi, Ermənistanın Makronu Avropa İttifaqından kənar prosesə qoşaraq Azərbaycana qarşı təzyiqlərə cəhd etməsinin yaratdığı mənfi atmosferin yumşaldılmasıdır. Ştaynmayer Əliyevə bildirib ki, Fransa rəhbərliyinin mövqeyi ümumilikdə Avropa İttifaqının yanaşması deyil və Brüssel prosesi qaldığı yerdən davam etməlidir. İlham Əliyev də buna razılıq verib.

Yanvarın 18-də ABŞ Dövlət Katibi Antoni Blinken Ermənistan lideri Nikol Paşinyanla Azərbaycanla ikitərəfli danışıqların bərpası üçün atılacaq addımları müzakirə ediblər. Blinken Baş nazirin sülhə sadiqliyini alqışlayıb: “Mən baş nazir Paşinyanla Azərbaycanla ikitərəfli sülh müzakirələrinin bərpa olunması üçün addımları müzakirə etdim. Bu, iki ölkə arasında dayanıqlı sülhün yeganə yoludur”.

Dövlət Departamentinin sözçüsü Ned Prays isə bu barədə jurnalistlərə bildirib: “Son vaxtlar Qarabağla bağlı geriləmə – uğursuzluqlar gördük. Biz konstruktiv dialoqun bərpa olunduğunu görmək istəyirik. Biz əməkdaşlıq etməyə hazırıq”.

Ned Prays əlavə edib ki, ABŞ, keçmişdə olduğu kimi, ATƏT vasitəsilə və ya lazım gəldikdə üçtərəfli qaydada tərəfdaşlarla və beynəlxalq tərəfdaşlar vasitəsilə işləməyə hazırdır: “Biz doğru zamanda ən təsirli olanı edəcəyik”.

Onun sözlərinə görə, Qafqaz danışıqları üzrə xüsusi nümayəndə, səfir Filip Riker 30 illik karyerasından sonra Dövlət Departamentindən təqaüdə çıxsa da, bu prosesdə iştirak edəcək digər şəxslər var.

“Dövlət Departamentində bu prosesdə dərindən iştirak edən bir sıra şəxslər var, onlardan biri dövlət katibi Blinkenin özüdür. Bu, onun şəxsi prioritetidir. Amma Viktoriya Nuland, Karen Donfrid kimi bizim Avropa və Avrasiya məsələləri üzrə büromuzun bir sıra yüksək vəzifəli məmurları bununla dərindən məşğul olacaqlar”.

N.Prays bu günlərdə Blinkenlə Azərbaycan Prezidenti arasında müzakirələrin keçiriləcəyini vurğulayıb.

Bəs Qərbin növbəti cəhdləri Azərbaycanı və Ermənistanı sülhə nə qədər yaxınlaşdıra bilər?

Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal erməni mediasına deyib ki, “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi” ifadəsi yanlışdır, çünki bu, yalnız çərçivə sazişidir, burada ümumi sözlər, bəlkə də bir səhifə mətn yazılacaq, o da danışıqlar üçün əsas olacaq.

Onun sözlərinə görə, hər şey Moskva və Bakıdan asılıdır: “Hazırda pərdə arxasında danışıqlar gedir və bu barədə məlumat azdır. Əlbəttə, Qərbdən Laçın yolun açılmasının zəruriliyi ilə bağlı çağırışlar var, lakin hər şey Bakının Qarabağ ermənilərinə və ilk növbədə Rusiyaya qarşı tələblərinin nədən ibarət olacağından asılıdır. Azərbaycan yolun rejiminin müəyyən olunması və daşınan yüklərin şəffaf olmasını tələb edir. Düşünürəm ki, bu məsələni həll etmək olar, amma Əliyevin müxtəlif məsələlərlə bağlı daha tələbkar gündəmi var: Yəni Qarabağ heç vaxt müstəqil dövlət olmayacaq, 2020-ci ildə baş vermiş 44 günlük müharibə ilə artıq bu məsələ bağlanıb, ATƏT-in Minsk Qrupunun missiyasına da ehtiyac yoxdur”.

Təhlilçi xatırladır ki, Avropa İttifaqı bu çərçivədə anlaşma mümkün olarsa, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik təminatlarının müzakirə olunmasını istəyir. “Yəni Bakının zəmanəti ilə Rusiya sülhməramlılarının beynəlxalq mandatlı missiya ilə əvəzlənməsindən söhbət gedir. Ancaq hazırkı vəziyyətdə bu mümkün deyil, çünki atmosfer yoxdur, çərçivə razılaşması ancaq tərəflərin xoş niyyət ifadə etməsi şəraitində mümkündür. Bundan əlavə, Dağlıq Qarabağda beynəlxalq missiya rolunu hansı ölkələrin üzərinə götürə biləcəyi də mürəkkəb məsələdir. Beynəlxalq missiyanın bölgəyə gəlməsi problemin məntiqi həllidir, lakin mən hazırda resursları görmürəm və rəsmi Bakı da bunu istəmir”, – Tomas de Vaal vurğulayıb.

Tədqiqatçının sözlərinə görə, Brüsseldə Əliyevlə Paşinyan arasında ikitərəfli görüşlər zamanı razılığa gəlmək mümkün olacağına dair ümidlər var idi: “Onlar hətta Naxçıvana gedən yolun hansısa şəkildə açılmasını müzakirə də edə bilərdilər. Liderlər Brüsseldə prinsipial məsələlərdə razılığa yaxın idilər. Düşünürəm ki, bunu əngəlləyəcək heç bir fundamental problem yox idi, amma erməni tərəfi qorxur ki, razılaşmaya imza atsa, son kartını da oynayacaq. Əlbəttə, Paşinyan razılaşır ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaq, lakin status və ondan daha da vacibi təhlükəsizlik təminatı məsələsi gələcəkdə həll olunmalıdır”.

Ekspert əmindir ki, İlham Əliyev 2020-ci ildə olduğu kimi dünyanın başqa problemlərlə, xüsusən, Ukrayna ilə məşğul olduğunu düşünərək, Rusiyanın zəiflədiyini, Moskvanın və Qərbin Qarabağ ətrafında baş verənlərə kifayət qədər diqqət yetirməyəcəyini düşünərək, ermənilərə təzyiqlər üçün indiki zamanı seçdi. “Əliyev həm də strateji müttəfiqi Ərdoğanın gələcək siyasi taleyindən narahatdır. Məncə, hazırda Qarabağ ətrafında baş verən əsas gərginliyin səbəblərini burada axtarmaq lazımdır”, – Tomas de Vaal vurğulayıb.

Proseslərin gedişindən belə nəticəyə gəlmək mümkündür ki, ABŞ və Avropa İttifaqı Azərbaycanı danışıqlar masasına qaytarmağa nail olub. Bu həftə gözlənilən Əliyev-Blinken müzakirələrindən sonra Brüsseldə liderlərin növbəti görüşünün tarixi müəyyənləşdirilə bilər. Böyük bir məsafə artıq qət edilib: tərəflər arasında ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, güc tətbiq etməmək barədə prinsipial fikir ayrılığı yoxdur. Əsas məsələ Qarabağ probleminin necə həll olunacağıdır. Ermənistan Alma-ata bəyannaməsinə istinad etməklə Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul edir, amma bu, problemin həlli deyil. Çünki Qarabağ İrəvanın deyil, Moskvanın əlindədir, Azərbaycan Ermənistanla sülh bağladıqdan sonra separatçı rejimlə Moskvanın müqavimətini qırmaq üzərinə işləməlidir….
 
Ardını oxu...
Küveyt Nazirlər Şurasının (hökumət) rəhbəri Əhməd Nəvaf əl-Əhməd əs-Sabah vəliəhd şahzadə Məşəl əl-Əhməd əs-Sabaha Nazirlər Kabinetinin istefası üçün ərizə təqdim edib.

Bu barədə KUNA dövlət agentliyi məlumat yayıb.

Bu, hökumətin iclasında baş verib.
 
 
 

Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib ki, İsveç hakimiyyət orqanları PKK terrorçularına qarşı əks tədbirlər görməyəcəyi təqdirdə, bu şimal ölkəsi ilə ikitərəfli münasibətlər ciddi şəkildə pisləşə bilər. Ərdoğan bu günlərdə Stokholmda PKK tərəfdarlarının ona qarşı həyata keçirdiyi aksiyanı şərh edərkən belə deyib.

“Biz İsveçə dedik ki, NATO-ya üzvlük haqqında memorandumu parlamentimizdə təsdiqləmək üçün onlar bizə 130-a yaxın terrorçunu ekstradisiya etməlidirlər. Onlar etmədilər. İsveç küçələrində PKK-nın hərəkətlərini görür və yerli hakimiyyət orqanlarını xəbərdar edirik. Ancaq təəssüf ki, bu cür aksiyaların dayandırılmasından söhbət getmir. Vəziyyət nəzarət altına alınmasa, İsveçlə münasibətlərimiz daha da pisləşə bilər”, - deyə Türkiyə lideri bildirib.

Eyni zamanda, əlavə edib ki, PKK tərəfdarları NATO-ya üzvlük üçün müraciət edən Finlandiyada, həmçinin, Böyük Britaniya, Almaniya və Fransada da sərbəst fəaliyyət göstərir: “Türkiyə öz mövqeyini hadisələrin inkişafına əsaslanaraq müəyyən edəcək”.

Beləliklə, məntiqli suallar yaranır. İsveçin öz ərazisində PKK terrorçularına qarşı daha qəti addımlar atmasına nə mane olur? Axı Stokholm açıq-aşkar NATO-ya daxil olmaq məqsədi güdür. Onalr ümid edirlər ki, Türkiyə PKK üzvlərinə qarşı tələblərini birdən-birə yumşalda bilər? Vaxt gedir, uzatmağın nə mənası var?

DİA.AZ bildirir ki, prosesləri AYNA-ya Türkiyədə fəaliyyət göstərən siyasi ekspert, Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin (SAİM) rəhbəri Ramiyə Məmmədova şərh edib:

“Ankaranın PKK terrorçularını Türkiyə hakimiyyətinə təhvil verilməsini tələb etməsindən xeyli vaxt keçib. İsveç bunu etməkdən imtina edir. Və müvafiq olaraq, İsveç və Finlandiyanın NATO-dakı gələcəyi yenidən böyük sual altındadır – məlumdur ki, onların Türkiyədən üzvlük icazəsi olmadan bu, sadəcə olaraq mümkün deyil. İsveç faktiki olaraq nəinki terrorizmi dəstəkləyən vətəndaşlarını Türkiyəyə təhvil vermir, onların öz ərazisində artan fəallığına qətiyyən qarşılıq vermir.

Bunlar Türkiyə Cümhuriyyətinin rəhbərliyinin təhqir olunduğu mitinqlərdir, Prezident Ərdoğanın başı üzərinə silahla nişanlanmış plakatlardır. Stokholm meriyasının qarşısındakı sütunda Ərdoğana bənzəyən kukla ayaqlarından asılıb. Təbii ki, baş verənlər onsuz da qəbuledilməzdir, həddini aşmaqdır. Və təbii ki, Ankara buna sərt, layiqli şəkildə reaksiya verdi. Türkiyə quruluşunda bu, İsveçə qarşı çox sərt bəyanatlara səbəb oldu və bir çox media da eyni şəkildə reaksiya verdi. İsveçin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz edilib. Deyə bilərik ki, hazırda Türkiyə rəhbərliyi İsveçin Şimali Atlantika blokuna daxil olması ehtimalı ilə bağlı yenidən çox avropalılar üçün arzuolunmaz mövqe tutur.

Bu gün Ankara ilə Stokholm və Helsinki arasında nə baş verir? İsveç Baş naziri Ulf Kristersson son mətbuat konfransında jurnalistlərə çox aydın cavab verdi: deyirlər ki, “Türkiyənin qarşımıza qoyduğu bütün tələbləri yerinə yetirə bilmərik”. Ankara isə bildiyiniz kimi, PKK üzvlərinin ekstradisiyası məsələsini qaldırıb. Əks halda NATO-ya qəbul olmayacaq.

Bütövlükdə, Alyansın planlaşdırılan genişlənməsinin arxasında ABŞ-ın maraqlarının dayandığı aydındır. Məhz Amerika ilk növbədə NATO-ya mümkün qədər çox üzv qəbul etmək istəyir və birmənalı olaraq onun tərəfində olacaq. Buna görə də Vaşinqton Finlandiya və İsveçin təşkilata tez bir zamanda daxil olmasına çalışır. Prezident Trampın keçmiş müşavirinin fikrincə, 2023-cü ildə Türkiyənin NATO-ya üzvlüyünü davam etdirmək məsələsini nəzərdən keçirmək lazımdır, çünki Ərdoğan seçkilərdən sonra hakimiyyətdə qalsa, bu ölkə ABŞ-ın tez-tez üzv dövlətlər qarşısında qoyduğu tələbləri yerinə yetirməyəcək. O, həmçinin bəyan edib ki, Türkiyə Ukrayna ilə müharibəyə baxmayaraq, bu gün Rusiyanın guya müttəfiqidir.

Bütün bunları nəzərə alaraq demək olar ki, Türkiyə Yaxın Şərqdəki planlarının həyata keçirilməsində ABŞ üçün maneəyə çevrilib. Vaşinqton Ankaranın heç bir kürd terror təşkilatına yardım göstərməmək və onların fəaliyyət sahələrini daraltmağa kömək etmək barədə davamlı və israrlı tələblərini də bəyənmir. Bir neçə gün əvvəl İsveçrə banklarının PKK-nı maliyyələşdirdiyi və bu təşkilata dəstək verdiyi barədə də məlumat yayılmışdı. Türkiyədə də buna kəskin reaksiya verildi, dünya siyasətinin mövzularından birinə çevrildi.

Və getdikcə daha tez-tez ABŞ ətrafında qruplaşdırılmış NATO ölkələrinə bu il birgə səylə Türkiyəni blokdan çıxarmağa çalışmaq çağırışları edilir. Amma fakt budur ki, indiki Türkiyə iyirmi il əvvəlki ölkə deyil. Yaxın Şərqdə, Qafqazda böyük təsir rıçaqları var və bir çox türk ölkələrində güclü siyasət yürüdür. Və Türkiyəni bütün bunlardan uzaqlaşdırmaq və ya yenidən öz xarici siyasətini yalnız öz iradəsinə tabe etmək - Qərb bunu edə bilməyəcək.

Ona görə də Türkiyədə qarşıdan gələn parlament və prezident seçkiləri dövründə Amerika hər şeyi etməyə çalışacaq ki, ona faydalı olan qüvvələr hakimiyyətə gəlsin. Yəni, müstəqil xarici siyasətdən imtina edən və dövlətlərin ardınca gedəcək şəxslər. Türk xalqının əhəmiyyətli bir hissəsi bütün bu mənzərəni aydın şəkildə anlayır. Amma təəssüf ki, müxalifət hələ də bunu müəyyən qədər yanlış başa düşür.

Nisbətən bu yaxınlarda İstanbulun Taksim meydanı yaxınlığında baş verən terror aktından sonra eyni təşkilatların Ankarada terror aktı hazırladıqları sübuta yetirildi. Və bundan sonra təbii ki, Türkiyənin İsveç və Finlandiyada yaşayan terror təşkilatlarının üzvlərinin ona təhvil verilməsini sərt şəkildə tələb etməsinə təəccüblənmək olmaz. Əks halda onlar NATO-ya daxil olmayacaqlar.

Düşünürəm ki, bu qarşıdurmada Türkiyə qalib gələcək. Bundan əlavə, mən etiraf edirəm ki, Birləşmiş Ştatlar Türkiyənin ona yaxın bölgələrdəki bütün imkanlarını ayıq-sayıq qiymətləndirərək, hələ də planlarını dəyişə bilər, çünki bu, həm də NATO-nun ortaq resursudur”.
Ardını oxu...
Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada gənclərlə görüşü zamanı deyib.

"Mayın 14-də keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək sizlərlə, dəyərli gənclərimizlə, olmağımızı bizə nəsib etdiyi üçün Rəbbimə şükür edirəm. Sizin sayənizdə 40 ildən çox vaxt keçməsinə baxmayaraq keçmiş dönəmdəki həyacanı xatırlayır və eyni hissləri yenidən yaşayırıq", - deyə R.T.Ərdoğan bildirib.
Ardını oxu...
"Hazırda Ermənistan-Azərbaycan sülh danışıqları ABŞ-ın vasitəçiliyi ilə gedir".

Ermənistan Milli Məclisinin xarici əlaqələr komissiyasının üzvü, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarkis Handanyan belə deyib.

Deputatın sözlərinə görə, sülh müqaviləsinin mətninin variantı ABŞ-da təqdim olunub.

Sülh müqaviləsinin mətninin məzmunu dərc olunmayıb, amma bir şey məlumdur:

Ermənistan və Azərbaycan bu barədə öz təkliflərini bir-birinə ötürürlər. Sonuncu dəfə xarici işlər naziri Ararat Mirzoyanın dediyi kimi Ermənistan təkliflər göndərib, onlar artıq bir aydır ki, Azərbaycandan cavab gözləyirlər.

“Sülh müqaviləsi ətrafında danışıqlar prosesinin çıxılmaz vəziyyətə düşdüyü barədə nəticə çıxarmağa tələsməzdim. Bunu dünən Xarici İşlər Naziri də təsdiqləyərək bildirib ki, sülh müqaviləsinin mətni ətrafında müzakirələr davam edir”, - deputat belə deyib.

Sülh müqaviləsi üzrə danışıqlar üç platformada təşkil olunub: Avropa İttifaqı, ABŞ və Rusiyanın vasitəçiliyi ilə. Lakin ötən ilin noyabrından bəri nə liderlər səviyyəsində, nə də xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılmayıb.

Qeyd edək ki, ABŞ və Rusiyanın təkliflərinin məzmunu rəsmi olaraq dərc edilməyib. Rusiya Prezidenti Vladimir Putin hələ oktyabr ayında, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündən əvvəl sülh planının bəzi detallarını açıqlayıb.

Onun sözlərinə görə, sülh müqaviləsinin Vaşinqton variantı "Dağlıq Qarabağ"ın Azərbaycanın tərkibində olmasını nəzərdə tutur. Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsinə Qarabağ məsələsini də daxil edilməsi mümkündür. Bu təklifin Rusiya tərəfindən irəli sürüldüyü ehtimal edilir.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə sülh variantları ilə bağlı ziddiyyətli mövqe nümayiş etdirir. Paşinyan bu yaxınlarda Rusiyanın təklifləri əsasında sənəd imzalamağa hazır olduğunu desə də, sonradan fərqli açıqlama verib.

O, yanvarın 18-də Praqa razılaşmaları əsasında Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyini bəyan edib. Ona görədə Ermənistan hakimiyyətinin Rusiyanın, yoxsa Qəərbin təklif etdiyi sülh variantına üstünlük verdiyi aydın olmur.

“Bu, üstünlük məsələsi deyil. Ən vacibi odur ki, vasitəçi sülh müqaviləsinin kağız üzərində qalmamasına nə dərəcədə zəmanət verə bilər. İndi isə əslində, proses ABŞ-ın vasitəçiliyi ilə başlanan prosesin məntiqinə uyğun gedir”, - Handanyan belə deyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken yanvarın 18-də Ermənistanın Baş naziri arasında telefon danışığı olub.

Blinken özünün "Twitter" hesabında Paşinyanla söhbəti zamanı Azərbaycanla ikitərəfli sülh danışıqlarının bərpası istiqamətində addımları müzakirə etdiyini yazıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yaxın günlərdə Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti olacağını deyib.

“Son vaxtlar biz Dağlıq Qarabağ ətrafında reqressiya müşahidə edirik. Biz konstruktiv dialoqun bərpa olunmasını istəyirik. Biz ikitərəfli əməkdaşlığa hazırıq. Biz keçmişdə etdiyimiz kimi, ATƏT vasitəsilə və ya lazım gəldikdə üçtərəfli formatda tərəfdaşlarla əlaqə saxlamağa hazırıq”, - deyə Prays bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Ermənistanın sülh sazişi ilə bağlı Bakıya təkliflər göndərməsi barədə məlumatı təkzib edib.

Nazir bildirib ki, Ermənistan sülhdən boyun qaçırır və Azərbaycana sülh təklifləri göndərdiyi barədə deyilənlər çaşqınlıq yaratmaq məqsədi daşıyır.

TEREF.AZ-ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh vasitəçiliyi bu ilin ilk günlərindən başlayıb:

"Dövlət katibi Blinken yanvarın 7-8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıb. İndi isə bu danışıqlar hər iki ölkənin iştirakı ilə aparılır. Hesab edirəm ki, Vaşinqton gündəliyi əsasında danışıqlar prosesi baş tutacaq. Moskva və Brüssel formatları fiaskoya uğrayıb və indi bütün təşəbbüslər ABŞ-ın əlindədir. Əgər Vaşinqton Azərbaycanın sülh sazişinə dair beş təməl prinsipini rəhbər tutaraq danışıqlar prosesində ədalətli mövqe nümayiş etdirərsə, sülhə nail olmaq mümkündür.

Ancaq Ermənistanın tutduğu mövqe nəticəsində danışıqlar prosesi dalana dirənib. Ermənistan Azərbaycanın təkliflərinə üç dəfə cavab verməklə sülh sazişindən yayınıb. Görünür, Nikol Paşinyan hazırda Ermənistan daxilində müəyyən məsələləri həll etməyə çalışır. Ermənistanda Konstitusiya referendumu da bu məqsəd daşıyır. Əgər Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaradan maddələr konstitusiyadan çıxarılsa, Ermənistanın süllh danışıqlarında maraqlı olduğunu söyləmək olar.

Amma düşünürəm ki, may ayına qədər hər hansı sülh sazişindən söhbət gedə bilməz. Əlbəttə, ABŞ-ın vasitəçiliyinə Azərbaycan da razıdır. Hətta Vaşinqton Prezident İlham Əliyevlə Nikol Paşinyanın da görüşünü təşkil edə bilər.

Lakin Paşinyan sülh müqaviləsini imzalamağa hələ hazır deyil. Eyni zamanda, Rusiya Ermənistan hakimiyyətinə ciddi şəkildə qəzəblidir. Müəyyən bir böhranlı format yaranıb. Avropa İttifaqı Ermənistana iki illik müşahidə missiyası göndərib.

Ermənistanda əsgər yataqxanasında yanğının baş verməsi və 15 əsgərin ölümündə Rusiya izi axtarılır. Hadisələr göstərir ki, Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistanda Konstitusiya referendumu keçirildikdən sonra rəsmi İrəvan sülh müqaviləsinə imza ata bilər. Ümumiyyətlə, ABŞ sülh prosesini aparır. Əgər bu proses Azərbaycanın təklifi əsasında aparılmasa, rəsmi Bakı Vaşinqtonun gündəliyini geri çevirə bilər".
 
Ardını oxu...
Ənənəvi Davos İqtisadi Forumu 50 ildən çoxdur keçirilir. Foruma dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərləri qatılır. Builki Davos İqtisadi Forumunda müzakirələr postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi siyasəti barədə bütün həqiqətləri bu forumda iştirak edən nüfuzlu şəxslərə çatdırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum çərçivəsində dünyanın ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşür, dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr verir. Artıq bir neçə yüksək səviyyəli və xüsusi önəmə malik görüşlər keçirilib. Eyni zamanda yanvarın 17-də Davosda Çinin CGTN (ChinaGlobalTelevisionNetwork) televiziya kanalına müsahibə verib. Dövlət başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın "Bir kəmər-bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunub.
Tranzit və logistika məsələri ilə yanaşı qeyd edilib ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda bu istiqamətdə böyük potensial vardır və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. İndi bu birləşməlidir. Bu gün bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində Azərbaycanda 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcəkdir.
Həmçinin Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı vardır.
Ölkə başçısı cənab İlham Əliyev öz müsahibəsində qeyd edib ki, hazırda Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Hazırda ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.
Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlar, əldə etdiyi iqtisadi inkişaf və tərəqqi məhz ölkə başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində nail olunub. Ən başlıcası isə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanin sərkərdəliyi ilə qazanılan şanlı Qələbə ölkəmizin nüfuzunu xeyli artırıb.
İstər ölkə vətəhdaşları, istərsə də ölkəmizdən xaricdə yaşayanlar, aparıcı dünya ölkələrinin rəhbərləri bilirlər ki, Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib. Siyasi həyatda heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Bu da Prezidentimizin və ölkəmizin nüfuzunu yüksəldib. Prezident İlham Əliyev açıq siyasət yürüdür, hər zaman planlarla bağlı insanlarla məsləhətləşir və açıq kommunikasiya kanalı yaradır. Hər il Prezidentin regionlara təxminən 30-40 səfəri təşkil olunur. Səfərlər çərçivəsində insanları narahat edən problemlər öyrənilir və onların həlli yolları araşdırılır. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb. Bu da Prezident İlham Əliyev siyasətinin əsasını təşkil edir.
Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru
Teref.az

 
Ardını oxu...
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında uğurlu əməkdaşlığın aparıldığı və bu əməkdaşlığa hər iki tərəfdən böyük önəm verildiyi qeyd olunub.

Klaus Şvab Azərbaycanın Dünya İqtisadi Forumunun yeni təşəbbüslərinə, o cümlədən Dördüncü Sənaye İnqilabı sahəsində yeni layihələrə qoşulmasını məmnunluqla qeyd edib.

Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə Dördüncü Sənaye İnqilabı Mərkəzinin uğurlu fəaliyyəti xüsusi vurğulanıb və bunun Davos İqtisadi Forumu ilə əməkdaşlığın müxtəlif aspektlərinin daha da genişləndirilməsinə töhfə verdiyi bildirilib.

Klaus Şvab Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsini xüsusi vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
 
 
 
Ardını oxu...
İran Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarının Rusiyaya birləşdirilməsini tanımır.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "TVT World" telekanalına müsahibəsində deyib.

O bildirib ki, Rusiya ilə münasibətlərə baxmayaraq, İran Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır.
 

Dünyapress TV

Xəbər lenti