ERMƏNİSTAN AXIRDA RUSİYANIN ƏLİNDƏ “ÖLƏ” BİLƏR –
Ermənistanda siyasi böhran kəskinləşir, müxalifət Nikol Paşinyan hökumətini “Qarabağı Azərbaycana satmaqda” ittiham edərək əhalini hakim qüvvəni iqtidardan uzaqlaşdırmağa çağırır. Paytaxt İrəvanda bir neçə gündür davam edən aksiyalar kütləviliyi təmin edə bilməyib, amma dünən axşam vəziyyət bir qədər dəyişib. “Respublika” meydanına 10 minə yaxın etirazçı toplaşıb.

Paşinyan bəyan edib ki, istefa vermək niyyəti yoxdur, hakimiyyət legitimdir və çevriliş cəhdlərinə adekvat reaksiya veriləcək. Artıq mitinq təşkilatçılarının həbsinə başlanılıb, eks-prezident Robert Koçaryanın oğlu, “Ermənistan” fraksiyasından olan deputat Tadevos Adevisyan həbs edilib, çoxlu sayda fəallar da nəzarət altına alınıb. Paytaxtda bütün küçə və prospektlər bağlıdır, çoxminlik polis qüvvələri İrəvanın baş meydanında hakimiyyətdən əmr gözləyir...

Müxalifətin əsas şüarını onlardan əvvəl başda Prezident Vladimir Putin olmaqla Rusiya rəsmiləri səsləndirib və daha uca səslə səsləndirməyə davam edirlər. Dünən xarici işlər naziri Sergey Lavrov da bildirdi ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla Rusiyanı fakt qarşısında qoyub. O, deyir ki, Paşinyan hökuməti regiona xarici qüvvələri cəlb etməklə destablizasiya yardır. Rusiya bu cəhdlərə qarşıdır...

Bundan əvvəl Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın anti-Paşinyan bəyanatlarını xatırlayaq. Onların birində Zaxarova demişdi ki, “Rusiyada yaşayan vətənpərvər ermənilərin sayı Ermənistandakı ermənilərin sayından çoxdur”. Yəni lazım gəlsə, onları da səfərbər edib, qərbpərəst Paşinyanı hakimiyyətdən qovacağıq. Artıq Rusiyadan Ermənistana kütləvi axın başlayıb, dünən İrəvanda etiraz aksiyasının böyüməsində kənardan gələnlərin sayı əhəmiyyətli rol oynayıb.

Ermənistana Qarabağdan da gedənlərin sayı çoxalıb. Bu gün səhər elan olunan rəqəmlər bir neçə mini ifadə edirdi. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti onlara müraciət edərək təhlükəsizliklərinə tam qarantiya olduğunu, qalıb Azərbaycan qanunları ilə yaşamağa davam etməkdə heç bir problem olmadığını bildirmişdi.

Bu çağırışa əməl edəcəkləri inandırıcı görünmür, çünki Avropaya, ABŞ-a köçmək üçün “unikal” şans yaranıb. Köçəri millət kimi ad çıxarmış ermənilərin çoxu yəqin bu şansı qaçırmaz. Bu, həm də Azərbaycana qarşı oynanılan sonuncu “etnik təmizləmə” kartıdır. Həm Ermənistan, həm də Qərbdə onları dəstəkləyən dairələr artıq bu barədə danışmağa başlayıblar.

Ermənilərin Qarabağı tərk etməsi Rusiyanın işinə yarayır, çünki onlar Ermənistan müxalifətinin şüarlarını dəstəkləyən kütlədir, İrəvanın küçə və meydanlarında öz yerlərini tutacaqlar. Bu, Paşinyan iqtidarını devirmək üçün çox vacib alətdir. Erməni müxalifətinin “yaralı yeri” cəmiyyətdə reputasiyasının pis olmasıdır. Vaxtı ilə ölkəni çapıb-talayan siyasi elitaya hörmət yoxdur, böyük çoxluq onları Ermənistanın indiki ağır durumuna görə də ittiham edir. Qarabağdan, Rusiyadan gəlmiş bir neçə min adam müxalifətin “ayıbını” örtə, Ermənistanda siyasi böhran yarada bilər.

Rusiya müttəfiq ölkədə hakimiyyəti dəyişməkdə qərarlıdır, buna özünün Cənubi Qafqazdakı həyati maraqlarının qarantı kimi baxır. Qərpərəst Paşinyan devrilir, hakimiyyətə Rusiyanın dəstəklədiyi keçmiş siyasi elita qayıdır, Qərbə inteqrasiya prosesi dayanır, Ermənistan Kremldən idarə olunan hərbi, siyasi, iqtisadi birliklərdə qalır. Nəticədə, Rusiya Qafqazda zəifləyən hərbi-siyasi nəzarətini bərpa edir. Qərb regiondan sıxışıdırılıb çıxarılır, Rusiya və İranın sərhədində bufer zona yaranır və təhlükəsizlikləri sığortalanır.

Amma bu planın icra olunması yazıldığı qədər rahat deyil. Çünki;

- Ermənistanda hakimiyyət əhalinin fəal hissəsinin dəstəyinə malikdir, üstəlik, polis, xüsusi xidmət orqanları Paşinyanın nəzarətindədir, ordunun siyasi proseslərə neytrallığı təmin olunub;

- Rəy sorğularına görə, Ermənistanda əhalinin 70 faizə qədəri Rusiyanı dost, müttəfiq ölkə saymır, bu siyahıda Fransa, ABŞ ilk yerləri tutur;
Ətraflı

- Ermənistanda iqtidara alternativ qüvvələrin reytinqi aşağıdır, onlara rəhbərlik edən eks-prezidentlər - Robert Koçaryan, Serj Sarkisyan korrupsioner, talançı imici ilə məşhurdular, onların ətrafına toplaşanlar keçmiş siyasi elitadan faydalananlar, habelə Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunan şəxslərdir;

- ABŞ, Fransa Nikol Paşinyanı açıq şəkildə müdafiə edir, onu əllərindəki güclü alətlərlə dəstəkləyir və s.

Bu faktorları nəzərə alaraq, Ermənistanda sui-qəsd, terror, hərbi çevriliş və s. yollarla iqtidarın dəyişdirilməsi ölkəyə ancaq xaos, hərc-mərclik gətirə bilər. Nəticədə, əhali daha sürətlə ölkəni tərk edə, iqtisadiyyat iflic ola, dövlət strukturları deqredasiyaya uğrayaraq sıradan çıxa bilər.

Bəzi təhlilçilər Ermənistanda revanşist qüvvələrin hakimiyyətə qayıtmasını Azərbaycana təhlükə kimi qiymətləndirirlər. Belə əsaslar gətirilir ki, Rusiya dərhal mövqeyini dəyişib yeni iqtidarı dəstəkləyəcək, onun daxildə və regionda mövqelərini gücləndirmək üçün Azərbaycandan nələrisə qoparacaq və s.

Əvvəla, qeyd olunduğu kimi, qiyam yolu ilə hakimiyyət dəyişikliyi Ermənistana sarsıdıcı zərbə vuracaq, belə bir vəziyyətdə olan ölkə Azərbaycan üçün nə qədər təhlükə törədə bilər?

İkincisi, Ukraynada rüsvayçı vəziyyətə düşən Rusiyanın Ermənistanı hansı alətlərlə dəstəkləyib, onu Azərbaycan qarşısında duruş gətirə biləcək ölkəyə çevirə bilər? Moskvanın belə vasitələri varmı, yaxud xaos içində olan, Rusiyaya, onun tör-töküntüsünə nifrət edən cəmiyyəti nə ilə sakitləşdirə bilər? Qarabağı yenidən işğal etməklə? Bu mümkündürmü?

Əlbəttə, bunlar sağlam məntiqə sığmır, reallıqlar tam fərqlidir, Rusiya hətta bütün gücünü səfərbər etsə belə, bu planda heç nəyə nail ola bilməz.

Üçüncüsü, Azərbaycan, onun strateji müttəfiqi olan Türkiyə bütün bunları seyr edəcəkmi? Rusiyanın Cənubi Qafqazda təsirini bərpa eməyə gücü qalacaqmı?

Bunlar ritorik suallardır, əlbəttə, Rusiya Paşinyanı iqtidardan qovub Ermənistanda öz nüfuzunu bərpa etmək istəyir, amma bu vəzifəni 3 ildir yerinə yetirə bilmir. Bu dəfə bütün gücünü qoyub, amma gözlənilən ən real nəticə Ermənistanın Rusiyanın əlində “ölməsidir”..
AzPolitika

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
23 Noyabr 2024 “Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Dünyapress TV

Xəbər lenti