Ardını oxu...
Əgər ABŞ Ukraynanın danışıqlara hazır olduğuna inanırsa, o zaman Kiyevdən Rusiya Federasiyası ilə danışıqları qadağan edən fərmanı ləğv etməyi tələb etsin.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Şərq İqtisadi Forumunda bildirib.

Rusiya prezidentinin sözlərinə görə, bu, dialoqa başlamaq üçün ilk addım olacaq:

“ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın hazır olduğunu deyir. Yaxşı, onda qoy əvvəlcə bu fərman ləğv edilsin, bu, birinci addımdır”, - Rusiya prezidenti vurğulayıb.

Putin həmçinin qeyd edib ki, Ukrayna əks-hücum keçirdikcə, Rusiya döyüşü dayandıra bilməz.

Dövlət başçısı həmçinin etiraf edib ki, Ukrayna danışıqlara yalnız resursları artırmaq üçün başlaya bilər. Bundan əlavə, onun fikrincə, ola bilsin ki, Qərb kuratorları Kiyev rejimini “mümkün qədər çox əraziləri qoparmaq” üçün dialoqa başlamağa məcbur edirlər.
 
Ardını oxu...
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü zamanı iki ölkə arasında qarşılıqlı əlaqələrin artırılmasının böyük perspektivlərə malik olduğunu bildirib.

“Qardaş ölkələrimiz arasında əlaqələr genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Türkiyə Qazaxıstanın dörd aparıcı ticarət tərəfdaşından biridir. Ötən il ikitərəfli ticarət dövriyyəsi 54% artaraq 6,3 milyard dollara çatıb. Biz bu rəqəmi 10-a çatdırmaq barədə razılığa gəldik”, - deyə Tokayev deyib.

O qeyd edib ki, iki ölkə arasında investisiya əməkdaşlığı dinamik inkişaf edir. “Türkiyə Qazaxıstanın 10 ən böyük sərmayədarından biridir. Hazırda ümumi dəyəri 2,8 milyard dollardan çox olan 36 layihə üzərində iş gedir. Hesab edirik ki, iki ölkə arasında əməkdaşlığın böyük perspektivləri var”, - deyə Qazaxıstan prezidenti vurğulayıb.

Hakan Fidan qeyd edib ki, Türkiyə tərəfi iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən regional və beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı fəaliyyəti yeni səviyyəyə çıxarmaq üçün hər cür səy göstərmək niyyətindədir.

Mənbə: TASS
 
Ardını oxu...
Sadəcə deyə bilərəm ki, danışıq çox dolğun və vacib olub.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi barədə danışarkən deyib.

"Qarşılıqlı anlayış var ki, hər zaman müəyyən nüanslar üzərində ünsiyyət olmalıdır”, - Paşinyan qeyd edib.
 
Ardını oxu...
Böyük 20-lik liderləri sentyabrın 10-da Hindistanın Britaniya idarəçiliyindən azad edilməsində qeyri-zorakılıq yolunu tutmuş Mahatma Qandiyə Dehli şəhərində həsr edilmiş Raj Ghat Memorialına baş çəkiblər.

Dünya liderləri bu il Hindistanda keçirilən iki günlük zirvə toplantısında Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə bağlı birgə bəyanatla çıxış etməklə bağlı konsensusa nail olublar.

Sentyabrın 9-da dərc edilən bəyanat bir il öncə Balidə keçirilən zirvə toplantısı zamanı münaqişə haqda olan bəyanatdan daha yumşaqdır. Keçən il Böyük 20-lik Ukraynanı işğal etdiyinə görə Rusiyanı qınamış və qoşunlarını çıxarmağa çağırış etmişdi. Bu il isə blokun bəyanatında Rusiyanın Ukrayna ərazisində mövcudluğunun qınanılması daxil edilməyib.

Böyük 20-liyin bəyanatı yekdilliklə qəbul etməsi blokun hazırkı sədri Hindistan üçün böyük nailiyyətdir.

Buna baxmayaraq, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Facebook-da bəyanatın “qürur duyulası bir şey olmadığını” deyib.

Böyük 20-lik sentyabrın 9-da Afrika İttifaqının blokun ən yeni üzvü olacağını elan etdi. "Bu, Böyük 20-liyi gücləndirməklə yanaşı, Qlobal Cənubun səsini gücləndirəcək", Hindistanın baş naziri Narendra Modi əvvəllər Twitter kimi tanınan X sosial şəbəkəsində yazıb.

Blok həmçinin Yaxın Şərq və Cənubi Asiyanı birləşdirən və bir çox ölkənin ərazisindən keçən dəmir yolu və limanlar sazişini elan etdi.
 
 
 
Ardını oxu...
Tanınmamış “Dağlıq Qarabağ Respublikasında” şənbə günü keçirilən seçkilərdə keçmiş “dövlət naziri” Samvel Şahramanyan “parlamentdə” 23 səsdən 22-ni toplayaraq “prezident” seçilib, Ermənistan mediası yazıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Qarabağda keçirilən “prezident seçkiləri” Azərbaycan qanunlarının, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin “kobud şəkildə pozulması” faktıdır.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə şənbə günü regiondakı son vəziyyəti müzakirə edən Ceyhun Bayramov bu addımın bölgədə “normallaşma və erməni sakinlərin reinteqrasiya edilməsi səylərinə ciddi zərbə” vurduğunu bildirib, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Ermənistan mediasının yazdığına görə, Qarabağın yeni “prezidenti” Samvel Şahramanyan bu ilin martında Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycan və Qarabağ ermənilərinin nümayəndələri arasında baş tutan görüşdə erməni icmasını təmsil edən şəxslərdən biri olub. Həmin vaxt o, separatçı qurumun “təhlükəsizlik naziri” vəzifəsini icra edirdi.

"Parlamentdə" səsvermədən əvvəl çıxış edən Samvel Şahramanyan bildirib ki, “Dağlıq Qarabağ status almalıdır və Laçın dəhlizi vasitəsilə Ermənistanla birbaşa əlaqələrə malik olmalıdır”, "DQR parlamentinin" saytında qeyd olunub.

“Digər yollar da açıla bilər, lakin dəhlizi heç nə əvəz edə bilməz”, - Samvel Şahramanyan deyib.

Nazir Ceyhun Bayramov dünya ictimaiyyətini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb.

Avropa İttifaqı Qarabağda keçirilən seçkiləri tanımadığına dair bəyanat yayıb.

Qurumun yaydığı bəyanatda bildirilib ki, “Avropa İttifaqı Xankəndi/Stepanakert-də sentyabrın 9-da keçirilən “prezident seçkilərini” konstitusiya və hüquqi çərçivədə tanımır".

“Eyni zamanda Avropa İttifaqı inanır ki, Qarabağ ermənilərinin de-fakto lider ətrafında birləşərək Bakı ilə nəticəyə yönəlik müzakirələr aparması vacibdir. Aİ bu prosesi dəstəkləməyə davam edəcək”, - bəyanatda qeyd olunub.

Siyasi təhlilçi Fərid Şəfiyev hesab edir ki, Qarabağda separatçıların özlərinə kimi "prezident" seçməsindən asılı olmayaraq, Bakının yanaşması dəyişməyəcək.

“Bakını maraqlandıran əsas məqam bütün inzibati ərazilərdə Azərbaycan qanunlarının bərpa edilməsidir və buna pillə-pillə nail olacaq. Hazırda separatçılar arasında Ağdam-Xankəndi yolunun açıb-açmamaqla bağlı fikir ayrılığı mövcuddur və böhran yaşanır. Amma Bakı həmişə dialoqa hazır olduğunu və təkliflər göndərdiyini bəyan edib”, - təhlilçi BBC Azərbaycancaya deyib.

Bununla belə, Fərid Şəfiyev hələlik prosesin necə inkişaf edəcəyini deməyin çətin olduğunu da vurğulayıb.
bbc
 
Ardını oxu...
Avropa İttifaqı, Türkiyə və digər bir neçə ölkə bəyanat yayaraq Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icmasının keçirdiyi “prezident seçkilərini” tanımadıqlarını bildiriblər.

Avropa İttifaqının xarici məsələlər üzrə sözçüsü Nabila Massrali qeyd edib ki, “sentyabrın 9-u Xankəndində/Stepanakertdə keçirilən sözdə seçkiləri nəzərə alaraq, Avropa İttifaqı seçkilərin keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımadığını bir daha bəyan edir”.

Aİ həmçinin Qarabağ ermənilərinin rəsmi Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir olan və buna hazır olan liderlik ətrafında birləşməsinin vacib olduğunu və bu prosesi dəstəkləməyə sadiq olduğunu bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir dövrdə keçirilən “seçkini” pislədiyini və bunun sülh prosesinə zərbə vurduğunu bildirib.

“Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən seçkilər regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır”, bəyanatda qeyd edilir.

Türkiyə BMT və beynəlxalq ictimaiyyəti “qeyri-legitim seçkini” tanımamağa çağırıb, habelə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəklədiyini, tezliklə davamlı sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə böyük töhfə verəcəyinə inandığını vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyi də sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkilərini” pisləyib.

“Qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və seçkinin nəticələri etibarsızdır. Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu bildirir”, bəyanatda vurğulanıb.

Sentyabrın 9-u Moldova Xarici İşlər və Avropya İnteqrasiya Nazirliyi də oxşar bəyanat yayaraq, Qarabağ bölgəsində keçirilən “prezident seçkilərini tanımadığını, Moldovanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqlədiyini qeyd edib.
Azadlıq Radiosunun Ermənistan xidmətinin məlumatına görə, sentyabrın 9-u “Artsax Milli Məclisində” keçirilən gizli səsvermədə Samvel Şahramanyan “Artsax Respublikasının prezidenti” seçilib.

Rəsmi Bakı “Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması” olduğunu deyib.

“Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

​Azərbaycan həmçinin beynəlxalq ictimaiyyəti "beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə, Ermənistanı bölgədə kövrək normallaşma səylərini təhlükə altına alan addımlardan çəkindirmək üçün təsirli tədbirlər görməyə, “seçki” adlandırılan qanunsuz fəaliyyətləri qətiyyətlə pisləməyə" çağırıb.

Rəsmi Yerevan məsələ ilə bağlı hələlik heç bir reaksiya verməyib. Ermənistan Xarici İşlər Nazirliyi ötən gün yaydığı bəyanatında Ermənistanın Azərbaycanla bütün həll edilməmiş məsələlərin sırf siyasi və diplomatik yollarla həllinə sadiq qalmaqda davam etdiyini bildirib.

“Ermənistanın təxribatlar hazırlaması ilə bağlı deyilənlər tamamilə əsassızdır. Ermənistanın vəziyyəti gərginləşdirmək niyyəti yoxdur, əksinə, biz gərginliyin azaldılması üçün əvvəllər təklif etdiyimiz mexanizmləri müzakirə etməyə hazırıq. Biz regionda sabitlikdə maraqlı olan bütün tərəfdaşların diqqətini Ermənistan Respublikasının ən qısa zamanda Azərbaycanla müzakirələrə davam etməyə hazır olduğuna dəvət edirik”, sənəddə qeyd edilib.

Ermənistan mediasının məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 9-u Fransa, Almaniya, İran və Gürcüstan liderləri ilə telefonda danışaraq regionda vəziyyəti müzakirə edib, gərginliyi azaltmaq üçün Azərbaycan prezidenti ilə təcili müzakirələr aparmağa hazır olduğunu ifadə edib.
Ardını oxu...
Moldovanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində erməni separatçılarının keçirdiyi qondarma “prezident seçkilərini” pisləyən bəyanat verib.
Moldova XİN-in bəyanatında deyilir: “Moldova Respublikası bu gün, sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni beynəlxalq hüququn norma və əsas prinsiplərinə zidd hesab edir və onları tanımır.

Moldova Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayır”.
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində Braziliya Prezidenti Lui İnasiu Lula da Silva ilə görüşüb.

APA Anadolu Agentliyinə istinadən xəbər verir ki, görüşdə Türkiyə-Braziliya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə edilib, həmçinin G20-yə üzv iki əsas ölkəni əhatə edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Ardını oxu...
Böyük 20-lik ölkələrinin liderləri 9-10 sentyabrda Hindistanın paytaxtı Yeni Delhi-də toplaşacaq. Sammitin əsas mövzusu davamlı inkişaf və Ukrayna müharibəsi olacaq.

G20 nədir?
G hərfi ingiliscədə Great - yəni, Böyük sözünün baş hərfidir. Odur ki, biz G-20-ni Azərbaycan dilində Böyük İyirmilər şəklində deyirik.

Böyük sözü 20 ölkənin birlikdə təşkil etdiyi qeyri-rəsmi qrupa doğrudan da yaraşır.

Bu ölkələr dünya sənayesinin 80, ümummilli məhsulun 85, dünya ticarətinin 75 və dünya əhalisinin isə 66 faizini təmsil edirlər.
Maliyyə nazirlərinin və mərkəzi milli bankların direktorlarının 20-lər qrupu 1999-cu ildə qlobal iqtisadiyyat problemlərini çözmək məqsədi ilə sənayecə inkişaf etmiş 19 ölkəni və Avropa İttifaqını bir araya gətirərək yaradılıb.

G20-nin Avropa üzvləri Avropa İttifaqı və 19 dövlətdən ibarətdir. Bu ölkələr Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya və ABŞ-dır. İspaniya danışıqlara qonaq kimi dəvət olunur.

Bu ölkələr arasında dünyanın ən zəngin sanayeləşmiş yeddi ölkəsi G7 qrupunda təmsil olunur.

Böyük 20-lərin mandatı
G-20 qrupu qeyri-rəsmi qrup olduğundan icbari qərarlar qəbul etmir, lakin bununla belə, inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrlə əlaqələndirməklə dünya iqtisadiyyatına əvəzsiz töhfə verir.

Sammitdə nələr müzakirə olunur?

G20 liderlərinin iqtisadiyyat haqqında danışmaq üçün bir araya gəldiyi görüşlərdə iqlim dəyişikliyindən, dayanıqlı enerjiyə, beynəlxalq borc amnistiyasından tutmuş, transmilli şirkətlərin vergilərinə qədər xeyli geniş məsələlər müzakirə olunur.

Hər il bir ölkə G20-yə sədrlik edir və iclasın gündəliyini müəyyən edir.G20-nin builki ev sahibi Hindistandır. Sammit həm də ölkə liderlərinə təkbətək danışıqlar aparmaq imkanı verir.

Rusya'nın Ukraynanı işğalı görüşdə uzlaşmanın çətin olacağı mövzuların önündə gəlir.

Mart 2022-də toplaşan G20 XİN başçıları ABŞ və Rusiya heyətinin ciddi mübahisələri səbəbilə razılığa gələ bilməmişdilər.

G20-lərin Balidə 2022- ildəki görüşünə Polşanın Ukrayna sərhədinə yaxın əraziyə raket düşməsi damğasını vurmuşdu. Sammitdə kimlər iştirak edir?
Ötən il Ukrayna Xarici İşlər Nazirliyi ölkəsini işğal etdiyi üçün Rusiyanın zirvəyə qatılmasına etiraz etmişdi. Ötən il Rusiya Prezidenti Vladimir Putini görüşdə Sergey Lavrov təmsil etmişdi, builki görüşdə də onun iştirakı gözlənilir. Lavrov Putini Cənubi Afrikadaki BRICS zirvəsində də təmsil etmişdi, Putin həmin görüşə videozənglə qatılmışdı.

Budəfəki görüşə Çin lideri Xi Jinping-in də iştirakı gözlənilmir.

May ayında isə Çin və Səudiyyə Ərəbistanı, Hindistanın nəzarətində olan Kəşmirdə turizmlə bağlı təşkil olunmuş G20 zirvesini bu bölgəyə Pakistanın da iddiası olduğu üçün baykot etmiştdi.

Hindistanın Çinlə də sərhəd mübahisəsi var.

Nəyə görə bir "ailə fotosu" çəkilir?
Sammitdə hökumət başçıları ənənəvi olaraq birgə şəkil çəkdirirlər.

Bu, liderlərin imzaladığı müqavilələri təqdim etmək üçün bir fürsət kimi qiymətləndirilir, lakin diplomatik fikir ayrılıqlarının fotoda özünü necə göstərdiyi qəzet başlıqlarına çıxır.

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra 2018-ci ildə liderlər sammitində faktiki olaraq, xüsusi diqqət yetirilməyən şahzadə Məhəmməd bin Salman bu "ailə fotosu"nda qrupun ən sonunda idi.

G20 öz məqsədlərinə nail oldumu?
2008 və 2009-cu illərdə maliyyə böhranı zamanı keçirilən liderlərin sammitlərində qlobal maliyyə sisteminin xilası üçün bir sıra tədbirlər razılaşdırılıb.

Bununla belə, iddia olunurdu ki, sonrakı sammitlər daha az konstruktiv olub, çünki onlar rəqib dünya gücləri arasında gərginliklə yadda qalıb.

G20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin builki görüşündə Ukraynaya müdaxilə ilə bağlı müzakirələr səbəbindən Rusiya ilə Qərb dövlətləri arasında xüsusi razılıq əldə olunmayıb.

Lakin liderlər sammitdə əlavə görüşlərdə bir araya gəlib razılaşma əldə etməyə çalışırlar.

2019-cu ildə Osakada keçirilmiş sammitdə ABŞ-ın o zamankı Prezidenti Donald Tramp və Çinin dövlət başçısı Şi Jinping böyük bir ticarət mübahisəsini həll etmək üçün danışıqları davam etdirmək barədə razılığa gəlmişdilər.
Zirvəyə niyə etiraz edirlər?

Liderlərin sammitləri tez-tez kütləvi etirazlarla qarşılanır.

2018-ci ildə Buenos Aires sammitində G20-nin iqtisadi siyasətlərinə etiraz edən minlərlə insanın iştirakı ilə yürüş keçirilmişdi.

2017-ci ildə Hamburqda keçirilən sammitdə kapitalizmə qarşı yürüşlər keçirilmişdi; 2018-ci ildə Rio-de-Janeyroda və 2010-cu ildə Torontoda keçirilən G20 sammitlərində minlərlə nümayişçi yürüş keçirmişdi.

2009-cu ildə qəzet satıcısı İan Tomlinson Londonda keçirilən G20 sammitinə etirazlar zamanı işdən evə qayıdarkən öldürülmüşdü.
bbc
Ardını oxu...
Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və İrəvanın qeyri-dost hərəkətləri fonunda ona sərt təqdimat verilib.

Teref.Az "TASS"a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytındadərc olunan məlumatında deyilir.

"Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt təqdimat verilib", - Rusiya diplomatik departamenti bildirib.

“Bundan əlavə, Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Robertoviç Simonyanın sentyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, informasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarovaya və bütövlükdə Rusiya Xarici İşlər Nazirliyinə ünvanladığı təhqiramiz bəyanatlarının qəbuledilməzliyini göstərən etiraz notası təqdim edilib”, - nazirlikdən əlavə edilib.

Nazirlik həmçinin qeyd edib ki, Moskva qəti şəkildə Rusiya Federasiyası və Ermənistanın müttəfiqlər olaraq qalacağına və əlaqələrin inkişafı və möhkəmləndirilməsinə dair bütün razılaşmaların iki ölkə xalqlarının rifahı naminə tam şəkildə yerinə yetiriləcəyinə inanır. “Bu, digər məsələlərlə yanaşı, KTMT çərçivəsində təlimlərin təşkilinə və daha sonra Ermənistan və Azərbaycan arasında nizamlanmanın təşviqi məqsədilə təşkilatın müşahidə missiyasının respublikaya göndərilməsinə aiddir”, - Rusiya XİN əlavə edib.

“Rusiya tərəfi bu məqsədlər üçün bütün lazımi səyləri göstərməyə davam edəcək”, - deyə diplomatik xidmət yekunlaşdırıb. \\Redaktor.Az
 

Dünyapress TV

Xəbər lenti